Gilar

GilarAzərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.

Gilar
38°55′ şm. e. 48°09′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Yardımlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Gilar xəritədə
Gilar
Gilar

Gilar Yardımlı rayonunun Şəfəqli inzibati ərazi vahidində kənd. Viləş çayının sol sahili ilə İran sərhədi arasında dağətəyi ərazidədir. Etnotoponimdir. Qədim Volqa Bulqarıstanında XIII-XIV əsrlərdə Gilan şəhəri və gilan tayfası qeydə alınmışdır.[1] Gilar kəndi qədim, köçəri türkman tayfalarına məxsusdur.

Qədim Volqaboyu Bulqarıstanından köçüb gəlmiş və Ərdəbildə məskunlaşmış türkman tayfaları sonradan indiki Yardımlı rayonuna köç ediblər və Gilar kəndini salıblar.[2] Gilar kəndində tarixi məzarlıqda Səlcuqlu imperiyasında da istifadə edilən, qədim türklərə məxsus səkkiz güşəli simvollar yer alır. Hazırda Ərdəbildə də Gilarlu kəndi var. Bəzi məlumatlara görə, Türkmənistanda da eyniadlı şəhər mövcuddur.[3][4]

  1. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 287
  2. "Kənd qədim, köçəri türkman tayfalarına məxsusdur". https://sherg.az/. 19 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2023.
  3. ""Gilar toponimi qədim türkman tayfaları ilə bağlıdır"". https://avrasiya.net/. 18 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
  4. ""Gilar toponimi qədim türkman tayfaları ilə bağlıdır"-Əli Zülfüqaroğlu". 18 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.