Yavər Şahbazov

Yavər Şahbazov — Azərbaycanın Milli Qəhrəmanı.

Yavər Şahbazov
Yavər Əlibala oğlu Şahbazov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qıraqlı, Xaçmaz rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi şəhid
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Təltifləri "Qızıl Ulduz" medalı

1 noyabr 1973-cü ildə Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olmuşdur. 1981-1991-ci illərdə burada orta məktəbdə təhsil almışdır. Vətənpərvərliyi ilə müəllimlərinin və sinif yoldaşlarının diqqətini çəkən Yavər müharibəyə getmək və torpaqlarımızın bütövlüyü uğrunda savaşmaq istəyirdi. 1994-cü il 8 iyunda o, öz arzusuna çatdı. Rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırıldı. 1995-ci il 13-17 mart hadisələri baş verdi. Silahlı dəstə bir neçə dəfə xəbərdarlığa baxmayaraq silahı yerə qoymadı. Milli Ordu işə qarışmalı oldu Yavər də bu silahlı dəstənin zərərsziləşdirilməsində iştirak edirdi. Güclü atışma başlayanda o, bir neçə yaralı döyüşçünü xilas etdi özü isə qəhrəmancasına həlak oldu.[1]

Subay idi.

Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

Azərbaycan respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Şahbazov Yavər Əlibala oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Xaçmaz rayonunda dəfn edilmişdir.

Oxuduğu orta məktəb qəhrəmanımızın adını daşıyır. Məktəbin önündə və Xaçmaz şəhərində qəhrəmanımızın büstü qoyulub. 2003-cü ildə onun xatirəsinə Alekseyevka kəndində Şəhidlər abidəsi ucaldılıb.

  1. Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 266.