Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pavarı
Pavarı (az-əbcəd. پاوارێ‎, fars. پاوه‌رود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 558 nəfər yaşayır (172 ailə).
Yanvar
Yanvar — Qriqorian təqvimində ilin birinci ayı, 31 gündən ibarətdir. Bu ad latın sözü olan januarius sözündən götürülmüş və Roma tanrısı Yanusun şərəfinə belə adlandırılmışdır. Antik dövrdə bu ay Roma təqviminin on birinci ayı, Yuli Sezarın təqvim islahatından sonra isə ilin birinci ayı olmuşdur. Psixoloqlara görə bu ay ilin ağır ayı hesab edilir. Braziliyanın Rio de Janeyro şəhərinin adının mənası "Yanvar çayı"deməkdir. Bu adın etimologiyasında portuqalların Quanabara buxtasını məhz yanvar ayında kəşf etmələri durur. Yanvar sözünün ilkin mənası qapı deməkdir. Yanvar ayı başlanğıc,zaman tanrısı olan Yunusun adından götürlmüşdür. Yanus şəkillərdə əks istiqamətlərə baxan ikisifətli insan kimi təsvir olunurdu. Üzünün biri qabağa yəni gələcəyə baxırdısa,digəri arxaya,yəni keçmişə nəzər salırdı.
Yaylar
Yaylar — maşınqayırmada çox geniş tətbiq olunan maşın hissəsidir, Onlar zərbə və təkan yüklərini yumşaltmaq, enerjini yığmaq və tədriclə işçi mexanizmə ötürmək (məsələn, saat mexanizmində), qüvvəni ölçmək (dinamometrlərdə, tərəzinin yayı), sıxıcı qüvvə yaratmaq (tormozlarda)və s. funksiyaları yerinə yetirmək üçün istifadə olunur. == Növləri == === Deformasiyasına görə: === Dartılmaya; Sıxılmaya; Burulmaya Əyilməyə işləyən yaylar === Konstruksiyasına görə: === Vintvari silindirk; Konusvari; Teleskopik; Nimçəvarı; Halqavarı; Çubuqşəkilli; Yastı spiral; Təbəqəli — ressorlar. === Xarakteristikasına görə: === Sabit; Dəyişən sərtlikli; Daxili sürtünməsiz; Daxili sürtünməli. == Mənbə == Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik. II nəşri — Bakı, "Maarif", 2002, 596 səh.
Avarı
Avarı — Azərbaycanda yaşayan avarlara mənsubdur. "Avarı" rəqsi azərbaycanlılar arasında da geniş yayılmışdır. Üç hissəsi vardır. Rəqsin melodiyası aram-aram başlayır. Sonradan tempı artırır, orta templə keçir, nəhayat, Ləzginka ritmində cəld səslənən tempramentli rəqsə çevrilir. Zaqatalada da bu rəqs "Tala" da deyilir. "Avarı"nın qadın ifasının melodiyası kişi rəqsinin melodiyasından fərqlənir. Şəkidə solo ifa olunur. Zaqatalada solo yada kollektiv surətdə ifa edilir.
Alazeya yaylası
Alazeya yaylası (rus. Алазе́я; saxa Алаһыай) — Rusiyanın Saxa Respublikasında İndigirka, Kolıma, Alazeya, Ojogina çayları arasında yayla. Uzunluğu 300 kilometr, orta hündürlüyü 350 metrdir. Alazeya çayının dalğalı səthində mütləq hündürlük 400–954 metr olan yastı zirvəli tək-tək massivlər və silsilələr var. 450 metr hündürlüyə qədər seyrək qaraşam meşələri, yuxarılar isə sidr koluqları və tundradır. Bataqlıq çoxdur.
Aldan yaylası
Aldan yaylası (rus. Алда́нское наго́рье) — Şərqi Sibirdə, Rusiyanın Saxa Respublikasında yayla. Aldan çayının yuxarı axını (şimalda) ilə Stanovoy suayırıcısı (cənubda) arasındadır. Yüksəkliyi cənubda 1000 metr, şimalda 650–800 metr, bəzən 1,400–2,000 metrə (maksimum 2,306 m) çatır. Qışı uzundur. Yamacları tayqa meşələri ilə örtülüdür. Dəmir, kömür, mika və qızıl yataqları var. == İstinadlar == == Xarici keçidlər == Под общей редакцией акад. В. М. Котлякова. Алданское нагорье // Словарь современных географических названий.
Anadolu yaylası
Anadolu yaylası - Türkiyədə yayla. Kiçik Asiya yaylasının daxili hissəsidir. Şimaldan Pont dağları, cənubdan Tavr dağları ilə əhatə olunmuşdur. Yüksəkliyi 900–1500 m. Ən hündür zirvəsi yatmış Ərciyəs vulkanıdır (3770 m). Yaylanın uzunluğu 700 km (şərqdən qərbə)eni 400 km (şimaldan cənuba). Şimal hissəsindən Qızılirmaq, Sakarya və s. çaylar axır. İqlimi yarı quraq kontinentaldır. İllik yağıntı mərkəzi hissədə 300 mm.
Asxi yaylası
Asxi yaylası (gürc. მასივი ) — Gürcüstan Respublikasının qərbində yerləşən yayla. Asxi yaylasın ölkənin Saqer və Martvil rayonlarının ərazisinə daxildir. Yayla Svaneti bölgəsinə aiddir. Bu yayla Qərbi Gürcüstanın ən yüksək karst prosesi gedən ərazisidir. Ən yüksək zirvəsinin dəniz səviyyəsindən hündürlüyü 2519 metrdir. Yayla xarici forma baxımdan balığı xatırladır. Asxi yaylası Texuri çay dərəsinin qərbindən başlayır və kəskin olaraq şərqə, Kvereşule və Sxenisskali çaylarına doğru istiqamətlənir. Asxi tektogen mənşəli yüksək yayla formalı dağ sistemidir. Yayalanın şimal hissəsi Kvibiya çökəkliyindən (6x12 km) və Maydani yaylasından (4x12 km) ibarətdir.
Azərbaycan çayları
Azərbaycan çayları — Azərbaycan Respublikası ərazisindən axan çaylar. Azərbaycan çaylarını aşağıdakı 3 əsas qrupa bölmək olar: Azərbaycanın Kür hövzəsinə aid olan mərkəzi və qərb çayları; Azərbaycanın bilavasitə orta Xəzərə axan şimali-şərq çayları; Bilavasitə Xəzər dənizinin cənubuna axan cənubi-şərq çayları. == Ümumi məlumat == Azərbaycan ərazisində irili-xırdalı 8550-dən artıq axar sudan ibarət çay sistemi vardır ki, onların bütövlükdə ümumi uzunluğu 33665 km. təşkil edir. Bütün bu çayların su toplayıcı sahəsi 85600 km² qəbul edilir. Çayların 7550-sinin uzunluğu 5 km-dən az olan çaylardır. Qalan 800 çaydan yalnız 65-nin uzunluğu 50 km-ə qədər, 735-nin uzunluğu isə 6 km ilə 50 km arasında dəyişir. Azərbaycan ərazisindən axan ən iri çaylar Kür və Araz çaylar == Dağ çayları == Dağ çayları öz mənbəyini dəniz səviyyəsindən 2000–3500 m. hündürlükdə olan dağlardan götürür, öz axarlarında çay pillələri və şəlalələr əmələ gətirir, dərin dərələrlə axır və düzənliklərə çıxdıqda güclü yarğanlar əmələ gətirərək çoxlu qollara ayrılırlar. Onlardan bəziləri tez-tez öz axarlarını dəyişir, digərləri isə yerin altı ilə sızaraq itir, yaxud kiçik bataqlıqlar əmələ gətirirlər.
Baza yağları
Baza yağları - avtomobillərdə istifadə etdiyimiz mühərrik yağın tərkibinə daxildir. == Növləri == Adətən baza yağları üç qrupa bölünür: sintetik, yarım sintetik və mineral, amma faktiki olaraq bu qrupların sayı beşdir. Amerika neft institutun klassifikasiyasına (APİ) əsasən bu qruplar üç növ göstəricilərlə seçilir: kükürdün miqdarı, doymuş karbohidrogen miqdıarı və özüllülük indeksi. Kükürd metalların korroziyasını yaradır, kükürdlü birləşmələrin yandırılması zamanı kimyəvi oksidləşməyə səbəb olan turşular əmələ gəlir. Kükürdün mövcudluğu baza yağların xüsusiyyətlərinə neqativ təsir edir. Doymuş karbohidrogenlər, doymamış karbohidrogenlərldən fərqli olaraq, daha sabitdirlər və daha asta oksidləşirlər. Doymuş karbohidrogenlər nə qədər çox mövcüddür, o qədər da baza yağı oksidləşir, köhnəlir və deqradasiya olunur. Özüllülük indeksi – bu miqdar yağın özlülüyü temperatur asılılığından göstəricisidir. Yuxarı indeksli yağlar temperaturdan asıllığ dərəcəsi azdır, bununla yağın aşağı temperatur xüsusiyyətləri daha yaxşılaşır. O deməkdir ki, yağın özüllülük indeksi nə qədər yuksək olarsa, yağın xüsusiyyətləri o qədər yüksək olar.
Başqırdıstan çayları
Başqırdıstan çayları — Başqırdıstan Respublikasının ərazisindən axan bütün çayların məcmusu. == Ümumi xüsusiyyətləri == Respublikanın çayları əsasən iki çay hövzəsinə — Volqa və Urala aiddir. Respublikanın şimal-şərqindəki kiçik çayların yalnız bir hissəsi — yuxarı hövzələri olan Uy, Miass və digərləri Ob hövzəsinə aiddir. Ümumilikdə respublikada ümumi uzunluğu 57,366 kilometr olan 12 min 725 çay var. Belaya çaylarının sistemləri, Ural (Xəndəkləri ilə — Yanqelka, Böyük Qızıl, Xudolaz, Bolshaya Urtazymka və Tanalık) və Urals'ın ən böyük qolu — Sakmara çayı (Kurgashlı, Urman Zilair, Yalan Zilair, Bolshoy Servis və Maly Ikk) yağış axını yolları üç istiqamətdə — qərb, şərq və cənub. Eyni zamanda, Ağidel çay sistemi Başqırd Uralının qərb yamacını dağətəyi zonalar, Ural çay sistemi — şərq yamacları, Sakmara çay sistemi — Cənubi Ural köpük bölgəsi ilə qurudur. Respublikanın qərb hissəsindəki çaylar (eninə dizdən aşağıda Belaya çayı da daxil olmaqla) geniş Ural düzənliyinin incə dərələrinin dibi ilə axır və buna görə də sahilləri aşağı və kurs yavaş. Pribelskaya dağlıq düzən düzənliyində çay şəbəkəsinin sıxlığı 0,25-0,35 km / km², Ufa yaylasında isə 0,2-0,3 km / km² təşkil edir. Ağidel çayında illik axın (çayın axını) həcmi 30 km³, çayda. Ufa — 12,3 km³, çayda Sime — 4.3 km³, çayda.
Bloke yaylası
Bloke, bloşka (sloven. Bloška planota, Bloke) — Sloveniyanın cənub-qərbində yerləşən yayla (plato). Yayla boşqab formasında olub ölkənin tarixi Krayna bölgəsindədir. == Ümumi məlumat == Yaylanun uzunluğu 15 km, eni isə 10 km-dir. Yaylanın hündürlüyü 700 metrdən 800 metr arasında dəyişir. Geoloji baxımdan yayla Rakitna tektonik blokundan və iki fərqli dinar sınma zolağından təşkil olunub. Coğrafiyaçı Anton Melikin fikirinə görə Bloke yaylası pliosen dövrünün yenidən aktivləşən bölgəsinin qalığıdır. Əhəng daşı və dolomit mənşəli süxurlardan ibarət olan yayalada səth axınları yetərincə yüksəkdir. Ərazidə rütübətlənmə yüksək olduğundan bataqlıq ərazilərə rast gəlinir. Bol sulu çoxlu su mənbələri mövcuddur (Bloşniça).
Dekan yaylası
Dekan yaylası (ing. Deccan Plateau, sanskr. दक्षिण dakşina — «cənub») – Hindistan yarımadasının daxili hissəsində, Narmada (şm.da) və Kaveri (c.da) çayları arasında yayla. Qərbi və Şərqi Qat dağları ilə sərhədlənir. Sahəsi 1 mln. km2 . == Ümumi məlumat == Platovarı relyefi var; Mezozoy və Paleogen, Neogen yaşlı düzəlmə səthləri (1000–1500 m, 600–900 m və 300–500 m yüksəkliklərdə) yayılmışdır. Qalınlığı 100 metrə çatan laterit aşınma qabığı xarakterikdir. Şimal-qərbdə enlik istiqamətində hündürlüyü 1000–1500 m olan strukturdenudasion masa dağları (Satpura, Mahadeo, Acanta, Balaqhat və s.) və günbəzvarı qalıq dağlar uzanır. Dəkkən yaylası tektonik cəhətdən Arxey yaşlı kristallik bünövrəyə malik qədim Hindistan platformasının bir hissəsidir; çökəkliklər Rifey, Fanerozoy çöküntüləri ilə örtülmüşdür.
Dəkkən yaylası
Dekan yaylası (ing. Deccan Plateau, sanskr. दक्षिण dakşina — «cənub») – Hindistan yarımadasının daxili hissəsində, Narmada (şm.da) və Kaveri (c.da) çayları arasında yayla. Qərbi və Şərqi Qat dağları ilə sərhədlənir. Sahəsi 1 mln. km2 . == Ümumi məlumat == Platovarı relyefi var; Mezozoy və Paleogen, Neogen yaşlı düzəlmə səthləri (1000–1500 m, 600–900 m və 300–500 m yüksəkliklərdə) yayılmışdır. Qalınlığı 100 metrə çatan laterit aşınma qabığı xarakterikdir. Şimal-qərbdə enlik istiqamətində hündürlüyü 1000–1500 m olan strukturdenudasion masa dağları (Satpura, Mahadeo, Acanta, Balaqhat və s.) və günbəzvarı qalıq dağlar uzanır. Dəkkən yaylası tektonik cəhətdən Arxey yaşlı kristallik bünövrəyə malik qədim Hindistan platformasının bir hissəsidir; çökəkliklər Rifey, Fanerozoy çöküntüləri ilə örtülmüşdür.
Erməni yaylası
Ermənistan yaylası — Ön Asiyanın şimalında yerləşən yayla. Ön Asiya yaylasına daxil olan üç yayladan: Kiçik Asiya yaylası, Ermənistan yaylası və İran yaylası-dan biridir. == Adı == "Ermənistan dağları" haqqında ilk məlumat qədim yunan müəllifi Ksenofontun b.e.ə V əsrə aid "Anabasis" kitabında verilir. == Yerləşməsi == Ermənistan yaylası üç göl arasında yerləşən ərazini əhadə edir: Sevan, Van və Urmiya. Yaylanın inzibati cəhətdən ərazisinin böyük qismi Türkiyə və Ermənistanın payına düşür. Üstəlik İranın şimal-qərbində müəyyən ərazini, Gürcüstanın cənubu və Azərbaycanın qərbini əhatə edir. Yaylaya Kiçik Qafqaz, Şərqi Tavr və Kürdüstan silsiləsi daxildir. Yaylanın ümumi sahəsi 400,000 km² təşkil edir. Alp-Himalay qırışıqlığı zonasına daxildir. Dördüncü dövr vulkanik suxurları ilə örtülmüşdür.
Ermənistan yaylası
Ermənistan yaylası — Ön Asiyanın şimalında yerləşən yayla. Ön Asiya yaylasına daxil olan üç yayladan: Kiçik Asiya yaylası, Ermənistan yaylası və İran yaylası-dan biridir. == Adı == "Ermənistan dağları" haqqında ilk məlumat qədim yunan müəllifi Ksenofontun b.e.ə V əsrə aid "Anabasis" kitabında verilir. == Yerləşməsi == Ermənistan yaylası üç göl arasında yerləşən ərazini əhadə edir: Sevan, Van və Urmiya. Yaylanın inzibati cəhətdən ərazisinin böyük qismi Türkiyə və Ermənistanın payına düşür. Üstəlik İranın şimal-qərbində müəyyən ərazini, Gürcüstanın cənubu və Azərbaycanın qərbini əhatə edir. Yaylaya Kiçik Qafqaz, Şərqi Tavr və Kürdüstan silsiləsi daxildir. Yaylanın ümumi sahəsi 400,000 km² təşkil edir. Alp-Himalay qırışıqlığı zonasına daxildir. Dördüncü dövr vulkanik suxurları ilə örtülmüşdür.
Göz yaşları
Göz yaşı – bəzən kədərin, bəzən də sevincin bir ifadəsi olaraq axar. Bəzən də insandakı qəlb incəliyinin bir nişanəsi olaraq boşalır. Göz yaşlarımız, ruhun pəncərəsi olan və yalan söyləməyən gözlərimizin, daxili aləmimizdən xaricə əks edən bir dilidir sanki. Göz yaşının qəlb və ruha dair göstərdiyi əlamətlərlə yanaşı, bədənə dair verdiyi mesajlar da var. Göz yaşının funksiyalarını tam olaraq yerinə yetirə bilməsi və insanların dünyanı rahat görə bilməsi üçün, göz yaşı ifraz edən toxumalarla gözə aid olan digər orqanlar tam bir ahəng içində olmalıdır. Göz yaşı sistemi diqqətlə incələndikdə, ondakı mükəmməllik daha yaxşı hiss olunur. == Göz yaşının əmələ gəlməsi == Gözdən çıxaraq yanaqlardan aşağı süzülən maye, sadəcə olaraq bir su damcısı deyil. Göz yaşı istehsal sistemi; lipid (yağ) təbəqə, ağ öz (maye) təbəqə və musin olmaqla, üç təbəqədən ibarətdir. Göz yaşının vəzifəsini tam yerinə yetirməsi üçün, bu təbəqələrin hər birinə əhəmmiyətli vəzifələr verilmişdir. Bu təbəqələrin hər hansı birində meydana gələ biləcək bir əskiklik kornea (gözün şəffaf təbəqəsində) və konjonktiva (gözün xaricini əhatə edən pərdə quruluşu) təbəqəsində gözün itirilməsi də daxil olmaqla müxtəlif xəstəliklərə səbəb ola bilər.
Jexe yaylası
Jexe yaylası və ya Lyoss yaylası — Çində yayla. == Ümumi məlumat == Lyoss yaylası lyoss təpələrdən ibarətdir, şərqdə Şimali Çin düzənliyi ilə, qərbdə isə səhralarla əhatə olunur. Yaylanın çox hissəsi qalınlığı 150 futla 600 fut arasında olan qalın lyoss qatı ilə örtülmüşdür. Lyoss, təbəqələşməmiş, bircinsli xırda dənəvər olmaqla, əhəng daşı qalıqları çöküntüsündən ibarət olan açıq-sarı rəngli dağ süxurudur. Şaquli yamacları saxlamağa qadirdir və rütubət qəbul etdikdə çöküntü verir. Su qovşaqlarındakı vadilərdə və yamaclarda torpaq təbəqəsi bir neçə metrdən 100–200 metrə çatır. Ona görə də lyossda münbit torpaq əmələ gəlir. Çində lyoss küləyin Asiya səhralarından gətirdiyi və dağlara, təpələrə yayılan qum qatıdır. Lyoss torpaqlar xüsusən daha çox su eroziyasına məruz qalır. Ölkənin bütün ərazisinin 1/6-i eroziyadan əziyyət çəkir, lakin əsas torpağı lyoss olan Huan Ho çayının orta axınındakı rayonlarda bu proses daha güclüdür.
Karst yaylası
Karst yaylası (rus. карстoвое плато, ing. -karst plateau) — zəif dislokasiyaya uğramış, yaxud üfqi yatan qalın karstlaşan süxurlardan təşkil olunmuş plato tipi. K.y. səth sularının zəif axması ilə əlaqədar qrunt sularının güclü şaquli hərəkət etdiyi zonalarda bol karst formalarının olması ilə səciyyələnir (mis: Yuqoslaviyanın şimal-qərbində Karst yaylası).
Kimberli yaylası
Kimberli yaylası—Avstraliyanın şimal-qərbində yerləşən yayla. Hündür nöqtəsi - Ard dağı (9363963637444427m). == Ümumi məlumat == Kimberli yaylası Avstraliyanın şimalında yerləşir. Bu, qurunun kanyonlarla parçalanmış, şəlalələrlə, yarımsəhra və yağışlı meşələrlə zəngin olan, demək olar ki, düzgün kvadrat formalı ərazidir. Arxeoloji tədqiqatlar sübut edir ki, insanlar burada hələ 18 min il bundan əvvəl yaşamışlar, lakin bu ərazidə əhalinin sıxlığı heç vaxt yüksək olmamışdır. Kimberli yaylasında yerləşən Banql-Banql silsiləsinin ərazisi Purnululu parkı tərəfindən mühafizə olunur. Ölkənin bu ərazisi Avstraliya əhalisinə təxminən XX əsrin 80-ci illərinə qədər demək olar ki, məlum deyildi. Milli park ərazisində turistlərə bir çox marşrutlar təklif olunur. Yumşaq qumdaşından əmələ gəlmiş və hündürlüyü 250 m olan dağları səyahət etmək üçün xüsusi cığırılar və çayların qurumuş dərələrindən istifadə olunur; Pikkaninni kanyonu boyu 2 günlük səyahət dərin, su ilə doldurulmuş quyu və müxtəlif qaya törəmələri boyunca davam edir. Kimberli ərazisinin bir hissəsi 350 mln.
Konservasiya yağları
Konservasiya yağları — müxtəlif şəraitdə saxlanılan və ya daşınan metal məmulatların xarici və daxili konservasiyası üçün istifadə edilir. Bütün metal məmulatlar və detallar hazırlanan zaman onların korroziyadan mühafizəsi, yəni konservasiyası vacib bir məsələ kimi aktualdır. == Ümumi məlumat == Konservasiya və işçi-konservasiya yağları maşın və mexanizmlərin mühərriklərinin daxili konservasiya zonasından plastik sürtküləri tamamilə sıxışdırıb çıxarmışdır. Metal məmulatların daxili mühafizəsi üçün istifadə edilən və sürtküləri , işçi-yağları əvəz edən yuxarıda göstərilən sürtkü materiallarının tətbiq edilməsinin üstünlüyü aşağıdakılardır: maşın və mexanizmlərin mexaniki yeyilməsini azaldır, onların etibarlı işləmə müddətini artırır. Bu sürtkü materialları işçi yağlara nisbətən 3–5 dəfə, sürtkülərə nisbətən 6–10 dəfə üstünlüyə malikdirlər. == Tətbiq sahələri == Konservasiya, konservasiya-işçi və işçi-konservasiya yağları iki əsas tətbiq sahəsinə ayrılır. Bilavasitə metalemalı, maşınqayırma və başqa istehsalçı zavodlarda texnikanın hazırlanması prosesində detalların və maşın hissələrinin əməliyyatlar arası mühafizəsi üçün və eləcə də məmulatların daşınması və saxlanması dövründə konservasiyası. Texnikanın dövri və istismarı zamanı onun saxlanması. Konservasiya (К-17, НГ-203А, Б, Кормин) eləcə də konservasiya-işçi yağları АКОР-1 və КП aşqarları ilə avtomobil, traktor, cihazqayırma, dəzgahqayırma, gəmiqayırma, aviasiya, kənd təsərrüfat maşınqayırma zavodlarında hazır məmulatların əməliyyatlar arası konservasiyası və mühafizəsi üçün geniş istifadə olunur. Mühafizəedici yağ, məmulatın üzərinə onu yağa batırmaqla və yaxud yağı pulverizator vasitəsilə məmulatın üzərinə vurulur.
Qarabağ yaylası
Qarabağ vulkanik yaylası (azərb. Qarabağ vulkanik yaylası‎, erm. Ղարաբաղի բարձրավանդակ) — Qarabağ vulkanik yaylası Kiçik Qafqazın şərqində, Zəngəzur silsiləsi ilə Qarabağ silsiləsi arasında yerləşir. Qarabağ vulkanik yaylasından başlayan çaylar əsasən Araz çayı hövzəsinə aid olsa da, iri Tərtərçayı Kür çayı hövzəsinə aiddir. Ermənistan yaylasının tərkib hissəsini təşkil edir. Yayla üzərində çoxlu sayda sönmüş vulkan konusları vardır. Yaylanın ən hündür nöqtəsi Dəlidağ zirvəsidir (3616 m). Əsasən vulkanik dağ süxurlarından təşkil olunmuşdur. Ərazisi palıd meşələri və dağ çölləri ilə örtülür. Azərbaycanın Laçın və Kəlbəcər rayonlarını əhatə edir.
Qazaxıstan çayları
Qazaxıstanda 85 022 çay vardır; onlardan 84 694-nün uzunluğu 100 km qədər, 305-inin uzunluğu 500 km qədər, 23-nün üzunluğu isə 500–1000 km arası təşkil edir. Ən yüksək çay şəbəkəsi sıxlığı (0,4-1,8 km/km²) Altayın yüksək hündürlüklü sahələri üçün xarakterizə olunur. Ən az şay şəbəkəsi sızlığı isə Aralönü və Xəzərönü ərazilərdə (0,03 km/km²) müşahidə edilir. Qazaxıstanda 7 min çayın uzunluğu 10 kilometri keçir Qazaxıstan ərazisində axan çayların böyük qismi qapalı hövzəllərə aidddir:Xəzər dənizi, Aral dənizi, Balxaş gölü, Tengiz gölü. İrtış, Tobol və İşim çayları isə suyunu Kara dənizinə axıdır. Qazaxıstan ərazisi adətən səkkiz su hövzəsinə bölünür: Aral-Sırdərya su hövzəsi, Balxaş-Alakol su hövzəsi, İrtış su hövzəsi, Ural-Xəzər su hövzəsi, İşim su hövzəsi, Nur-Sarısu su hövzəsi, Şu-Talas su hövzəsi və Tobol-Turqay su hövzəsi. == Qazaxıstanın iri çayları == Qazaxıstan ərazisindən axan 6 çayın 100 m³/s - 1000 m³/s, 7 çayın 50 m³/s - 100 m³/s və 40 çayın 5 m³/s - 50 m³/s su sərfiyyatı olur. === Uzunluğu 1000 km-ə qədər və 1000-dən çox olan çaylar === === Uzunluğu 500 km-dən yuxarı olan çaylar === == Karaqanda vilayəti == 11 çayın uzunluğu 100 kilometri keçir. Ulı-Jılanşık – 422, kulanotpes – 364, Kalmakkırqan – 325, Tuındık – 303, Tokrau – 298, Jarlı – 193, Taldı – 129. == Kostanay vilayəti == Vilayət ərazisində 310 çayın uzunluğu 10 kilometrdən çoxdur.
Qviana yaylası
Qviana yaylası (isp. Escudo de Guayana) — uzunluğu təxminən 1 930 km, hündürlüyü 300–1000 m olan və Cənubi Amerikanın şimalında yerləşən dağlıq yaylası. Amazon və Orinoko çaylarının hövzələri arasındadı. Yayla Venesuela, Qayana, Surinam, Qviana və Braziliya kimi ölkələrin ərazisində yerləşir. Venesuela, Braziliya və Qayananın sərhədində yerləşən ən hündür zirvəsi Rorayma dağı (hündürlüyü 2 810 metrdir) yaylanın ən yüksək hissəsini formalaşdırır. Subekvatorial iqlim qurşağına daxildir. Geoloji olaraq yayla kriptozoy dövrünün suxurlarından ibarət olan qalxandır. O, geologiya cəhətdən köhnə olmayan qumdaşıları və lava qatı ilə örtülmüş qədim kristallik qayaların geniş platolarından formalaşıb. Plato yüz metrə çatan pilləli böyük pilləkən şəklində qalxır. Yağıntı ilə qidalanan çoxsaylı çaylar yaylalarda başlayır və onun vilayətlərində axaraq, dərin kanyonlar və gözəl şəlalələr yaradır.
Rokfellerlər yaylası
Rokfellerlər yaylası, (ing. Rockefeller Plateau) Antarktidada Meri Berd Torpağının bir parçası olan buz yaylasıdır. Şireys və Sipl sahillərinin şərqindən Ford, Flud və Executive Committee ərazilərinin cənubuna qədər uzanır. Geniş, buzla örtülü, dəniz səviyyəsindən 1000 metr, bəzi yerlərində isə 1500 metr yüksəklikdədir. == Kəşfi == Rokfellerlər yaylası, 1934-cü ildə, Berd səfəri əsnasında Riçard Berd tərəfindən kəşf edilmiş və kəşf səfərinə maliyə dəstəyi dəstəyi verən Con D. Rokfeller, Jr,-nın adı verilmişdir.