Rahib Hacıismayılov

Rahib Məmmədemin oğlu Hacıismayılov (17 sentyabr 1991; Şəki, Azərbaycan20 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]

Rahib Hacıismayılov
Rahib Məmmədemin oğlu Hacıismayılov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şəki, Azərbaycan
Vəfat tarixi (29 yaşında)
Vəfat yeri Tərtər, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Şəki
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbə Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Ağdərə döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2020, "Suqovuşanın azad olunmasına görə" medalı — 2020, "Cəsur döyüşçü" medalı — 2021

Həyatı[redaktə | mənbəni redaktə et]

Rahib Hacı İsmayılov 17 sentyabr 1991-ci ildə Şəkidə anadan olub.[3] 2007-ci ildə Şəki şəhər 19 saylı tam orta məktəbinin 9-cu sinfini bitirib.[4][5]

Hərbi xidmətləri[redaktə | mənbəni redaktə et]

Rahib Hacı-İsmayılov 2010-cu ilin əvvəlindən 2011-ci ilin aprel ayınadək Xızıda yerləşən “N” saylı xüsusi təyinatlı hərbi hissədə həqiqi hərbi xidmətdə olub.[6]

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rahib Hacı-İsmayılov Tərtər Ağdərə döyüşlərində savaşıb. Tərtərin Tülkü Dərəsi, Qapanlı, Ballı Qaya istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib. 20 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində şəhid olub. Şəkidə Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib..

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Hacıismayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rahib Hacıismayılov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rahib Hacıismayılov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[9]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
  2. "İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçular". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-19.
  3. "Şəhid Rahib Hacıismayılov". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-19.
  4. "Rahib Hacı İsmayılov". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-19.
  5. "Şəhid Rahib Hacı İsmayılov". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-19.
  6. "Onlar iki dost idilər... - Şəki şəhidlərinin qəhrəmanlıq hekayəsi". 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-19.
  7. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  8. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  9. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
  10. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.