Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gümrah Ömər
Gümrah Ömər (23 iyul 1973, Bakı) — Azərbaycan teatr rejissoru, "Səda" Tədris Teatrının Direktoru və Bədii rəhbəri(2017-ci ildən). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi. == Həyatı == 1973-cü ildə Gürcüstan respublikasınında anadan olmuşdur. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyorluğu" fakültəsində təhsil almış. 1995-ci ildən "Yuğ" Dövlət Teatrında aktyor, 2000-ci ildən rejissor kimi fəaliyyətə başlamışdır.2010-2013 illərdə Gəncə Dövlət Dram Teatrının, 2014–2017-ci il "Yuğ" Dövlət Teatrında baş rejissor vəzifəsində çalışıb, 2017-ci ildən "Səda" Tədris Teatrının direktorudur. 2017-ci ildən "Səda" Tədris Teatrında direktor və bədii rəhbər vəzifəsində çalışır.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr Sənəti" fakültəsinin "Dram teatrı və kino aktyoru" kafedrasında müəllim vəzifəsində çalışır. == Quruluş verdiyi tamaşalar == == İştirak etdiyi teatr festivalları == "Milli klassika Festivalı" (Bakı-Azərbaycan)-2001-ci il; "Üfüq-XXI" monotamaşalar Festivalı (Bakı-Azərbaycan)-2002-cı il; "Qafqaz Kültürləri festivalı-2" (Kars-Türkiyə)-2005-ci il; "Beynəlxalq Teatr yarmarkası" (Tibilisi-Gürcüstan)-2005-ci il; "Boş Məkanın dolğunluğu " (Bakı-Azərbaycan)-2006-cı il; "Orta Asiya məmləkətlərinin I Beynəlxalq teatr festivalı (Alma–ata)"-2006-cı il; "Milli Teatr Festivalı" (Estoniya-Sarema)-2008-ci il; "Üfüq-XXI" monotamaşalar Festivalı (Bakı-Azərbaycan)-2002-ci il; "Beynəlxalq Teatr yarmarkası" (Tibilisi-Gürcüstan)-2005-ci il; "Boş Məkanın dolğunluğu" (Bakı-Azərbaycan)-2006-cı il; "Orta Asiya məmləketlərinin I Beynəlxalq Teatr Festivalı" (Alma–ata-Qazaxıstan)2006-cı il; "Sərgüzəşti Mirzə Fətəli" festivalı (Bakı-Azərbaycan)-2012-ci il; "Tuğanlıq festivalı"- (Ufa-Başqırdıstan)-2012-ci il; "Bin nəfəs bir səs-Konya teatr festivalı"-(Türkiyə-Konya)-2013-cü il; "Sabah İncəsənət Festival"(Bakı-Azərbaycan)-2018-ci il; "Qits Ustad Dərsləri Festivalı"(Rusiya Moskva)-2019-cu il; "33-cü Amotör Teatr Festivalı" (Türkiyə-Dənizli)-2019-cu il; == Mükafatları == "Üfüq-XXI" Monotamaşalar festivalı. "Ən yaxşı rejissor işi (Diplom). (Bakı-Azərbaycan 2002) İlin ən yaxşı teatr rejissoru(Diplom)-Azərbaycan Gənclər İdman və Turizm Nazirliyi. (Bakı-Azərbaycan 2003) Gənclər-mükafatı (Diplom)-Azərbaycan Gənclər İdman və Turizm Nazirliyi.
Gümrah Əliyev
Gümrah Məhəmməd oğlu Əliyev(d. 1958, Şərur r-nunun Püsyan k.) — həkim, professor, elmlər doktoru. == Elmi fəaliyyəti == 1955-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir. 1987–1992-ci illərdə İvanova Tibb İnstitutunun elektron mikroskopiya laboratoriyasında baş elmi işçi işləmiş; 1991–1992-ci illərdə isə İtaliyanın FİDA Elmi Mərkəzində elmi ezamiyyətdə olmuş; 1993–1995-ci illərdəİngiltərə Ürək Fondunun təqaüdçü elmi işçisi kimi London Universiteti kollecinin anatomiya və inkişaf biologiyası kafedrasında işləmiş; 1996 −1997-ci illərdə Cein (İspaniya) Universitetinin professor vəzifəsində çalışmışdır. Sonradan Klivlend Kliniki Fondunda işləməyə başlamış; 1988–1999-cu illərdə Klivlend Qərb Ehtiyatlar Universitetinin Patologiya İnstitutunda işinə davam edir. Həmin Universitetin Neyrologiya və anatomiya kafedrasının elektron mikroskopiya mərkəzində bir müddət elmi məsləhəçi olmuş; 2001-ci ildə isə həmin mərkəzin direktoru olmuşdur. Ürək-damar xəstəliklərinə, işemiya və reperfuziyadan sonra damar endotelininin ultrastruktur-funksional analizinə və mümkün farmakoloji müdaxiləyə, ürək-damar və neyrodegenerativ xəstəliklərin patogenezində endoteli-1 və nitrit oksidinin roluna və s. dair tədqiqatlar aparılmışdır. Gümrah Əliyev 120-dən çox elmi əsərin müəllifidir. İtaliya, Fransa, İngiltərə, İspaniya, ABŞ və Rusiya tibb universitet və klinikalarında mühazirələr oxumuşdur.
Nasional Fəaliyyət və Gümrah İnkişaf
Nasional Fəaliyyət və Gümrah İnkişaf (türk. Nasyonal Aktivite ve Zinde İnkişaf, NAZİ) — 1969-cu ildə bir qrup keçmiş Respublikaçı Kəndlilər Millət Partiyasının (CKMP) üzvləri tərəfindən Türkiyənin İzmir şəhərində yaradılmış neonasist və türkçü siyasi birlik. Birlik iki döyüş bölməsini saxlayırdı. Üzvlər "Hücum dəsətləri" formaları geyinirdilər və Hitler salamından istifadə edirdilər. Liderlərdən biri olan Gündüz Qapancıoğlu 1975-ci ildə yenidən Milliyyətçi Hərəkat Partiyasına (MHP) qəbul olunmuşdur. Bir neçə gün sonra dərnək MHP ilə birləşərək özünü ləğv etmişdir. Dərnək nisbətən kiçik idi, 1969-cu ildə təxmini 20 üzvü var idi və bu, pik nöqtə idi.
Gumrah Rəhimov
Gümrah Rəhimov — Azərbaycan aktyoru, Azərbaycan SSR Dövlət Mükafatı laureatı. == Həyatı == Gümrah Kərim oğlu Rəhimov 1944-cü ilin dekabrında Borçalı rayonunun Sarvan kəndində anadan olmuşdur. 1952-ci ildə Marneuli Pedaqoji Texnikumu nəzdindəki ibtidai məktəbin birinci sinfinə getmiş, 1956-cı ildə 1 nömrəli Marneuli Azərbaycan orta məktəbinin 5-ci sinfinə keçib, 1963-64-cü tədris ilində həmin məktəbi bitirir. Uşaqlıqdan məlahətli səsə malik olan balaca Gümrah, elə uşaq yaşlarından çalıb-oxumağı (əsasən hind və qədim Türk mahnılarını) sevirdi. Buna görə də böyük qardaşlarının məsləhətilə sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə verir və oraya da daxiı olur. Gümrah Rəhimov institutu müvəffəqiyyətlə qurtarıb, təyinatla Cəfər Cabbarlı adına kino studiyasının aktyorluq şö’bəsinə işə götürülür. İşlədiyi az bir müddət ərzində 44 filmdə böyük və kiçik, lakin yaddaqalan rollar oynamışdır. Aktyor Gümrah elə olurdu ki, bir ildə iki, bə‘zən isə uç filmdə çəkilirdi. Gümrah Rəhimov “Qaçaq Nəbi” filmində Tunc Vəli obrazına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. Gümrah Rəhimov istər kinoda, istərsə də teatrda bir çox unudulmaz rollar özgünluyü ilə fərqlənmişdir.
Molla Gürani
Molla Gürani (28 avqust 1406, Ergani, Diyarbəkir ili – 1488, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Makrîzî, Dürerü’l-ʿuḳūdi’l-ferîde fî terâcimi’l-aʿyâni’l-müfîde (nşr. Adnân Dervîş – Muhammed el-Mısrî), Dımaşk 1995, I, 363–365. Bikāî, ʿUnvânü’z-zamân bi-terâcimi’ş-şüyûḫ ve’l-aḳrân, Köprülü Ktp., nr. 1119, vr. 6b-7b. Sehâvî, eḍ-Ḍavʾü’l-lâmiʿ, I, 241–243. Süyûtî, Naẓmü’l-ʿiḳyân (nşr. Philip K. Hitti), Beyrut 1927, s. 38–40.
Qumbaşı
Qumbaşı — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafi mövqeyi == Qumbaşı Lənkəran rayonunun Xəzər şəhər inzibati ərazi vahidində kənddir. Xəzər dənizi sahilində, Lənkəran ovalığında yerləşir. == Əhalisi == Əhalisi 1288 nəfərdir. == Toponimiyası == Bəzi mülahizələrə görə, Qumbaşı ensiz boğaz vasitəsilə dənizlə birləşən axmazın-murdabın adındandır. Digər tədqiqatlara görə, Qumbaşı kəndinin yerləşdiyi ərazi dənizə yaxın hündür qumluqdan ibarət olduğu üçün belə adlanıb.
Qumqapı
Qumqapı (türk. Kumkapı) — İstanbulun Fateh ilçəsində yerləşən səmt. Mərmərə dənizinin şimal sahilini əhatə edir. Şərqində Kadırqa, şimalında Gedikpaşa, cənubunda Yeniqapı Qumqapı şəhərin ermənilərin sıx məskunlaşdığı bölgəsidir. Burada erməni məktəbləri və kilsələri yerləşir. İstanbul Erməni Patriarxlığı Qumqapıdadır. Məhəllə balıq restoranları və meyxanaları ilə məşhurdur. Buna görə bir çox turistin diqqətini cəlb edir. == Tarix == Bizans dövründə səmt yunan dilində Kontoskalion adı ilə çağırılırdı. == Nəqliyyat == Əvvəllər Sirkəci-Halqalı metro xəttinin bir stansiyası Qumqapıda yerləşirdi.
Qumarçı
Qumar — Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəliri olan oyunlara verilən ümumi ad. İndi qumar oyununu qanuni olaraq tanıyan bir çox ölkə var və ondan pul yığırlar. İnsan cəmiyyətlərinin ilk zamanlarından bu yana mövcud olan qumar çox dəyişik üsullarla reallaşdırıla bilər. Qumar, haqsız yerə başqasının malını götürmək, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir. Qumar, ictimai bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Qazanılan pul da qanuni deyil. Qumar yayıldıqca ictimai zərərlər artar. Qumar ailə həyatında nizamsızlıqlara, anlaşılmazlıqlara, laqeydliklərə səbəb olar. Çox zaman əyləncəli vaxt keçirmək üçün seçilən qumar çox zərərli bir oyundur.
Qürah
Qürah (ləzg. Кьурагь) — Dağıstan Respublikası, Qürah rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətrdən Qürah rayonunun və Qürah kənd sovetliyinin mərkəzidir. == Kəndin salınması == Bu mövzu da bir çox fikirlər var, lakin əksər tarixçilər bu kəndin barabarlar tərəfindən viran qoyulmuş Giyar-şəhərdən gələnlər tərəfindən salınması fikirini irəli sürürlər. Belə ki, bu şəhərdən gələnlər tərəfindən yeddi elə də böyük olmayan aul salınmışdır: Xukvazar, Sliyixur, Serneqar, Yurxval, Çvatar-kam, Xiken-xur, Çuru-xur. Bir-birinə yaxın yerləşən bu aullar tədricən böyümüş Qürah kəndini əmələ gətirmişdir. İlk sakinlər arasında Lakiya və Avarstanı tərk etmiş insanlarda vardı. == Sonrakı tarix == XIV əsrdə Qürah kəndinin əhalisində artım müşahidə edilir. 1356-cı ildə Qürah icması adını alan müstəqil dövlət təşkil edilir. 1585-ci ildə Osmanlı imperiyasının ordu komandanlarından biri olan Cəfər paşa çox saylı cəhdlərdən sonra kəndi ələ keçirə bilir.
Aleşkov qumları
Aleşkov qumları, Aşağıdnepr qumları (ukr. Олешківські піски) — qumlu massiv olaraq Ukraynanın Xerson şəhərindən 30 km qərbdə yerləşir. Səhranın ərazisi 30–40 km şimaldan cənuba, 150 km isə qərbdən şərqə uzanır. Hazırda qumluqlarda xüsusi olaraq iynə yarpaqlı meşə salınır. Hazırda 15 km diametrində meşəsiz ərazi qalmışdır. Bura günümüzdə hərbi paliqon kimi istifadə edilir. Qumluğun Kazaçelaqer və Vinoqradov massivlərində 2010-cu ildə milli park yaradılmışdır. Aleşkov qumları Avropanın ən böyük səhrası və ya qumluğu olaraq adlandırırlar. Bununla belə Arçedinski-Qumları sahəsinə görə faktiki ən böyük massivvdir. Əslində isə Narın qumlar səhrası Avropanın əsl ən böyük səhrası və qumluğudur.
Horasio Quarani
Eraklio Katalin Rodrigez Sereyyo, — Daha çox Horasio Quarani (May 15, 1925 – Yanvar 13, 2017) adı ilə tanınan Argentina folklorunun görkəmli musiqiçi nümayəndələrindən biridir. O, həm də yazıçı idi. Quarani 13 yanvar 2017-ci ildə 91 yaşında vəfat etmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Horasio Quarani ilə əlaqəli mediafayllar var.
Quarani dili
Quarani dili, Ava dili (avañe'ẽ), və ya Paraqvay Quarani dili- Cənubi Amerikanın yerli dillərindən ki Tupian dillərinin Tupi-Quarani yarımqrupuna məxsusdur.Paraqvayın rəsmi dillərindən biridir (İspan dili ilə birlikdə) və əhalinin çoxluğunun danışdığı dildir və kənd əhalisinin yarısı tək dillidir. Bu dil qonşu ölkələrdə o cümlədən Argentinanın şimal-şərq hissələrində, cənub-şərq Boliviyada və cənub-qərb Braziliyada quarani icmaları tərəfindəndə danışılır və 2004-cü ildən Argentinanın Korrientes vilayətində ikinci rəsmi dildir, həmçinin Merkosurun rəsmi dilidir.
Quarani müharibəsi
Quarani müharibəsi (isp. Guerra Guaranítica, port. Guerra Guaranítica) — 1754-1756-ci illər ərzində Quarani qəbilələri və İeuzit reduksiya ailələri ilə İspan və Portuqal birləşmiş qüvvələri arasında baş vermişdir. Müharibənin nəticəsi olaraq Madrid anlaşması bitmiş və bununla da Cənubi Amerikada müstəmləkələrin sərhədləri dəqiqləşmişdir. == Səbəbləri == 1750-ci ildə bağlanmış Madrid anlaşmasına görə Cənubi Amerikada müstəmləkə sərhədləri müəyyənləşir. Sərhəd Uruqvay çayı olaraq götürülür. Portuqaliya çayın şərq sahillərində torpaq sahələri əldə edir. Çayın bu hissəsində olan İezuit ailələri (San-Miqel-das-Misoys, Santu-Anjelo, San-Lorenso-Martir, San-Nikolas, San-Xuan-Baustisa, San-Luis-Qonzaqa və Barjo) 29 000 əhali ilə çayın qərb sahilinə köçürülməli idi. Bu əhalinin cəmi bir il ərzində köçürülməsi təmin edilməli idi. Quaraniləri dirənişlərindən çəkinən və bundan istifadə edə bilərək itirilmiş bölgələrdə tax-tacdan kənar dövlət qura bilmələrindən çəkinən krallar, İspaniya və Portuqaliya dövlətləri arasında gizli anlaşma imzalayırlar.
Qumdaşı universitetləri
"Qumdaşı universitetləri" (ing. Sandstone Universities) — Avstraliyada ölkənin qədim və nüfuzlu universitetlərini birləşdirən qeyri-formal qrup. Öz dövrlərində həmin universitetlərin binaları qumdaşından tikilib. Onların əksəriyyəti Birinci dünya müharibəsinə qədər, müstəmləkə dövründə tikilib. Onlar qumdaşından inşa edildiyinə görə belə adlanırlar. Bu universitetlərin əsas xüsusiyyəti əsas diqqəti tədqiqat işlərinə və nəzəriyyəyə vermələridir. Statistikaya görə bu universitetlərdə oxuyan tələbələrtin əksəriyyəti imkanlı ailələrin övladlarıdır və sonradan yüksək maaşlı və nüfuzlu vəzifələr tuturlar.
Qurmalı silah
Qurmalı silahı (Bolt action), qundağa bağlanma yerinin qarşısında, patron yatağının arxasında və tətiyin üstündə və tüfəngdən istifadə edən şəxsin əli tərəfdə (ümumiyyətlə sağda) yerləşən bir qurma qolu ilə atəş açmaq üçün hazırlanan odlu silah növüdür. İkinci dünya müharibəsi dövrünə qədər (İkinci Dünya Müharibəsində müharibəyə qatılmış bütün ordular ABŞ-dən başqa əsasən Bolt Action silahlarına sahib idi və bu silahlardan başqa əsgərlərini pulemyot və tapança ilə silahlandırırdılar) ikidən artıq patron götürə bilən piyada tüfənglərində seçilən və düzəldilməsi mümkün olsa da, müasir dövrdə artıq ordularda az atış tutumuna ehtiyac duyan (məsələn, snayperlər) və ov ilə ovçunun mümkün qədər bərabər olmasını təmin edən ovçular tərəfindən sevilir. Yarım avtomatik yivli silahları dəqiq atış qabiliyyətinə malik olan şəkildə dizayn etmək də asan məsələ olmadığından, Bolt actionlar daha ucuz və daha yüksək vuruş dərəcələri olan modellər şəklində istehsal olunurlar. Bundan əlavə, bu sistemin çox xarizmatik və gözəl olduğunu düşünən mülki atıcılar (xüsusən ovçular) yarı avtomatik silahla yırtıcının ard-arda vurulmasının həm etikaya uyğun olmadığını, həm də əyləncəli olmadığını nəzərə alaraq bu sistemi seçirlər. Hal-hazırda Türkiyədə yarı avtomatik yivli ov tüfənglərinə daşıma sənədi verilmir, məhz buna görə yivli silahlar ilə ova çıxmaq istəyən şəxslər yalnız Bolt action modelləri ilə qanuni olaraq ova çıxa bilirlər.
Zamanın qumları
Zamanın qumları (ing. The Sands of Time) — Sidni Şeldonun 1988-ci ildə yazdığı romandır. == Ədəbiyyat == Sidney Sheldon, The Sands of Time, published by Grand Central Publishing (1988) ISBN 978-0-446-35683-1.
Çernışev qumları
Çernışev qumları ― xüsusi olaraq qorunan ərazi. Elə də böyük olmayan meşəlik ərazidə yerləşir. İnzibati cəhətdən Rostov vilayətinin Oblivski rayonunun şimalında qərarlaşır. Bölgə Çir və Berezyanski çaylarının axarbaxarındadır. 1977-ci ildə təşkil edilmişdir. == Çöl ekosistemi == Çernışev qumları yerli əhəmiyyətli botanik təbiət abidəsidır. Təbiət abidə yasaqlıqdır. Yasaqlıq insanların yerli istirahət məskəni rolunu oynayır. Təbiət qoruyucu, su qoruyucu və rekreasiya əhəmiyyəti daşıyır. Kifayət qədər ideal vəziyyətdə olsada istənilən yanğın vəziyyəti pisləşdirə bilər.
Qumqapı nümayişləri
Qumkapı nümayişləri 27 iyul 1890-cı il tarixində Osmanlı İmperiyasının paytaxtı İstanbul şəhərinin Qumqapı rayonunda baş verən siyasi aksiya olmuşdur. Nümayişlərə görə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında başlayan qarşıdurmada çox sayda nümayişçi və zabit həyatını itirmiş, bir çoxu da yaralanmışdır. == Hadisələrdən əvvəl == XIX əsrin son rübündə inqilabçı erməni qrupları ermənilərə yeni haqq və azadlıqların verilməsi üçün təzyiqlər göstərir, Avropanın erməni məsələsinə daha artıq diqqət ayırması üçün fəaliyyətlər həyata keçirirdilər. Xüsusilə də Sosial Demokrat Hnçak Partiyası kütləvi nümayişlər təşkil etmək taktikası ilə bu prosesi sürətləndirməyi qarşısına əsas məqsəd olaraq qoymuşdu. 1890-cı ilin iyun ayında Ərzurumda baş vermiş olan erməni üsyanının arxasında da Hnçak partizanlarının durduğu güman edilirdi. == 27 iyul 1890-cı il == 27 iyul 1890-cı ildə Harutün Cangülyan, Mihran Damadyan və Hamparsum Murat Boyacıyan Əfəndi nümayiş zamanı İstanbul Erməni Patriarxlığını və Osmanlı hakimiyyəti altında olan Erməni Milli Məclisini erməni probleminə etinasızlıqlarına görə tənqid edən manifest oxumuşdurlar. Nümayişin təşkilatçıları sırasında 1915-ci ildə Harutun Canqulyan və Hamparsum Boyacıyan kimi öldürüləcək Aram Açıqbaşyan da var idi. Patriarx Ulduz sarayına təşkil ediləcək olan yürüşə qatılmağa məcbur edilmişdir. Nümayişin və saraya yürüş edilməsinin əsas məqsədi sultanı ermənilərin sıx məskunlaşdığı vilayətlərdə lazımi islahatları aparmağa və Berlin müqaviləsinin ermənilərin kürd və çərkəz qruplarının mümkün hücumlarına qarşı müdafiə olunmasına qarantiya verən 61-ci maddəsini dərhal həyata keçirməyə çağırmaq idi. İştirakçılar Qumqapıdakı Patriarxlığın qarşısına yığışmağa başladığı zaman zabitlər izdihamı mühasirəyə alırlar.
Qumral Sadıqzadə
Qumral Sadıqzadə (tam adı: Sadıqzadə Qumral Seyid Hüseyn qızı) (1929-2010) — Seyid Hüseyn Sadiqin qızı. 1929-cu il dekabrın 7-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadanolub. 1947-ci ildə Bakı Energetika Texnikumunu, 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 1960-cı ildən etibarən dövri mətbuatda rus dilindən tərcümələri ilə çıxış edib. == Yaradıcılığı == Yazıçını ədəbi mühitə tanıtdıran ilk əsəri dövrünün görkəmli publisisti, tənqıdçisi, nasiri olan atası Seyid Hüseyndən, Azərbaycanın ilk ziyalı xanımlarından olan anası şairə Ümmügülsümdən, ümumiyyətlə nəslinin tarixindən bəhs olunan iki hissədən ibarət "Son mənzili Xəzər oldu” adlı tarixi-sənədli romandır. Müəllifin 2002-ci ildə çap etdirdiyi "Mənim nakam qardaşım” romanı bu nəslin tarixinin davamıdır. Əsər Seyid Hüseyn – Ümmügülsüm ailəsinin 37-ci il repressiyasından sonrakı dövrünü əhatə edir. 2000-2009-cu illər Qumral Sadıqzadənin həyatında bədii yaradıcılıq baxımından ən məhsuldar dövrdür. Bu illər ərzində dövri mətbuatda ədibin bir-birindən maraqlı povest və hekayələri ("Analar tək qalmasın”,"Uzunçu”, "Deyingən”,"Təranə” və s.) çap olunub. Yazıçının qələmi bu gün də öz itiliyini saxlayır və fəaliyyətini davam etdirir.
Qumral palıd
== Ümumi yayılması: == Qafqazda və Rusiyada (Krım) təbii arealı vardır. == Azərbaycanda yayılması: == Şərqi Böyük Qafqazda – Quba, Qusar, Dəvəçi, İsmayıllı, Qəbələ, Goranboy, Xankəndi, Lənkəran, Lerik rayonlarının meşələrində dəniz səviyyəsindən 500–1000 m yüksəklikdə yayılmışdır. == Statusu: == Azərbaycanın nadir bitkisidir.DD. == Bitdiyi yer: == Orta dağ qurşağında meşələrdə rast gəlinir. == Təbii ehtiyatı: == Təbii arealı çox geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Təbiətdə hündürlüyü 30 m, diametri 60 sm-ə çatan uzunömürlü ağacdır. Qumral palıdı gürcü palıdından fərqləndirən əsas əlamətlərdən başlıcası onun yarpaqlarının alt tərəfində damarların ol-masıdır. Gürcü palıdının yarpaqları isə çılpaq olur. Qumral palıdın yar-paqlarında yan damarlar 5-7 ədəd, gürcü palıdında isə yan damarları bir qədər artıq olur. Qumral palıdın yarpaqları nazik, uzunsov və ensiz, tərs ovalvarı olduğu halda, gürcü palıdının yarpaqları isə tərs oval və ya uzunsov oval, üstdən parıldayan tünd-yaşıl rəngli olmaqla möhkəm dərivarıdır. Bitkinin zoğları boz sıx keçə tüklüdür və sonralar tədricən çıl¬paq-laşır.
Qumral əvəlik
Qumral əvəlik (lat. Rumex crispus) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Çəmənliklərdə və sahələrin kənarında, çay kənarlarında, su arxları və yolların kənarında alaq otu kimi bitir. == Botaniki təsviri == Hündürlüyü 50-100 sm olan çoxillik ot bikisidir. Gövdəsi bərk, çılpaq və azacıq şırımlıdır. Qalın və lansetvari cod yarpaqları saplaqlı, uzunsov- lansetvari və ya uzunsov-xəttvaridir. Saplaq tərəfi yumru və ya ürəkvari şəkildə daralmış, ucları iti, qıraqları burulmuş-dalğavaridir. Çoxçiçəkli dəstə kimi birləşən çiçəkləri dar uzun süpürgəvarı çiçəkqrupu əmələ gətirir. Meyvələri 2 mm uzunluğunda tünd mixəyi rəngli, parıltılı, iti üçkünc qozcuqlardır. May-iyul aylarında çiçəkləyir və meyvə verir.
Qurani-Kərim
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir. "Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.
Qurani-Şərif
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir. "Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.
Qurani Kərim
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir. "Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.
Sumahi türbəsi
Sumahi türbəsi — Digah kəndində yerləşən köhnə qəbirstanlığın kənarında yerləşən türbə. Türbənin 1901-ci ildə inşa edildiyi qeyd edilir. Tikili dördbucaqlı formaya malikdir. Giriş hissəsinin üzərində daş kitabə qoyulmuşdur. Tikili üzəri günbəzlə tamamlanır. Türbədən bir qədər yuxarıda türk şəhid əsgərlərinin məzarları yerləşir.
Almanın günahı
Almanın günahı qısametrajlı sənədli filmi rejissor İdris Heydərov tərəfindən 2014-cü ildə çəkilmişdir. İzmediada istehsal edilmişdir. Film Almaniyada baş verən siyasi hadisələri araşdırır. == Məzmun == Avropanın mərkəzində 40 min nümayişçi amansızlıqla dağıdılıb. Polis heç kimə rəhm etmir: nə qocalara, nə qadınlara, nə də uşaqlara... Min nəfərdən çox fəal həbs edilib, bloqqerlərə, jurnalistlərə qarşı cinayət işi açılıb, hətta parlamentin deputatları da təqib olunurlar. Söz, toplaşmaq azadlığının pozulması... Eynulla Fətullayevə müsahibə verən alman hüquq müdafiəçiləri təsdiq edirlər ki, liberal Almaniya amansız avtoritarizmə qayıdır. Film Almaniyada baş verən siyasi hadisələri araşdırır.
Səid bin Əmir əl-Cümahi
Səid bin Əmir əl-Cümahi (ərəb. سعيد بن عامر الجمحي‎) — səhabə. == Həyatı == Gənc Səid bin Amir əl-Cuməhi Muhəmmədin (Allahın ona salavat və salamı olsun) səhabələrindən biri olan Xubeyb ibn Adinin (Allah ondan razı olsun) xaincəsinə faciəli qətlinə şahid olmaq üçün Qureyş başçılarının Mədinənin xaricindəki Tənim adlanan yerə çağırdıqları minlərlə insanlardan biri idi. Dolğun gəncliyi və irəli atılmağa nail olmaq bacarığı ona imkan verdi ki, o, çiyinləri ilə insanları yararaq yürüşün mərkəzində gedən Qureyş başçılarından olan Əbu Sufyan bin Hərb, Səfvan bin Umeyyə və başqaları ilə bərabər irəliləsin. Beləliklə o, (əl-ayağı) kəndirlə bağlanmış Qureyşin əsirini görməyə nail oldu. Muhəmməddən (Allahın ona salavat və salamı olsun) şəxsi intiqam almaq üçün və onu öldürməklə Bədrdə ölənlərin əvəzini çıxmaq üçün qadınlar, uşaqlar və gənclər onu itələyərək edam yerinə aparırdılar. Toplanmış bu kütlə öz əsiri ilə edam üçün hazırlanmış yerə çatdıqda gənc Səid bin Amir əl-Cuməhi öz hündür qaməti (boyu) ilə Xubeybə (Allah ondan razı olsun) tərəf baxmağa başladı. Onlar isə Xubeybi (Allah ondan razı olsun) taxtadan olan xaça tərəf yaxınlaşdırırdılar. Səid bin Amir əl-Cuməhi qadınların və körpə uşaqların çığırtısı arasından Xubeybin (Allah ondan razı olsun) sabit və təmkinli səslə belə dediyini eşitdi: – “Əgər etiraz etmirsinizsə məni sərbəst buraxın, ölümümdən qabaq iki rükət namaz qılım…” Sonra o Xubeybin (Allah ondan razı olsun) Kəbəyə üz tutaraq iki rükət namaz qılmağına tamaşa etdi. Ah, necə də gözəl, necə də kamil… Sonra da o, Xubeyb bin Adinin (Allah ondan razı olsun) Qureyş başçılarına yaxınlaşaraq belə dediyini gördü: – “Allaha and olsun ki, bilsəydim mən namazı uzatdıqda mənim ölümdən qorxduğumu zənn etməyəcəksiniz, namazı artırardım…”.
Səid ibn Əmir əl-Cümahi
Səid bin Əmir əl-Cümahi (ərəb. سعيد بن عامر الجمحي‎) — səhabə. == Həyatı == Gənc Səid bin Amir əl-Cuməhi Muhəmmədin (Allahın ona salavat və salamı olsun) səhabələrindən biri olan Xubeyb ibn Adinin (Allah ondan razı olsun) xaincəsinə faciəli qətlinə şahid olmaq üçün Qureyş başçılarının Mədinənin xaricindəki Tənim adlanan yerə çağırdıqları minlərlə insanlardan biri idi. Dolğun gəncliyi və irəli atılmağa nail olmaq bacarığı ona imkan verdi ki, o, çiyinləri ilə insanları yararaq yürüşün mərkəzində gedən Qureyş başçılarından olan Əbu Sufyan bin Hərb, Səfvan bin Umeyyə və başqaları ilə bərabər irəliləsin. Beləliklə o, (əl-ayağı) kəndirlə bağlanmış Qureyşin əsirini görməyə nail oldu. Muhəmməddən (Allahın ona salavat və salamı olsun) şəxsi intiqam almaq üçün və onu öldürməklə Bədrdə ölənlərin əvəzini çıxmaq üçün qadınlar, uşaqlar və gənclər onu itələyərək edam yerinə aparırdılar. Toplanmış bu kütlə öz əsiri ilə edam üçün hazırlanmış yerə çatdıqda gənc Səid bin Amir əl-Cuməhi öz hündür qaməti (boyu) ilə Xubeybə (Allah ondan razı olsun) tərəf baxmağa başladı. Onlar isə Xubeybi (Allah ondan razı olsun) taxtadan olan xaça tərəf yaxınlaşdırırdılar. Səid bin Amir əl-Cuməhi qadınların və körpə uşaqların çığırtısı arasından Xubeybin (Allah ondan razı olsun) sabit və təmkinli səslə belə dediyini eşitdi: – “Əgər etiraz etmirsinizsə məni sərbəst buraxın, ölümümdən qabaq iki rükət namaz qılım…” Sonra o Xubeybin (Allah ondan razı olsun) Kəbəyə üz tutaraq iki rükət namaz qılmağına tamaşa etdi. Ah, necə də gözəl, necə də kamil… Sonra da o, Xubeyb bin Adinin (Allah ondan razı olsun) Qureyş başçılarına yaxınlaşaraq belə dediyini gördü: – “Allaha and olsun ki, bilsəydim mən namazı uzatdıqda mənim ölümdən qorxduğumu zənn etməyəcəksiniz, namazı artırardım…”.