Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ISBN
Kitabın beynəlxalq standart nömrəsi (İSBN) (ing. International Standard Book Number) — hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə. == Nömrənin tərkibi == Nəşrlər üçün identifikatorlar beynəlxalq standart kitab nömrələnməsi sahəsində milli agentliklər tərəfindən təyin edilir. Rusiyada 9 dekabr 2013-cü il tarixinədək bunu Rusiya Kitab Palatası, Belarusda — Milli Kitab Palatası, Ukraynada — Ukraynanın Kitab Palatası, Qazaxıstanda — Qazaxıstan Respublikasının Kitab Palatası həyata keçirib. 2006-cı il nəşrinə qədər olan kitablara verilən beynəlxalq standart kitab nömrələri beynəlxalq standart kitab nömrəsinin abreviaturasından (nəşrin dilindən asılı olmayaraq) və dəyişkən uzunluqda dörd sahəyə defis və ya boşluqla ayrılmış on simvoldan ibarətdir: == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
İSDN
İnteqrasiya edilmiş rəqəmsal şəbəkə (ing. Integrated Services Digital Network, qısaca ing. ISDN) — mövcud telefon şəbəkələri əsasında inkişaf etdirilən ümumdünya rəqəmsal kommunikasiya şəbəkəsi. ISDN-də məqsəd informasiyanın rəqəm analoq çevrilməsini tələb edən mövcud telefon xətlərini ən çeşidli informasiyaları (adi danışıqdan tutmuş kompüter verilənləri, musiqi və videoyadək) ötürmə bacarığına malik olan rəqəmli veriliş vasitələri ilə əvəzləməkdən ibarətdir. ISDN iki başlıca rabitə kanalı üzərində qurulub: verlənləri 64 kbit/san sürətilə ötürən B kanalı və idarəedici informasiyanı ya 16, ya da 64 kbit/san sürətilə ötürən D kanalı. Kompüterlər və digər qurğular ISDN ilə sadə standart interfeyslərlə birləşirlər. ISDN istifadəçilərə daha sürətli və çeşidli rabitə xidmətləri verir. Qoşulma universal qurğu, telefon xəttindən istifadə etməklə müxtəlif cür – telefon, telefaks, internet və digər elektron-rabitə növlərindən eyni vaxtda istifadəyə imkan verən komplekt qoşulma hesab olunur. Evinizə bir İSDN xətt çəkdirdiyinizdə iki xəttiniz olar. Bir xətti səs, digərini məlumat transferi üçün istifadə edə bilərsiniz.
İbn
İbn Firnans
İbn-Rüşd
İbn Rüşd (tam adı: Əbu əl-Valid Məhəmməd ibn Əhməd ibn Rüşd) və ya latınlaşdırılmış variantı ilə Averroes 14 aprel 1126, Kordova, Mürabitlər dövləti – 10 dekabr 1198, Mərrakeş[d], Müvəhhidlər dövləti[d]) — əndəluslu ərəb filosof və təbibi. Fəlsəfə, riyaziyyat, fiqh və tibbin kamil bilicisi. O dövr müsəlman İspaniyasının Kordova şəhərində anadan olmuş İbn Rüşd Qərbi Avropada dünyəvi fəlsəfi fikrin banisi hesab olunur. == Fəlsəfəsi == Digər məşşai filosoflarından fərqli olaraq, din-fəlsəfə münasibətləri probleminə hərtərəfli və sistemli şəkildə toxunan İbn Rüşd əlaqədar görüşlərini "Kitab əl-kəşf ən mənahic əl-ədillə fi əqaid əl-millə", "Fəsl əl-məqal fi ma beynə əl-hikmə və əş-şəriət min əl-itt isal" və "Təhafüt təhafüt əl-fəlasifə" adlı kitablarda toplamışdır. === Dinlə fəlsəfənin uyğunlaşdırılması === İbn Rüşdün problemə özünəməxsus münasibəti ondan ibarətdir ki, din və fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün onların arasında "ənənəvi" oxşarlıqlar axtarışına çıxmamışdır. O, problemi din nöqteyi-nəzərindən araşdırmış, ehkamlara əsaslanaraq, rasional biliklə vəhyi biliyin uyğunluğu ideyasını irəli sürmüş, dində ağıla əhəmiyyətin verdiyini bildirmişdir. İbn Rüşd deyirdi ki, fəlsəfə ilə məşğul olmaq dinin tələb etdiyi zəruri məsələdir. O, dinlə fəlsəfəni eyni həqiqətin ayrı-ayrı təzahürləri kimi nəzərdən keçirərək, onları "eyni məmədən süd əmən iki bacı" adlandırmışdır: "Demək istəyirəm ki, hikmət (fəlsəfə) şəriətin (dinin) dostu, süd bacısıdır. …Onlar təbiət etibarilə dostdurlar, mahiyyət baxımından bir-birinə aşiq sevgililərdir". Ümumiyyətlə, İbn Rüşd qarşısına belə bir məqsəd qoymuşdu ki, vəhy və fəlsəfənin ayrı-ayrılıqda nə kimi əhəmiyyət daşıdığını müəyyənləşdirib, onları bir-birinə uyğunlaşdırmaqla aralarında heç bir ziddiyyətin olmadığını isbatlasın.
İbn Abbas
Abdullah ibn Abbas ibn Əbdülmüttəlib (ərəb. عبدالله بن عباس‎; təq. 619, Məkkə – təq. 687, Taif, Məkkə bölgəsi[d]) — Məhəmməd peyğəmbərin tanınmış səhabəsi, İslam alimi və fəqihi. Məhəmməd peyğəmbərin əmisi Abbasın oğlu idi. Peyğəmbərin Mədinəyə hicrət etməsinə üç il qalmış Məkkədə doğulmuşdur. Məhəmməd peyğəmbərin yanında böyümüş, gənc yaşlarında ondan İslam dinin əsaslarını öyrənmişdir. Hicrətin səkkizinci ilinə qədər, Abdullah ibn Abbas öz ailəsi ilə Məkkədə yaşamışdır. Ancaq, şəhərin müsəlmanların əlinə keçməsindən az öncə, onlar da Mədinəyə hicrət etmişdirlər. O, Hüneyn və Taif döyüşlərində, eləcə də, Məkkənin alınmasında iştirak etmişdir.
İbn Abidin
Məhəmməd Əmin ibn Ömər əd-Dəməşqi (İbn Abidin) (d. 1198/1784 – ö. 1252/1836) - Osmanlı imperiyasının son dövrlərində yaşamış ən görkəmli müsəlman fəqihlərindən biri. == Həyatı == 1198 (1784)-cü ildə Suriyanın Şam (Dəməşq) şəhərində anadan olmuşdur. O, hənəfi məzhəbinin mənsublarından olmuş, da doğulub orada yaşamışdır. Tam adı Səid Məhəmməd Əmin ibn Ömər ibn Əbdül-Əzizdir. Həzrəti Hüseynin (ə) nəslindən olub atasının anası "Xülasətül əsər" adlı əsərin müəllifi olan Mühibbinin qızıdır. Zühd (dünya sevgisini tərk edənə deyilir) və təqvasına görə Abidin ləqəbi ilə tanınan beşinci babası Məhəmməd Səlahiddinə nisbətlə İbn Abidin deyə adlandırılmışdır. Səid Məhəmməd atası ilə birlikdə ticarətlə məşğul olmuşdur. 1836-cı il, 5 avqust tarixində Şamda vəfat etdi ve Babüssəğir qəbristanlığında dəfn edildi.
İbn Aqil
Əbu Məhəmməd Bahaəddin Abdullah b. Əbdürrəhman b. Abdillah b. Aqil əl-Həmədani (16 oktyabr 1298[…], Qahirə – 16 noyabr 1367[…], Qahirə) — İbn Malik ət-Tainin "əl-Əlfiyyə"sinə yazdığı şərhlə tanınan dil və fiqh alimi. == Həyatı == 1299-cu ildə Hələb yaxınınlığındakı Balis qəsəbəsində dünyaya gəlmişdi. Qahirədə doğulduğu da rəvayət edilir. 1294-cü il və ya 1301-ci ildə doğulduğunu qeyd edən qaynaqlar da vardır. Soyu Hz. peyğəmbərin əmizadəsi Aqil ibn Əbu Talibə dayandığından İbn Aqil künyəsiylə tanınır. Misiri, Balisi və Hələbi nisbələri ilə yanaşı ataları arasında Həmədan və Amiddə (Diyarbəkir) oturanlar olduğundan Həmədani və Amidi nisbələriylə də anılır.
İbn Bibi
İbn Bibi (tam adı: Əmir Nasırüddin Hüseyn bin Məhəmməd bin Əli əl-Cəfəri ər-Razi) — XIII əsr tarixçisi. == Həyatı == İbn Bibi: "İbnul-Bibi əl-Münəccimə" olaraq məşhur Əmir Nasırüddin Hüseyn bin Məhəmməd bin Əli əl-Cəfəri ər-Razi, XIII əsrın tanınmış İranlı tarixçi və müəlliflərindəndir. "İbnul-Bibi" deyə məşhur olmasının səbəbi, Nişapur Şafiiləri lideri Kəmalüddin Simnaninin qızı olan "Bibi Münəccimə" adıyla məşhur olan anasından dolayıdır. İbn Bibinin, ana tərəfindən nəsəbi Qazan fitnəsində öldürülən Xorasanın böyük fəqihi İmam Məhəmməd bin Yəhyaya çatır. Bibi Münəccimə, astronomiyada istedadlıydı və dönəmin padişahlarının saraylarında özəlliklə də Sultan Cəlaləddinin yanında çox dəyərli və yaxındıydı. İbnul-Bibinin atası, Məcdəddin Məhəmməd Tərcuman deyə ünlüydü. Həyat yoldaşı Bibi Münəccumə səbəbiylə də Əlaəddin bin Keyqubad sarayında katiblik məqamına gəldi və Rum sultanlığının əmirləri arasında yer aldı. Şəmsəddin Sahibdivan-i Cüvəyni Anadolu işləriylə ilgili vəzifəyə gəldikdən sonra İbnul-Bibi ilə Cüveyni xanədanı özəlliklə də Əlaəddin Ataməlik Cüveyni arasında yaxın bir ilişki oldu. Bundan dolayı da İbn Bibi, kitabını əl-Əvamirul-Əlaiyyə deyə adlandırdı və onu Ata Məlikə təqdim etdi. Rum səlcuqluları padişahlarının tarixi mövzusunda yazdığı və yazarının müqəddiməsində bunun Cüveyninin Cihanguşəsinin bir zeyli olduğunu söylədiyi əl-Əvamirul-Əlaiyyə kitabı "Səlcuqnamə" adıyla da bilinir.
İbn Bənna
İbn Bənna (ərəb. ابن البناء المراكشي‎, ərəb. Ibn al-Banna' al-Marrakushi‎; 29 dekabr 1256, Mərrakeş[d], Merinilər – 31 iyul 1321, Mərrakeş[d], Merinilər) — Mərakeşli alimdir; riyaziyyatda, xüsusilə triqonometriyada bir çox müstəqil kəşflər etmişdir; 17296 və 18416 kimi dost rəqəmləri müəyyən etmişdir; "Hesab əməllərinin qısa şərhi" kitabının müəllifidir.
İbn Bətutə
İbn-Bətutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (25 fevral 1304–1377) — ərəb səyyah və tacir. == Həyatı == == Fəaliyyəti == Digər ərəb səyyahlarından fərqli olaraq, olduğu ölkələrin əhalisi haqqında daha çox maraqlanmışdır. 22 yaşında Mərakeşdən İskəndəriyyə şəhərinə gəlməklə Misirin əsas hissələrində olmuş, daha sonra Fələstin Məkkəyə getmişdir. Məkkədən geri Fələstinə qayıdan İbn-Bətutə Kiçik Asiyanı keçərək Rusiyaya daxil olmuş və Sibirə yollanmışdır. Rusiyadan İstanbula qayıdaraq Orta Asiyaya, buradan isə Əfqanıstandan keçməklə Hindistana yola düşmüşdür. Hindistanda dövlət xidmətinə götürülən səyyah 1342-ci ildə Çində olur. Daha sonra Maldiv adalarında, Mərakeşdə, təkrar İspaniya, Saxarada olmaqla 1377-ci ildə vəfat edir. İbn Bətutə orta əsrlərin bütün müsəlman ölkələrində, həmçinin müsəlmanların hakimiyyəti altında olan ərazilərdə olan yeganə səyyah olmuşdur. Onun qarşıya qoyduğu əsas məqsəd XIV əsrin ikinci yarısında mövcud müsəlman cəmiyyətini əsərlərində işıqlandırmaqdan ibarət idi. İbn Bətutə 1342-ci ildə dəniz yolu ilə Ərəbistana qayıtmış, özü ilə olduğu ölkələr haqqında zəngin məlumatlar gətirmişdir.
İbn Cureyc
Əbülvəlid Əbdülməlik ibn Əbdüləziz ər-Rumi, həmçinin İbn Cureyc (ərəb. ابن جريج‎; 699, Məkkə – 767, Bağdad) — islam ilahiyyatçısı, Məkkə ənənəçisi. == Həyatı == Onun tam adı Əbülvəlid Əbdülməlik ibn Əbdüləziz ibn Cureyc ər-Rumi əl-Qureyşi əl-Məkkidir. O, yunan əsilli idi. Tarixçilər oun Xalid ibn Əsəd ailəsinin azad edilmiş adamı olduğunu güman edirlər. Filologiya, ədəbiyyat, tarixlə maraqlanırdı. Ata ibn Əbu Rabahi, Mücahid, İkrimə və başqalarından hədis nəql etmişdir. Vaqi, İbn Mübarək, Süfyan ibn Üyeynə və başqalarının hədisləri ondan nəql olunmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ibn D̲j̲urayd̲j̲ / Pellat, Ch. // Encyclopaedia of Islam.
İbn Cübeyr
Məhəmməd İbn Əhməd ibn Cübeyr ak-Kinani - ərəb şairi, Qranadda Almohadov həyətində xidmət etmişdir. 1183-cü ildə ibn Cübeyr Məkkəyə həcc ziyarətinə gedir. Səyahəti 2 il sürdü. Sonra Aralıq dənizi ilə üzərək ibn Cübeyr Aleksandiraya gəlir. O Misirə piramidaları görməyə gedir və Sfinskanı görür. Sonra yenidən Mosula qayıdır. Bu zaman o rus dilini öyrənir. 1189-1191-ci ildə ibn Cübeyr yenidən şərqə gedir, ancaq hara getdiyi bilinmir. Üçüncü səyahəti isə 1217 ildə edir ancaq rəhmətə gedir, gedı bilmir. Onun şeirləri bəzilər qalır onların əksəriyyəti Saladinaya həsr olunub.
İbn Firnans
İbn Firnans — IX əsr müsəlman mütəxəssisi. == Həyatı == 880-ci ildə İbn Firnans dünyada ilk dəfə təyyarə tipli uçan cihaz ixtira etmişdir. Adıçəkilən müsəlman alim quş tükü və qumaşdan istifadə etməklə hazırladığı qurğuda uzun müddət havada dövr etdikdən sonra sağ-salamat yerə enmişdi.
İbn Fədlan
Əhməb ibn Fadlan (təq. 879, bilinmir və ya Bağdad – təq. 960) — Ərəb çoğrafiyaçısı. == Həyatı == 921-923-cü illərdə xəlifə əl-Müqtədir (908-932-ci illər) tərəfindən siyasi məqsədlə göndərilən səfirliyin başçısı olmuş Əhməd ibn Fədlan Bağdadan İranı və Orta Asiyanı keçməklə Volqaboyunadək marşrut qət etmiş və onun bu səyahəti öz əksini «Risalə»sində tapmışdır. "Risalə" əsəri səfirin Volqa - Xəzər və Şimal xalqları ilə bağlı tarix elmi üçün xeyli əvəzsiz qeydləri ilə zəngindir. Əhməd ibn Fədlan 922-ci ildə о, Vоlqanın sоl sahilinə yеrləşmiş Bulqariyaya gəlir, Ladоqa gölü ətrafında оlur və 923-cü ildə vətənə qiymətli cоğrafi məlumatlarla qayıdır. Fədlan bu əraziləri kəşf еtməsə də Vоlqasahili, Оrta Asiya хalqları və Хəzər dənizinə tökülən çaylar haqqında ətraflı məlumatları ilə sеçilir. == Mənbə == Ch. M. Fraehn. Die ältesten arabischen Nachrichten über die Wolga-Bulgaren aus Ibn-Foszlan’s Reiseberichte.
İbn Fəqih
Əbu Abdillah Əhməd ibn Məhəmməd bin İshaq bin İbrahim əl-Həmədani (?-?)—İran coğrafiyaşünası. == Həyatı == İbn əl-Fəqihin nisbəsindən əlavə kitabında Həmədana dair ayrıntılı bilgi verməsi səbəbiylə də Həmədanda doğulduğu təxmin edilir. Doğum və ölüm tarixləri bilinməməkdə, ancaq ondan rəvayət etdiyi İbn Dizil əl-Həmədani (ö. 894), İbn Əyyub ər-Razi (ö. 907), İbn Abdus əl-Cəhşiyari (ö. 942/943) və İbn Lal əl-Həmədani (ö. 1007) kimi şəxsiyətlərlə görüşmüş olmasından yola çıxaraq 869-942-ci; və ya 845-930-cu; illər arasında həyatda olduğu düşünülür. Həyatına dair həmən həmən heç bilgi yoxdur. Həmədandan başqa Bağdadın topoqrafiyasını da çox yaxşı bilməsindən orada uzun müddət yaşadığı anlaşılır. Ailəsindən bir çox fəqih, mühəddis və ədib çıxdığı kimi atası və özü də hədis elmində şöhrət qazanmışdı .
İbn Fəzl
İbn Fəzl – 739 – 805-ci illər arasında yaşamış ərəb alimi. XII əsrin əvvələrində ilk kağız fabrikasını yaradan vəzir. İbn Fəzl Abbasi İmperatorluğunun məşhur vəzirlər yetişdirən Bərməkilər soyundandır. Əsl adı Yəhyadır. Yəhya İbn Fəzl və ya sadəcə əl-Fəzl adı ilə də tanınır. Atasının adı Xalid olduğu halda, sənədlərə "Fazilin oğulu" deyə düşüb. Mosul qubernatorluğu vaxtında özünü tanıdıb. Xəlifə Mehdi onu Bağdada çağıraraq, oğulunun yetişdirilməsini ona həvalə edib. Harun Azərbaycan qubernatorluğuna təyin edilincə (780), divan başçılığına gətirilib. İbn Fəzl, Harun xəlifə olunca vəzirliyə gətirilib.
İbn Haldun
İbn Xəldun (tam adı: Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami (ərəb. أبو زيد عبد الرحمن بن محمد بن خلدون الحضرمي‎; 27 may 1332, Tunis – 17 mart 1406, Qahirə) — çağdaş tarixin, sosiologiyanın və iqtisadiyyatın öncüllərindən biri olaraq qəbul edilən XIV əsr filosofu, dövlət xadimi və tarixçisi. Orta əsrlərin ən böyük mütəfəkkirlərindən biri olaraq qəbul edilir. Nüfuzlu bir ailənin övladı olduğu üçün gözəl təhsil almış, Tunisdə və Mərakeşdə dövlət vəzifələrində xidmət etdikdən sonra Qranada və Misirdə çalışıb. Şimali Afrikanın o dönəmki qeyri-sabit və intriqalarla dolu siyasi quruluşu onun 2 il həbsdə yatmasına səbəb olmuşdur. Daha sonra Bədəvi qəbilələrini çox yaxşı tanımasına görə axtarılan bir dövlət xadimi və müşavirə çevrilmişdir. Dəməşqi işğal edən Əmir Teymurla olan görüşməsi tarixə düşmüşdür. Siyasi fəaliyyətdən çəkildikdən sonra adını tarixə yazan 7 cildlik dünya tarixi, Kitabul-İber və onun giriş kitabı olaraq düşündüyü Müqəddiməni yazıb. Əsəri ərəb dünyasına ciddi təsir göstərməsə də, Osmanlı tarix anlayışına dərindən təsir göstərmişdir. Bir çox Osmanlı tarixçisi Osmanlı dövlətinin yüksəlişini və tənəzzülünü onun nəzəriyyələri ilə əsaslandırmışdır.
İbn Xordadbeh
İbn Xordadbeh (fars. ابوالقاسم عُبیدالله بن عبدالله اِبْن خُرْدادْبِه‌ْ (خرداذبه)‎; təq. 820, Xorasan – təq. 912)— İran mənşəli islam coğrafiyaşünası. 820—912-ci illərdə yaşamışdır. "Kitab-əl məsalik vəl məmalik" ("Yollar və məmləkətlər haqqında kitab") əsərinin müəllifidir. == İstinadlar == == Mənbə == Отдѣл первый. — Свѣдѣнiя арабскихь писателей о Кавказѣ, Арменiи и Адербейджанѣ. III. Ибн–Хордадбэ. IV. Кудама.
İbn Xuzeymə
Əbu Abdullah Məhəmməd ibn İshaq ibn Xuzeymə (1 yanvar 838, Nişapur – 11 fevral 924) — İslam alimi. == Həyatı == Əbu Abdullah Məhəmməd ibn İshaq ibn Xuzeymə 837-ci ildə Xorasanın Nişapur şəhərində anadan olmuşdur. "İmamu'l-əimmə" (imamların imamı) ləqəbli Məhəmməd ibn İshaq ibn Xuzeymə Nişaburi şafii məzhəbinə etiqad bəsləyirdi. İraq hədisçilərinin şeyxi sayılırdı. İbn Xuzeymənin 140-dan artıq kitab yazdığı rəvayət edilir. Onun ən məşhur əsəri 3000-dən artıq hədisi ehtiva edən və bablar (fəsillər) üzrə bölünmüş "Səhih" kitabıdır. İbn Xuzeymə 923-cü ildə vəfat edib.
İbn Xəldun
İbn Xəldun (tam adı: Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami (ərəb. أبو زيد عبد الرحمن بن محمد بن خلدون الحضرمي‎; 27 may 1332, Tunis – 17 mart 1406, Qahirə) — çağdaş tarixin, sosiologiyanın və iqtisadiyyatın öncüllərindən biri olaraq qəbul edilən XIV əsr filosofu, dövlət xadimi və tarixçisi. Orta əsrlərin ən böyük mütəfəkkirlərindən biri olaraq qəbul edilir. Nüfuzlu bir ailənin övladı olduğu üçün gözəl təhsil almış, Tunisdə və Mərakeşdə dövlət vəzifələrində xidmət etdikdən sonra Qranada və Misirdə çalışıb. Şimali Afrikanın o dönəmki qeyri-sabit və intriqalarla dolu siyasi quruluşu onun 2 il həbsdə yatmasına səbəb olmuşdur. Daha sonra Bədəvi qəbilələrini çox yaxşı tanımasına görə axtarılan bir dövlət xadimi və müşavirə çevrilmişdir. Dəməşqi işğal edən Əmir Teymurla olan görüşməsi tarixə düşmüşdür. Siyasi fəaliyyətdən çəkildikdən sonra adını tarixə yazan 7 cildlik dünya tarixi, Kitabul-İber və onun giriş kitabı olaraq düşündüyü Müqəddiməni yazıb. Əsəri ərəb dünyasına ciddi təsir göstərməsə də, Osmanlı tarix anlayışına dərindən təsir göstərmişdir. Bir çox Osmanlı tarixçisi Osmanlı dövlətinin yüksəlişini və tənəzzülünü onun nəzəriyyələri ilə əsaslandırmışdır.
İbn Xəllikan
İbn Xəllikan (22 sentyabr 1211, Ərbil – 30 oktyabr 1282, Dəməşq, Məmlük dövləti) — Bərməkilər soyundan olan XIII əsr islam alimi və tarixçisi. == Həyatı == Şəms əd-Din Əbül-Abbas Əhməd 22 sentyabr 1211-ci ildə Ərbil şəhərində anadan olmuşdu. Elmi ədəbiyyatda İbn Xəllikan adı ilə tanınan Şəms əd-Din Əhmədin atası Abbas əslən tarixi Bəlx şəhərindən (tarixi Baktriya və ya Toxaristan ölkəsinin mərkəzi şəhəri və ya şəhərlərindən biri idi) olan Bərməkilər soyundan, anası isə Hənəfi məzhəbinin məşhur fiqh və hədis alimi Xaləf ibn Əyyubun soyundan idi. Bərməkilər soyunun ulu əcdadı Bərmək Əməvi xilafətinin sərkərdəsi, Xorasan valisi Əbu Hafs Qüteybə ibn Abi Saleh Muslim ibn Əmr əl-Bahili türk dövləti olan Toxarıstan Yabquluğunun paytaxtı Bəlx şəhərini işğal etdikdən sonra müsəlmanlara əsir düşmüş və islamı qəbul etmişdir. Şəms əd-Din Əbül-Abbas Əhməd Misir Məmlük sultanları əl-Məlik əz-Zahir Rükn əd-Dünya və-d-Din Baybars əl-Bundukdari əz-Salehin hakimiyyəti (1260-1277) və onun böyük oğlu əl-Məlik əz-Səid Nəsir əd-Din Məhəmməd Bərəkə xanın hakimiyyəti (1277-1279) dövründə 1261-1271-ci və 1278-1281-ci ilərdə Şam qazısı olmuş, 30 oktyabr 1282-ci ildə Dəməşq şəhərində vəfat etmişdir. == Əsərləri == Görkəmli şəxsləri anma yazıları və öz zamanımın oğulları haqqında qeydlər (ərəb. وفيات الأعيان وأنباء أبناء الزمان‎ (latın. Vafəyət əl-Ayən və-ənba əbna əz-zəmən) / ing. "Deaths of Eminent Men and History of the Sons of the Epoch" or "Ibn Khallikan's biographical dictionary" (bax: volume I in 1843, volume II in 1843, volume III in 1868, volume IV in 1871) / rus. Некрологи знатных лиц и заметки о сыновьях своего времени) əsərini müəllifin 1256-cı ildə yazmağa başladığı, 4 dekabr 1273-cü ildə bitirdiyi və 1281-ci ilə qədər əsərə əlavələr etdiyi məlumdur.
İbn Xəlliqan
İbn Xəllikan (22 sentyabr 1211, Ərbil – 30 oktyabr 1282, Dəməşq, Məmlük dövləti) — Bərməkilər soyundan olan XIII əsr islam alimi və tarixçisi. == Həyatı == Şəms əd-Din Əbül-Abbas Əhməd 22 sentyabr 1211-ci ildə Ərbil şəhərində anadan olmuşdu. Elmi ədəbiyyatda İbn Xəllikan adı ilə tanınan Şəms əd-Din Əhmədin atası Abbas əslən tarixi Bəlx şəhərindən (tarixi Baktriya və ya Toxaristan ölkəsinin mərkəzi şəhəri və ya şəhərlərindən biri idi) olan Bərməkilər soyundan, anası isə Hənəfi məzhəbinin məşhur fiqh və hədis alimi Xaləf ibn Əyyubun soyundan idi. Bərməkilər soyunun ulu əcdadı Bərmək Əməvi xilafətinin sərkərdəsi, Xorasan valisi Əbu Hafs Qüteybə ibn Abi Saleh Muslim ibn Əmr əl-Bahili türk dövləti olan Toxarıstan Yabquluğunun paytaxtı Bəlx şəhərini işğal etdikdən sonra müsəlmanlara əsir düşmüş və islamı qəbul etmişdir. Şəms əd-Din Əbül-Abbas Əhməd Misir Məmlük sultanları əl-Məlik əz-Zahir Rükn əd-Dünya və-d-Din Baybars əl-Bundukdari əz-Salehin hakimiyyəti (1260-1277) və onun böyük oğlu əl-Məlik əz-Səid Nəsir əd-Din Məhəmməd Bərəkə xanın hakimiyyəti (1277-1279) dövründə 1261-1271-ci və 1278-1281-ci ilərdə Şam qazısı olmuş, 30 oktyabr 1282-ci ildə Dəməşq şəhərində vəfat etmişdir. == Əsərləri == Görkəmli şəxsləri anma yazıları və öz zamanımın oğulları haqqında qeydlər (ərəb. وفيات الأعيان وأنباء أبناء الزمان‎ (latın. Vafəyət əl-Ayən və-ənba əbna əz-zəmən) / ing. "Deaths of Eminent Men and History of the Sons of the Epoch" or "Ibn Khallikan's biographical dictionary" (bax: volume I in 1843, volume II in 1843, volume III in 1868, volume IV in 1871) / rus. Некрологи знатных лиц и заметки о сыновьях своего времени) əsərini müəllifin 1256-cı ildə yazmağa başladığı, 4 dekabr 1273-cü ildə bitirdiyi və 1281-ci ilə qədər əsərə əlavələr etdiyi məlumdur.
İbn Əbbas
Abdullah ibn Abbas ibn Əbdülmüttəlib (ərəb. عبدالله بن عباس‎; təq. 619, Məkkə – təq. 687, Taif, Məkkə bölgəsi[d]) — Məhəmməd peyğəmbərin tanınmış səhabəsi, İslam alimi və fəqihi. Məhəmməd peyğəmbərin əmisi Abbasın oğlu idi. Peyğəmbərin Mədinəyə hicrət etməsinə üç il qalmış Məkkədə doğulmuşdur. Məhəmməd peyğəmbərin yanında böyümüş, gənc yaşlarında ondan İslam dinin əsaslarını öyrənmişdir. Hicrətin səkkizinci ilinə qədər, Abdullah ibn Abbas öz ailəsi ilə Məkkədə yaşamışdır. Ancaq, şəhərin müsəlmanların əlinə keçməsindən az öncə, onlar da Mədinəyə hicrət etmişdirlər. O, Hüneyn və Taif döyüşlərində, eləcə də, Məkkənin alınmasında iştirak etmişdir.
İbn Ərəbi
Mühyiddin İbn əl-Ərəbi (28 iyul 1165, Mursiya, Mursiya[…] – 16 noyabr 1240, Dəməşq, Abbasilər xilafəti) — İslam alimi. == Həyatı == İslam düşüncəsinin batini yönünü fəlsəfi baxımdan izah edən ilk sufi və mütəfəkkir olan İbn Ərəbi 1165-ci il avqust ayının 7 – də (hicri 560-cı il Ramazan ayının 27 – si) İspaniyanın Mursiya əyalətində anadan olub. Təhsilini İslam mədəniyyətinin mərkəzlərindən hesab edilən Sevilyada tamamlayan İbn Ərəbi 1198-ci ildə şərqə üz tutmuş və bir daha boya – başa çatdığı yerlərə geri qayıtmamışdır. İbn Ərəbi ilk mühüm dayanacağı olan Məkkədə ən məşhur əsəri olan "Fütuhat əl-Məkkiyyə"ni yazmağa başlamış və kitabı Suriyada tamamlamışdır. İbn Ərəbi 560 fəsildən ibarət olan bu məşhur əsərində bütün batini İslam elmlərini özünün anladığı və təcrübədən keçirdiyi formada araşdırmışdır. Digər tərəfdən, kitab məşhur sufi alimin daxili dünyası ilə bağlı əhəmiyyətli məlumatları ehtiva etdiyindən şəxsi ensiklopediya mahiyyətindədir. Misirdən Anadoluya – Konyaya keçən İbn Ərəbi burada Sədrəddin Konəvi ilə qarşılaşdıqdan bir müddət sonra onun anası ilə evlənmişdir. İbn Ərəbi uzun səyahətlərdən sonra Suriyada məskunlaşmış və 1240-cı ildə burada vəfat etmişdir. == Fəaliyyəti == Mühyiddin ibn Ərəbinin fikir və düşüncələrinin təqdir olunmamasına baxmayaraq ondan sonra yaşayan bütün sufilər Ərəbidən təsirlənmişdir. Mühyiddin ibn Ərəbi əsərlərində öz nəsəbini belə bildirir: Mühyiddin Əbu Abdullah Məhəmməd ibn Əli ibn Məhəmməd ibn əl – Ərəbi əl – Hatımi əl – Tai əl – Əndəlüsi.
İbn Ərəbşah
Əhməd İbn Məhəmməd ibn Ərəbşah (15 noyabr 1389, Dəməşq, Məmlük dövləti – 24 avqust 1450, Qahirə və ya Misir) — ərəb tarixçi. == Həyatı == İbn Ərəbşah 5 noyabr 1389-cu ildə Dəməşq şəhərində anadan olub, 1450-ci ildə isə Qahirədə vəfat etmişdir. O, 1401-ci ildə 12 yaşında ikən, Əmir Teymur Dəməşqi ələ keçirmiş, onu, anası və qardaşları ilə birlikdə, yerli sakinlərdən əsir etdiyi bütün intelektual qismin özləri və ailələri kimi Səmərqəndə göndərmişdir. İbn Ərəbşahın 1408-ci ilə qədər Orta Asiyada nə işlə məşğul olması məlum deyil, əsərlərindən yalnız bu anlaşılır ki, əmirlər, alimlər və şahmatçılar arasında imiş. Güman edilir ki, o, həmin müddət ərzində Əmir Teymurun nəvəsi Xəlil sultanın xidmətində olmuşdu. İbn Ərəbşah Səmərqənddə yaşadığı müddət ərzində təhsil almış, fars, türk və monqol dillərini öyrənmişdir. O, 1408-ci ildə səyahətə başlayaraq, əvvəl Çinə yollanmış, sonra oradan Krıma qədər uzaq bir məsafəni qət etmiş, buradan isə Ədirnəyə getmişdir. Ədirnədə ərəb və fars dillərində olan ədəbiyyatı türkcəyə tərcümə etmək işi ilə məşğul olan müəllif, daha sonra Türk sultanı Sultan Məhəmmədin (1402–1421) sarayında mirzəlik etmişdir. Sultan Məhəmmədin ölümündən sonra Hələbə getmiş, oradan isə doğma şəhəri olan Dəməşqə qayıtmışdır. 1428-ci ildə (Həcc ziyarətinə gedib-gəldikdən sonra) elə burada elmi-ədəbi fəaliyyətə başlayan İbn Ərəbşah, eyni işi Qahirəyə köçdükdən sonra davam etdirirmiş və orada teymurilərdən bəhs etdiyi "Əcaibül-məqdur fi nəvaib timur" adlı məşhur əsərini qələmə almışdır.
ISAN
ISAN (International Standard Audiovisual Number) – audiovizual əsərlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə. == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
ISIN
ISIN (ing. International Securities Identification Number — Qiymətli kağızın beynəlxalq identifikasiya kodu) — maliyyə alətini xarakterizə edən informasiyanı özündə daşımayan, sadəcə qiymətli kağızlarla hesablaşmalar və əqdlərin bağlanması zamanı qiymətli kağızların birmənalı identifikasiyasına xidmət edən 12 işarəli hərfi-rəqəmli kod. İlk iki işarə ölkə kodunu müəyyən edir. Ölkə kodu iki hərfdən ibarət olub qiymətli kağızın qeydiyyata alındığı ölkəni və ya borc qiymətli kağızları istisna olmaqla, emitentin hüquqi yerləşdiyi yeri müəyyən edir. Növbəti doqquz rəqəm qiymətli kağızın buraxıldığı ölkədə qiymətli kağıza verilən dövlət qeydiyyat nömrəsindən (National Securities Identification Number və ya NSIN) götürülür. Sonuncu rəqəm – yoxlayıcı rəqəmdir. 0-dan 9-a qədər olan bir rəqəmlə ifadə olunur. Yoxlayıcı işarənin konkret rəqəmli ifadəsi 10 "ikiqat artır – topla — ikiqat artır" ("Modulus 10 Double Add Double technique") moduluna əsasən hazırlanmış xüsusi alqoritm vasitəsilə hesablanır.
ISMN
ISMN (International Standard Music Number) – not nəşrlərinin və musiqi əsərlərinin yazıldığı audio-video nəşrlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
ISSN
ISSN — Beynəlxalq Standart Seriya Nömrəsi. Mərkəzi Fransanın Paris şəhərindədir. ISSN (International Standard Serial Number) – dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Əli ibn İnan
Ələddin Əbu əl-Həsən Əli ibn İnan ibn Muğamis ibn Rumeysə ibn Əbu Numey əl-Həsani (ərəb. ثة بن أبي نمي الحسني‎) — 1423-cü ildən 1425-ci ilə qədər Məkkə əmiri olmuşdur. == İstinadlar == == Mənbə == Ibn Fahd, ‘Izz al-Dīn ‘Abd al-‘Azīz ibn ‘Umar ibn Muḥammad. Shaltūt, Fahīm Muḥammad (redaktor ). Ghāyat al-marām bi-akhbār salṭanat al-Balad al-Ḥarām غاية المرام بأخبار سلطنة البلد الحرام (Arabic). 2 (1st). Makkah: Jāmi‘at Umm al-Qurá, Markaz al-Baḥth al-‘Ilmī wa-Iḥyā’ al-Turāth al-Islāmī, Kullīyat al-Sharīʻah wa-al-Dirāsāt al-Islāmīyah. 1988 [Composed before 1518].
Azərbaycan ISBN agentliyi
İşın Karaca
İşın Karaca (7 mart 1973, London, Böyük Britaniya) - türk musiqiçi. == Diskoqrafiya == Anadilim Aşk (2001) İçinde Aşk Var (2004) Başka 33/3 (2006) Uyanış (2009) Arabesque: Geçmiş, Geçmemiş Hiç...
Ibn Ishaq
Əbu Abdullah Məhəmməd ibn İshaq hicri-qəməri tarixi ilə 85-ci ildə Mədinə şəhərində dünyaya göz açmış,hicri-qəməri 150 və ya 153-cü ildə Bağdad şəhərində vəfat etmişdir. "Xizran" məzarlığında dəfn edilmişdir. Özünün "Əs-Sirətun-Nəbəviyyə" adlı kitabı ilə məşhurdur. == Həyatı və Təhsili == Uşaqlıq illərini və gənclik dövrünün bir hissəsini Mədinədə keçirən Məhəmməd ibn İshaq hicri-qəməri 115-ci ildə İskəndəriyyə şəhərinə getmişdir.İskəndəriyyənin və Misirin hədis və tarix ustadlarından, o cümlədən, Ubeydullah ibn Muğeyrə, Yezid ibn Həbib, Ubeydullah ibn Əbu Cəfər, Qasim ibn Qəzman və başqa böyük ustadlardan dərs almış, sonra Kufə, Cəzirə, Rey, Hirə, Bağdada səfər etmişdir. == Xəlifə Mənsur Abbasi ilə görüşü == Bağdada səfər edərkən dövrün xəlifəsi Mənsur Abbasinin görüşünə getmiş və bu görüş onun Bağdadda qalmasına, habelə bir qrup tarixçinin dediyinə görə onun məşhur kitabı olan "Əs-Sirətun-Nəbəviyyə" əsərinin yazılmasına səbəb olmuşdur.Tarixçilər yazırlar ki, bu görüşdə Mənsur Abbasi, Məhəmməd ibn İshaqın tarixi məlumatlarına heyran qalır və ona tarix kitabı yazmağı əmr edir. Məhəmməd ibn İshaq Mənsurun əmrini yerinə yetirib müfəssəl bir tarix kitabı yazır və onun sarayına gətirir.Lakin Mənsur kitabın çox geniş olduğun söyləyib müxtəsər hala salmasını tapşırır. İbn İshaq kitabı müxtəsər halda yazdıqdan sonra kitab Xəlifə Mənsur tərəfindən onun öz oğlu Mehdiyə verilir. Biblioqrafiya müəllifi İbn ən-Nədim öz əsərində Məhəmməd ibn İshaq’ın bu əsərini "Kitâbu’s-Sîrə və’l-mübtədəʾ və’l-məġāzî" adıyla qeyd etmişdir. == Tənqidlər == "Əs-sirətun-Nəbəviyyə" kitabı qələmə alındığı vaxtdan indiyədək bir çox tarixçilər ve və hədis ravilərinin diqqətini özünə cəlb etmişdir.Onu tərifləyənlərlə birlikdə, tənqid edənlər də mövcud olmuşdur.Tənqidçilər müəllifi şəcərənaməni yanlış yazmaqda, etibarsız ravilərdən rəvayət nəql etməkdə, hadisələri saxtalaşdırmaqda və.s işlərdə ittiham etmişlər. Məhəmməd ibn İshaq tarixi hadisələri nəql edərkən məzhəb təəssübkeşliyindən uzaq duraraq bitərəf mövqe tutduğuna görə əhli-sünnənin "rical elmi" sahəsindəki bəzi alimləri onu şiəlikdə ittiham etmiş, onun şiə olduğunu söyləmişlər.
Bison bison
Amerika bizonu (lat. Bison bison) — boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid növ. Bizonun hündürlüyü 2 m, uzunluğu isə 2,5–3 m-ə çatır. Bədənindəki yun sıx olub boz-qonur rəngdə, baş və boyundakı yun isə qara-qonur rəngdədir. Bədənin ön hissəsi daha uzun tüklərlə örtülüdür. Başın alın hissəsi gnişdir. Kiçik qalın buynuzları yanlara doğru uzanıb. Buynuzların uc hissəsi içəriyə doğru yönəlib. Qulaqları qısa və ensizdir. Gözləri böyük və tünd rəngdə, boynu qısadır.