Məşədi Zeynal

Məşədi Zeynal Haqverdiyev (1850-ci illər, Kərkicahan, Şuşa qəzası1918, Bakı) — XIX–XX əsr Azərbaycan tarzəni, Azərbaycan musiqi tarixində ilk solo çalan tarzənlərdən biri.

Məşədi Zeynal
Ümumi məlumatlar
Doğum tarixi 1850-ci illər
Doğum yeri
Vəfat tarixi 1918
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti tarzən
Təhsili

Məşədi Zeynal Haqverdiyev 1850-ci illərdə (bəzi mənbələrə əsasən 1861-ci ildə[1][2]) Şuşa qəzasının Kərkicahan kəndində anadan olmuşdur. Şuşa real məktəbində oxuyarkən Firudin bəy Köçərli, Yusif bəy Məlikhaqnəzərov, Azad bəy Əmirov, Kərim bəy Mehmandarov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cabbar Qaryağdıoğlu kimi tanınmış mədəniyyət xadimlərinin mühitində böyümüşdür.[3]

Məşədi Zeynal dövrünün tanınmış tarzənləri Əli ƏsgərdənSadıqcandan dərs almış, gənc yaşlarından Şuşa məclislərində iştirak etmişdir. O, sədəfli tarı ilə uzun illər xalq məclisləri və "Şərq konsertləri"ndə Şahnaz Abbası, Əbdülbaqi Zülalovu, Çəkməçi Məhəmmədi, Məşədi Məhəmməd Fərzəliyevi, Segah İslamı, Məcid Behbudovu, sonralar isə Seyid Şuşinskini və başqalarını müşayiət etmişdir. Şuşada keçirilən ilk "Şərq konsertləri"ndə çıxış etmişdir.[3]

1911–1918-ci illərdə Bakı, Tiflis və Şuşa şəhərlərində verilən opera, dram tamaşalarında və xeyriyyə gecələrində Məşədi Zeynal tarzən kimi çıxış etmiş, teatr tamaşalarının fasilələrində xanəndələri — Segah İslamı, Seyid Şuşinskini, Məcid Behbudovu müşayiət etmişdir. 1907-ci il yanvarın 20-də Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən yoxsul müsəlmanların xeyrinə həsr edilmiş gecədə digər sənətçilərlə birlikdə iştirak etmişdir. O, Üzeyir Hacıbəyov tərəfindən opera tamaşalarına dəvət edilmiş, 1911-ci ildə "Leyli və Məcnun" operasında tar ifa etmişdir. 1915-ci ilin mart ayının 13-də Bakıda Nicat Cəmiyyəti tərəfindən keçirilən "Şərq gecəsi"ndə Məşədi "Rahab" muğamını çalmışdır.[4]

Məşədi Zeynal Azərbaycan musiqi tarixində Sadıqcandan sonra ilk solo çalan tarzənlərdən biri olmuşdur. O hələ 1897-ci ildə Şuşada "Xandəmirovun teatrı"nda təşkil edilmiş xeyriyyə gecəsində tarda "Çahargah"ı çalmışdır. Onun ifasında bu muğam xüsusilə fərqlənmişdir.[5] Bundan əlavə o, "Zabul" muğamının solo ifaçısı kimi də tanınmışdır.[6]

Tarzən Məşədi Zeynal 1918-ci ildə Bakıda vəfat etmişdir.[1][7]

  1. 1 2 Мәшәди Зејнал // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 546.
  2. Мешади Зейнал // Енциклопедия азербайджанского мугама (rus). Баку: Шарг-Гарб. 2012. С. 159.
  3. 1 2 Фиридун Шушински. Мәшәди Зејнал // Азәрбајҹан халг мусигичиләри. Бакы: Јазычы. 1985. С. 93–96.
  4. Фиридун Шушински. Шуша. Бакы: Ҝәнҹлик. 1998. С. 341–344. ISBN 5-8020-1425-3.
  5. Firidun Şuşinski. Məşədi Zeynal // Azərbaycanın musiqi xəzinəsi. Bakı: Vətənoğlu. 2015. S. 329–333. ISBN 978-9952-8283-8-2.
  6. Məşədi Zeynal // Muğam ensiklopediyası. Bakı. 2008. S. 159.
  7. Məşədi Zeynal // Üzeyir Hacıbəyov ensiklopediyası. Bakı: Şərq-Qərb. 2007. səh. 149. ISBN 978-9952-34-075-4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]