Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lütviyyə Səfərova
Səfərova Lütviyyə Şamil qızı — Azərbaycan aktrisası. == Həyatı == Lütviyyə Səfərova 1942-ci ildə anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi məktəbinin vokal şöbəsini bitirdikdən sonra Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləməyə dəvət edilib. Bu teatrda Fikrət Əmirovun "Gözün aydın" komediyasında Leyli, Vasif Adıgözəlovun "Nənəmin şahlıq quşu" əsərində Nazlı, Emin Sabitoğlunun "Hicran" komediyasında Çarleston, Şəfiqə Axundovanın "Ev bizim, sirr bizim" əsərində Çiçək və onlarla başqa surətlər canlandırıb. 1989-cu ildən Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrında işləyib. 1996-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına qayıdıb və "92 dəqiqə gülüş"də Qəmziyyə, "Hələlik"də Lalə, "On min dollarlıq keyf"də tərcüməçi qadın, "O olmasın, bu olsun"da Sənəm, "Dəli dünya"da ana, "Nəğməli Könül"də Qəmər xanım, "Bankir adaxlı"da Ceyran və s. kimi surətlər yaradıb. O, bir çox televiziya tamaşalarında və filmlərdə də əsas rollara çəkilib.
Lütviyyə Əsgərzadə
Əsgərzadə Lütviyyə (17 fevral 1960, Naxçıvan) — ədəbiyyatşünas, filologiya elmləri doktoru (2018), dosent (2012), Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin baş elmi işçisi (2020), Azərbaycan Jurnalistlər Birliyi (2002) və Azərbaycan Yazıçılar Birliyinin üzvü (2005). == Həyatı == Lütviyyə Süleyman qızı Əsgərzadə 17 fevral 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub Naxçıvan şəhər Eynəli bəy Sultanov adına 7No-li orta məktəbini müvəffəqiyyətlə bitirib. 1980-ci ildə Naxçıvan Dövlət Pedoqoji İnstitutuna, indiki Naxçıvan Dövlət Universitetinin Dil və Ədəbiyyat fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra(1985) Naxçıvan şəhər 5 No-li kitabxanasında zal müdiri, böyük kitabxanaçı vəzifəsində çalışıb. Naxçıvan şəhərində fəaliyyət göstərən xüsusi tipli məktəblərdə; Naxçıvan şəhər "Xanım qızlar" pansionunda və Cəmşid Naxçıvanski adına hərbi məktəbdə, indiki Heydər Əliyev liseyində dil və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib. 1999-cu ildə Naxçıvan şəhər Heydər Əliyev muzeyinə ekskursovood, 2000-ci ildə muzeyə direktor təyin edilib. 2006-cı ilədək Heydər Əliyev muzeyinə rəhbərlik edib. Yeni Azərbaycan Partiyasının II qurultayına (2001) və Azərbaycan qadınlarının II qurultayına (2003) nümayəndə seçilib. == Fəaliyyəti == 2005-ci ildə professor Teymur Əhmədovun rəhbərliyi ilə "Hüseyn Cavid və Şərq" (5716.01 – Azərbaycan ədəbiyyatı) mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2018-ci ildə "Hüseyn Cavidin ədəbi məfkurəsi və sənəti dövrünün ədəbi, mədəni, ictimai mühiti kontekstində" (5716.01 – Azərbaycan ədəbiyyatı) mövzusunda doktrluq müdafiə edib 2006-cı ildən AMEA-nın Naxçıvan Bölməsində, 2013-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsində çalışır. Azərbaycan Jurnalistlər və Azərbaycan Yazıçılar Birliklərinin üzvüdür.
Əsgərzadə Lütviyyə

Lütfi Məmmədbəyli
Məmmədbəyov Lütfi Şahbaz oğlu — Azərbaycan aktyoru və rejissoru, ssenari müəllifi, mətn oxuyan, filmlərin bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti (1991). == Həyatı == Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Aktyor 1943-1947-ci illərdə Teatr Texnikumunda təhsil alıb. 1961-1966-cı illərdə isə M.Əliyev adına ADİİ-nun Rejissorluq fakültəsini bitirib. == Fəaliyyəti == Lütfi Məmmədbəyov 1947-ci ildə Teatr texnikumunda təhsilini başa vurduqdan sonra bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Lakin 40-cı illərin sonunda teatr müvəqqəti olaraq bağlanıb. Bu səbəbdən aktyor Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Lütfi Məmmədbəyov Gənc Tamaşaçılar Teatrında çalışarkən Bakıda o vaxtkı 26-lar Mədəniyyət Sarayında dram dərnəyinə rəhbərlik etmişdir. O, 1961-ci ildə Xalq Teatrı statusu alan bu dərnəkdə Azərbaycan aktyorlarının bir neçə nəslini yetişdirmişdir. Lütfi Məmmədbəyov 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb.
Lütfi Məmmədbəyov

Lütfi Nəzəroğlu
Şahverdiyev Lütfi Nəzər oğlu — İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru, ssenarist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Lütfi Nəzər oğlu Şahverdiyev 3 aprel 1967-ci ildə Şamaxı rayonunda anadan olub. 1985-ci ildə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecini,1995-ci ildə isə Bakı Dövlət Universitetini bitirib. İxtisasca jurnalistdir. == Fəaliyyəti == 1989-1991-cı illərdə "Azərkinovideo İstehsalat Birliyinin "Kino" qəzeti və "Film" jurnalında müxbir vəzifəsində çalışıb.1991-1994-cü illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin "Xəbərlər" baş redaksiyasında müxbir və xəbər redaktoru kimi fəaliyyət göstərib.1996-2005-ci iilərdə müxtəlif mətbuat orqanlarında şöbə müdiri və baş redaktor müavini vəzifələrində çalışıb.2005-2013-cü illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin "Milli Azlıqlar ücün Verilişlər departamenti"ndə redaktor vəzifəsində, Azərbaycan Regional Televiziyaları İstehsalat Birliyində redaktor və layihə rəhbəri kimi fəaliyyət göstərib. 2013-cü ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində "Carçıfilm" Yaradıcılıq Birliyinin böyük redaktorudur.Onlarla televiziya verilişlərinin,sənədli televiziya filmlərinin layihə rəhbəri və ssenari müəllifidir. == Filmoqrafiya == Bizim ellər (film, 2013) Bakı kəndləri.
Lütfi Paşa
Çələbi Lütfi Paşa (təq. 1488, Vlyora – 1562, 1563, 27 mart 1564, 1553 və ya 1554, Dimetoka) — I Süleyman dönəmində 13 iyul 1539 — may 1541 tarixlərində Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. == Həyatı == Dəqiq olmasa da, doğum tarixi olaraq 1488 tarixi göstərilir. Alban əsilli bir ailədə dünyaya gəlmişdir. II Bəyazid dönəmində saraya alınmış və burada mükəmməl təhsil almışdır. "Təvarix-i Ali Osman" və "Asəfnamə" əsərlərində qeyd etdiyinə görə, Yavuz Sultan Səlimin cülusunun ardından 50 axcalıq maaşla saraydan ayrılmış, daha sonra qapıçıbaşı və miraləmliyə gətirilmişdir. I Süleyman dönəminin ilk illərində əvvəlcə Kastamonu, ardından Aydın sancaqbəyi oldu. Bu vəzifədə ikən 1522-ci ildə Rodos mühasirəsinə qatıldı və fəthdən sonra Rodos qalasının təmiri ilə vəzifələndirildi. Ardından uzun müddət Yanya sancaqbəyliyində fəaliyyət göstərdi və bu vəzifədə ikən Vyana mühasirəsinə qatıldı. Daha sonra Qaraman bəylərbəyliyinə gətirildi.
Lütfi Zadə
Lütfi Zadə (ing. Lotfi Zadeh; əsl adı Lütfəli Rəhim oğlu Ələsgərzadə; 4 fevral 1921, Novxanı, Bakı qəzası, Azərbaycan SSR və ya Bakı – 6 sentyabr 2017, Berkli, Kaliforniya) — azərbaycanlı ABŞ alimi, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri. Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvü olub. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990–2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilmişdir. Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılmışdır. Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun "İnformasiya texnologiyaları problemləri" və "İnformasiya cəmiyyəti problemləri" jurnallarının fəxri baş redaktoru olmuşdur Lütfi Zadə Avrasiya Akademiyasının qurucu üzvlərinin biri olub.
Lütfi Şahverdiyev
Şahverdiyev Lütfi Nəzər oğlu — İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru, ssenarist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Lütfi Nəzər oğlu Şahverdiyev 3 aprel 1967-ci ildə Şamaxı rayonunda anadan olub. 1985-ci ildə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecini,1995-ci ildə isə Bakı Dövlət Universitetini bitirib. İxtisasca jurnalistdir. == Fəaliyyəti == 1989-1991-cı illərdə "Azərkinovideo İstehsalat Birliyinin "Kino" qəzeti və "Film" jurnalında müxbir vəzifəsində çalışıb.1991-1994-cü illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin "Xəbərlər" baş redaksiyasında müxbir və xəbər redaktoru kimi fəaliyyət göstərib.1996-2005-ci iilərdə müxtəlif mətbuat orqanlarında şöbə müdiri və baş redaktor müavini vəzifələrində çalışıb.2005-2013-cü illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin "Milli Azlıqlar ücün Verilişlər departamenti"ndə redaktor vəzifəsində, Azərbaycan Regional Televiziyaları İstehsalat Birliyində redaktor və layihə rəhbəri kimi fəaliyyət göstərib. 2013-cü ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində "Carçıfilm" Yaradıcılıq Birliyinin böyük redaktorudur.Onlarla televiziya verilişlərinin,sənədli televiziya filmlərinin layihə rəhbəri və ssenari müəllifidir. == Filmoqrafiya == Bizim ellər (film, 2013) Bakı kəndləri.
Lütfi Kaşıkçı
Lütfi Kaşıkçı (1982, Hatay ili) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Lütfi Kaşıkçı 1982-ci ildə Hatay ilinin Kırıhan ilçəsində anadan olub. Hatay Mustafa Kamal Universiteti İnşaat Bölməsindən məzun olub. Ankara Universitetinin Elm və Texnologiya İnstitutunun İnşaat mühəndisliyi şöbəsində magistr dərəcəsi alıb. Səlcuq Universitetində isə inşaat mühəndisliyi sahəsində PhD dərəcəsi alıb. MHP üzvüdür. 2015-2018-ci illərdə MHP Hatay il şöbəsinin sədri olub. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Hatay ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27 və 28 çağırışlarda TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü vəzifələrində təmsil olunub. İngiliscə bilir.
Müəmmər Lütfi Bəxşi
Müəmmər Lütfi Bəxşi (1903, Ödəmiş, İzmir ili – 30 iyun 1947, İzmir) — Türkiyə şairi. == Həyatı == Mədrəsə təhsili aldığı üçün qüvvətli bir islam mədəniyyətinə sahibdir. 18–19 yaşlarında əruzla və əski tərzdə şeirlər yazmışdır. Sonralar hecaya və ən sonunda da sərbəst nəzmə keçmişdir. Şeirləri "Ahəng", "Sədayi-həqq", "Yeni gün", "Məhfəl", "Naziktər", "Hilal", "Anadolu", "Şərq", "Yanıq", "Yurd", "İctihad", "Sərvəti-fünun" və "Yeni səs" kimi dövri nəşrlərdə çıxır. Antalyada olduğu zaman Antalya xalq evi dərgisi olan "Türk Akdəniz"i idarə edir. Şeirləri kitablaşmadı. Dörd dəftər dolusu şeiri olduğu söylənir. Şeirlərində daha çox milli mövzulara və eşqə yer vermişdir. Tokadizadə Şəkib, Tahir ül-Mövləvi, Əhməd Haşim, hecanın beş şairi, Kamaləddin Kamu kimi şairlərin təsirində qalmışdır.
Çələbi Lütfi Paşa
Çələbi Lütfi Paşa (təq. 1488, Vlyora – 1562, 1563, 27 mart 1564, 1553 və ya 1554, Dimetoka) — I Süleyman dönəmində 13 iyul 1539 — may 1541 tarixlərində Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. == Həyatı == Dəqiq olmasa da, doğum tarixi olaraq 1488 tarixi göstərilir. Alban əsilli bir ailədə dünyaya gəlmişdir. II Bəyazid dönəmində saraya alınmış və burada mükəmməl təhsil almışdır. "Təvarix-i Ali Osman" və "Asəfnamə" əsərlərində qeyd etdiyinə görə, Yavuz Sultan Səlimin cülusunun ardından 50 axcalıq maaşla saraydan ayrılmış, daha sonra qapıçıbaşı və miraləmliyə gətirilmişdir. I Süleyman dönəminin ilk illərində əvvəlcə Kastamonu, ardından Aydın sancaqbəyi oldu. Bu vəzifədə ikən 1522-ci ildə Rodos mühasirəsinə qatıldı və fəthdən sonra Rodos qalasının təmiri ilə vəzifələndirildi. Ardından uzun müddət Yanya sancaqbəyliyində fəaliyyət göstərdi və bu vəzifədə ikən Vyana mühasirəsinə qatıldı. Daha sonra Qaraman bəylərbəyliyinə gətirildi.
Ömər Lütfi Argeşo
Ömər Lütfi Argeşo (türk. Ömer Lütfi Argeşo; 1879, Konstantinopol – 16 dekabr 1942, İstanbul) — Türk əsgəri və siyasətçisi. == Hərbi fəaliyyəti == Hərbi Akademiyanı bitirdikdən sonra Hamburqda Hərbi Məktəbə getdi. 2 fevral 1901-ci ildə oranı leytenant rütbəsi ilə bitirdi. Hərbi Akademiyadan 4 yanvar 1904-cü ildə kapitan rütbəsi ilə məzun oldu. 1909–10911-ci illərdə Almaniyada hərbi təlimlərdə iştirak etdi. Alman dilini öyrəndi. Hərbi fəaliyyətinə 2 fevral 1901-ci ildə başladı və 18 may 1914-cü ildə bitirdi. Lakin Birinci Dünya müharibəsinin başladığı ərəfədə o, 16 oktyabr 1914-cü ildə yenidən hərbi fəaliyyətinə davam edərək 65-ci alayın tabur komandiri vəzifəsinə təyin edildi. 1916-cı il mayın 14-də 23-cü Hərbi Komandanlığa təyin edildi.
Məhəmməd Rza Lütfi
Məhəmməd Rza Lütfi (fars. محمدرضا لطفی‎; 7 yanvar 1947, Qorqan – 2 may 2014, Tehran) — tar və setarda ustalığı ilə tanınan İran klassik musiqiçisi. O, Məhəmməd Rza Şəcəryan, Hengame Axavan, Şəhram Nazeri və Əlirza Şahməhəmmədi kimi sənətçilərlə əməkdaşlıq edib. == Həyatı == Məhəmməd Rza Lütfi 1947-ci il yanvarın 17-də Qorqan şəhərində, hər iki valideyninin müəllim olduğu kültürlü ailədə anadan olmuşdur. Böyük qardaşının təşviqi ilə o, tar çalmağı öyrəndi və 1964-cü ildə İranın Gənc Musiqiçilər Festivalında birinci yerə layiq görülərək istedadını nümayiş etdirdi. Növbəti il ​​Tehranda İran Milli Musiqi Konservatoriyasında Həbibullah Salehi və Ustad Əli Əkbər Şahnazi ilə təhsil almağa başladı. O, Hüseyn Dəhləvinin rəhbərliyi ilə İncəsənət İdarəetmə Orkestrində (Səba Orkestri) tar çalıb. Rədif çalmağı öyrəndiyi Abdullah Davami və setar çalmağı öyrətdiyi Ustad Səid Hörmozi onun digər mühüm müəllimləridir. == Ölümü == Məhəmməd Rza Lütfi 2014-cü il mayın 2-də prostat xərçəngindən vəfat edib. Həmid Dabaşının fikrincə, Lütfinin vəfatı "klassik fars musiqisi tarixində mühüm dönüş nöqtəsi və onun xalq sənəti kimi möhtəşəm yüksəlişi və enişi" oldu.
Ömər Lütfi Paşa
Ömər Lütfi Paşa (türk. Ömer Lütfi Paşa; 24 noyabr 1806 – 18 aprel 1871, Konstantinopol) — serb əsilli Osmanlı sərkərdəsi, generalissimus. == Bioqrafiya == Ömər Lütfi Paşa o dövrdə Habsburq monarxiyasının tərkibində olan Hərbi Sərhəd ərazisində olan Canja Gora şəhərində anadan olub. O, Qospiç şəhərindəki orta məktəbdə cəmi bir il müəllim işləmişdir. 1827-ci ildə kadet məktəbini bitirdikdən dərhal sonra ailə problemləri səbəbindən (atası oğurluğa görə ordudan təqaüdə çıxmağa məcbur oldu, bu, praktiki olaraq hərbi karyerasının sonu demək idi) Bosniyaya, Qlamoka mühacirət etməyə məcbur oldular. Oradan tezliklə pul qazanmaq üçün Banya Lukaya köçdü. Banya Lukada müsəlman müdirinin tövsiyəsi ilə İslamı və Ömər adını qəbul edir. İki ildən sonra Vidinə köçür. Orada qala komandirinin övladlarına rəsm müəllimi işləyirdi və işindən razı qalaraq Öməri İstanbula tövsiyə edirlər. Ömər bu tövsiyə ilə Osmanlı Hərbi Texnikomunda ilk rəsm müəllimi, sonra isə Şahzadənin (taxtın varisi) I Əbdülməcidin müəllimi olur.
Bodrumlu Ömər Lütfi Əfəndi
Bodrumlu Ömər Lütfi Əfəndi (1817, Muğla ili – 20 aprel 1897, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Sicill-i Osmânî, IV, 4, 865. İlmiyye Salnâmesi, s. 612–614. İbnülemin, Son Sadrıazamlar, III, 1273, 1365–1366. Karal, Osmanlı Tarihi, VIII, 274, 306–308. Ebül‘ulâ Mardin, Huzur Dersleri (nşr. İsmet Sungurbey), İstanbul 1966, II–III, 135, 824–825. Danişmend, Kronoloji2, V, 158. Abdülkadir Altunsu, Osmanlı Şeyhülislâmları, Ankara 1972, s.
Mustafa Lütfi İsmayılov Şirvanski
Mustafa Lütfi Sədrəddin oğlu İsmayılov-Şirvanski və ya Mustafa Lütfi Şirvani (az-əbcəd. مصطفی لطفی اسماعیلوف٬ مصطفی لطفی شیروانی‎; mühacirətdə: Mustafa Lütfi Azər; 1876, 1878 və ya 1879, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 14 avqust 1939, Şanlıurfa, Türkiyə) — müəllim, şair, jurnalist, Həştərxanda nəşr olunan "Bürhani-tərəqqi" qəzetinin redaktoru və naşiri. I cağırış TBMM-nin millət vəkili (1920–1923). == Həyatı == Mustafa Hacı Sədrəddin oğlu İsmayılov (Mustafa Lütfi Şirvani) 1876-cı (Zaqafqaziya Sünni Ruhani İdarəsinin verdiyi şəhadətnamədə 1873-cü, öz tərcümeyi-halında 1879-cu) ildə Şirvanın mərkəzi Şamaxı şəhərində doğulmuşdur. Mustafanın atası Hacı Sədrəddin əfəndi nəqşibəndi şeyxi, Qafqazdakı müridizmi hərəkatının mənəvi babalarından olan, İsmayıl Kürdəmiri (İsmayıl Siracəddin Şirvani) kimi tanınan bir pirin müridlərindəndir. 1902-ci ildə Şamaxı mədrəsəsindən icazə alıb sonra İstanbula gəlir. İstanbulda Fateh mədrəsəsində dağıstanlı Əbdülfəttah əfəndinin şagirdi olur. Təhsilini 1905-ci ildə İstanbul Darülmüəllimatında tamamlayıb. Rusiya çarının 17 oktyabr 1905-ci il tarixli manifestinin verdiyi imkanlardan istifadə edərək, o, xalı-xalça alverçisi kimi Həştərxana gəlmiş, qısa bir müddətdən sonra- noyabrın 26-da burada "Şurayi-İslam" adlı ictimai-siyasi cəmiyyət yaradır. Mustafa İsmayılov təhsildə tərbiyənin rolunu yüksək qiymətləndirməyə meyilli pedaqoq kimi cəmiyyətin nəzdində "Darül-ədəb" ("ədəb evi", "ədəb məktəbi"), qızlar üçün "Nümuneyi-tərəqqi" adlı zəmanənin tələb etdiyi yeni tipli məktəb açır.
Lütfi Zadə adına Texniki-humanitar lisey
Seneka Lutsi
Lusi Anney Seneka (lat. Lucius Annaeus Seneca; e.ə. 4, Kordova, İspaniya — 65, Roma) — stoik-filosof, şair, yazar, dövlət xadimi, Roma stoisizminin ən nümayəndəsi. İmperator Neronun müəllimi olmuşdur. "Gənc Seneka" kimi də tanınır. Ancaq əksər hallarda onu sadəcə "Seneka" kimi tanıyırlar. == Bioqrafiyası == Seneka İspaniyanın Kordova şəhərində anadan olmuşdur, kiçik yaşlarında ailəsi ilə birlikdə Romaya köçmüşdür. Orada stoya məktəbinin filosofları ilə tanış olmuş və onlardan dərslər almışdır. 33-cü ildə imperator Tiberinin dönəmində kvestor, 37-ci ildə isə Kaliqulanın zamanında senator olmuşdur. Bundan sonra, gözəl natiq və yazar kimi tanınmışdır.
Luvi dili
Luvi dili – Xet-luvi dillərinə aid ölü dil. B.e.ə. II minillikdə Cənub-qərbi Kiçik Asiyada Xet çarlığının tərkibinə daxil olan Luvi ərazisində yayılmışdır.
Lürsi-Levi
Lürsi-Levi (fr. Lurcy-Lévis) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lyursi-Levi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03155. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 360 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1251 nəfər (15–64 yaş) arasında 833 nəfər iqtisadi fəal, 418 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,6%, 1999-cu ildə bu 68,7%). Fəal olan 833 nəfərdən 756 nəfər (404 kişi və 352 qadın), 77 nəfər işsiz (32 kişi və 45 qadın) idi. 418 hərəkətsiz 98 nəfər arasında şagird və ya tələbə, 166 nəfər təqaüdçü, 154 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Lutsi Korneli Sulla
Lutsi Korneli Sulla (lat. Lucius Cornelius Sulla (Felix); e.ə. 138-78) — romalı hərbi və siyasi xadim. Sərkərdə kimi Yuqurta müharibəsi dövrü önə çıxır. E.ə. 104-102-ci illərdə kimvrlar və teftonlarla, e.ə. 90-88-ci illərdə Müttəfiq müharibəsində və e.ə. 89-84-cü illərdə 1-ci Mitridat müharibəsində iştirak edir. Sonuncunun əsnasında, Romanı tutur, Qay Marinin tərəfdarlarını neytrallaşdırır, bütün hakimiyyəti quldar aristokratiyanın əlinə verir. Sonra ordusu ilə Şərqə yollanır, e.ə.
Lutsi Yuni Brut
Brut Lutsi Yuni (lat. Lucius Junius Brutus) — Qədim Roma əfsanəsinə görə, Romada respublikanın əsasını qoyan. Patrisilərin sonuncu Roma hökmdarı Məğrur Tarkviniyə qarşı baş vermiş üsyanına rəhbərlik etmişdir. E.ə. 509-cu ildə sonuncu hökmdarın qovulmasından sonra Brut Roma Respublikasının konsullarından biri olmuşdur.
Elüvi
Elüvi — əsas süxurların aşınma məhsulunun əmələ gəldiyi əvvəlki yerində qalan hissəsidir. Elüvi aşınma qabığını əmələ gətirir.
Litva
Litva (lit. Lietuva) köhnə Azərbaycandilli mənbələrdə Litfa və ya Litvaniya, rəsmi adı Litva Respublikası (lit. Lietuvos Respublika) — Avropada, Baltik dənizinin şərq sahilində dövlət. Şimalda Latviya, cənub-şərqdə Belarus, cənub-qərbdə Polşa və Rusiyanın Kalininqrad bölgəsiylə həmsərhəddir. 2004-cü ildən NATO-nun və Avropa İttifaqının üzvüdür. == Tarix == Bunu Litvanın İntibah dövrünün tətqiqatçılarından biri, fəlsəfə doktoru, professor Bronislav Qenzelis belə təsdiq edir. == Siyasət == Litva Polyaklarının Seçimi, lider: V. Tomaşevski. Liberal və Mərkəzçilik İttifaqı, lider: A. Zuokas. Liberal — Demokrat Partiyası, lider: V. Mazuronis. Litva Sosial — Demokrat Koalisiyası, lider: A. M. Brazauskas.
Lüdviq
Lüdviq — ad. Lüdviq Ansenqruber – Avstriya dramaturqu, yazıçı. Lüdviq Tik — alman romantizminin banilərindən hesab olunan şair, yazıçı, dramaturq. Lüdviq Radlkofer — alman botanik, professor, mikoloq, tibb elmləri doktoru. Lüdviq Qabillon Digər Lüdviq fon Dreyk (personaj) — 1961-ci ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajı.
Lüyri
Lüyri — Dəvəçi rayonu ərazisində dağdır. Ataçayın sol sahilində, Qızılburun dəmir yolu stansiyasından cənub-qərbdədir. Hündürlüyü 668 metrdir. Əsl adının Lögiri olduğunu söyləyən tədqiqatçılara görə, oronim tat dilindəki lö (dodaq, qıraq, kənar) və giri (“əyri” sözünün tələffüz forması) sözlərindən düzəlib, “kənan, qırağı əyri” mənasındadır. Dağ xarici görünüşünə görə belə adlandırılmışdır.
Ansenqruber Lüdviq
Ansenqruber (Anzengruber) Lüdviq (29 noyabr 1839[…], Vyana – 10 dekabr 1889[…], Vyana) – Avstriya dramaturqu, yazıçı. == Əsərləri == “Kirxfeldli keşiş” (1870), “Yalan şahidlik edən kəndli” (1871) dramlarında, “Rüsvayçılıq ləkəsi” romanı və s. əsərlərində kəndlilərin həyatını əks etdirmişdir. “Dördüncü ayin” (1878) dramının müəllifidir.
Filipp Lüdviq
Filipp Lüdviq (Pfals-Noyburq hersoqu) — 1569–1614-cü illərdə Pfals-Noyburq hersoqu. Filipp Lüdviq Statius Müller — Alman teoloqu.
Kiçik Litva
Kiçik Litva (lit. Mažoji Lietuva; alm. Kleinlitauen‎; pol. Litwa Mniejsza; rus. Máлая Литвá) və ya Prussiya Litvası (lit. Prūsų Lietuva; alm. Preußisch-Litauen‎, pol. Litwa Pruska) — Litvanın etnoqrafik bölgəsi və Prussiyanın (sonra isə Almaniyanın Şərqi Prussiya vilayətinin) tarixi bölgəsi. == Adı == Kleinlittaw ifadəsinin ən erkən istifadəsi XVI əsrdə Prussiyalı Simon Qrunaunun xronikalarında olub. Litva əyaləti , Litva rayonları ), Litva dairəsi və ya sadəcə Prussiya Litvası və ya Litva ifadələri 1618-ci ildən bəri Prussiya hüquqi sənədlərində Litvalıların yaşadığı Narduviya və Skaloviya inzibati vahidləri üçün işlənilirdi.
Litva bayrağı
Litva bayrağı — Litvanın Dövlət bayrağı
Litva coğrafiyası
Litva — Avropada, Baltik dənizinin sahilində yerləşən dövlət. Sahəsi 65 300 km² təşkil edir. Sərhədlərinin ümumi uzunluğu — 1 273 km, Belarusiya ilə cənub və cənub-şərqdən — 502 km, Latviya ilə şimaldan — 453 km, Polşa ilə cənubdan — 91 km, Rusiya (Kalininqrad vilayəti) ilə isə qərbdən — 227 km. Sahil xəttinin uzunluğu — 99 km. Ərazisi əsasən düzənlikdən ibarətdir. Ölkənin ən hündür zirvəso Aukştoyo (Aukštojo kalnas) dağıdır. Ölkənin cənub-şərqində, Vilnyusdan 23,5 km aralıda yerləşir. Hündürlüyü 283,84 metr təşkil edir. İri çayları — Neman çayı (Нямунас, lit. Nemunas) və Neris çayı (lit.
Litva dili
Litva dili (lietuvių kalba) Hind-Avropa dillərinə mənsub, əsasən Litvada istifadə olunan dil.
Litva futbolu
== İlkin mərhələsi == == Hazırkı vəziyyəti == == Həmçinin bax == Litva Birlik Kubokunda == Xarici keçidlər == League321.com - Lithuanian football league tables, records & statistics database.
Litva litası
Litva litası, lita (lit. litas, çox sayda litai, litų) — 1922-1940 və 1993-cü ildən Litvanın pul vahidi. 100 sentdən ibarətdir (lit. centas, çox sayda centai, centų). ISO 4217 sistemində beynəlxalq kodu LTL. == Tarixi == Birinci dünya müharibəsindən sonra müstəqil Litva Respublikası ərazisində digər dövlətlərin valyutaları dövriyyədə idi. Milli pul vahidi olan lit dövriyyəyə 2 oktyabr 1922-ci il tarixindən buraxıldı. Litva SSRİ tərkibinə qatıldıqdan sonra (1940), 25 mart 1941-ci ildən lit SSRİ rublu ilə əvəz edildi. Lit yenidən dövriyyəyə ikinci müstəqillik dövründə, 25 iyun 1993-cü il tarixindən buraxıldı. == Valyuta kursu rejimi == 25 iyun 1993-cü ildən 31 yanvar 2002-ci ilədək lit ABŞ dollarına 4:1 nisbəti ilə bağlanmışdı, 1 fevral 2002-ci ildən isə avroya 3,4528:1 nisbəti ilə bağlandı. Bu nisbət Litvada avronun istifadəsinə qədər qalacaqdır.
Lutra lutra
Adi susamuru (lat. Lutra lutra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin susamuru cinsinə aid heyvan növü. == Qısa təsviri == Böyük fərdin bədəninin uzunluğu 60–90 sm, quyruğunun uzunluğu 50 sm, çəkisi isə 6–10 kq-dır. Dişi fərdlər erkəkdən daha kiçikdir. Bədənin quruluşu uzunsov, elastik və hərəkətlidir. Başı böyük deyil, yuxarıdan aşağıya doğru yastı formalı və yumrudur. Boyun hissəsi qısa, qulaqları girdə və zəif görünür. Gözləri iridir. İri olmayan dırnaqlara və barmaqlararası bağları sıx olan qısa ayaqlara malikdir. Tük örtüyü tünd qəhvəyi rəngdədir, çox sıx və bədən boyunca bərabər yayılmışdır.
Luton
Luton (ing. Luton [ˈluːtən]) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Lutra
Susamuru (lat. Lutra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Lutsk
Lutsk (ukr. Луцьк, pol. Łuck, alm. Luzk‎) — Ukraynanın şimal-qərbində, Volın ərazi vahidinin mərkəzi şəhəri. Ukraynanın ən qədim şəhərlərindən hesab edilir. Lutsk haqqında ilk yazılara 1085-ci ilin sənədlərində rast gəlinir.
Tutsi
Tutsilər — müasir Burundi və Ruandada yaşayan etnik xalqlardan biri. Dünyada daha çox Ruanda soyqırımı ilə tanınırlar. Tutsilər Birinci Dünya müharibəsinin axırında Almanların müharibədə məğlub olmasıyla birlikdə Almaniya müstəmləkəsi olmaqdan çıxaraq Belçika Mandatı olublar. Belçika hökumətinin irqçi siyasəti nəticəsində Tutsilər ilə Hutular arasında 1994-cü ildə iki etnik qrup arasında tarixin ən qanlı soyqırımlarından biri olan Ruanda soyqırımı baş vermiş, soyqırımda 1 milyon Tutsi və Hutu öldürülmüşdür.
Lutra lutra meridionalis
Qafqaz susamuru (lat. Lutra lutra meridionalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin amerika susamuru cinsinin adi susamuru növünə aid heyvan yarımnövü. Sayı getdikcə azalır. == Görünüşü == Bədənin uzunluğu 700 mm. Quyruğunun uzunluğu 470 mm. Zahiri görünüşü Afrika susamuru kimidir. Belinin və yanlarının rəngi açıq-qəhvəyidir. Qarın hissəsinin rəngi yetərincə açıqdır. Quyruğu üstən və altdan eyni rəngdədir. == Arealı == Şimali Qafqazda, Cənubi Qafqazda, Azərbaycanda, İranda, ola bilər İraqda, Suriyada, Fələstində və Türkiyədə yayılmışlar.