Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maksimal mümkünlük
Maskimal mümkünlük metodu – verilən nəticələri hər hansı bir riyazi modelə uyğunlaşdırmaq üçün tətbiq edilən maksimallaşdırma üsulu. Bu metod 1912–1922-ci illər arasında İngilis statisti Ser R. A. Fişer tərəfindən kəşf edilmişdir.
Maksimal külək sahələri
== Külək == Külək — havanın üfüqi istiqamətdə hərəkəti. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər.
Maksimal mümkünlük metodu
Maskimal mümkünlük metodu – verilən nəticələri hər hansı bir riyazi modelə uyğunlaşdırmaq üçün tətbiq edilən maksimallaşdırma üsulu. Bu metod 1912–1922-ci illər arasında İngilis statisti Ser R. A. Fişer tərəfindən kəşf edilmişdir.
Enerjinin maksimallaşdırılması qanunu
Maksimian
Mark Avreli Valeri Maksimian Herkuli (lat. Marcus Aurelius Valerius Maximianus Herculius), Roma tarixşünaslığında daha çox Maksimian Herkuli (240 və ya 250, Sirmiya, Pannoniya – 310, Marsel) — 285–305-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru, 306–308 və 310-cu illərdə qəsbkar. İlliriyalı bir kəndlinin oğlu olmuş, hərbi xidmətə getmişdir. Diokletian 285-ci ildə Maksimianı sezar elan etmiş, 286-cı ilin avqustunda isə Roma imperiyasının qərbinə komandanlığını ona təhvil vermiş, onu həmimperator elan etmişdir. Maksimian 285-ci ildə Qalliyada baqaudların üsyanını yatırtmış, Reyndə german tayfalarının hücumunu dəf etmişdir. 293-cü ildə Diokletian öz hakimiyyətini möhkəmləndirmək üçün tetraxiya tətbiq etmiş, Maksimian isə öz ögey qızı ilə evlənən I Konstansini seçmiş, Qalliya və Britaniya üzərində nəzarəti ona vermişdir. Maksimian Afrikadakı mavr tayfalarının üsyanlarını yatırtmış, Diokletianla birlikdə Reyn və Dunayda germanlara qarşı uğurla vuruşmuşdur. Maksimian Diokletian tərəfindən başladılan xristianlara qarşı təqibləri dəstəkləmişdir. Onun əsas qurbanları orduda xidmət edən və qurban verməkdən imtina etdikləri üçün nizam-intizamı pozduğu hesab edilən xristianlar idi. 305-ci ildə taxtdan əl çəkmişdir.
MakSim
MakSim (əvvəlki adı Maxi-M; əsl adı - Marina Sergeevna Abrosimova (anası tərəfdən Maksimova); 10 iyun 1983, Kazan) bir rus müğənni, müəllif, ifaçı və musiqi prodüseridir. Müvəffəqiyyət müğənniyə 28 Mart 2006-cı ildə 1,5 milyon nüsxədən çox satılan "Трудный возраст" (Çətin yaş) albomunun çıxması ilə gəldi və 2007-ci ildə MakSim Rusiyada gəlir baxımından ən çox uğur qazanan müğənni oldu. MakSim iki dəfə - MTV Russian Music Awards və Muz-TV Mükafatlandırma mərasimində ən yaxşı ifaçı nominasiyasını qazandı. 2 fevral 2008-ci ildə "Московский комсомолец" (Moskvanın komomolitləri) və “Звуковая дорожка” (Soundtrack) qəzetlərinin illik mükafatlandırma mərasimində müğənni “İlin ən yaxşı ifaçısı” nominasiyasını qazandı. MakSim, 15 "Qızıl Qrammofon" mükafatının sahibidir. Müğənninin ikinci albomu - "Мой рай" (Mənim cənnətim) albomunun 1,3 milyondan çox nüsxəsi satıldı. Müğənninin satılan albomlarının məcmu tirajı altı milyon nüsxədən çoxdur. MakSim, 7 singli MDB ölkələrinin ümumi radio siyahısında ardıcıl olaraq birinci yeri tutan yeganə müğənnidir. 2008-ci ildə "Бегущая по волнам" (Dalğaların üstündə qaçmaq) filminə eyniadlı soundtrack yazdırdı. 2009-cu ilin dekabrında müğənninin qızıl statusu və iki platin aldığı üçüncü studiya albomu - "Одиночка" (Tənha) çıxdı.
Maksimov binası
Maksimov binası - Rostov-na-Donu şəhərinin ərazisində yerləşən, XIX əsrin ortalarında klassizm memarlıq üslubunda inşa edilən bina. Bu Rostov-na-Donu şəhərində daşdan inşa edilmiş və günümüzə qədər gəlib çatan ən qədim binalardan biridir. Binanın iık sahibi tacir P. R. Maksimov Maksimov binası Rusiyanın mədəni irs obyekləri siyahəsına daxildir. Regional əhəmiyyətliyi ilə seçilir. == Tarixi == 1867-ci ildə Köhnə (Bazarnoy) meydanda iki mərtəbəli gəlir evi inşa edilir. Bu bina taxıl satışını həyata keçirən tacir P. R. Maksimova məxsus olmuşdur. O, üstəlik dəyirmanlara sahib idi. Dəqiq olmayan məlumatlara görə binanın layihəsi Trof Şarjinski olmuşdur. 1868-ci ildə binada yeni bir müəsisə açılır. Şəhər duması ora köçürülür.
Mütləq maksimum
Pietro Maksimov
Civə (ing. Quicksilver) — ABŞ nəşriyyatı Marvel Comics tərəfindən uydurulmuş mutant super qəhrəman. İlk dəfə 1964-cü ildə "İks-adamlar" komiksinin 4-cü sayında görünmüşdür. Əsl adı Pietro Maksimovdur və bacısı Vanda Maksimov da mutant olub Qırmızı cadugər kimi tanınır. "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər. == Həyatı == === İlk illəri === Anaları Maqda Maqnitodan qaçırdı və uşaqları Transiyada yerli qaraçı Bovaya əmanət etmişdir. Bova uşaqları Mariya və Canqa Maksimov ailəsinə verməli olmuşdur. Mariya və Canqa uşaqlara öz uşaqları kimi baxdılar. Burada o, bacısı Vanda ilə birlikdə ilk dəfə super güclərini kəşf etmişdir. Bir dəfə Canqo oğurluq etmiş və buna görə insanlar qaraçı düşərgəsinə hücum etmişlər.
Pontifeks Maksimus
Baş pontifik (lat. Pontifeks Maksimus — "ən böyük körpü quran") Qədim Romada Pontifiklər Kollegiyasında (Collegium Pontificum) ən yüksək rahib rütbəsi. Bu rütbə Qədim Roma dinində ən mühüm mövqe olaraq qəbul edilirdi. Eramızdan əvvəl 254-cü ildə bu mövqeyə plebeylərin də gəlməyə başlamasına qədər, sadəcə patrisilər gəlirdi. Erkən Roma Respublikasında dini bir status ikən, yavaş-yavaş siyasi xarakter daşımağa başladı (İmperator Avqustun dövründən etibarən) və axırda imperial kabinetə birləşdirildi. Tarixi sənədlər bu titulla Roma imperatorlarından, 375-383-cü illər arasında hökm sürmüş ən son İmperator Gratsianın çağrıldığını göstərir. Daha sonra imperator öz adının yanından bu titulu yığışdırmışdır. "Pontifeks" sözü daha sonralar Xristiyan yepiskopları tərəfindən istifadə edilməyə başlandı (Roma Yepiskopu daxil) və "Pontifeks Maksimus" adı Roma Katolik Kilsəsində (baş yepiskop olan) Papanın tituluna tətbiq edilməyə başlandı. Bu titul Papanın rəsmi titullarından sayılmasa da, papaların Renesans və indiki dövrlərə aid binalarında, abidələrində və xırda pullarında öz əksini tapmaqdadır. == Etimologiya == Lüğət mənası olaraq, pontifeks "körpü quran" (pons + facere); maximus da "ən böyük" deməkdir.
Sen-Maksimen
Sen-Maksimen (fr. Saint-Maximin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38426. Kommunanın 2012-ci il üçün əhalisi 639 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 274 ilə 1 204 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km şərqdə, Qrenobldan 36 km şimal-qərbdə yerləşir.
Vanda Maksimov
Qırmızı cadugər (ing. Scarlet Witch) — Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan mutant superqəhrəman. Əsl adı Vanda Maksimovdur. Qardaşı Pietro Maksimov da mutantdır və Civə adı ilə tanınır. "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər. == Həyatı == === İlk illəri === Vanda və Pietro Maksimov Marvel dünyasında xəyalı olan və Qərbi Avropada yerləşən Transiyada anadan olur. Anaları Maqda ataları Maqnitodan qaçırdı və onun övladlarını tapmamasını istəyirdi. Buna görə uşaqları ölkədəki qaraçılara əmanət edərək qaçmağa davam etdi. Qısa müddət sonra öldü. Əkizlər böyüdükcə güclərini fərq etməyə başladılar.
Maksimian Herkuli
Mark Avreli Valeri Maksimian Herkuli (lat. Marcus Aurelius Valerius Maximianus Herculius), Roma tarixşünaslığında daha çox Maksimian Herkuli (240 və ya 250, Sirmiya, Pannoniya – 310, Marsel) — 285–305-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru, 306–308 və 310-cu illərdə qəsbkar. İlliriyalı bir kəndlinin oğlu olmuş, hərbi xidmətə getmişdir. Diokletian 285-ci ildə Maksimianı sezar elan etmiş, 286-cı ilin avqustunda isə Roma imperiyasının qərbinə komandanlığını ona təhvil vermiş, onu həmimperator elan etmişdir. Maksimian 285-ci ildə Qalliyada baqaudların üsyanını yatırtmış, Reyndə german tayfalarının hücumunu dəf etmişdir. 293-cü ildə Diokletian öz hakimiyyətini möhkəmləndirmək üçün tetraxiya tətbiq etmiş, Maksimian isə öz ögey qızı ilə evlənən I Konstansini seçmiş, Qalliya və Britaniya üzərində nəzarəti ona vermişdir. Maksimian Afrikadakı mavr tayfalarının üsyanlarını yatırtmış, Diokletianla birlikdə Reyn və Dunayda germanlara qarşı uğurla vuruşmuşdur. Maksimian Diokletian tərəfindən başladılan xristianlara qarşı təqibləri dəstəkləmişdir. Onun əsas qurbanları orduda xidmət edən və qurban verməkdən imtina etdikləri üçün nizam-intizamı pozduğu hesab edilən xristianlar idi. 305-ci ildə taxtdan əl çəkmişdir.
Hayrem Maksim
Ser Hayrem Stivens Maksim (ing. Sir Hiram Stevens Maxim; 5 fevral 1840[…] – 24 noyabr 1916[…], London) - ABŞ-də doğulan britaniyalı ixtiraçı. Onun ən məşhur ixtirası ilk dəfə daşınabilən, tamamilə avtomatik pulemyot olan Maksim pulemyotudur. Maksim saç ütüsü, siçovul tələsi və buxar nasosu kimi çoxlu mexaniki qurğunun patentini özündə saxlamışdı. Onun, hətta elektrik lampasını ixtira etdiyi iddiası da var idi. Maksim mexanikləşdirilmiş uçuşları təcrübə etmişdi; onun geniş təyyarə dizaynları heç vaxt uğurlu olmamışdı. O, "Əsir Uçan Maşını" adlandırdığı əyləncə sürüşü çox yüksək müvəffəqiyyət qazanmışdı. Maksim bu ixtirasını uçuşa olan ictimai marağı artırmaq üçün etmişdi. Maksim 41 yaşında Amerika Birləşmiş Ştatlarında Birləşmiş Krallığa köçdü və 1899-cu ilə qədər burada ABŞ vətəndaşı olaraq yaşadı. Daha sonra vətəndaşlığını dəyişdirdi.
Maksim Boqdanoviç
Maksim Adamoviç Boqdanoviç (belar. Максім Адамавіч Багдановіч, 9 dekabr 1891, Minsk — 25 may 1917, Yalta) — Belarus şairi, publisisti, ədəbi tənqidçisi və tərcüməçisi. Maksim Boqdanoviç Belarus ədəbiyyatının qurucularından biri sayılır. == Bioqrafiya == Maksim Adamoviç Boqdanoviç 9 dekabr 1891 tarixində Minsk şəhərində, əhəmiyyətli Belarus etnoqrafı olan Adam Boqdanoviçin ailəsində anadan olmuşdur. 1892-ci ildə ailəsi ilə birlikdə Qrodno şəhərinə köçdü. Çox vaxt keçmədən şairin anası Mariya vərəm xəstəliyindən vəfat etmişdir. 1896-cı ildə Adam Baqdanoviç uşaqları ilə birlikdə Nijni Novqorod şəhərinə köçdü. Bu vaxt ərzində Maksim, Belarus dilində olan ilk şeirlərini yazmışdır. 1902-ci ildə Boqdanoviç bir gimnaziya məktəbinə qəbul edilmişdir. 1905-ci il inqilabı zamanı onun komilitodları tərəfindən təşkil edilən tətillərin fəal iştirakçısı idi.
Maksim Braun
Maksim Braun (16 aprel 1993) — Qazaxıstanlı biatlonçu. Maksim Braun Qazaxıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maksim Braun birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Braun 27:46.7 saniyəlik nəticəsi ilə 87 atlet arasında 85-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Maksim Koçetov
Maksim Koçetov (d.26 iyun 1985, Bakı) azərbaycan doom/death metal qrupu 3,14...-ün həm basçısı həm də vokalçısıdır. 2002-ci ildə Emin Kərimovla birlikdə 3,14... qrupunun əsasını qoymuşdur.
Maksim Krıvonis
Maksim Krıvonis (ölüm 1648, Lvov) — Hmelnitski üsyanında Kazak liderlərindən biri. Həmçinin bir Kazak polkovnikidir.
Maksim Litvinov
Maksim Maksimoviç Litvinov (rus. Макси́м Макси́мович Литви́нов, 17 iyul 1876[…], Belostok, Litva general-qubernatorluğu[d] – 31 dekabr 1951[…], Moskva) — SSRİ-nin xarici işlər komissarı (1930–1939), inqilabçı. == Həyatı == Maksim Maksimoviç Litvinov 17 iyul 1876-cı ildə Rusiya imperiyasının Qrodnenski quberniyasının Belostok şəhərində anadan olmuşdu. Real məktəb bitirmişdi. Bakı şəhərində hərbi xidmətdən keçmişdi. Maksim Litvinov 31 dekabr 1951-ci ildə Moskva şəhərində vəfat edib. == Siyasi fəaliyyəti == Xalq Xarici işlər komissanmn müavini M.M.Litvinov 1921-ci il iyulun 23-də RSFSR hökuməti yanında sovet respublikalarının səlahiyyətli nümayəndəliklərinə məktub göndərdi. Məktubda deyilirdi ki, Şərqin və Qərbin buıjua kapitalizm quruluşu fəhlə- kəndli hökumətini zəiflətmək və məhv etməkdən əl çəkməmişdir. O, fəhlə-kəndli hökumətinin yeni iqtisadi və siyasi quruluş yaratmasına mane olmaq istəyir. Ona görə də Litvinov bir sıra tədbirlərin görülməsinin zəruriliyini irəli sürdü.
Maksim Marduxayev
Maksim Marduxayev (rus. Максим Иосифович Мардухаев; d. 24 fevral 1960, Moskva, RSFSR, SSRİ) — rus əsilli Fransa rejissoru. == Həyatı == Maksim Marduxayev 24 fevral 1960-cı ildə Moskvada anadan olub. 1973-cü ildə anası və kiçik qardaşı Kiril ilə birlikdə Parisə köçmüşdür. Həmin vaxtadək hər il yay tətilini ata nənəsinin yanında - Bakıda keçirmişdir. O, Paris şəhərində təhsilini başa vurmuşdur. Parisdə olarkən Banindən rus dili üzrə dərslər almışdır. Atasının təkidi ilə bir neçə il tibb, daha sonra isə hüquq üzrə ali təhsil almışdır. Ali məktəbi bitirdikdən sonra Hollivuda getmiş, assistent kimi işləmişdir.
Maksim pulemyotu
Maksim pulemötu - 1883 amerikan əsilli britaniyalı silah ustası Hayrem Stivens Maksimin düzəltdiyi dəzgahlı pulemyot. Maksim pulemötu ilk avtomatik silah hesab olunur; o geniş olaraq İngilis-bur (1899-1902), Birinci Dünya müharibələrində, eləcə də bir çox hərbi münaqişələrdə istifadə olunmuşdur.
Maksim İniç
Maksim İniç (26 may 1996) — Monteneqrolu üzgüçü. Maksim İniç Monteneqronu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maksim İniç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.88 saniyəlik nəticəsi ilə 51-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Maksim Şamil
Maksim Şamil və ya Maksim Müəllim (tam adı:Şamil Hümbət oğlu Cabbarov; 9 mart 1952, Daşkənd, Basarkeçər rayonu – 22 mart 2022, Bakı) — Azərbaycan şairi, baş müəllim. == Həyatı == Şamil Cabbarov 1952-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1971–1973-cü illərdə hərbi xidmət keçmişdir. 1979-cu ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmiş və doğma kəndində 1988-ci ilə qədər müəllim və dərs hissə müdiri işləmişdir. Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim işləmişdir. == Yaradıcılığı == Onun çətinliyi artırılmış məsələ və misallardan ibarət "Riyaziyyat nəyi sevir" adlı kitabı riyaziyyat elminə böyük töhfədir. "Tufandan tez yeli çatar" şeirlər kitabında Maksim Şamilin həyata baxışlarının ərməğanı olan ürək sözləri və şeirləri toplanmışdır. Şeirlər tərbiyəvi ruhda yazılmışdır. Ustadnamələrlə zəngin olan kitabda "Sabirsayağı" tənqidi şeirlər də çap olunmuşdur. == Kitabları == "Ehtimal nəzəriyyəsi və riyazi statistika", (Teymurov Fərhad, Həsənov Əvəz və Əfəndiyev Məqsəd ilə birlikdə).
Maksim Şatskix
Maksim Aleksandroviç Şatskix (özb. Maksim Aleksandr o‘g‘il Shatskix, Максим Александр ўғил Шацких; ukr. Максим Олександрович Шацьких; 30 avqust 1978, Daşkənd, Özbəkistan SSR, SSRİ) — özbək futbolçusu, hücumçu. 1999-2011-ci illərdə Özbəkistan milli komandasındasının kapitanı olmuşdur. Klub karyerasının böyük hissəsini (1999-2009) Dinamo Kiyevdə keçirmişdir. Ukrayna çempionatı tarixinin ən yaxşı bombardiridir. (124 qol). == Bioqrafiya == === Klub karyerası === Futbol karyerasına Daşkəndin Paxtakor komandasında başlamışdır. Karyerasının əvvəllərində Rusiyanın aşağı liqa komandalarında çıxış etmişdir. ==== Dinamo Kiyev ==== 1999-cu ildə Dinamo Kiyevə transfer edilmişdir.
Maksim Şemberev
Maksim Şemberev (25 sentyabr 1993) — Ukraynanı və Azərbaycanı təmsil edən üzgüçü. == Karyerası == Maksim Şemberev Ukraynanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 200 metr məsafəyə fərdi kompleks üsulu ilə üzmə turnirninin təsnifat mərhələsində 2:02.40 dəqiqə nəticə ilə 33-cü pillənin, 400 metr məsafəyə fərdi kompleks üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində isə 4:16.62 dəqiqə nəticə ilə 15-ci pillənin sahibi olub. Maksim Şemberev 2017-ci ildə Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarının dörd qızıl medalına sahib oldu. Daha sonra Maksim Şemberev Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 400 metr məsafəyə fərdi kompleks üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 4:18.40 dəqiqə nəticə göstərdi və 26-cı pillənin sahibi olub.
Maksim Şevçenko
Maksim Leonardoviç Şevçenko — (rus. Максим Леонардович Шевченко), 22 fevral 1966-cı ildə, Moskva, SSRİ-də anadan olub — Rusiya jurnalisti, televiziya aparıcısı. == Həyatı == Maksim Şevçenko Leonardoviç 1966-cı il fevralın 22-də Moskva şəhərində anadan olmuşdur. Maxim Şevçenkonun atası geofizik idi. Sovet dövründə aparıcı instutlardan birində çalışmış, ölkə üçün neft və qaz hasil etmişdir. Türkmənistanda, Manşıqlada, Sibirdə və Peçora tarlalarında işləyirdi. Anası 1932-ci il təvəllüdlü əslən Blaqoveşenskdəndir. Təhsili — 3-cü Alman məktəbini — alman dilini dərindən öyrənən xüsusi məktəbi bitirmişdir. Stanislav Belkovski ilə eyni məktəbdə oxumuşdur. Hərbi xidmətə çağrılmayıb.1990-cı ildə S. Orconikidze adına Moskva Aviasiya İnstitutunu elektron hesablama cihazlarının dizaynı və texnologiyası ixtisası üzrə bitirmişdir.