Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zavər Qafarov
Zavər Qafarov — III dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi. == Mükafatları == 20 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
Ravər
Ravər — İranın Kirman ostanının şəhərlərindən və Ravər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,910 nəfər və 5,921 ailədən ibarət idi.
Ravər şəhristanı
Ravər şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ravər şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 38,539 nəfər və 10,236 ailədən ibarət idi.
Xavər Talıbova
Talıbova Xavər Ağa qızı — Azərbaycan SSR-nin görkəmli əmək qəhrəmanlarından biri. == Həyatı == Xavər Talıbova 1924-cü ildə Lənkəran rayonunun Xolmili kəndində anadan olmuşdur. Lənkəran Kənd Təsərrüfatı Texnikumunda təhsil almışdır. Sosialist əməyi qəhrəmanı fəxri adına layiq görülmüşdür. 50 il xalqına xidmət edən Xavər Talıbova 1995-ci ildə vəfat etmişdir.
Xavər Vəkilova
Xavər Əhməd qızı Vəkilova — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar mədəniyyət işçisi. == Həyatı == Xavər Əhməd qızı (Mirzəbəyova) Vəkilova 1918-ci il martın 13-də Dərbənd şəhərində məşhur şəxsiyyətlərdən sayılan Nağıbəy Mirzəbəyli nəslinə məxsus zadəgan ailəsində anadan olub. Xavər xanım Əhmədbəy Mirzəbəyovun ailəsində dünyaya gələn on birinci uşaq olub. Xavər xanımın bacısı Şahzadə xanım tanınmış yazıçı, xətrini Səməd Vurğunun çox istədiyi, ehtiramla yanaşdığı Abdulla Şaiqin həyat yoldaşı olmuşdur. Abdulla Şaiq Xavər xanım hələ 13 yaşı olanda ona “Sevimli baldızım Xavərə!” adlı şeir həsr etmişdi. Xavər xanım Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki 10 illik musiqi məktəbində təhsil almışdır.1941-1946-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (indiki BDU) təhsil almış, filoloq ixtisasına yiyələnmişdir. 1934-cü ildə Azərbaycanın xalq şairi Səməd Vurğunla ailə həyatı qurub. Bu izdivacdan onların üç övladı – Yusif, Aybəniz, Vaqif dünyaya gəlmişdir. 1975-ci ilin oktyabr ayında açılan Səməd Vurğunun ev-muzeyi yaranan gündən ömrünün sonunadək muzeyin direktoru vəzifəsində çalışmışdır. Onun hələ Səməd Vurğunun sağlığında qoruyub saxladığı materiallar əsasında muzeyin ekspozisiyası xeyli zənginləşmişdir.
Xavər Vəliyev
Xavər Vəliyev —SSR Ali Sovetini deputatı,SSRİ-nin hərbi komissarı, polkovnik. == Bioqrafiya == Xavər Ağarəhim oğlu Vəliyev 1905-cı ildə Bakının Zabrat qəsəbəsində anadan olub. Orta məktəbi elə burada bitirib. Gənc yaşlarından ordu sıralarında xidmət edib. O, Zaqafqaziya hərbi piyada məktəbinə daxil olub, məktəbi bitirdikdən sonra bir müddət bölük komandiri vəzifəsində çalışıb. 1936-cı ildə o, Hərbi - Siyasi Akademiyanı müvəffəqiyyətlə bitirir. Çalışqanlığı və fəaliyyətinə görə Azərbaycan SSR Ali Sovetinə deputat seçilir. Əvvəlcə o,73-cü Azərbaycan atıcı diviziyasında xidməti borcunu yerinə yetirir. 1938-ci ildə Bakının hərbi hava hücumundan müdafiəsi üçün 3-cü korpusuna komissar təyin edilir. 1941-ci ildə 396-cı Azərbaycan atıcı diviziyasının siyasi rəhbəri olan Xavər Vəliyevin komandası Kerç sahilində qərar tutmağa əmr alır.
Yavər Camalov
Yavər Talıb oğlu Camalov (17 oktyabr 1949, Çöl Beşdəli, Sabirabad rayonu – 23 iyun 2018, İsrail) — Azərbaycan Respublikasının sabiq Müdafiə Sənayesi naziri (2006–2018). == Həyatı == Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. 1972-ci ildə "Siyəzənneft" Neftqazçıxarma idarəsinin operatoru, 1972–1989-cu illərdə "Şirvanneft" Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989–1995-ci illərdə "Şirvanneft" Neftqazçıxarma idarəsinin rəisi, 1995–2003-cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışmışdır. 23 iyun 2018-ci ildə İsraildə xəstəliyi ilə bağlı müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Yavər Camalov iyunun 24-də son mənzilə yola salınıb. Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub. Ailəli olmuşdur, 3 övladı var. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun qardaşıdır. == İctimai-siyasi fəaliyyəti = == Yavər Camalov 2003–2006-cı illərdə "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışmışdır.
Yavər Həsənov
Yavər Həsənov (15 mart 1963, Balıqlı, Amasiya rayonu – 7 yanvar 1994, Alxanlı, Füzuli rayonu) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == 15 mart 1963-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. 1988-ci illərdə erməni faşistləri azərbaycanlıları buradan deportasiya edərkən onun ailəsi Bakıya köçmüş Binəqədi rayonu ərazisində Xutor adlanan bölğəsində məskunlaşmışlar.Qarabağ hadisələri başlayanda ermənilərə qarşı olan mitinqlərdə fəal iştirak etmişdir. Yavər erməni vəhşiliyinin nə olduğunu hamıdan yaxşı bilirdi çünki onun ata nənəsi Səkinə nənə əslən Ərzurum vilayətinin Oltu yaxınlığındakı Sıxcey kəndindən idi. Səkinə nənə söylədiklərinə görə onun atasını qapılarının nökəri olan erməni öldürmüşdür. O,gündən sonra Səkinə nənənin qaçqınlıq həyatı başlamışdır.Sonradan Sovetlər birliyi qurulanda onlar Balıqlı kəndində yaşamışlar. Uşaq vaxtından erməni vəhşiliklərinin şahidi olan Səkinə nənə öz övladlarına hər zaman erməni vəhşilikləri haqqında danışardı. Hələ uşaq vaxtlarında əzizlərini və doğmalarını itirən Səkinə nənə ömrünün qürub çağında da ən əzizlərini,övladlarını,nəvələrini itirdi. Yavərin atası Həsənov Murtuz iki övlad itkisinə dözməyərək dünyasını dəyişmişdir. Yavərin özü cəbhə yoldaşlarının söylədiklərinə görə çox böyük qəhrəmanlıqlar göstərmiş qəhrəmanlıq nümunəsi olmuşdur.
Yavər Kələntərli
Yavər Abbas qızı Kələntərli (26 mart 1902, Şamaxı – 5 fevral 1979, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Yavər Kələntərli 26 mart 1902-ci ildə Şamaxıda anadan olmuşdur. O, muğam, təsnif və Azərbaycan xalq mahnılarının mahir ifaçısıdır. 1932–1937-ci illərdə Azərbaycan radiosununun və 1937–1941, 1945–1951-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Leyli, Leylinin anası ("Leyli və Məcnun", Üzeyir Hacıbəyov), Əsli ("Əsli və Kərəm", Üzeyir Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl", Müslüm Maqomayev) və digər partiyaları ifa etmişdir. == Ailəsi == Yavər Kələntərlinin qızlıq soyadı Zamanova olmuşdur. Xudaverdi Kələntərli ilə evlənmişdir. Şair Abbas Səhhət Yavərin doğma bibisi oğlu idi. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 aprel 1940 == İstinadlar == == Mənbə == Yavər Kələntərli Yavər Kələntərli == Xarici keçidlər == Yaver Kalantarli — 70 (1972) Yaver Kalantarli — "Shur" Mircəfər Bağırovun bayquş adlandırdığı məşhur xanəndə.
Yavər Rzayev
Yavər Maarif oğlu Rzayev — Azərbaycan kino rejissoru, ssenari müəllifi, aktyor, rejissor assistenti, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008). == Həyatı == 1 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1975—1980-cı illərdə M.A.Əliyev adına ADİİ-da, 1985—1990-cı illərdə Moskvada ÜDKİ-da təhsil alıb. "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin rejissorudur. 2015-ci ildə "İlahi məxluq" filminə görə "Ən yaxşı orijinal ssenari" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Əlavə iz (film, 1981) Bəyin oğurlanması (film, 1985) Qəm pəncərəsi (film, 1986) Axırıncı addım (film, 1989) Haray (film, 1990) Dözümlü minarələr (film, 1991) Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (film, 1992) Sarı gəlin (film, 1998) Keçid (film, 2005) Niyyət (film, 2010) (ssenari müəllifi) İlahi məxluq (film, 2011) Aziya (film, 2015) Yarımçıq xatirələr (film, 2015) (ssenari müəllifi) Xeyirlə şərin rəqsi (film, 2015) (ssenari müəllifi, quruluşçu rejissor) Bizim Həsən müəllim (film, 2020) == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Yavər Şahbazov
Yavər Şahbazov — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == 1 noyabr 1973-cü ildə Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olmuşdur. 1981-1991-ci illərdə burada orta məktəbdə təhsil almışdır. Vətənpərvərliyi ilə müəllimlərinin və sinif yoldaşlarının diqqətini çəkən Yavər müharibəyə getmək və torpaqlarımızın bütövlüyü uğrunda savaşmaq istəyirdi. 1994-cü il 8 iyunda o, öz arzusuna çatdı. Rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırıldı. 1995-ci il 13-17 mart hadisələri baş verdi. Silahlı dəstə bir neçə dəfə xəbərdarlığa baxmayaraq silahı yerə qoymadı. Milli Ordu işə qarışmalı oldu Yavər də bu silahlı dəstənin zərərsziləşdirilməsində iştirak edirdi. Güclü atışma başlayanda o, bir neçə yaralı döyüşçünü xilas etdi özü isə qəhrəmancasına həlak oldu.
Yavər Əliyev
Yavər Əliyev (27 iyun 1956, Bakı – 29 fevral 1992, Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yavər Əliyev 27 iyun 1956-cı ildə Bakı şəhərində, Azərbaycan SSR-də neftçi ailəsində anadan olub. Pirallahı adasında 235 saylı orta məktəbdə təhsil başa çatdıqdan sonra Kremençuq Mülki aviasiya uçuş məktəbinə daxil olmuş və 1977-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. Yavər pilot fəaliyyətinə 1977-ci ildə Zabrat aviabirliyində başlamışdır. Əliyev Mi-2 helikopterinin pilotu, daha sonra Mi-8 helikopterinin ikinci dərəcəli pilotu kimi xidmət edib, sonradan həmin helikopterin komandiri olub. Yüksək peşəkarlıq və müsbət şəxsi keyfiyyətlərinə görə, Zabrat Aviasiya dəstəsinin uçuş heyətinin komandiri təyin edildi. Öz təşkilati və döyüş qabiliyyətinə, yüksək peşəkar hazırlığına görə Yavər Əliyev hərbi helikopterlərin birinci eskadrilyasının komandiri təyin edilib. O, qısa müddət ərzində eskadrilyaya ən yaxşı Mülki Aviasiya pilotlarını cəlb etməklə vahid və döyüş kollektivini topladı. Zakir Yusifov, Zakir Məcidov, Xanlar Səttarov, Firuz Cəlilov, Faiq Məmmədov və başqaları Azərbaycanın hərbi aviasiyasının tezliklə formalaşması üçün fədakarcasına çalışmışlar. == Döyüşlərdə iştirakı == 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı Yavər Əliyevin rəhbərliyi altında uçuş heyəti dağlıq rayonların əhalisinin təxliyyəsində, [Ağdam] və [Şuşa] kəndləri arasında hava körpüsünün yaradılmasında iştirak etmiş, döyüş uçuşları da həyata keçirmişdir.
Yavər Əsədov
Yavər Şahsuvar oğlu Əsədov (1956, Cəbrayıl rayonu) — rəssam, xəttat, Əməkdar mədəniyyət işçisi == Həyatı == Yavər Əsədov 1956-cı ildə Cəbrayıl rayonunda anadan olub. 1975-ci ildə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1981-ci ildən SSRİ Jurnalistlər İttifaqının və SSRİ Rəssamlar İttifaqının üzvüdür. "Kommunist" qəzetində uzun illər baş rəssam kimi fəaliyyət göstərib. 2000–2004-cü illərdə "Zarafat" satirik qəzetini yaradıb və onun baş redaktoru olub. Respublikada və xaricdə keçirilən sərgilərin iştirakçısı və mükafatçısıdır. 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin idarə heyətinin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. Hazırda Dövlət Universitetində pedaqoq kimi fəaliyyət göstərir. Ailəlidir, dörd oğlu, bir qızı var.
Zivər Ağayeva
Zivər Sübhan qızı Ağayeva (1934, Qarasu – 22 iyun 2015, Bakı) — Azərbaycan şairəsi. == Həyatı == Zivər Ağayeva 1934-cü ildə Hacıqabul rayonunun Qarasu kəndində dəmiryolçu ailəsində anadan olmuşdur. İbtidai və orta təhsilini Hacıqabulda alıb. Bakı Tibb Texnikumunu və ADPU-nun dil və ədəbiyyat fakültəsini bitirmişdir. "Azərbaycan qadını" jurnalında işləmişdir. == Yaradıcılığı == Zivər Ağayeva ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuatda şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub. Azərbaycanın bır çox tanınmış müğənniləri onun sözlərinə yazılan mahnılar oxuyublar.
Zivər Məmmədova
Zivər Nəcəfqulu qızı Məmmədova (14 iyun 1902, Bakı – 22 aprel 1980, Bakı) — ilk azərbaycanlı heykəltaraş qadın. Azərbaycanın xalq rəssamı, əməkdar incəsənət xadimi, heykəltaraş Tokay Məmmədovun anasıdır. == Həyatı və təhsili == Zivər Məmmədova 1902-ci il iyunun 14-də Bakı şəhərində Nəcəfqulu Tağıyevin ailəsində anadan olub. 1909-cu ildə təhsil almaq üçün “Müqəddəs Nina” qızlar gimnaziyasına daxil olub. Məktəbi bitirdikdən sonra rəssamlıq kursuna daxil olur. Kursu bitirdikdən sonra eyni vaxtda iki ali məktəbə - Azərbaycan Ali Rəssamlıq Məktəbinə və Dövlət Türk Musiqi Məktəbinə daxil olub. 1924-cü ildə Ali Rəssamlıq Məktəbini bitirib. == Fəaliyyəti == Ali təhsil aldıqdan sonra Stepan Erzya və Pinxos Sabsayın emalatxanasında fəaliyyət göstərib. O, həm də portret ustası kimi tanınıb və zəngin qalereya yaradıb. 1930-1940-cı illər arasında Əzim Əzimzadə, Hüseynqulu Sarabski, Məşədi Əzizbəyov, İdris Süleymanov, Hüseynbala Əliyev, Bəsti Bağırova və digərlərinin portret büstlərini hazırlayıb.
Zavə şəhristanı
Zavə şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Dövlətabad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 66,206 nəfər və 15,818 ailədən ibarət idi.
Yavər Həsənov (şəhid)
Yavər Həsənov (15 mart 1963, Balıqlı, Amasiya rayonu – 7 yanvar 1994, Alxanlı, Füzuli rayonu) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == 15 mart 1963-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. 1988-ci illərdə erməni faşistləri azərbaycanlıları buradan deportasiya edərkən onun ailəsi Bakıya köçmüş Binəqədi rayonu ərazisində Xutor adlanan bölğəsində məskunlaşmışlar.Qarabağ hadisələri başlayanda ermənilərə qarşı olan mitinqlərdə fəal iştirak etmişdir. Yavər erməni vəhşiliyinin nə olduğunu hamıdan yaxşı bilirdi çünki onun ata nənəsi Səkinə nənə əslən Ərzurum vilayətinin Oltu yaxınlığındakı Sıxcey kəndindən idi. Səkinə nənə söylədiklərinə görə onun atasını qapılarının nökəri olan erməni öldürmüşdür. O,gündən sonra Səkinə nənənin qaçqınlıq həyatı başlamışdır.Sonradan Sovetlər birliyi qurulanda onlar Balıqlı kəndində yaşamışlar. Uşaq vaxtından erməni vəhşiliklərinin şahidi olan Səkinə nənə öz övladlarına hər zaman erməni vəhşilikləri haqqında danışardı. Hələ uşaq vaxtlarında əzizlərini və doğmalarını itirən Səkinə nənə ömrünün qürub çağında da ən əzizlərini,övladlarını,nəvələrini itirdi. Yavərin atası Həsənov Murtuz iki övlad itkisinə dözməyərək dünyasını dəyişmişdir. Yavərin özü cəbhə yoldaşlarının söylədiklərinə görə çox böyük qəhrəmanlıqlar göstərmiş qəhrəmanlıq nümunəsi olmuşdur.
Yavər kəndi (Əhər)
Yavər kəndi (fars. ‎‎‎‎ياوركندي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Zivər bəy Əhmədbəyov
Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov (1873, Şamaxı – 16 fevral 1925, Bakı, Azərbaycan SSR) — ilk ali təhsilli azərbaycanlı memar. == Həyatı == Zivər bəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda almışdır. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1910-cu ildən Bakı şəhərində yaşayıb. 1902–1917-ci illərdə Z. Əhmədbəyov Bakı Quberniyasının idarəsində sonra isə Bakı şəhər idarəsində memar işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub. 1922-ci ilə kimi Bakı şəhərinin baş memarı olmuşdur. Şamaxıda Cümə məscidinin, İmam məscidinin, Bakıda Təzə Pir məscidinin, Göyçayda Əbülfəzlil Əbbas məscidinin (1898–1902), Əmircanda Murtuza Muxtarov məscidinin (1908) (məscidi Kərbəlayi Əhməd tikib) və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsilə tikilmişdir. Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.
Lavər keçidi döyüşü
Lavər keçidi döyüşü — 1455-ci ildə Qaraqoyunlular ilə Teymurilər dövləti arasında baş vermişdir.Əbu'l Fəth Pirbudaq Teymuri ordusunu Kirman şəhəri yaxınlığında məğlub etmişdir. == Arxa plan == Sircana çatdıqda kəndlərin və ətraf yerlərin qarət edilməsini əmr etdi. Qoşun çaxnaşma atəşini yan- dırdı. Qanaşirin oğlu Yar Əhmədin mətanət qalasının hasarına və bünövrəsinə qorxu-hürkü mancanağı zərbə vurdu. Xof oxlarının yağışı onun səbir və dözüm qalxanını para-para etdi. Acizlik və zəifliklə öz əhvalını Pirbudağa məruzə etdi, fərmana boyun əyəcəyini və tabe olacağını izhar edib itaət başını aşağı endirdi. Amma belə ərz etdi ki, Səncər mirzənin işi bitdikdən sonra təxirə salmadan kəfən və qılıncla təqsirinin üzrünü istəmək üçün ən yaxşı sığınacaq yeri olan fələk misallı astanaya gələcəkdir. Mirzə Pirbudaq onun vədini və ismarışını nəvazişlə qəbul edib, oradan köç edərək Kirman ətrafında dayandı. Şəhər daruğası Şeyx Cəlaləddin də Yar Əhməd etdiyi kimi edərək şəhəri eyni şərtlə təslim edəcəyini bildirdi. Mirzə Pirbudaq bir neçə gün istirahət etmək, yorğunluğunu çıxarmaq, dəvələrin və atların rahatlanması üçün [orada] qaldı və bu səbəbdən Kirmanın ətrafında çoxlu dağıntılar törədildi.
Mirzə Ələkbər xan Davər
Mirzə Ələkbər xan Davər (1867–1937) — İranın müasir ədliyyə sisteminin qurucularından biri. == Həyatı == Mirzə Ələkbər xan Davər 1867-ci ildə Mazandaranda doğulmuşdu. Rza şah Pəhləvinin hakimiyyəti dönəmində İranın maliyyə vəziri olmuşdu. Modern ədliyyə sisteminin qurucularından biridir. Mirzə Ələkbər xan Davər 1937-ci ildə vəfat edib.
Zivər bəy Əhmədbəyovun abidəsi
Zivər bəy Əhmədbəyovun abidəsi – Bakı şəhərinin Yasamal rayonunda Azərbaycan memarı Zivər bəy Əhmədbəyovun şərəfinə ucaldılan abidə. Abidə "Nizami" metrosunun qarşısında yerləşən Cəfər Cabbarlı küçəsindəki parkda ucaldılmışdır. Abidənin müəllifi Azərbaycanın Xalq rəssamı Natiq Əliyevdir. == Tarixi == Abidənin "Nizami" metrosunun qarşısındakı parkda qoyulması üçün yer təsadüfi olaraq seçilməmişdir. Metro stansiyasından sol tərəfdə yerləşən bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında tikilmişdir.. Zivər bəy Əhmədbəyov 1918–1920-ci illərdə Bakının ilk azərbaycanlı baş memarı olmuş və şəhərin inkişafında mühüm rol oynamışdı. Zivər bəy Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirmişdi. Park və abidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. Parkın və abidənin açılış mərasimi 2011-ci il may ayının 26-da ölkə başçısının iştirakı ilə keçirilmişdir.. Parkın yerləşdiyi ərazi uzun müddət idi ki, baxımsız vəziyyətdə idi.
Zivər bəy Əhmədbəyovun heykəli
Zivər bəy Əhmədbəyovun abidəsi – Bakı şəhərinin Yasamal rayonunda Azərbaycan memarı Zivər bəy Əhmədbəyovun şərəfinə ucaldılan abidə. Abidə "Nizami" metrosunun qarşısında yerləşən Cəfər Cabbarlı küçəsindəki parkda ucaldılmışdır. Abidənin müəllifi Azərbaycanın Xalq rəssamı Natiq Əliyevdir. == Tarixi == Abidənin "Nizami" metrosunun qarşısındakı parkda qoyulması üçün yer təsadüfi olaraq seçilməmişdir. Metro stansiyasından sol tərəfdə yerləşən bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında tikilmişdir.. Zivər bəy Əhmədbəyov 1918–1920-ci illərdə Bakının ilk azərbaycanlı baş memarı olmuş və şəhərin inkişafında mühüm rol oynamışdı. Zivər bəy Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirmişdi. Park və abidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. Parkın və abidənin açılış mərasimi 2011-ci il may ayının 26-da ölkə başçısının iştirakı ilə keçirilmişdir.. Parkın yerləşdiyi ərazi uzun müddət idi ki, baxımsız vəziyyətdə idi.
Adam Faver
Adam Fawer (1970[…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı roman yazıçısı. İlk romanı "Ehtimalsızlıq" on səkkiz dilə tərcümə edilmiş və "ən yaxşı roman" müsabiqəsində “2006 International Thriller Writers” mükafatını qazanmışdır. 2008-ci ilin aprel ayında da ikinci romanı olan "Empati" yayımlanmışdır. "Empati" 2008-ci ildə almanca, yaponca ve türkcə yayımlanmışdır. Türkiyədəki yayımcısının israrları nəticəsində tamamladığı üçüncü romanı "Oz", 2016-cı ildə yalnız türkcə olaraq yayımlanmış, ancaq mənfi tənqidlərə məruz qalmışdır. Faver Pensilvaniya Universitetində diplom və magistr dərəcələrini tamamlamışdır. Stanford Graduate School of Business də MBAsini etmişdır. Karyerası zamanı Faver; Sony Music, J.P. Morqan və son olaraq da About.com kimi müxtəlif şirkətlər üçün işləmişdir.
Sanka Zver
Sanka Zver (əsl adı: Cabir Əli (Pəncəli) oğlu Qasımov; 15 oktyabr 1920, Zığ, Bakı qəzası – avqust 1973, Bakı) — qanuni oğru. == Həyatı == Cabir Qasımov 1920-ci ilin oktyabrın 15-də Bakı qəzasının Zığ qəsəbəsində anadan olub. İlk dəfə Bakıda erməni zabitini öldürdüyünə görə 1936-cı ildə həbs edilib. Sibirə etap olunub. Ömrünün çox hissəsini həbsxanalarda keçirib. Keçirilən "sxodka"da özündən fiziki cəhətdən güclü olan "Sanka" ləqəbli erməni qanuni oğrunu öldürüb. Oğrular ona Sanka Zver deməyə başlayıblar. Oğru Sanka Zver 1973-cü ildə dostu Lotu Kəbir tərəfindən güllələnərək öldürülüb. Doğulduğu Zığ qəsəbəsində dəfn edilib. Etibar adlı bir oğlu qalıb.
Leopold fon Zaxer-Mazox
Leopold fon Zaxer-Mazox (alm. Leopold Ritter von Sacher-Masoch‎; 27 yanvar 1836[…], Lvov – 9 mart 1895[…]) — Avstriya yazıçısı. == Həyatı == Leopold fon Zaxer-Mazoxun əsərində ədəbi növ olaraq əhvalata, struktur olaraq isə "müqavilə", "akt", "proqram" tipində mətnə uyğun gəlir. Konvensiya və tənbeh, amma eyni zamanda bədənə göstərilməli olan diqqət hakim mövqe daşıyır: "Sevgili məşuqəm, əvvəl əlinə incə bir iynə alaraq başdan-tikəcəksən … amma sabah bir tibb imtahanının var, buna görə qətiyyən iz buraxmamalısan… və sair". Mazoxizmdə məsələ passivlik, ya da fantaziyada deyil. Passivlik vizuallaşaraq partnyorlar arasındakı aktiv bir əlaqəyə də gətirib çıxara bilər – mazoxistin köməyinə gələn sadist deyil – aktivliyi müəyyən müddət ərzində təyin olunacağı üçün aktiv – passiv əleyhdarlığı artıq "yox" vəziyyətindədir. Beləcə ən əhəmiyyətli "mazoxist" mətnlərdən biri, Leopold von Zaşer Mazoxun arvadı Vilhelmina von Zaxer-Mazoxun avtobioqrafiyası yaranmışdır. XIX əsrin xarici siyasi feminist mətnlərindən seçilən bu avtobioqrafiya ərini əlində saxlamaq istəyən, uşaqlarını qoruma arzusuyla ərinin qəribə zövqlərinə cavab vermək məcburiyyətində qalan bir orta səviyyəli qadının dili ilə danışılır, "bədənin qadir olduqlarının kəşfi" dediyi bir həyat prosesi, feminist xarakterli bir formulla sona çatar: "Həyatda bir qadın olaraq nələrə qadir olduğumu artıq başa düşürəm". Proses təhlükəlidir, ancaq dəyəri hələ yoxlanılmamış olmasındadır. Sad ilə Mazox ədəbiyyatının tanınmamağı, onları sinfi və coğrafi bir kartoqrafiyaya sığdıra bilməmizə də kömək edəcək – Mazox əhvalatları "həqiqi xarakterdədir".
Davar
Hacər
Hacər — İbrahim peyğəmbərin zövcəsi. == Tövratda Həcər == İbranicə Hagər olaraq adlandırılan bu sözün mənası “qaçmaq, qaçış” deməkdir. Həcər isə “getmək, hicrət etmək, şirkdən uzaq olmaq, yaşıdlarından üstün olmaq mənasını verən hecr kökünə aid ola bilər və Cənubi Ərəbistanda məskunlaşma mərkəzi olan Hecerlə əlaqəli olduğu güman edilir. Tövrata görə, Quranda adı çəkilməyən Həcər Misirli cariyədir. Tövratda açıq şəkildə bildirilməsə də, Həcər də Hz.İbrahimə verilən cariyələr arasında olmalıdır. Tövrata görə, uzun müddət övladı olmayan Sara dövrün qaydalarına uyğun olaraq Həcəri ərinə ikinci arvad kimi təqdim edir. Həcər hamilə qalanda Saraya münasibəti dəyişir; Sara onunla pis davranır və onu qaçmağa məcbur edir. == İslama görə == İslami mənbələrdə Həcərin Misir və Kıpt padşahlarından birinin qızı olduğu bildirilir. Atasının Menfis əhlindən olduğu və oranın şahı olduğu bildirildiyi kimi Həcərin Hz. İbrahimin Misirə gəldiyi zaman işdə olan fironun cariyələrindən olduğu da bildirilir.
Havar
Havar adaları (ərəb. جزر حوار‎) — Hind okeanına aid Fars körfəzində yerləşən arxipelaq. Adalar inzibati cəhətdən Bəhreynin Cənub muxafazasına daxil olsa da 16 adadan üçünə Qətər iddia edir. == Coğrafiyası və təsviri == Arxipelaqın mərkəzi Bəhreynin əsas adasından 25 km cənub-şərqdə yerləşir. Arxipelaqın bir qutaracağı Qətərin qərbindən bir km məsafədə yerləşir. Bu səbəbdən 16 adadan üçünün hansı dövlətə mənsub olması mübahisələrə səbəb olur. Ümumilikdə isə bəzi mənbələrdə ada, adacıqlar, qumlu dillər, dayazlıq və bankələrin sayı ilə birlikdə 36 adanın hələdə dəqiq kimə mənsubluğu müəyyən edilməmişdir. Arxipelaqın uzunluğu 23 kilometr, eni isə 8 km təşkil edir. Ümumi sahəsi isə cəmi 52 km²-dir. Ən böyük adası Havar adlanır.
Kövər
Kövər — Azərbaycan Respublikasının Yevlax rayonunun Malbinəsi inzibati ərazi vahidində kənd. == Tarixi == Yuxarı Qarabağ kanalının sahilində, Qarabağ düzündədir. Oykonim "mal-qara üçün ayrılmış örüş yeri" mənasındadır. Kövər variantında da qeydə alınmışdır.
Kəvər
Yaşayış məntəqələri Kəvər (şəhər) — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Kəvər rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilində rayon. Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzi Gavar (Təbriz) Bitkilər Kəvər (bitki) — kəvərkimilər fəsiləsinə aid bitki cinsi. Tikanlı kəvər — kəvərkimilər fəsiləsindən bitki növü. Digər Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa.
Lavur
Lavur (fr. Lavours) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01208. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 148 nəfər təşkil edirdi.
Zabor
Zabor adası — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 700 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 4 km cənub-şərqdə, Bazovıy adası 2 km cənub-qərbdə və Kolosov adaları 3 km cənub-qərbdə, Blizkiy adası 4,35 km şimal-şərqdə, Pustoy adası 6,4 km şimalda yerləşir. == Xüsusiyyətləri == Qərbdən-şərqə 1,1 km uzunluğa, 450 metr enə malikdir. Hündülüyü böyük deyil. dür. Sahilləri alçaqdır. Ada alcaqboylu otlarla örtülü olur.
Zadar
Zadar (it. Zara, ing. Zadar) — Xorvatiyada yerləşən qədim şəhərlərdən biridir. Şəhər Ravni Kotari bölgəsində və Adriatik dənizi sahilində yerləşir. Şəhərin əhalisi 2021-ci ilin siyahıyaalmasına görə 71 min nəfər olub əhatə etdiyi ərazisi isə 25 km²-dir. Şəhər 1797-ci ildə Venesiya Respublikasının süqutundan sonra 1805-1813-cü illərdə fransız hakimiyyəti altında qalmışdır.
Zakir
Zakir — Azərbaycan kişi adı. Qasım bəy Zakir — Azərbaycan şairi. Zakir Məmmədov Zakir Məmmədov (alim) — fəlsəfə elmləri doktoru; professor; AMEA-nın müxbir üzvü. Zakir Məmmədov (professor) — Biologiya elmləri doktoru; professor Zakir Bəhmənov Zakir Rzayev Toponim Zakir (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Abver
Abver (alm. Abwehr‎) — “müdafiə” (hərbi mənada) deməkdir və Üçüncü Reyxin casus təşkilatının adıdır. İkinci Dünya Müharibəsi illərində Alman ordusunun xəbər xidməti idi. Üç hissədən ibarət idi: Hərbi, texniki, siyasi və iqtisadi casusluq Təxribat Əks kəşfiyyat tədbirləri. Admiral Vilhelm Canaris 1938-ci ildən 1944-cü ildə fürer Adolf Hitlerə edilmiş sui-qəsdə kimi təşkilatın rəhbəri olmuşdur. Canarisin sui-qəsddə iştirak etdiyini iddia edən Hitler bu təşkilatı SS təşkilatının tərkibindəki Sicherheitsdienstə daxil etmişdir.
Averm
Averm (fr. Avermes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Mylen kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03013. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3814 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 2561 nəfər (15–64 yaş) arasında 1877 nəfər iqtisadi fəal, 684 nəfər hərəkətsiz (fəaliyyət göstərici 73,3%, 1999-cu ildə 73,5%) idi. Fəal 1877 nəfərdən 1735 nəfər (858 kişi və 877 qadın), 142 nəfər işsiz (70 kişi və 72 qadın) idi. 684 hərəkətsiz 205 nəfər arasında şagird və ya tələbə, 356 nəfər təqaüdçü, 123 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Avers
Avers (alm. Vorderseite‎, it. dritto, fr. avers, lat. adversus — "üzü tərəfə çevrilmiş") — sikkə və medalların üz və əsas tərəfi. Avers reversin əks tərəfidir. Termin qədim dövrlərdən əmələ gəlib. Əvvəlcə bu söz sikkənin alt ştempel vasitəsi ilə zərb olunan tərəfi mənasını verirdi (lat. adversus — "üzü tərəfə çevrilmiş"). Sikkə işinin xüsusiyyətlərini nəzərə alaraq, bu hissədə "daha vacib" təsvirlər yerləşdirilirdi, üst ştempeldə isə "daha az vacib" olanlar.
Bajer
Bajer (fr. Bagert) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Sent-Krua-Volvestr kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09033. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 58 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 30 yaşdan yuxarı (15-64 yaş arasında) 16 nəfər iqtisadi cəhətdən fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 53,3%, 1999-cu ildə 58.1%). Aktiv olan 16 nəfərdən 14 nəfər (8 kişi və 6 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi. Aktiv olmayan 14 nəfər arasında 1 nəfər tələbə və ya tələbə, 3 nəfər - təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Baker
Con Gilbert Beyker (ing. John Gilbert Baker; 13 yanvar 1834 – 16 avqust 1920, Riçmond-apon-Tems[d], Böyük London) – İngilis botaniki. == Çap olunmuş əsərləri == A supplement to Baines' Flora of Yorkshire. London, Pamplin, 1854 (ing.) The flowering plants and ferns of Great Britain. London, Cashs, 1855 (ing.) A new flora of Northumberland and Durham. London, Williams & Norgate, 1868 (ing.) A flora of the English Lake District. London, Bell, 1885 (ing.) Handbook of the fern-allies. London, Bell & sons, 1887 (ing.) Flora of Mauritius and the Seychelles. London, Reeve, 1877 (ing.) Handbook of the Amaryllideae, including the Alstroemerieae and Agaveae. London, Bell & sons, 1888 (ing.) Handbook of the Bromeliaceae.
Baler
Baler — Filippinin Aurora vilayətində şəhər və bələdiyyə və bu vilayətin mərkəzi.
Bavers
Bavers (fars. باورس‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,147 nəfər yaşayır (696 ailə).