Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baba Pünhan
Baba Pünhan (tam adı: Mədətzadə Atababa Seyidəli oğlu 5 noyabr 1948, Kürdəxanı – 17 aprel 2004, Bakı) — Azərbaycan şairi. == Həyatı == Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində dünyaya göz açıb. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cü ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. 1972-ci ildə ailə qurub.
Pünhan Abbasov
Pünhan Nəsir oğlu Abbasov (17 avqust 1997, Qobustan – 14 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — şəhid. == Həyatı == Pünhan Abbasov 17 avqust 1997-ci ildə Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olmuşdur. A. Pünhan 2003-cü ildə 195 saylı məktəbə daxil olmuşdur. == Hərbi xidməti == Pünhan Abbasov 14 oktyabr 2020-ci ildə Madagizin azad edilməsi zamanı şəhid olmuşdur.
Pünhan İsmayıllı
Pünhan İsmayıllı (İsayev Pünhan Baba oğlu) - bədii qiraətçi. == Həyatı == 14 aprel 1966-cı ildə İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olmuşdur.1990-cı ildən Azərbaycan Respublikası Dövlət neft Şirkətinin mədəniyyət evində aparıcı vəzifəsində çalışır.Azərbaycanda və xaricdə mədəni-kütləvi tədbirlərin mahir aparıcısıdır. Məmməd Araz, Bəxtiyar Vahabzadə, Musa Yaqub, Zəlimxan Yaqub, Ramiz Rövşən, Baba Vəziroğlu və başqa şairlərin, eyni zamanda aşıq poeziyasının danışan dilidir. Azərbaycan aşıq və şairlərinin poeziya incilərindən ibarət 36 musiqi albomunun və milli adət-ənənələrdən bəhs edən 400 səhifəlik ensiklopediya kitabının müəllififdir. == Musiqi albomları: == 1. Öyrətmə özünə öyrətmə məni - 2000 2. Gəldim yenə görüşünə, Ordubadım - 2001 3. Ocağınız gur yansın - 2002 4. Hamının Evində toy, nişan olsun - 2003 5. Oğul ya qız, fərqi nədir - 2004 6.
Pünhan Əliyev
Əliyev Pünhan Məhəmmədəli oğlu (d. 20 iyul 1962) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əliyev Pünhan Məhəmmədəli oğlu 20 iyul 1962-ci ildə Gədəbəy rayonunun Göyəlli kəndində anadaan olub. Orta məktəbi də doğma kəndində başa vurmuşdur. İki il Sovet ordusunda xidmət etmişdir. Qəhrəmanlıqları haqqında xalq arasında əfsanələr gəzir. Haqqında tarix üzrə Fəlsəfə elmlər doktoru İncəsənət Unversitetinin müəllimi Sahib Telmanoğlu və digərləri kitablar yazmışdır. Barəsində məşhur "İgiddi mərddi Gədəbəylilər" mahnısında "Hanı Pünhan kimi qəhrəman" deyə adı anılır. Aşıq Altay Məmmədov "Şınıx dastanında" Pünhan Əliyevi belə tərənnüm edir: == Döyüşlərdə iştirakı == Gədəbəydə ilk dəfə yaradılan tabora könüllü yazılanlardan öncülü Pünhan olmuşdu. Yəni 1 yanvar 1992-ci ildən xidmətə başlamışdır.
Xionq Dunhan
Xionq Dunhan (d. 11 noyabr 1998) — Çini təmsil edən su poloçusu. == Karyerası == Xionq Dunhan, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Bünyan
Bünyan (türk. Bünyan) — Kayseri ilinin ilçəsi. İlçə, Kayseridən 40 km şimal-şərqdə, Mərkəzi Anadolu regionunun Yuxarı Qızılirmaq bölgəsində yerləşir. Rayonun səthi sahəsi 1306 km²-dır. Şəhərdə 8 qəsəbə və 24 kənd yer almaqdadır. Bünyan ilçəsi şərqdə Pınarbaşı, cənubda Tomarza, qərbdə şəhər mərkəzi, şimalda Sarıoğlan, şimal-şərqdə Ağqışla, cənub-qərbdə Talas və qərbdə Qocasinan ilə həmsərhəddir. İlçə əhalisi 43.795 nəfərdir. Bünyan kiçik bir yaşayış məntəqəsi olduğu üçün, tarixi Kayseriyə bağlı qalmışdır. Bölgə hansı dövlətin hakimiyyəti altında qalmışdırsa, Bünyan da onun tabeliyində olmuşdur. Bünyanın ilk yaşayış məskəninin xetlər tərəfindən salındığı buradaki mağaralardaki izlərdən bəllidir.
Münhen
Münxen (alm. München‎) — Bavariya (almanca: Bayern) Federal Torpağının paytaxtıdır. Almaniyanın Berlin və Hamburqdan sonra üçüncü ən böyük şəhəridir. Əhalisi 1,3 milyondur. İzar çayı sahillərində, Alp dağlarının şimal yamaclarında yerləşir. Münxendə 1972-ci il Olimpiya Oyunları keçirilib. Münxen sözü qədim alman dilindəki Münichen sözündən yaranıb, mənası "rahiblərin yaşadığı yer" deməkdir. Belə ki, Münxen şəhərinin əsası Benedikt Orderinə aid olan rahiblər tərəfindən qoyulub, bu səbəbdən şəhərin gerbində rahib şəkli təsvir olunub. 2010-cu ildə Monokl dərgisi tərəfindən dərc olunmuş siyahıya əsasən Münxen dünyada yaşayış üçün ən münasib şəhər seçilib. == Tarixi == Münxen şəhərinin adına yazılı mənbələrdə ilk dəfə 1158-ci ildə rast gəlinir.
Pentan
Pentanlar (q.yun. πέντε – beş) — Alkanlar sinfindən doymuş karbohidrogen. Bir molekulunda 5 karbon atomu var. 3 izomeri var: TM — Tədqiqat metodu MM — Motor metodu == Alınması == Pentan təbii qazın konsentratlarından, neftdən, karbon-oksid (CO) və hidrogenin (H2) sintezindən alınmış karbohidrogenlərdən alınır.
Püsyan
Püsyan (Şərur)
Pəyhan
Pəyhan (erm. Փայահան; P’ayahan, Payagan, Bakavank) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Qafan şəhərindən 31 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, dəniz səviyyəsindən 1850 m yüksəklikdə yerləşir. Adı sonradan dəyişdirilərək Nor Astghaberd (erm. Նոր Աստղաբերդ) edilib. == Tarixi == XVI yüzilliyin 90-cı illərində tərtib olunmuş «Urud və İsgəndər qalası livasının sicil dəftəri»ndə kəndin adı «Pakhan» kimi qeyd olunur. 1918-ci ildə kənd əhalisi erməni silahlı birləşmələri tərəfindən deportasiyaya məruz qalaraq, dekabr ayında qarlı Zəngəzur dağlarını aşaraq Naxçıvana qaçmışlar. 1919-cu ildə kəndlərinə qayıdan pəyhanlılar yenidən qaçqınlıqla üzləşərək bu dəfə Zəngilan rayonuna pənah aparmışlar. 1922-ci ildə Azərbaycan və Ermənistanda Sovet hökumətinin qurulmasından sonra Pəyhan camaatından yalnız 70 nəfəri öz dədə-baba yurdlarına qayıtmışdır. Pəyhan kolxozu 1931-ci ildə yarandılmış, 1937-ci ildə Keypəşin kolxozu, 1952-ci ildə isə Acıbac kolxozu Pəyhan kolxozuna birləşdirilmişdir.
Pinhani
Pinhâni — 5 aprel 2004-cü ildə Zeynep Eylül Üçer və Sinan Kaynakçı tərəfindən qurulan alternativ rok musiqisi ifa edən Türk musiqi qrupudur. O, “Kavak Yelleri” serialının musiqisini də bəstələyib. == Qrup üzvləri haqqında == Sinan Kaynakçı Vokal, gitara, saksafon, zurna, tulum, kamança 25 dekabr 1979-cu ildə İstanbulda anadan olub. Uşaqlığını Florya və Bakırköydə keçirib. 1998-ci ildə Cağaloğlu Anadolu Liseyini bitirib. Musiqiyə də bu məktəbdə başlayıb. 1995-ci ildə yan fleyta dərsləri aldı və elə həmin il gitara çalmağa başladı. 1996-cı ildən Studio Hiphop-da fasilələrlə nağara dərsləri alıb. 2001-2003-cü illər arasında "Van Basten" qrupu ilə Beyoğlunun müxtəlif məkanlarında çıxış edib. Bu dövrdə o, öz əsərlərini yazmağa başladı.
Ünvan
Poçt ünvanı, ünvan — şəxsin yaşadığı və ya müəssisə və ya idarənin yerləşdiyi yer. Coğrafi mənada — Yer səthində nəyinsə yerləşmə koordinatları.
Bürhan Kərimov
Bürhan Kərimov (1922, Ağdaş) — MDU-nun professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Bürhan Kərimov 1922-ci ildə Ağdaş rayonunda anadan olub. 1939-cu ildə Ağdaş şəhər S.M. Kirov adına orta məkətbi, 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (ADU) fiziki-riyaziyyat fakültəsini bitirmişdir. 1944-45-ci illərdə fizika kafedrasında assistent işləmişdir. 1946-49-cu illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsinin aspirantı olmuşdur. 1950-ci ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. B.Kərimov 1962-ci ildə fizik-riyaziyyat elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. == Fəaliyyəti == O, 1953–76-cı illərdə M.V Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsində nəzəri fizika kafedrasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1976-cı ildən həmin kafedrada professor işləmişdir. B.Kərimov 1950–53-cü illərdə ADU-nun nəzəri fizika kafedrasında baş müəllim və dosent işləmişdir.
Bürhan Əli
Bürhan Əli (Bakı – 1549, Bakı) — Şirvanşahlar taxtına iddiaçı şahzadə. == Hakimiyyət üçün mübarizə == Şahruxun əmisi oğlu Bürhanəddin uzun müddət Dağıstanda qaytaqlı qohumlarının yanında qaldıqdan sonra böyük qoşun toplayaraq 1544-cü ildə Əlqas mirzə Səfəvi ilə mübarizə aparmaq üçün Şirvana doğru hərəkət etmişdi. Lakin Əlqas Mirzə onu məğlub edərək Osmanlıya mühacirət etməsinə səbəb oldu. Bürhan Əlinin köməyilə öz düşməni Səfəvilərlə mübarizə aparmağa və Şirvanı tutmağa ümid edən sultan onu böyük ehtiramla qarşıladı. Sultan Süleyman ona silahlı qüvvə verdi. Lakin Bürhanəli Şirvana yaxınlaşarkən bəylərbəyinin böyük orduya malik olması haqda xəbər aldı. Buna görə də, o, sultanın qoşunlarını Osmanlıya qaytardı, özü isə Dağıstana gedərək Şirvana yenidən yürüş etmək üçün məqam gözləməyə başladı. 1548-ci ildə Sultan Süleyman Qanuni böyük ordu ilə Azərbaycana, I Təhmasibin üzərinə yürüş etdi. Təhmasib ölkənin içərilərinə çəkildi. Bürhanəli Dağıstandan hərəkət edərək sultan qoşunları ilə birləşdirdi.
Bürhan Əliyev
Bürhan Muxtar oğlu Əliyev (24 sentyabr, 1964 −15 dekabr, 2018) — Azərbaycan həkimi, Səhiyyə əlaçısı (1998). == Həyatı == 24 sentyabr 1964-cü ildə Ağdaş şəhərində həyatını şagirdlərin təlim-tərbiyəsinə həsr edən bir ailədə böyüyüb boya-başa çatıb. Belə ki, atası Əliyev Muxtar Rəsul oğlu müəllim, anası Abdullayeva Minayə Məmməd qızı isə Ağdaş rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. Bürhan Əliyev 1971-ci ildə Nizami adına Ağdaş şəhər orta məktəbinin birinci sinfinə qədəm qoyub, 1978-ci ilə kimi bu məktəbdə oxuyub. Sonra təhsilini Bakı şəhər kimya-biologiya təmayüllü məktəbdə davam etdirib. 1981-ci ildə həmin məktəbi nümunəvi qiymətlərlə başa vurub. Bürhan Əliyev 1981-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universiteti) stomatologiya fakültəsinə qəbul olub, 1986-cı ildə oranı bitirib. İlk əmək fəaliyyətinə Ağdaşda həkim-stomatoloq kimi başlayıb. Əvvəlcə Ağdaş rayonunun Şıxlı kəndində, sonra isə Ağdaş Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsində ixtisası üzrə fəaliyyətini davam etdirib. Rayonda bacarıqlı və savadlı həkim-stomatoloq kimi tanınıb.
Memmedli Sübhan
Sübhan Səbuhi oğlu Məmmədli (12 avqust 1994, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sübhan Məmmədli 1994-cü il avqustun 12-də Kəngərli rayonunun Xıncab kəndində anadan olmuşdur. 2000–2009-cu illərdə Xıncab tam orta məktəbində, 2009–2012-ci illərdə Heydər Əliyev Adına Hərbi Liseydə təhsil alıb. 2012–2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Evli idi. == Hərbi xidməti == Sübhan Məmmədli 2016-cı ildə Leytenant rütbəsi alaraq Ordu sıralarına daxil olmuşdur. Xidmətə Bərdə şəhər N saylı hərbi hissədə başlamışdır. 2017-ci il may və sentyabr aylarında Tərtər rayonu istiqamətində ön xəttə xidmət etmişdir. 2017-ci ildə Goranboy rayon Ballı Qaya N saylı hərbi hissəsinə Bölük Komandiri vəzifəsinə göndərilib. 2018-ci ildən xidmətini Bakı şəhər N saylı hərbi hissəsində Bölük Komandiri vəzifəsində davam etdirmişdir.
Qliptotek (Münhen)
Münhen Qliptoteki (alm. Münchener Glyptothek‎) — Bavariya əyalətinə məxsus qədim roma-yunan dövrünə aid heykəllər kolleksiyası. Qliptotek Münhen muzeyi 1813-cü ildə yaradılmışdır. Muzeyin kolleksiyasına ellinizm dövrünə aid "sərxoş catir" , Artemida, Knidoslu Afrodita, Egin adasındakı Afay məbədinin frontal heykəl fiqurları — "eginetlər" və s. daxildirlər. == Binası == Qliptotek binası Münhenin Köniqplas meydanında kral I Lüdviqin hələ xələf şahzadə olarkən göstərişi ilə 1815-ci ildə inşa edilmişdir. İnşaatın memarı Leo fon Klense binanı Karl fon Fişerin layihəsi əsasında antik üslubda tikmişdir. Muzey binasının interyeri daxili həyəti əhatə edən otuz düzbucaqlı və dairəvi zallardan ibarətdir. Binanın girişində on iki ionik sütun vardır. Binanın fəsadında Dedal, Prometey, Adrian, Perikl, Hefest, Fidiyaya aid heykəllər yerləşir.
Sübhan Abdurahmanlı
Sübhan Mahir oğlu Abdurahmanlı (18 oktyabr 1992; Bakı, Azərbaycan — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sübhan Abdurahmanlı 1992-ci il oktyabrın 18-də Bakı şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Sübhan Abdurahmanlı 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Sübhan Abdurahmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sübhan Abdurahmanlı oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Abdurahmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Abdurahmanlı ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Sübhan Bəkirov
Sübhan Kamal oğlu Bəkirov (4 avqust 1964, Ürkməzli, Qazax rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral (2022). == Həyatı == Sübhan Bəkirov 1964-cü il avqustun 4-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub. Ailəlidir. Üç övladı var. == Təhsili == Ali Hərbi-Mühəndis: 1985–1990 == Hərbi xidməti == 1982–1984-cü illərdə Sovet Ordusunun sıralarında, üzaq şərq vilayətində hərbi xidmətdə olub. 1993-cü ildən Azərbaycan Ordusunun Qırmızı Bayraqlı Xəzər Hərbi Donanmasının 23 nömrəli hərbi zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1993-cü ildə Azərbaycan-Rusiya birgə hərbi müəssisəsi olan Xəzər hərbi gəmi təmiri zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub. 1997–2013-cü illərdə Müdafiə Nazirliyində və Azərbaycan Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib. 2014-cü ildə müdafiə nazirinin əmrinə əsasən hərbi gəmi təmiri zavodunun baş mühəndisi — zavod rəisinin müavini vəzifəsinə, bir müddət sonra isə zavod rəisi ("n" saylı hərbi hissənin komandiri) vəzifəsinə təyin olunub. 2016-cı ilin iyun ayında müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanının Maddi Texniki Təminat üzrə müavini- Maddi Texniki Təminat Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Sübhan Cəbrayılov
Sübhan Rahim oğlu Cəbrayılov (23 oktyabr 1983; Salyan rayonu, Azərbaycan SSR, SSRİ— 19 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur. Sübhan Cəbrayılovda daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfər hərbi qulluqçudan ibarət olan qrupu, həmçinin digər dəstələrin olan 30 nəfər hərbi qulluqçuları oktyabrın 19-da Qubadlı rayonu istiqamətində ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Qeyri-bərabər döyüşlər nəticəsində Sübhan Cəbrayılov və dəstənin bir neçə üzvü həlak olmuşdur. == Həyatı == Sübhan Cəbrayılov 1983-cü il oktyabrın 23-də Salyan rayonunun Marışlı kəndində anadan olub. Sübhan Cəbrayılov 1989-cu ildə Salyan rayonunda R.Qafarov adına Marışlı kənd tam orta məktəbinin adına birinci sinfinə qəbul olmuşdur. 2000-ci ildə oradan məzun olmuşdur və hərbi xidmətə yollanmışdır. Azərbaycan, rus və erməni dillərində sərbəst danışırdı. === Ailəsi === Sübhan Cəbrayılov Sevda Cəbrayılova ilə ailəli həyatı qurmuşdur.
Sübhan Cəfərov
Sübhan Mehman oğlu Cəfərov (10 iyun 1999; Ağsu, Azərbaycan — 27 noyabr 2020; Talış, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəfərov Sübhan Mehman oğlu 1999-cu ildə iyunun 10-da Ağsu şəhərində anadan olub. 2006-cı ildə Soltan Umbayev adına 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 2017-ci ildə orta məktəbi bitirmişdir. Subay idi. == Hərbi xidmətləri == 2017-ci ildə iyulun 5-də həqiqi hərbi xidmətə gedib və xidmətini 2019-cu ildə başa vurmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mahmud Cavadov Suqovuşan-Talış döyüşlərində savaşıb. 10 oktyabr 2020-ci il tarixində Talış kəndinin azad edilməsi uğrunda gedən hərbi əməliyyat zamanı qəhrəmancasına döyüşərək şəhid olub. Ağsu Şəhidlər Xiyabanın'da torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Sübhan Həsənov
Sübhan Rauf oğlu Həsənov (26 iyul 2001; Masallı, Azərbaycan — 7 dekabr 2020 (dəfn tarixi); Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sübhan Həsənov 26 iyul 2001-ci ildə Masallı şəhərində anadan olmuşdur. 2007-ci ildə şəhid Masallı şəhər İ.Zülalov adına İsgəndərli kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2018-ci ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir. == Hərbi xidməti == Sübhan Həsənov 2019-cu ilin 30 iyul tarixində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə snayper olaraq yerinə yetirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sübhan Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur və döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Sübhan Həsənov 7 dekabr 2020-ci ildə Masallı şəhərinin qəbiristanlığında dəfn olunmuşdur.
Sübhan Kərimov
Sübhan Murtuz oğlu Kərimov (29 yanvar 1996; Qıraq Kəsəmən, Ağstafa rayonu — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sübhan Kərimov 1996-cı il yanvarın 29-da Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dünyaya göz açıb. 2002–2013-cü illərdə X. Mirzəyev adına Qıraq Kəsəmən kənd orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Sübhan Kərimov 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Sübhan Kərimov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bir çox hərbi əməliyyat və döyüşlərdə fərqlənib. Sübhan Kərimov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Sübhan Məmmədli
Sübhan Səbuhi oğlu Məmmədli (12 avqust 1994, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sübhan Məmmədli 1994-cü il avqustun 12-də Kəngərli rayonunun Xıncab kəndində anadan olmuşdur. 2000–2009-cu illərdə Xıncab tam orta məktəbində, 2009–2012-ci illərdə Heydər Əliyev Adına Hərbi Liseydə təhsil alıb. 2012–2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Evli idi. == Hərbi xidməti == Sübhan Məmmədli 2016-cı ildə Leytenant rütbəsi alaraq Ordu sıralarına daxil olmuşdur. Xidmətə Bərdə şəhər N saylı hərbi hissədə başlamışdır. 2017-ci il may və sentyabr aylarında Tərtər rayonu istiqamətində ön xəttə xidmət etmişdir. 2017-ci ildə Goranboy rayon Ballı Qaya N saylı hərbi hissəsinə Bölük Komandiri vəzifəsinə göndərilib. 2018-ci ildən xidmətini Bakı şəhər N saylı hərbi hissəsində Bölük Komandiri vəzifəsində davam etdirmişdir.
Sübhan Əbilzadə
Sübhan Arif oğlu Əbilzadə (23 aprel 1998; Biləsuvar rayonu, Azərbaycan — 6 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sübhan Əbilzadə 1998-ci il aprelində 23-də Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Sübhan Əbilzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sübhan Əbilzadə noyabrın 6-da Qubadlının azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun Nərimankənd kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Əbilzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Əbilzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.01.2021-ci il tarixli Sərəncamına əsasən Sübhan Əbilzadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Sübhan Əzizov
Sübhan Məmməd oğlu Əzizov (17 yanvar 1999; Dayıkənd, Salyan rayonu, Azərbaycan — 6 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sübhan Əzizov 1999-cu il yanvarın 17-də Salyan rayonunun Dayıkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin tələbəsi idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Sübhan Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Laçının, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sübhan Əzizov noyabrın 6-də Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Noyabrın 7-də Salyan rayonunun Dayıkənd kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Sübhan Əzizov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cunqan
Cunqan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Farsan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,660 nəfər və 3,437 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Dunqan
Dunqanlar- Huey xalqının Orta Asiyadakı hissəsinin adı. XIX əsrdə baş vermiş üsyanın yatırılmasından sonra hakimiyyətin cəza tədbirlərindən xilas olmaq məqsədilə, o vaxtkı Rusiya imperiyasının ərazisi olan Orta Asiyaya qaçmaq məcburiyyətində qalmışlar. Həmin dövrdən etibarən orada məskən salaraq, yaşamağa başlamış, yerli əhali tərəfindən dunqan adı ilə tanınmışlar. Onların rəsmi surətdə bu adı almaları yalnız SSRİ-nin dövründə, 1924-cü ildə baş vermişdir. Sayları Qazaxıstanda 40 min, Qırğızıstanda isə təxminən 60 minə yaxındır. Buradan başqa Özbəkistan, Tacikistan və Rusiya Federasiyasında da kompakt şəkildə yaşayırlar. Onlar əsasən kənd təsərrüfatı, ticarət və restoran biznesi ilə məşğul olurlar. O da çox maraqlıdır ki, dunqanlar Orta Asiyada ən aşağı sosial vəziyyətə və ən çox dini özünüdərk duyğusuna malik xalq hesab edilirlər. Onların yalan danışmamaları, ticarətlə məşğul olsalar belə, alıcıları aldatmamaq kimi xislətləri qonşu xalqların arasında bir zərb-məsəl halına gəlmişdir. Dunqanlar özünəməxsus mədəniyyətə malikdirlər və qonşu xalqlar içərisində öz ənənələrinə görə də seçilirlər.
Lunğan
Lunğan (lat. Dimocarpus longan, çin. 龍眼 lùhngngáahn – əjdahanın gözü), Sapindaceae ailəsindən tropik yerlərdə bitən bir ağac növü və həmin ağacın meyvəsidir. Lunğan meyvəsi Liçidən daha dadlı hesab olunur, fəqət liçi daha suludur, bununla birlikdə liçinin əksinə daha sərin yerlərdə yetişmə imkanına sahibdir ayrıca Liçiyə görə quraqlığa daha dözümlüdür. Kiçik ağacların dalları −1 dərəcədən sonra zərər görür. Birneçə dərəcə daha düşdüyündə isə təmamən donur və ölür. Böyük ağaclarda −3 dərəcələrdə yarpaqlarda itkilər görülür; −4 dərəcələrə düşdüyündə kişik dalllarda itki görülür. İstilik −5 dərəcənin altına düşdüyündə isə Böyük dallarda itki görülür və hətta ağac təmiz ölə bilər.
Vuhan
Uhan və ya Uxan (çin. ənən. 武汉市, pinyin: Wǔhàn shì) — Çinin Hubey əyalətinin idarə mərkəzi və ən böyük şəhəridir. Şəhər Yanszı və Han çaylarının qovşağında yerləşir. Mərkəzi Çinin ən böyük şəhəridir. Uçanq, Hankou və Hanyan adlı üç şəhərin birləşməsindən yaranan Uhan "Jiusheng Tongqu (doqquz əyalətin aparıcı iş mərkəzi)" deyə bilinməkdədir. Uhan şəhərin ərazisindən keçən və digər böyük şəhərləri birləşdirən onlarla dəmir yolu, avtomobil yolları və magistral yolları olan əhəmiyyətli bir nəqliyyat mərkəzidir və Mərkəzi Çinin siyasi, iqtisadi, maliyyə, mədəni, təhsil və nəqliyyat mərkəzi kimi tanınır. == Etimologiyası == "Uhan" adı Yanszı çayının şimal və cənub sahillərində yerləşmiş iki şəhərin adının birləşməsindən meydana gəlmişdir. "U" hissəsi Yanszının cənub sahilindəki "Uçanq" şəhərinin adından (çin. ənən.
Xunan
Xunan (çin. sadə. 湖南, pinyin: Húnán ; , rəsmi olaraq: çin. sadə. 湖南省, pinyin: Húnán Shěng) — Çin Xalq Respublikasında əyalət. Ərazisi 211854.69 km², əhalisi 1 noyabr 2010-cu il siyahıyaalınmasına əsasən 65.700.762 nəfər, 31 dekabr 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən isə 66.389.300 nəfər, inzibati mərkəzi Çanqşa şəhəridir.
Yunan
Yunanlar (yun. Έλληνες — ellines) — Cənub-Şərqi Avropada etnos. Ümumi sayı 14–19 milyon nəfərdir. Əsasən Yunanıstanda və Kiprdə yaşayırlar. Əksəriyyət yunan dilini ana dili sayır. Aralıq dəniz yanı ölkələrdə, həmçinin Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Kanadada və Avstraliyada böyük yunan icmaları mövcuddur. Yunanların əksəriyəti məşriqi məsihiliyə etiqad edir, lakin aralarında müsəlmanlar və aləmi məsihilər də var. == Yazıları == Yunanlılar Finikiya əlifbasını qəbul etməzdən əvvəl Girit və Kipr kimi iki növ yazı mövcud idi. Bununla birlikdə, hər iki növ də zamanla dəyişdirildi, qəbul edildi və dəyişdirildi (samitləri ifadə edən bir sıra hərflərin fonetik mənası səsli səslərə dəyişdirildi) Finikiya yazısı ilə. Vahid Yunan əlifbası olduqca gec ortaya çıxdı — uzun müddət bir neçə əlifba var idi — İon (İonya), Afina (Attica), Argos (Argolis), Korint.
Zuhan
Zuhan — İranın Cənubi Xorasan ostanının Qainat şəhristanının Zuhan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 707 nəfər və 233 ailədən ibarət idi.
Aysedora Dunkan
Aysedora Dunkan (ing. Isadora Duncan, doğum adı ing. Dora Angela Duncan Dora Angela Dunkan, 26 may 1877 və ya 27 may 1878, San-Fransisko, Kaliforniya – 14 sentyabr 1927[…], Nitsa, Üçüncü Fransa Respublikası) — Qərbdə və Rusiyada Aysedora Dunkan adı ilə tanınmış amerikalı balerina, müasir rəqs sənətinin banislərindən biri. Rusiya şairi Sergey Yeseninin həyat yoldaşı olmuş, 1921–1924-cü illərdə Moskvada yaşamışdır. Veneradakı Duncan krateri onun şərəfinə adlandırılmışdır. Aysedora Dunkan rəqslərində Qədim Yunan plastikasından istifadə edirdi, ayaqyalın oynayırdı. == Həyatı == === Erkən illər === Aysedora Dunkan 27 may 1877-ci ildə San-Fransiskoda bankir, dağ-mədən mühəndisi, sənət bilicisi Cozef Çarlz Dunkan (1819–1898) və Mariya Aysadora Qrey (1849–1922) ailəsində anadan olumuşdur. Ailənin ən kiçik uşağı idi. Onun böyük qardaşları — Raymond, Avgustine (Augustin), həmçinin bacısı — Elizabet də rəqslə məşqul olurdular. Aysedora Dunkan anadan olandan qısa müddət sonra atası bank fırıldaqlığı nəticəsində müflis oldu və valideynləri boşandı.
Aşina Funian
Aşina Funian (yap. 阿史那伏念) — 680-681-ci illər arasında üsyan etmiş Göytürk şahzadəsi. Əvvəlcə general Pei Yan tərəfindən məğlub edilmiş, sonra isə 54 adamı ilə birlikdə edam edilmişdir.
Burhan Doğançay
Burhan Doğançay (türk. Burhan Cahit Doğançay; 11 sentyabr 1929, Konstantinopol – 16 yanvar 2013, İstanbul) — Türkiyə rəssamı. == Həyatı == Burhan Doğançay 11 sentyabr 1929-cu ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Öz adına – "Doğançay" muzeyi var. Muzeyin direktoru Bergin Azərdir. Burhan Doğançay 16 yanvar 2013-cü ildə 83 yaşında ikən İstanbulda vəfat edib. == Yaradıcılığı == Doğançayın 2004-cü ildə İstanbulda açılan muzeyi Türkiyədə ilk müasir incəsənət muzeyi olub. Onun şəkilləri Quggenhaym və Metropolitan İncəsənət Muzeyində daimi kolleksiyanın hissəsidir. 2009-cu ildə İstanbulda onun şəkillərindən biri hərracda 1,7 milyon dollara, Türkiyədə müasir incəsənət rəsmi üçün ən yüksək qiymətə satılıb. Dünyanın 70 muzeyində rəsmləri nümayiş etdirilmişdir.
Burhan Qalyun
Burhan Qalyun (ərəb. برهان غليون‎, 11 fevral 1945, Homs) — Suriya-Fransa sosioloqu, politoloq və ictimai xadimi. 2011-ci ilin avqustundan Suriya Milli Şurasının sədri. == Əsərləri == Burhan Ghalioun, Manifeste pour la démocratie, Beyrouth, Dar Ibn Ruch, 1978 Burhan Ghalioun, Le malaise arabe, l’etat contre la nation, Paris, La Découverte, " Cahiers Libres ", 1991, ISBN 978–2707120489 Burhan Ghalioun, Islam et politique, Paris, La Découverte, 1997, ISBN 978–2707127143 Burhan GHALIOUN, Nevine ABDEL MOEIM MOSSAAD, Henry LAURENS, Eric ROULEAU, Nicolas SARKIS, Nawaf SALAM (dir.), Le Moyen Orient à l'épreuve de l’Irak, Paris, Actes Sud, 2005, ISBN 978-2-7427-5249-2. == Xarici keçidlər == Burhan Qalyunun bloqu Burhan Qalyunun Twitterdə akkauntu.
Burhan Sargın
Burhan Sargın (11 fevral 1929, Ankara – 15 sentyabr 2023) — Türk keçmiş milli futbolçu. Hücumçu idi. Canavar ləqəbi ilə tanınırdı. 1954 FİFA Dünya Kuboku finallarında qatılan heyətdə yer aldı. == Futbolçuluq karieri == Futbola Hacettepe də başladı. Daha sonra Fənərbaxçaya 1951-ci ildə transfer oldu. Ədalət komandasında 2 il oynadıqdan sonra təkrar Kadıköyə döndü. Fənərbaxça forması altında 112 qol atdı Türkiyə Milli Futbol Komandasında 8 dəfə oynadı və 7 qol atdı. 1954 Dünya Kuboku seçmələrinə İspaniyaya atdığı qol sayəsində Türkiyəyə final oynama yolunu açdı. Bunun yanında İsveçrədə təşkil edilən FIFA Dünya Kubokunda Cənubi Koreyaya qarşı xətt-trick edərək bu müvəffəqiyyətə çatan ilk və tək Türk futbolçu oldu.
Burhan Şəhidi
Burhan Şəhidi (uyğ. بۇرھان شەھىدى, برهان شهيدي; çin. 包尔汉·沙希迪 pinyin Bāo'érhàn·Shāxīdí; rus. Бурхан Шахиди; tatar. Borhan Şähidi; həmçinin Bao Erhan; 3 oktyabr 1894, Ağsu[d], Bua rayonu – 27 avqust 1989, Pekin) — XX əsrdə Çində siyasi lider və siyasətçi. Şəhidinin siyasi fəaliyyəti əsasən Sincan vilayəti ilə bağlı olmuşdur. O, 1948–1949-cu illərdə Koalisiya Hökumətinin 3-cü sədri, 1949–1953-cü illərdə Sintszyan-Uyğur Muxtar Rayonunun Xalq hökumətinin 1-ci sədri vəzifələrində işləmişdir. == Həyatı == Burhan Şəhidi 1894-cü ildə Rusiya İmperiyasının Kazan quberniyasında anadan olmuşdur. Onun əcdadları Sin sülaləsi dövründə uğursuz kəndli üsyanından sonra Cənubi Sincanın Aksu şəhərindən Tatarıstana pənah gətirmişdilər. Ailəsi kasıb olduğundan uşaqlığının ilk illərində məktəbə az gedirdi.