Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vamiq Məmmədəliyev
Vamiq Məmmədəli oğlu Məmmədəliyev (9 iyun 1946, Bakı) — Azərbaycanın görkəmli tarzəni, dosent, professor, Azərbaycan Respublikasının xalq artisti (2018). == Həyatı == Vamiq Məmmədəli oğlu Məmmədəliyev 1946-cı il iyun ayının 9-u Bakının Kürdəxanı qəsəbəsində ziyalı ailəsində anadan olub. 1953–1964-cü illərdə 113 nömrəli Kürdəxanı kənd məktəbində orta təhsil alıb. İbtidai musiqi təhsilini kənd klubunun tar dərnəyini aparan Dərdayıl Aydəmirovun sinfində alıb. Bir müddət sonra 1963-cü ildə Kürdəxanı kənd klubunda tar dərnəyini və daha sonralar "Bahar" xalq çalğı alətləri ansamblını yaradır. 1967 – 1972-ci illərdə həmin klubda təlimatçı, bədii rəhbər və müdir vəzifəsində çalışıb. 1965–1967-ci illərdə Astara rayonunda hərbi xidmətdə olub. 1972–1976-cı illərdə isə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda, 1980–1985-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar üzrə ali təhsil alan Vamiq Məmmədəliyev bu tədris ocaqlarında Bəhram Mansurov, Əhməd Bakıxanov, Hacı Məmmədov, Adil Gəray, Oqtay Quliyev, Sərvər İbrahimov kimi magikanlardan muğamın sirlərini, ifa texnikasını və xanəndəni müşayiət formalarını mənimsəyərək canına hopdurub. Mədəni Maarif Texnikumunu bitirən kimi tar aləti üzrə ixtisas müəllimi (1971–1993), Bakı Musiqi Akademiyasında baş müəllim, dosent (1988–2001) fəaliyyət göstərən Vamiq Məmmədəliyev 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində açılmaqda olan musiqi sənəti fakültəsinə dekan vəzifəsinə dəvət olunur. O vaxdan bu günədək rəhbər kimi çalışaraq fakültənin qurulmasında gərgin əmək sərf edən Vamiq Məmmədəliyev yaradıcılıqdan da kənar qalmır.
Namiq
Namiq — Azərbaycanlı adı.
Namiq Cırıyev
Namiq Cırıyev (4 noyabr 1980, İsmayıllı) — ilahiyyatçı, ərəbşünas == Həyatı == Namiq Zeynəddin oğlu Cırıyev 4 noyabr 1980-ci ildə İsmayıllı rayonu Qalacıq kəndində anadan olub. 1987-98-ci illərdə İsmayıllı rayonu Taryel Xanadanov adına orta məktəbdə oxuyub. 1998-99-cu illərdə Türkiyənin İzmir şəhərindəki Doqquz Eylül Universitetində İlahiyyat fakültəsində təhsil alıb. 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində təhsilini davam etdirib. 2003-cü ildə M.Füzuli adına Əlyazmalar İnstitutunun aspiranturasına qəbul olunub, elə həmin il institutda əmək fəaliyyətinə başlayıb. 2005-2007-ci illərdə müxtəlif mətbu orqanlarında çalışıb, 2008-ci ildən isə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışır. 100-ə yaxın elmi, publisist və tədqiqat əsərlərinin müəllifidir.
Namiq Cəlilov
Cəlilov Namiq Sərdar oğlu (18 fevral 1959, Şahbuz rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü (2007) AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru == Həyatı == Namiq Cəlilov 1955-ci il fevralın 18-də Naxcıvan Muxtar Respublikasında anadan olmuşdur. N. S. Cəlilov əyani aspiranturanı İZMİRAN -da (Moskva vilayəti) müvəffəqiyyətlə başa vurmuş və elə orada da namizədlik dissertasiyasını astrofizika ixtisası üzrə müdafiə etmişdir (1983). 1986–2005-ci illər ərzində o İZMİRAN -da aparıcı elmi işçi vəzifəsinə qədər yüksələrək bu İnstitutda həyata keçirilmiş iki kosmik proqramın (KORONAS-İ və KORONOS-F) nəzəri proqramlarının hazırlanmasında fəal iştirak etmişdir. 2004-cü ildə İZMİRAN-da "Günəşin qlobal məxsusi rəqslərinin fiziki modelləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat üzrə elmlər doktoru alimlik dərəcəsini qazanmışdır. 1983–2004-cü illərdə Rusiya və Almaniyanın məşhur elm ocaqlarında (Yer maqnetizmi, İonosfer və Radio dalğaların yayılması İnstitutu (Moskva) və Potsdam Astrofizika İnstitutu) çalışmış, nəzəriyyəçi alim kimi yetişmişdir. Elmi fəaliyyətə Günəş fizikasının aktual sahəsi olan helioseysmologiyanın nəzəri problemləri ilə başlayan alim fundamental nəticələrə nail olmuşdur. O, rəqslərin radiativ udulmasını nəzərə alaraq Günəşin akustik pulsasiyasının spektrini hesablamışdır. Həmçinin Rusiya, Kanada və İspaniyadan olan alimlərlə birlikdə o neytrino fizikası sahəsində mühüm layihələrin müəllifidir. İlk dəfə N. Cəlilov tərəfindən (Rusiya və Almaniya alimləri ilə birlikdə) Günəşin diferensial fırlanması ilə bağlı olan burulğanlı qlobal rəqslərin nəzəriyyəsi irəli sürülmüşdür. 107 elmi məqalənin müəllifidir.
Namiq Dadaşov
Namiq Dadaşov Əbdül Xalıq oğlu (27 noyabr 1945, SSRİ və ya Azərbaycan – 7 oktyabr 2021) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Respublikanın əməkdar rəssamı, ali təhsilli heykəltaraş == Həyatı == Namiq Dadaşov 27 noyabr 1945-ci il tarixində anadan olub. Azərbaycan Milli Konservatoriyasının İncəsənət Gimnaziyasının müəllimi kimi çalışıb. Mədəniyyət Nazirliyi tərəfindən sifariş olunan 15 ədəddən artıq xatirə medallarının müəllifidir. Rəssam yaradıcılığının müxtəlif dövürlərində qızıl, gümüş medallarla, o cümlədən diplomlarla təltif edilib. Rəssam bir çox Beynəlxalq sərgilərin, həmçinin fərdi və qrup sərgilərinin iştirakçısı olub. Əsərləri Gürcüstan, Hollandiya, İtaliya, İngiltərə, Türkiyə, Fransa və digər ölkələrdə sərgilənib. 7 oktyabr 2021-ci il tariixndə vəfat edib. Ailə idi, iki uşağı var. == Yaradıcılığı == 1983 Qasım bəy Zakirin qəbirüstü abidəsi — Şuşa şəh. 1984 Ü. Hacıbəyov və Bül-Bül abidə büstü — Şuşa şəh.
Namiq Hacıheydərli
Namiq Hacıheydərli (8 sentyabr 1975, Salyan rayonu – 27 aprel 2024) — Azərbaycan şairi, araşdırmaçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), AYB-nin Muğan bölməsinin yaradıcısı və ilk sədri (2008–2015). == Həyatı == Namiq Hacıheydərli 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub. 1990-cı ildə Varlı kənd əsas, 1992-ci ildə Salyan rayonu Yolüstü kənd orta məktəbini bitirib və elə həmin ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub. Ali məktəbi 1997-ci ildə bitirib. 2024-cü il aprel ayının 27-də qəfil komaya düşdüyünə görə xəstəxanaya yerləşdirilib. Həmin gün vəfat edib. == Yaradıcılığı == 1999-cu ildə Salyanın Qaraçala ərazisini əhatə edən "Dan yeri" Ədəbi Birliyini qurub. 2000-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Salyanda keçirilən təsis konfransında Muğan bölməsinin sədri seçilib. Dünya Azərbaycanlılarının I Qurultayının, Azərbaycan Gənclərinin III Forumunun, Azərbaycan Yazıçılar Birliyinin XI Qurultayının, Krımın Yalta şəhərində keçirilən XIV Türk Dünyası Gənclik Günləri və Qurultayının və digər mühüm tədbirlərin iştirakçısıdır.
Namiq Hacıyev
== Siyahı ==
Namiq Hüseynov
Hüseynov Namiq Tahir oğlu — Azərbaycan jurnalisti. == Həyatı == 30 yanvar 1984-cü ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Özəl Türk Liseyini, 2004-cü ildə isə Bakı Dövlət Universitetini "iqtisadi kibernetika" ixtisası üzrə bitirib. 2006-cı ildən ANS şirkətlər qrupuna daxil olan ANS TV-nin xəbərlər xidmətində çalışıb. ANS-də işlədiyi müddət ərzində "Salam Azərbaycan", "Xəbərçi", "İç xəbər" və "Düzbucaq" proqramlarının həm müxbiri, həm aparıcısı, həm də redaktoru olub. Sumqayıt şəhərinin 60 illiyi ilə bağlı "60 yaşında cavan", Azərbaycanda televiziyanın yaranma tarixi ilə bağlı "Dövlət güzgüsü", milli mətbuatın yaranma tarixi ilə bağlı "Əkilənlər və biçilənlər" adlı sənədli filmləri çəkib. Səhhətində yaranmış problemlərlə əlaqədar 31 mart 2012-ci il tarixində telekanalı tərk edib. Bir müddət Azərbaycanda pulsuz paylanan qəzet olmuş New Baku Post (qəzet) inin iqtisadiyyat üzrə müxbiri, Fins.az - maliyyə xəbər portalının redaktoru olub. Hal-hazırda "Report" İnformasiya Agentliyi nin iqtisadiyyat şöbəsinin redaktorudur. Ailəlidir, bir qızı, bir oğlu var.
Namiq Həsənov
Namiq Həsənov (siyasətçi) — Naxçıvan MR Ali Məclisinin sabiq sədri. Namiq Həsənov (futbolçu) — Azərbaycanlı futbolçu. Namiq Həsənov (əsgər, 1991) — Vətən müharibəsi şəhidi.
Namiq Kamal
Namik Kamal (türk. Namık Kemal) (21 dekabr 1840, Təkirdağ — 2 dekabr 1888, Xios) — Türkiyə şairi, jurnalist, nasir, tərcüməçi və ictimai xadim. Tənzimat ədəbiyyatının əsas nümayəndələrindən biri. "Gənc osmanlılar" cəmiyyətinin yaradıcılarından və rəhbərlərindən biri. Dərc etdiyi qəzetlər ("Azadlıq", London, 1863-1870; "Təlimat", İstanbul, 1872-1873) Türkiyədə konstitusion fikirlərin yayılmasında böyük rol oynamışdır. 1876-cı il ilk türk konstitusiya layihəsinin hazırlanmasında iştirak etmişdir. Mədəniyyətdə Avropa istiqamətinin tərəfdarı olmuşdur. 1865-ci ildə İbrahim Şinasinin mühacirətindən sonra "Təsviri əfkar" ("Tasviri efkar") qəzetini nəşr etməya başlamışdır. Namik Kamal türk romanının banilərindəndir. "Əli bəyin sərgüzəştləri" (1876), "Cəzmi" (1880) kimi romanlar onun qələminə aiddir.
Namiq Musalı
Namiq Məmmədov
Namiq Məmmədov (rəssam) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, peşəkar rəssam
Namiq Məna
Namiq Həsən oğlu Əliyev (1 noyabr 1971, Sumqayıt) təxəllüsü Namiq Məna — Azərbaycan meyxanaçısı, bədihəçi şairi. AYB Qubadlı Regional Bölmənin sədri, Mədəniyyət və Turizm Nazirliyinin Sumqayıt regional idarəsinin əməkdaşı. Yeni Azərbaycan Partiyasının üzvüdür. == Həyatı == Namiq Həsən oğlu Əliyev 1 noyabr 1972-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Zəngəzurdandır. 28 saylı orta məktəbi bitirib. Mədəniyyət və İncəsənət universitetinin dram teatrı və kino aktyorluq fakultəsini bitirib. 10 yaşından şeir yazmağa başlayıb. Şifahi xalq ədəbiyyatının bir qolu olan bədihə (meyxana) janrı ilə fəaliyyət göstərib. Qoyma ay qardaş vətən əldən gedir, Xəzan gəlibdir, Çəmən əldən gedir.
Namiq Nəbiyev
Namiq Nəsrullayev
Namiq Nəsrulla oğlu Nəsrullayev (2 fevral 1945, Bakı – 17 yanvar 2023, Bakı) — Azərbaycan Respublikasının iqtisadiyyat naziri (1996–2001), Azərbaycan Respublikası Hesablama Palatasının ilk sədri (2001–2007). Azərbaycanın tanınmış dövlət xadimi Nəsrulla Nəsrullayevin oğludur. == Həyatı == 2 fevral 1945-ci ildə Bakı şəhərində anadan olmuş, 1962-ci ildə orta məktəbi, 1967-ci ildə fərqlənmə diplomu ilə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini, 1970-ci ildə M. Lomonosov adına Moskva Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirmişdir. Ailəlidir, 2 övladı var. === Elmi fəaliyyəti === 1968-ci ildən Moskvada akademik Boris Nikolayeviç Petrovun rəhbərliyi ilə SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspiranturasında avtomatik idarəetmə və tənzimləmənin invariantlılıq nəzəriyyəsi, ekstremal tənzimləmə sistemləri üzərində işləmişdir. 1978-ci ildə bort nüvə energetikası qurğuları üzrə texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 1978–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun direktor müavini, "Kibernetika" XKB-nin direktoru işləmişdir. 1987-ci ildə Azərbaycan "Ulduz" Elm İstehsalat Birliyinin və "Rabitə Sistemləri" Elmi-Tədqiqat İnstitutunun direktoru təyin edilmiş, həmin vəzifələrdə 1995-ci ilədək çalışmışdır. 15 müəlliflik şəhadətnaməsi almış, 32 elmi əsəri nəşr edilmişdir. === Siyasi fəaliyyəti === 1995-ci ildən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini, 1996-cı ildən 2001-ci ilədək Azərbaycan Respublikasının iqtisadiyyat naziri vəzifəsində fəaliyyət göstərmişdir.
Namiq Qarayev
Namiq Qarakişi oğlu Qarayev (21 aprel 1979, Qazıqumlaq, Ucar rayonu – 21 dekabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qarayev Namiq Qarakişi oğlu 21.04.1979-cu il tarixdə Ucar rayonu Qazıqumlaq kəndində anadan olub. === Təhsili === 1985–1996-cı illərdə Qazıqumlaq kənd 1 saylı orta məktəbində təhsil alıb. == Hərbi xidməti == 01.10.2020-ci il tarixdə Kəlbəcər rayonu uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olub.
Namiq Qaraçuxurlu
Namiq Qaraçuxurlu (8 noyabr 1978, Bakı) — azərbaycanlı meyxanaçı, müğənni. == Həyatı == Namiq Qaraçuxurlu 8 noyabr 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk meyxanasını 1993-cü ildə deyən meyxanaçı sonralar müəyyən səbəblərdən bir neçə il sənətinə fasilə vermişdir. 1997-ci ildə Şəhriyar adına mədəniyyət sarayında keçirilən meyxana müsabiqəsində ikinci yer tutub, laureat olmuşdur.[mənbə göstərin] Fəaliyyəti ilə o gündən mütəmadi məşğul olan meyxanaçının 1999-cu ildə ilk kaseti işıq üzü görüb. 2001-ci ildə "And içmişdik" adlı albomu çıxandan sonra meyxanaçının və meyxana sənətinin həyatında böyük rol oynayan "Rəvayət" klipi çəkilib. Klipinin təqdimatı bir vaxtlar meyxanaçının laureat olduğu Şəhriyar adına mədəniyyət sarayında konsert şəklində səsləndirib. Azərbaycanın müxtəlif bölgələrində konsert verən meyxanaçı 7900 nəfərlik tamaşaçı tutumu olan "Şəfa" stadionunda solo konsert vermişdir. Mütəmadi olaraq Hollandiya, Almaniya, İran və Rusiyanın bir çox şəhərlərində və o cümlədən paytaxt Moskvada konsert vermişdir. Uzun müddət Aygün Kazımova ilə duet oxumuşdur. Sözləri Namiq Qaraçuxurluya aid olan "Yine Tek" mahnısını Türkiyənin məşhur sənətcisi Ajda Pekkan ifa etmişdir.
Ramiq Ağayev
Ramiq Ağayev (12 fevral 1992, Səncərədi, Astara rayonu – 19 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramiq Ağayev 12 fevral 1992-ci ildə Astara rayonunun Səncərədi kəndində anadan olub. E. Ağayev adına Səncərədi kənd tam orta məktəbində təhsil alıb. 2009-cu ildə həmin məktəbin məzunu olub. Tankçı olmaq uşaqlıq arzusu olub və sonra öz istəyinə nail olub. == Hərbi xidməti == 2010-cu ildə həqiqi hərbi xidmətə çağrılıb. Müdafiə Nazirliyinin "Gizir hazırlığını hərbi kursu"nu bitirib. Sonra sürücü mexanik kimi 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sırasında hərbçi ömrünü yaşamağa başlayıb. Ramiq 2016-cı il Aprel döyüşlərində igidlik göstərib. Azərbaycan Ordusunun əsgəri olan Ramiq Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.
Ramiq Mikayılov
Ramiq Mikayılov (Ramiq Namiq oğlu Mikayılov; 25 yanvar 1993; Ovçulu, Şamaxı rayonu – 30 sentyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramiq Mikayılov 1993-cü il yanvarın 25-də Şamaxı rayonunun Ovçulu kəndində anadan olub. 1999-2007-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) almışdı. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Ramiq Mikayılov 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Ramiq Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ramiq Mikayılov sentyabrın 30-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Şamaxı rayonunun Ovçulu kəndində torpağa tapşırılıb.
Ramiq Muxtar
Ramiq Muxtar (5 sentyabr 1942, Naxçıvan – 20 aprel 2021) ― şair-dramaturq, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1980). == Həyatı == Ramiq Muxtar 5 sentyabr 1942-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, Ü.Hacıbəyov adına 1 saylı Naxçıvan şəhər orta məktəbini bitirmiş, 1961–1967-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Ramiq Muxtar 1968–1971-ci illərdə "Şərq qapısı" qəzeti redaksiyasında ədəbi işçi, 1971–1978-ci illərdə isə Şahbuz rayonundakı uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışmışdır. Ədib 1978–1982-ci illərdə Naxçıvan Nazirlər Soveti Yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, 1988-ci ildən Bakıda Nəsimi rayonundakı Şahmat məktəbinin müdiri vəzifələrini icra etmişdir. Ramiq Muxtar 1984–1986-cı illərdə Naxçıvan şəhər Dövlət Filarmoniyasının direktoru vəzifəsində işləmişdir. Hazırda Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun direktoru vəzifəsində çalışır. == Yaradıcılığı == Ramiq Muxtar on bir yaşından bədii yaradıclıqla məşğul olmuş, şeirləri dövri mətbuatda tez-tez çap olunmuşdur. Ədib həm şair, həm də dramaturq kimi tanınmışdır. "Əgər sevirsənsə", "Şəhərli kürəkən", "Üfüqlər qızaranda", "Əlvida, köhnə dünya", "Müdirin aqibəti", "Doğma səmanın ulduzları" və digər pyesləri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında, həmçinin Bakı, İrəvan, Naxçıvan, Qazax dövlət dram teatrlarında uğurla tamaşaya qoyulub.
Ramiq Tağıyev
Ramiq Teymur oğlu Tağıyev (30 oktyabr 1998; Lerik rayonu, Azərbaycan — 08 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramiq Tağıyev 1998-ci il oktyabrın 30-da Lerik rayonunun Kəlvəz kəndində anadan olub. 2004-2015-ci illərdə F. Şahbazov adına Kəlvəz kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ramiq Tağıyev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik giziri olan Ramiq Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramiq Tağıyev noyabrın 10-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Lerik rayonunun Kəlvəz kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiq Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Samiq Fərzalıyev
Samiq Misir oğlu Fərzalıyev (8 iyul 1992; Güvəndik, Tovuz rayonu — 7 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samiq Fərzalıyev 1992-ci il iyulun 8-də Tovuz rayonunun Güvəndik kəndində anadan olub. 1998–2008-ci illərdə Güvəndik və Papaqçılar kənd tam orta məktəblərində, 2008–2012-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Samiq Fərzalıyev 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013–2014-cü illərdə Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət edib. Samiq Fərzalıyev 2016-cı ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə könüllü müraciət edib və ordu sıralarında xidmət göstərmək arzusunu bildirib. O, Müdafiə Nazirliyi tərəfindən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kursa göndərilib və "leytenant" hərbi rütbəsi alaraq "N" saylı hərbi hissədə xidmətə başlayıb. Samiq Fərzalıyev 2020-ci ilin iyul ayında "baş leytenant" hərbi rütbəsi alıb. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Samiq Fərzalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Samiq Rəhmanov
Samiq Rizvan oğlu Rəhmanov (3 yanvar 1990; Səncərədi, Astara rayonu, Azərbaycan SSR – 25 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samiq Rəhmanov 1990-cı il yanvarın 3-də Astara rayonunun Səncərədi kəndində anadan olmuşdur. 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, snayper vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmişdir. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Samiq Rəhmanov snayper olaraq savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Azərbaycan Ordusunun çavuşu olan Samiq Rəhmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə v vuruşmuşdur. Samiq Rəhmanov oktyabrın 25-də Qubadlının azad edilməsi zamanı həlak olmuşdur.
Namiq Abaslı
Namiq Zülfüqar oğlu Abaslı (12 sentyabr 1997) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Namiq Abaslı 1997-ci il sentyabrın 12-də anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. == Karyerası == Namiq Abaslı 2018-ci ildə Portuqaliyada baş tutan Dünya Çempionatını yeddinci pillədə başa vurdu. Komanda turnirində isə o, bürünc medalın sahibi oldu. 2019-cu ilin may ayında Qran-Pridə bürünc medal qazanan Namiq Abaslı, həmin ilin iyul ayında İtaliyada baş tutan Avropa Çempionatında da bürünc medala sahib oldu. 2021-ci ilin may ayında isə o, Qran-Prinin qalibi oldu. 2021-ci ilin avqust ayında isə Namiq Abaslı Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Namiq Abaslı Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində İspaniya nümayəndəsi Serxio İbanez ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (00:01).
Namiq Abbaslı
Namiq Zülfüqar oğlu Abaslı (12 sentyabr 1997) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Namiq Abaslı 1997-ci il sentyabrın 12-də anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. == Karyerası == Namiq Abaslı 2018-ci ildə Portuqaliyada baş tutan Dünya Çempionatını yeddinci pillədə başa vurdu. Komanda turnirində isə o, bürünc medalın sahibi oldu. 2019-cu ilin may ayında Qran-Pridə bürünc medal qazanan Namiq Abaslı, həmin ilin iyul ayında İtaliyada baş tutan Avropa Çempionatında da bürünc medala sahib oldu. 2021-ci ilin may ayında isə o, Qran-Prinin qalibi oldu. 2021-ci ilin avqust ayında isə Namiq Abaslı Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Namiq Abaslı Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində İspaniya nümayəndəsi Serxio İbanez ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (00:01).
Vamıq Volkan
Vamıq D. Volkan (türk. Vamık D. Volkan; 1932, Nikosiya, Nikosiya rayonu[d]) — əslən Kipr türkü olan ABŞ psixiatrı. O, dialoq və qarşılıqlı anlaşma üçün münaqişəli qrupları bir araya gətirən 40 illik fəaliyyəti ilə tanınır. Bir çox digər mükafatları arasında Beynəlxalq Dialoq Təşəbbüsünün fəxri prezidentidir. == Nəzəriyyələri == Obyektlərin əlaqələndirilməsi yas tutanları (çox vaxt təsadüfi birləşmə yolu ilə) faktiki itki anına bağlamağa xidmət edən bir nəzəriyyədir. Bu, faktiki obyektlər, hərəkətlər və ya ölülərlə eyniləşdirmənin başqa formaları ilə əlaqəli ola bilər. Volkanın Edvard Bibrinqin əsəri üzərində qurduğu "yenidən kədər terapiyası" "ölüm keyslərini – onun necə baş verdiyi, xəstənin xəbərə reaksiyası və cəsədin görülməsi, dəfn mərasimi hadisələri və s. nəzərdən keçirmək üçün onları geri götürərək" patoloji yas tutanları azad etməyi planlaşdırırdı. == Əsərləri == === Kitablar === === Seçilmiş məqalələr === == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Vamıq Volkan ilə əlaqədar mediafayllar var International Dialogue Initiative (IDI) 2015 Sigourney Award Claude Moore Library-Historical Collections About Vamik Volkan "Migration". Ferhat.
Namiq Quliyev Natiq Oğlu
Namiq Natiq oğlu Quliyev (31 dekabr 2001, Sumqayıt – 28 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namiq Quliyev 2001-ci il dekabrın 31-də Sumqayıt şəhərində anadan olub.