Sübhan Murtuz oğlu Kərimov (29 yanvar 1996; Qıraq Kəsəmən, Ağstafa rayonu — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Sübhan Kərimov | |
---|---|
Sübhan Murtuz oğlu Kərimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qıraq Kəsəmən, Ağstafa rayonu, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Dəfn yeri | Qıraq Kəsəmən |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Murtuz Kərimov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014–2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Sübhan Kərimov 1996-cı il yanvarın 29-da Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dünyaya göz açıb.[1] 2002–2013-cü illərdə X. Mirzəyev adına Qıraq Kəsəmən kənd orta məktəbində təhsil alıb. Subay idi.
Sübhan Kərimov 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Sübhan Kərimov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bir çox hərbi əməliyyat və döyüşlərdə fərqlənib. Sübhan Kərimov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Sübhan Kərimov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.[3]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Kərimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Sübhan Kərimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]