Gülnarə Şıxəli qızı Qurbanova (10 mart 1953) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.
Gülnarə Qurbanova | |
---|---|
24 noyabr 1995 – 12 noyabr 2000 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 mart 1953 (71 yaş) |
Partiya | |
Təhsili | |
Atası | Şıxəli Qurbanov |
Gülnarə Qurbanova 1953-cü il martın 10-da Şıxəli və Xavər Qurbanovların ailəsində anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano şöbəsində təhsil alıb. Fəlsəfə elmləri doktorudur. İngilis və rus dillərini bilir.
1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 8 nömrəli Yasamal III dairəsindən bitərəf namizəd olan Gülnarə Qurbanova I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Gülnarə Qurbanova Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[1][2]
1998-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasına üzv olmuşdur.