Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sərhədçi İdman Olimpiya Mərkəzi
"Sərhədçi" İdman Olimpiya Mərkəzi — Azərbaycanın onlarla möhtəşəm idman qurğularından biri. 31 avqustda Bakının Xətai rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) "Sərhədçi" İdman Olimpiya Mərkəzinin açılışı olmuşdur. Yüksək keyfiyyət göstəricilərinə malik olan bu idman mərkəzində tez-tez beynəlxalq yarışlar, ölkə miqyaslı mötəbər turnirlər keçirilir. Təşkilatçılar yarışları əsasən Sərhədçi İdman Olimpiya Mərkəzində keçirməyə üstünlük verirlər. Yüksək standartlara cavab verən bu iri diman obyektindəki şərait idmançı və məşqçiləri, eləcə də tamaşaçıları hərtərəfli qane edir. "Sərhədçi" İdman Olimpiya Mərkəzi 3 hektar ərazidə inşa olunmuşdur və tikintinin ümumi sahəsi 37.300 kvadratmetrə bərabərdir. Mərkəz üçmərtəbəli universal zaldan, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün 2 açıq meydançadan, üzgüçülük hovuzundan, avtomobil dayanacağından, yardımçı binalardan və mehmanxanadan ibarətdir. Ərazidə quraşdırılmış 4 ekran vasitəsilə mərkəzdə eyni vaxtda keçiriləcək ayrı-ayrı yarışlar nümayiş etdiriləcəkdir. Bu mərkəz respublikamızda son illərdə inşa olunan ən böyük və əzəmətli idman qurğularından biridir. Ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılmış, çəmənliklər salınmış, dekorativ ağac və kollar əkilmişdir.
Azərbaycan sərhədçiləri (film, 1951)
Azərbaycan sərhədçiləri qısametrajlı sənədli filmi rejissor Lətif Səfərov tərəfindən 1951-ci ildə çəkilmişdir. Film sərhəd qoşunlarının yubileyinə həsr olunmuşdur. == Məzmun == Film sərhəd qoşunlarının yubileyinə həsr olunmuşdur. == Film haqqında == Film məqsədli kinojurnaldır.
Bizim Sərhədçilər (1971)
Bizim sərhədçilər qısametrajlı sənədli televiziya filmi rejissor Gavə Həsənov tərəfindən 1971-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film sərhəd zastavalarından birinin həyatı haqqındadır. == Məzmun == Film sərhəd zastavalarından birinin həyatı haqqındadır.
Bizim sərhədçilər (film, 1971)
Bizim sərhədçilər qısametrajlı sənədli televiziya filmi rejissor Gavə Həsənov tərəfindən 1971-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film sərhəd zastavalarından birinin həyatı haqqındadır. == Məzmun == Film sərhəd zastavalarından birinin həyatı haqqındadır.
Mən Sərhədçiyəm (1976)
Mən sərhədçiyəm (film, 1976)
Sərhədçilər
Frontirçilər (ing. frontiersmen, ing. frontierswomen) — məskunlaşmış və məskunlaşmamış torpaqlar arasındakı frontirdə yaşayan insanlar. Burada frontir sivilizasiya ilə naməlum çöllük arasında bir yer hesab olunurdu. Frontirçilər tez-tez torpağı təmizləyir, sığınacaqlar tikir, uşaq böyüdür, məhsul yetişdirirdilər. Ovçuluq və heyvanların tutulması ətin əsas mənbələri idi. Heyvanların xəzlərindən və dərilərindən paltar hazırlanırdı. Tanınmış Amerika frontirçiləri arasında Devi Krokett, Deniel Bun və Kit Karson var. ABŞ, Kanada və Avstraliya çoxlu sayda frontirçilərin tapıldığı ölkələrdir.
Sərhədi
Sərhədi (kürd. Serhedî), həmçinin şimali kurmanc dili (kürd. Kurmancîya bakur) — Türkiyədə və İran Kürdüstanının şimal-qərbində yayılmış kürd dillərinin variasiyalarından biri. Kurmanc dilinin növlərindən biri kimi təsnif edilir.
Konrad sərhəddi
Konrad sərhəddi (ing. Conrade discontinuity) — seysmik dalğaların sürətinin artması ilə müəyyən edilən yer qabığının qranit (yuxarı) və bazalt (aşağı) təbəqələrini ayıran şərti sərhəd. Konrad sərhəddindən keçərkən uzununa seysmik dalğaların sürəti təxminən 6-dan 6,5 km/s-ə qədər kəskin şəkildə artır. Bir sıra yerlərdə səth izlənilmir və seysmik dalğaların sürətləri dərinliyə doğru tədricən artır. Bəzən, əksinə, sürətlərin kəskin artmasının bir neçə səthi izlənilir. Konrad sərhəddi materik qabığının müxtəlif bölgələrində 15–20 km dərinlikdə izlənilir, lakin okean qabığının altında rast gəlinmir. == Yaranması == 1925-ci ildə Alp dağlarında zəlzələni tədqiq edərkən sərhədin mövcudluğunu təyin etmiş Avstriya geofiziki V. Konradın şərəfinə adlandırılmışdır. Bununla belə, 1960-cı illərdən başlayaraq bu nəzəriyyə geoloqlar arasında fəal şəkildə mübahisə edilir, çünki Konrad sərhəddin dəqiq geoloji əhəmiyyəti hələ də aydınlaşdırılmayıb. Kola dərin quyunun qazılması zamanı da müəyyən edilməmişdir. Amfibolit fasiyasından qranulit fasiya metamorfizminə keçidi təmsil etməsi ehtimalını Vredefort strukturunun yuxarı mərkəzi hissəsinin və onu əhatə edən Kaapvaal kratonunun müşahidələri ilə təsdiq edilmişdir.
Biosenozun sərhədi
Biosenozun sərhədi — dominant növlər qrupunun bir-birini əvəz etdiyi zolaq. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Dövlət sərhədi
Dövlət sərhədi — dövlət ərazisinin kənar xəttini (quruda) göstərən ensiz vertikal səth. Müstəqil dövlətin fəaliyyət məhdudiyyəti. == Maraqlı faktlar == 2006-cı ildə ABŞ prezidenti Corc Buş Meksikadan qeyri-leqal miqrasiyanın qarşısını almaq üçün sərhəddə sədd tikmək haqqında qanun imzalayır. Rusiyanın 26 ölkə ilə dövlət sərhəddi vardır. == Həmçinin bax == Dövlət sərhəd keçid məntəqəsi == Mənbə == Vikianbarda Dövlət sərhədi ilə əlaqəli mediafayllar var.
Moxoroviçiç sərhədi
Moxo (Moxoroviçiç) səthi — materiklərdə və okeanlarda Yer qabığı ilə mantiya arasında yerləşən xüsusi qatdır. Bu səthdə seysmik dalğalarrın sürəti sıçrayışla 6,4-dən 8 km/san-dək artır. == Kəşf olunma tarixi == 1909-cu ildə Balkan yarımadasında Zaqreb şəhəri yaxınlığında güclü zəlzələ baş verdi.Xorvat geofiziki Andriya Moxoroviçiç bu hadisə baş verən anda yazılmış seysmoqramı öyrənərkən təyin edir ki, təqribən 30 km dərinlikdə seysmik dalğaların sürəti əhəmiyyətli dərəcədə artır. Sonra başqa seysmoloqlar da təsdiq etdilər ki, buna bənzər hadisələr hər yerdə 30 km-ə yaxın dərinliklərdə baş verir. == Dərinliyi == Moxo səthinin dərinliyi Yer kürəsində fərqli fərqli ölçüyə malikdir.Okeanlarda onun dərinliyi daha az,materiklərdə isə daha dərindir. Orta hesabla litosferin səthindən 5 km-dən 75 km-ə qədər dərinlikdə yerləşir. == Adlandırılması == Bu səthi ifadə etmək üçün xüsusi termin-Moxoroviçiç səthi(bəzən bunu sərhəd və ya sədd adlandırırlar)termini qəbul edildi.Slavyan soyadı çətin tələffüz edildiyindən bəzi alimlər onu əksər hallarda Moxo səthi və hətta M səthi kimi işlədirlər.
Avropa-Asiya sərhəddi
Avropa-Asiya sərhədi — Avropa və Asiya arasındakı sərhəd çox vaxt Ural dağlarının şərq ətəyi və Muğalcar, Emba çayı, Xəzər dənizinin şimal sahili, Kumo-Manıç çökəkliyi və Kerç boğazı olaraq götürülür. Rusiya ərazisində sərhədin ümumi uzunluğu təxmini 5524 km-dir (bunun 2000 km Ural silsiləsi boyunca, 990 km Xəzər dənizi boyunca yerləşir.). Bəzi mənbələrdə Avropa sərhədinin tərifinin fərqli bir versiyası var: Ural silsiləsi, Ural çayı və Qafqaz silsiləsinin suayrıcısı. Avropanın ayrılması özü məntiqin və coğrafi şərtliliyin deyil, tarixin nəticəsidir. == Tarix == Eramızdan əvvəl VI əsrdən etibarən Avropa və Asiyanın sərhəddi indiyə qədər qərbdən şərqə doğru əhəmiyyətli bir hərəkətlilik yaşamışdır. Qədim yunanlar bunu Aralıq dənizinin orta hissəsinə qədər uzatmışdılar. Daha sonra e.ə. 524–457-ci illərdə Kerç boğazı və Don çayı sərhəd sayılmağa başlanılır. Ptolemeyin böyük elmi nüfuzu bu fikrin möhkəm qurulmasının və XVIII əsrə qədər dəyişməməsinin səbəbi idi. 1730-cu ildə İsveç alimi Filipp İohann fon Stralenberq dünya elmi ədəbiyyatında Avropa ilə Asiya arasında sərhəd çəkmək fikrini ilk dəfə əsaslandırır.
Azərbaycan-Rusiya sərhədi
Azərbaycan-Rusiya sərhədi — Azərbaycan və Rusiya arasında dövlətlərarası sərhəd. Sərhəddin uzunluğu 327,6 km (55,2 km çay, 272,4 km quru) quru sərhəddi, 22,4 km isə dəniz sərhəddidir. Sərhəddə Rusiya Federasiyasının ən ucqar cənub nöqtəsi yerləşir. 1991-ci ildə Rusiya ilə Azərbaycan haqqında bu sərhəd dəqiqləşib. Rusiya ilə Azərbaycan arasında avtomobil, dəmir və piyada keçidləri müxtəlif hissələrdə yerləşir. Onlardan biri dağlıq və dağətəyi zonadakı (Samurçay üzərindən), digəri isə aşağıdan (Samurçayın deltasının üzərindən) keçir. Keçmiş sərhəddə isə iki Rusiya eksklavası Xraxoba və Uryanobadır. Azərbaycan sərhəddi daxilində etnik qruplardan ləzgilər yaşayır. Sərhəd haqqında Azərbaycan və Rusiya ilə 2010-cu ildə müqavilə bağlanıb. Sərhəd çayı olan Samurçaydan suvarmada istifadə olunur.
Azərbaycan-Türkiyə sərhədi
Azərbaycan-Türkiyə sərhədi — iki ölkə arasında uzunluğu 15 km olan sərhəd. Bu hər iki ölkə üçün ən qısa sərhəd xəttidir. Sərhəd Türkiyədə İğdırın cənub-şərqində və Naxçıvan MR-in şimal-qərbindən keçir. Sərhəd Rusiya və Türkiyə arasında 1921-ci ilin martın 16-da bağlanmış müqavilə əsasında yaradılmışdır. Sərhəd xətti Araz çayı boyunca müəyyən edilmişdir. == Coğrafiyası == Araz çayı boyu sərhəd uzanır. Dərhal yaxınlığında olan torpaq düz və inkişafsız, dörd xətli yol və iki gömrük keçid məntəqəsi var. Sərhəddən təxminən 7 km aralı Azərbaycan Respublikası daxilində Sədərək yaşayış məntəqəsi yerləşir. Türkiyə tərəfdə isə ənyaxın yaşayış məntəqəsi 28 km məsafədə yerlşən Aralıq kəndidir. == Keçid == 22 may 1992-ci ildə Araz çayı üzərində 2 ölkənin sərhəd keçid məntəqələrini birləşdirən Ümid körpüsü istifadəyə verilib.
Azərbaycan-İran sərhədi
Azərbaycan-İran sərhədi (fars. مرز آذربایجان و ایران‎) — Azərbaycanla İran arasında dövlət sərhədi. Ümumi uzunluğu 689 km-dir. Sərhəd bir-birinə bitişik olmayan iki hissədən ibarətdir. == Təsvir == === Qərb (Naxçıvan) bölməsi === Azərbaycan-İran sərhədinin qərb (Naxçıvan) hissəsi şimal-qərbdə Araz çayı üzərindəki Türkiyə ilə sərhəd qovşağından başlayır. Bu çay boyunca cənub-şərq istiqamətində, Araz su anbarı vasitəsilə davam edir və Ermənistanla sərhəd qovşağında bitir. === Şərq bölməsi === Azərbaycan-İran sərhədinin şərq hissəsi qərbdən Arar çayı üzərindəki Ermənistanla sərhəddən başlayır və daha sonra bu çayı şimal-şərq istiqamətində izləyir. Sərhəd Bəhrəmtəpənin cənubundakı bir nöqtədə çay yatağından kəskin şəkildə cənub-şərqə dönərək Muğan düzündən Bolqarçay çayına keçir. Sonra bu çay boyunca cənuba uzanır və geniş S şəkilli bir hissə meydana gətirir. Çayın mənbəyi Yardımlı şəhəri yaxınlığında yerləşir.
Azərbaycan–Ermənistan sərhədi
Azərbaycan–Ermənistan sərhədi — Azərbaycan və Ermənistan arasında dövlət sərhədi. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinnin uzunluğu 996 ilə 1007.1 km arasında dəyişir. Avropa marşrutları E002 və E117 sərhəddən keçir. De-Yure Azərbaycan-Ermənistan sərhədi keçmiş Azərbaycan SSR və Ermənistan SSR arasındakı sərhədlə uyğundur və iki əsas hissədən ibarətdir: qərbdə Ermənistan və Azərbaycanın Naxçıvan eksklavı arasında və şərqdə Ermənistan ilə "materik" Azərbaycan arasında daha uzun bir hissə. Bundan əlavə, de-yure, sərhədin hər iki tərəfində bir sıra anklavlar var, lakin faktiki olaraq indi onlar müfafiq dövlətlərin nəzarətindədir. Faktiki olaraq, Azərbaycan-Ermənistan sərhədi ilə bağlı vəziyyət daha mürəkkəbdir — sərhədin qərbi Naxçıvan bölməsi mübahisəli deyil (Kərki anklavı istisna olmaqla), ancaq şərq sərhədlərinin bir qisminə Azərbaycan nəzarət etmir. 1990-cı illərdə Qarabağ münaqişəsinin kəskinləşməsindən sonra, sərhədin rəsmi şərq hissəsi faktiki olaraq təxminən yarısına qədəri və sərhədin cənub sektoru Azərbaycan ərazisinin daxilin uzanan, yalnız Dağlıq Qarabağın əksər hissəsini deyil, həm də Azərbaycanın əhəmiyyətli hissəsini əhatə edən "Təmas xətti" ilə formalaşır. Ermənistan faktiki bu ərazini işğal edir. Nəticədə işğal olunan ərazilərdə Qondarma Dağlıq Qarabağ Respublikasını təşkil edilir. Ermənistanla QDQR arasındakı sərhəd de-yure Azərbaycan–Ermənistan sərhədi boyunca davam edir.
Azərbaycan–Gürcüstan sərhədi
Azərbaycan–Gürcüstan sərhədi — Azərbaycan və Gürcüstan arasında dövlət sərhəddinin uzunluğu 428 km-dir. Qərbdə Ermənistanla sərhəd qovşağından şərqdə Rusiya ilə sərhəd qovşağına qədər uzanır. == Təsvir == Azərbaycan-Gürcüstan sərhədi qərbdən Ermənistanla sərhəddən başlayır və Candargöl gölünü keçərək cənub-şərq istiqamətində uzanır. Bir qədər sonra Azərbaycanın Mingəçevir su anbarının ətrafından şimal-şərqə doğru qalxır. Sonra sərhəddin bir hissəsi Qanıxçayın yatağını təşkil edir. Əvvəlcə şimal-şərqə, daha sonra şimal-qərb istiqamətində gedir. Bundan əlavə sərhəd Şromis-Xevi su axını ilə şimala doğru keçir. Burada Azərbaycanın Yeni-Şərif kəndi ərazisində Matsinis-Tskali çayına şərqə bir dönüş və sonuncunun mənbəyində Rusiya ilə sərhəd qovşağına çatır. == Tarixi == XIX əsrdə tənəzzülə uğrayan Qafqaz bölgəsi Osmanlı, Qacar dövləti və Rusiya İmperiyası arasında hərbi poliqona çevrilmişdi. Rusiyanın cənub istiqamətində genişlənən genişlənən hərbi müdaxiləsi vardı.
Azərbaycan–Rusiya sərhədi
Azərbaycan-Rusiya sərhədi — Azərbaycan və Rusiya arasında dövlətlərarası sərhəd. Sərhəddin uzunluğu 327,6 km (55,2 km çay, 272,4 km quru) quru sərhəddi, 22,4 km isə dəniz sərhəddidir. Sərhəddə Rusiya Federasiyasının ən ucqar cənub nöqtəsi yerləşir. 1991-ci ildə Rusiya ilə Azərbaycan haqqında bu sərhəd dəqiqləşib. Rusiya ilə Azərbaycan arasında avtomobil, dəmir və piyada keçidləri müxtəlif hissələrdə yerləşir. Onlardan biri dağlıq və dağətəyi zonadakı (Samurçay üzərindən), digəri isə aşağıdan (Samurçayın deltasının üzərindən) keçir. Keçmiş sərhəddə isə iki Rusiya eksklavası Xraxoba və Uryanobadır. Azərbaycan sərhəddi daxilində etnik qruplardan ləzgilər yaşayır. Sərhəd haqqında Azərbaycan və Rusiya ilə 2010-cu ildə müqavilə bağlanıb. Sərhəd çayı olan Samurçaydan suvarmada istifadə olunur.
Azərbaycan–Türkiyə sərhədi
Azərbaycan-Türkiyə sərhədi — iki ölkə arasında uzunluğu 15 km olan sərhəd. Bu hər iki ölkə üçün ən qısa sərhəd xəttidir. Sərhəd Türkiyədə İğdırın cənub-şərqində və Naxçıvan MR-in şimal-qərbindən keçir. Sərhəd Rusiya və Türkiyə arasında 1921-ci ilin martın 16-da bağlanmış müqavilə əsasında yaradılmışdır. Sərhəd xətti Araz çayı boyunca müəyyən edilmişdir. == Coğrafiyası == Araz çayı boyu sərhəd uzanır. Dərhal yaxınlığında olan torpaq düz və inkişafsız, dörd xətli yol və iki gömrük keçid məntəqəsi var. Sərhəddən təxminən 7 km aralı Azərbaycan Respublikası daxilində Sədərək yaşayış məntəqəsi yerləşir. Türkiyə tərəfdə isə ənyaxın yaşayış məntəqəsi 28 km məsafədə yerlşən Aralıq kəndidir. == Keçid == 22 may 1992-ci ildə Araz çayı üzərində 2 ölkənin sərhəd keçid məntəqələrini birləşdirən Ümid körpüsü istifadəyə verilib.
Azərbaycan–İran sərhədi
Azərbaycan-İran sərhədi (fars. مرز آذربایجان و ایران‎) — Azərbaycanla İran arasında dövlət sərhədi. Ümumi uzunluğu 689 km-dir. Sərhəd bir-birinə bitişik olmayan iki hissədən ibarətdir. == Təsvir == === Qərb (Naxçıvan) bölməsi === Azərbaycan-İran sərhədinin qərb (Naxçıvan) hissəsi şimal-qərbdə Araz çayı üzərindəki Türkiyə ilə sərhəd qovşağından başlayır. Bu çay boyunca cənub-şərq istiqamətində, Araz su anbarı vasitəsilə davam edir və Ermənistanla sərhəd qovşağında bitir. === Şərq bölməsi === Azərbaycan-İran sərhədinin şərq hissəsi qərbdən Arar çayı üzərindəki Ermənistanla sərhəddən başlayır və daha sonra bu çayı şimal-şərq istiqamətində izləyir. Sərhəd Bəhrəmtəpənin cənubundakı bir nöqtədə çay yatağından kəskin şəkildə cənub-şərqə dönərək Muğan düzündən Bolqarçay çayına keçir. Sonra bu çay boyunca cənuba uzanır və geniş S şəkilli bir hissə meydana gətirir. Çayın mənbəyi Yardımlı şəhəri yaxınlığında yerləşir.
Ermənistan–Gürcüstan sərhədi
Gürcüstan–Ermənistan — Gürcüstan və Ermənistan arasında dövlət sərhədi. Ümumi uzunluğu 219 km km-dir. Qərbdən Türkiyə ilə sərhəd qovşağından başlayır və şərqdə Azərbaycanla sərhəd qovşağında bitir. == Təsviri == Sərhəd qərbdən Türkiyə ilə sərhəd qovşağından başlayır və bir sıra düzənsiz xətlər və Tona çayı boyunca şərqdə kiçik bir hissə ilə quru yolu ilə Azərbaycanla sərhəd qovşağına qədər uzanır. Sərhədin qərbində, daha dağlıq hissəsinə yaxın iki göl - Madatapa (Gürcüstanda) və Arpi (Ermənistanda) var. == Tarix == Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalayır. Bu müqaviləyə əsasən, Rusiya əvvəllər San Stefano və Berlin Müqaviləsi çərçivəsində əldə edilmiş əraziləri geri qaytarır. 1918-ci ildə Cənubi Qafqaz xalqları Rusiya imperiyasından müstəqillik qazanmaq üçün Zaqafqaziya Demokratik Federativ Respublikasını elan edir və Osmanlı İmperiyası ilə sülh danışıqlarına başlayır.
Ermənistan–Türkiyə sərhədi
Türkiyə–Ermənistan sərhədi (türk. Ermenistan–Türkiye sınırı, erm. Հայաստան–Թուրքիա սահման) — Türkiyə və Ermənistan arasında dövlət sərhədi. Sərhədin uzunluğu 311 km-dir və şimalda Gürcüstanla sərhəd qovşağından cənubda Azərbaycanla sərhəd qovşağına qədər uzanır. == Təsvir == Sərhəd şimaldan Gürcüstanla sərhədin Arpi gölünün qərb hissəsindəki kəsişməsindən başlayır və Ermənistanın dağlıq əraziləri boyunca bir sıra qeyri-bərabər xətlər boyunca cənuba uzanır. Qərbi Arpaçay çayına çataraq çaydan cənubdan Araz çayı ilə birləşməyə qədər davam edir və daha sonra şərqə sonra cənub-şərqə axan Arazı izləyir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə kəsişmə nöqtəsinə qədər uzanır. == Tarix == Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalayır.
Gürcüstan–Ermənistan sərhədi
Gürcüstan–Ermənistan — Gürcüstan və Ermənistan arasında dövlət sərhədi. Ümumi uzunluğu 219 km km-dir. Qərbdən Türkiyə ilə sərhəd qovşağından başlayır və şərqdə Azərbaycanla sərhəd qovşağında bitir. == Təsviri == Sərhəd qərbdən Türkiyə ilə sərhəd qovşağından başlayır və bir sıra düzənsiz xətlər və Tona çayı boyunca şərqdə kiçik bir hissə ilə quru yolu ilə Azərbaycanla sərhəd qovşağına qədər uzanır. Sərhədin qərbində, daha dağlıq hissəsinə yaxın iki göl - Madatapa (Gürcüstanda) və Arpi (Ermənistanda) var. == Tarix == Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalayır. Bu müqaviləyə əsasən, Rusiya əvvəllər San Stefano və Berlin Müqaviləsi çərçivəsində əldə edilmiş əraziləri geri qaytarır. 1918-ci ildə Cənubi Qafqaz xalqları Rusiya imperiyasından müstəqillik qazanmaq üçün Zaqafqaziya Demokratik Federativ Respublikasını elan edir və Osmanlı İmperiyası ilə sülh danışıqlarına başlayır.
Gürcüstan–Türkiyə sərhədi
Türkiyə–Gürcüstan sərhədi — Gürcüstan və Türkiyə arasında dövlət sərhədi. Ümumi uzunluğu 273 km-dir və qərbdən Qara dəniz sahillərindən şərqdə Ermənistanla sərhəd qovşağına qədər uzanır. == Təsviri == Gürcüstan-Türkiyə sərhədi qərbdən, Gürcüstanın kiçik Sarpi kəndinin cənubundakı Qara dəniz sahillərindən başlayır və daha sonra nizamsız bir zəncir boyunca şərqə uzanır. Sonra Aktaş gölündən keçərək Ermənistanla sərhəd qovşağına enərək cənub-şərqə geniş şəkildə əyilir. Bu sərhədin qərbİ Gürcüstanın muxtariyyatı olan Acarıstana məxsusdur. == Tarixi == Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalaYır. Bu müqaviləyə əsasən, Rusiya əvvəllər San Stefano və Berlin Müqaviləsi çərçivəsində əldə edilmiş əraziləri geri qaytarır. 1918-ci ildə Cənubi Qafqaz xalqları Rusiya imperiyasından müstəqillik qazanmaq üçün Zaqafqaziya Demokratik Federativ Respublikasını elan edir və Osmanlı İmperiyası ilə sülh danışıqlarına başlayır.
Qırğızıstan-Tacikistan sərhədi
Qırğızıstan–Tacikistan sərhədi — 984 km uzunluğa malikdir və Özbəkistanla üçlü nöqtədən Çinlə üçlü nöqtəyə qədər uzanır. == Təsvir == Sərhəd Tacikistanın şimalında Fərqanə Vadisində başlayır. Sərhəd qərbə doğru uzanır, Çorku şəhəri yaxınlığında kəskin bir tacik qabarıqlığı ilə, Tacik dənizinə çatır. Ancaq Tacikistan ərazisinin incə bir zolağı su anbarı ilə sərhəd arasında uzanır. Sərhəd Türküstan silsiləsi ilə yanaşı, şərqdə Çin ilə sərhəddə olan Alai və Trans-Alai silsilələri boyunca uzanır. == Anklavlar == Sərhəd boyunca Qırğızıstan ərazisinin içərisində yerləşən iki anklav (Vorux və Kayraqaç) var. == Tarix == Rusiya XIX əsrdə əvvəllər müstəqil olan Kokand, Xivə və Buxara əmirliyini özlərinə tabe edərək Orta Asiyanı fəth edir. Oktyabr İnqilabından və SSRİ-nin qurulmasından sonra Orta Asiyanı milli ərazi sərhədləri çərçivəsində etnik respublikalara bölmək qərara alınır. 25 fevral 1924-cü ildə Sov.İKP MK Siyasi Bürosu və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Orta Asiyada milli-ərazi sərhədlərini davam etdirəcəklərini elan edir. Bu proses bölgənin əsas millətlərindən hər biri üçün (qazaxlar, türkmənlər və özbəklər) üç alt komitə ilə Orta Asiya KP MK Siyasi Bürosunun Xüsusi Komitəsi tərəfindən nəzarət edilməli idi.
Qırğızıstan–Tacikistan sərhədi

Qırğızıstan–Özbəkistan sərhədi
Qırğızıstan-Özbəkistan sərhədi — Qırğızıstan və Özbəkistan arasındakı sərhəd Qazaxıstan sərhədindən Tacikistan sərhədinə keçən 1314 kilometr uzunluğundadır. Bu Qırğızıstanın ən uzun xarici sərhədidir. == Təsvir == Sərhəd Qazaxıstanla kəsişmədə şimaldan başlayır, sonra Qazaxıstan və Qırğızıstan arasında Özbəkistan ərazisi ətrafında əyilir; daha sonra sərhəd Pskem dağlarından keçir və bu ərazinin çox hissəsi bir sıra milli parklar tutur (Özbəkistanda Uqam-Çatkal Milli Parkı və Qırğızıstanda Beş-Aral Dövlət Təbiət Qoruğu). Sonra sərhəd Çatkal silsiləsini və Kurama dağlarını keçərək təqribən cənub-şərq istiqamətinə keçir, sonra Varzik şəhəri yaxınlığında Fərqanə Vadisinə keçir. Sərhədin qalan hissəsi Özbəkistanın şərqində bir ox ucu forması yaradan bir sıra burulmuş xətlərdən ibarətdirr. Bu “oxun” şimal tərəfi ortada Özbəkistan ərazisinin bir nöqtəsini ehtiva edir və Qırğızıstanın Kerben şəhərinin qərbində kiçik bir Özbək anklavı yaradır. Ox ucu Xanabadın şərqindədir. Sərhəd daha sonra Tacikistan sərhət üçlüyünə qədər qərbə doğru bir sıra kəsik xətlərdən keçir. Sərhədin ən şimal hissəsi dağlıq və seyrək yerləşmişdir. Fərqanə Vadisindən keçən hissə isə əksinədir.
Rusiya–Belarusiya sərhədi
Qurulur Rusiya-Belarusiya sərhədi — Rusiya Federasiyası ilə Belarus Respublikası arasındakı dövlət sərhədi. SSRİ dağılandan bəri RSFSR və Belorusiya SSR ayrı dövlətlərə çevrildikdən bəri mövcuddur. Sovet İttifaqının dağılmasından sonra Rusiya Sovet Federativ Sosialist Respublikası və Balarusiyanın müstəqil dövlətlərə çevrildilər. 1991-ci ilə qədər RSFSR ilə Belorusiya SSR arasındakı sərhəd idi. Hazırda sərhəd məntəqələri və sərhəd nəzarəti praktiki olaraq yoxdur. Sərhəd formal olaraq mövcuddur, lakin gömrük yoxlamaları olmadan sərhədi keçmək olar. Sərhədin uzunluğu 1239 kilometrdir, onun 857.7 km hissəsini torpaq, 362.3 km hissəsini çay və 19.0 km hissəsini isə göl təşkil edir. Rusiya və Belarusiyanın xarici ticarəti bu sərhəddən keçir. 1 aprel 2011-ci ildən etibarən sərhəddə nəqliyyat nəzarəti ləğv edildi. 7 fevral 2017-ci il tarixindən etibarən təhlükəsizlik məqsədi ilə Rusiya tərəfində sərhəd zonası yaradıldı.
Rusiya–Gürcüstan sərhədi
Rusiya-Gürcüstan sərhədi — Rusiya ilə Gürcüstan arasında quru dövlət sərhədi. == Tarixi == Rusiya İmperiyası və Gürcüstan çarlıqlarının (Kartli, Kartli-Kaxeti) sərhədləri 18-ci əsrdə, Şimali Osetiyanın Rusiyaya birləşdirilməsindən sonra formalaşmağa başladı. 1801-ci ildə Kartli-Kaxetiya krallığı və 1818-ci ildə isə İmeretiya Rusiyanın tərkibinə keçir. 26 may 1918-ci ildə Gürcüstan Demokratik Respublikası elan edilir. Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Gürcüstan arasında Qafqaz silsiləsi boyunca sərhəd yenidən formalaşır (7 may 1920-ci ildə dövlətlər bir-birlərini rəsmi olaraq tanıyır). Gürcüstanın Sovetləşməsindən sonra, 1921–1991-ci illərdə RSFSR ilə Gürcüstan SSR arasında sərhəd cuzi dəyişiliklərlə yenidən formalaşır (1922-ci ilin dekabrından bu sərhəd SSRİ daxilində idi, 1936-cı ilədək Gürcüstan ZSFSR-nin tərkibində idi). 1944–1958-ci illərdə RSFSR və Gürcüstan SSR sərhədləri sonuncunun xeyrinə dəyişilir. Beləki qaraçaylılar və çeçenlərin deportasiya edildiyi ərazilərin bir hissəsi Gürcüstana verilir. Bu dövrdə Gürcüstan müasir Qaraçay-Çərkəzin bir hissəsini (Teberda və Qaraçayevsk şəhərləri arasındakı ətrrazi o zaman Klukhori adlandırıldı) və müasir Çeçenistanın yüksək dağ bölgələrini əhatə edirdi. Bu dövrdən əvvəl və sonra iki respublikanın sərhədi əsasən Qafqazın Baş silsiləsindən keçirdi.
Rusiya–Qazaxıstan sərhədi
Rusiya–Qazaxıstan sərhədi – Qazaxıstan Respublikası ilə Rusiya Federasiyası arasındakı müasir dövlət sərhədi, əvvəllər Qazaxıstan SSR və RSFSR arasındakı inzibati ərazi sərhədi. Dövlət sərhədi 1930-cu illərdə müasir formasını, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra dövlətlərarası statusunu qazanır. Eyni zamanda sərhəd bölgənin xalqlarının - rusların, qazaxların, eləcə də digər millətlərin (almanlar, tatarlar, ukraynalılar) məskunlaşdıqları ərazilərlə üst-üstə düşmür. İki ölkə arasında dünyanın ən uzun fasiləsiz quru sərhədi 7598,8 km-dir (Kanada ilə ABŞ arasındakı sərhəd 8,891 km uzunluğundadır, lakin Alyaska ilə ABŞ-nin qitə ştatları arasında bir boşluq vardır.). == Tarix == 1925-ci ilin fevralında Orenburq quberniyası və Orenburq şəhəri Rusiya Sovet Federativ Sosialist Respublikasının muxtar ərazisi olan Qazaxıstan MSSR-dan çıxarılır və birbaşa RSFSR-ə tabe edilir. 20 iyul 1930-cu ildə Qaraqalpaqıstan Muxtar Sovet Sosialist Respublikası Rusiya Sovet Federativ Sosialist Respublikasının muxtar ərazisi olan Qazaxıstan MSSR-dan RSFSR-in birbaşa tabeliyinə verilir və 5 dekabr 1936-cı ildə Özbəkistan SSR-ə dövr edilir. == Coğrafiya == Sərhəd Qazaxıstan SSR və RSFSR arasındakı sərhəddən miras qalmışdır. Quru sərhədinin uzunluğu 7598,8 km-dir. Rusiya–Qazaxıstan sərhədi demək olar ki, tamamilə zonadan keçir (5936,1 km quru, 1516,7 km çay sərhədi, 60 km göl sərhədi də daxil olmaqla). Dəniz sərhədinin uzunluğu 85,8 km-dir.
Sərhəd
Sərhəd və ya coğrafi sərhəd hökumətlər, dövlətlər və ya ölkənin inzibati cəhətdən bir-birindən müstəqil olan hissələri kimi siyasi strukturların coğrafi cəhətdən bitmə nöqtələrini və ya hüquqi yurisdiksiyalarını təsvir edən termindir. Qədim dövrlərdə sərhədlər aralarında neytral zonaların mövcud olduğu və ciddi şəkildə ayrılmayan regionlar idi. Bu vəziyyət hələ də Səudiyyə Ərəbistanı ilə Küveytin dövlət sərhədində müşahidə olunur. Müasir dövrdə bir çox ölkələrin dövlət sərhədləri konkret olaraq müəyyən edilmişdir. Hava limanları, limanlar və gömrük qapıları da dövlətin bir növ sərhədini təşkil edirlər. Bu üsul ilə də ölkəyə daxil olan və ölkədən çıxan insanlar, heyvanlar, pul və mallar üzərində dövlətin nəzarəti mümkün olur. Sərhədləri keçmək üçün insanlara pasport, lazım gələrsə, viza və yaxud da şəxsiyyəti təsdiq edən sənədlər lazımdır. Əcnəbi şəxslərdən başqa ölkənin sərhədləri daxilində qalması üçün xüsusi immiqrasiya sənədləri tələb edilə bilər. Müəyyən bir xəstəliyin ötürülməsinin qarşısını almaq üçün heyvanların (və bəzi hallarda da insanların) sərhədi keçməsinə icazə verilmir. Bir çox ölkələr təhlükəli heyvanların və narkotik maddələrin öz sərhədlərindən keçirilməsini qadağan etmişdir.
Sərhəddin Abdullayev
Sərhəddin Qubaddin oğlu Abdullayev (14 aprel 1939, Piral, Qusar rayonu) — Azərbaycan fiziki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin "Nəzəri fizika kafedrası"nın professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Sərhəddin Abdullayev 14 aprel 1939-cu ildə Qusar rayonunun Piral kəndində anadan olub. 1948-1958-ci illərdə Piral kənd orta məktəbində orta təhsil alıb. 1958-1963-cü illərdə Bakı Dövlət Universiteti fizika fakültəsində təhsil alıb. 1963-1964-cüillərdə – Quba rayonunun Qımıl kənd orta məktəbində fizika müəllimi kimi çalışıb. 1964-1967-ci illər – Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasında aspirantura təhsili alıb. 1970-ci ildə BDU-da “Lepton-lepton toqquşması zamanı bir sıra elektromaqnit və zəif qarşılıqlı təsir proseslərində polyarizasiya effektlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1970-ci il 8 oktyabr – BDU-nun Elmi Sovetinin qərarı ilə (protokol №8)fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinin verilməsi. 1974-cü il 16 may – Ali Attestasiya komissiyasının qərarı (protokol №6/ПТ) ilə nəzəri fizika kafedrası üzrə dosent elmi adı verilib. 1996-cı ildə AMEA-nın fotoelektronika İnstitutunda “Lepton-lepton toqquşması zamanı bir sıra elektromaqnit və zəif qarşılıqlı təsir proseslərində polyarizasiya effektlərinin tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Sərhədsiz Həkimlər
Sərhədsiz həkimlər (fr. Médecins sans frontières) — silahlı münaqişələr və təbii fəlakətlər nəticəsində zərər görmüş şəxslərə tibbi yardım göstərilməsi məqsədi daşıyan beynəlxalq qeyri-hökumət təşkilatı. Təşkilat 20 dekabr 1971-ci ildə Parisdə Nigeriyada 1967–1970-ci illərdə baş verən vətəndaş müharibəsi qurbanlarına yardım məqsədilə yaradılıb. Təşkilat hər il 3000-dən çox könüllünü dünyanın 80-dən artıq ölkəsinə, o cümlədən, silahlı münaqişələr zonalarına da göndərir. Könüllülər bir çox qaynar nöqtələrdə işləyirlər. Eyni zamanda, "Sərhədsiz həkimlər" narkomaniya və AİDS-lə mübarizəylə bağlı maarifləndirici və profilaktik işlər də görürlər. Həkimlərin maliyyələşdirilməsi şəxsi ianələrin hesabına həyata keçirilir. Maliyyə vəsaitlərinin təxminən 80 %-ni təşkilat iki milyon fərdi donordan əldə edir.
Sərhədsiz reportyorlar
Sərhədsiz reportyorlar (fr. Reporters Sans Frontières) — Fransanın Paris şəhərində yerləşən beynəlxalq qeyri-hökumət təşkilatıdır.
Şərhçi
Şərhçi — kütləvi informasiya vasitələrində vəzifə. Bu vəzifə daşıyıcısı konkret sahə üzrə şərhlərin müəllifi olur.