Harri Potter dünyasındakı obrazların siyahısı

Harri Potter romanlar seriyasındakı obrazların siyahısı ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış seriyasında əks etdirilmiş personajlardır.

Mündəricat
Soyad üzrə çeşidlənmə: A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
Soyadı olmayan və ya
soyadı bilinməyən personajlar
:
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
External links


Soyad üzrə obrazlar

[redaktə | mənbəni redaktə et]
  • Dolores Ceyn Ambric – Hoqvartsın direktoru və ali inkvizitoru. Lord Voldemortun rəhbərliyi altında keçirilən mələzlərin təqibində iştirak edir.
  • Ludo Baqman – Sehr nazirliyinin sehrli oyunlar və idman şöbəsinin rəhbəri.
  • Batilda Baqşot – "Sehrin Tarixi" kitabının müəllifi, Qellert Qrindevaldın xalasıdır. Voldemort tərəfindən qətlə yetirilib.
  • Keti Bell – Qriffindor faküləltəsinin tələbəsi, kviddiç komandasının oyunçusudur.
  • Çariti Berbidc – Harri Potter illərində Hoqvartsda maql tədqiqatları üzrə professor. Lord Voldemort tərəfindən qətlə yetirilib.
  • Katbert Bins – kabus, sehrli tarix üzrə professor.
  • Fines Niqellus Blek – Sirius Blekin ulu babası və Hoqvartsın keçmiş direktoru. Onun portreti Hoqvartsdakı direktorun otağında asılıb, və direktora hər cür köməklik görür.
  • Sirius Blek – Harri Potterin xaç atası, Simurq Ordenin üzvüdür. Azkabanın qaçaq məhbusudur. Bellatriks Lestreync tərəfindən qətlə yetirilib.
  • Ameliya Bounz – Sehr nazirliyinin sehrli hüquq qaydalari şöbəsinin rəhbəri, Syuzen Bounzun xalası. Lord Voldemort tərəfindən qətlə yetirilib.
  • Syuzen Bounz – Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə. Haflpaff fakültəsinin tələbəsi, və eyni zamanda Dambldorun Ordusunun üzvüdür.
  • Lavanda Braun – Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə. Qriffindor fakültəsinin tələbəsi və Dambldorun Ordusunun üzvüdür. Ron Uizlinin ilk rəfiqəsidir.
  • Frenk Brays – Ridl ailəsinin bağbanı. Maql idi. Lord Voldemort tərəfindən qətlə yetirilib.
  • Milisenta Bulstroud – Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə. Slizerin fakültəsinin tələbəsi və Ambricin İnkvisisiya Dəstəsinin üzvüdür.
  • Terri But – Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə. Ravenklou fakültəsinin tələbəsi və Dambldorun Ordusunun üzvüdür.
  • Ancelina Conson – Harri Potterdən iki il əvvəl Hoqvartsa qəbul olunmuş tələbə. Qriffindor fakültəsinin tələbəsidir və kviddiç komandasının qovalayıcısıdır.
  • Li Cordan – Harri Potterdən iki il əvvəl Hoqvartsa qəbul olunmuş tələbə. Qriffindor fakültəsinin tələbəsi, qviddiç şərhçisidir. Fred və Corc Uizlilərin yaxın dostudur.
  • Berta Corkins – Sehr nazirliyin işçisi, Lord Voldemort tərəfindən qətlə yetirilib.
  • Ço Çanq – Harri Potterdən bir il əvvəl Hoqvartsa qəbul olunmuş tələbə. Ravenklou fakültəsinin tələbəsi, Dambldorun Ordusunun üzvü və kviddiç komandasının axtarıcısıdır. Harrinin ilk sevgilisidir.
  • Aberfort Dambldor – Albus və Ariana Dambldorların qardaşı, Hoqsmitdə yerləşən Donuz Başı barın sahibidir.
  • Albus Dambldor – Harri Potter illərində Hoqvartsın direktoru, Tom Ridl illərində məktəbdə transfiqurasiya üzrə dərs demişdir. Simurq Ordenin təsisçisi kimi tanınır. Severus Sneyp tərəfindən qətlə yetirilib.
  • Rocer Devis – Ravenklou fakültəsinin tələbəsi. Qviddiç komandanın kapitanı və qovalayıcısıdır. Milad zamanı keçirilən gecəsinə Fler Delakur ilə getmişdir.
  • Fler Delakur – Fransada yerləşən Buybeton məktəbinin tələbəsi. Üç Sehrbaz Turnirində iştirak edib. Bill Uzlinin yoldaşıdır.
  • Qabriel Delakur – Fler Delakurun kiçik bacısı, Üç Sehrbaz Turniri zamanı Harri tərəfindən xilas olunmuşdur.
  • Dedalus Diql – Simurq Ordenin üzvü. Dursliləri Lord Voldemortdan gizlədib.
  • Amos Diqqori – Sehr nazirliyində sehrli varlıqların tənzimlənməsi və nəzarəti şöbəsinin işçisidir. Sedrik Diqqorinin atasıdır.
  • Sedrik Diqqori – Harri Potterdən iki il əvvəl Hoqvartsa qəbul olunmuş tələbə. Haflpaff fakültəsinin nümayəndəsidir. Qviddiç komandasının kapitanı və axtarıcısıdır. Harri ilə yanaşı Üç Sehrbaz Turnirin qalibidir. Turnir zamanı Qılquyruq(Piter Pettiqryu) tərəfindən qətlə yetirilib.
  • Con Doliş
  • Elfias Doc– Albus Dambldorun məktəb dostudur.
  • Antonin Doloxov – Ölüm yeyənlərin üzvü. Remus Lupin, Fabian və Qideon Privettləri qətlə yetirib.
  • Dadli Dursli – Petunya və Vernon Durslilərin maql övladı, Harri Potterin xalaoğludur.
  • Marcori (Marc) Dursli – Vernon Durslinin maql bacısı.
  • Petunya Dursli (qızlıq soyadı Evans) – Harrinin xalası, onun anası Lilinin böyük bacısıdır. Vernon Durslinin yoldaşı, Dadli Durslinin anasıdır.
  • Vernon Dursli – Harri Potterin maql dayısı, Petunyanın yoldaşı, və Dadlinin atasıdır.
  • Hanna Ebbot – Harri Potter ilə eyni illərdə Hoqvartsda oxuyan tələbə. Haflpaff fakültəsinin nümayəndəsi, və eyni zamanda Dambldor Ordusunun üzvüdür.
  • Marietta Eckomb – Harri Potterdən bir il əvvəl Hoqvartsa qəbul olunmuş tələbə. Ravenklou fakültəsinin tələbəsi, Dambldorun Ordusunun üzvüdür. DO-nun yerini Dolores Ambricə açıqlayır.
  • Kornelius Fac – romanlar seriyasının birinci beş hissələrdə sehr naziri vəzifəsində çalışır. Bir il ərzində Lord Voldemortun qayıdışı imtina etdiyinə görə işdən azad olunmuşdur.
  • Arabella Fiqq – Durslilərin skvib qonşusu, Simurq Ordenin üzvüdür.
  • Arqus Filç – Hoqvartsın skvib nəzarətçisi.
  • Castin Finç-Fletçi – Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə. Haflpaff fakültəsinin tələbəsi, və eyni zamanda Dambldorun Ordusunun üzvüdür. Maql ailəsindəndir.
  • Simus Finniqan – Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə. Qriffindor fakültəsinin tələbəsi, və eyni zamanda Dambldorun Ordusunun üzvüdür. Din Tomasın yaxın dostudur.
  • Mundunquz Fleçer –oğru və Simurqu Ordenin şərəfsiz üzvüdür.
  • Markus Flint – altıncı kursda Slizerin fakültəsinin qviddiç komandasının kapitanı.
  • Filius Flitvik – Ravenklou fakültəsinin dekanı, və sehrlər üzrə professor.
  • Florean Forteskyu – Diagon küçəsində yerləşən dondurma istehsalçısı. Ölüm yeyənlərinn tərəfindən oğurlanıb və sonra qətlə yetirilib.
  • Rubeus Haqrid – yarı div yarı insandır. Hoqvartsın açarlarını saxlayan, və Harrinin üçüncü kursundan məktəbdə sehrli varlıqlar üzrə dərs deyən professordur. Bir vaxt özü də Hoqvartsın tələbəsi olan Haqrid üçüncü kursda məktəbdən qovulub.
  • Helqa Haflpaff – Haflpaff fakültəsinin təsisçisi.
  • Mafalda Hopkirk – Serh nazirliyinin işçisi.
  • Rolanda Huç – Hoqvartsda qviddiç üzrə məşqçi və hakim.
  • İqor Karkaroff – Durmstranq məktəbinin direktoru, keçmişdə Ölüm yeyəndir.
  • Reqinald Kettermol – Sehr nazirliyin sehrli xidmət edilmə şöbəsinin işçisidir. Ron Uizli tərəfindən təcəssüm etdirilmişdir.
  • Meri Kettermol – Recinald Kattermoulun maql ailəsində doğulmuş yoldaşı. Harri Potter tərəfindən maqlların qeydiyyat üzrə komissiyasından xilas olunmuşdur.
  • Alekto Karrou – Amikus Kerrounun bacısı, Ölüm yeyəndir. Hoqvartsda bir il ərzində maql tədqiqatları üzrə dərs demişdir. Severus Sneyp rəhbərliyi altında Hoqvartsın direktoru müavini vəzifəsində çalışıb.
  • Amikus Karrou – Alekto Kerrounun qardaşı, Ölüm yeyəndir. Hoqvartsda bir il ərzində qara qüvvələrdən müdafiə üzrə dərs demişdir. Severus Sneyp rəhbərliyi altında Hoqvartsın direktoru müavini vəzifəsində çalışıb.
  • Silvanus Ketlbern – Hoqvarts məktəbində Harrinin üçüncü kursuna kimi sehrli varlıqlar üzrə dərs deyən professordur.
  • Penelopa Klearvoter – Ravenklou fakültəsinin nümayəndəsidir. Persi Uizlinin sevgilisidir.
  • Maykl Korner – Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə. Qriffindor fakültəsinin tələbəsi və Dambldorun Ordusunun üzvüdür. Cinni Uizlinin ilk görüşdüyü oğlandır.
  • Mrs. Koul – Lord Voldemort yaşadığı uşaq evininin müdiri.
  • Viktor Kram – bolqariyalı qviddiç oyunçusu, axtarıcıdır. Üç Sehrbaz Turnirində iştirak edib.
  • Bartemius (Barti) Krauç (böyük) – beynəlxalq sehrli əlaqələr üzrə şöbəsinin rəhbəri, öz övladı, Barti Krauç kiçik tərəfindən qətlə yetirilib. Dəfn edilməmişdən əvvəl sümüyə çevirilmişdir.
  • Bartemius (Barti) Krauç (kiçik) – Ölü yeyən. Voldemortun fəal tərəfdaşıdır. Policusdan istifadə edərkən Alastor Mudini təcəssüm edirdi. Dementor öpüşünü alıb.
  • Vinsent Krebb (böyük) – Ölüm yeyən, Vinsent Krebbin atasıdır.
  • Vinsent Krebb (kiçik) – Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə. Slizerin fakültəsinin tələbəsi, Ambricin İnkvisisiya Dəstəsinin üzvü və qviddiç komandasının vurucusudur. Drako Malfoyun dostudur. Hoqvarts uğrunda döyüş zamanı öz tilsimindən ölüb.
  • Dirk Kresvel – maql ailəsində anadan olmuş sehrbazdır, bir vaxt qoblinlər ilə əlaqələr üzrə şöbəsinin rəisi vəzifəsində çalışıb. Seriyanın yeddinci kitabında evdən qaçıb maql ailəsində anadan olmuş Ted Tonks, Din Tomas, habelə Qornuk və Qriphuk adında qoblinlərə qoşulub. Qaçış zamanı qətlə yetirilmişdir.
  • Kolin Krivi – maql ailəsində anadan olmuş sehrbazdır, Harri Potterdən bir il sonra Hoqvartsa qəbul olunmuş tələbədir. Dambldorun Ordusunun üzvü və Qriffindorun tələbəsidir. Hoqvarts uğrunda döyüş zamanı qətlə yetirilib.
  • Denis Krivi – maql ailəsində anadan olmuş sehrbazdır, Harri Potterdən üç il sonra Hoqvartsa qəbul olunmuş tələbədir. Dambldorun Ordusunun üzvü və Qriffindorun tələbəsidir. Kolin Krivinin kiçik qardaşıdır.
  • Kvirinus Kvirell – Hoqvartsda bir il ərzində qara qüvvələrdən müdafiə üzrə dərs demişdir. Lord Voldemortun bir hissəsini öz daxilində daşıyıb, seriyanın birinci kitabının sonunda qətlə yetirilmişdir.
  • Entoni Qoldşteyn – Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə. Ravenklou fakültəsinin tələbəsi və Dambldorun Ordusunun üzvüdür.
  • Marvolo Qaunt – xalis sehrbaz, Meropa və Morfinin atası, Lord Voldemortun babasıdır. Voldemort tərəfindən qətlə yetirilib.
  • Merop Qaunt –doğuşdan sonra dünyasını dəyişən Tom Marvolo Ridl/Lord Voldemortun anasıdır.
  • Morfin Qaunt – Meropanın qardaşı və Morfinin oğlu, Lord Voldemortun dayısıdır. Voldemort tərəfindən törədilmiş bir neçə maqlların qətllərinə görə əsassız günahlandırılmışdır. Azkabanda vəfat edib.
  • Qoyl (böyük) – Ölüm yeyən, Qreqori Qoylun atasıdır.
  • Qreqori Qoyl – Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə. Slizerin fakültəsinin tələbəsi, Ambricin İnkvisisiya Dəstəsinin üzvü və qviddiç komandasının vurucusudur.
  • Qriqoroviç – Şərqi Avropanın yüksək qiymətləndirilən sehrli çubuq ustası.
  • Vilhelmina Qrabbli-Plenk – Hoqvartsın professoru, Haqridi əvəz edərkən sehrli varlıqlar üzrə dərs deyib.
  • Fenrir Qreybek – Ölüm yeyənlərə çalışan qurdadam.
  • Hermiona Qreyncer – maql ailəsində anadan olmuş sehrbaz, Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə və Qriffindorun nümayəndəsidir. Potterin ən yaxın dostlarından biridir. Dambldorun Ordusunun və Sərbəst Elflərin Lehinə İctimayı Komitəsinin (S. E. L. İ. K.) təsisçisidir.
  • Roza Qreyncer-Uizli – Ron Uizli və Hermiona Qreyncerin övladıdır.
  • Qodrik Qriffindor – Qriffindor fakültəsinin təsisçisidir. Seçici Şlyapanın sahibi və onu tilsimləyən sehrbazdır.
  • Qellert Qrindelvald – qara sehrbazdır. 1940-cı illərdə Albus Dambldor ilə üz-üzə gələn Qrindevald uduzarkən həbsxanaya salınmışdır. Voldemort tərəfindən qətlə yetirilib.
  • Luna Lavqud – Harri Potterdən bir il sonra Hoqvartsa qəbul olunmuş tələbə. Ravenklounun tələbəsi və Dambldorun Ordusunun üzvüdür.
  • Ksenofilius Lavqud – Luna Lavqudun atası, İradçı jurnalının redaktoru.
  • Bellatriks Lestreync (qızlıq soyadı Blek) – Ölüm yeyən. Frenk və Elis Lonqbottomlar onun işgəncəyə məruz qalaraq ağıllarını itiriblər. Hoqvarts uğrunda döyüş zamanı Molli Uizli tərəfindən qətlə yetirilmişdir.
  • Rabastan Lestreync – Ölüm yeyən, Rodolfusun qardaşı.
  • Rodolfus Lestreync – Ölüm yeyən, Rabastanın qardaşı və Bellatriksnın yoldaşıdır.
  • Gilderoy Lokart – taninmiş fırıldaqçı yazıçı, Hoqvartsda qara qüvvələrdən müdafiə üzrə dərs demişdir. Uğursuz tilsiminə görə ağlını itirib və hal-hazırda Müqəddəs Munqo adına xəstəxanada yaşayır.
  • Avqusta Lonqbottom – Frenk Lonqbottomun anası və Nevil Lonqbottomun nənəsidir.
  • Alisa Lonqbottom – Frenk Lonqbottomun yoldaşı, Nevil Lonqbottomun anasıdır. Avror. Simurq Ordenin üzvü olarkən Bellatriks Lestreync tərəfindən yoldaşı ilə birgə işgəncəyə məruz qalıb və ağlını itirib.
  • Frenk Lonqbottom – Alisa Lonqbottomun yoldaşı, Nevil Lonqbottomun atasıdır. Avror. Simurq Ordenin üzvü olarkən Bellatriks Lestreync tərəfindən yoldaşı ilə birgə işgəncəyə məruz qalıb və ağlını itirib.
  • Nevil Lonqbottom – Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə. Qriffindor fakültəsinin tələbəsi və Dambldorun Ordusunun üzvüdür.
  • Rimus Lupin – Ceyms Potterin dostu, canavar adam, qara qüvvələrdən müdafiə üzrə professor. Simurq Ordenin üzvü. Hoqvarts uğrunda döyüş zamanı qətl yetirilib.
  • Minerva MakQonaqal – Hoqvartsda transfiqurasiya üzrə dərs deyən professor. Qriffindor fakültəsinin dekanı, direktorun müavini və Simurq Ordenin üzvüdür.
  • Kormak MakLaqqen – Qriffindor fakültəsinin tələbəsi, Hermiona Qreyncerə vurğundur. Çılpaq İlbizlər klubun üzvüdür.
  • Erni Makmillan – Haflpafın tələbəsi, məktəbin nümayəndəsi və Dambldorun Ordusunun üzvüdür.
  • Olympiya Maksim – yarı div yarı insandır. Fransada yerləşən Buybeton məktəbinin direktorudur.
  • Drako Malfoy – Harri ilə eyni illərdə Hoqvartsda oxuyan tələbə. Slizerinə qəbul olunmuşdur. Qviddiç komandasının axtarıcısı, məktəbin nümayəndəsidir. Ambricin İnkvizisiya Dəstəsinin üzvüdür.
  • Lusius Malfoy – Drako Malfoyun atası, Ölüm yeyən.
  • Narsissa Malfoy (qızlıq soyadı Blek) – Drako Malfoyun anası, Bellatriks Lestreyncin və Andromeda Tonksun bacısıdır.
  • Skorpius Malfoy – Drako Malfoyun və Astoriya Qrinqrasın oğlu, Albus Potterin dostudur.
  • Madam Malkin – Diaqon küçəsində yerləşən geyim mağazasının sahibi.
  • Qrem Monteqyu –
  • Alastor (Dəligöz) Mudi – keçmişdə Avror, Simurq Ordenin üzvüdür. Lord Voldemort tərəfindən qətlə yetirilib.
  • Teodor Nott – Harri ilə eyni illərdə Hoqvartsda oxuyan tələbə. Slizerinə qəbul olunmuşdur. Testralları görə bilən bir neçə tələbələrdən biridir. Atası Ölüm yeyəndir.
  • Bob Oqden – 1920-ci illərdə sehrli hüquq qaydaları şöbəsinə başcılıq edirdi. Qaunt ailəsini Vizenqamotun məhkəməsinə ötürmüşdür.
  • Qarrik Ollivander – sehrli çubuq ustası, Ollivander mağazanın sahibidir. Ölüm yeyənlər tərəfindən girov götürülüb və bir neçə ay ərzində Malfoyların malikanəndə saxlanılmışdır. Daha sonra Harri, Ron Hermiona tərəfindən azad olunmuşdur.
  • Pensi Parkinson – Harri ilə eyni illərdə Hoqvartsda oxuyan tələbə. Slizerinə qəbul olmuşdur. Öz fakültənin nümayəndəsi, Ambricin İnkvisisiya Dəstəsinin üzvüdür. Bir vaxt ərzində Drako Malfoy ilə görüşürdü.
  • Padma Patil – Harri ilə eyni illərdə Hoqvartsda oxuyan tələbə. Ravenklouya qəbul olmuşdur. Parvatinin əkiz bacısı və Dambldorun Ordusunun üzvüdür.
  • Parvati Patil – Harri ilə eyni illərdə Hoqvartsda oxuyan tələbə. Qriffindora qəbul olmuşdur. Padmanın əkiz bacısı və Dambldorun Ordusunun üzvüdür.
  • Piter Pettiqryu – Ceyms Potter, Sirius Blek və Rimus Lupinin keçmiş məktəb dostudur. Ceyms və Lili Potterlərin yaşadığı yeri Lord Voldemorta açığladı. Ölüm yeyən və qeydiyyatdan keçməmiş animaq, Pettiqryu ilk dəfə olaraq Ronun Skabbers adında olan siçovulu şəkildə tətbiq edilir.
  • Antiok Peverel – "Üç Qardaşın Hekayəsi"-ndə əks etdirilmiş obraz və Qədimi Sehrli Çubuğun ilkin sahibi.
  • Kadmus Peverel – "Üç Qardaşın Hekayəsi"-ndə əks etdirilmiş obraz və Diriliş Daşın ilkin sahibi.
  • Iqnotus Peverel – "Üç Qardaşın Hekayəsi"-ndə əks etdirilmiş obraz və Gözəgörünməzlik mantiyasının ilkin sahibi.
  • Irma Pins – Hoqvartsın kitabxanaçısıdır.
  • Stercis Podmor – Azkabanda həbs olunmuş Simurq Ordenin üzvü.
  • Poppi Pomfri – Hoqvartsın tibb bacısıdır.
  • Harri Potter – seriyanın baş qəhrəmanı, Ceyms və Lili Potterlərin yeganə övladıdır.
  • Ceyms Potter – Harri Potterin atası və Simurq Ordenin üzvüdür. Lord Voldemort tərəfindən qətlə yetirilib.
  • Lili Potter (qızlıq soyadı Evans) – Harri Potterin anası və Simurq Ordenin üzvüdür. Lord Voldemort tərəfindən qətlə yetirilib.
  • Albert Runkorn – Sehr nazirliyin yüksək rütbəli işçisi, maql ehtimal edilən şəxslər üzrə müstəntiq vəzifəsində çalışıb.
  • Helena Ravenklou/Boz Xanım – Rovena Ravenklounun qızıdır. Öz anasına məxsus olan çutqabağını oğurlayaraq onu gizlədib. Qanlı Baron tərəfindən qətlə yetirilərkən Ravenklou fakültəsinin kabusu olub.
  • Rovena Ravenklou – Ravenklou fakültəsinin təsisçisi, Helena Ravenklounun anasıdır.
  • Tom Marvolo Ridl – bax Lord Voldemort.
  • Demelza Robins – Qriffindorun tələbəsi, qviddiç komandasının qovalayıcısıdır.
  • Torfin Roul – Ölüm yeyən.
  • Avqustus Rokvud – Ölüm yeyən, sirr departmentində çalışan casus.
  • Avrora Sinistra – Hoqvartsın astronomiya kafedrasının işçisidir.
  • Nyut Skamender – məşhur magizooloq, "Fantastik varlıqlar və onların yaşadığı yerlər" kiabının müəllifidir.
  • Rita Skiter – Gündəlik peyğəmbər qəzetin mühbiri, "Albus Dambldorun Həyatı və Onun Yalanları" əsərinin müəllifidir. Qeydiyyatdan keçməmiş animaqdır.
  • Rufus Skrimcer – Avror departamentinin rəhbəri, Kornelius Faci sehr naziri vəzifəsində əvəz edib. Ölüm yeyənlər tərəfindən qətlə yetirilib.
  • Horas Slaqhorn –iksirlər üzrə dərs deyən professor. Tom Marvolo Ridlin müəllimi olub. Altıncı kitabda Hoqvartsa professor vəzifəsində qayıdır.
  • Salazar Slizerin – Slizerin fakültəsinin təsisçisi, Sirrlər otağının yaradıcısıdır.
  • Hepziba Smit – yaşlı və imkanlı antikvar kolleksiyaçı, o, Helqa Hafflpafın nəslindən idi. Tom Marvolo Ridl tərəfindən qətlə yetirilib və qarət edilmişdir.
  • Zaxarias Smit – Haflpaffın tələbəsi, Dambldorun Ordusunun üzvüdür.
  • Severus Sneyp – Hoqvartsa iksirlər və sonradan qara qüvvələrdən müdafiə üzrə dərs demişdir. Slizerin fakültəsinin dekanı. Dambldorun xəbərçisi olarkən o, həm Ölüm yeyənlərin, həm də Simurq Ordenin üzvü idi.
  • Alisiya Spinnet – Harri Potterdən iki il əvvəl Hoqvartsa qəbul olunmuş tələbə, Qriffindorun qviddiç komandasının qovalayıcısıdır. Dambldorun Ordusunun üzvüdür.
  • Pomona Sprut – Hoqvartsın herbologiya üzrə professoru, Haflpaff fakültəsinin dekanı.
  • Kinqsli Şeklbolt – Avror, Payus Tiknesi sehr naziri vəzifəsində əvəz edir. Simurq Ordenin üzvüdür.
  • Sten Şanpayk – Cəngavər Avtobusunun konduktoru. Ölüm yeyənlərə qoşulmaqda şübhəli bilinəndən sonra həbs olunmuşdur.
  • Pius Tiknes – sehr naziri, İmperius tilsiminin təsiri altında çalışırdı. Daha sonra Kinqsli Şaklbolt tərəfindən əvəz olunub.
  • Din Tomas – Harri ilə eyni illərdə Hoqvartsda oxuyub, Dambldorun Ordusunun üzvüdür. Qriffindorun qviddiç komandasının qovalayıcısı olub. Çox qısa müddət ərzində Cinni Uizli ilə görüşürdü.
  • Andromeda Tonks (qızlıq soyadı Blek) – Bellatrisa Lestreyncin və Narsissa Malfoyun doğma bacısıdır. Maql ailəsində anadan olmuş Ted Tonks ilə ailə qurandan sonra öz ailə tərəfindən qəbul olunmamışdır. Nimfadora Tonksun anasıdır.
  • Nimfadora Tonks – Ted və Andromeda Tonksların övladıdır. Avror, Simurq Ordenin üzvüdür. Remus Lupin ilə evlənəndən sonra dünyaya Teddi Lupini gətirmişdir. Hoqvarts uğrunda döyüş zamanı Bellatriks Lestreync tərəfindən qətlə yetirilmişdir.
  • Ted Tonks – maql ailəsində anadan olmuş sehrbaz. Seriyanın yeddinci kitabında evi tərk edərək qaçıb, qaçış zamanı qətlə yetirilmişdir.
  • Sibilla Treloni – Hoqvartsda fala baxma üzrə dərs deyən professor.
  • Uilki Tvaykros – transqressiya üzrə təlimatçı.
  • Mirtl Uorren/Ağlağan Mirtl – maql ailəsində anadan olmuş Ravenklounun tələbəsidir. Lord Voldemort dövründə Hoqvartsda oxuyub və Vasilisk tərəfindən qətlə yetirilib. Qızlar üçün vanna otağında kabus formasında yaşayır.
  • Artur Uizli – Sehr nazirliyinin işçisidir. Molli Uizlinin yoldaşı, Bill, Çarli, Persi, Fred, Corc, Ron and Cinninin atasıdır. Simurq Ordenin üzvüdür.
  • Bill Uizli – Uizli ailəsinin ən böyük oğlu, Qrinqots bankında çalışır. Fler Delakurun yoldaşıdır.
  • Çarli Uizli – Uizli ailəsinin ikinci oğlu, Simurq Ordenin üzvüdür. Rumıniyada əjdahalar ilə çalışır.
  • Fred Uizli – Uizli ailəsinin övladı, Corc Uizlinin əkizidir. Dambldorun Ordusunun üzvü, qviddiç komandasının vurucusudur. Qardaşı ilə birgə Uizli Sehrli Zarafatları dükanının sahibidir.
  • Corc Uizli – Uizli ailəsinin övladı, Fred Uizlinin əkizidir. Dambldorun Ordusunun üzvü, qviddiç komandasının vurucusudur. Qardaşı ilə birgə Uizli Sehrli Zarafatları dükanının sahibidir.
  • Cinni Uizli – Uizli ailəsinin yeganə qızı və ən kiçik övladıdır. Harri Potterdən bir il sonra Hoqvartsa qəbul olunmuş tələbə. Qriffindor fakültəsinin tələbəsi və Dambldorun Ordusunun üzvüdür. Qviddiç komandasının axtarıcısı və qovalayıcısıdır.
  • Molli Uizli (qızlıq soyadı Privett) – Artur Uizlinin yoldaşı, Bill, Çarli, Persi, Fred, Corc, Ron və Cinninin anasıdır. Simurq Ordenin üzvüdür.
  • Persi Uizli – Uizli ailəsinin üçüncü oğlu, Qriffindorun nümayəndəsi və sonradan Sehr nazirliyinin işçisidir. Uzun müddət ərzində ailəsindən ayrılmışdır. Sonuncu kitabda Voldemorta qarşı çıxarkən ailəsi ilə barışıb.
  • Ronald (Ron) Uizli – Harri Potter və Hermiona Qreyncerin ən yaxın dostudur. Uizli ailəsinin ən kiçik oğludur. Qviddiç komandasının mühafizəkarı, məktəbin nümayəndəsi və Dambldorun Ordusunun üzvüdür.
  • Septima Vektor – Hoqvartsda numerologiya üzrə dərs deyən professordur.
  • Emmelina Vens – Harri Potteri Qrimmo meydanına gətirən dəstəsinin və Simurq Ordenin üzvüdür.
  • Romilda Veyn – Uizli Sehrli Zarafatları dükanında alınmış və içinə məhəbbət iksiri qatılmış şokolad konfetlərin köməyi ilə Harri Potteri özünə sevdirmək istəyən Hoqvartsın tələbəsidir.
  • Lord Voldemort – seriyanın baş canisi, Harri Potterin valideynlərinin və digər şəxslərin qatilidir.
  • Oliver Vud – Hoqvartsın tələbəsi, qviddiç komandasının kapitanı və mühafizəkarı.
  • Korben Yaksli – Lord Voldemortun rejimi dövründə Sehr nazirliyinin sehrli hüquq qaydaları şöbəsinin rəhbəri.
  • Bleyz Zabini – Harri Potter ilə eyni ildə Hoqvartsa qəbul olunmuş tələbə. Slizerin fakültəsinin tələbəsi, Drako Malfoyun dostudur.

Soyadı olmayan və ya soyadı bilinməyən personajlar

[redaktə | mənbəni redaktə et]
  • Araqoq – Haqrid tərəfindən böyüdülmüş nəhəng hörümçək, Qadağan olunmuş meşədə yaşayırdı.
  • Bard Bidl – bir neçə sehrli nağılların müəllifi, o cümlədən "Üç Qardaşın Hekayə"-sinin yaradıcısı.
  • Qanlı Baron – Slizerin fakültəsinin kabusu. Helena Ravenklouya aşiq olarkən, onu qətlə yetirib və sonra özünü intihar etdi.
  • Beyn – sehrbazlara qarşı sərt olan kentavr.
  • Boqrod – Qrinqots bankının işçisi.
  • Bakbik / Uizervinqs – ayrı dövrlərdə Rubeus Haqrid, Sirius Blek və Harri Potterə məxsus olan hippoqrif.
  • Dobbi – ilk əvvəl Malfoy ailəsinə məxsus olan ev elfidir. O, Hoqvartsda çalışan elflərin arasında yeganə maaş alan elfdir.
  • Errol – Uizli ailəsinə məxsus olan bayquş.
  • Fanq – Rubeus Haqridə məxsus olan Alman doqu.
  • Fouks – Albus Dambldora məxsus olan Simurq quşudur. Sirrlər Otağında Harri Potteri Vasiliskdən xilas etmişdir.
  • Firents – kentavr, Hoqvartsda fala baxma üzrə dərs deyir.
  • Flaffi – Rubeus Haqridə məxsus olan üçbaşlı, ilan quyruqlu köpək. Fəlsəfə Daşının gözətçisi.
  • Hedviq – Harri Potterə məxsus olan bayquş.
  • Hoki – Hepziba Smitə məxsus olan ev elfi.
  • Ser Kadoqan – Hoqvartsda asılmış rəsmin üzərində yaşayan dəli cəngavər.
  • Kriçer – əvvəl Blek ailəsinə və sonradan Harri Potterə məxsus olan ev elfi.
  • Krukşenks – Hermiona Qreyncerə məxsus ağıllı pişik.
  • Qornuk – Qrinqots bankının işçisi, qoblin.
  • Qrap – div. Rubeus Haqridin ögey qardaşıdır.
  • Qrifuk – Qrinqots bankının işçisi, qoblin. Harri Potterə Bellatrisaya məxsus olan seyfi qarət edilməsində köməklik göstərib.
  • Maqorian – kentavr.
  • Muriel xala – Uizli ailəsinin övladlarının xalası.
  • Naqini – Lord Voldemorta məxsus olan və onun əmrləri yerinə yetirə nəhəng ilan. Eyni zamanda onun horkruksudur.
  • Az Qala Başsız Nik – Ser Nikolas de Mimsi-Porpinqton, Qriffindor fakültəsinin kabusu.
  • Norbert / Norberta – Rubeus Haqridə məxsus olan əjdaha. Sonradan Çarli Uizlinin dostları tərəfindən Rumıniyaya ötürülmüşdür.
  • Piqvicen / Piq – Ron Uizliyə məxsus olan balaca dəcəl bayquş.
  • Pivz – Hoqvartsa yaşayan polterqeyst, şuluqçu.
  • Kök Rahib – Haflpaff fakültəsinin kabusu.
  • Gonbul Ledi – Qriffindorun ümumi otağının girişi gizli saxlayan və rəsmin üzərində yaşayan sehrbaz qadın.
  • Xanım Rozmerta – Hoqsmitdə yerləşən Üç Süpürgə kafesinin sahibi.
  • Ronan – Qadağan olunmuş meşədə yaşayan kentavr.
  • Skabbers – Ron Uizliyə məxsus olan ev siçovulu, əslində bu Piter Pettiqryu idi.
  • Skabior – insan oğurluqları ilə məşqul olan şəxs, Harri, Ron və Hermionanı oğurlamışdır.
  • Trevers – sehrbaz, Ölüm yeyən. Lord Voldemortun qayıdışından sonra Azkabandan qaçıb.
  • Trevor – Nevil Lonqbottoma məxsus olan qurbağa, həmişə itir.
  • Vinki – Bartemius Krauça məxsus olan qadın ev elfi. Ailədən qovulandan sonra Hoqvartsın mətbəxində çalışır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]