Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Harri Belafonte
Harri Belafonte (1 mart 1927[…], Harlem, Nyu-York ştatı – 25 aprel 2023[…], Yuxarı Vestsayd[d], Nyu-York ştatı) — Amerikalı müğənni, bəstəkar, aktivist və aktyor. Ən uğurlu Yamayka-Amerika pop ulduzlarından biri, 1950-ci illərdə Trinbagonian Karib musiqi üslubunu beynəlxalq auditoriya ilə çıxardan əsas şəxs hesab olunur. O, blyuz, folk, gospel, şou melodiyaları və Amerika standartları daxil olmaqla bir çox janrda çıxış etdi. Onun debüt albomu Calypso (1956), tək bir sənətçinin ilk milyon satan LP albomudur. Belafonte "The Banana Boat Song (Banan Qayığı mahnısı)" kimi tanınan "Day-O" mahnısını yazması ilə məşhurdur. O, blüz, folk, gospel, şou melodiyaları və Amerika standartları da daxil olmaqla bir çox janrlarda səsyazma və ifa edib. O, həmçinin bir neçə filmdə, o cümlədən Carmen Jones (1954), Island in Sun (1957) və Odds Against Tomorrow (1959) filmlərində rol alıb. Belafonte üç "Qremmi" mükafatı (o cümlədən, Qremmi Ömür Boyu Nailiyyət Mükafatı), Emmi mükafatı və Toni mükafatını qazandı. 1989-cu ildə Kennedi Mərkəzinin fəxri mükafatını aldı. 1994-cü ildə Milli İncəsənət Medalı ilə təltif edildi.
Harri Hole
Harri Hole — Yu Nesbö tərəfindən yazılmış və dünyada 18 000 000 tirajla satılmış romanlar seriyasının (hal hazırda 11 roman) baş qəhrəmanıdır. Harri Holenin adı Şerlok Holms, Erkül Puaro, Komissar Meqre, Niro Vulf kimi tanınmış ədəbi detektivlərlə yanaşı çəkilir. Hole qeyrikonservativ metodlara malik parlaq və aktiv detektiv olmaqla yanaşı, sərrast atıcılıq qabiliyyətinə malikdir. Harri Hole 20 yaşında xərçəng xəstəliyi səbəbi ilə anasını itirir və keçmiş müəllim olan atası Ulav Hole ilə də sıx əlaqə saxlamır. O, Oslo Polis İdarəsinin Kriminalistika bölməsinin əməkdaşıdır. Harrinin daun sindromlu bir bacısı var. O, evli deyil, lakin on roman boyu bir çox qadınlarla sıx əlaqədə olub. Harri siqaret və alkoqol aludəçisi olmağına baxmayaraq, zaman zaman alkoqol qəbulunu kontrol edə bilir. Onun problemləri vaxtaşırı rəhbərlik və bəzi əməkdaşlarla konfliktlə nəticələnməyinə baxmayaraq, onun güclü detektiv olduğuna inanan bölmə rəisi Byarne Möller və onun iş yoldaşı və yaxın dostlarından biri onun işdən azad edilməsinin qarşısını ala bilirlər. Harri Federal Təhqiqat Bürosunda atıcılıq və Polis sorğulaması texnikası üzrə təlim keçmiş azsaylı orqan işçilərindən biridir.
Harri Hudini
Harri Hudini (ing. Harry Houdini, əsl adı və soyadı Erik Vays (mac. Weisz Erik); 24 mart 1874[…], Budapeşt – 31 oktyabr 1926[…], Detroyt, Miçiqan) — Çətin qaçış və azad olma tryukları ilə şöhrət qazanmış məşhur amerikalı illüzionist və hipnozçu. Baxmayaraq ki, Hudini özünün ABŞ-nin Viskonsin ştatında anadan olduğunu bildirsə də, sənədlərdə gələcək fokusçunun Budapeştdə ravvin ailəsində anadan olduğu göstərilmişdir. Erikin ailəsi onun 4 yaşı olanda, 1878-ci il 3 iyul tarixində ABŞ-yə emiqrasiya etmişdi. İlk əvvəl ailə Viskonsin ştatının Eplton şəhərində məskunlaşmışdı. Çünki ailənin başçısı — Meyer Samuel Vays burada Zion Reform Jewish Congregation adlı reformist sinaqoqunda ravvin vəzifəsini əldə etmişdi. 1887-ci ildə Hudini atası ilə birlikdə Nyu-Yorka gəlir. Harri 10 yaşından başlayaraq əyləncə müəssisələrində kart fokusları göstərməyə başlamışdır. 1892-ci ildə fransız fokusçusu Rober-Hudenin şərəfinə özünə Hudini təxəllüsünü götürür.
Harri Kasparov
Harri Kimoviç Kasparov (Vaynşteyn; 13 aprel 1963[…], Bakı) — sovet, rusiyalı şahmatçı. Şahmat üzrə beynəlxalq dərəcəli qrosmeyster (1980), gənclər arasında dünya çempionu (1980), SSRİ çempionu (1981, 1988), 13-cü dünya çempionu (1985–2000) və Rusiya çempionu (2004). 11 dəfə "Şahmat Oskarı"nın sahibidir (1982, 1983, 1985, 1986, 1987, 1988, 1995, 1996, 1999, 2001, 2002) Atası Kim Vaynşteyn milliyətcə yəhudi, anası Klara Kasparyan isə ermənidir. Babası Moisey Vaynşteyn keçən əsrin 40–50-ci illərində Azərbaycan SSR-də tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor olmuşdur. 1963-cü ildə Bakı şəhərində dünyaya gələn Harri əvvəllər Vaynşteyn soyadını daşısa da atasının 1970-ci ildə leykozdan vəfatından sonra, 1976-cı ildə anası onun soyadını dəyişərək öz soyadını vermiş, soyadın sonluğundakı "yan" hissəciyini isə dəyişərək rus stilində "ov" yazdırmışdır. Harri Kasparov 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 18 yanvar 1990-cı il tarixdə Bakını ailəsi və qohumları ilə birlikdə tərk etmiş. Sovet ordusunun da Bakını tərk etməsini tələb etmişdi. 1976-cı ildə gənclər arasında SSRİ çempionu olmuşdur. 1980-ci ildə qrosmeyster dərəcəsi almaqla yanaşı, Dortmundda Gənclər arasında dünya çempionu adını qazanmışdır.
Harri Keyn
Harri Keyn (ing. Harry Kane; 28 iyul 1993) — İngiltərə futbolçusu. Almaniyanın "Bayern Münhen" klubunun və İngiltərə milli futbol komandasının hücumçusu. Keyn, "Tottenhem Hotspur"un heyətində 2011-ci il avqustun 25-də, Avropa Liqasının ikinci təsnifat mərhələsində Yunanıstanın "Harts" klubuna qarşı oynanılan görüşdə debüt edib. O,"Tottenhem Hotspur"un əsas heyət oyunçusu olanadək icarə əsasında Birinci Liqada çıxış edən "Leyton Orient"də, Çempionşipdə çıxış edən "Milluoll" və "Norviç Siti"də, və Premyer Liqada mübarizə aparan "Norviç Siti"də oynayıb. Keyn, İngiltərənin yeniyetmələrdən və gənclərdən ibarət komandalarının hamısında çıxış etmişdir. Əsas milli komandada debütü 24 mart 2015-ci ildə baş tutmuşdur. Harri Keyn "Tottenhem Hotspur" akademiyasının yetirməsidir, lakin o, ilk illər əsas komandanın heyətinə düşməkdə çətinlik çəkib. Bu səbəbdən klub onu 2011-ci il yanvarın 7-də İngiltərə Birinci Futbol liqasında çıxış edən "Leyton Orient" komandasına icarəyə verib. O, bu klubun heyətində yanvarın 15-də "Rotsdeyl" klubuna qarşı oynanılmış görüşdə sonradan meydana çıxaraq debüt etmişdir.
Harri Markovits
Harri Markovits (ing. Harry Max Markowitz) 24 avqust 1927[…], Çikaqo, İllinoys – 22 iyun 2023, San-Dieqo, Kaliforniya) — amerikalı iqtisadçı. Çağdaş portfel nəzəriyyəsi mövzusunda xüsusilə mal varlığı riskləri, korrelyasiya və portfel müxtəlifliyinin investisiya portfelinin gəlirlərinə olan təsirləri ilə bağlı tədqiqatları ilə tanınır. 1990-cı ildə Merton Miller və Vilyam Şarpla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Harri Markovits ABŞ-nin Çikaqo şəhərində anadan olub. Liseydə oxuyarkən fizika və fəlsəfə mövzularına, xüsusilə bu mövzularda ingilis filosofu Devid Yumun fəaliyyətləri ilə maraqlandı. Çikaqo Universitetində də bakalavr dərəcəsinə bu mövzularda yüksəldi. Sonra magistr təhsilinə Çikaqo Universitetində iqtisadiyyat bölməsində davam etdi. Burada təhsil alarkən məşhur iqtisadçıların, Milton Fridmen, Tyallinq Kupmans, Ceykob Marşak, Leonard Seveyc və b. rəhbərliyində tədqiqatlarına davam etdi.
Harri Martinson
Harri Edmund Martinson (isv. Harry Edmund Martinson; 6 may 1904[…] və ya 1904, Jamshoq[d] – 11 fevral 1978[…] və ya 1978, Stokholm)) — İsveç yazıçısı, şairi, Ədəbiyyat üzrə Novel mükafatı laureatı (1974; Eyvind Yunson ilə birlikdə). İsveç yazıçısı, şair və jurnalist Harri Edmund Martinson uzaq səfərlər kapitanının oğlu idi. İveçin cənubunda doğulmuşdu. Altı yaşında atasını itirmişdi. İi il sonra anası onu və altı bacısını ataraq Amerikaya köçmüşdü. Uşaqlar isə ən imkansız, bərbad vəziyyətdə olan yetimxanalarda böyümüşdülər. Təbii ki, belə bir vəziyyətdə hər hansı ardıcıl təhsildən söhbət gedə bilməzdi. Şəraitin dözülməzliyi Harrini saxlandığı uşaq evlərindən ara-sıra qaçmağa məcbur etmişdi. Müstəqil həyata erkən yaşlarından başlamışdı.
Harri Potter
«Harri Potter» (ing. «Harry Potter») — ingilis qadın yazıçı Coan Ketlin Roulinq tərəfindən yazılmış yeddi roman və onun əsasında çəkilmiş filmlər seriyasıdır. Səkkizinci kitab isə teatrdan kitaba uyğunlaşdırılmışdır. Dünyada çap olunmasına və satışına görə böyük rekordlara imza atmışdır. Seriyanın yeddinci kitabı ABŞ-də 8,5 milyonluq böyük bir satış gəlirinə sahib olaraq böyük bir rekord əldə etmişdir. Seriyanın kitabları "Dünyanın ən tez satılan kitabı" və "Dünyanın ən çox satılan uşaq romanı" adını hələ də əlində saxlayır. Roman uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərin də diqqətini çəkmişdir. Harri Potter 10 il müddətində sevmədiyi qohumları: xalası Petunia, xalasının əri Vernon və onların axmaq övladı Dadli Dörzli ilə yaşamağa məcbur olur. Valideynlərinin yol qəzasında öldüyünü zənn edən Harri gerçəyi Hoqvartsda gözətçi işləyən Rubeus Haqrid tərəfindən öyrənir. Harrinin anası Lili və atası Ceyms Potter düşmənləri Voldemort tərəfindən öldürülmüşdür.
Harramiz
Harramiz Quieta Ferreira Soares (3 avqust 1990, San Tome) — futbolçu. Daha çox Harramiz kimi tanınır. Portuqaliya klubu olan Faransenin futbolçusu. Harramiz Soares 20 iyun 2021-ci ildə Neftçiyə transfer olundu.
Harramiz Soares

Harran Ulu məscidi
Harran Ulu məscidi (digər adı Firdevs Məscidi) — Türkiyənin Harran şəhərində məscid. Əməvi hökmdarı II Mərvan tərəfindən tikilmişdir. 1269-cu Monqollar tərəfindən dağıdılmışdır. Xarab vəziyyətdə olan məscid 800 ildən sonra 2019-cu ildə restavrasya olunmağa başlanmışdır.
Harri Hovard Barton Allan
Harri Hovard Barton Allan (ing. Harry Howard Barton Allan; 27 aprel 1882 – 29 oktyabr 1957, Vellinqton) — Yeni Zelandiya botaniki. Harri Hovard Barton Allan toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. Flora of New Zealand, Volume 1 (1961). New Zealand Trees and Shrubs and How to Identify Them (1928). An Introduction to the Grasses of New Zealand (1936). A Handbook of the Naturalized Flora of New Zealand (1940).
Harri Potter (filmlər seriyası)
“Harri Potter” filmlər seriyası — ingilis yazıçısı Coan Roulinq (orijinal — Joanne Kathleen Rowling) tərəfindən yazılmış fantaziya romanları seriyası əsasında çəkilmiş Böyük Britaniya – ABŞ istehsalı olan filmlər seriyasıdır. Serial Warner Bros. Pictures tərəfindən yayımlanıb, Coan Roulinqin 7 eyniadlı romanı əsasında çəkilmiş 8 fantastik filmdən ibarətdir. Harri Potter və Fəlsəfə Daşı seriyasından başlayır, Harri Potter və Ölüm Hədiyyələri-II hissə seriyasında kulminasiya nöqtəsinə çatır . Filmlərin çəkilişi on ildən artıq davam edib. Harri Potter və Ölüm Hədiyyələri seriyada 7-ci (və sonuncu) romandır, onun əsasında iki hissə film (2 seriya) çəkilib. Harri Potter və Ölüm Hədiyyələri – I hissə 2010-cu ilin noyabr ayında və II hissə isə 2011-ci ilin iyul ayında buraxıldı. Serialın səkkiz filmdən altısı bu vaxta kimi çəkilmiş 50 ən yaxşı filmlər sırasındadır. Harri Potter və Ölüm hədiyyələri — II hissə ən azı 1 milyard dollar gəlir gətirən 31 dünya filmləri siyahısına daxildir (reytinq üzrə 8-ci yeri tutur) . Filmin ən baha başa gələn seriyası 6-cı seriyadır ("Harri Potter və Mələz Şahzadə"), 250 milyon dollar sərf olunub.
Harri Potter (personaj)
Harri Ceyms Potter (ing. Harry James Potter 31 iyul 1980) — ədəbi personaj, ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış romanlar seriyasının baş qəhrəmanı, sehrbaz. Öz dünyada o, qüdrətli qara cadugər Lord Voldemorta qalib gələn yeganə sehrbaz kimi tanınır. Personaj dünyada böyük məşhurluq qazandı. Adı: Harri Ceyms Potter (orta adını atasının şərəfinə alıb); Valideynləri: Ceyms Potter və Lili Potter (Evans); Bədən quruluşu: arıq; Xüsusi əlamətləri: yumru çərçivəli eynək taxır; alnında ildırım formasında çapıq, sol qolunda Dolores Ambricin qanunsuz cəzaları nəticəsində əmələ gələn çapıq ("Mən yalan deməməliyəm" sözləri), sinəsində oval formada çapıq; Gözləri: açıq-yaşıl, badam formasında; Qeyri-adi bacarıqları: sehrbaz; ilanlar ilə danışmaq qabiliyyəti; Hoqvarts məktəbinin ən yaxşı arayıcılardan biri; Fakültəsi: Qriffindor; Qviddiç: Arayıcı, komadanın kapitanı; Ailəsi: Ceyms Potter (atası), Lili Potter (anası), Sirius Blek (xaç atası), Petuniya Dursli (xalası), Vernon Dursli (xalasının həyat yoldaşı), Dadli Dursli (xalası oğlu), Cinni Uizli (həyat yoldaşı), Ceyms Sirius Potter (böyük oğlu), Albus Severus Potter (kiçik oğlu), Lili Luna Potter(qızı) Tedi Lupin(xaç oğlu) Sevgilisi: Cinni Uizli; dördüncü kursdan beşinci kursun yarısınadək Ravenklou faküktəsindən olan Cou Çanqdan xoşu gəlir; Çubuğu: çoban saçağı ağacı və simurq quşunun lələyindən, 11 düym; yeddinci hissədə Hermiona Qreyncer tərəfindən sındırılmışdır. Həmin kitabda Harri faktiki olaraq gəndalaş ağacından olan yenilməz çubuğu və Drako Malfoya məxsus olan çubuğunun sahibidir; Süpürgəsi: 1. Minerva MakQonaqall tərəfindən hədiyyə verilən Nimbus-2000 süpürgəsi 3. Sirius Blekin hədiyyəsi olan İldırım süpürgəsi 4. Nimfadora Tonksun milad hədiyyəsi olan İldırım-ın heykəlciyi; Övladları: Ceyms Sirius Potter, Albus Severus Potter, Lili Luna Potter. Harri obrazı ilk dəfə "Harri Potter və Fəlsəfə Daşı" romanında (ABŞ-da "Harri Potter və Sehrbaz Daşı" adıyla nəşr olunub) görünüb.
Harri Potter (romanlar seriyası)
«Harri Potter» (ing. «Harry Potter») — ingilis qadın yazıçı Coan Ketlin Roulinq tərəfindən yazılmış yeddi roman və onun əsasında çəkilmiş filmlər seriyasıdır. Səkkizinci kitab isə teatrdan kitaba uyğunlaşdırılmışdır. Dünyada çap olunmasına və satışına görə böyük rekordlara imza atmışdır. Seriyanın yeddinci kitabı ABŞ-də 8,5 milyonluq böyük bir satış gəlirinə sahib olaraq böyük bir rekord əldə etmişdir. Seriyanın kitabları "Dünyanın ən tez satılan kitabı" və "Dünyanın ən çox satılan uşaq romanı" adını hələ də əlində saxlayır. Roman uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərin də diqqətini çəkmişdir. Harri Potter 10 il müddətində sevmədiyi qohumları: xalası Petunia, xalasının əri Vernon və onların axmaq övladı Dadli Dörzli ilə yaşamağa məcbur olur. Valideynlərinin yol qəzasında öldüyünü zənn edən Harri gerçəyi Hoqvartsda gözətçi işləyən Rubeus Haqrid tərəfindən öyrənir. Harrinin anası Lili və atası Ceyms Potter düşmənləri Voldemort tərəfindən öldürülmüşdür.
Harri Potter dünyasındakı obrazların siyahısı
Harri Potter romanlar seriyasındakı obrazların siyahısı ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış seriyasında əks etdirilmiş personajlardır. Dolores Ceyn Ambric – Hoqvartsın direktoru və ali inkvizitoru. Lord Voldemortun rəhbərliyi altında keçirilən mələzlərin təqibində iştirak edir. Ludo Baqman – Sehr nazirliyinin sehrli oyunlar və idman şöbəsinin rəhbəri. Batilda Baqşot – "Sehrin Tarixi" kitabının müəllifi, Qellert Qrindevaldın xalasıdır. Voldemort tərəfindən qətlə yetirilib. Keti Bell – Qriffindor faküləltəsinin tələbəsi, kviddiç komandasının oyunçusudur. Çariti Berbidc – Harri Potter illərində Hoqvartsda maql tədqiqatları üzrə professor. Lord Voldemort tərəfindən qətlə yetirilib. Katbert Bins – kabus, sehrli tarix üzrə professor.
Harri Potter dünyasındakı yerlərin siyahısı
Coan Roulinqin yazmış olduğu Harri Potter roman seriyasındakı xəyali yerlər təşkilatlar var. Aşağıda onların siyahısı vardır. İngiltərə 'nin qərbində yerləşən,Maqllar ilə cadugərlərin yaşadığı kiçik bir şəhərcikdir. 1689 da qurulmuşdur. Adını, burada doğan Qodrik Qriffindordan almışdır. Bir çox məşhur cadugər burada doğulmuş və böyümüşdür. Burada doğulan ya da yaşayan əhəmiyyətli Sehrbazlar: Qodrik Qriffindor Iqnotus Peverell Bouman Rayt (Sniçi ixtira edən adam) Albus Dambldor Aberfort Dambldor(Albusun balaca qardaşı) Batilda Bəkşat (Dövrünün ən böyük tarixçisi, "Sehr Tarixi" kitabının yazarı) Ceyms Potter Lili Potter Harri Potter 1899 'da, Ariyana Dambldor, Gellert Qrindılvold, Albus Dambldor və Aberfort Dambldor arasında çıxan dueldə öldürülmüş və Dambldorlar həmişə özlərini məsul tutmuşlar. 1981də isə Lord Voldemort, Harri Potteri öldürmək üçün buradakı evə girmiş və Harrinin ailəsini öldürmüşdür, lakin Harrni öldürə bilməmişdir çünki anası onun üçün ölərək ona qoruma təmin etmişdir. Sonradan burda Potter ailəsinin bir heykəli ucaldılmışdır. 1997-ci ildə Harry Potter və Hermiona Qreyncer, Batilda Bəkşatı tapmaq üçün buraya gəldilər.
Harri Potter və Alov Kuboku (film, 2005)
Herri Potter və Alov Qədəhi (ing. Harry Potter and the Goblet of Fire) — 2005-ci ildə Mayk Nyuelin rejissorluğu ilə çəkilmiş və Warner Bros.-in distribütorluğu ilə çıxarılmış ABŞ və Böyük Britaniya fentezi filmidir. Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından dördüncü film olan “Alov Qədəhi”nin ssenarisi Stiv Klovz tərəfindən yazılmış, prodüserliyini isə Devid Heyman etmişdir. Filmdə Harri Potterin Hoqvartsda dördüncü tədris ili, Alov Qədəhi tərəfindən seçilərək "Üç Sehrbaz turniri"ndə iştirakı və daha sonra baş verən hadisələr təsvir olunur. "Alov Qədəhi", Harri Potter filmlər seriyasından olan ilk filmdir ki, ABŞ-də PG-13, Birləşmiş Krallıqda isə 12A yaş məhdudiyyət sertifikatı almışdır. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uotson isə Harrinin ən yaxın dostları olan Ron Uizli və Hermiona Qreynceri canlandırırlar. Filmdə ikinci dərəcəli rollarda Qari Oldmen, Robbi Koltreyn, Maykl Qembon, Ralf Fayns, Alan Rikman və Robert Pettinson kimi ulduz aktyorlar da rol almışlar. “Harri Potter və Azkaban Məhbusu” filminin sikveli olan filmdəki hadisələr “Harri Potter və Simurq Ordeni” filmində davam etdirilir. Filmin çəkilişlərinə 2004-cü ildə başlanılmışdır.
Harri Potter və Alov Kuboku (roman)
Harri Potter və Alov Qədəhi (ing. Harry Potter and the Goblet of Fire) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan dördüncü romandır. Kitabda gənc sehrbaz Harri Potterin Sehrbazlıq və Cadugərlik məktəbi Hoqvartsda dördüncü ili və sirli şəkildə "Üç Sehrbaz Turniri"nə qatılması təsvir olunur. Kitab Böyük Britaniyada "Bloomsbury", ABŞ-də isə "Scholastic" nəşriyyatı tərəfindən 8 iyul 2000-ci ildə nəşr olunmuşdur. Bu roman Harri Potter seriyasından olan əsərlər arasında hər iki ölkədə də eyni vaxtda çıxarılmış ilk kitabdır. Əsər Harri Potter romanları arasında Hüqo mükafatına layiq görülmüş yeganə kitabdır. 18 noyabr 2005-ci ildə, roman əsasında çəkilmiş film və "Electronic Arts" tərəfindən hazırlanmış videooyun təqdim edilmişdir. Heç kim yaşamayan iqamətgahın (təxminən əlli il əvvəl həmin iqamətgahda Reddllar ailəsi yaşayırdı. Onlar naməlum şəraitdə, naməlum şəxs tərəfindən öldürülmüşdülər) bağbanı Frenk Brays gecə iqamətgahın otaqlarından birində işıq yandığını görür. Evə girən bağban Lord Voldemort və Piter Pettiqryunun söhbətinə şahid olur.
Harri Potter və Alov Qədəhi
Harri Potter və Alov Qədəhi — roman
Harri Potter və Alov Qədəhi (dəqiqləşdirmə)
Harri Potter və Alov Qədəhi — roman
Harri Potter və Alov Qədəhi (film, 2005)
Herri Potter və Alov Qədəhi (ing. Harry Potter and the Goblet of Fire) — 2005-ci ildə Mayk Nyuelin rejissorluğu ilə çəkilmiş və Warner Bros.-in distribütorluğu ilə çıxarılmış ABŞ və Böyük Britaniya fentezi filmidir. Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından dördüncü film olan “Alov Qədəhi”nin ssenarisi Stiv Klovz tərəfindən yazılmış, prodüserliyini isə Devid Heyman etmişdir. Filmdə Harri Potterin Hoqvartsda dördüncü tədris ili, Alov Qədəhi tərəfindən seçilərək "Üç Sehrbaz turniri"ndə iştirakı və daha sonra baş verən hadisələr təsvir olunur. "Alov Qədəhi", Harri Potter filmlər seriyasından olan ilk filmdir ki, ABŞ-də PG-13, Birləşmiş Krallıqda isə 12A yaş məhdudiyyət sertifikatı almışdır. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uotson isə Harrinin ən yaxın dostları olan Ron Uizli və Hermiona Qreynceri canlandırırlar. Filmdə ikinci dərəcəli rollarda Qari Oldmen, Robbi Koltreyn, Maykl Qembon, Ralf Fayns, Alan Rikman və Robert Pettinson kimi ulduz aktyorlar da rol almışlar. “Harri Potter və Azkaban Məhbusu” filminin sikveli olan filmdəki hadisələr “Harri Potter və Simurq Ordeni” filmində davam etdirilir. Filmin çəkilişlərinə 2004-cü ildə başlanılmışdır.
Harri Potter və Alov Qədəhi (film musiqisi)
"Harri Potter və Alov Qədəhi" filminin 15 noyabr 2005-ci ildə çıxarılmış musiqi albomudur. Film musiqisi Patrik Doyl tərəfindən yazılmış və London Simfonik Orkestrı tərəfindən ifa edilmişdir. Əvvəlki üç Harri Potter filmindən fərqli olaraq, Con Vilyams dördüncü filmin musiqisinin yazılmasında iştirak edə bilməmişdir. Buna görə də, bəstəkar kürsüsünə Patrik Doyl dəvət edilmişdir. Con Vilyams isə "Ulduz müharibələri. III Epizod: Sithin qisası", "Geyşanın memuarları", "Münhen" və Stiven Spilberqin "Dünyaların savaşı" remeykinin film musiqisi üzərində çalışmışdır. Ceyms Şermanın rejissorluğu ilə London Simfonik Orkestrı tərəfindən ifa edilmiş film musiqisinə üç yeni mövzu daxildir: bunlardan biri Üç Sehrbaz Turnirini, digəri Lord Voldemortu, üçüncüsü isə Harri Potterin Ço Çanqa aşiq olmasını əks etdirir. Film musiqisinə məşhur "Hedwig's Theme"nin qısa işlənməsi də daxildir. Südrik Diqqoriin ölümü "The Death of Cedric" adlı mövzu ilə qeyd edilmişdir. Albom "Billboard 200" hit paradına səkkizinci, "Top Soundtracks Chart" hit-paradına isə dördüncü yerdən daxil olmuşdur.
Harri Potter və Alov Qədəhi (roman)
Harri Potter və Alov Qədəhi (ing. Harry Potter and the Goblet of Fire) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan dördüncü romandır. Kitabda gənc sehrbaz Harri Potterin Sehrbazlıq və Cadugərlik məktəbi Hoqvartsda dördüncü ili və sirli şəkildə "Üç Sehrbaz Turniri"nə qatılması təsvir olunur. Kitab Böyük Britaniyada "Bloomsbury", ABŞ-də isə "Scholastic" nəşriyyatı tərəfindən 8 iyul 2000-ci ildə nəşr olunmuşdur. Bu roman Harri Potter seriyasından olan əsərlər arasında hər iki ölkədə də eyni vaxtda çıxarılmış ilk kitabdır. Əsər Harri Potter romanları arasında Hüqo mükafatına layiq görülmüş yeganə kitabdır. 18 noyabr 2005-ci ildə, roman əsasında çəkilmiş film və "Electronic Arts" tərəfindən hazırlanmış videooyun təqdim edilmişdir. Heç kim yaşamayan iqamətgahın (təxminən əlli il əvvəl həmin iqamətgahda Reddllar ailəsi yaşayırdı. Onlar naməlum şəraitdə, naməlum şəxs tərəfindən öldürülmüşdülər) bağbanı Frenk Brays gecə iqamətgahın otaqlarından birində işıq yandığını görür. Evə girən bağban Lord Voldemort və Piter Pettiqryunun söhbətinə şahid olur.
Hawker Siddeley Harrier
Hawker Siddeley Harrier, Hawker Siddeley tərəfindən buraxılmış Böyük Britaniya istehsalı olan reaktiv V/STOL hücum təyyarəsidir. Təyyarə Harrier Jump Jet seriyasının ilkidir və VSTOL dizaynına malik ilk əməliyyat məqsədləri üçün nəzərdə tutulmuş yaxın hava dəstəyi və kəşfiyyat təyyarəsidir.
Harar
Harar (Harer) — Efiopiyanın əsas islam şəhəri, daş divarlarla əhatə olunmuş məscidlər və rəngarəng bazarlar şəhəri, müsəlman elmi və məktəbləri mərkəzi. Əsrlər boyu Harardan Şərqi Afrikanı ərəb dünyası ilə əlaqələndirən ticarət karvanları keçib. Bu şəhərin çiçəklənmə dövrü XVI əsrdir. Şəhər o zaman böyük əraziyə malik, bugünkü Şərqi Efiopiyanı əhatə edən müstəqil Somali Sultanlığı olan Adalın paytaxtı olub, lakin vaxt ötdükcə Adal mövqelərini itirib. Hazırda Harara Efiopiya hökuməti nəzarət edir. Şəhərin "Cuqol" adlandırılan köhnə hissəsi son 400 il ərzində çiçiəklənmə vaxtı qonşuların hücumlarından müdafiə üçün dörd metr hündürlüyə malik divarlarla əhatə olunub. 2006-cı ildə 82 məscidə malik Cuqol YUNESKO-nun Dünya irsi siyahısına daxil edilib. 300 ildən çox müddət ərzində köhnə şəhərə giriş qeyri-müsəlmanlar üçün bağlı olub. Burada mövcud ənənəyə əsasən, köhnə şəhərdə sakinlər evlərin xarici divarlarını müxtəlif əlvan rənglərə boyayırlar. Evlər üç növdə tikilib; bəziləri Qırmızı dəniz sahilindəki ənənəvi ərəb şəhərləri memarlığını xatırladır.
Harv.
Vilyam Henri Harvi (ing. William Henry Harvey; 5 fevral 1811, Limerik, Munster[d] – 15 may 1866, Torki, Devon qraflığı) — İrlandiya botaniki. Harvey, William Henry. 1833. Div.II. Confervoideae. Div.III. Gloiocladeae. In, Hooker, W.J. (Ed.) The English flora of Sir James Edward Smith 5. London. Harvey, William Henry. 1834.
Havr
Havr (fr. Le Havre) — Fransanın şimal-qərbində, Yuxarı Normandiya əyalətində yerləşən şəhər. Havr şəhərini Sen çayı ortaya bölür. Havr bölgənin ən böyük şəhəridir. Əhalisi 175.497 nəfərdir. "Havre" sözü qədim fransız dilində "qapı" deməkdir. Şəhərin keçmiş adı onu saldıran I Françoisin şərəfinə Françiskopolis olmuşdur. Daha sonra "Le Havre (və ya Le Hable) de Grâce" adını almışdır. Bu ad daha əvvəl burada tikilmiş Notr-Dam-de-Qras kilsəsinə görə verilmişdir. Havr transatlantika keçişi edən fransız dənizçilərin tez-tez gəldiyi bir liman şəhəri olmuşdur.
Hari Mata Hari
Hari Mata Hari — 1985-ci ildə Sarayevoda yaradılmış Bosniya pop-rok qrupu. Qrup 2006 Avroviziya Mahnı Müsabiqəsində "Lejla" mahnısı ilə iştirak etmiş və 3-cü yeri tutmuşdur. Bu nəticə Bosniya və Herseqovinanın bu günə qədər bu müsabiqədəki ən yaxşı nəticəsidir.
Hadr qəzası
Həzr qəzası (ərəb. قضاء الحضر‎) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi, inzibati mərkəzi Həzr şəhəridir. 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 9.738 km² ərazini əhatə edir. İnzibati cəhətdən iki nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Həzr nahiyyəsi (ərəbcə: ناحية الحضر) və Təl nahiyyəsi (ərəbcə: ناحية التل). 10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Həzr qəzasının əhalisi 49.420 nəfər olmuşdur. Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Həzr qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 1.59%-ni təşkil edirdi.
Hard-rok
Hard-rok (ing. Hard Rock) — ağır rok və ya sərt rok. Rok musiqisinin bir janrıdır. Hard rok musiqisində əsasən bas gitaradan və zərb alətlərindən istifadə olunur. Hard rok 1960-cı illərin əvvəllərində yenidən dirçəldi və 60'cı illərin sonlarına doğru adət etdiyi formanı aldı. 1970-ci ilin başlanğıcı və sonralar isə Led Zeppelin, Deep Purple, Black Sabbath kimi qrupların fəaliyyəti ilə hard rok musiqisi öz çiçəklənmə dövrünü yaşadı. Rok musiqisində "ağırlaşma" 1960-cı illərin ortalarında Böyük Britaniya və Amerika qrupları tərəfindən başlandı, hansılar ki; The Kinks, Cream, The Rolling Stones, The Beatles, The Yardbirds, The Who və mahir rok-gitarist Cimi Hendriks. Hard rok musiqisin bilinən mahnıları "You Really Got Me" (The Kinks) və "White Room" (Cream), "Helter Skelter" (The Beatles) hesab etmək olar. "You Really Got Me" musiqisində isə hard rok'un tipik xüsusiyyətlərini görmək mümkündür. O vaxt yeni ağır rok-qruplar (Guns N’ Roses, Mötley Crüe, Def Leppard) ilə bərabər öz yeni işlərilə 1970-ci illərin klassik hard-rok nümayəndələri (Black Sabbath-ın keçmiş vokalisti Ozzy Osborn, Deep Purple-ın keçmiş vokalisti Devid Koverdeylin Whitesnake qrupu) və 1970-ci illərin ortalarına yaxın debüt etmiş qruplar (Aerosmith, AC/DC, Judas Priest) böyük uğur qazanırdı.
Hard rok

Hari (çay)
Hari (ind. Batang Hari, digər adları Batanqxari, Cambu) — İndoneziyanın Sumatra adasında olan ən uzun çay. Bir çox mənbələrə görə uzunluq 600-800 km arasında dəyişir. Hari çayı öz mənbəyini dəniz səviyyəsindən 1531 metr yüksəklikdən, Qununq Rasam (2585 m) dağının yamaclarından götürür. Qununq Rasam dağı Barisan silsiləsinə daxil olub Qərbi Sumatrada yerləşir. Çay ilk öncə cənuba istiqamətində axır, daha sonra şərq meyillənir. Çay əsasən bataqlaşmış düzənlik ərazilərdən axır . Hari çayı Qərbi Sumatranın iki dairəsini (Cənubi Solok, Dharmasraya) və Cambi əyalətinin beş dairəsini (Bunqo, Tebo, Batanqhari, Muaro-Cambi, Şərqi Tancunq-Cabunq) kəsib keçir. Hari çayının mənsəbi Berhala körfəzidir. Körfəz Cənubi Çin dənizi hövzəsinə aiddir .
Hari Bekker
Hari Bekker (ing. Gary Stanley Becker; 2 dekabr 1930[…], Pottsvill[d], Pensilvaniya[…] – 3 may 2014[…], Çikaqo) — amerikalı sosioloq və iqtisadçı. 1992-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Hari Bekker 2 dekabr 1930-cu ildə Pensilvaniya ştatında anadan olub. 1951-ci ildə Prinston Universitetində magistr və 1955-ci ildə Çikaqo Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. 1957–1968-ci illərdə Kolumbiya Universitetində mühazirə dedikdən sonra, Çikaqo Universitetinə qayıdır. 1967-ci ildə Con Beyts Klark medalı, 1992-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatı və 2007-ci ildə ABŞ Prezidentinin Azadlıq medalına layiq görülmüşdür. Hari Bekker irqçilik, cinayət, ailə quruluşu, narkotik aslılığı kimi ənənəvi sosioloji mövzularda tədqiqatlar aparan ilk iqtisadçılardan biridir. Gary S. Becker (1957, 1971, 2nd ed.). The Economics of Discrimination.
Hari Qunarto
Hari Qunarto (1954~) Yaponiyanın Ritsumeikan APU Universitetində Asiya-Sakit Okean Araşdırmaları üzrə tədqiqatçı alim və professordur və onun nəşrlərindən biri UNESCO-nun Ümumdünya İrs Saytlarının rəqəmsal mühafizəsi haqqındadır Borobudur, İndoneziya Məbədi .
Harri Stayls
Harri Stayls (ing. Harry Edward Styles; 1 fevral 1994, Redditç[d], Vusterşir[d]) — İngiltərə müğənnisi. Harri dünyaca məşhur oğlan qrupu “One Direction”ın üzvlərindən biri olmuşdur. Harri Stayls 2017-ci ildə qrupdakı fəaliyyətinə fasilə verməsindən bir il sonra öz adını daşıyan debüt studiya albomunu buraxaraq solo karyerasına başlamışdır. “Harry Styles” adlanan bu albom Birləşmiş Krallıqda və ABŞ-də həmin ilin ən çox satılan albomları sırasına düşmüşdür. Albomdan sinql kimi buraxılan “Sign of the Times” mahnısı Britaniyada yayım rekordları qırmışdır. Harri Stayls “Fine Line” adlı ikinci studiya albomunu 2019-cu ildə təqdim etmişdir. Bu albom ilk həftəsində yüksək miqdarda sataraq kommersiya baxımından uğurlu olmuşdur. Rolling Stone qəzeti 2020-ci ildə tərtib etdiyi “Bütün zamanların ən yaxşı 500 albomu” siyahısında Harrinin bu albomuna da yer ayırıb. İfaçının 2022-ci ildə işıq üzü görən üçüncü albomu “Harry's House” tənqidi rəğbətlə qarşılanıb.
Harri Truman
Harri S. Trumen (ing. Harry S. Truman; 8 may 1884, Lamar, Missuri, ABŞ — 26 dekabr 1972, Kanzas-Siti, Missuri, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 33-cü prezidenti (1945–1953) və 34-cü vitse-prezidenti (20 yanvar-12 aprel 1945). İkinci adındakı "S" hərfi yalnız inisialdan ibarətdir və babaları — atasının atası Anderson Şip (Shipp) Trumen və anasının atası Solomon Yanqın adına hörmət əlaməti olaraq valideynləri tərəfindən verilmişdir. Birinci dünya müharibəsi dövründə artilleriya batareyasına rəhbərlik etmişdir. Həmin müharibədə döyüşlərdə iştirak etmiş yeganə ABŞ prezidentidir (Prezident Duayt Eyzenhauer isə həmin müharibədə yalnız təlimlərə qatılmışdır). 1934-cü ildə Missuri ştatından ABŞ Konqresinə senator seçilmişdir. 1944-cü il seçkilərində Franklin Ruzvelt özünün dördüncü prezidentlik müddətinə onu vitse-prezidentliyə namizəd kimi irəli sürmüşdür. Seçkilərdə qələbə qazanan cütlük 1945-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlamışdır. 12 aprel 1945-ci ildə Franklin Ruzveltin vəfat etməsindən sonra Harri Trumen prezident vəzifəsini tutmuşdur. Trumenin hakimiyyət dövrü qlobal əhəmiyyətə malik çoxsaylı hadisələrlə zəngin olmuşdur.
Harri Trumen

Harri Vandiver
Harri Vandiver (ing. Harry Schultz Vandiver; 21 oktyabr 1882, Filadelfiya, Pensilvaniya – 9 yanvar 1973, Ostin) — ədədlər nəzəriyyəsi sahəsində işlərinə görə məşhurlaşan amerikan riyaziyyatçı. ABŞ Milli Elmlər Akademiyasının üzvü (1934). Filadelfia, Pensilvaniya ştatında anadan olmuşdur. Erkən yaşlarında məktəbi tərk etdi və atasının şirkətində işləməyə başladı, baxmayaraq ki 1904-1905-ci illərdə Pensilvaniya Universitetində bəzi universitet kurslarında oxuyurdu. 1931-ci il üçün ədədlər nəzəriyyəsinə Koul mükafatını qazanmışdır. 1945-ci ildə Pensilvaniya Universiteti ona fəxri doktor adını verdi. 1952-ci ildə bir kompüterdən istifadə edərək Fermatın Böyük Teoremini araşdırdı və 2000-ə qədər olan bütün sadə ədədlərin nəticələrini hesabladı. 90 yaşında vəfat etdi.
Harry Kauper
Henry Alexis (Harry) Kauper (1888[…], Hotorn[d] – 22 aprel 1942, Riçmond[d]) — avstraliyalı aviasiya və radio mühəndisi olub, Sopwith-Kauper kəsici mexanizminin layihələndirilməsi və Avstraliyada radio yayımını inkişaf etdirdiyi işi ilə məşhurdur.
Hart Kreyn
Hart Kreyn(ing. Harold Hart Crane, 21 iyul 1899, Herretsvil, Ohayo — 27 aprel 1932, Meksika körfəzi) — amerika şairi. Hart Kreyn (1899—1932) məşhur “Körpü” şerinin müəllifidir. Nəinki amerikan ədəbiyyatında, elə dünya ədəbiyyatında da Kreyn epik şerin uğurlu ustalarından hesab olunur. Amma onun yaratdıqlarına göstərilən maraq, özünə verilən seçilmişlik onu qane etmirdi. Kreyn birmənalı şəkildə özünü inandırmışdı ki, artıq dünyanı heyran qoyacaq bir əsər yazmaq mümkün deyil. Bunun üçün deyiləsi bütün sözlər, deyilə biləcək bütün formalarda deyilib. Kreyn iddia edir ki, onun yazmaq istədiyi şeylər yazmaqla təsvir edilə, göstərilə bilməz. Kreynin 1932-ci ildə öldüyü qeyd olunsa da, əslində onun nə vaxt və harada öldüyü məlum deyil. Nyu-Yorka getmək üçün mindiyi gəmi gedəcəyi yerə çatsa da, Kreyn oraya çatmır.
Havr FK
"Havr" (fr. Le Havre Athletic Club) - 1872-ci ildə Havr şəhərində yaranan Fransa futbol klubu. Hazırda Liqa 2-də mübarizə aparır. Əsas oyunlarını 25.178 tamaşaçı tutumu olan Stad Oseanda keçirir. Havr Liqa 1-də cəmi 24 mövsüm keçirib (1938-1939, 1945-1947, 1950-1954, 1959-1962, 1986-1988, 1992-2000, 2002-2003, 2008-2009). Ən yaxşı nəticə 1950/51 mövsümündə 3-cü yer olub. 1872-ci ildə İngiltərənin bir qrup sakini futbol və reqbi arasında birləşən "birləşmə" adlanan bir klub yaratdılar. Buna görə də, Havrı Fransa Reqbi Birliyinin mənşəyi olduğunu hesab etmək olar. Havr 1894-cü ildə futbol klubuna çevrildi, buna görə də Fransanın ilk futbol klubu 1893-cü ildə qurulan Myulus sayılır. 1899-cu ildə Havr Fransa çempionu olan ilk qeyri-Paris klubuna çevrildi.