Elşən Elbrus oğlu Əhmədli (11 iyul 1997, Oğuz rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Elşən Əhmədli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Elşən Elbrus oğlu Əhmədli |
Doğum tarixi | 11 iyul 1997 |
Doğum yeri | |
Vəfat tarixi | 8 noyabr 2020 (23 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Dəfn tarixi | 17 noyabr 2020 |
Vətəndaşlığı | |
Atası | Elbrus Əhmədov |
Anası | Şərafət Çələbiyeva |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Rütbəsi | Əsgər |
Vəzifəsi | Snayperçi |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Elşən Əhmədli 11 iyul 1997-ci ildə Oğuz rayonunda anadan olub. 2003-cü ildə E.Abdullayev adına Oğuz şəhər 2 nömrəli tam orta məktəbə daxil olmuşdur. 2008-ci ildə təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirərək, 2014-cü ildə məktəbi bitirmişdir. 2014–2018-ci illərdə Azərbaycan Texniki Universitetində Nəqliyyat və Logistika fakültəsi üzrə Bakalavr təhsili almışdır. Elşən gülərüz, səmimi, mehriban xüsusiyyətlərinə görə müəllim kollektivi və şagird yoldaşları tərəfindən hər zaman hörmət və rəğbətlə qarşılanırdı. O, onu sevənlərin qəlbində həmişə igid və məğrur bir gənc kimi qalacaqdır. Subay idi.
Elşən Əhmədli 2019-ci ildə Cəlilabad rayonunun Xüsusi Təyinatlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ildə xidmətini uğurla başa vurmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan snayper Elşən Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsində və Şuşa uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Əhmədli noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir.[2] Elşən Əhmədli noyabr ayının 17-də Oğuz Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Əhmədli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Əhmədli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]