Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əsədli
Əsədli — Azərbaycanda daha çox işlədilən soyad. Samir Əsədli — Azərbaycanda gənclər hərəkatının fəallarından, gənc siyasi liderlərdən biri. Kəndlər Əsədli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Əsədli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Anar Əsədli
Anar Əsəd oğlu Əsədli (10 dekabr 1979, Zəngilan) — Azərbaycan siyasətçisi. O, Azərbaycan Yüksəliş Partiyasının qurucularından biri, o cümlədən hazırkı başqanıdır. == Həyatı == Anar Əsəd oğlu Əsədli 10 dekabr 1979-cu ildə Azərbaycan SSR-nin Zəngilan şəhərində anadan olmuşdur. Anar Əsədli ailəlidir, 3 övladı var. == Siyasi fəaliyyəti == Anar Əsədli 1996-cı ildən siyasi proseslərdə iştirak etməyə başlamışdır. O, 1997–2001-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü, AXCP Ali Məclis üzvü, eks prezident AXCP və Bütöv Azərbaycan Birliyi sədri Əbülfəz Elçibəyin səlahiyyətli nümayəndəsi olmuşdur. Əsədli 2003-cü ildə Böyük Quruluş Partiyasının qurucularından olmuş, partiyanın icra aparatına rəhbərlik etmişdir. O, 2004-cü ildə partiya sıralarından istefa vermişdir. Əsədli 2005-ci ildən "Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi İctimai Birliyinin" (QASİM-İB) sədridir. O, Qarabağ, konkret olaraq Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə tanıdılmasında və qəbul edilməsində bir çox konfransların təşkilatçısı olmuşdur.
Cahid Əsədli
Cahid Zahit oğlu Əsədli (18 yanvar 2002, Sarıxanlı, İmişli rayonu – 21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cahid Əsədli 18 yanvar 2002-ci ildə İmişli rayonunun Sarıxanlı kəndində dünyaya gəlmişdir. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Cahid Əsədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. 21 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahid Əsədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahid Əsədli ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cahid Əsədli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Etibar Əsədli
Etibar Sahib oğlu Əsədli (tam adı: Etibar Əsədli; 12 may 1992, Bakı) — Azərbaycanlı bəstəkar, pianoçu. == Həyatı == Etibar Əsədli - Beynəlxalq müsabiqələr laureatı, bəstəkar və pianoçu. Bakı şəhərində anadan olub, ilk təhsilini də burada alıb. 5 yaşından musiqiyə olan həvəsindən artıq piano dərsləri almağa başlayır, 1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olur. 11 il klassik piano təhsilindən sonra Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə daxil olur. Bu illərdən Bakı Caz Festivallarında və Avropa Caz festivallarında uğurlu çıxışlar edir. ABŞ, İngiltərə, Fransa, Avstriya, İsveçrə, Rusiya, Türkiyə, Koreya, Çin və digər ölkələrdə fərqli layihələrdə konsertlər ifa edib. Hal-hazırda Fransanın Paris şəhərində yaşayır. İlk Azərbaycanlı tələbə olaraq Fransanın məşhur CMDL (Centre des Musique Didier Lockvood) Caz təhsil mərkəzinin məzunudur. Eyni zamanda Fransanın məşhur caz ulduzları ilə müxtəlif layihələrdə iştirak edir.
Samir Əsədli
Samir Şakir oğlu Əsədli (1 iyun 1983, Yardımlı rayonu) — azərbaycanlı siyasətçi, Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini, Mərkəzi İcra Aparatının rəhbəri. == Həyatı == Samir Şakir oğlu Əsədli 1 iyun 1983-cü ildə Yardımlı rayonunun Bilnə kəndində anadan olub. 2000-ci ildə Bakı şəhəri, 180 saylı orta məktəbi, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin bitirib. 2004–2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələri (Daxili Qoşunlar) sıralarında həqiqi hərbi xidmətdə olub. Evlidir. 1 qızı, 3 oğlu var. == Siyasi və ictimai fəaliyyəti == 2011-ci ildən NİDA Vətəndaş Hərəkatının üzvüdür. 2012-ci ildən İctimai Palatanın və 2013-cü ildən isə Demokratik Qüvvələrin Milli Şurasının üzvü olub. 2010–2015-ci illərdə Dünya Azərbaycanlıları Konqresinin (DAK) Mərkəzi Nəzarət Təfriş Komitəsinin sədri olub. 23 fevral-4 mart 2023-cü il tarixlərində ABS Konqresinin dəstəyi ilə Vasinqton və Little Rock səhərlərində həyata keçirilən "Gənc liderlər ictimai fəaliyyətdə və idarəçilikdə" proqramı çərçivəsində “Gənc liderlər” kursunu bitirmişdir.
Vüqar Əsədli
Vüqar Əsədli (azərb. Vüqar Əfqan oğlu Əsədli‎; 9 oktyabr 2001, Bakı) — Azərbaycan şahmatçısı, dördqat respublika çempionu, bir çox beynəlxalq turnirlərin qalibi, Avropa Kubokunun qalibi, qrosmeyster. == Həyatı == === Təhsili === Əsədli Vüqar Əfqan oğlu 2001-ci il oktyabr ayının 9-da Bakı şəhərində doğulub. H.Həmzəyev adına 238 saylı orta məktəbi bitirib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 2-ci kurs tələbəsidir. == Fəaliyyəti == 6 yaşından şahmatla məşğuldur. 11 yaşında kişilər arasında Bakı çempionu olmuşdur. Dəfələrlə müxtəlif yaş qruplarında Azərbaycan çempionu olub. 8 yaşında Avropa 2-cisi, 12 yaşında Avropa kubokunun qalibi olub. 2016-ci ildə Bakıda keçirilən 42-ci şahmat olimpiyadasında gənclərdən ibarət Azərbaycan komandasının birinci taxtasında oynamışdır.
Əsəd Əsədli
Əsəd Mahir oğlu Əsədli (17 iyun 1995; Çayqıraq, Masallı, Azərbaycan — 9 noyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əsəd Əsədli 1995-ci il iyunun 17-də Masallının Çayqıraq kəndində anadan olub. Bakının Nizami rayonunda Milli Qəhrəman şəhid Yuri Kovalyov adına 229 saylı tam orta məktəbi bitirib. 2012-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə daxil olub. == Hərbi xidmətləri == Əsəd Əsədli 2016-2018-ci illərdə Naxçıvanda ordu sıralarında xidmət etmiş, hərbi kəşfiyyatçı peşəsinə yiyələnmişdi. Hərbi xidməti keçdiyi müddətdə iki dəfə komandanlıq tərəfindən nümunəvi xidməti qeyd olunmuş, tərifnamə ilə təltif edilmişdi. 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Əsəd Əsədli də səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əsəd Əsədli Füzuli və Hadrutun azad edilməsində savaşıb. Son döyüşü noyabrın 9-da Xocavənd rayonunun strateji yüksəkliklərindən birinin müdafiəsi uğrunda olub. Əsəd döyüş yoldaşlarını mühasirədən çıxarsa da, özü şəhid olub.
Əsədli (Cəlilabad)
Əsədli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Əsədli oyk., sadə. Cəlilabad r-nunun Ləkin i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Şahsevənlərin əsədli tirəsi salmışdır; Sabirabad r-nunun Qaralar i.ə.v.-də kənd. Muğan düzündədir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə Məmişlər (indiki Qaralar) kəndindən çıxmış Əsəd adlı şəxs və onun övladları saldığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1050 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Əsədli (Sabirabad)
Əsədli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Abbasəli Əsədi
Əsədi Abbasəli Əsədulla oğlu - Təbriz teatrının yarandığı ilk günlərdən bu sənət ocağı ilə bağlı olan teatr fəadailərindən biri. == Həyatı == Abbasəli Əsədi 1888-ci ildə Təbrizdə şöhrətli hərbçi ailəsində doğulub. İbtidai təhsilini şəhərdəki "Loğman" mədrəsəsində alıb. Elmə, maarifə rəğbət bəsləyən Əsədulla kişi təhsilini davam etdirmək üçün Abbasəlini Tehran şəhərinə göndərib. Abbasəli Əsədi burada orta təhsilə yiyələnib. Bayram günlərində bu məktəbin dram dərnəyində fars dilində kiçik məzhəkə və məsxərələr hazırlanıb oynanılırdı. Abbasəli göstərilən məzhəkələrdən birində uşaq rolu oynamaqla səhnəyə ilk dəfə qədəm basıb. Təhsilini başa vurub Təbrizə qayıdan Abbasəli Əsədi 1918-ci ildə inqilabi hərəkata qoşulub. İnqilab yatırılanda Təbrizi tərk etməli olub. 1921-ci ildə Cəlil Məmmədquluzadə ilə Əhar şəhərində görüşüb.
Atlantik səddi
Atlantik səddi və ya Atlantik divarı (alm. Atlantikwall‎) — Nasist Almaniyasının 1942–1944-cü illərdə Qərbi Avropanın Atlantik sahilləri boyunca, Danimarkadan İspaniyaya qədər yaratdığı daimi istehkamlar sistemi. Sistemin tikinti tamamlanmamışdır. 1944-cü ilin iyununda Normandiya əməliyyatı bu istehkamlar sistemi ABŞ, Birləşmiş Krallıq və onların müttəfiqlərinin qoşunları tərəfindən yarılmışdır. == Zəmin == İkinci Dünya müharibəsi Avropada 1 sentyabr 1939-cu ildə Nasist Almaniyasının Polşaya hücumu ilə başlamışdır. İki gün sonra Birləşmiş Krallıq və Fransa Almaniyaya müharibə elan etmişdir. Polşanın coğrafi mövqeyi Antihitler koalisiyasının birbaşa müdaxiləsinə mane olmuşdur. Hücumdan dörd həftə sonra Almaniya qüvvələri Polşanı işğal etmişdir. Bu qələbədən bir ay keçməmiş Adolf Hitler Almaniyanın Fransa və Benilüks ölkələri üzərindən hücuma hazır olması barədə göstəriş vermişdir. Bununla belə, Almaniya Ali Komandanlığı hazırlıqların ən azı növbəti ilə qədər davam edəcəyinə əmin idi.
Beşbarmaq səddi
Beşbarmaq səddi — Xəzərsahili keçidini bağlayan üçüncü sədd. Gilgilçaydan cənubda Qafqaz silsiləsindən ayrılmış Beşbarmaq dağının sərt enişli ətəyindən başlayıb dəniz sahili qumsallığınacan uzanırdı. Beləliklə, qərbdən Beşbarmaq dağı şərqdən gil davarla qapanmış uzunsov sədd dar sahil keçidini bütünlüklə kəsmişdi. Beşbarmaq, Gilgilçay səddi və Dərbənd - Azərbaycanın şimal-şərq sərhədlərində ilkin orta əsrlərdə çəkilmiş bu üç sədd dövrün istehkam tikintisinin yüksək inkişaf səviyyəsi ilə yanaşı, siyasi-hərbi durumunu da əks etdirir. Fərziyyəyə görə, onlar III-VII əsrlərdə (əvvəl Beşbarmaq, sonra Gilgilçay, axırda isə Dərbənd müdafiə səddi) çəkilmişdi. İnşa texnikasına görə Beşbarmaq və Gilgilçay səddləri Dərbənd səddinə nisbətən saya və qədimdir.
Gilgilçay səddi
Gilgilçay səddi — Erkən orta əsrlərdə Azərbaycanda inşa edilmiş ən böyük müdafiə səddi. İlkin orta əsrlərdə Azərbaycanı şimaldan bir neçə möhtəşəm sədd qoruyurdu. Onlardan Dərbənd qalası ölkənin şimal sərhəddində idisə, Gilgilçay səddi Şirvanın içərilərində çəkilmişdi. Ərəbdilli qaynaqlarda "Sur ət-Tin" ("Gil divar") adlandırılan bu səddin əsasının Sasani hökmdarı I Qubad (488-531) zamanında qoyulduğu bildirilir. Gilgilçayın Xəzər dənizinə töküldüyü yerdən başlayan səddin divarları Babadağın zirvəsinə doğru 60 kilometrəcən uzanır. Gilgilçay səddinə daxil olan Çıraqqala Azərbaycanın dağ qalaları içərisində ən oynaq silueti olan abidədir. V əsrin yadigarı sayılan Çıraqqala fəal mövqeyi, möhkəm quruluşu ilə Gilgilçay səddinin baş dayaq məntəqəsi idi; dinclik çağında geniş ərazini nəzarət altında saxlayırdısa, təhlükə baş verəndə azman çırağa çevrilir, təhlükə sorağını dörd yana yayırdı. == Tarixi == Gilgilçay ətrafında V əsrin sonu VI əsrin əvvəllərində tikilmiş bir-birindən 220 m aralı iki divardan ibarət gil sədlər mövcuddur. I Qubad (488-531) Xəzər dənizi ilə Qafqaz dağlarının arasındakı keçiddə, Beşbarmaq dağının başında tikdirmişdi. Həmin istehkamlar Barmaq divan adlanırdı.
Murtuza Əsədi
Murtuza Əsədi (29 fevral 1979, Ərdəbil) — Azərbaycan əsilli İran futbolçusu, mudafiəçi. Əsədi 2010-cu ildən Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Səba Batri klubunda oynamışdır. Murtuza Əsədi Traktor Sazi klubunun heyətində futbol üzrə İran çempionatının yüksək liqasında 2011/2011 mövsümündə ən güclü müdafiə xəttinin formalaşmasında əsas rol oynamışdır. O həm də həmin mövsümdə bütün oyunlarda əvəzlənmədən 90 dəqiqə meydanda olan yeganə oyunçu olmuşdur.
Qarabağlar səddi
Qarabağlar səddi — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yurdçu kəndinin cənubunda aşkar olunmuş arxeoloji abidə. == Tarixi == Eni 1,25 m olan divarın qalıqları 500 m uzunluğun- da salamat qalmışdır. Divarın bir ucu Qarabağlar, digər ucu isə Qıvraq kəndinə doğru uzanır. Səddin yaxınlığında yaşayış binalarına rastlanmamışdır. Xalq arasında Qarabağlar kəndindən Şahtaxtı kəndinədək uzanan qara hasarın mövcudluğu haqqında rəvayət də vardır. Ehtimal ki, bu divar vaxtilə sərhəd bildirən bir tikili olmuşdur. Divarın ətrafından aşkar olunan keramika məmulatı başlıca olaraq orta əsrlərə aiddir. Divar qalıqlarını 9–11 əsrlərə aid etmək olar.
Ston Səddi
Ston Səddi və ya Ston divarları — Xorvatiyanın cənubundakı tarixi Dalmasiya bölgəsinin Ston şəhərində yerləşən 7 kilometr (4.3 mil) uzunluğunda müdafiə divarı. Səddin inşasına 1358-ci ildə başlanmışdır. Bu gün dünyanın qorunan ən uzun istehkam sistemlərindən biridir. Stone səddi "Avropanın Çin səddi" olaraq da tanınır. == Tikintisi == Kütləvi şəhər divarları tərəfindən yaxşı qorunmasına baxmayaraq, Raqusa Respublikası başqa bir müdafiə xətti qurmaq üçün Peleşasdan istifadə etmək qərarına gəlir. Yarımadanın ən dar nöqtəsində, Stondan Mali Ston şəhərinə qədər bir divar inşa edildi. Respublika dövründə divarlar Dubrovnikin sərvətinə töhfə verən qiymətli duz məfdənlərini qorumaq üçün istifadə olunurdu və buna görədə təmir işləri aparılırdı. Cümhuriyyətin süqutundan sonra divarlarda söküntü işləri başladı. Daha sonra Avstriya-Macarıstan imperiyasının səlahiyyətliləri məktəblər və icma binalarını inşa etmək üçün və həmçinin Avstriya İmperatorunun 1884-cü ildə gəlişi münasibətilə qurulan zəfər tağı üçün divardan material götürdülər. Mali Stonun ətrafındakı divar insanların sağlamlığına ziyan vurduğu bəhanəsi ilə söküldü.
Səddi-İsgəndəri
Səddi-İsgəndəri (özb. Saddi Iskandariy; سد اسكندرى) — Əlişir Nəvainin 1485-ci ildə Cığatay dilində yazılmış İsgəndər (Makedoniyalı İsgəndər) haqqında poemasıdır. Xəmsəsinə daxildir. Fars (Şahnamə, İsgəndərnamə) və ərəb əfsanələrinin (Quran) işlənməsi əsasında Şərq ədəbiyyatında Makedoniyalı İsgəndər obrazının dərk edilməsinə həsr olunub. 89 fəsildən ibarətdir. == Məzmunu == Rum və Rusun övladsız hökmdarı (məlik) Faylakus şəhərin xarabalıqları arasından bir körpə tapır, onu övladlığa götürür və adını İsgəndər qoyur. Nəvai bu körpənin fars şahı Daranın gözdən düşmüş Rum şahzadəsindən olan oğlu olması versiyanı açıqlayır. İsgəndərə ən yaxşı müəllimlər təqdim olunur, o cümlədən Nakumoxisin oğlu Ərəstu. Ərəstu İsgəndərin böyük gələcəyini proqnozlaşdırır. Faylakusun ölümündən sonra İsgəndər Rum üzərində padşahlıq edir.
Çin Səddi
Böyük Çin səddi — bu nəhəng abidənin əsas materialı dağ süxurları və torpaqdır. Ona kərpicdən üzlük çəkilib. == Ümumi məlumat == Bəşər tarixində gələcək nəsillərə insan əli ilə yaradılmış çox heyrətamiz möcüzələr yadigar qalmışdır. Onlardan biri də çinlilərin yaradan əlləri və bitib-tükənməz əməkləri ilə tikilən Böyük Çin səddidir. Çinlilər bu səddə Çan Çançen deyirlər. Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə. 221-ci ildə Çin imperatoru Sin Şixuandi tərəfindən cəmi on ilə tikilmişdir. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, təxminən 17000 km uzadılmışdır. Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Sin Şixuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların (o zaman Çinin şimalında qədim türklər yaşayırdılar) qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi.
Əsədi (İran)
Əsədi (fars. اسدي‎‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 13 nəfər yaşayır (6 ailə).
Əsədi Tusi
Əsədi Əbu-Nəsr Əli ibn Əhməd Tusi (?, Tus — 1072, Təbriz) — İran şairi. == Həyatı == Əsədi Əbu-Nəsr Əli ibn Əhməd Tusi məşhur fars-tacik şairidir. XI əsrdə Xorasanda hərc-mərclik yarandı. Səlcuqlular İranın qərbindən Kiçik Asiyaya doğru hərəkət etdilər. Buna görə fars dili geniş şəkildə yayıldı və Azərbaycan üslubu yarandı. Xorasanda yaranmış vəziyyətə görə bir çox farsdilli şairlər Xorasandan Azərbaycana köç etdi, o cümlədən Əsədi Tusi Təbrizə gəldi. Əsədi Tusi ömrünün mühüm hissəsini Azərbaycanda (əsasən Naxçıvanda və Gəncədə) keçirmişdir. O, əsərlərinin çoxunu Naxçıvan hakimi Əbu-Düləfə həsr etmişdir. Əbu-Düləfin Əsədiyə səxavəti isə dillər əzbəri olmuşdur. O, "Lüğəti-fürs"ün ("Fars lüğəti"nin) müəllifi idi və bir çox kitabların tərtibçisi olub.
Baş Bərmək səddi
Beşbarmaq səddi — Xəzərsahili keçidini bağlayan üçüncü sədd. Gilgilçaydan cənubda Qafqaz silsiləsindən ayrılmış Beşbarmaq dağının sərt enişli ətəyindən başlayıb dəniz sahili qumsallığınacan uzanırdı. Beləliklə, qərbdən Beşbarmaq dağı şərqdən gil davarla qapanmış uzunsov sədd dar sahil keçidini bütünlüklə kəsmişdi. Beşbarmaq, Gilgilçay səddi və Dərbənd - Azərbaycanın şimal-şərq sərhədlərində ilkin orta əsrlərdə çəkilmiş bu üç sədd dövrün istehkam tikintisinin yüksək inkişaf səviyyəsi ilə yanaşı, siyasi-hərbi durumunu da əks etdirir. Fərziyyəyə görə, onlar III-VII əsrlərdə (əvvəl Beşbarmaq, sonra Gilgilçay, axırda isə Dərbənd müdafiə səddi) çəkilmişdi. İnşa texnikasına görə Beşbarmaq və Gilgilçay səddləri Dərbənd səddinə nisbətən saya və qədimdir.
Böyük Çin səddi
Böyük Çin səddi — bu nəhəng abidənin əsas materialı dağ süxurları və torpaqdır. Ona kərpicdən üzlük çəkilib. == Ümumi məlumat == Bəşər tarixində gələcək nəsillərə insan əli ilə yaradılmış çox heyrətamiz möcüzələr yadigar qalmışdır. Onlardan biri də çinlilərin yaradan əlləri və bitib-tükənməz əməkləri ilə tikilən Böyük Çin səddidir. Çinlilər bu səddə Çan Çançen deyirlər. Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə. 221-ci ildə Çin imperatoru Sin Şixuandi tərəfindən cəmi on ilə tikilmişdir. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, təxminən 17000 km uzadılmışdır. Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Sin Şixuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların (o zaman Çinin şimalında qədim türklər yaşayırdılar) qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi.
Çin səddi (maliyyə)
Böyük qum səddi
"Böyük qum səddi" — ilk dəfə 2015-ci ilin martında Sakit Okean Donanmasının komandanı olmuş ABŞ admiralı Harri Harris tərəfindən Çin Xalq Respublikasının (ÇXR) 2013-cü ilin sonundan 2016-cı ilin sonuna qədər olan dövrdə Cənubi Çin dənizinin Spratli adaları ərazisində bir sıra unikal irimiqyaslı torpaq bərpası layihələrini təsvir etmək üçün istifadə edilən ad. == Regional konsepsiya == Çin mənbələrinə görə, konsepsiya 1972-ci ildə Vyetnamın Baş Naziri Fam Van Donqun hökuməti nəzdindəki Tədqiqatlar və Xəritəçəkmə Bürosu tərəfindən çap etdirilmiş "Dünya Atlası"ında "Nanşan və Xişa adalarından Haynan adasına, Tayvan adasına, Penhuledao adalarına və Çjouşan adalarına qədər adalar silsiləsi yay şəklindədir və materik Çinini müdafiə edən böyük səddini təşkil edir" ifadəsindən yaranmışdır.
Bala Məşədi
== Həyatı == Bala Məşədi 1870-cu il Gəncə şəhərində anadan olmuşdur. Kərbəlayı Qasım kişinin 3 oğlan övladı olmuşdur. Bala Məşədi övladlardan kiçiyi olmuşdur. 1881-ci ildə Kərbəlayı Qasım kişinin ortancıl oğlunu quldurlar öldürür. 11 yaşında olan Bala Məşədi odlu silah əldə edərək, qardaşının qisasını alır və axtarıldığı üçün bir müddət yaxın qohumları tərəfindən gizlədilir. Sonradan Bala Məşədi Gəncədə sayılıb seçilən bir şəxs olur. O dövrdə təşkil olunan cıdır yarışlarında dəfələrlə qələbə çalır. Deyilənə görə, o zaman Gəncənin xanı olan Hüseynqulu xan ona yaxınlaşaraq qələbə münasibətilə təbrik edir və qızlarından birini ona vermək istədiyini bildirir. Lakin Bala Məşədi üzrxahlıq edərək, özünün bir qədər çılğın olduğunu söyləyir və deyir: “Sən xan, mən bəy. Mən söz götürən deyiləm.
Məşədi Abbas
Məşədi Abbas Məşədi Həşim oğlu Rzazadə (1878-1954) 1878-ci ildə, Şuşada Məşədi Həşim Rzazadənin evində dünyaya gələn körpənin adını Abbas qoyurlar. Məşədi Həşim 3 qızdan sonra oğlunun doğulmasına çox sevinir. O, Ağdam və Şuşa bazarlarında bal satırmış, ailəsini çox çətinliklə dolandırırmış. Uşaqlıq illərində varlıların mal-qarasını otaran Abbas sonra dərzi yanında şagirdlik eləyirmiş. Ancaq 6 nəfərlik ailə yenə sıxıntı içindəymiş. Həşimin qardaşı Məşədi Səlimsə varlı nəsildən olan Molla Mirzə Dadaşın qızı Məxmərlə ailə qurduğundan heç nəyə ehtiyacı yoxmuş, pula-pul demirmiş. Amma qardaşına və onun ailəsinə heç kömək etmirmiş. Məşədi Həşim yay-payız ona meyvə sovqatı göndərər və umurmuş ki, bəlkə Səlim zənbili pay-püşlə qaytara. Ancaq kiçik Abbas hər dəfə evə əliboş qayıdarmış. Bir dəfə oğlunu yenə qardaşıgilə göndərən Həşim ona deyir: "Əminə de ki, atam mənə pal-paltar ala blimir, bir az pul versin".
Məşədi Adil
Məşədi Adil Əbdülrəhim oğlu — == Həyatı == 1868-ci ildə Bakının Kürdəxanı kəndində anadan olmuşdur. Bakı qoçuları arasında igidliyi ilə ad çıxarmışdı. 1918-ci il mart hadisələri zamanı əhalini erməni qırğınından qoruyan şəxslərdən biri olmuşdur. Dostları Xırdalanlı Dadaş,Hökmalılı Qubad,Sana Pırcan və digərləri ilə birlikdə Biləcəri-Xocahəsən yolunda səngərlər qazaraq Andronik və Amazaspın qoşunlarına qarşı döyüşmüşlər. Təsadüfi deyil ki,ermənilər Bakı şəhərində genişmiqyaslı qətliam törətdikləri halda Bakı kəndlərinə girə bilməmişdilər. Məşədi Adil və silahdaşları Türklər Bakıya girənədək, yəni 1918-ci il sentyabrın 15-dək özlərini bolşevik adlandıran daşnaklardan şəhəri qorumuşlar.Türklər Məşədi Adil və onun silahdaşlarını yüksək qiymətləndirmişlər. Məşədi Adil şəxsən Nuru paşa ilə görüşmüş deyilənlərə görə öz atını ona bağışlamışdır. Türklər Məşədi Adilə paşa titulu veriblərmiş. Məşədi Adil 1919-cu ildə Bakıda qızdırma xəstəliyindən vəfat etmişdir. Hazırda Kürdəxanıda Məşədi Adil adına küçə vardır.
Məşədi Hüseynli
Məşədihüseynli (Şəmkir)
Məşədi Hüseynqulu
Məşədi Hüseynqulu — Cəlil Məmmədquluzadənin ata tərəfdən babası. == Həyatı == Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdur. XIX əsrin 40-cı illərində Naxçıvana gəlmiş, burada evlənmişdir. Bənnalıqla məşğul olmuşdur. Dindar olmuş, Məşhəddə( İran, Xorasan) imam Rzanın qəbrini ziyarət etmişdir. === Vəfatı === 1905-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir. == Ədəbiyyat == Qulam Məmmədli,Molla Nəsrəddin (salnamə),Bakı,1984 İsa Həbibbəyli, Cəlil Məmmədquluzadə: Mühit və müasirləri,Bakı,1997 == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Məşədi Həsən
Məşədi Həsən — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xızı rayonunun Giləzi qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Məşədi Həsən kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Məşədi Məmməd
Məşədi Məmməd; İsgəndər xan; İsgəndər bəy — sonuncu Şəki xanı Hüseyn xanın oğludur. İranda yaşayırdı. 1837-ci ildə xəlvəti Nuxaya gəlmişdi və Rusiya əleyhinə üsyan hazırlamaq məqsədiylə başına adam toplayırdı. Çox keçmədən Nuxada ruslar tərəfindən həbs edilir və hərbi məhkəmənin mühakiməsinə verilir. Lakin 20 avqust tarixində özü kimi iki başqa azərbaycanlı dustaq və iki sabiq əsgərlə birlikdə türmədən qaça bilir və Quba mahallarının dağlarında gizlənir. 1838-ci ilin iyun ayında isə rutullu Ağa bəylə Acınohur gölü ətrafına gəlir, burada başına çoxlu adam toplayır. O, əyalət əhalisinə xəbər göndərir ki, şəkililəri özü ilə həmməzhəb və özünə dost hesab edir, onlara heç bir pislik etmək fikrində deyil, amma əvəzində şəkililəri dinsiz hökumətin zülmündən qurtarmaq istəyir və bütün rusları, erməniləri məhv edəcəkdir. Rus mənbələrində etiraf edildiyi kimi, həqiqətən də ləzgilər yerli əhalidən yeməkdən başqa heç nə istəmədilər. Nəticədə, Nuxanın müdafiəsinin təşkil edilməsi üçün bura bir gün əvvəl − 12 sentyabr tarixində, ruslar tərəfindən xeyli əlavə hərbi qüvvələrinin gətirilməsinə baxmayaraq, ertəsi gün – 13 sentyabr tarixində, əhalinin dəstəyini qazanmış İsgəndər xan ləzgi qoşunu ilə Nuxanı tutdu və Nuxa qalasını mühasirəyə aldı. Hansı ki cəmi bir rota əsgər tərəfindən müdafiə olunan bu qalada komendantın evi, əyalət idarəsi və xəzinə vardı.
Məşədi Qasım
Məşədi Qasım Hacı Kərim oğlu (1863, Daşkənd, Yeni Bəyazid qəzası – 1921, Şuşa) — erməni daşnaklarına qarşı vuruşan xalq qəhrəmanı, sərrast gülləatan. == Həyatı == Məşədi Qasım 1863-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edib. Göyçədən Qarabağa gəlib, laçınlı Sultan bəylə bərabər ermənilərə qarşı döyüşüb. Bir neçə il Sultan bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə Göyçəyə qayıdarkən Şuşada vəfat edib və orada da dəfn olunub. Qardaşı Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparıb. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra oğlu Fəzi əmisi Kərbəlayi Əmrahla yenidən dədə-baba yurduna qayıdıb. Məşədi Qasımın nəvələri, nəticələri və digər qohumları hazırda Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayırlar. == Məşədi Qasım dərslikdə == 11-ci sinif "Azərbaycan tarixi" dərsliyində: Göyçə mahalının kəndləri də daşnak quldur dəstələrinin hücumlarına məruz qalırdı. Həmin mahalın Daşkənd kəndinin sakini Məşədi Qasım kişi erməni quldurlarına qarşı mübarizədə ad qazanmışdı.
Məşədi Süleyman
Məşədi Süleyman bəy Mansurov (15 oktyabr 1872, Bakı – 19 aprel 1955, Bakı) — Azərbaycan musiqisinin tədqiqatçısı, Bakı muğam məclislərinin rəhbəri. == Həyatı == Məşədi Süleyman bəy Mansurovlar nəslinin layiqli nümayəndələrindən biridir. Onun musiqiyə həvəsi atası - Bakıda muğam məclislərinin yaradıcısı Məşədi Məlik bəydən keçib. Tarixi sənədlərdən məlumdur ki, Məşədi Məlik bəy Mansurovun (1845-1909) İçəri Şəhərdə öz evində təşkil etdiyi muğam məclislərinin başlanğıcı 1863-cü ilə təsadüf edir. Məşədi Məlik bəy özü tar, kamança, dəf, qoltuq sazı və yeddidilli qarmonda çox yaxşı ifa edirmiş. Muğamların şöbə və guşələrini, həmçinin də poeziyanı, xüsusən qəzəlləri çox gözəl bilirdi. İrandan, Tiflisdən, İrəvandan və Azərbaycanın hər yerindən Bakıya gələn musiqiçilər aylarla onun evlərində yaşayıb, muğam və poeziya məclislərində iştirak edirdilər. Məşədi Məlik bəyin musiqiyə olan həvəsi oğulları - Məşədi Süleyman bəyə və Mirzə Mansur bəyə də keçmişdi. Hələ uşaq yaşlarından tar çalmağa meyl göstərən Məşədi Süleyman bəy sonralar mahir ifaçı və muğamların gözəl bilicisi kimi tanınıb. Öz dövrünün görkəmli musiqiçiləri ilə, xüsusən Mirzə Sadıq ilə yaxından dostluq etmişdir.
Məşədi Zeynal
Məşədi Zeynal Haqverdiyev (1850-ci illər, Kərkicahan, Şuşa qəzası – 1918, Bakı) — XIX–XX əsr Azərbaycan tarzəni, Azərbaycan musiqi tarixində ilk solo çalan tarzənlərdən biri. == Həyatı == Məşədi Zeynal Haqverdiyev 1850-ci illərdə (bəzi mənbələrə əsasən 1861-ci ildə) Şuşa qəzasının Kərkicahan kəndində anadan olmuşdur. Şuşa real məktəbində oxuyarkən Firudin bəy Köçərli, Yusif bəy Məlikhaqnəzərov, Azad bəy Əmirov, Kərim bəy Mehmandarov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cabbar Qaryağdıoğlu kimi tanınmış mədəniyyət xadimlərinin mühitində böyümüşdür. Məşədi Zeynal dövrünün tanınmış tarzənləri Əli Əsgərdən və Sadıqcandan dərs almış, gənc yaşlarından Şuşa məclislərində iştirak etmişdir. O, sədəfli tarı ilə uzun illər xalq məclisləri və "Şərq konsertləri"ndə Şahnaz Abbası, Əbdülbaqi Zülalovu, Çəkməçi Məhəmmədi, Məşədi Məhəmməd Fərzəliyevi, Segah İslamı, Məcid Behbudovu, sonralar isə Seyid Şuşinskini və başqalarını müşayiət etmişdir. Şuşada keçirilən ilk "Şərq konsertləri"ndə çıxış etmişdir. 1911–1918-ci illərdə Bakı, Tiflis və Şuşa şəhərlərində verilən opera, dram tamaşalarında və xeyriyyə gecələrində Məşədi Zeynal tarzən kimi çıxış etmiş, teatr tamaşalarının fasilələrində xanəndələri — Segah İslamı, Seyid Şuşinskini, Məcid Behbudovu müşayiət etmişdir. 1907-ci il yanvarın 20-də Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən yoxsul müsəlmanların xeyrinə həsr edilmiş gecədə digər sənətçilərlə birlikdə iştirak etmişdir. O, Üzeyir Hacıbəyov tərəfindən opera tamaşalarına dəvət edilmiş, 1911-ci ildə "Leyli və Məcnun" operasında tar ifa etmişdir. 1915-ci ilin mart ayının 13-də Bakıda Nicat Cəmiyyəti tərəfindən keçirilən "Şərq gecəsi"ndə Məşədi "Rahab" muğamını çalmışdır.
Məşədi İbad
Məşədi İbad Kərbəlayi Xocaverdixan oğlu — "O olmasın, bu olsun" komediyasında Əliağa Ağayev tərəfindən canlandırılan obrazdır. == Haqqında == Məşədi İbad, hər şeydən göründüyü kimi, qalanlarından imkanlıdır. Amma pulu başqalarından fərqli olaraq tamaşaçının gözləri qarşısında özünün dar dükanında halal yolla qazanır. Məşədi İbad bütün süjet boyu yeganə adamdır ki, heç kəsi aldatmaq istəmir. O, hamıyla son dərəcə səmimidir, nə istədiyini və istəklərini gerçəkləşdirmək üçün vasitələri gizlətmir. Ətrafda hamı bir-birinə kələk gəlir, oyunbazlıq edir. O, sadəlövhlük dərəcəsində doğruçuldur, hamıya inanır və tərəf müqabillərindən də eyni münasibət gözləyir. Filmdə hamı onun səmimiliyindən istifadə edir. Bu yalançıların "bacarığı"ndan və düzgünlüyə səmimi olaraq inanan Məşədinin "primitivliyi"ndən ləzzət alıb heyrətlənmək neçə illərdir tamaşaçılarda bir səbəbə çevrilib. Hər halda ondan başqa heç kim heç kimə pul vermir.
Məşədi İsi
Məşədi İsi (təq. 1840-cı illər – 1905, Ağdam, Şuşa qəzası) — XIX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Məşədi İsi ilk musiqi təhsilini Şuşada, Xarrat Qulunun məktəbində almışdır. Xanəndə Hacı Hüsünün "Xanəndələr məclisi"nin fəal üzvlərindən biri olmuşdur. Məşədi İsi klassik Şərq, xüsusilə Azərbaycan muğamlarının bilicisi olmuş, öz bilik və sənətkarlıq bacarıqlarını "Xanəndələr məclisi"nin gənc xanəndələrinə öyrətmişdir. O, "Rast", "Şur", "Hümayun", xüsusilə "Mahur" dəstgahını özünəməxsus fərdi xüsusiyyətlə ifa etmişdir. Azərbaycan şairlərinin qəzəl və qoşmaları ilə yanaşı, Hafiz və Sədi Şirazinin əsərlərini də oxumuşdur. Musiqişünas Cəlil Bağdadbəyovun yazdığına görə Azərbaycan şairlərinin şeirlərini ilk dəfə məclislərdə oxuyan Məşədi İsi olmuşdur. Məşədi İsi təkcə Qarabağda deyil, eləcə də Azərbaycanın bir çox şəhərlərində — Gəncə, Ağdaş, Şamaxı və Bakıda dəfələrlə müxtəlif məclislərdə çıxış etmişdir. Aylarla şamaxılı Mahmud ağanın məclislərində oxumuşdur.
Məşədi İsmayıllı
Məşədiismayıllı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şəfibəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Məşədi İsə
Məşədi İsə Kərbəlayi Musa oğlu (1845, Qaraiman – 27 sentyabr 1924, Qaraiman, Yeni Bəyazid qəzası) — qlava, el qəhrəmanı. == Həyatı == Məşədi İsə “Çanaqlı” soyundandır. O, 1845-ci ildə kəndli ailəsində anadan olmuşdur. Uşaqlıqdan cəsarətli və zirəkliyi ilə tay-tuşlarından fərqlənmiş, inadkarlığı ilə ulu babası Çanaq Vəlini xatırlatmışdır. XIX əsrin birinci qərinəsində Çarizm İran və Türkiyə ilə apardığı müharibələrdə Zaqafqaziyanı, o sıradan Qərbi Azərbaycanı və Naxçıvanı işğal etdikdən sonra keçirdiyi inzibati dəyişikliklər nəticəsində burada yaşayan xalqların tarixən mövcud olan ərazilərinin sərhədləri ermənilərin xeyrinə pozuldu. 1850-ci ildə İrəvan quberniyası yaradılarkən keçmiş Naxçıvan xanlığının ərazisi, qədimdən oğuzların yaşadığı Qərbi Azərbaycan ərazisi, ulu Göyçə bu quberniyaya tabe edildi. Göyçənin hələ ermənilərin olmadığı Basarkeçər bölgəsindəki 44 kənd Məzrə kənd cəmiyyətinin starşinası tərəfindən idarə edilirdi. Əvvəllər Göyçədə məscid olmayan kənd yox imiş. Qaraiman kəndindəki məscid Hacı Əli və Məşədi İsə qardaşları tərəfindən tikilmişdir. Ziyarətə hər il Göyçədən minlərlə adam Xorasana gedən ziyarətçilər arasında qaraimanlı İsa Kərbəlayi Musa oğlu da varmış, yolda quldurların dəstəsi qarətə məruz qalarkən o, cəldliklə iri bir daşın arxasına atılaraq “onaçılan” deyilən silahı ilə quldurbaşını yerə sərir, pərənləri pozulan quldurlar qarət etdikləri malları atıb qaçırlar.
Məşədi Ələsgər
Ələsgər Hacıgülməmməd oğlu (1860, Xızı – 1917, Bakı) — xeyriyyəçi, tacir. Məşədi Ələsgər Hacıgülməmməd oğlu Bakının sayılıb-seçilən tacirlərindən idi. Bərməki sülaləsinin nümayəndəsi idi. 1860-cı ildə Xızıda, ortabab mülkədar ailəsində doğulmuşdu. == Həyatı == Mollaxana təhsili alandan sonra atasının təsərrüfat işləri ilə məşğul olmuş, ticarətin sirlərinə yiyələnmiş, gənc yaşlarında Xızıdan Bakıya köçmüşdü. Nəriman Nərimanovun heykəlindən bir qədər yuxarıda, 4-cü Sovet küçəsində, Dağlı Musa ilə qonşuluqda ikimərtəbəli bir imarət tikdirmişdi. Şəhərin bütün ərazilərində onun geniş ticarət şəbəkəsi var idi, Rusiya, İran, Türkiyə və digər ölkələrdən mal-qara alıb təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində satdırırdı. Bakıda yerləşən Qəssab bazarında süd məhsulları satan dükanların əksəriyyəti onun ixtiyarında idi. == Xeyriyyə işləri == O, az müddətdə məhəllədə zəhmətkeş, ədalətli, xeyirə-şərə yarayan, kasıblara əl tutan adam kimi ad çıxarmışdı. Azərbaycanlı uşaqların təhsili üçün xeyli pul xərcləyirdi.
Məşədi Əzizbəyov
Məşədi Əziz bəy oğlu Əzizbəyov və ya Məşədi bəy Əzizbəyov (6 (18) yanvar 1876, Bakı – 20 sentyabr 1918, Krasnovodsk) — Azərbaycanda inqilabi hərəkatın görkəmli xadimi, ilk marksist azərbaycanlılardan biri; BSE-nin birinci nəşrinə əsasən, o, türk inqilabçı ziyalılar nəslinə aid idi. O, "Hümmət" təşkilatının rəhbərlərindən biri idi, RSDFP(b)-ın üzvü və "Ədalət" Sosial Demokrat Partiyasının MK-ın üzvü olmuşdur, Bakı Şəhər Dumasının qlasnısı, quberniya komissarı və Bakı XKS-nin Daxili İşlər Komissarının müavini olmuşdur (1918). Məşədi Əzizbəyovun inqilabi fəaliyyəti təhsil aldığı Peterburq şəhərində başladı. RSDFP-a qoşularaq, "Vetrova nümayişləri"ndən birində də daxil olmaqla siyasi çıxışlarda iştirak edirdi. Birinci rus inqilabının fəal xadimlərindən idi, həmin dövr ərzində "Hümmət" təşkilatının üzvü və daha sonra onun tanınmış simalarından biri oldu. İran inqilabçılarına dəstək göstərirdi; fəaliyyətində bilavasitə iştirak etdiyi "Nicat" Bakı Müsəlman Maarif Cəmiyyəti ilə sıx əlaqədə olurdu. Yeraltı inqilabi işini qanuni fəaliyyətiylə məharətlə uyğunlaşdırırdı. Bakı Şəhər Dumasının üzvü idi. Bakı Kommunasının görkəmli simalarından biri kimi Sovet hakimiyyətini qurmaqla yanaşı, Bakının müdafiəsini təşkil etməkdə də çoxlu işlər görmüşdür. "26 Bakı komissarı" sırasında edam edildi.
Hərmələ ibn kahil əsədi