Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rahib
Rahib — dini mərasimləri icra edən din xadimi. Ərəbcə rahib kəlməsi ruhban, rahbə, keşiş, kökündən gəlir. Rahbə "qorxub çəkinmə", keşiş "dərin dini qorxu ilə özünü dinə vermə" mənasındadır; rahib də Allahdan qorxan və fasilə ilə ibadət edən şəxsə deyilir. == İslama görə rahib == Quranda ruhbanlığın Allah tərəfindən fərz olmadığını,xristianların bunu uydurduğu bildirilmişdir. Təfsirlərdə deyilir ki, ruhbanlıq bir qrup xristianın dində ortaya çıxan fitnədən uzaqlaşıb dağlara çəkilərək ibadət etmə, mağaralarda və tək yerlərdə yaşama,qadınlardan uzaq durmaq kimi məşəqqətli bir həyat tərzinə qatlanmaqdır. Həmçinin qeyd olunur ki,ruhban ümumilikdə "Allahdan qorxanlar, özlərini ibadətə vermiş kimsələr", "İsanın davətinə itaət etmə və ona tabe olub şəriəti üzrə olanlar"və özəldə Xristian din adamları hesab olunur. Ümumilikdə ruhban sinifi sadəcə xristianlığa məxsus deyil, hər dinin öz tərzində ruhbanı ola bilər. Çünki Allahın əmri üzrə Ondan qorxan hər hansı şəxsə rahib deyilə bilər. İnsanların çoxu Allahdan qorxub inandıqları "din adamı" olaraq qəbul etdikləri bu adamlara din adına bir çox səlahiyyətlər verər və beləcə yoldan çıxarlar. Bu insanlar haqqında Allah buyurmuşdur: "Onlar öz alimlərini və ruhanilərini özləri ilə Allah arasına qoyub Rəbb tutublar.
Rahilə Davud
Rahilə Davud (uyğ. راھىلە داۋۇت, çin. ənən. 热依拉·达吾提, pinyin: Rèyīlā Dáwútí; 20 may 1966, Sincan-Uyğur Muxtar Rayonu) — uyğur əsilli Çin dilşünası. Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda yerləşən Sincan Universitetində professor işləmiş olan Davud beynəlxalq səviyyədə uyğur folkloru və ənənələri üzrə mütəxəssis kimi tanınırdı. O, vaxtilə Çin Mədəniyyət Nazirliyindən mükafat və qrantlar almış, folklor institutunun qurucusudur. Davud 2017-ci ildə Çin hökuməti tərəfindən qaçırılmış və o vaxtdan bəri itkin düşmüşdür. Onun dövlət orqanları tərəfindən açıqlanmayan bir yerdə saxlanıldığı güman edilir. == Həyatı == Rahilə Davud 1966-cı ildə Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda, yerli bir uyğur ailəsində anadan olmuşdur. O, 30 ildən çoxdur ki, Çin Kommunist Partiyasının üzvü olmuşdur.
Rahilə Ginzburq
Ginzburq Rahilə Solomonovna (1 iyun 1920, Bakı – 6 dekabr 1995, Bakı) – Aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1964) == Həyatı == Rahilə Ginzburq 1 iyun 1920-ci ildə Bakı şəhərində neftçi Süleyman Ginzburqun ailəsində anadan olmuşdur. 1937-ci ildə Bakı Teatr Kollecinin aktyorluq fakültəsinə daxil olan aktrisa 1941-ci ildə buradan məzun olur. 1938-ci ildə, hələ 18 yaşında olarkən Rahilə xanım Gənc Tamaşaçılar Teatrının gənc rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi Məhərrəm Aşumovla tanış olur. Həmin il Aşumov Rahilə Ginzburqun ailəsinə elçi göndərir. Bu zaman Rahilə xanım ailəsi ilə birlikdə indiki Dilarə Əliyeva küçəsindəki mütəxəssislər binasının 5-ci mərtəbəsində yaşayırdı. Cütlüyün bu evlilikdən Tamilla adlı qızları dünyaya gəlmişdir. Tamilla Aşumova 70-80-ci illərdə Azərbaycan Televiziyasının məşhur jurnalistlərindən biri olmuşdur. === Fəaliyyəti === Rahilə Ginzburq səhnə fəaliyyətinə 1941-ci ildən başlamış, 1943-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur.
Sahibə Qafarova
Sahibə Əli qızı Qafarova (19 mart 1955, Şamxor) — Azərbaycan Respublikasının Milli Məclisinin Sədridir (2020-ci ildən) və IV, V, VI çağırış deputatı, filologiya elmləri doktoru, professordur. Yeni Azərbaycan Partiyasının üzvüdür. == Həyatı == Şəmkir şəhərində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunun Rus dili və ədəbiyyatı fakültəsini (Bakı Slavyan Universiteti) və Azərbaycan Pedaqoji Dillər İnstitunun İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. 1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim işləyib. 1981–2020-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universiteti) laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışıb. == İctimai-siyasi fəaliyyəti == 2004–2020-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində (2010–2020-ci illərdə ictimai əsaslarla) işləyib. 2006–2007-ci illərdə ABŞ Dövlət Departamentinin "Fulbrayt Skolarşip" proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda çalışıb.
Əbülhəsən Rahibi
Əbülhəsən Şəvtir oğlu Rahibi — coğrafiyaçı, tarixçi, şair. == Həyatı == Rahibi 1848-ci ildə İranda doğulmuşdur. 1859–1860-cı ildə ilk səyahəti olan Lib səyahətinə başlamışdır. Bu səyahətdə bütün İranı gəzmiş və çoxlu məlumatlar yazmışdır.1861–1863-cü ildə Ərəbistanı gəzmişdir sonra yenidən (1864-cü ildə) İrana qayıtmışdır. 1865 və 1869-cu ildə Türkiyəni , 1871-ci ildə isə Rusiyanı gəzmişdir. 1872-ci ildə Azərbaycanda olmuş və bu ölkə haqda çoxlu məlumatlar yazmışdır. Həm də bu ildə Civkəri adli bir əsər yazmışdır. 1873-cü ildə İrana qayıdanda ajanlar tərəfindən sui-qəsd nəticəsində öldürülmüşdür. Deyilənə görə ürəyinə 23-dən çox xəncər batırılmışdır.
Sahibə Əhmədova
Sahibə Əliqulu qızı Əhmədova (11 yanvar 1956, Hacılar, Ağcabədi rayonu – 16 mart 2024, Bakı) — Azərbaycanın opera müğənnisi, xanəndə, Azərbaycan Respublikasının Əməkdar artisti. == Həyatı == Əhmədova Sahibə Əliqulu qızı 1956-cı il yanvar ayının 11-i Ağcabədi rayonunun Hacılar kəndində anadan olub. Orta təhsilini həmin rayonun Boyat kəndində alıb. Uşaqlıqdan milli musiqiyə böyük marağı olub. İlk musiqi müəllimi Ağcabədi rayonunda fəaliyyət göstərən "Rast" ansamblının tanınmış xanəndələrindən olan əmisi oğlu Sabir Abbasov olub. 1975-ci ildə Asəf Zeynallı adına Orta-ixtisas Musiqi Texnikumunun xanəndəlik fakültəsinin muğam şöbəsinə daxil olub və görkəmli muğam ustadı, Əməkdar müəllim Nəriman Əliyevdən dərs alaraq muğam sənətinin sirlərini öyrənib. Texnikumda təhsilini davam etdirməklə yanaşı, 1976-cı ilin oktyabr ayından etibarən ustad tarizən Bəhram Mansurovun təşəbbüsü ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işə başlayıb. Opera səhnəsində ilk ifa etdiyi obraz M. Maqomayevin "Şah İsmayıl" operasından Ərəbzəngi obrazı olub. Elə ilk gündən Sahibə xanımın özünəməxsus tərzdə və yüksəs peşəkarlıqla ifa etdiyi bu obraz tamaşaçıların yaddaşında bu günə qədərdə böyük iz buraxıb və haqlı olaraq da "Səhnəmizin Ərəbzəngisi" adını qazanıb. Sonralar isə opera səhnəsində silsilə ana obrazlarında çıxış edib.
Rahib Abbasov
Abbasov Rahib Yusif oğlu (23 fevral 1939, İrəvan – 1 dekabr 2022) — Tibb xidməti polkovniki, ali dərəcəli terapevt. Professor, “Poema zdorovya” ailə klinikasının kliniki rəhbəri. "Rusiya Federasiyasının Əməkdar Həkimi" (2002). == Həyatı == Abbasov Rahib Yusif oğlu 1939-cu il fevralın 23-də İrəvanda anadan olub. 1962-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-diaqnostika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1967-ci ildən Sankt-Peterburqda yaşayır. R.Abbasov tələbəlik illərində institutun yuxarı kurslarında oxumaqla bərabər, Bakıdakı kliniki xəstəxanalardan birinin terapevtik şöbəsində kiçik tibb işçisi kimi çalışıb. R.Abbasov institutu bitirdikdən sonra Sovet Ordusu sıralarında hərbi xidmətə çağırılır və o vaxtdan, həyatının təxminən otuz ilini bu işə həsr edir. 1962-ci ildən hərbi hissələrdə tibb məntəqəsi lazaretinin rəisi və raket qoşunları tədris mərkəzinin tibbi xidmət rəisi olub. 1967-ci ildə R.Abbasov Leninqradda S.M.Kirov adına Hərbi Tibb Akademiyasının kliniki ordinaturasına daxil olub.
Rahib Azəri
Rahib Azəri — İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi. Televiziya və radio verilişlərinin aparıcısı. Müxtəlif televiziya və radio verilişlərinin müəllif və tərtibçisi. Əməkdar mədəniyyət işçisi (2016). == Bioqrafiyası == Rahib Azəri 1962-ci ildə Bakı şəhərində ziyalı bir ailədə dünyaya gəlib. Atası mühəndis, anası isə uşaq həkimi işləyib. 1969-cu ildə Bakı şəhəri 132 nömrəli orta məktəbə daxil olub. 1979-cu ildə orta məktəbi bitirib. Özü jurnalist olmaq istəsə də həmin il atasının istəyi ilə M. Əzizbəyov adına Neft Kimya İnsitutunun, energetika fakultəsinə daxil olub. 1984-cü ildə institutu bitirb və 10 il ixtisası üzrə energetik kimi çalışıb.
Rahib Babayev
Rahib Babayev (tam adı: Rahib Bəxtiyar oğlu Babayev; 19 iyun 1985, Külüs, Şahbuz rayonu – 30 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Rahib Babayev 1985-ci il iyunun 19-da Şahbuz rayonunun Külüs kəndində anadan olmuşdur. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Rahib Babayev orta məktəbi bitirdikdən sonra C. Naxçıvanski adına hərbi liseydə, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. İlk iş yeri Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi "N" saylı hərbi hissə və ilk komandiri isə Polad Həşimov olmuşdur. Azərbaycan Ordusunun mayoru olan Rahib Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. "Canavar" postunun alınmasında iştirak etmiş və sentyabrın 30-da həlak olmuşdur. Oktyabrın 2-də Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Rahib Bəylərov
Rahib Böyükağa oğlu Bəylərov (25 oktyabr 1985, Siyəzən rayonu) — 2007-ci ildə Avropa Həvəskar Boks Assosasiyasının açıqladığı reytinq cədvəlində 75 kq çəki dərəcəsində Azərbaycan boksçuları arasında ən yüksək, ümumdünya boksçuları sırasında isə adı 2-ci yerdə olan idmançı. == Həyatı == Rahib Bəylərov 1985-ci il oktyabrın 25-i Siyəzən rayonunda anadan olub. İdmana 7 yaşından başlayıb.
Rahib Cəbrayılov
Rahib Ramil oğlu Cəbrayılov (26 dekabr 2001; Yevlax, Azərbaycan — 28 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rahib Cəbrayılov 2001-ci il dekabrın 26-sında Yevlax şəhərində anadan olub. 2007-ci ildə Quşçu kənd ümumi orta məktəbin 1-ci sinfinə daxil olub. 2016-2018-ci illərdə Xaldan kənd kompleks tam orta məktəbində 10-11-ci sinifləri oxuyub. Rahib hərbçi olmağı arzulasa da, səhhətindəki problem Hərbi Akademiyaya getməsinə mane olur. Həmin problemə görə hərbi xidmətə də aparılmayacaqdı. Ancaq Rahibin ard-arda müraciəti nəticəsində könüllü 2020-ci il mayın 27-də hərbi xidmətə yollanır. Xidmətini Füzulinin Kürmahmudlu kəndində yerləşən hərbi hissədə yerinə yetirib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rahib Cəbrayılov Madagizin azad edilməsində savaşıb. Rahib Cəbrayılov 28 sentyabr 2020-ci il tarixində şəhid olub.
Rahib Fətəliyev
Rahib Pənah oğlu Fətəliyev (10 iyul 1978; Beyləqan rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rahib Fətəliyev 1978-ci il iyulun 10-da Beyləqan rayonunun Bolsulu qəsəbəsində anadan olub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Rahib Fətəliyev 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun çavuşu olan Rahib Fətəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rahib Fətəliyev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunun Bolsulu qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Fətəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Rahib Hacıismayılov
Rahib Məmmədemin oğlu Hacıismayılov (17 sentyabr 1991; Şəki, Azərbaycan — 20 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rahib Hacı İsmayılov 17 sentyabr 1991-ci ildə Şəkidə anadan olub. 2007-ci ildə Şəki şəhər 19 saylı tam orta məktəbinin 9-cu sinfini bitirib. == Hərbi xidmətləri == Rahib Hacı-İsmayılov 2010-cu ilin əvvəlindən 2011-ci ilin aprel ayınadək Xızıda yerləşən “N” saylı xüsusi təyinatlı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rahib Hacı-İsmayılov Tərtər Ağdərə döyüşlərində savaşıb. Tərtərin Tülkü Dərəsi, Qapanlı, Ballı Qaya istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib. 20 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində şəhid olub. Şəkidə Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Hacıismayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rahib Hacıismayılov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rahib Hüseynov
Rahib Hüseynov (tam adı: Rahib Məmməd oğlu Hüseynov; 1939, Quba, Quba rayonu, Azərbaycan SSR, SSRİ – 12 fevral 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1939-cu il 29 noyabr tarixində Quba rayonunda anadan olmuşdur. Ticarətdə işləmişdir. 1985-ci ildə Rahibə qurama «Dövlət əmlakının mənimsənilməsi» ittihamı ilə səkkiz il iş kəsilmiş, 1988-ci ilin aprel ayında Rahib azadlığa buraxılmışdır. Ailəli olmiş, dörd qızı və dörd oğlu yadigar qalmışdır. Böyük qızı Xəyalə 1965-ci ildə, kiçik qızı Mariyə isə 1981-ci ildə anadan olmuşdur. == Qanlı Yanvar faciəsi == Hadisə fevral ayının 12-də təxminən saat 16.30 dəqiqədə Salyan kazarması istiqamətində, «Xəzər» kinoteatrının yaxınlığında olmuşdur. Həmin dövrdə Rahib Bakıya öz pasportunun dalınca gəlmişdir. Hadisə baş verən vaxt mərhumla bir maşında olmuş Rəcəb Əliyevin dedikləri: Quba şəhər qəbiristanlığında dəfn edilmişdir.
Rahib Məmmədov
Rahib Məmmədov (əsgər) — Azərbaycanlı əsgər, "Qırmızı Ulduz" ordeni laureatı. Rahib Məmmədov (atlet) — Azərbaycanlı yüngül atlet.
Rahib Qarayev
Rahib Qarayev (Rahib Arif oğlu Qarayev; d. 1986) — Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltaraşlıq kafedrasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış heykəltaraş.. == Həyatı == Qarayev Rahib Arif oğlu 8 aprel, 1986-cı il Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1993-cü ildə Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbinin 1-ci sinifinə başlamışdır. 2004-cü ildə Masallı rayonunun Yeddioymaq kənd T.M.Bayraməlibəyov adına orta məktəbini bitirmişdir. 2000-2008-ci illərdə Masallı rayonun Qasımlı kəndində İlqar Balayevin emalatxanasında heykəltaraşlıq dərsləri almışdır. Onun bu sahəyə olan marağı hələ uşaqlıq illərindən yaranıb. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsinə daxil olmuş, 2012-ci ildə bakalavr pilləsini bitirib elə həmin ildə magistratura pilləsinə daxil olmuşdur. 2014-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltaraşlıq kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2015-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur.
Rahib Quliyev
Rahib Qədimov
Rahib Əliabbas oğlu Qədimov (1920, Bakı — 1988, Bakı) — milyonçu, xeyriyyəçi neft maqnatı Məşədi Kampanın nəvəsi, karikaturaçı rəssam. == Həyatı == Rahib Əliabbas oğlu Qədimov 1920-ci ildə anadan olmuşdur. Balaxanıdakı məktəbdə orta təhsil aldıqdan sonra Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olmuşdur. Rəssamlıq məktəbini bitirdikdən sonra ordu sıralarına çağırılmış və Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. == Fəaliyyəti == Müharibədən sonra Rahib Qədimov uzun müddət respublikanın "Kommunist", "Bakinski raboçi", "Vışka", "Kirpi" və başqa qəzet və jurnallarında müntəzəm olaraq siyasi cəhətdən kəskin, sənətkarlıq nöqteyi nəzərindən yetkin karikaturalarla çıxış etmişdir. O çox cəld işləyən, məhsuldar rəssam kimi ad çıxarmışdı. Qəzetlərdən oxuduğu gündəlik siyasi məlumatlara, səhərisi gün karikaturaları qəzetlərdə çap olunurdu. Eyni zamanda Balaxanı məktəbində də dərs demişdir. Onun "Müstəmləkə sistemin aqibəti", "Sirkə nə qədər tünd olsa, öz qabını çatdadar", "Müharibə aşiqi", "Xam xəyal", "Sözdə və işdə", "Gedər-gəlməz yol" və bir çox başqa karikaturaları sənətkarlıq və aktuallıq baxımından yüksək qiymətləndirilmişdir. O, həm Rəssamlar İttifaqının həm də Jurnalistlər İttifaqının üzvü idi.
Rahib Qərib
Rahib Qərib (tam adı: Qəribov Rahib Mirzəkərim oğlu; 3 may 1967, Dağ Üzü, Yardımlı rayonu) — ANS televiziyasının aparıcısı, hərbi telejurnalist, ehtiyatda olan mayor. == Həyatı == Rahib Qəribov 3 may 1967-ci ildə Yardımlı rayonunun Dağüzü kəndində anadan olub. M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Yardımlı rayonunun "Zirvə" qəzetində başlayıb. 1984-cü ildən fasiləsiz olaraq mətbuat sahəsində çalışır. Sabiq sovet ordusu sıralarında xidməti Daxili Qoşunların Uzaq Şərq və Şərqi Sibir dairəsinin "Dalnevostoçnıy çasovoy" qəzeti redaksiyasında keçib. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında səhər proqramının aparıcısı, redaktoru vəzifəsində çalışıb. == Fəaliyyəti == 1993-cü ildən 2010-cu ilə qədər Müdafiə Nazirliyinin sənədli filmlər kino-telestudiyasının baş redaktoru vəzifəsində xidmət keçərək ardıcıl cəbhə bölgələrindən hazırlanan AzTV-də efirə verilən “And” hərbi proqramının müəllifi və aparıcısı olub. Birinci Qarabağ savaşından, onun qəhrəmanlarının döyüş yolundan, ordu quruculuğundan bəhs edən onlarla sənədli filmin müəllifidir. Müharibə veteranı, tanınmış müharibə reportyorudur.
Rahib Zeynalov
Rahib Rəşid oğlu Zeynalov — Azərbaycan alimi, İnnovativ İstehsalat Mərkəzinin direktoru, texnika elmləri doktoru == Ümumi məlumatlar == Rahib Rəşid oğlu Zeynalov 1936-cı ildə Azərbaycan SSR Salyan rayonunda qulluqçu ailəsində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsi (Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər) şöbəsinə daxil olmuş, 1958-ci ildə oranı Mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. O vaxt ki Xalq Təsərrüfatı Şürasının Maşınqayırma İdarəsinin göndərişi ilə SM Kirov adına (Qazıma alətləri) zavodunda əmək fəaliyyətinə başlamışdır. == Təhsili == 1953-1958 - Azərbaycan Politexnik İnstitutu, mühəndis-mexanik 1967-1969 - Azərbaycan Patentşünaslıq İnstitutu - patentşünas 2008-2008 - Milli Neft və Qaz İnstitutu (Moskva şəhəri) - neftqazmədən avadanlığı təhlükəsizliyi üzrə ekspert 2009-2009 - Sertifikasiya, Standartlaşma və Metrologiya Akademiyası - ixtisasın artırılması 2009-2012 - Texniki Tənzimləmə və Metrologiyanın Federal Agentliyi (Moskva şəhəri) - ekspert == Əmək fəaliyyəti == 1958-1965 - SM Kirov adına Qazıma alətləri zavodunda (qıfıl sexində) briqadir, usta köməkçisi - mühəndis-texnoloq, zavodun texniki şöbəsində mühəndis-texnoloq, böyük mühəndis-texnoloq, baş texnoloqun müavini, zavodun texniki nəzarət şöbəsinin eksport üzrə müavini 1965-1969 - zavodun xüsusi konstruktor bürosunda İqtisadi əsaslandırma və buraxılan məhsulun tədqiqi və patent informasiya şöbəsinin rəisi 1969-1970 - texniki hazırlıq üzrə baş mühəndisin müavini 1970 - 1975 - zavodun Texniki Nəzarət şöbəsinin rəisi 1975-1994 - zavodun baş konstruktoru 1994-1998 - Bakı Maşınqayırma zavodunun direktoru 1998-2001 - Azərbaycan Maşınqayırma Texnologiyası İnstitutu, marketinq üzrə direktor 1998-2003 - Azərbaycan Elmlər Akademiyasında Təcrübə sınaq zavodunun baş direktoru 2001-2013 - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Neftin, qazın geotexnoloji problemləri və Kimya ETİ-da böyük və aparıcı elmi işçi 2015 - İnnovativ İstehsalat Mərkəzinin (MMC) direktoru. == Elmi fəaliyyəti == 1970 - Azərbaycan Politexnik İnstitutunun aspirantı (istehsalatdan ayrılmadan) 1976 - Texnika elmləri namizədi elmi dərəcə 2006 - Dosnet elmi dərəcə 2008-2009 - AR Prezidentinin yanında Ali Attestasiya Komissiyasının Texnika və Yer elmləri üzrə ekspert komissiyasının elmi katibi 2011 - "Neftin, qazın geotexnoloji problemləri və Kimya" ETİ-da doktorant 2011-2012 - "Neftin, qazın geotexnoloji problemləri və Kimya" ETİ-da dissertasiya şurasının elmi katibi İmpakt faktor göstəricisi, uyğun olaraq 0,55 və 0,58 olan "Нефтепромысловое дело" və "Оборудование и Технологии" (Москва ВНИИОЭНГ) jurnalının redaksiya heyətinin üzvü 2015 - Texnika elmləri doktoru == Elmi titulları == 1970 - Azərbaycan Politexnik İnstitutunda aspirant (istehsalatdan ayrılmadan) 1976 - Texnika elmləri namizədi 2006 - Dosent elm adı 2009 - Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü 2015 - Rusiya Mühəndislik Akademiyasının həqiqi üzvü 2015 - Böyük Britaniya və ABŞ Attestasiya sistemində standartlaşdırma, metrologiya, texniki tənzimləmə, neftmaşınqayırma və patent ekspertizası ixtisasları üzrə texnika elmləri doktoru 2016 - Beynəlxalq Akademiya Akkreditasiya, Attestasiya Komitəsinin səlahiyyətli nümayəndəsi == Əsas elmi nailiyyətləri == 1994-1997 - Azərbaycan ilk dəfə zavod məhsullarına və onların istehsalına Rusiya Federasiyasının uyğunluq sertifikatı almışdır. 1996 - Azərbaycanda MDB ölkələrində ilk dəfə qazıma borularına qaynaq edilən qıfılların istehsalına Amerika Neft İnstitutunun (API) 7-ci təsnifatı üzrə istehsalını təşkil etmiş və 1996-1997-ci illər üçün 12 milyon ABŞ dolları dəyərində Taqanroq Metallurgiya zavodu ilə müqavilə imzalanmışdır. 2000-2001 - Binəqədi Maşınqayırma zavodu - Törəmə Açıq Səhmdar Cəmiyyəti ilə sonuncunun istehsal etdiyi məhsulları və istehsalı API standartları tələblərinə uyğun sertifikasiyaya hazırlamaq üçün ümumi dəyəri bir milyard 200 milyon manat olan müqavilə bağlamış və müqaviləni vaxtında və yüksək keyfiyyətdə yerinə yetirmişdir. 2001-2002 - Dünya Bankının 5 Xəzəryanı ölkələrin "Neftləçirklənmiş torpaqların təmizlənməsi" mövzusunda qrantın qaliblərindən biri olmuşdur. 2010-2012 - Azərbaycan Respublikasının Prezidentinin yanında "Elmin İnkişaf Fondunun" konkurslarında 3 layihə üzrə iştirakçı olmuşdur. 2008-2012 - Azərbaycan Mühəndislik Akademiyasının təsərrüfat hesablı müqavilələrin realizasiyasında bilavasitə iştirak etmişdir.
Rahib Əbiyev
Rahib Əbiyev (Əbiyev Rahib Hidayət oğlu; d. 1966. Həsənli, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ) — texnika elmləri doktoru, professor. Yakın Doğu Universitetinin kompüter mühəndisliyi kafedrasının müdiri. == Həyatı == Əbiyev Rahib Hidayət oğlu 1966-cı il yanvarın 8-də Azərbaycan Respublikasının Cəlilabad rayonunun Həsənli kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (AzNKİ, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)) daxil olub. 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1989-cu ildə ali məktəbi “Sənaye istehsal proseslərinin avtomatlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1990-1993-cü illərdə R.Əbiyev AzNKİ-nin avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasında aspiranturada oxuyub, aspiranturanı bitirəndən sonra AzNKİ-nin “İstehsalatı intellektual idarəetmə sistemləri” elmi-tədqiqat laboratoriyasında işə başlayıb. 1997-ci ildə R.Əbiyev namizədlik dissertasiyası müdafiə edib.
Rahib Əliyev
Rahib Seyidağa oğlu Əliyev (12 iyul 1945, Bakı – 28 mart 2024, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006). == Həyatı == Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, çox gənc yaşlarından Sovet hakimiyyəti dövründə fəaliyyət göstərən xalq teatrlarında, eləcə də 1950-ci ilin sonlarından dram dərnəklərində aktyor kimi çıxış etmiş, bir sıra obrazlar yaratmışdır. Aktyor 1965-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsinə daxil olmuş, 1969-cu ildə oranı bitirmişdir. Hələ institutda oxuyarkən 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuş və həmin tarixdən etibarən fasiləsiz olaraq bu teatrda çalışmışdır. Rahib Əliyev 18 sentyabr 1968-ci ildən rəsmi olaraq öz aktyorluq karyerasına başlamışdır. 1974-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü idi. Rahib Əliyev 28 mart 2024-cü ildə vəfat edib. == Fəaliyyəti == Rahib Əliyev Gənc Tamaşaçılar Teatrının səhnəsində 70-dən artıq obraz yaratmışdır. Onun yaratdığı Cəbi, Vəzir, Aşıq, Mirzə Salman, Hərbi geyimli, Babaşov, Tülkü, Baba, Dünyagörmüş, İsmayıl, Molla Əsədulla, Molla Xudaverdi, Kərəmli, Bəkir Eniştə, Fərəcov, Aramış Aşotoviç, Vəzir, Ancelo, Qoca, Rəhim kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
Rahib (ad)
Rahib — ad. Rahib Azəri Rahib Zeynalov Rahib Babayev Rahib Fətəliyev Rahib Cəbrayılov Rahib Hacıismayılov Rahib Məmmədov Rahib Məmmədov (əsgər) — Azərbaycanlı əsgər, "Qırmızı Ulduz" ordeni laureatı. Rahib Məmmədov (atlet) — Azərbaycanlı yüngül atlet.
Rahib (dəqiqləşdirmə)
Rahib — ad. Rahib Azəri Rahib Zeynalov Rahib Babayev Rahib Fətəliyev Rahib Cəbrayılov Rahib Hacıismayılov Rahib Məmmədov Rahib Məmmədov (əsgər) — Azərbaycanlı əsgər, "Qırmızı Ulduz" ordeni laureatı. Rahib Məmmədov (atlet) — Azərbaycanlı yüngül atlet.
Rahimə Piristü Sultan
Rəhimə Pərəstu Sultan (1826, Çərkəzistan – 1904, Maçka) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 34-cü Osmanlı sultanı II Əbdülhəmidin mənəvi anası və Osmanlı tarixinin son validə sultanı. == Həyatı == === Gənclik illəri === I Əbdülhəmidin qızı və Sultan Əbdülməcidin bibisi olan Əsma Sultan İstanbuldakı köşklərində mükəmməl bir həyat yaşayırdı. Ancaq yenə də bədbəxt idi. Çünki bir övladı olmamışdı. Nəhayət uzun müddət sonra, Şimali Qafqazdakı ubix əsilli ailələrin birindən bir övlad alıb böyütməyə qərar verdi. Bu isə Gök bəy Gögenin bir yaşlı qızı Rəhimə oldu. Uşaq o qədər incə və zərif idi ki, adı dəyişdirildi və farsca qaranquş mənasına gələn Piristü adı verildi. Əsma Sultanın sarayında mükəmməl saray təhsili alan Rəhimə Pərəstu Sultan əsl sultan kimi böyüdüldü. Sultan Əbdülməcid vəliəhd olduğu illərdə tez-tez bibisini ziyarət edir, onun tövsiyələrini dinləyirdi. Sultan olduqdan sonra da bu ziyarətləri davam etdi.