Mustafa Lütfi Sədrəddin oğlu İsmayılov-Şirvanski[1] və ya Mustafa Lütfi Şirvani (az-əbcəd. مصطفی لطفی اسماعیلوف٬ مصطفی لطفی شیروانی; mühacirətdə: Mustafa Lütfi Azər[2]; 1876, 1878 və ya 1879, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 14 avqust 1939, Şanlıurfa, Türkiyə) — müəllim, şair, jurnalist, Həştərxanda nəşr olunan "Bürhani-tərəqqi" qəzetinin redaktoru və naşiri.[3][4] I cağırış TBMM-nin millət vəkili (1920–1923).[2][5][6][7][8]
Mustafa Lütfi İsmayılov Şirvanski | |
---|---|
3 avqust 1921 – 16 aprel 1923 | |
Seçki dairəsi | Siverek |
Əvvəlki | vəzifə təsis olundu |
Sonrakı | Xəlil Fəxri Gürmən |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1876, 1878 və ya 1879 |
Doğum yeri | |
Vəfat tarixi | 14 avqust 1939 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, jurnalist, naşir, şair, müəllim |
Mustafa Hacı Sədrəddin oğlu İsmayılov (Mustafa Lütfi Şirvani) 1876-cı (Zaqafqaziya Sünni Ruhani İdarəsinin verdiyi şəhadətnamədə 1873-cü[9], öz tərcümeyi-halında 1879-cu[5]) ildə Şirvanın mərkəzi Şamaxı şəhərində doğulmuşdur. Mustafanın atası Hacı Sədrəddin əfəndi nəqşibəndi şeyxi, Qafqazdakı müridizmi hərəkatının mənəvi babalarından olan, İsmayıl Kürdəmiri (İsmayıl Siracəddin Şirvani) kimi tanınan bir pirin müridlərindəndir.[10] 1902-ci ildə Şamaxı mədrəsəsindən icazə alıb sonra İstanbula gəlir. İstanbulda Fateh mədrəsəsində dağıstanlı Əbdülfəttah əfəndinin şagirdi olur. Təhsilini 1905-ci ildə İstanbul Darülmüəllimində tamamlayıb.[5][11]
Rusiya çarının 17 oktyabr 1905-ci il tarixli manifestinin verdiyi imkanlardan istifadə edərək, o, xalı-xalça alverçisi kimi Həştərxana gəlmiş, qısa bir müddətdən sonra- noyabrın 26-da burada "Şurayi-İslam" adlı ictimai-siyasi cəmiyyət yaradır. Mustafa İsmayılov təhsildə tərbiyənin rolunu yüksək qiymətləndirməyə meyilli pedaqoq kimi cəmiyyətin nəzdində "Darül-ədəb" ("ədəb evi", "ədəb məktəbi"), qızlar üçün "Nümuneyi-tərəqqi" adlı zəmanənin tələb etdiyi yeni tipli məktəb açır. 1906-cı ildə "Bürhani-tərəqqi",[12][11][9] 1907-ci ildə "Həmiyyət", 1911-ci ildə "Haqq" qəzetlərini nəşr etdirmişdir. Abdulla Tukayın "Mustafa" şeiri Mustafa Lütfiyə həsr olunub.[13][14][15][16][17]