Əsgərzadə Lütviyyə (17 fevral 1960, Naxçıvan) — ədəbiyyatşünas, filologiya elmləri doktoru (2018), dosent (2012), Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin baş elmi işçisi (2020), Azərbaycan Jurnalistlər Birliyi (2002) və Azərbaycan Yazıçılar Birliyinin üzvü (2005).
Lütviyyə Əsgərzadə | |
---|---|
Doğum tarixi | 17 fevral 1960 (64 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | ədəbiyyatşünas |
Elmi dərəcəsi | |
Elmi adı | |
Partiyası | |
Üzvlüyü |
Lütviyyə Süleyman qızı Əsgərzadə 17 fevral 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub[1] Naxçıvan şəhər Eynəli bəy Sultanov adına 7No-li orta məktəbini müvəffəqiyyətlə bitirib. 1980-ci ildə Naxçıvan Dövlət Pedoqoji İnstitutuna, indiki Naxçıvan Dövlət Universitetinin Dil və Ədəbiyyat fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra(1985) Naxçıvan şəhər 5 No-li kitabxanasında zal müdiri, böyük kitabxanaçı vəzifəsində çalışıb. Naxçıvan şəhərində fəaliyyət göstərən xüsusi tipli məktəblərdə; Naxçıvan şəhər "Xanım qızlar" pansionunda və Cəmşid Naxçıvanski adına hərbi məktəbdə, indiki Heydər Əliyev liseyində dil və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib. 1999-cu ildə Naxçıvan şəhər Heydər Əliyev muzeyinə ekskursovood, 2000-ci ildə muzeyə direktor təyin edilib. 2006-cı ilədək Heydər Əliyev muzeyinə rəhbərlik edib. Yeni Azərbaycan Partiyasının II qurultayına (2001) və Azərbaycan qadınlarının II qurultayına (2003) nümayəndə seçilib.
2005-ci ildə professor Teymur Əhmədovun rəhbərliyi ilə "Hüseyn Cavid və Şərq" (5716.01 – Azərbaycan ədəbiyyatı) mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2018-ci ildə "Hüseyn Cavidin ədəbi məfkurəsi və sənəti dövrünün ədəbi, mədəni, ictimai mühiti kontekstində" (5716.01 – Azərbaycan ədəbiyyatı) mövzusunda doktrluq müdafiə edib[2] 2006-cı ildən AMEA-nın Naxçıvan Bölməsində, 2013-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsində çalışır. Azərbaycan Jurnalistlər və Azərbaycan Yazıçılar Birliklərinin üzvüdür. "Turkay" aylıq Ədəbiyyat dərgisinin redaktorudur.
Elmi yaradıcılığı Azərbaycan romantizminin banisi, filosof şair-dramaturq Hüseyn Cavidin yaradıcılığına, xüsusilə, Hüseyn Cavidin Şərqlə bağlılığına şairin həyatı, mühiti, müasirlərinə dair monoqrafik tədqiqatlara həsr olunmuşdur. L. S. Əsgərzadənin elmi yaradıcılığında digər ölkələrin alimləri ilə əməkdaşlıq da mühüm yer tutur. O, öz ixtisası üzrə regionun və Avropa ölkələrinin (Bolqarıstan, Türkiyə, İraq, Rusiya, Makedoniya, Kosova, Arnavutluq, İtaliya və s) alimləri ilə elmi əlaqələr saxlayır, beynəlxalq konfrans və qurultaylarda maraqlı elmi məruzələrlə çıxış edir. 200-ə qədər elmi məqalənin müəllifi olan Lütviyyə Əsgərzadənin Rusiya, İtaliya, Türkiyə, İran, Kosova, İraq, Makedoniya, Arnavutluq, Braziliya, Ukrayna və Koliforniyada elmi məqalələri nəşr olunub[3].
L. S. Əsgərzadə 5 şeir kitabının müəllifidir[4] Şeirləri "Hece taşları", "Gergef", "Kalemlik", "Kardelen" dərgilərində", Çinar ömrü" ,"Plyus yaradıcılıq" toplularında, "Ədəbiyyat", "525-ci qəzet" və "Şərq qapısı" qəzetlərində çap olunub.
Şeir kitabları
1. Dünya başdan başa nağılmış demə. Bakı, Sabah,2003[5]
2. İçimdə hönkürdü dözüm. Bakı, Sabah, 2003[6]
3. Bir dilim ay işığı. Bakı, Nurlan,2005
4. Mənə elə gəlir ki, yüz ildir sənsizəm. Bakı, Nurlan,2009[7]
5. Qaranlığa söylədiklərim . Bakı, nurlan, 2009[8]
1. Hüseyn Cavid və Şərq. Naxçıvan, Əcəmi, 2005
2. Hüseyn Cavid:mühiti və müasirləri. Globe Edit, 2018, 269 s.[9]
3. Əmir Teymur: tarixdə və ədəbiyyatda. GlobeEdit Beynəlxalq nəşriyyat, 2020,135 s.
4. Əhməd Triniç. Bakı: Elm və Təhsil, 2020, 210 s.[10]
5. Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı. Bakı:Elm və Təhsil, 2023, 360 s.[11]
6. Hüseyn Cavid. Azərbaycan Ədəbiyyatı tarixi V cild
7. Mirzə Ələsgər Növrəs. Azərbaycan Ədəbiyyatı tarixi VI cild
8. Əbdürrəhim bəy Haqverdiyevin sənətkarlığı // Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı (Kollektiv) / AMEA Nizami Gəncəvi ad. Ədəbiyyat İnstitutu; Bakı: Elm və təhsil, 2018. – s.180–231.
9. XX əsrin 20–30-cu illəri: Mətbuat, ədəbi mühit və Ə. B. Triniç/Yeni dövr Azərbaycan ədəbiyyatı. Bakı: Avropa, 2019, s.141–154
10. "Hüseyn Cavid" / Türk milliyetçiliği: Portreler (Ensiklopediya). 1. Baskı, Kasım 2019, s.77–89
11. Naxçıvan / "Molla Nəsrəddin" Ensiklopediyası. /Bakı, Elm, 2020, s.311
12. Nehrəm / "Molla Nəsrəddin" Ensiklopediyası. /Bakı, Elm, 2020, s.313
13. Şeytanbazar / "Molla Nəsrəddin" Ensiklopediyası. /Bakı, Elm, 2020, s.365
14. Tiflis / "Molla Nəsrəddin" Ensiklopediyası. /Bakı, Elm, 2020, s.392
15. Xatirimdə qalanlar: Vaqif Məmmədov // Vaqif Məmmədov xatirələrdə Bakı: Elm və Təhsil, 2017. s. 128–131
1."İlin ən kübar xanımı" (2000)
2. "Gənc Qızıl qələm" (2003)
3. "Jurnalistlərin dostu" diplomu (2010)
4."Xurşid banu Natəvan" mükafatı (2017)
5. AMEA Rəyasət heyəti Humanitar Elmlər Bölməsinin "Fəxri fərman"ı −2018
6. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "İlin alimi" mükafatı −2020[22]