Ramiq Ağayev

Ramiq Təhsin oğlu Ağayev (12 fevral 1992, Səncərədi, Astara rayonu19 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Ramiq Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi 12 fevral 1992(1992-02-12)
Doğum yeri Səncərədi, Astara rayonu, Azərbaycan
Vəfat tarixi 19 oktyabr 2020(2020-10-19) (28 yaşında)
Vəfat yeri Cəbrayıl rayonu, Azərbaycan
Dəfn yeri Səncərədi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı İranə Ağayeva
Uşaqları Şahin, Təhsin, Bəxtiyar
Atası Təhsin Ağayev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2012 – 2020
Rütbə Əsgər
Vəzifəsi Tankçı
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020

Həyatı[redaktə | mənbəni redaktə et]

Ramiq Ağayev 12 fevral 1992-ci ildə Astara rayonunun Səncərədi kəndində anadan olub. E.Ağayev adına Səncərədi kənd tam orta məktəbində təhsil alıb. 2009-cu ildə həmin məktəbin məzunu olub. Tankçı olmaq uşaqlıq arzusu olub və sonra öz istəyinə nail olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

2010-cu ildə həqiqi hərbi xidmətə çağrılıb. Müdafiə Nazirliyinin "Gizir hazırlığını hərbi kursu"nu bitirib. Sonra sürücü mexanik kimi 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sırasında hərbçi ömrünü yaşamağa başlayıb. Ramiq 2016-cı il Aprel döyüşlərində igidlik göstərib.

Azərbaycan Ordusunun əsgəri olan Ramiq Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Ramiq Ağayev ermənilərin çoxlu istehkam qurğularını və canlı qüvvəsini məhv etmişdir. Cəbrayılın alınması uğrunda gedən qızğın döyüşlərdə ağır yaralanır, 13 gündən sonra oktyabrın 19-da ölür. 3 oğul övladı var idi. Oktyabrın 19-u Səncərədi kəndində dəfn edilib.[1]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "MAHHXHQ əsgər" Ağayev Ramiq Təhsin oğlu ölümündən sonra "Vətən uğrunda" medalı"Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Cenublu.az. "Astara: bu gün şəhid Ramiq Ağayevin şəhadətə ucaldığı gündür" (az.). Cenublu.az. 19.10.2022. 2022-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2023.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]