Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fərməş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Fərməştəpə
Farmaçtəpə — Laçın rayonu ərazisində, Qarabağ yaylasında dağ. İldırımsu (Hocazsu çayının qolu) və Minkənd (Zabux) çaylarının suayrıcıdır. Hündürlüyü 2330 m. Yay otlağıdır. Yerli əhali bu dağı Fərməştəpə adlandırır. Dağın zirvəsi fərməşə (məfrəş, döşənəcək) oxşadığı üçün belə adlandırılmışdır.
Fərməz Mustafayev
Fərməz Əli oğlu Mustafayev (22 yanvar 1932, Stepanakert – 23 oktyabr 2000, Bakı) — Azərbaycan SSR-in əməkdar nəqliyyat işçisi. == Həyatı == Fərməz Mustafayev 50 ildən artıq bir müddətdə Xəzər Dəniz Gəmiçiliyi sistemində işləmiş, yunqalıqdan başlayaraq "Xəzər Dəniz Layihələşdirmə" ETİ-nin direktoru vəzifəsinə qədər yüksəlmişdir. O, bu vəzifədə 1980-1999-cu illərdə işləmişdir. == Mükafatları == "Lenin" ordeni (1963) "Şanlı əməyə görə. V.İ.Leninin anadan olmasının 100 illik yubileyi münasibətilə" yubiley medalı (1970) Azərbaycan SSR-in əməkdar nəqliyyat işçisi (1982).
Hermes
Hermes (q.yun. Ἑρμῆς, Ἑρμέας, Ἑρμείας, miken dilində e-ma-a2) — qədim yunan mifologiyasında ticarət, gəlir, praqmatizm, cəldlik ilahı, ticarətdə gəlir və var-dövlət bəxş edir, atletlərin ilahıdır. Adının ən qədim versiyası Mikena mənşəlidir. Əksər alimlər Hermes adını "daş/yolqırağı məbəd/mərz" mənası verən "herma" sözündən törədiyini qeyd edirlər, lakin onun adı "tərcüməçi" mənası verən "hermeneus" sözü ilə də bağlı ola bilər. Hermes səfirlərin, çobanların, carçıların və yolda olanların himayəçisidir. Magiya, əlkimya və astrologiyanı himayə edir. İlahların elçisi və ölənlərin ruhunun Aidin dünyasına aparan bələdçidir (buna görə də, onu həm də Psixopomp, yəni "ruhların bələdçisi" adlandırırdılar). Cəldlikdə, hiyləgərlikdə və oğurluqda tayı-bərabəri yoxdur. Homer və Hesiod onu "uğur gətirən", "cangüdən" və "əla hiylə quran" adlandırırlar. Ölçü vahidlərini, rəqəmləri, əlifbanı ixtira etmiş və insanlara öyrətmişdir.
Hermes Trismegistus
Hermes Trismegistus (yun. Ἑρμῆς ο Τρισμέγιστος — «Üç kərə ulu Hermes»; lat. Mercurius ter Maximus) — Qədim Misir müdriklik və yazı tanrısı Tot və Qədim Yunan tanrısı Hermesin xüsusiyyətlərini özündə birləşdirən sinkretik tanrının adıdır. Xristian ənənəsində, onun adı ilə tanınan kitablarda və ayrı-ayrı parçalarda (hermetik korpus) əks olunmuş Teosofiya təliminin (hermetizm) müəllifidir. İslam ənənəsində onu bəzən Sabiilərin peyğəmbəri sayılan İdrislə eyniləşdirirdilər. == Hermes Trismegistus tanrı kimi == Hermes Trismegistus (Merkuri) haqqında ən qədim qeyd Siseronun "Tanrıların təbiəti haqqında" traktatında yer alır. Traktatında deyilir ki, əslində beş Merkuri var idi və "Fenetlilərin sitayiş etdiyi" Arqusu öldürdüyünə görə Misirə qaçır və misirlilərə qanunları və yazıları xəbər verir. Misirlilər buna Tot deyirlər və Nil daşqınının başlaması ilə üst-üstə düşən qəməri təqviminə görə ilin ilk ayını da belə adlandırırlar. == Hermes Trismegistus filosof kimi == Laktansius və Avqustinə görə Hermes Trismegistus, kilsə atalarının həqiqiliyinə şübhə etmədiyi bir sıra "hermetik" əsərlərin çox qədim müəllifi kimi tanınır. Laktansius “Tanrının qəzəbi haqqında” traktatında Trismegistusun Pifaqor və Platondan çox əvvəl olduğunu göstərir.
Veronica Ferres
Veronica Ferres (10 iyun 1965[…], Zolingen[d], Şimali Reyn-Vestfaliya) — Alman aktrisa. == Filmoqrafiyası == Les Misérables (2000) Rossini – oder die mörderische Frage, wer mit wem schlief (1997) Das Superweib (1996) Schtonk!
Elbit Hermes 450
Hermes 450 uzun məsafələrdə taktiki missiyaları yerinə yetirmək məqsədilə hazırlanmış, orta ölçülü İsrail istehsalı pilotsuz uçuş aparatıdır. Havada 20 saat fasiləsiz uçuş edə bilən bu PUA kəşfiyyat və nəzarət məqsədilə istifadə olunur. == İstifadəçilər == Azərbaycan Botsvana Braziliya Kolumbiya: Elbit Systems şirkəti ilə 2012-ci ilin avqust ayında imzalanan müqaviləyə əsasən İsrail Kolumbiyanı Hermes 450 və Hermes 900 PUA-ları ilə təchiz etməlidir. Xorvatiya: İki ədəd Hermes 450 PUA 2006-cı ilin sonlarında sifariş verilmiş, 2007-ci ildə təhvil alınmışdır. Kipr Gürcüstan: Silahlı Qüvvələrə məxsus PUA-lar Abxaziya üzərində kəşfiyyat məqsədilə istifadə olunur. Şimali Makedoniya: Daxili İşlər Orqanları tərəfindən kəşfiyyat məqsədilə istifadə olunur. Meksika: 2009-cu ildə satın alınmışdır. Sinqapur: Hərbi Hava Qüvvələrində istifadə olunur. İsrail: 2006-cı ildə baş verən Livan müharibəsi zamanı və daha sonra Qəzzə zolağında aktiv şəkildə istifadə olunmuşdur. Bundan başqa, 2014-cü ilin avqustunda İran öz ərazisinə daxil olan Hermes 450 PUA-nı Nətənz nüvə obyekti yaxınlığında vurduğunu açıqlamışdır.
Elbit Hermes 900
Hermes 900 orta hündürlükdə uçuş həyata keçirən, uzun müddətli dözümlülüyə sahib İsrail istehsalı orta ölçülü taktiki pilotsuz uçuş aparatıdır. 9100 metr yüksəklikdə 36 saat ərzində fasiləsiz uçuş həyata keçirə bilən bu pilotsuz uçuş aparatı (PUA) əsasən kəşfiyyat və nəzarət məqsədilə istifadə olunur. Qanadlarının açıqlığı 15 metr, ağırlığı 970 kq olan bu PUA 300 kq faydalı yük götürmə qabiliyyətinə sahibdir. Hermes 900-ün faydalı yükünə elektro-optik (infraqırmızı) sensorlar, SAR radarı, radioelektron kəşfiyyat, həmçinin radioelektron mübarizə və hiperspektral sensorlar daxildir. == İstifadəçilər == Azərbaycan Dövlət Sərhəd Xidmətinin 2017-ci ilin avqust ayında Xəzər dənizində həyata keçirdiyi genişmiqyaslı təlimlər zamanı istifadə olunmuşdur. Braziliya İsrailin Elbit Systems şirkəti ilə imzalanan müqaviləyə əsasən Hermes 900 pilotsuz uçuş aparatları Braziliya Hərbi Hava Qüvvələrinə təhvil verilməlidir. Çili 2011-ci ilin iyul ayında Elbit şirkəti Hermes 900 PUA-larının ilk dəfə olaraq xarici ölkəyə ixracını həyata keçirmişdir və bu ölkə Çili olmuşdur. Çili Hərbi Hava Qüvvələrinin üç Hermes 900 istifadə etdiyi bildirilir. 2013-cü ilin oktyabrında Çili HDQ öz dəniz sularının mühafizəsi məqsədilə bu PUA-dan sifariş vermişdir. Kolumbiya Hermes 900 PUA-larının Kolumbiyaya satışı ilə əlaqədar müqavilə 2012-ci ilin avqust ayında imzalanmışdır.
Fərman
Fərman, hökümdarın möhürünü daşıyan yazılı əmir. Farsca buyurmaq, əmr etmək mənasına gələn fərman ( fars. فرمان‎ ) sözündən yaranmışdır. Elxanilər, Qızıl Orda və Kırım xanlığında yarlıq sözü, Qaraqoyunlu ilə Ağqoyunlularda sözümüz, Böyük Səlcuq, Anadolu Səlcuqlularında pərvanə, Məmlüklərdə mevkii sözü işlədilməkdə idi.
Fərraş
Fərraş — Azərbaycan Respublikasının Laçın rayonu Fərraş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Fərraş kəndi Vaqazin kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Fərraş kənd Soveti yaradılmışdır. Kənd 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Zəngəzur qəzasında maldarlıqla məşğul olmuş sarallı tayfasına məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılar bu oykonimi Fərraş şəxs adı və ya orta əsrlərdə saray xidmətçisi vəzifəsi ilə əlaqələndirirlər. Əslində, faraş sözü Azərbaycan dilinin qərb qrupu dialektlərində heyvanlara və bitkilərə aid olub "tez böyüyən, iriləşən, vaxtından əvvəl yetişən" mənasında işlənir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Fərsəx
Fərsəx; fərsəng; pərəsənk (fars. پارسنگ٫ پاره‌سنگ‎ parasang) — 12 min addıma (təxminən 5–8 km-ə) bərabər olan qədim İran uzunluq ölçü vahidi. Müasir İran fərsəngi dəqiq 10 000 m-dir. == Ümumi məlumat == Fərsəngin dəqiq ölçüsü məlum deyil və yolun növünə və hərəkət sürətinə görə fərqli olmuşdur. Bəzi yerlərdə hər fərsəngdən bir daş və ya ağacdan işarə qoyulduğu uçün daş, ağac da deyilirdi. Muxtəlif ərazilərdə ölçusü fərqli olurdu. Bəzi yerlərdə fərsəng hətta 9,5 km-ə, digər yerlərdə isə 5–6 km-ə bərabər idi. Orta əsrlərdə Yaxın Şərq ölkələrində, Azərbaycanda, Orta Asiyada və s. yerlərdə geniş yayılmışdı. == Yeni fərsəng == 1926-cı ildə İran parlamentinin qəbul etdiyi qanunla uzunluğu 10 km-ə bərabər olan yeni metrik ölçü vahidi təsis edildi və fərsəng adlandırıldı.
Kərmək
Dəvəayağı (lat. Limonium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Mərfəş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Mərmər
Mərmər (lat. marmor; yun. Μάρμαρο — "parlayan daş", "daş qayması") — əhəngdaşı və dolomitlərin metamorfizmə uğraması (yenidən kristallaşması) nəticəsində əmələ gələn xırda, orta və iridənəli kristallik süxur. Tərkibində kvars, xalsedon, hematit pirit və s. mineralların, həmçinin üzvi birləşmələrin qatışıqları olur. Həcm çəkisi 2,65–2,90, sıxlığa davamlığı 500–2500 kqs/sm², rəngi qatışıqlardan asılı olaraq müxtəlifdir. Xırdadənəli növləri daha davamlıdır.
Bahadur Fərman
Bahadur Fərman (azərb. Bahadur Fərman oğlu Abdullayev‎; 1939, Muşavak, Dəstəfur rayonu – 2016) — Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Bahadur Fərman oğlu Abdullayev 1939-cu ildə Daşkəsən rayonunun Muşavaq kəndində anadan olub. === Təhsili === Orta təhsini Gəncə şəhəri 6 №li məktəbdə alıb. 1962- ci ildə H.Zərdabi adına Gəncə Dövlət Universiteti tarix-filologiya fakültəsinə qəbul olub, 1969-cu ildə həmin fakültəni bitirib. Təhsil aldığı müddətdə 3 il hərbi xidmətdə olub. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Daşkəsən rayonu, Kobalt qəsəbəsindəki internat məktəbdə müəllim (1969-1973), “Kirovabad kommunisti” qəzeti redaksiyasında şöbə müdiri (1973-1983), Gəncə şəhər Hacıkənd qəsəbəsindəki səkkizillik məktəbin (1977-1983), 5№li qiyabi orta məktəbin direktoru (1977-1983), Nizami rayon Təhsil şöbəsində metodkabinetin müdiri (1983-1988), 12 və 25 №li məktəblərdə direktor (1988-1998), sonra Gəncə şəhər Təhsil İdarəsində məktəb məsləhətçisi vəzifəsində çalışıb. Təhsil sahəsindəki uzunmüddətli səmərəli və qüsursuz fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. === Yaradıcılıq fəaliyyəti === Hələ gənc yaşlarından bədii yaradıcılığa maraq göstərib, respublikamızın müxtəlif qəzet, jurnallarında, ədəbi almanaxlarda şeirləri dərc olunub. “Anamın laylası” adlı ilk şeirlər kitabı 1966-cı ildə işıq üzü görüb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib.
Bərmək mahalı
Bərmək mahalı — Quba xanlığında mahal. İndiki Xızı rayonu. Adını burada yaşayan Bərmək tayfasından və ya Bərmək – bər məhsul, mak – kahin və ya Qubadakı Bərmək mahalı Harunərrəşidin vəziri Cəfər Bərməkinin qəbiləsi aldığı Xızı-Bərmək mahalı Xəzər dənizi, Bakı kəndləri və Sumqayıt çayı hüdudlarında böyük bir sahə tutur. Alim-səyyah F.F.Simonoviç 1796-cı ildə Xızı-Bərmək mahalında 24 kəndin adını göstərir. A.Bakıxanovun “Gülüstani irəm” əsərinin adını xüsusilə çəkmək lazımdır. Onun əsərində Quba xanlığının “Xızı bərmək” mahalı haqqında dəyərli məlumatlar verilir. == Etimologiya == "Bərmək" qədim fars dilində "başçı", "rəis", "lider", "rəhbər" kimi mənalara gəlir. Sanskritcədə "pramukha" ( प्रमुख ) kimi səsləndirilən bu söz ərəblər tərəfindən "bərmək" kimi tələffüz edilib. Urdu dilində پرمکھ ("pramukh", "prəmuk") yazılır. Әrəb dilində saitlər yazı zamanı qeyd edilmədiyi üçün bu söz әrәb hәrflәriylә yazıldığda saitlərin dəyişməsi, beləliklə "pərməkeh" → "bərmək" kimi oxunması da mümkündür.
Hermes Ermestu da Fonseka
Hermes Ernestu da Fonseka (port. Hermes Ernesto da Fonseca, (1824, Маrеşал-Dеоdоru, Аlаqоаs, Braziliya imperiyası — 1891, Rio-de-Janeyro, Braziliya) — Braziliyalı hərbi və siyasi xadim , Marşal. Braziliyanın ilk prezidenti Deodoru da Fonsekanın böyük qardaşı və braziliyanın 8-ci prezidenti Ermes Roqriges da Fonsekanın atası. Paraqvay müharibəsində fəal iştirak etmişdir. Matu-Qrosu (1875—1878) və Baiya (1890) vilayətlərinin başçısı olmuşdur. == Mənbə == com que o excellentissimo senhor coronel Barão de Diamantino vice-presidente da província de Matto-Grosso passou a administração da mesma ao excellentíssimo senhor general Hermes Ernesto da Fonseca em o dia 5 de julho de 1875.
Hermes və körpə Dionis
Hermes və körpə Dionis və ya Olimpiya Hermesi — 1877-ci ildə Hera məbədinin xarabalıqlarında kəşf edilmiş körpə Dionisin qədim yunan heykəlidir. Onun boyu 213 santimetrdir. Yunan profili, yunan burnu və praksitelik əyri anlayışları klassik gözəlliyin modelinə çevrilmişdir. == Haqqında == Yunan mifologiyasının hesablarına görə , Dionis tanrı Zevsin oğlu və Semele , fani, Fiv kralı Kadmusun qızıdır. Çox güman ki, bu heykəl himayədarı Hermes olan Elis və himayədarı Dionis olan Arkadiya sakinləri arasında sülhün alleqoriyasıdır. == Tarixi == Yunan dövləti 1874-cü ildə Almaniya ilə Olimpiyada arxeoloji kəşfiyyat işləri aparmaq üçün müqavilə imzaladı. Alman qrupu tərəfindən qazıntılar 1875-ci ildə Ernst Kurtiusun rəhbərliyi altında başladı. Bu gün sərgiləndiyi kimi heykəltəraşlıq qrupuna çatana qədər heykəlin altı fərqli hissəsi kəşf edildi. Hermesdə sağ qol, sol əlin iki barmağı, dizdən hər iki ayağı, sol ayağı və cinsi xüsusiyyətləri yox idi; Körpə Dionisin qolları (Hermesin çiynində dayanan sağ əli istisna olmaqla) və sağ ayağının ucu yox idi.
Kirayəçi-fermer mübahisələri (Yaponiya)
Kirayəçi-fermer mübahisələri (小作争議, kosaku soqi) – 1917–1941-ci illərdə Yaponiyada kirayəçi-fermerlər ilə mülkədarlar arasında baş vermiş mübahisələr. Bu illər ərzində mülkədarlar ilə kirayəçi-fermerlər arasında 72.696 mübahisə qeydə alınıb. Bu mübahisələr subinzibati kənd və ya kəndcik səviyyəsində baş verib. == Məzmun == Edo dövründə və Meyci dövrünün ilk illərində baş vermiş kəndli üsyanlarından fərqli olaraq kirayəçi-fermer mübahisələrinin əsas hədəfi birbaşa mülkədarlar idi. Bu mübahisələr kənddə yaşayan yoxsullar arasındakı sinifləşməni daha kəskin əks etdirmişdir. Kirayəçi-fermerlərin 1920-ci illərdəki tələbləri ondan ibarət idi ki, təbii fəlakətlərə görə azalan məhsuldarlığın əvəzində kirayə haqqı azaldılsın (xüsusilə, 1920-ci illərdə). 1930-cu illərdə mülkədarlar kirayəçiləri dəyişməyə və ya torpaqları özləri becərməyə başlayanda kirayəçi-fermerlər daimi kirayəçilik haqqı tələb etməyə başlamışdırlar. Kirayəçi-fermerlər tərəfindən işlədilən əsas taktikalar kiçik birliklər təşkil etmək, kirayənin tam və ya bir hissəsini ödəməmək, iqtisadi dəstək üçün torpaqları kollektiv şəkildə becərmək, mülkədarları qeyri-zorakı yollarla narahat etmək və danışıqlara girmək idi. Mülkədarlar buna təşkilatlanaraq cavab vermişdirlər. Mülkədarlar iqtisadi təzyiq tətbiq etmiş, qohumluq münasibətlərindən istifadə etmiş, danışıqlara girmişdirlər.
Heroes Join Forces
Qəhrəmanlar güclərini birləşdirir (ing. Heroes Join Forces) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi krossoverlərdən ikincisi. Krossover hadisəsinə 1 dekabr 2015-ci ildə “Fleş” teleserialının “Bu günün əfsanələri” adlı seriyası ilə başlanılmış və növbəti gün “Ox” teleserialının “Dünənin əfsanələri” adlı seriyası ilə davam etdirilmişdir. Hər iki seriyada DC-nin spin-off kimi inkişaf etdirdiyi yeni layihə olan “Sabahın əfsanələri” teleserialının personajları da iştirak etmişdir. Krossoverdə Barri Allen / Fleş və Oliver Kuin / Ox, Qırğı-qız və Qırğı-adamın reinkarnasiyaları olan Kendra Sanders və Karter Hollu öldürməyə çalışan Vandal Sevecə qarşı mübarizə aparmaq üçün güclərini birləşdirirlər. “Fleş Oxa qarşı” adlı birinci krossoverin müsbət qarşılanmasından sonra, The CW prezidenti Mark Pedoviç, Ox Kainatında krossover hadisəsinin hər il baş tutacağını elan edir, 2015-ci ilin yanvarında isə ikinci krossover hadisəsinin baş tutacağı bildirirlir. Həmin ilin sentyabrına kimi hər iki seriya üçün ssenari yazılır, həmin il sentyabrın sonları və oktyabr ayı ərzində isə çəkilişlər həyata keçirilir. Krossoverdə hər iki serialın əsas aktyor heyətinə daxil olan aktyorlar öz rollarını təkrarlayırlar. Hər iki seriya ümumilikdə müsbət qəbul edilsə də, “Sabahın əfsanələri”nin təqdimatı qarışıq rəylərlə qarşılanmışdır. Reytinqlər birinci krossoverin reytinqlərindən daha zəif olsa da, bütün mövsümün ən yüksək nəticələri əldə edilmişdir.
Gərmə
Gərmə - İranın Şimali Xorasan ostanının şəhərlərindən və Gərmə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 24,368 nəfər və 6,332 ailədən ibarət idi.
Mərəş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı üçün, "Kelimatları lisan-ı Türkiyə və əksərən xalqı Türkməndir" deyər. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydili, əksəriyyətində isə 24 Oğuz boynu mövcuddur. Dondurma dəzgahı ilə məşhurdur. Qəhrəmanmaraşın dondurma dəzgahı dünyanın hər yerində məşhur hala gəldi və yerli firmaların qatqısı və dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərində açıldı. Yaponiyadan ABŞ-yə, Avstraliyadan Dubaya qədər bir çox ölkədə şəhər və dondurma yerli firmalar tərəfindən irəli sürülür. 2012-ci ildə çıxarılan 6360 saylı qanuna görə, bir il şəhəri oldu.
Fəraməz Maqsudov
Maqsudov Fəraməz Qəzənfər oğlu (20 mart 1930, Naxçıvan – 30 iyul 2000, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Elmlər Akademiyasının (AEA) prezidenti (1997–2000). == Həyatı == Fəraməz Maqsudov 1930-cu il martın 20-də Azərbaycan Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. Maqsud xanın nəslindəndir. Fəraməz Maqsudov 1948-ci ildə Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi qızıl medalla bitirmişdir. == Elmi fəaliyyəti == 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika–riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1976-cı ildə professor elmi adını almış, 1976-cı ildə AEA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1954–2000-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda əyani aspirant, kiçik elmi işçi, böyük elmi işçi, baş elmi işçi, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışmışdır. AEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1980–1997), AEA prezidenti (1997–2000), 1994–2000-ci illərdə Dövlət Ali Ekspert Komissiyasının sədri, Milli Məclisin üzvü olmuşdur. F.Maqsudov 2000-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. == Əsas elmi nailiyyətləri == F.Maqsudovun əsas elmi tədqiqatları funksional analiz, differensial tənliklər və funksiyalar nəzəriyyəsi sahəsinə aiddir.
Fəraməz Məmmədov
Fəramiz Həmid oğlu Məmmədov (d. 10 yanvar 1942, Kirovabad) — Azərbaycan operatoru. == Həyatı == Fəramiz Məmmədov 10 yanvar 1942-ci ildə Gəncədə doğulmuşdur. 1958-ci ildə Gəncədə orta məktəbi bitirdikdən sonra Bakıya köçmüşdür. 1959-cu ildən 2004-cü ildə təqaüdə çıxana qədər Azərbaycanfilm kinostudiyasında operator assistenti, quruluşçu operator, rejissor-operator kimi fəaliyyət göstərmişdir. 1967-1973-cü illər Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir. 40-a yaxın sənədli və bədii filmin, 20-dən çox Mozalan satirik jurnalı və sair süjetlərin quruluşçu operatoru, rejissor-operatoru, müəllif-operatoru olmuşdur. 1978-ci ildən SSRİ Kinematoqrafçıları İttifaqının üzvü, daha sonra Ümumdünya Kinematoqrafiya Konfederasiyasının üzvüdür. 1981-1985-ci illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində Ərəbşünaslıq üzrə ixtisas əldə etmiş, 1984-cü ildən kino sənəti ilə paralel olaraq Quranın tərcüməsi ilə məşğul olmuşdur. Qurani-Kərimin elmi araşdırmaları adlı üç kitabın müəllifidir.
Fəraməz Əkbərian
Fəraməz Əkbərian-Kalacahi (1949, Təbriz – 12 mart 2019, London) — Azərbaycan əsilli Britaniya nüvə alimi. == Həyatı == İngiltərədə məskunlaşan Azərbaycan diasporunun inkişafında böyük rol oynamışdır. === Şəxsi həyatı === Fəraməz Əkbərian İngiltәrә-Azәrbaycan Cәmiyyәtinin nümayәndәsi Fəridə Pənahova ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi.
Fərguş (Sərab)
Fərguş (fars. فرگوش‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 938 nəfər yaşayır (247 ailə).
Fərman Abdullayev
Fərman Şəkili (4 noyabr 1954, Nuxa – 5 mart 2013, Bakı) — Azərbaycan aktyoru, rejissor, ssenari müəllifi. == Həyatı == Fərman Abdulcabbar oğlu Abdullayev (Şəkili) 4 noyabr 1954-cü ildə Şəkidə anadan olub. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil alıb. 1975-ci ildən peşəkar səhnədədir. Şəki Dövlət Teatrında çalışıb. Quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülüb. "Dahi" adlı pantomim pyesin müəllifidir. Azərbaycanda klounada sənətinin yaradıcısı olmuşdur. Azərbaycanın tanınmış aktyoru Fərman Abdullayev (Şəkili) uzun sürən ağır xəstəlikdən 5 mart 2013-cü ildə 58 yaşında vəfat etmişdir.. == Filmoqrafiya == Aşkarsızlıq şəraitində… (film, 1986) Boş yer (film, 1989) Zirzəmi (film, 1990) "Fransız" (film, 1995) Həm ziyarət, həm ticarət...
Fərman Bağırov
Fərman Bağırov (tam adı:Bağırov Fərman Camal oğlu; 1936 – 15 iyun 2020, Bakı) — Fotoqraf, jurnalist == Həyatı == 1936-cı ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bakı Dövlət Universitetində müəllim işləyib. "Kommunist" qəzetində işləyib. Daha sonra isə Milli Məclisin (MM) rəsmi orqanı olan "Azərbaycan" qəzetinin fotoillüstrasiya şöbəsinin müdiri olub. 15 iyun 2020-ci ildə koronavirusdan Bakı şəhərində vəfat etmişdir. == Təltif və mükafatları == Azərbaycan Ali Sovetin Fəxri fərmanı (1969) Əməkdar incəsənət xadimi Tərəqqi medalına layiq görülüb.
Fərman Eyvazlı
Fərman Allahverdi oğlu Eyvazov — yazıçı, jurnalist, "Azərnəşr"də tərcüməçi (1965-1976), Azərbaycan Jurnalistlər İttifaqında şöbə müdiri (1967-1996), Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Fərman Eyvazlı 6 Mart 1931-ci ildə Ağstafa rayonunda anadan olub. 1956-cı ildə Moskva Maksim Qorki İnstitutunun Ədəbiyyat ixtisasından məzun olub. Fərman Eyvazlı 26 noyabr 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir. == Ədəbi fəailyyəti == Ədəbi fəaliyyətə 1950-ci illərdə başlayan yazıçının ilk şeiri ,,İlk Səsim’’, Azərbaycan Gəncləri qəzetində yayımlanmışdır. 1986-cı ildə ,,Drujba Narodov’’ jurnalında baş müxbir, 1961-cı ildə Radio və Televiziya Komitəsində aparıcı kimi çalışmışdır. 1965-ci ildə ,,Azərnəşr’’də tərcüməçi, 1967-ci ildə Azerbaycan Jurnalistlər Birliyinde şöbə müdiri olub. 1962-ci ildə Azərbaycan Yazıçılar Birliyinə, 1970-ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv olmuşdur. == Əsərləri == Mən niyə qayıtmadım, Bakı, 1961. Qaçaq Kərəm, Bakı, 1986-1987-1990.
Fərman Eyvazov
Fərman İsgəndər oğlu Eyvazov – şərqşünas alim, filosof == Həyatı == Fərman İsgəndər oğlu Eyvazov 19 yanvar 1936-cı ildə Astarada anadan olmuşdur. 1943-1954 illərdə Astara rayonunda orta məktəbdə təhsil almışdır. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1960-cı ildə oranı bitirmişdir. Universiteti bitirdikdən sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) kiçik elmi işçi işləmişdir. 1963-1967 illərdə Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1969-cu ildən Fərman Eyvazov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda pedaqoji fəaliyyətə başlamışdır. 1971-1973 illərdə İranda referent-tərcüməçi işləyən Fərman Eyvazov İranda çalışan sovet mütəxəssislərinin işini asanlaşdırmaq məqsədilə rusca-farsca texniki lüğət hazırlamış 1972-ci ildə orada çap etdirmişdir. İrandan qayıtdıqdan sonra yenə də müəllimlik fəaliyyətilə məşğul olmuş, 1977-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dosent kimi fəaliyyət göstərmişdir. Fərman Eyvazov Respublika Təhsil Nazirliyi tərəfindən Əfqanıstana göndərilir. O, 1982-1988-ci illərdə bu ölkədə Nəqliyyat Nazirliyində referent-tərcüməçi, sonra keçmiş SSRİ səfirliyində müşavir işləməklə, Əfqanıstan İctimai Elmlər Akademiyasında mühazirələr oxumuşdur.
Fərman Gülməmmədov
Fərman Gülməmmədov (Gülməmmədov Fərman İbrahim oğlu) — Azərbaycan əsilli həkim və Ukraynanın Əməkdar Elm Xadimi. == Həyatı == Fərman Gülməmmədov 1939-cu il noyabrın 7-də Borçalı mahalında – Gürcüstanın o vaxtkı Lüksemburq, indiki Bolnisi rayonunun Darvaz kəndində anadan olub. == Təhsili == 1947-ci ildə Darvaz kənd orta məktəbinin birinci sinfinə gedib, sonra təhsilini Bolnisi qəsəbəsində rus orta məktəbində davam etdirib. 1958-ci ildə orta məktəbi bitirib və elə həmin ildə Ukraynanın Donetsk Tibb İnstitutuna qəbul olunub. == Peşə fəaliyyəti == 1964-cü ildən Donetsk vilayət xəstəxanasında həkim kimi fəaliyyətə başlayıb. Az sonra isə Klinik-cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1971-ci ildə dissertasiya müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi qazanıb. 1984-cü ildə "Yoğun bağırsaq xəstəliklərində cərrahi müalicə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, ttibb elmləri doktoru elmi dərəcəsinə yüksəlib. Fərman Gülməmmədov 1991–1994-cü illərdə Azərbaycanda — Bakı şəhərində işləyib və Azərbaycan Elmi Tədqiqat Qastroenterologiya İnstitutunda bağırsaq xəstəliklərinin cərrahi əməliyyatları sahəsinə rəhbərlik edib. 1995-ci ildə yenidən Donetskə qayıdıb və Tibb Universitetinin "Ümumi cərrahlıq" kafedrasının müdiri vəzifəsində fəaliyyətə başlayıb.
Fərman Hüseynov
Fərman Hüseynov (16 yanvar 1962, Həsənabad, Neftçala rayonu) — azərbaycanlı siyasi-ictimai xadim. == Həyatı == Fərman Hüseynov 16 yanvar 1962-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 1979-cu ildə Həsənabad qəsəbə orta məktəbini bitirib. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram-kino" fakültəsini bitirib 1983–1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrına aktyor vəzifəsində işləyib. 1983–1985-ci illərdə keçmiş SSRİ-nin Sverdlovsk vilayətində hərbi xidmətdə olub. 1985–1992-ci illərdə Neftçala rayon Mədəniyyət şöbəsində rayon Mədəniyyət Evinin müdiri, metodisti, Tarix Diyarşünaslıq muzeyində baş elmi işçi, Qızlar Kollecində müəllim işləyib. 1992-ci ildə Azərbaycan Politoloqiya İnstitutunun "Dövlətçilik" fakültəsinə daxil olub, milli hakimiyyət devriləndən sonra fakültənin ləğv edilməsi səbəbindən təhsili yarımçıq qalıb. 1990-cı ilin 25 yanvarında Bakıda yanvar qırğınını törədən sovet hərbi birləşmələrinin Neftçalada həyata keçirdikləri cinayət nəticəsində ağır güllə yarası aldığı üçün III qrup əlildir. == Siyasi fəaliyəti == Fərman Hüseynov 1990-cı illərin əvvəlində Neftçalada milli hərəkatın lideri olmuş, Azərbaycan Xalq Cəbhəsinin Neftçala Rayon Şöbəsinin ilk sədri seçilmişdir. 1990-cı ilin ortalarında rayonda ilk müstəqil mətbuat orqanı olan "Əqidə" qəzetini təsis edib.
Fərman Kərimzadə
Fərman İsmayıl oğlu Kərimzadə (Kərimov) (3 mart 1937, Vedi – 17 mart 1989, Bakı, SSRİ) — azərbaycanlı yazıçı-nasir, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, kinoredaktor, bir çox filmlərin ssenari müəllifi. == Həyatı == Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistan SSR-in Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. İbtidai təhsilini orada almış (1944–1951), orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (1955–1960). İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olmuşdur (1962–1965). Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdirü, məsul katib işləmişdir (1962–1965). Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir (1965–1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı adına "Azərbaycan film" kinostudiyasında kollegiya üzvü (1970–1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977–1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980–1981) işləmişdir. F. Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qarlı aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii filmi çəkilmişdir), "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir.
Fərman Mahmudov
Fərman Mahmudov (23 fevral 1940, Böyük Əmili, Qutqaşen rayonu – 14 sentyabr 1996, Bakı) — Azərbaycanlı arxeoloq. == Haqqında == Fərman Rəsul oğlu Mahmudov 1940-cı ilin fevralın 23-də Qutqaşen rayonunun Böyük Əmili kəndində anadan olmuşdur. İbtidai təhsilini öz kəndlərində, orta təhsilini qonşu Hacıalılı kənd orta məktəbində başa vurmuşdur. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1962-ci ildə oranı bitirmişdir. 1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutuna işə qəbul edilmişdir. Burada baş laborant və kiçik elmi işçi vəzifəsində işləmişdir. Elə həmin ildən ömrünün sonuna qədər taleyini arxeologiya elminə bağlamış, bir sıra arxeoloji ekspedisiyalarda (Qəbələ, Qax və s.) iştirak etmiş, qısa bir müddətdə çöl-tədqiqat işlərinin sirlərini mənimsəmiş, 1963–1966-cı illərdə Tarix institutunun aspirantı olmuş, qafqazşünas Y. İ. Krupnovun elmi rəhbərliyi ilə işləmişdir. Təcrübəli arxeoloq İ. H. Nərimanovla birgə işləməsi F. R. Mahmudovun həyatında mühüm rol oynamışdır. Onun tövsiyəsi ilə F. R. Mahmudova "Cənubi-Şərqi Azərbaycanın tunc və dəmir dövrünün əvvəllərində mədəniyyəti" mövzusu müəyyən edilir. F. R. Mahmudovun həmin zonada apardığı ilk qazıntılar bu mövzunun perspektivli olduğunu göstərir.
Fərqət Tuxtamışev
Fərqət Şərəfullayeviç Tuxtamışev — 20 yanvar şəhidi. == Həyatı == 1958-ci il oktyabrın 29-da Bakıda anadan olub. Milliyyətcə tatardır. Bakı elektrik maşınqayırma zavodunda yığıcı çilingər işləmişdir. Subay idi. 19-dan 20-sinə keçən gecə iş yoldaşları ilə birlikdə Salyan qazarmasının yanında olub. Əsgərlər silahsız piketçilərə divan tutan vaxt başından yaralanıb. Əsgərlərin insaflıları bir neçə yaralı ilə birlikdə Fərqəti də Salyan qazarmasının içərisindəki həkim məntəqəsinə aparmışlar (Bunu mərhumun iş yoldaşları görmüşdülər). Yanvarın 20-dən başlayaraq Fərqətin valideynləri onu axtarmağa başlamış, lakin şəhərin heç bir xəstəxanasından tapa bilməmişlər. Salyan qazarmasının həkim məntəqəsində Fərqət qeydiyyatdan keçirilməmişdi.
Dermis
Dermis — Dermis və ya korium, epidermis (ondan kutis əmələ gətirir) ilə dərialtı toxuma arasındakı dəri təbəqəsidir, əsasən bədəni stress və gərginlikdən qoruyan sıx, səliqəsiz formalı birləşdirici toxumadan ibarətdir. İki qata bölünür: epidermisə bitişik olan papiller bölgə və səth sahəsi, retikulyar dermis olaraq bilinən daha dərin, qalın bir sahə. Dermis, bodrum membranından epidermislə sıx birləşdirilmişdir . Derminin struktur komponentləri kollagen, elastik liflər və ekstra fibrillyar matrisdir. Ayrıca toxunma hissi üçün mexanoreseptorlar və istilik hissi üçün termorezektorlar da vardır. Bundan əlavə, saç kökləri, tər vəziləri, yağ vəziləri , apokrin vəziləri, limfa damarları, sinir və qan damarları dermisdə mövcuddur. Bu qan damarları həm dəri, həm də epidermal hüceyrələr üçün qidalanma və detoksifikasiya təmin edir. == Struktur == Dermis üç əsas növ hüceyrədən ibarətdir: fibroblastlar, makrofaqlar və mast hüceyrələr. Bu hüceyrələrə əlavə olaraq, dermis kollagen (güc təmin edən), elastin (elastiklik təmin edən) və ekstrafibrillar matris, əsasən qlikozaminoqlikanlardan (əsasən hialuronan), proteoqlikanlardan ibarət olan hüceyrə xaricindəki jel kimi bir maddə kimi matrix komponentlərdən ibarətdir. == Laylar == === Papiler dermis === Papiler dermis dermisin ən üst qatındadır.
Ferdos
Firdovs (fars. فردوس‎; əski adı:Tun) — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Firdovs şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 25,968 nəfər və 7,316 ailədən ibarət idi.
Feşmək
Feşmək — karameləoxşar Azərbaycan şirniyyatı Tərkibinə un, şəkər tozu, kərə yağı, sirkə, cövhər, rəngli yeyinti boyaları daxildir. Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Forbes
Forbes — ABŞ-də iki həftədə bir nəşr olunan bir biznes jurnalı. 1917-ci ildə Şotlandiyadan ABŞ-yə köç edən BC Forbes tərəfindən qurulmuşdur. Onun ölümündən sonra oğlu Bruce şirkətin başçısı olmuşdur. Bruce'un da ölümündən sonra sırası ilə jurnalı Malcolm Forbes, Steve Forbes, Timothy C. Forbes idarə etmişdir. Jurnalın bugünkü redaktoru William Baldwin, Nəşr etdirən isə Riçard Karlgaard'dır. Forbesin mərkəzi Nyu-Yorkda 5-ci Küçə adlanan yerdədir. Şirkətin Forbes jurnalından başqa ForbesLife, Forbes Asia, American Heritage, American Legacy və American Heritage of Invention & Technology adlı jurnalları də nəşr olunmaqdadır. Forbes, İngiliscə dilindən başqa yeddi dildə nəşr olunmaqdadır. Steve Forbes və jurnalın bəzi yazarları Fox TV üçün Forbes on Fox və Forbes On Radio proqramlarını da hazırlamaqdadırlar. Forbesin internet saytı,Forbes.com özünü dünya iş adamlarının ana səhifəsi olaraq bilinməkdədir.
Herpes
Herpes və ya qızdırma qabarcığı kimi tanınan, əsasən dodaqlara təsir edən herpes simplex virusunun infeksiya növü. == Təsviri == Virusun peyvəndi olmasa da, insan orqanizminin immun sistemi və spesifik anticisimlər adətən virusla mübarizə aparır. Virusa ən çox yoluxur: dəri, gözlər (konyunktivit, keratit), xarici cinsiyyət orqanları Xəstəliyin ağır vəziyyətlərində, herpetik meningit və ensefalitin inkişafı ilə nəticələnən mərkəzi sinir sisteminin zədələnməsi mümkündür. Bədənin müqavimətinin azalması xəstəliyin inkişafını tezləşdirir. Bədənin həddindən artıq istiləşməsi zamanı herpes isti havada da mümkündür. İnsanlarda 8 növ herpes virusu olur: Herpes virusu 1 növ — dodaqlarda qabarcıqlara ("soyuqdəymə") səbəb olan herpes simpleks virusu. Herpes virusu 2 növ — genital herpesə səbəb olur, əksər hallarda cinsiyyət orqanlarında problemlər yaradır. Su çiçəyi virusu — Çiçək və şingles (herpes zoster) xəstəliklərinə səbəb olan herpes virusu növ 3. Epştein-Barr virusu — 4-cü növ virus — infeksion mononükleoza səbəb olur. Sitomeqalovirus — sitomeqalovirus infeksiyasına səbəb olan 5-ci növ virus.
Kərkəs
Kərkəs (lat. Gyps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Gyps fulvus Gyps bengalensis Gyps rueppelli Gyps indicus Gyps tenuirostris Gyps himalayensis Gyps africanus Gyps coprotheres == Cinslər və növləri == Gypohierax Palma kərkəsi, Xurma kərkəsi (G. angolensis) Gypaetus Toğlugötürən (G. barbatus). Neophron Leşyeyən (N. percnopterus). Necrosyrtes Keşiş kərkəsi (N. monachus) Gyps Ağ çiyinli kərkəs (G. africanus) Benqal kərkəsi (G. bengalensis) İncədimdikli kərkəs (G. indicus) Xallı kərkəs (G. rueppellii) Himalay kərkəsi (G. himalayensis) Ağbaş kərkəs (G. fulvus). Kap kərkəsi (G. coprotheres) Aegypius Qara kərkəs (A. monachus). Torgos Düşük yanaqlı kərkəs (T. tracheliotus) Trigonoceps Ağ başlı kərkəs (T. occipitalis) Sarcogyps Qızıl başlı kərkəs (S. calvus) Azərbaycanda 4 növü var:Qara kərkəs (A. monachus);Ağbaş kərkəs (G. fulvus);Leşyeyən (N. percnopterus);Toğlugötürən (G.barbatus).
Sərkeş
Sərkeş (Culfa)
Sərməst
Sərməst — İranın Kirmanşah ostanının Gilan Qərb şəhristanının Govar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,434 nəfər və 515 ailədən ibarət idi.
Amblyseius firmus
Amblyseius firmus (lat. Amblyseius firmus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius firmus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.