Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ukraynalı
Ukraynalılar və ya ukrayınlar (ukr. українці) — Ukrayna Respublikasının əsas əhalisini təşkil edir. Ukraynalılar ruslar, belaruslar və rusinlər (bəzən rusinlər ukrayınların bir subetnik qrupu sayılırlar) ilə birlikdə şərqi slavyan xalqlarından sayılırlar. Bəzi tarixçilərə əsasən, müstəqil etnik birlik kimi ukrayna xalqı XVI əsrdə formalaşmışdır. Bu xalqın məskunlaşdığı əsas ərazi Dnepr çayı sahilləri – Kiyev, Poltava və Çerniqov vilayətinin cənub hissəsi olmuşdur. Hal-hazırda ukraynalılar Ukraynanın hüdudlarından kənarda, yaxın və uzaq xaricdə, o cümlədən XIX əsrin əvvəlləri və ondan bəri Azərbaycanda da məskunlaşmışlar. Ümumi sayları 40 milyona yaxındır. Əsasən Ukraynada yaşayırlar — 37,541,700 nəfər (2001-ci il siyahıya almasına əsasən). Rusiyada, Kanadada, Amerika Birləşmiş Ştatlarında, Braziliyada, Qazaxıstanda, Moldovada, Belarusda və Almaniyada böyük diasporaları mövcuddur.
Azərbaycan ukraynalıları
Azərbaycan ukraynalıları ukr. Українці в Азербайджані — Azərbaycan Respublikası ərazisindəki etnik icmalardan biri. 2009-cu ilin siyahıyaalınmasına əsasən, azərbaycanlı ukraynalıların sayı 21,5 min nəfər idi - bu, Azərbaycanda onuncu ən böyük etnik qrup, slavyan qrupları arasında ikincidir. Ukraynalılar əsasən Bakı şəhərində yaşayırlar. Bakıda onların sayı 21 min nəfərdir. 21 dekabr 2011-ci ildən 25 may 2016-cı il tarixədək Azərbaycan Respublikasında cəmi 61 nəfər “xarici ukraynalı” statusu alıb. Ukraynanın Azərbaycandakı səfirliyinin məlumatına görə, hazırda 4000-ə yaxın Azərbaycan vətəndaşı özlərini ukraynalı (və ya Ukrayna diasporunun təşkilatlarına cəlb olunur) hesab edir. Azərbaycanın Ukrayna icmasının məlumatına görə, dilini qoruyub saxlayan, adət-ənənələrinə riayət edən, Ukrayna özünüidentifikasiyasını qoruyub saxlayan ukraynalıların sayı 3 min nəfərdən çox deyil. == Tarixi == Ehtimal olunur ki, ukraynalıların müasir Azərbaycan ərazisinə gəlməsinin başlanğıcı I Pyotrun başçılığı ilə Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü (1722-1723) və Səfəvilərlə Rusiya arasında 1723-cü il Peterburq müqaviləsinin bağlanması nəticəsində Xəzər dənizinin qərb sahili Tabasaran ilə birlikdə Rusiya imperiyasının nəzarətinə keçdiyi zaman baş vermişdir. Rusiya imperiyasının Qafqazda aparıcı qüvvəsi V.L.Veliçkonun "Qafqaz" (1904) kitabında qeyd etdiyi kimi, kazaklar idi.
Azərbaycandakı ukraynalılar

Gürcüstan ukraynalıları
Gürcüstan ukraynalıları — Gürcüstan ərazisində yaşayan etnik azlıqlardan biri. 2014-cü ilin oktyabrında aparılan son siyahıyaalma məlumatlarına görə, etnik ukraynalıların sayı 6 min nəfərə çatır. Bunların yarısından çoxu (3.200 nəfər) Tiflisdə yaşayır. 1989-cu il siyahıyaalmasına görə Gürcüstanda 52.400 ukraynalı yaşayırdı. XX əsrin 90-cı illərindəki Gürcüstanın mürəkkəb ictimai-siyasi vəziyyəti ilə əlaqəli olaraq ukraynalıların ölkədən axını olur. Ukraynalı icmasının hüquqlarının qorunması və etnomədəni, dil və digər ehtiyaclarının təmin edilməsi ilə əlaqəli bütün məsələlər 1993-cü il Ukrayna və Gürcüstan arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin 9-cu maddəsi ilə tənzimlənir. == Yayılması == Əhalinin siyahıya alınmasına görə Gürcüstanda etnik ukraynalıların sayı dinamikası: Gürcüstandakı ukraynalılar, bir qayda olaraq gürcü dilində danışırlar və ölkənin ictimai həyatında fəal iştirak edirlər. Anketlərə görə Gürcüstanda ukraynalıların yarıdan çoxu (53,4 %) ukrayna dilini ana dili hesab edir. Bu göstərici Acarıstanda 55,3%, Tiflisdə 42,6%, Kutaisidə 49,3% təşkil edir. Ukrayna diasporu nümayəndələrinin böyük əksəriyyətinin kompakt yaşayış yerləri yoxdur və ölkənin hər yerində bərabər paylanmışlar.
Serb Respublikasında ukraynalılar
Serb Respublikasında Ukraynalılar (serb. Украјинци у Републици Српској, ukr. Українці в Республіці Сербській) — Serb Respublikasında yaşayan və işləyən ukrayna əsilli əhali. Ukraynalılar Serb Respublikasının 12 milli azlığından biri hesab edilir və onların hüquqları Serb Respublikası milli azlıqlar soveti məşğul olur. Serb Respublikasında 2197 ukraynalı yaşayır. Onlardan 350 nəfəri Trnopole şəhərində yaşayır. == İcma == Ukraynalılar Serb Respublikası milli azlıqlar arasında seçilirlər: onlar Banya-Luka, Pryavor, Kozaras, Trnapole, Derventa, Laktaşi, Qradişka, və Srbas. Onlar Serb Respublikası indiki ərazisində XIX əsrin sonları XX əsrin əvvəlləri məskən salmışlar. Bosniya və Herseqovina SR ərazisində 12 min ukraynalı yaşayırdı. 1991-ci ildə onların sayı 7,5 minə qədər azalmışdır.
Ukraynalılar
Ukraynalılar və ya ukrayınlar (ukr. українці) — Ukrayna Respublikasının əsas əhalisini təşkil edir. Ukraynalılar ruslar, belaruslar və rusinlər (bəzən rusinlər ukrayınların bir subetnik qrupu sayılırlar) ilə birlikdə şərqi slavyan xalqlarından sayılırlar. Bəzi tarixçilərə əsasən, müstəqil etnik birlik kimi ukrayna xalqı XVI əsrdə formalaşmışdır. Bu xalqın məskunlaşdığı əsas ərazi Dnepr çayı sahilləri – Kiyev, Poltava və Çerniqov vilayətinin cənub hissəsi olmuşdur. Hal-hazırda ukraynalılar Ukraynanın hüdudlarından kənarda, yaxın və uzaq xaricdə, o cümlədən XIX əsrin əvvəlləri və ondan bəri Azərbaycanda da məskunlaşmışlar. Ümumi sayları 40 milyona yaxındır. Əsasən Ukraynada yaşayırlar — 37,541,700 nəfər (2001-ci il siyahıya almasına əsasən). Rusiyada, Kanadada, Amerika Birləşmiş Ştatlarında, Braziliyada, Qazaxıstanda, Moldovada, Belarusda və Almaniyada böyük diasporaları mövcuddur.
Ukraynalıların Efiopiya–Eritreya münaqişəsində iştirakı
Ukraynalıların Efiopiya–Eritreya münaqişəsində iştirakı — Efiopiya–Eritreya müharibəsi zamanı Ukrayna Silahlı Qüvvələrinin hərbi məsləhətçilərinin, həm Eritreya Silahlı Qüvvələri, həm də Efiopiya Silahlı Qüvvələrinin tabeliyində olan ukraynalı muzdluların fəaliyyəti . == Tarixi == 1998-ci ilin mayında Eritreya ilə Efiopiya arasında ərazi mübahisəsi zəminində silahlı münaqişə baş tutmuşdur. Qarşıdurma həm də etnik mənbəyə malik idi. Toqquşmalar sərhəddəki insidentdən sonra başlamış, ardınca Eritreya Silahlı Qüvvələri Efiopiyanın Tıqray və Afar vilayətlərinin ərazisinə daxil olmuşdu. Rusiya ordusuna güvənən efiopiyalılardan fərqli olaraq, eritreyalılar Ukraynanın hərbi-texniki dəstəyinə müraciət etmişdilər. Artıq yayda Kiyev–Əsməra hava körpüsü təşkil edilmişdi. Elə həmin il bir qrup eritreyalı pilot Ukraynanın təlim mərkəzlərində yeni avadanlıqlar üçün sürətləndirilmiş yenidən hazırlıq kursu keçmişdi. Ukrayna və Bolqarıstan texniki işçiləri Eritreya Hərbi Hava Qüvvələrinə xidmət etmək üçün ölkəyə gəlmişdilər. Ukraynalılar təlimatçı pilot kimi də fəaliyyət göstərirdilər. Eyni zamanda, üçüncü dövlətlər tərəfindən Eritreyaya verilən silah və hərbi texnikanın daşınması ilə də məşğul olurdular.
Rusiyanın Ukraynanı işğalı (2022)
Rusiyanın Ukraynanı işğalı — 2014-cü ildən davam edən Rusiya-Ukrayna müharibəsi'nin aktiv fazasıdır. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanı işğal etməyə başladı. Kampaniya uzunmüddətli hərbi birləşmədən və işğaldan bir neçə gün əvvəl Rusiyanın Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını tanımasından sonra başlayıb. Moskva vaxtı ilə saat 06:00-da (UTC+3) Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi. Ukrayna Sərhəd Xidməti bəyan edib ki, onun Rusiya və Belarusla sərhədləri hücuma məruz qalıb. Bir çox ölkə Ukraynaya hücumu pisləyib. == Zəmin == === Postsovet münasibətləri === 1991-ci ildə SSRİ-ni dağıldıqdan sonra, Ukrayna və Rusiya arasında yaxın münasibətlər davam edirdi. 1994-cü ildə Ukrayna nüvə arsenalından imtina etməyə razılıq verdi. Bunun qarşılığında Rusiya, Birləşmiş Krallıq və ABŞ Ukraynanın ərazi bütünlüyünə və ya siyasi azadlığına qarşı olan təhlükələrdən onu birgə qoruyacaqdır.
Rusiyanın Ukraynanı istila etməsi (2022)

Rusiyanın Ukraynanı işğal etməsi (2022)

ABŞ və Rusiyanın Ukraynanı işğalı
2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ bu hücumu pisləmiş, Ukraynaya humanitar və hərbi yardım göstərmiş, Ukraynanın işğalında fəal iştirak edən Rusiya və Belarus Respublikasına qarşı sanksiyalar tətbiq etmişdir . == Ukraynaya yardımlar == Bayden 800 ABŞ əsgərinin İtaliyadan Baltikyanı bölgəyə, səkkiz F-35 döyüş təyyarəsinin Almaniyadan Şərqi Avropaya, 32 Apache helikopterinin isə Almaniya və Yunanıstandan Polşaya daşınacağını bildirib. Bununla belə, prezident əlavə edib ki, ABŞ ordusu Ukraynada Rusiya ilə vuruşmayacaq, lakin NATO ərazisinin hər qarışını müdafiə edəcək. Martın 16-da Bayden Ukraynaya əlavə 800 milyon dollar təhlükəsizlik yardımı elan etdi və Bayden administrasiyası başlayandan bəri ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımının ümumi məbləğini 2 milyard dollara çatdırdı. ABŞ-ın müdafiə naziri Lloyd Ostin Avropaya təxminən 7000 əlavə əsgər göndərilməsi əmri verdi. Fevralın 26-da ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün ona 350 milyon dollar məbləğində əlavə hərbi yardım göstəriləcəyini bəyan etdi. ABŞ Beynəlxalq İnkişaf Agentliyi BMT agentlikləri ilə birlikdə Ukrayna xalqını cərrahi və tibbi dəstlər, zəruri qidalar, istilik yorğanları və sanitar ləvazimatlar kimi zəruri ləvazimatlarla təmin edib. Ümumilikdə, agentlik 107 milyon dollar humanitar yardım göstərmişdir. 25 mart 2022-ci ildə Co Bayden Ukrayna ilə sərhədə yaxın Polşaya səfər etdi. Bayden Ukrayna xalqının cəsarətinə və dözümlülüyünə görə minnətdarlığını ifadə etdi və Ukrayna müqavimətini işğala qarşı 1989-cu ildə Tyananmen Meydanı hadisələri ilə müqayisə etdi 12 aprel 2022-ci ildə ABŞ Ukraynaya kimyəvi hücumlardan müdafiə üçün pilotsuz təyyarələr, haubitsalar və avadanlıqlar daxil olmaqla əlavə 750 milyon dollarlıq hərbi yardım göndərdi .
Rusiyanın Cənubi və Şərqi Ukraynanı özünə birləşdirməsi
30 sentyabr 2022-ci ildə Rusiya Federasiyası Ukrayna ərazisinin təxminən 15%-ni təşkil edən qismən işğal edilmiş Ukraynanın Luqansk (Luqansk Xalq Respublikası), Donetsk (Donetsk Xalq Respublikası), Zaporojya və Xerson vilayətlərinin ilhaqı üçün razılıq müqaviləsi imzalanmışdır. Rusiya münaqişənin hökm sürdüyü dörd regiondan heç birinə nəzarəti tam formada ələ keçirməyi bacarmamışdır və 2022-ci il Rusiya-Ukrayna müharibəsi başlayandan bəri regiondakı əhalinin əksəriyyəti regionu tərk etmişdir . İlhaq Moskvada dörd regionun rəhbərləri (Leonid Pasechnik, Denis Pushilin, Yevgeni Balitsky və Vladimir Saldo) və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən mərasimdə rəsmiləşdirilmişdir. Ukrayna, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı ilhaq mərasiminin heç bir hüquqi dəyəri olmadığını bildirmişdir. İlhaq dörd regionda Rusiyanın dəstəklədiyi separatçıların hakimiyyət orqanlarının keçirdiyi referendumlardan sonra baş vermişdir. İlhaq ümumiyyətlə pislənmiş və beynəlxalq ictimaiyyət tərəfindən tanınmamışdır.
Ukrayna
Ukrayna (ukr. Україна [ukrɑˈjinɑ]) — Şərqi Avropada dövlət. Parlament-prezident respublikasıdır. Şimaldan Belarus, qərbdən Polşa, Macarıstan, Slovakiya, Moldova və şərqdən Rusiyayla həmsərhəddir. Cənubdan Qara dənizə çıxır. == Əhali == 2010-cu il oktyabrın 1-də Ukraynanın əhalisi 45 822 214 nəfər idi. Ondan şəhər əhalisi — 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi — 14 378 092 nəfər və ya 31,4% təşkil edir. 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən Ukrayna əhalisi 45539.1 min nəfərdir. === Mədəniyyəti === Ukraynada idman sürətlə inkişaf edir, ən inkişaf etmiş növlərindən biri də futboldur. Milli komanda 2006-cı il dünya çempionatında dörddə bir finala qədər irəliləməyi bacarıb.
Ukraynaca Vikipediya
Ukraincə Vikipediya — Vikipediyanın ukrain dilində olan bölməsidir. Bu günə gədər 1.317.277 məqalə yaradılıb.
Ukraynada QİÇS
Ukraynada QİÇS (ukr. СНІД в Україні) — Ukraynada QİÇS-lə bağlı vəziyyəti izah etmək üçün istifadə olunan termin. Ukrayna QİÇS virusunun ən sürətli yayıldığı Avropa ölkəsidir. Mütəxəssislərin 2010-cu ilin avqust ayında vermiş olduğu raporta əsasən ölkədə gənc nəslin 1.3% QİÇS-in səbəb olduğu HİV virisunu daşıyıcısıdır. 2011-ci ilin məlumatlarına görə Ukraynada 360.000 HİV pozitiv şəxs yaşayır. İlk yoluxma faktının qeydə alındığı 1987-ci ildən 2012-ci il aralığında QİÇS-in səbəb olduğu xəstəliklərdən 27.800 nəfər vəfat edib. 2012-ci ilin məlumatlarında təxminən gün ərzində 57 yeni yoluxma faktının və 11 virusunun səbəb olduğu xəstəliklərdən baş verən ölüm faktlarının qeydə alındığı bildirilmişdir. İlk dəfə 1987-ci ildə qeydə alınan virus 90-cı illlərin əvvəllərində ölkənin cənub və şərq əyalətlərində inyeksion narkotik istifadəçiləri arasında məhdud çevirədə yayılmışdır. Zamanla ölkənin digər bölgələrində də artım səviyyəsinə keçən virus XX əsrin sonlarına yaxın əhəmiyyətli dərəcədə çox əhalidə aşkarlanmışdır. Bu gün Ukrayna Şərqi Avropada ən çox HİV/QİÇS daşıyıcısı olan vətəndaşa sahib ölkədir.
Ukraynada futbol
== İlkin mərhələsi ==
Ukraynada idman
Ukraynada idman- Ukraynanın ən məşhur fəaliyyətlərindən biridir. İdmanla peşəkar və həvəskar məşğul olurlar. Həvəskar idmanı bədən tərbiyəsi konsepsiyası ilə sıx bağlıdır. Futbol və güləş kimi idman növləri 19-cu əsrdən bu günə qədər Ukraynada məşhurdur. Sovet İttifaqının Ukrayna idman sahəsində böyük rolu olmuşdur. Sovet İttifaqının dağılmasından sonra Ukraynada yüzlərlə stadion, üzmə hovuzu, gimnaziya və digər idman qurğuları qalmışdır. XIX əsrin ikinci yarısından Avropada məşhur olan Sokol gimnastika təşkilatı tərəfindən Ukrayna idman və ya atlet hərəkatına böyük təsir göstərmişdir. Ukraynada idman ilk növbədə müxtəlif olimpiya idman növlərinin 40 federasiyası tərəfindən tənzimlənir. Bunlar, həmçinin, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) bir hissəsi olan Ukrayna Milli Olimpiya Komitəsinə (NOC Ukrayna) tabedir. Bütün qeyri-olimpiya idmanları Ukrayna İdman Komitəsinin müvafiq federasiyaları tərəfindən idarə olunur.
Ukraynada islam
Ukrayna tərəfindən işğal edilmiş əraziyə islamın nüfuz edilməsi Ərəb — Xəzər müharibələri dövründə başladı. VIII əsrdə Qafqaz vasitəsilə Qara dəniz regionuna dinc ərəbcə daxil olan yol açılmışdır. Müasir Ukraynanın cənub-şərqində arxeoloqlar müsəlman qəbri tapıblar. Bu qəbirlər Salto-Mayak mədəniyyətinə aiddir. Ruslar, ərəblər və digər müsəlman xalqları arasında sıx ticarət əlaqələrinin mövcudluğu orta əsr Ərəb-Fars müəllifləri İbn Fədlan, Məsudi, İbrahim İbn-Yaqub və başqaları tərəfindən sübuta yetirilir. Müsəlmanlar islamın biliyi, qədim Rusiyanın sakinləri ticarət əməliyyatları, səyahət və hərbi kampaniyalarda ilk məlumatlar aldılar. Ruslar İtilə səyahət etdi. Ərəb-müsəlman mədəniyyətinin böyük təsirini yaşayan bir ölkə ilə birbaşa əlaqə yarandı. Kiyev Rusiyası hərbi kampaniyalarda da müsəlman dövlətlərin nümayəndələri ilə təmaslara girdi. Rusiyanın ən yaxın qonşusu — Volqa Bolqarıstan 922-ci ildə islamı dövlət dini olaraq qəbul etdi.
Ukraynada kömür
Ukraynada kömür — Kömür mədəni Ukraynada mühüm bir sənayedir. Ukraynada kömür mədəni tez-tez kömür ilə zəngin olan Donetsk hövzəsi ilə əlaqələndirilir. Ancaq bu yeganə kömür mədəni bölgəsi deyil, digəri isə Lviv-Volhynian hövzəsi və Dnepr qəhvəyi kömür mədən hövzəsidir. Ukraynanın Şərqində yerləşən Donetsk hövzəsi, ölkənin ən inkişaf etmiş və daha böyük kömür mədən bölgəsidir. Ukrayna son vaxtlara qədər, Avropanın üçüncü böyük kömür istehsalçısıdır. 1976-cı ildə milli istehsal 218 milyon ton olub. 2016-cı ilədək istehsal 41 milyon ton azalıb. Şərqi Ukraynadakı Donetsk qara kömür hövzəsi, ölkənin ehtiyatlarının 90% -i ilə bağlı olan üç problemə məruz qalır: (1) mədənlər sərmayə yatırımı üçün kifayət qədər gəlirli deyil, yəni iyirmi yaşlı dağ-mədən avadanlıqları və prosesləri mövcuddur,(2) hökumət, Beynəlxalq Valyuta Fondundan məsləhət alaraq, illik 600 milyon dollarlıq maddi subsidiyaları dayandırdı və (3) Ukrayna hökuməti özünü müstəqil elan edən Donetsk Xalq Respublikası və Luhansk Xalq Respublikası tərəfindən nəzarət altına alınan mədənləri satın almaqdan imtina edir. == Tarixi == 1870-ci ildə Ukraynada kömür mədəni sənayesi başladı. 1913-cü ildə Donetsk, Rusiya imperiyasında kömürün 87%-ni istehsal etmişdir.
Ukraynada nəqliyyat
Ukraynada nəqliyyat hava, dəmiryol, avtomobil, su və boru nəqliyyatından ibarətdir. == Dəmir yolları == Ölkədə dəmir yolları Ukrayna dəmir yolları idarəsinin balansındadır (ukr. Укрзалізниця). Ölkədə dəmiryolları şəbəkəsi altı yola bölünür:Donetsk, Lvov, Odessa, Cənub, Cənub-Qərbi və Pridnepovsk. Sərnişin daşıma vaqonlarının maksimal sürəti 160 km/s təşkil edir. Dəmir yollarının ümumi uzunluğu 22473 km təşkil edir. == Avtomagistralı == Ukrayna ərazisindən 23 beynəlxalq avtomagistal keçir. Şosse yollarının ümumi uzunluğu 169 491 kilometrdir. == Aviasiya == Ölkədə 19 beynəlxalq hava limanı vardır. Ən böyük hava lmanı Brispol hava limanıdır.
Ukraynada səhiyyə
Ukraynada səhiyyə -Ukraynanın əhalisinə tibbi yardım göstərmək və təmin etmək üçün bir sistemdir. == Ümumi vəziyyət == 1999-cu ildə, Sovet İttifaqının dağılmasından sonra , Ukraynaya, akademik Nikolay Semaşkonun ideyaları əsasında yaradılmış geniş və yaxşı qurulmuş səhiyyə sistemi miras qalır. Müstəqillikdən və iqtisadiyyatın dağılmasından sonra, məlum oldu ki, ölkə kompleks qurumları müstəqil idarə etmək iqtidarında deyil və nəticədə maliyyə və inzibati səlahiyyətləri regional səviyyəyə keçirmək lazım gəldi. Ukraynanın səhiyyə xidməti, Ukrayna Səhiyyə Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərir. İyirmi illik müstəqillik dövrü keçməsinə baxmayaraq, hələ də köhnə yanaşma sistemi sayəsində köhnə və yeni problemlər üst üstə gəlmişdir. Məsələn, Ukraynada tibbi sektorun özəlləşdirilməsindən sonra ölkədə səhiyyə korrupsiya mövcud olan sahələrdən birinə çevrildi. Yalnız dərman və vaksinlərin alınması ilə bağlı Səhiyyə Nazirliyi təxminən 100 milyon ABŞ dolları məbləğində itkiyə məruz qalır və il ərzində əczaçılıq ehtiyacları üçün ayrılan vəsaitin ümumi həcmi 250 milyon dollardır. Ukraynada, səhiyyə sahəsində əhalinin hüquqlarına çox əhəmiyyət verilmir, baxmayaraq ki, hər bir vətəndaşın sağlamlığı haqqında məlumat əldə etmək və xidmətlərdən yararlanmaq hüququ var. Bu prosesin tətbiqi şəffaf deyil və xəstələr fərdi tövsiyələrə və əlaqələrə etibar edirlər. Xəstələrin hüquqları sistemli qorunmur, səhiyyə sistemində şikayətlərin təqdim olunması üçün xüsusi mexanizm mövcud deyil.
Donetsk (Ukrayna)
Donetsk (ukr. Донецьк, Doneck) — Ukraynanın şərqində yerləşən böyük sənaye və iş mərkəzi. Donetsk vilayətinin inzibati mərkəzidir. Donetsk şəhəri alçaq sıra dağlarından cənuba Donetsk kömür hövzəsinin mərkəzi hissəsində, çöl zonasında, Kalmius çayının yuxarılarında yerləşdirilmişdir və kiçik meşələrlə, təpələrlə, çaylarla və göllərlə mühasirəyə alınmışdır. == Əhalisi == Əhalinin sayına görə Donetsk Ukraynada beşinci yeri tutur. Şəhər əhalisinin sayı 1,7 milyon insandan yuxarı təşkil edir. Donetsk şəhərinin ümumi sahəsi — 385 km²-dir. O şimaldan cənuba 38 km, şərqdən qərbə isə 55 km uzanmışdır. Şəhər 9 inzibati əraziyə bölünmüşdür. Donetsk öz yaxınlığındakı şəhərlər ilə birlikdə Donetsk aqlomerasiyasının — Ukraynanın ən böyük sənaye mərkəzini təşkil edir.
Qərbi Ukrayna
Qərbi Ukrayna (ukr. Західна Україна) — Ukrayna tarixinin müxtəlif dövrlərində etnik Ukrayna ərazilərinin müəyyən bir hissəsini təyin edən qeyri-rəsmi termin. Əsas şəhərləri Lvov, Çernovtsı, Xotın, Lutsk, İvano-Frankovsk, Rivne, Ternopol, Ujqorod şəhərləridir. İkinci Dünya müharibəsinin başlanğıcında bütün ərazilər, seçki sonrası işğal altında olan Polşadan Sovet İttifaqına keçmək üçün ictimai razılıq əldə etmək məqsədi ilə təyin edilmiş və seçkilərdən sonra 22 oktyabr 1939-cu ildə Ukrayna Sovet Sosialist Respublikasına daxil edilmişdir.
Ukrayna Dövləti
Ukrayna Dövləti (ukr. Українська Держава) və ya İkinci Getmanlıq (ukr. Другий Гетьманат) — 1918-ci ilin aprel–dekabr aylarında, Rusiya vətəndaş müharibəsi dövründə Almaniyanın protektoriyası altında Ukraynanın dövlət quruluşu formasının rəsmi adı. Yarı-monarxiyalı, diktatorlu getman rejimi 29 aprel 1918-ci il tarixində dövlət çevrilişi nəticəsində qurulmuşdur. Bəyan edilmiş Ukrayna Dövlətinin başçısı Pavel Skoropadski – dövlətin, ordunun və məhkəmənin ali rəhbəri idi. Skoropadski avstriyalı və alman işğalçı qüvvələr, böyük mülkədarlar, burjuaziya və getman ordusunda xidmət edən rus zabitlərə arxalanırdı. Getman Pavel Skoropadski Mərkəzi Şuranı və onun orqanlarını, respublikanı və Ukrayna Xalq Respublikası dövründə edilmiş islahatları ləğv etmişdir. Getman rejimi təsis olunandan bəri keçmiş Milli Şuranın bazasından olan partiyaların təzyiqinə məruz qalmışdı. İşğalçı qüvvələrin yerli xalqa davranışı və ərzaqları oğurlaması genişmiqyaslı kəndli üsyanlarına səbəb olurdu. == Hökumət == Ukrayna Dövlətinin hökuməti belə idi: == İnzibati bölgü == == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Akunov, V. Германский прихвостень, или Московский запроданец?
Ukrayna Kazakları
Ukrayna Kazakları (ukr. Українські Козаки) — Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. Uçuşlar üçün Aero L-39 Albatros təlim təyyarələri istifadə olunurdu. == Tarixi == Komanda 1995-ci ildə yaradılmışdır. Komandanın ilk çıxışı 1997-ci il 24 avqustda Ukraynanın Müstəqillik Günü baş tutmalı idi. Bayrama bir aydan az vaxt qalmış, təlim uçuşu zamanı qəza baş verdi və 2 pilot həlak oldu. Baş vermiş faciəyə baxmayaraq 24 avqsutda uçuş baş tutdu. Daha sonra isə komanda ləğv olundu. Komandanın ləğvindən bir neçə il sonra isə Ukraynanın digər aerobatika komandası olan Ukrayna Şahinlərinin ləğv olunmasına səbəb olan qəza baş verdi.
Ukrayna Konstitusiyası
Ukrayna Konstitusiyası (ukr. Конституція України)- Ukrayna Respublikasının əsas qanunu. == Ukrayna Konstitusiyasının tarixi == === Filip Orlik Konstitusiyası, 1710-cu il === Getman İvan Mazepanın ölümündən sonra 5 aprel, 1710-cu ildə yeni getman Filip Orliklə İvan Mazepaya sadiq kazaklar arasında getmanın hüquq və vəzifələrini müəyyən edən "Hərbi hüquq və azadlıqlar haqqında müqavilə" imzalandı. Bu sənəd Polşa kralı və şlyaxtalar arasında imzalanan Konstitusiya sənədinin bənzəri idi və tarixdə "Orlik Konstitusiyası" kimi tanınır. Sənəd köhnə ukrayna və latın dillərində tərtib edilmişdir. Sənədin latınca adı: lat. «Pacta et Constitutiones legum libertatumqe Exercitus Zaporoviensis». Bağlanmış "kontrakt və müqavilələr" Ukraynanın İsveçin himayəsini saxlamaq şərti ilə Rusiya və Reç Pospolitadan asılılığını ləğv etdi. Ukraynanın ərazisi 1649-cu il Zborov müqaviləsinə əsasən müəyyənləşdirildi. "Orlik Konstitusiyası" ilə əlaqədar abidələr qurulmuşdur: 9 aprel 2010-cu il, Bender qalası və "Dnestrətrafı" ərazisində.
Ukrayna Mərkəzi
Ukrainian Center — Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri Konsulluğunun nəzarəti altında və Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin himayəsi altında ölkələrarası turizmin və iqtisadi potensialın artırılması məqsədilə yaradılmış qurumdur.. == Tarixi == Ukrayna Mərkəzi 17 oktyabr 2021-ci ildə Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri Konsulluğunun nəzarəti altında və Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin himayəsi altında yaradılmışdır. == Məqsədi == Ukrayna Mərkəzi, turizm və turizm-kurort sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla bir neçə vəzifəni bir anda həyata keçirəcək innovativ bir layihədir. Mərkəzin bazasında, Ukraynanın birinci xanımı Yelena Zelenskayanın himayəsi altında, qonaqpərvər Azərbaycanı ziyarət edən ukraynalı turistlər üçün audio bələdçilər sistemi tətbiq olunacaq. Məlumata görə, Mərkəzin ayrı bir istiqaməti Ukrayna və Azərbaycan ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, habelə tələbə mübadiləsi və tədqiqatlara yönəlmiş, xüsusən informasiya texnologiyaları sahəsində proqramlar həyata keçirilir. == İstinadlar == == Xarici keçidlər == В Баку открыли Украинский центр (фото) В центре Баку открылся Украинский центр, станет центром активности украинской диаспоры в Азербайджане, местом проведения мероприятий, направленных на развитие двусторонних отношений между странами.
Ukrayna Qəhrəmanı
Ukrayna Qəhrəmanı (ukr. Герой України) — Ukraynanın ən yüksək dövlət mükafatı, ali fərqlənmə nişanı. == Xarici keçidlər == Знаки отличия Президента Украины «Герой Украины» Звання «Герой України» (ukr.) Кавалеры Золотой Звезды.
Ukrayna Respublikası
Ukrayna (ukr. Україна [ukrɑˈjinɑ]) — Şərqi Avropada dövlət. Parlament-prezident respublikasıdır. Şimaldan Belarus, qərbdən Polşa, Macarıstan, Slovakiya, Moldova və şərqdən Rusiyayla həmsərhəddir. Cənubdan Qara dənizə çıxır. == Əhali == 2010-cu il oktyabrın 1-də Ukraynanın əhalisi 45 822 214 nəfər idi. Ondan şəhər əhalisi — 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi — 14 378 092 nəfər və ya 31,4% təşkil edir. 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən Ukrayna əhalisi 45539.1 min nəfərdir. === Mədəniyyəti === Ukraynada idman sürətlə inkişaf edir, ən inkişaf etmiş növlərindən biri də futboldur. Milli komanda 2006-cı il dünya çempionatında dörddə bir finala qədər irəliləməyi bacarıb.
Ukrayna Reyxkomissarlığı
Reichskommissariat Ukraine və ya Ukrayna Reyxkomissarlığı — İkinci dünya müharibəsində Nasist Almaniyasının Sovet İttifaqına hücumundan sonra Alfred Rozenberqin rəhbəri olduğu Şərq Nazirliyinin (Almanca: Das Reichsministerium für die besetzten Ostgebiete: RMfdbO) tabeliyində 1941-ci ilin iyun ayında işğal edilmiş Ukrayna SSR ərazisində yaradılmış olan inzibati ərazi vahididir.
Ukrayna SSR
Ukrayna SSR (ukr. Українська Радянська Соціалістична Республіка, УРСР) — Ukrayna Sovet Sosialist Respublikası. SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. == Ümumi məlumat == Ukrayna SSR 1917 il dekabrın 25-də təşkil edilmişdir. 1922 il dekabrın 30-dan SSRİ-nin tərkibində olub. == Dövlət quruluşu == Ukrayna SSR fəhlə, kəndli və ziyalıların sosialist dövləti, müttəfiq sovet sosialist respublikasıdır. Qüvvədə olan Konstitusiyası 1978 il aprelin 20-də qəbul edilmişdir. Ali dövlət hakimiyyəti orqanı 5 il müddətinə seçilən birpalatalı Ukrayna SSR Ali Sovetidir. Ali Sovet respublikası hökumətini Nazirlər Sovetini təşkil edir və qanunlar verir.
Ukrayna azərbaycanlıları
Ukrayna azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Ukraynada yaşayan hissəsinin adı. == Rəsmi statistika == == Qeyri-rəsmi məlumatlar == 2001-ci ilin siyahıya alınmasına və Ukraynadakı Azərbaycan diasporunun məlumatlarının qarşılaşdırılması hesabına siyahıya alınma zamanı bu ölkədə 203,4 min azərbaycanlının yaşadığı məlum olmuşdur.
Ukrayna bayrağı
Ukrayna bayrağı — Ukrayna Respublikasının Dövlət bayrağı. Ukraynanın mavi-sarı rəngli dövlət bayrağı 1991-ci il, yanvar ayının 28-də Yuxarı Rada tərəfindən rəsmi olaraq təsdiqini tapıb. Bayrağın eninin uzunluğuna nisbəti 2:3 nisbətindədir. Hər il iyul ayının 24-də Ukraynada Dövlət Bayrağı Günü kimi qeyd edilir. Ukrayna bayrağındakı mavi və sarı rəngin tarixi xristianlıqdan öncəki zamanlara gedib çıxır. Həmin vaxt mavi və sarı rəng od ilə suyu tərənnüm edirdi. Ukrayna bayrağındakı rənglərin indiki mənasına gəldikdə, sarı rəng buğda zəmilərini, mavi rəng isə buğda zəmiləri üzərindəki səmanı təmsil edir.
Ukrayna coğrafiyası
Ukrayna coğrafiyası — Şərqi Avropa düzənliyinin tərkibində yerləşən ölkələrin əksəriyyətinin coğrafiyasından əhəmiyyətli dərəcədə fərqlənir. Ukrayna Rusiya Federasiyasından sonra Avropada yerləşən ərazicə ikinci ən böyük ölkədir. Ukraynanın müxtəlif regionları fərqli coğrafi xüsusiyyətlərə malikdir. == Coğrafi mövqeyi == Azov dənizi və Qara dənizin şimal sahilləri boyu uzanan Ukrayna Şərqi Mərkəzi Avropada strateji mövqeyə malikdir. Ukrayna qərbdən Polşa, Slovakiya, Macarıstan , şimaldan Belarusiya , cənub-qərbdən Moldova və Rumıniya, şərqdən Rusiya ilə həmsərhəddir. Ərazisinin çox hissəsi Böyük Avropa düzənliyinin tərkibində yerləşir. Ümumilikdə Ukrayna Qara dəniz sahili boyu çöllüklər və materikin ortalarına doğru mülayim meşə zonası iki biom arasında bölünür. Qərbi regionlar Karpat dağlarının üstünlük təşkil etdiyi alp dağlarına bənzər ərazilərdə yerləşir. Karpat dağlarının şimal hissəsi Ukraynanın qərb hissəsini əhatə edir. Ukrayna ərazisinin çox hissəsini Qara dənizin şimal regionlarının çöllükləri tutur.
Ukrayna dili
Ukrain dili (ukr. українська мова) və ya ukraincə — Slavyan dillərinin şərqi slavyan dilləri yarımqrupuna daxil olan dil. Dünyada təxminən 45 milyon insan ukrain dilində danışır. Onların əksəriyyəti Ukraynada yaşayır. Ukraynanın rəsmi dilidir.. 13–22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən ana dili ukrain dili olan Azərbaycan vətəndaşlarının sayı 20.988 nəfərdir.
Ukrayna futbolu
== İlkin mərhələsi ==