Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Duz balansı
Duz balansı — müəyyən vaxt ərzində duz ehtiyatının torpaq-qruntda daxili və çıxarı nəticəsində qalınlığının dəyişmə kəmiyyətidir. Duz balansı aşağıdakı elementlerdən ibarətdir: 1. Duzun teyin olunmuş vaxtın əvvəlində və sonunda olan ehtiyatı 2. Bu vaxt ərzində duzun daxil olması 3. Bu vaxt ərzində duzun sərf olunması 1 m² torpaqda müəyyən dərinliyə və yaxud qrunt sularına qədər kq- la ölçülür. Suvarılan torpaqlarda t/ha-a hesablanır. Duz balansı 3 tipi var Stabil Şorlaşma Duzlaşma == Duz yenitöremeleri == Torpaqda müxtəlif formada ayrılan duzlar. Bunlar bozartılar, xırda çillər, ağ tüklər, qırov duz və s. == Duz ehtiyatı == Torpaq qatında müəyyən qalınlıqda duz miqdarı. 1 kv.m-də kq-la yaxud t/ha ilə göstərilir.
Oksigen balansı
Oksigen balansı – fotosintez zamanı avtotrof orqanizmlərin ayırdığı və qismən yer qabığında gedən kimyəvi reaksiyalardan əmələ gələn oksigenin miqdarının heterotrof orqanizmlərin tənəffüs prosesində, üzvi və qeyri üzvi maddələrin oksidləşməsi zamanı sərf etdiyi oksigenin miqdarına nisbəti. == Oksigen həddi == Mühitdə həll olan (adətən suda) oksigenin miqdarının minimum dərəcəsi, bu həddə çatdıqda oksigenin çatışmazlığından hidrobiontlar məhv olur. OKSİGENƏ TƏLƏBAT – orqanizmin oksigenə tələbatının miqdarı (bütün canlı orqanizmlər üçün fərdi doza). == Oksigenin dövranı == Bitkinin fotosintezi ilə ayrılan oksigenin ekosistemin biosenoloji mühitinə verilməsi ilə başlayan proses. Sonra oksigen daxili dövrlə aerob orqanizmlərə, o cümlədən bitkilərə daxil olur (tənəffüs prosesində). Onun bir hissəsi mikroorqanizmlər tərəfindən ölü kütlənin oksidləşməsinə sərf olunur, digər hissəsi isə ekosistemin biosenoloji mühitindən xarici dövrə keçir. Yerüstü, xüsusilə dəniz bitkilərinin (plankton yosunları) fotosintezi nəticəsində hər il atmosferə təqribən 70 ⋅ 109 ton oksigen daxil olur (Larxer, 1978). Bu karbon qazının dövranı ilə sıx bağlıdır. == Oksigenin invasiyası == Oksigenin atmosferdən suya daxil olması (soxulması).
Radiasiya balansı
== Radiasiya == Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır. Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır. == Radiasiya balansı == Azərbaycanda radiasiya balansının və onun komponentlərinin tədqiqi ilə Ə. M. Şıxlinski məşğul olmuşdur. İlin isti və soyuq dövründə radiasiya balansının paylanma və yüksəklikdən asılılıq qanunauyğunluqlarıtədqiq edilmişdir Yer kürəsində radiasiya balansının və onun tərkib hissələrinin coğrafi paylanma xəritələri sovet alimləri M. İ. Budıko, T. Q. Berlyand və b. tərəfindən 1963-cü ildə " İstilik balansı" atlasında verilmişdir.
Su balansı
Su balansı — atmosferdə, yer kürəsində və onun ayrı-ayrı sahələrində suyun bütün gəlir və çıxarının nisbəti. Su balansı Yerdə su dövranının kəmiyyətcə ifadəsidr. Yerin su balansı bərabərliyi ilə səciyyələnir. Burada okeanların və qurunun səthinə düşən atmosfer yağıntılarının miqdarı (1020 mm) okeanların və qurunun səthindən buxarlanmanın cəminə bərabərdir (müvafiq olaraq 880 mm, 140 mm). Çoxillik dövrdə hər hansı ərazi üçün su balansı qurunun səthinə düşən atmosfer yağıntılarının miqdarı buxarlanma və həmin ərazidən olan axım miqdarının cəminə bərabər olur. Azərbaycan ərazisinin su balansında yağıntılar 427 mm, buxarlanma 308 mm, axım 199 mm (69 mm-i səth axımı, 50 mm-i yeraltı axım) təşkil edir.
Ticarət balansı
Ticarət balansı (ing. Trade balance) ― Tədiyyə balansında bir ölkənin mal alqı-satqısının, başqa sözlə idxal-ixracının balansı. İxracat miqdarı, xaricə satılan malların dəyərlərinin toplamına, İdxal miqdarı isə xaricdən ölkəyə girən malların dəyərləri toplamına bərabərdir. Buna əsaslanaraq, Ticarət balansı (Xarici ticarət balansı) ixrac ilə idxal arasındakı münasibətdir. Ölkənin ixracı, idxalından böyükdürsə, təmiz (net) ixracat 0-dan böyük olar və bu halda ölkənin xarici ticarət balansı artmış olar (müsbət balans). Bir sözlə Ticarət balansı müsbət olar. Əks halda isə, ölkə ixracı, idxaldan kiçik olarsa, təmiz (net) ixrac 0-dan kiçik olar. Bu halda ölkənin xarici ticarət açığı olar. Yəni ticarət balansi mənfi olar. Müsbət ticari balans ölkənin istehsal etdiyi məhsulların dunya bazarında tələbinin yüksək olmasının göstəricisidir.
Tədiyə balansı
Tədiyə balansı və ya ödəniş balansı – müəyyən dövr ərzində rezidentlər və qeyri-rezidentlər arasında aparılmış bütün iqtisadi əməliyyatları əks etdirən statistik sistemdir. Tədiyyə balansının tərtibi zamanı əldə rəhbər tutulan əsas prinsip ikili yazılış sistemidir. Bu prinsip ona əsaslanır ki, tədiyyə balansında əks etdirilən istənilən əməliyyat xarakterindən, növündən asılı olmayaraq bərabər miqdarda iki dəfə qeyd olunur. Belə yazılışlardan biri müsbət işarəli kredit, digəri isə mənfi işarəli debet adlanır. Qaydalara müvafiq olaraq kredit üzrə aşağıdakı əməliyyatlar əks etdirilir: 1) real resurslar maddələri üzrə ixrac, 2) maliyyə resursları maddələri üzrə mövcud ölkənin rezidentlərinə məxsus xarici aktivlərin azalmasına, yaxud ölkənin xarici öhdəliklərinin artmasına gətirib çıxaran əməliyyatlar. Debet üzrə isə əksinə, 1) real resurslar maddələri üzrə idxal, 2) maliyyə resursları maddələri üzrə ölkə rezidentlərinə məxsus xarici aktivlərinartmasına, yaxud ölkənin xarici öhdəliklərinin azalmasına gətirib çıxaran əməliyyatlar qeyd olunur. Başqa sözlə, aktivlər üçün onun real, yaxud maliyyə aktivi olmasından asılı olmayaraq müsbət rəqəm (kredit) onun ehtiyatlarının azalmasını, mənfi rəqəm (debet) isə artmasını əks etdirir. Müvafiq olaraq öhdəliklər üçün müsbət kəmiyyət artmanı, mənfi kəmiyyət isə azalmanı xarakterizə edir. Standart tədiyə balansının strukturu aşağıdakı kimidir: 1. Cari əməliyyatlar hesabı 1.1.
İstilik balansı
== Radiasiya balansı == Yer səthində və atmosferada eyni zamanda istər qısa dalğalı (düz və səpələnən) və istərsə də uzun dalğalı (Yerin və atmosferanın şüalanması) radiasiya axınları müşahidə edilir. Deməli hər hansı bir anda yer səthində radiasiyanın gəliri və çıxarı vardır. == İstilik balansı == Radiasiya balansı istilik balansının ən əsas üzvlərindən biri olub belə sadə düsturla idarə olunur: B=LE+V+P B — radiasiya balansı LE — buxarlanmaya sərf olunan istilik, V — səth örtüyü ilə hava arasında istilik mübadiləsi, P — torpaqda istilik axınıdır İstiliyin gəlir və çıxarına uyğun olaraq istilik balansı ünsürləri müsbət və ya mənfi kəmiyyətlərə malik ola bilər. Çoxillik nəticədə torpaqğın yuxarı təbəqələrinin və Dünya okeanının suyunun orta çoxillik temperaturası daimi hesab edilir. Ona görə də torpaqda və Dünya okeanında üfiqi və şaquli istilik mübadiləsi təcrübi olaraq sıfıra bərabər hesab edilir. Ümumiyyətlə bütün yer kürəsi üçün buxarlanmaya sərf olunan istiliyin illik miqdarı quru üçün 25, okean üçün 59 kkal/sm2-ə bərabərdir. Bu rəqəmlər quru və okeanın radiasiya balansının uyğun olaraq 51 və 82%-ni təşkil edir. Bu rəqəmlərdən aydın olur ki, il ərzində quru səthindən 41 sm, okeanların səthindən isə 100 sm su buxarlanır.
Cari əməliyyatlar balansı
Cari əməliyyatlar balansı — ölkənin tədiyə balansının mal və xidmətlərin ixracını və idxalını, investisiyalardan xalis gəliri və transfer ödənişlərinin xalis həcmini qeyd edən hissəsi. Cari əməliyyatlar qalığı — mal, xidmət və gəlir əməliyyatlarını əks etdirən tədiyə balansının hesabı. Cari ödəmə balansına mal və xidmətlərin ixracatı və idxalı, xarici investisiyalardan gələn gəlir və cari transfertlər daxildir. Balans hesabatı tərtib edildiyi dövrdə başa çatmış və sonrakı dövrlərdə təsiri tədiyə balansına təsir göstərməyən əməliyyatları əks etdirir. Hesab üç maddəyə (balans) bölünür: "Mallar və xidmətlər", "Gəlir" və "Cari köçürmələr". Cari əməliyyatlar balansı aşağıdakı kimidir. Cari əməliyyatlar balansı 1. Məhsullar və xidmətlər 1.1 Məhsullar 1.2 Xidmətlər 2. Gəlir 2.1 Ödəniş 2.2 İnvestisiyalardan gələn gəlir 3. Cari transfertlər Mallar və xidmətlər balansı malların və xidmətlərin ixracı və idxalı üçün daxilolmaların və ödəmələrin həcmini xarakterizə edir.
Gölün su balansı
Uels fiskal balansı
Uels fiskal balansı — Uelsdə dövlət gəlirləri və xərcləri arasında ümumi fərq. 1999-cu ildən 2022-ci ilə qədər Uelsdə dövlət xərclərinin vergi gəlirlərini aşması səbəbindən ölkədə mənfi fiskal balans var idi. 2018–2019 fiskal ili üçün fiskal kəsir Uelsin təxmin edilən ÜDM-nin təxminən 19,4 faizini təşkil etmişdir. Bütövlükdə Birləşmiş Krallıq üçün bu rəqəm 2 faizdir. Şərqi, Cənub-Şərqi İngiltərə və London istisna olmaqla, bütün Birləşmiş Krallıq ölkələri və regionlarında kəsir var. Uelsin adambaşına 4,300 funt sterlinq olan fiskal kəsiri adambaşına təxminən 5,000 funt sterlinq olan Şimali İrlandiya fiskal kəsirindən sonra iqtisadi rayonlar arasında ikinci ən yüksək olandır. Dublin Siti Universitetinin politoloqu Con Doylun fikrinə görə, müstəqil Uelsin "ilk günlərində" fiskal kəsir təxminən 2,6 milyard funt sterlinq olardı. Bu, 2019-cu ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələr üçün orta hesabla 3,2%-ə bərabər olan ÜDM-in 3,4%-dən aşağısına bərabərdir. Kardiff Universitetində Uels İdarəetmə Mərkəzinin 2023-cü ildə apardığı araşdırma göstərir ki, kəsir "Müstəqil Uels üçün çətin iqtisadi perspektiv" deməkdir və burada konstitusiya müzakirələrinin fiskal reallıqları nəzərə almasını tövsiyə edilmişdir. == Fiskal kəsir == Hesablamalar ardıcıl olaraq Uelsin Birləşmiş Krallıqdan köçürmələr hesabına maliyyələşən böyük və davamlı fiskal kəsirə malik olduğunu göstərir.
Ölkələr üzrə ticarət balansı siyahısı
İxrac-idxalın xarici ticarət balansında olan ölkələrin (əyalətlər, asılı ərazilər) siyahısı təqdim olunur
Barringtonia balansae
Barringtonia acutangula (lat. Barringtonia acutangula) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin lecythidaceae fəsiləsinin barrinqtoniya cinsinə aid bitki növü. == Arealı == Əfqanıstandan Avstraliyaya qədər yayılmışdır.
Bizanslı Filon
Bizanslı Filon (E.ə. 280 – E.ə. 220) – Arximedin dövründə yaşamış, İsgəndəriyyə məktəbində Ktesibiosun rəhbərliyi altında işləyib, yaradıcılıq fəaliyyəti göstərən yunan mühəndisi və ixtiraçısıdır. Filonun Ktesibiosun şagirdi olması, onun bizə gəlib çatan elmi işlərində dəfələrlə xatırlanmışdır. Bizansda anadan olan Filonun İsgəndəriyyəyə nə vaxt gəlməsi barədə dəqiq məlumat yoxdur. == Həyatı == Filonun mexanika sahəsində apardığı tədqiqatları "Mexanikanın əsasları" (yun. Mechanike syntaxis) adlı 9 kitabda öz əksini tapmışdır. Bizə qədər onun kitablarından yalnız bir neçəsi eramızın əvvəlində ərəb və daha sonra latın dillərinə tərcümə olunmuş fraqmentlər şəklində gəlib çatmışdır. O, kitablarında tarix haqqında məlumat vermədiyindən bu işlərin xronoloji ardıcıllığını müəyyən etmək çətinlik yaradır. Yalnız yazı stilinə əsasən tarixçilər onun işlərinin E.ə.
Dalbergia balansae
Dalbergia assamica (lat. Dalbergia assamica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Passiflora balansae
Pisiyli qonaqotu (lat. Passiflora foetida) - qonaqotu cinsinə aid bitki növü. == Sinonim == Decaloba obscura (Lindl.) M.Roem. Dysosmia ciliata M.Roem. Dysosmia foetida (L.) M.Roem. Dysosmia gossypiifolia M.Roem. Dysosmia hibiscifolia M.Roem. Dysosmia nigelliflora M.Roem. Dysosmia polyadena M.Roem. Granadilla foetida (L.) Gaertn.
Pyrus balansae
Adi armud (lat. Pyrus communis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbabətdə == Aşağıda qeyd edilən 2 növ armudun təbabətdə istifadə edilməsi barədə məlumat verilir. Adi armud və ya mədəni armud və Qafqaz armudu. Armud. Onun hündürlüyü 20 – 30 m-ə qədər olan ağac bitkisidir. Meyvəsinin qabığının qırmızı, qəhvəyi, qızılı rəngdə olması ilə başqa növlərindən fərqlənir. O, Azərbaycanın bir çox rayonlarında geniş becərilir. Qafqaz armudu. Bu çətiri budaqlı ağacdır.
Sedat Balkanlı
Sedat Balkanlı (15 yanvar 1965, İstanbul – 29 aprel 2009, İstanbul) — Türkiyə milli komandasının və "Qalatasaray"ın veteran futbolçusu. Sedat müdafiəçi olsa da, başla vurduğu qollarla ad-san qazanıb. Komanda yoldaşları ona "qızıl baş" ləqəbini veriblər. 1994/95 mövsümündə "Qalatasaray"ın heyətində hər 8 qola başla imza atıb. Balkanlı peşəkar futbolçu karyerasında "Qaziosmanpaşa", "Konyaspor", "Bursaspor", "Eskişeherspor" və "Fənərbaxça"nın da şərəfini qoruyub. Onun ölümünə milyon nəfərdə bir rast gəlinən dəhşətli əsəb xəstəliyi (ALS) səbəb olub. Sedat bu əlacsız xəstəliyə 1997-ci ildə, 32 yaşında ikən düçar olub. Həmin vaxt həkimlər onun maksimum 2 il yaşaya biləcəyi barədə rəy veriblər. Əsəb xəstəliyi ilə mübarizə aparan Sedatın vəziyyəti tədricən pisləşməyə başlayıb. O, öncə danışmaq, daha sonra yerimək qabiliyyətini itirib.
Bananlı foster
Bananlı foster- Dondurmalı desert. == Hazırlanması == Banan,vanilli dondurma, sous, kərə yağı,qəhvəyi şəkər tozu, darçın, tünd romdan və bananlı likördan hazırlanır.Bananla yüngülcə kərə yağında qızardılır, biraz şəkər tozu əlavə edilir daha sonra alkoqollu içki əlavə edilib yandırılır. Bananlar hazır olandan sonra üzərinə dondurma əlavə edilir. == Yaranma tarixi == Desert 1951-ci ildə hazırlanıb. ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhərində Brennan restoranında Polem Blonje tərəfindən hazırlanıb. Desert Ouena Brennanın dostu Riçard Fosterin şərəfinə adlandırılıb.O Yeni Orleanın dustaqlar üzrə komisiyanın rəhbəri idi.İndiyə kimi bu desert Yeni Orleanın ən bahalı restoranlarında təqdim olunur. Dünyanın bir çox ölkələrində də geniş yayılmaqdadır.
Bananlı split
Bananlı split (ing. banana split)-Amerikan mətbəxinin tipik deserti. Dondurmadan hazırlanır. == Haqqında == Klassik bananlı split təmizlənmiş bananlardan ibarətdir ki, onun üzərinə vanilli, çiyələkli, şokoladlı dondurmalar qoyulur və onu ananas, çiyələk və şokoladlı siroplar əlavə edilir. Daha sonra şirin desertin üzərinə çərəzlər əlavə edilir, qaymaq və albalı əlavə edilir.
Baranlı (Təbriz)
Baranlı (fars. بارانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.169 nəfər yaşayır (299 ailə).
Baranlı oymağı
Baranlı oymağı — Qaraqoyunlu tayfa ittifaqının aparıcı qolu. Baranlı oymağının ad açımı hələ tam müəyyənləşməyib. Baranı — qoç kimi yozanlar var. Bəzi tədqiqatçıların fikrincə adın kökü gedib, əski Oğuz bəyləri soyuna çıxır. Fəzlullah Rəşidəddinin "Cami ət-Təvarix" adlı əsərində bu barədə bilgi var. Həmin bilgidə deyilir: "Buran xanın ölümündən sonra oğlu Əli xan padşah oldu… Əli xan oğlu Qılıc Arslana qırx minə yaxın atlı çıxara bilən o yerləri idarə etməyi tapşırdı". Ağalıq dönəmi bəlli olmayan Qayı soylu Baran bəy Oğuz elini idarə etmişdi. Baran bəydən sonra oğlu Əli xan başçı olmuşdu. Əli xanın Qılıc Arslan adlı oğlu vardı. Maraqlıdır ki, XI əsrdə yaşamış Şah Məlik Əbülfəvaris Barani ünvanlı, Qılıc Arslan adlı oğuz yabqusunun atasının adı da Əli xan idi.
Baranlı sülaləsi
Baharlı və ya Baranlı sülaləsi — Oğuz Yabqu Dövlətini, Qaraqoyunlular dövlətini, Qütbşahları və Aud nəvvablığını idarə etmiş türk sülaləsi. == Sülalənin yaranması == Sülalənin banisi Tural bəy sayılır. 1202-ci ildə Mərkəzi Asiyadan Diyarbəkir ətrafına köçmüşdü. Onun nəvəsi Bayram xoca idi. Cəlairilər dövründə Ərciş hakimi olmuşdu. Bayram xocadan sonra hakimiyyətə qardaşı oğlu Qara Məhəmməd gəlmişdir. == Əsas sülalə üzvləri == === Qaraqoyunlu bəyləri === Qara Mənsur Bayram xoca (1351–1380) Qara Dursun (Bayram xocanın qardaşı) Qara Məhəmməd (1380–1389) Bayram (ö. 1389) Misr xacə Qara Yusif (d.1355–ö.1420) Pirbudaq (1410–1413) Şahməhəmməd Şah Əli Qara İsgəndər (1421–1429/1431–1435) Əlvənd - Həmədan hakimi Yar Əli Məlik Qasim Həsən bəy Şah Qubad İspənd (Bağdad hakimi – 1432–1445) Fulad Mirzə (Bağdad hakimi – 1445–1446) Cahan şah Pirbudaq - Əmisi Pirbudaqla qarışdırmamalıdır. İsfahan hakimi idi. Həsənəli Sultanəli Qasımbəy Mirzə Məhəmməd - Pirbudağı edam etmiş, özü də Uzun Həsən tərəfindən edam olunmuşdur.
Bayanlı (Bicar)
Bayanlı (fars. بيانلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 604 nəfər yaşayır (148 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Baçanlı (Sulduz)
Baçanlı (fars. چنلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 21 nəfər yaşayır (4 ailə).
Elmar Babanlı
Fuad Babanlı
Fuad Babanlı (Babanlı Fuad Abdulla oğlu; 17 aprel 1945, Qazax – 17 mart 2020) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq. Sərbəst güləş üzrə SSRİ idman ustası. == Həyatı == Fuad Babanlı 17 aprel 1945-ci ildə Qazax şəhərində müəllim ailəsində anadan olub. 1951 - 1961-ci illərdə Qazax şəhərində orta məktəbdə oxuyub. 1971-ci Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndisdir. 1964 – 1967-ci illərdə Ordu sıralarında xidmətdə olub. Sərbəst güləş üzrə SSRİ idman ustasıdır. Müxtəlif vəzifələrdə çalışıb. Fuad Babanlı 17 mart 2020-ci ildə vəfat edib.
Balaəli
Balaəli (Balaəli Maştağalı olaraq da bilinir; tam adıyla: Balaəli Oqtay oğlu Rzayev; d. 28 avqust 1986, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Balaəli Maştağalı 1986-cı il avqustun 28-də Azərbaycanın Bakı şəhərində doğulub. === Populyarlıq qazanması === 2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De Gəlsin" meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanmışdır. == Ailəsi == Ailəlidir, bir qızı var.
Balint Balaşşi
Balint Balaşşi (mac. Gyarmati és kékkői báró Balassi Bálint, slovak. Valentín Balaša barón z Ďarmôt a Kameňa; 20 oktyabr 1554[…], Zvоlеn, Macarıstan krallığı[d] – 30 may 1594[…], Esterqom, Macarıstan krallığı[d]) — Macarıstan intibahının ən görkəmli şairlərinindən biri idi. Əsasən macar dilində yazırdı, lakin latın, italyan, alman, polyak, türk, slovak, xorvat və rumın dillərində də danışa bilirdi. Müasir Macarıstanın lirik və erotik şeirinin banisidir. == Həyatı == Balint Balaşşi Macarıstan Krallığının Zolyom (hal-hazırda Slovakiyanın Zvolen şəhəri) şəhərində anadan olmuşdur. Peter Bornemisa və anası Anna Sulyokdan təhsil almışdır. Polşada sürgündə olan atasına təsəlli vermək üçün Maykl Bokun Wurlzgertlein für die krancken Seelen əsərini tərcümə etmişdir, bu onun ilk işi idi. Atasının reabilitasiyası zamanı onu məhkəməyə aparmış və eyni zamanda 1572-ci ildə Macarıstan Krallığının paytaxtı Pressburqda (indiki Bratislava) keçirilən tacqoyma mərasimində iştirak etmişdir. Daha sonra isə orduda xidmət etməyə başladı və Şimal-şərqi Macarıstanda yerləşən Eqer qalasında zabit kimi türklərə qarşı vuruşdu.