Rahib Cəbrayılov

Rahib Ramil oğlu Cəbrayılov (26 dekabr 2001; Yevlax, Azərbaycan28 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Rahib Cəbrayılov
Rahib Ramil oğlu Cəbrayılov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Yevlax, Azərbaycan
Vəfat tarixi (18 yaşında)
Vəfat yeri Suqovuşan, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Yevlax
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbə Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020, "Cəsur döyüşçü" medalı — 2020

Həyatı[redaktə | mənbəni redaktə et]

Rahib Cəbrayılov 2001-ci il dekabrın 26-sında Yevlax şəhərində anadan olub.[2]

2007-ci ildə Quşçu kənd ümumi orta məktəbin 1-ci sinfinə daxil olub. 2016-2018-ci illərdə Xaldan kənd kompleks tam orta məktəbində 10-11-ci sinifləri oxuyub.

Rahib hərbçi olmağı arzulasa da, səhhətindəki problem Hərbi Akademiyaya getməsinə mane olur. Həmin problemə görə hərbi xidmətə də aparılmayacaqdı. Ancaq Rahibin ard-arda müraciəti nəticəsində könüllü 2020-ci il mayın 27-də hərbi xidmətə yollanır. Xidmətini Füzulinin Kürmahmudlu kəndində yerləşən hərbi hissədə yerinə yetirib.[3]

Hərbi xidmətləri[redaktə | mənbəni redaktə et]

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rahib Cəbrayılov Madagizin azad edilməsində savaşıb. Rahib Cəbrayılov 28 sentyabr 2020-ci il tarixində şəhid olub. Yevlaxda dəfn edilib.[4]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rahib Cəbrayılov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[6]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
  2. "Şəhid Rahib Cəbrayılov". 2022-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  3. "Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!". 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  4. "Yevlaxda şəhid Rahib Cəbrayılovun doğum günü qeyd olunub". 2022-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  5. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
  7. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.