Qardaşxan Elxan oğlu Əhmədli (12 mart 1996, Osakücə — 7 noyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Qardaşxan Əhmədli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Osakücə, Lənkəran, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Dəfn yeri | Binə Şəhidlər xiyabanı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Təltifləri | 2022 2020 2020 |
Qardaşxan Əhmədli 12 mart 1996-cı ildə Lənkəran rayonunun Osakücə kəndində anadan olub.[1] 2 bacı, 1 qardaş olmaqla ailədə 5 nəfər olublar. 6 yaşına kimi Osaküçə kəndində yaşayıb və daha sonra ata-anası ilə birgə Bakı şəhərinə köçüblər. Təhsilini başa vurduqdan sonra bir müddət satıcı işləməyə başlayıb. Atası Elxan kişi Rusiyada olduğundan, Qardaşxan həm bacılarına, həm də anasına baxırdı. 2019-cu ilin noyabr ayında ailə həyatı qurub. Şəhidimizdən 2 aylıq Nişanə adında qız övladı xalqımıza yadigar qalıb.
15 sentyabr 2004-cü il ildə Bakı şəhəri şəhid Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2013-cü il may ayının 30-da həmin məktəbin 11-ci sinfini başa vurub.
Qardaşxan Əhmədli 3 yanvar, 2015-ci ildə Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Gəncədə yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Qısa bir müddət orada xidmət edən Qardaşxan daha sonra Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəyə xidmətini davam etdirməyə göndərilib. 2016-cı ilin "Aprel döyüşlərinin" iştirakçısı olub və sözün əsl mənasında göstərdiyi şücaət və qəhrəmanlıqlarla adını tarixə yazıb. Həmin ilin iyul ayında xidmətini başa vurduqdan sonra ehtiyata buraxılıb. 2020-ci ilin sentyabr ayında İkinci Qarabağ müharibəsi başladığı zaman Qardaşxan həmin ayın 21-də Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən çağırılıb və döyüşə yola salınıb. Döyüşə getdiyi zaman atasına "Ata, özünüzə yaxşı baxın, yoldaşım sizə əmanət" -deyib. Qardaşxanın döyüş yolu Füzulidən başlayıb. Daha sonra Ağdam, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmənə sarsıdıcı zərbələr endirib, xeyli sayda canlı qüvvəsini məhv edib və yaralı əsgərlərimizi döyüş meydanından çıxarıb. Bir müddət Qardaşxandan xəbər çıxmayıb. Nəhayət, dekabr ayının 19-da Qardaşxanın şəhid olduğu bilinib və nəşi Bakı şəhərinə gətirilib, səhərisi gün böyük izdihamla Binə qəsəbəsində yerləşən Binə Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lənkəran rayonunun Osaküçə kəndində anadan olan Qardaşxan Elxan oğlu Əhmədli ölümündən sonra "Xocavəndin azad olumasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.