Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əhmədəli mirzə Qovanlı-Qacar
Əhmədəli mirzə Fətəli şah oğlu Qovanlı-Qacar (1804–1855?) — Fətəli şah Qacarın oğlu, vali, Qacar şahzadəsi. == Həyatı == Fətəli şahın оndоqquzuncu оğlu Əhmədəli mirzə (anası Məryəm xanım yəhudi) 19 yanvar 1804-cü ildə Tehran şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Əhmədəli mirzə bir müddət Xorasanın valisi оlmuşdu. Abbas mirzə Hеrata və üsyançı еlxanların üstünə yürüş еdəndə qardaşı ilə qоvğaya girmişdi. Əminə Pakrəvan Abbas mirzənin Xоrasan səfəri haqqında yazır: "Məş¬həd şəhərinin icra işlərindən sorumlu və Əhmədəli mirzənin vəziri olan Mirzə Musa türkmənlərlə gizlin-gizlin irtibat qurmağa başla¬mışdı. Türkmən xanları bütün türkmənləri öz yanlarında bulundura bilmələri üçün məzhəb fərqliliyini də sıx-sıx gündəmə gətirirdilər. Şiə Azərbaycan ordusunun gəlib Sünni Türkmənistana hökm edə-cəyinin mümkün olmayacağını təbliğ edirdilər. Digər tərəfdən, Əh¬mədəli mirzənin Abbas mirzəyə qarşı həsədini, nifrət və kinini də körükləməyə başlamışdılar. Əhmədəli mirzə başdan bəri Abbas mirzəni sevməməkdə idi.
Kərim Əhmədəliyev
Kərim Əhmədəliyev (tam adı: Kərim Rövşən oğlu Əhmədəliyev; 12 iyun 1998; Sumqayıt, Azərbaycan — 4 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kərim Əhmədəliyev 1998-ci il iyunun 12-də Sumqayıt şəhərində anadan olub. 2005-2016-cı illərdə Sumqayıt şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə isə Azərbaycan Texnologiya Universitetində (ATU) "Menecment" ixtisası üzrə ali təhsil alıb. Subay idi. == Hərbi xidməti == Kərim Əhmədəliyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Kərim Əhmədəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kərim Əhmədəliyev oktyabrın 4-də Madagizin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Əhmədəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əhmədli
Əhmədli — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Hacı Qaraman çələbi Əhmədli — övliya Cəmil Əhmədli — fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi. Səlman Əhmədli — müəllim. Murtuza Əhmədli — Nazim Əhmədli — Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat Təbliği Bürosunun direktoru Nəsir Əhmədli — Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru. Zərxanım Əhmədli Yaşayış məntəqələri Əhmədli (Beyləqan) — Beyləqan rayonunda kənd. Əhmədli (Xətai) — Bakı şəhərinin Xətai rayonunda kənd. Əhmədli (Laçın) — Laçın rayonunda kənd. Əhmədli (Əhmədli, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Əhmədli (Əmirvan, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Əhmədli (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd.
Əhmədli (Əhmədli, Daşkəsən)
Əhmədli — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Əhmədli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin adı şahsevənlərin əhmədli tirəsinin adı ilə bağlıdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Murovdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Əhmədli kənd kitabxana filialı, Əhmədli kənd Mədəniyyət Evi fəaliyyət göstərir. Kənddə qədim türbə mövcuddur. == Təhsil == Kənddə Daşkəsən rayon Əhmədli kənd R. Qurbanov adına ümumi orta məktəb fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Əhmədli kənd tibb məntəqəsi yerləşir.
Əhmədbəli(Bərdə)
Əhmədbəyli — Bərdə rayonunun Yeni Əyricə sovetliyində əvvəllər mövcud olmuş kənd. Kənd Köçərlinskilərin torpağı idi. Ötən əsrin 70-ci illərinə qədər kənddə Firudin bəy Köçərlinsinin bağı mövcud idi. Sonradan Əyricə kəndi ilə birləşmiş və bir inzibati vahid kimi aradan çıxmışdır.
Almaxanım Əhmədli
Almaxanım Vüqar qızı Əhmədli (18 avqust 2001, Bakı) — Azərbaycanlı müğənni, AzTV-nin solisti, VI Muğam Televiziya Müsabiqəsinin qalibi. == Həyatı == Almaxanım Əhmədli 2001-ci il avqust ayının 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Görkəmli ədəbiyyatşünas alim, şair, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin qızıdır. 2006 - 2014-cü illərdə S. C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında oxumuşdur. 2017- ci ildə Bakı şəhəri M.Ə.Sabir adına orta məktəbi əla qiymətlərlə bitirmişdir. 2017-ci ildə Səid Rüstəmov adına Bakı şəhəri 13 saylı musiqi məktəbinin "Muğam" şöbəsini qırmızı diplomla bitirmişdir. 2017-ci ildə Azərbaycan Milli Konservatoriyasının Solo oxuma fakültəsinə daxil olub. 2021-ci ildə Azərbaycan Milli Konservatoriyasını bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrarura pilləsinə daxil olub. Almaxanım Əhmədli 2023-cü ildə Fərqlənmə diplomu ilə magistratura təhsil pilləsi üzrə məzun olub. == Fəaliyyəti == Almaxanım Əhmədli 2023-cü il, 24 Oktyabrda ABŞ-nın Kaliforniya ştatında Heydər Əliyev-in 100 illiyi münasibətilə solo konsert vermişdir.
Aydın Əhmədli
Aydın Mustafa oğlu Əhmədli (12 mart 2002, Orta Zəyzid, Şəki rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aydın Əhmədli 2002-ci il martın 12-dəŞəki rayonunun Orta Zəyzid kəndində anadan olub. 2008–2017-ci illərdə Orta Zəyzid kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Aydın Əhmədli 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Aydın Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Aydın Əhmədli oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Qandax kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydın Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Bəhruz Əhmədli
Bəhruz Vaqif oğlu Əhmədli (25 oktyabr 1982, Zəngilan) — Azərbaycanın teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycanın əməkdar artisti (2016). == Həyatı == Bəhruz Vaqifoğlu (Əhmədli) 25 oktyabr 1982-ci ildə Zəngilan rayonunda anadan olub. 1988-1993-cü illərdə Zəngilan rayonu 1 saylı orta məktəbdə, 1993-2000-ci illərdə isə Bakı şəhəri 177 saylı orta məktəbdə orta təhsil almışdır. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsində musiqili teatr rejissoru ixtisası üzrə rejissor Faiq Zöhrabovun kursunda ali təhsil almışdır. == Fəaliyyəti == Fəaliyyətinin ilk illərində Vahid Əliyevin rəhbərlik etdiyi dram dərnəyində aktyorluq sənətində ilk addımlarını atmış, sonra isə Nərimanov rayonu Uşaq Yaradıcılıq Mərkəzində İmran Vahabovun rəhbərlik etdiyi dram dərnəyinin üzvü olmuşdur. 2003–2005-ci illərdə Nəsibə Zeynalova adına "Cənnət" xalq teatrında, 2005—2006-cı illərdə 1 illik müqavilə əsasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor çalışmışdır. 2006-cı ildən Azərbaycan Dövlət Pantomim Teatrında aktyor kimi çalışır. 2009-cu ildən etibarən həmin teatrda paralel olaraq rejissor kimi də fəaliyyət göstərir. Bəhruz Vaqifoğlu Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə çəkilmiş, habelə "Günaydın, mələyim", "Cavad xan", "Vəkil hanı?", "Çölçü", "Dərvişin qeydləri", "Yarımçıq xatirələr" kimi ekran əsərlərində maraqlı rollar yaratmışdır.
Cəmil Əhmədli
Əhmədli Cəmil Teymur oğlu (27 oktyabr 1931 – 9 fevral 2010) — fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi. 1997-ci ildə Rusiya Pyotr Elmlər və İncəsənət Akademiyasının akademiki seçilmişdir. == Həyatı == Cəmil Əhmədli 1931-ci il oktyabrın 27-də Gədəbəy rayonunun Söyüdlü kəndində Mirzə Teymur Əhmədli adlı bir müəllimin ailəsində doğulmuşdur. 1938-ci ildə birinci sinifə gedən C. Əhmədli müharibə illərində, məktəblərin çətin fəaliyyət göstərdiyi dövrdə atasının yanında təhsil almışdır. 1948-ci ildə 10-cu sinifdə oxuyarkən respublikada keçirilən riyaziyyat olimpiyadasının qalibi olmuşdur. Həmin il yeni yaradılmış Moskva Fizika-Texnika İnstitutunun nümayəndəsi C. Əhmədlinin oxuduğu məktəbin buraxılış imtahanlarında iştirak etmiş və onun həmin instituta qəbul olunduğunu bildirmişdi, lakin maddi çətinliklərə görə Cəmil Əhmədli Moskvaya gedə bilmir, sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fəlsəfə şöbəsinə verərək qəbul olmuş, həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Cəmil Əhmədli 1953-cü ilin yayında SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aspiranturasına müsabiqə yolu ilə imtahan verərək qəbul edilmişdir. 1956-cı ildə Akademik Teodar Oyzermanın rəhbərliyi ilə "Azadlıq və zərurət" mövzusunda dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır. 1960-cı ildə Bakıda nəşr edilən "Azadlıq və zərurət" (rus dilində) kitabı mövzuya dair keçmiş SSRİ məkanında ilk monoqrafiya idi. 1954–1956-cı illərdə Moskva Dövlət Universitetində, 1958–1962-ci illərdə Azərbaycan Sənaye İnstitutunda, 1963–1972-ci illərdə Bakı Ali Partiya Məktəbində, 1959–1974-cü illərdə Azərbaycan SSR EA-nın Aspiranturasında fəlsəfə kursundan dərs demişdir.
Elməddin Əhmədli
Elməddin Gülverən oğlu Əhmədli (28 yanvar 1996, Təzəkənd, Biləsuvar rayonu – 19 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İkinci Qarabağ müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri də Elməddin Əhmədlidir. Elməddin Əhmədli 1996-cı il yanvarın 28-də Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Elməddin Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd döyüşləri Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Əhmədli noyabrın 3-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun Təzəkənd kəndində 2020-ci il noyabrın 19-da dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əhmədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşad Əhmədli
Elşad Əhmədli (1 noyabr 1981) – Gəncə Dövlət Dram Teatrı. Baş rejissor == Həyatı == Əhmədov Elşad Eldar oğlu 1 noyabr 1981-ci ildə Gəncə şəhərində anadan olub.1998-ci ildə AzDMİU-nun Teatr və Kino sənəti fakültəsinin Dram-Kino aktyorluğu ixtisası üzrə Həsənağa Turabovun kursuna qəbul olunmuş və 2002-ci ildə ali təhsilini başa vurub , elə həmin ildə Hərbi xidmətə yollanmışdır. Universitetdə təhsil aldığı illərdə (2000–2002 ci il) Azərbaycan Akademik Milli Dram Teatrının truppasında 2-ci dərəcəli aktyor işləmişdir. 2002-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi A.M.Şərifzadə adına "ÜFÜQ XXI" Eksperimental Tamaşalar Festivalında S.Bekketin "İlk məhəbbət" hekayəsi əsasında hazırlanmış eyniadlı mono tamaşadakı ifasına görə,festivalın "Ən cəsarətli yaradıcılıq işi" nominasiyası ilə təltif olunmuşdur. 2003-cü il sentyabrın 1-dən Gəncə Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlamışdır. 2006-cı ildə "Açıq Cəmiyyət İnstitutu" və "YUĞ" Teatrının birgə təşiklatçılığı ilə "MƏN , SƏN , BİZ " Beynəlxalq Teatr Layihəsinin iştirakçısı olub. 2007-ci ildə Hüseyn Cavidin 125 illiyinə həsr olunmuş "Deyilən söz yadigardır" II Ümumrespublika bədii qiraət müsabiqəsinin III dərəcəli diplomu ilə təltif edilmişdir. Kamal Abdullanın "İstintaq" hekayəsinin motivləri əsasında səhnələşdirdiyi və quruluşçu rejissoru olduğu "Sərgərdan" psixo-dramtik-zikr tamaşası ilə 2011-ci ildə AzTXİ-nin keçirdiyi "Eksperimental tamaşalar" festivalının iştirakçısı olmuş və festivalın diplomu ilə təltif edilmişdir. == Teatrda oynadığı rollar == R.İsmayılov "Son məktub" Rzabala (2003),İ.Əfəndiyev "Ağıllılar və dəlilər" Kərəm (2004),H.Mirələmov "Vicdanın hökmü" Sabir (2004),Ş.Əliyev "Nəsrəddin və Əzrayıl" Rəcəb (2005),N.Cəfərov "Buna da şükür" Eynəkli (2005),İ.Əfəndiyev "Qəribə oğlan" Otar (2006),C.Cabbarlı "Solğun çiçəklər" Bəhram (2006) Hidayət "Bu dünyanın adamları" Sarvan (2007), M.Haqverdiyev "Məhəbbət oyun deyil" Rüstəm (2007),İ.Məlikzadə "Yaxın adam" Xəlil (2008), Ə.Əmirli "Varlı qadın" Qara (2008), Elçin "Ölüm hökmü" Murad (2009),T.Cucenoğlu "Gözəlçələr" Apo (2009), M.F.Axundzadə "Müsyö Jordan və dərviş Məstəlişah" Şahbaz (2011), İftixar"Dan yeri söküləndə" Aşıq Əhsən (2012), K.Ağayeva "Məhsəti" Əmir Əhməd (2013), İ.Əfəndiyev "Unuda bilmirəm" Cəmil (2013), A.İdrisoğlu "Şah İsmayıl Xətai" Simasız hökmdar (2014),N.Dumbadze "Ağ bayraqlar" Qiqla (2014) == Rejissor fəaliyyəti == 2014-cü ildən GDDT-da quruluşçu rejissor kimi fəaliyyətə başlamış və aşağıdakı tamaşalara quruluş vermişdir.
Elşən Əhmədli
Elşən Elbrus oğlu Əhmədli (11 iyul 1997, Oğuz rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Əhmədli 11 iyul 1997-ci ildə Oğuz rayonunda anadan olub. 2003-cü ildə E.Abdullayev adına Oğuz şəhər 2 nömrəli tam orta məktəbə daxil olmuşdur. 2008-ci ildə təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirərək, 2014-cü ildə məktəbi bitirmişdir. 2014–2018-ci illərdə Azərbaycan Texniki Universitetində Nəqliyyat və Logistika fakültəsi üzrə Bakalavr təhsili almışdır. Elşən gülərüz, səmimi, mehriban xüsusiyyətlərinə görə müəllim kollektivi və şagird yoldaşları tərəfindən hər zaman hörmət və rəğbətlə qarşılanırdı. O, onu sevənlərin qəlbində həmişə igid və məğrur bir gənc kimi qalacaqdır. Subay idi. == Hərbi xidməti == Elşən Əhmədli 2019-ci ildə Cəlilabad rayonunun Xüsusi Təyinatlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ildə xidmətini uğurla başa vurmuşdur.
Molla Əhmədli
Molla Əhmədli kəndi — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Coğrafi mövqeyi == Molla Əhmədli kəndi Maşaver və Xram çaylarının qovuşuğunda, rayon mərkəzindən 28 km gündoğar səmtdə, dəniz səviyyəsindən 400 m yüksəklikdə yerləşir. == Əhalisi == 1870-ci ildə 5 ailədə 34 nəfər, 1926-cı ildə 9 ailədə 54 nəfər, 2002-ci ildə 43 ailədə 192 nəfər, 2006-cı ildə 43 ailədə 148 nəfər. == Maarif == İlk ibtridai məktəb 1933-də yaradılıb. Hal-hazırda bir ibtidai məktəb (2005-də 3 sinifdə 14 şagird) fəaliyyətdədir.
Murtuza Əhmədli
Murtuza Qasım oğlu Əhmədli (4 mart 1906 – 20 may 1979) — Kimya elmləri doktoru, professor == Həyatı == Murtuza Əhmədli 4 mart 1906-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsinin Təbiət şöbəsini bitirmişdir. 1930-cu ildə elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1948-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və həmin ildə professor elmi adı almışdır. Murtuza Əhmədli 1941-ci ildən 1979-cu ilə qədər Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmiş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Elmi fəaliyyəti əsasən üzvi reaktivlərin kimyada tətbiqi ilə əlaqədardır. Azərbaycanda fotometrik analiz mete əsasını qoymuş və inkişaf etdirmişdir. Yeni üzvi reaktivlər sintez etmiş, onları qeyri-üzvi maddələrin təyinində tətbiq etmiş, məlum reaktivlərin imkanlarının artırılması sahəsində mühüm tədqiqatlar aparmışdır Murtuza Əhmədli kompleks əmələgəlmə reaksiyalarını təkmilləşdirərək, mürəkkəb tərkibli sistemlərdən istifadə zamanı, fotometrik təyinatlarda, həssaslıq və s. kimi analitik göstəricilərin əhəmiyyətli dərəcədə yüksəldiyini müəyyənləşdirir.
Nazim Əhmədli
Nazim Şamil oğlu Əhmədli (1 may 1953, Əhmədli, Laçın rayonu) — Azərbaycan şairi; Hərbi jurnalist, Qarabağ müharibəsi iştirakçısı. Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2015-2023-cü illərdə Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivinin direktor müavini işləyib. == Həyatı == Nazim Əhmədli 1953-cü il may ayının 1-də Laçın rayonunun Əhmədli kəndində anadan olub. Orta məktəbi Laçın şəhərində bitirib, 1971–74-cü illərdə Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil almış, 1974–1976-cı illərdə keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 1981-ci ildə Moskva şəhərində Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsinə daxil olub, 1986-cı ildə institutu bitirib. Bakıya qayıdaraq Azərbaycan Yazıçılar Birliyində dəftərxana müdiri, "Natəvan" klubunun müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində redaktor, ümumi şöbə müdiri, işləyib. 1993–1996-cı illərdə Azərbaycan Ordusu sıralarında hərbi jurnalist kimi xidmət etmiş, sonra Nərimanov rayonundakı Ekologiya litseyində müəllim, o vaxt Bakıda fəaliyyət göstərən özəl Tətbiqi Elmlər Universitetinin jurnalistika fakultəsində müəllim, dekan müavini vəzifələrində işləyib. 525-ci qəzetdə şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru vəzifəsində işləyib. Hal-hazırda o qurumun ictimai əsaslarla direktorudur.
Nazir Əhmədli
Nazir Əhmədli (Nazir Surxay oğlu Əhmədli; d. 27 yanvar 1961. Gabud, Dərələyəz mahalı) — Azərbaycan jurnalisti, tənqidçi və tədqiqatçı-yazıçı; Kimya üzrə fəlsəfə doktoru (1990). Rusiya imperiyasının Azərbaycan xanlıqlarını işğalından sonra tərtib olunmuş "Kameral təsvir" sənədlərinin Azərbaycanda nəşri Nazir Əhmədlinin adı ilə bağlıdır. == Həyatı == Nazir Əhmədli 27 yanvar 1961-ci ildə Dərələyəz mahalının Gabud kəndində müəllim ailəsində anadan olub. === Ailəsi === Atası Surxay Əhmədin 2009-cu ildə "Yada düşənlər" adlı şeirlər kitabı çap olunub. == Təhsili == 1976-cı ildə Gabud kənd səkkizillik məktəbini, 1978-ci ildə isə qonşu Gomur kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1979–1984-cü illərdə Naxçıvan Dövlət Universitetinin kimya-biologiya fakültəsində təhsil almışdır. Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Fakültə Əlaçılar Şurasının və Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur.
Nurlan Əhmədli
Nurlan Rəhim oğlu Əhmədli (12 oktyabr 1996, Xaçmaz, Oğuz rayonu – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurlan Əhmədli 12 oktyabr 1996-cı ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2003-ci ildə M. F. Axundov adına 1 nömrəli tam orta məktəbinə daxil olmuşdur. 2014-ci ildə məktəbi bitirmişdir. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisası üzrə Bakalavr təhsili almışdır. == Hərbi xidməti == Nurlan Əhmədli 2019-cu ilin yanvarında Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin iyulunda da xidmətini uğurla başa vurmuşdur. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Nurlan Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsində savaşıb. Nurlan Əhmədli Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Nurlan Əhmədli oktyabr ayının 27-də Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Nəsir Əhmədli
Nəsir Əhmədli (1 iyul 1942, Alakol, Tovuz rayonu – 7 iyun 2022, Bakı) — Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar jurnalisti. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurasının üzvü. == Həyatı == Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə ADU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966–1975-ci illərdə dərc olunmuş materiallar əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 7 iyun 2022-ci ildə uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.
Qardaşxan Əhmədli
Qardaşxan Elxan oğlu Əhmədli (12 mart 1996, Osakücə — 7 noyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qardaşxan Əhmədli 12 mart 1996-cı ildə Lənkəran rayonunun Osakücə kəndində anadan olub. 2 bacı, 1 qardaş olmaqla ailədə 5 nəfər olublar. 6 yaşına kimi Osaküçə kəndində yaşayıb və daha sonra ata-anası ilə birgə Bakı şəhərinə köçüblər. Təhsilini başa vurduqdan sonra bir müddət satıcı işləməyə başlayıb. Atası Elxan kişi Rusiyada olduğundan, Qardaşxan həm bacılarına, həm də anasına baxırdı. 2019-cu ilin noyabr ayında ailə həyatı qurub. Şəhidimizdən 2 aylıq Nişanə adında qız övladı xalqımıza yadigar qalıb. == Təhsili == 15 sentyabr 2004-cü il ildə Bakı şəhəri şəhid Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2013-cü il may ayının 30-da həmin məktəbin 11-ci sinfini başa vurub. == Hərbi xidməti == Qardaşxan Əhmədli 3 yanvar, 2015-ci ildə Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Gəncədə yerləşən "N" saylı hərbi hissəyə göndərilib.
Sabir Əhmədli
Əhmədli Sabir Məhəmməd oğlu (10 iyul 1930, Cəbrayıl rayonu – 17 aprel 2009, Bakı) — nasir, publisist, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinın üzvü, Azərbaycanın Xalq yazıçısı (1992), Əməkdar incəsənət xadimi (1984), Prezident təqaüdçüsü. == Həyatı və fəaliyyəti == Sabir Əhmədli 1930-cu il iyulun 10-da Azərbaycanın Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. 1951–1954-cü illərdə Cəbrayıl rayon mərkəzində müəllim işləmişdi. 1955–1956-cı illərdə Şükürbəyli kəndində orta məktəbin direktoru işləmişdir. "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri (1956–1993), baş redaktor (1993–1996) işləmişdir. 1955-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Sabir Əhmədli Azərbaycan Yazıçılar İttifaqının Mirzə Fətəli Axundov adına ədəbi mükafat komissiyasının sədri seçilmişdir. Ədəbi fəaliyyətə 1951-ci ildən "Pioner" jurnalında çap olunan "Poçtalyon" hekayəsi ilə başlamışdır. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış etmişdir.
Salatın Əhmədli
Salatın Alı qızı Əhmədli (18 oktyabr 1956-cı il, Poylu, Qazax) — ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Salatın Əhmədli 18 oktyabr 1956-cı ildə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dillər Universitetiin azərbaycan dili və ədəbiyyat müəllimidir. "Kitab Evi" İctimai Birliyinin sədridir. Eyni zamanda "Məhsəti" şairlər Məclisinin "Məhsəti" jurnalının baş redaktorunun müavinidir. Salatın Əhmədli "Turan" Qadınlar Mərkəzinin, "Bura Vətəndir" və DAMM-ın Qadınlar Şurası İdarə Heyətinin üzvüdür. 2007-ci ildə Hüseyn Cavidin 125 illiyi ilə əlaqədar "Turan" Qadınlar mərkəzinin xətti və "Kazım Qara Bəkir Paşa" vəqfinin başqanı Timsal xanımın dəvəti ilə Türkiyə Cümhuriyyətində keçirilən tədbirlərdə olmuşdur. Ailəlidir. Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun həyat yoldaşıdır, iki övladı və beş nəvəsi vardır.
Seyid Əhmədli
Yuxarı Seyidəhmədli
Sona Əhmədli
Sona Əhmədli (5 oktyabr 1988, Bakı) — Azərbaycanı təmsil edən qadın güləşçi, 2010-cu il Avropa Çempionatının qalibi. == Karyerası == 2007-ci ildə Serbiyada yeniyetmələr arasında Avropa Çempionatını 5-ci pillədə, Çində yeniyetmələr arasında Dünya Çempionatını isə 10-cu pillədə başa vuran Sona Əhmədli, ilin əsas turniri hesab olunan Dünya Çempionatında 18-ci pillədə qərarlaşdı. 2008-ci ildə Qızıl Qran-Pri beynəlxalq turnirində beşinci pillənin sahibi olan Sona Əhmədli, Koşitse şəhərində gənclər arasında Avropa Çempionatını gümüş medalla, İstanbul şəhərində gənclər arasında Dünya Çempionatını isə 8-ci pillədə başa vurdu. Daha sonra Sona Əhmədli 2009-cu ilin aprelində Vilnüs şəhərində (Litva) baş tutan Avropa Çempionatını 16-cı pillədə başa vurdu. İyulda Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib olan Sona Əhmədli, sentyabrda Herninq şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Belarus nümayəndəsi Alyona Filipavaya 2:1, 1/4 final mərhələsində İtaliya nümayəndəsi Valentina Minguzziya 2:0, 1/2 final mərhələsində isə ABŞ nümayəndəsi Tatyana Suareza 2:0 hesabları ilə qalib gələn Sona Əhmədli, final görüşündə Yaponiya nümayəndəsi Saori Yoşidaya 0:2 hesabı ilə məğlub oldu və Dünya Çempionatının gümüş medalına sahib oldu. Sona Əhmədli Dünya Çempionatının medalına sahib olan birinci azərbaycanlı qadın güləşçi oldu. 2010-cu ilin aprelində isə Sona Əhmədli Avropa Çempionatında mübarizə apardı. Turnirin 1/4 final mərhələsində Norveç nümayəndəsi Qudrun Hoyena, 1/2 final mərhələsində isə Fransa nümayəndəsi Məryəm Selluma qalib gələn Sona Əhmədli, final görüşündə Bolqarıstan nümayəndəsi Taybe Yuseyna qalib gəldi və Avropa Çempionatının qalibi oldu. Bununla da Sona Əhmədli Avropa Çempionatlarının qalibi olan birinci azərbaycanlı qadın güləşçi oldu.
Zərxanım Əhmədli
[mənbə göstərin] Zərxanım Əhmədli 1952-ci il fevralın 18 — də Şəki şəhərində anadan olub. Orta təhsilini Bakıdakı 190 saylı məktəbdə alıb. 1975-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Radio — Televiziya bölməsini bitirib. Elə həmin ildən etibarən Azərbaycan Dövlət Tele- Radio Verilişləri Komitəsində radio jurnalist kimi fəaliyyətə başlayıb. Azərbaycan Radiosunda redaktor, komentator, " Səhər" informasiya və musiqi proqramının şöbə müdiri vəzifəsində çalışıb. 1998–2004-cü illərdə " Azadlıq" radiosunun Bakı müxbiri vəzifəsində çalışıb. 2005-ci ildə Azərbaycanda ilk dəfə olaraq yaradılan İctimai Radio quruculuğunda fəal iştirak edib. İctimai Radionun İnformasiya departamentinin direktoru vəzifəsində çalışıb. Həmin radio ilə hər gün efirə çıxan "Yeni gün" İnformasiya və musiqi poroqramının məsul redaktoru və ilk aparıcısı olub. 2009-cu ildə təqaüd yaşının çatması ilə əlaqədar operativ radio jurnalistikadan ayrılaraq pedoqoji fəaliyyətə başlayıb.
Şahid Əhmədli
Şahid Gülməmməd oğlu Əhmədli (17 oktyabr 1992; Saatlı rayonu, Azərbaycan — 12 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahid Əhmədli 1992-ci il oktyabrın 17-də Saatlı rayonunun Qaracalar kəndində anadan olub. 2007-2010-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2010-2014-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Şahid Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahid Əhmədli oktyabrın 12-də Talış döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub. Saatlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahid Əhmədli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Əhmədli metrostansiyası
Əhmədli metrostansiyası — Bakı metrosunda stansiya. == Tarixi == "Bakı Soveti-Əhmədli" yol mənzili sahəsində Sovet hakimiyyəti dövründə istismara verilmiş sonuncu stansiyadır. Stansiyanın memarlığı sadə, yığcamdır. Lakin bu sadəlikdə stansiyanın yerləşdiyi ərazinin tarixi ilə ahəngdarlığı da var. Dördbucaq sütunlar ağ mərmər və qəhvəyi qranit kompozisiyasına bürünüb. Sanki məscid minarələri onun tavanının yükünü üzərinə götürüb. Döşəmə boz qranitdəndir və ağ mərmər zolaqla haşiyələnir. Ağ mərmər zolaq sütunlar boyunca çəkilməklə hər sütunun yanından başlanmaqla mərkəzə doğru davam edir və sütunlararası tən orta hissədə düzbucaq altında kəsişir və bununla da özünəməxsus altıbucaqlılarla bütün stansiya boyunca davam edir. Yol divarlarının üzlüyü qatar səviyyəsindən bir az yuxarı hissədə tamamlanır. Açıq boz rəngli mərmərlə üzlənmiş divarda isə döşəmədəki altıbucaqlı kəsişən zolaqlar kompoziyası Azərbaycan xalçaçılıq məktəbi ənənələrinə uyğun olaraq daha incə şəkildə davam edir.
Əhmədli məscidi
Əhmədli məscidi — Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən məscid. Minarəsi olmayan bu məscid 1904-cü ildə tikilib. Kənd sakinlərinin sözlərinə görə, hazırda Bakıda iki yerdə minarəsiz məcid var. Onların biri Əhmədli, digəri isə Keşlə kəndindədir. Məscidin maraqlı tikilmə tarixi olub. Belə ki, məscid tikilərkən Bakının neft milyonçusu Hacı Zeynalabdin Tağıyev faytonla kənddən keçirmiş. Görür ki, camaat məscid tikir. Hacı Zeynalabdin "məktəb tiksəydiniz, daha yaxşı olardı" deyir. Daha sonra "məscid də tikirsinizsə eybi yoxdur" deyərək məscidin tikilməsinə maliyyə köməkliyi edir.
Bəhmədli
Bəhmətli (əvvəlki adları: Verxiyan; Bəhmənli) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Zaqatala rayonunun Verxiyan kəndi Bəhmənli kəndi adlandırılmışdır. == Mədəniyyəti == Kənd 5 obadan ibarətdir. Kənddə 1 orta, 1 əsas məktəb, 3 kitabxana, kənd xəstəxanası, körpələr evi-uşaq baxçası, aptek, məscid, kənd mədəniyyət evi, futbol meydançası və poçt məntəqəsi vardır. Tarixi abidələr: 1 məscid, 1 hücrə vardır. == Coğrafiyası və iqlimi == Bəhmətli kəndi, rayon mərkəzindən 18 km məsafədə yerləşir. Şərq tərəfdən Lahıc, cənub-şərqdən Qındırğa, şimal və qərbdən Əliabad, cənub-qərbdən Mosul kəndləriylə, cənubdan isə Alazan çayı boyunca Gürcüstan Respublikası ilə həmsərhəd olmaqla iki kəndi (Bəhmətli və Kürdəmir) birləşdirir. Kəndin ərazisi 3697 hektardir. == Əhalisi == Əhalisi 4286 nəfər (Bəhmətli - 4098 və Kürdəmir - 187), əsasən azərbaycanlılardır. Dini mənsubiyyəti müsəlman.
Məmmədəli
Məmmədəli — azərbaycanlı adı. Məmmədəli Məhərrəmov — azərbaycan psixoloqu. Məmmədəli Hüseynov — Azərbaycanlı alim, paleontoloq, professor (1987) Məmmədəli Mehdiyev — Azərbaycan cüdoçusu. Məmmədəli Əliyev — tanınmış müğənni, "Kor ərəbin mahnısı"nın ilk ifaçısı. Məmmədəli Məhzun — Azərbaycan şairi. Məmmədəli Abbasov (snayper) — Böyük Vətən müharibəsi iştirakçısı Məmmədəli Vəlixanlı — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti (1949).
Əhmədbəyli
Əhmədbəyli (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. Əhmədbəyli (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Əhmədbəyli (Samux) — Azərbaycanın Samux rayonunda kənd.