Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aldadılmış ər
"Aldadılmış ər və ya üç qadının bir məşuq üçün rəqabəti", KV 430/420а, (İtalyan dilində: «Lo sposo deluso, ossia La rivalità di tre donne per un solo amante») Volfqanq Amadey Motsart tərəfindən 1783 və 1784-cü illərdə naməlum İtaliya şairinin librettosu əsasında bəstələdiyi iki aktdan ibarət komik opera. Opera müəllif tərəfindən tamamlanmamışdır və yalnız I akta aid qısa (iyirmi dəqiqəlik) bir fraqment mövcuddur. == Tarixi == 1783-cü ilin yayında naməlum bir italyan şairi (ehtimal olunur ki, bu şəxs abbat Lorenso da Ponte idi)) 1780-cı ildə Romada Domenika Çimarozanın "İki rəqib" operasında səhnələşdirilən librettonu yenidən işlənilməsi və daha da təkmilləşdirilməsi üçün Volfqanq Amadey Motsarta təqdim edir. Motsart bu libretto əsasında Vyanadakı italyan truppası üçün yeni opera yazmağa razılaşdı. Opera üzərində işin yarımçıq qalmasının dəqiq səbəbləri məlum deyil, lakin ehtimal olunur ki, bu işə librettonun Vyana səhnəsinə uyğunlaşdırılmasındakı çətinliklər və həmçinin müəllifin "Fiqaronun toyu" operası üzərində işə başlaması mahe olmuşdur. == Süjet == Operada hadisələr Livarnodan çox da uzaq olmayan dəniz sahilindəki villada baş verir. Nəcib Romalı xanım Eudjeniya Don Asdubala vurulmuşdur. Lakin sevgilisinin müharibədə həlak olduğuna əmin olan gənc qız varlı Bokkonio Papparellinin arvadı olmağa razılıq verir. Gözlənilmədən Don Asdubal Livarnoya qayıdır. Eudjeniyanın rəqibləri olan Metilda və Bettina onu sevgilisinin gözündən salmağa çalışırlar.
Əhməd Ər
Əhməd Ər, (10 iyun 1927, Sünnətçilər[d], Manisa vilayəti – 29 may 2017, Akhisar[d], Manisa vilayəti), Türk əsgəri, siyasətçi və yazıçı . Xorasandan Anadoluya keçən Oğuzların bəzi tayfaları Qərbi Anadoluya çatdı. Cəddi Hayran-i- Mahmud Dədənin (Yatağan Mahmud) və şəcərəsinin nəsildən-nəslə ötürülən məlumatlarla İmam Əli Rzaya aid olduğu söylənilir. Atası Şəvkət bəy, anası Hüsniye Hanımdır. Doğulduğu kənddə ibtidai məktəbi, Akhisarda orta məktəbi bitirmiş, 1947-ci ildə Bursa Işıklar Hərbi Liseyindən məzun olmuş və həmin il Hərbi Akademiyaya daxil olmuşdur. 1950-ci ildə Türk Hərbi Akademiyasından leytenant rütbəsi ilə orduya və jandarmaya qoşulan Əhməd Ər ölkənin bir çox yerində ordunun müxtəlif səviyyələrində xidmət etdi. 1951-ci ildə Bolqarıstandan Türkiyəyə sığınan üç yüz min Türkün əzabından bəhs edən "İmmiqrant" adlı üç pərdəli bir dram yazdı. Bu tamaşa Türkiyədəki "yüz milli dram" siyahısına daxil edildi. 1957-ci ildə Milli Müdafiə Nazirliyi tərəfindən Kosovo Döyüşünün "Naməlum Atlı" adlı radiofonik nümayəndəliyi ilə açılan Radiofonik Nümayəndəlik Yarışmasında bir mükafata layiq görülmüşdür. Bu nümayəndəlik 1957 və 1960-cı illərdə iki dəfə Ankara Radiosunda və 1960-cı ildə bir dəfə İstanbul radiosunda təmsil olunmuşdur.
Ər-Rafi
Ər-Rafi (ər. الرافع) — Allahın adlarından biri. Tərifləyən.
Ər-Rahim
Ər-Rahim (ər. الرحيم) — Allahın adlarından biri. Rəhim isə, bağışlayan, axirətdə mərhəmətini, nemətini mömin bəndələrindən əsirgəməyən mənasındadır. Bu ad Allahın sonsuz mərhəmətini ifadə edir. Rəhim adı əsasən, axirət həyatı ilə bağlıdır. Rəhimdəki məna, əsasən, inananlarla əlaqədardır: "Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir" , "O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir!" . Rəhim ismi Qurani-Kərimdə 115 dəfə təkrarlanmışdır. Ət-Tövbə surəsi istisna, bütün surələr Allahın bu adları ilə başlayır: "Bismilləhir-rəhmanir-rəhim".
Ər-Rahmən
Ər-rahim (ər. الرحمن) — Allahın adlarından biri. Rəhman dünyada yaxşı da olsa, pis də olsa, aralarında fərq qoymadan nemətini bütün bəndələrinə verən, hamısına qarşı sonsuz mərhəmətini göstərən anlamına gəlir. Bu ad Allahın sonsuz mərhəmətini ifadə edir. Rəhman adı daha çox bu dünya ilə bağlıdır. Rəhman - mömin ya, kafir olsun bütün insanlara Allahın mərhəmət göstərməsi deməkdir. Rəhman ismi Qurani-Kərimdə 57 dəfə təkrarlanmışdır. "İstər Allah, istərsə də Rəhman deyib çağırın. Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar yalnız Ona məxsusdur. Ət-Tövbə surəsi istisna, bütün surələr Allahın bu adları ilə başlayır: “Bismilləhir-rəhmanir-rəhim”.
Ər-Raqib
Ər-Raqib (ər. الرقيب) — Allahın adlarından biri.
Ər-Rauf
Ər-Rauf (ər. الرؤوف) — Allahın adlarından biri.
Ər-Razzəq
Ər-Razzəq (ər. الرزّاق) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. Dümdüz bir zəmindən yaranan, içində nə dağ, nə də dəniz olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. İçində heç bir bitki yetişmir, üzərində heç bir heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı bir ot çıxır. İnsanların bəslənməsi üçün bu otdan başqa heç bir şey yoxdur. Torpağı qazsanız da, əksəniz də heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur.
Ər-Raşid
Ər-Raşid (ər. الرشيد) — Allahın adlarından biri.
Ər-Riyad
Ər-Riyad (ərəb. الرياض‎) — Səudiyyə Ərəbistanın paytaxtı. Nəcd tarixi coğrafi əyalətinin inzibati mərkəzi. Ər-Riyad sürətlə inkişaf edən şəhərlərdən biridir. O, həm Səudiyyə Ərəbistanının paytaxtı, həm də Nəcd tarixi coğrafi əyalətinin inzibati mərkəzidir. == Əhalisi == Şəhər əhalisinin sayı 6,506,700 nəfərdən artıqdır. Əhalinin sıxlığı hər kv km-ə görə 3,600 nəfərdir. == Tarixi == Paytaxtın tarixi çox qədim deyil. O, 1821-ci ildə İslam dövlətinin inzibati mərkəzi kimi salınmışdır. Müasir Ər-Riyad ölkənin ən böyük siyasi, iqtisadi və mədəni mərkəzidir.
Ər-Rutbа
Ər-Rəqqə
Rəqqə (ərəb. الرقة‎) — Suriyanın şimalında Fərat çayı üzərində yerləşən bir şəhər. Rəqqə mühafəzəsi və Rəqqə şəhristanının paytaxtı və ən böyük şəhəridir. Qəebində yerləşən Hələbdən 160 km uzaqlıqdadır. 2005-ci il rəsmi əhali hesablamasına görə şəhərin əhalisi 300.000-dən çoxdur. Şəhər Avisa al-Qarni məscidini ehtiva edir. Xəlifə Harun ər-Rəşidin hökmdarlığı müddətində 796-809 illəri arası Abbasi xəlifəliyinin paytaxtı oldu. == Tarixçə == 639-cu ildə müsəlmanlar tərəfindən xristianlardan alınan şəhərin adı Kallinikosdan Rəqqə olaraq dəyişdirildi. Abbasi xəlifəsi Harun ər-Rəşid Rəqqəni paytaxt olaraq istifadə etmişdir. Şəhər o vaxt önəmli bir mədəniyyət və elm mərkəzi olmuşdur.
Ər-Rəzzaq
Ər-Razzəq (ər. الرزّاق) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. Dümdüz bir zəmindən yaranan, içində nə dağ, nə də dəniz olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. İçində heç bir bitki yetişmir, üzərində heç bir heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı bir ot çıxır. İnsanların bəslənməsi üçün bu otdan başqa heç bir şey yoxdur. Torpağı qazsanız da, əksəniz də heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur.
Ər-Rаmаdi
Ramadi (ərəb. ٱلرَّمَادِي‎) — İraqın Anbar mühafəzasında yerləşən ən böyük şəhər. Paytaxt Bağdaddan təqribən 110 km qərbdə yerləşir. Şəhər 1879-cu ildə Osmanlı İmperiyası tərəfindən yaradılıb və 2011-ci ildə şəhərin əhalisi 375000 nəfər idi. == Tarixi == 2015-ci il mayın 18-də İŞİD İraqın hökumət qüvvələri şəhər uğrunda aylarla çəkən döyüşlərdən sonra, şəhəri ələ keçirib. İŞİD qruplaşmasının nəzarətinə keçən şəhər xarabazara çevrilib, binaların böyük əksəriyyəti dağıdılıb. Hökumət qoşunlarının hücumlarının qarşısını almağa cəhd göstərən yaraqlılar Ramadidə bütün körpüləri partladıblar. 2015-ci ilin dekabr ayında İraqın hökumət qüvvələri ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın hava hücumları ilə Ramadi şəhərini İŞİD adlandıran qruplaşmadan azad edib.
Ər-Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.
Ər-Rutba
Rutba — İraqın Anbar mühafazasında şəhər. 1941-ci ildə baş vermiş Anqlo-İraq müharibəsi burada cərəyan edib.
Alp Ər Tonqa
Alp Ər Tonqa (Əfrasiyab)— əfsanəvi türk xaqanı. "Alp" sözünün mənası "igid", "qəhrəman", "bahadır", "ər" sözünün mənası "erkək adam", "tonğa" sözünün mənası isə "bəbir" deməkdir". Alp Ər Tonqadan bəzən Saka xanı kimi də bəhs edilir. == Həyatı == Həyatı haqqında məlumatlar əfsanələrlə bağlı olan Alp Ər Tonganın turançılara görə türklərin qədim atalarının soyundan gəldii önə sürülür. Ayrıca Divanü-Lügat-it-Türkdə və Qutadqu-Bilikdə, İran dastanı "Şahnamə"nin qəhrəmanı Əfrasiyabla eyni adam olduğu bilinir. "Şahnamə"yə görə İran-Turan savaşları sırasında Keyxosrov ilə girişdiği mübarizə zamanı pusquya salınaraq öldürülmüşdür. Öldürülməsiylə bağlı Alp Ər Tonga Sagusu, Divan-ı Lügati't-Türk'ün müxtəlif yerlərində örnək mətin olarak verilmişdir. == Orxon yazılarında == Alp Ər adı, Altay dağlarından olan qədim runik Türk yazılarında da bəhs edilmişdir. Orxon Yazılarıında (i, kuzəy. 7, ii, doğu.
Fəxrəddin ər-Razi
Fəxrəddin Əbu Abdullah Məhəmməd ibn Ömər ər-Razi, daha çox Fəxrəddin ər-Razi (ərəb. فخرالدین الرازی‎ kimi tanınır; hicri 1149, Rey — hicri 1209, Herat) — əşirət qələminin tanınmış nümayəndəsi, altıncı mücəddid. Quri sultanlığında və Xarəzmşahlar dövlətində sarayda xidmət etmişdir. Yarımçıq olan məşhur Məfatih əl-qayb təfsiri ona məxsusdur. Bu təfsiri o, mutazilit əz-Zəmaxşarinin təfsirinə cavab olaraq yazmışdır. == Həyatı == Tam adı Əbu Abdullah Məhəmməd ibn Ömər əl-Hüseyn ət-Taymi əl-Bəkri ət-Təbaristani Fəxrəddin ər-Razi olan filosof 1149-cu ildə Reydə anadan olmuşdur. Atası Rey şəhərinin hatibi olmuşdur. Buna görə də onu İbn əl-Hatib (hatibin oğlu) deyə çağırmışlar. Şafi fiqhi, üsul əl-fiqh sahəsində ilk təhsilini atasından və əl-Kamal əs-Simnanidən almışdır. Fəlsəfəni isə Məcduddin əl-Cilidən öyrənmişdir.
Harun ər-Rəşid
Harun ər-Rəşid (ərəb. هَارُون الرَشِيد‎) (d. 7 mart 766 - ö. 24 mart 809) — 5. Abbasi xəlifəsi. == Həyatı == Harun ər-Rəşid (l)Abbasilər sülaləsinin xəlifəsi idi. Miladi 763-cü ildə atası Mehdinin yaşadığı İranın Rey şəhərində (indiki Tehran yaxınlığında) doğulmuşdur. Xəlifə olan qardaşı Hadinin 786-cı ildə ölməsindən sonra Xilafətə başçılıq etməyə başladı. Həyatının çoxunu Bağdadda Rakka şəhərində keçirmişdir. 24 mart 809-cu ildə Xorasanda Tus şəhərində ölmüşdür və orada da dəfn edilmişdir.
Əli ər-Rza
İmam Rza — 12 aprel 770, Mədinə – 5 sentyabr 818, Tus . Məşhur tarixçi və hədisçilərin qeyd etdiklərinə əsasən həzrətin doğum günü zil-qədə ayının 11-i, hicri qəməri təqvimi ilə 148 ci il cümə axşamı və ya cümə gününə təsadüf edir. Bu tarixə əsasən İmam Rzanın(ə) doğulduğu il babası İmam Sadiqin(ə) şəhid olduğu ilə təsadüf edir. == İmamın Şəxsiyyəti == Adı: Əli Ləqəbi: Rza, Siracullah, Nurul-huda, Vəli, Kafil-xəlq, Qurrətul-eynul-muminin Künyəsi: Əbülhəsən Atası: Həzrət İmam Museyi Kazim (ə) İmamlıq müddəti: 20 il Ömrü: 55 il Vəfatı: Səfər ayının sonu, 203-cü Hicri-qəməri ilində Abbasi xəlifəsi Mə᾽mun tərəfindən zəhərlənib şəhid oldu. Məzarı: İran Məşhəd şəhəri. == Həyatı == Əli ər-Riza (Əli Riza) və ya Əli ibn Musa - səkkizinci şiə İmamıdır. 765-ci və ya 770-ci ildə anadan olmuşdur. İmam Rzanın(ə) həyat yoldaşı Səbikə adlı ismətli bir xanım idi. Ona bəzən Ümmü Vələd olaraq müraciət edirdilər. Səbikə İmam(ə) üçün bir oğul dünyaya gətirir.
Ər-Rəhma məscidi
Ər-Rəhma ( ərəbcə:الرحمة - azərb: mərhəmət ) - Ukraynanın paytaxtdı Kiyev şəhərindəki ilk məsciddir. Ər-Rəhma məscidi Ukrayna müsəlmanları ruhani idarəsinin binasını, islam mədrəsəsi və minarəni əhatə edən İslam kompleksidir. Məscid Tatarka adlanan Kiyevin tarixi ərazisində yerləşir. Məscid 3 böyük salondan ibarətdir və içərisində 2 min nəfərədək insan ibadət edə bilər.
Ər-Rəqqə mühafazası
Ər-Rəqqə mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 19.616 km², inzibati mərkəzi Ər-Rəqqə şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.903 milyon nəfərdir.
Ər-Rəqqə mühafazlığı
Ər-Rəqqə mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 19.616 km², inzibati mərkəzi Ər-Rəqqə şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.903 milyon nəfərdir.
Ər-Rəqqə mühafəzəsi
Ər-Rəqqə mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 19.616 km², inzibati mərkəzi Ər-Rəqqə şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.903 milyon nəfərdir.
Ər-Rəqqə əyaləti
Rakka əyaləti və ya Rakka bəylərbəyli — 1594-cü ildə III Murad dövründə qurulan Osmanlı imperiyası ərazisidir. Suriyanın 1516-cı ildə Yavuz Sultan Səlimin fəthindən sonra yaradılan vilayət Suriyanın şimal bölgələrini əhatə edən Hələb əyalətinə tabe idi. Rakka əyaləti 1594-cü ildə yaradılaraq mərkəzi Urfa olmaqla Hələb vilayətindən ayrılmışdı. Urfa, Ruha və ya Əl-Cəzirə adlandırıldı. Əyalət Türkiyənin Urfa, Suriyanın Rakka, Haseke və İraqın Ramadi bölgələrini əhatə edirdi. 9 bəylərbəylikdən ibarət olan əyalət, 1864-cü ildə yeni vilayət sisteminə keçildikdən sonra eyni torpaq əraziləri ilə Hələb vilayətinə qaytarılmışdır.
1967-ci il Ərəb-İsrail müharibəsi
Altıgünlük müharibə (ivr. ‏מלחמת ששת הימים‏‎, translit. Milhemet Şeşet Ha Yamim), Uğursuzluq (ərəb. النكسة‎, translit. Əl-Nəksa), 1967-ci il müharibəsi (ərəb. حرب 1967‎, translit. Hərb 1967), İyun müharibəsi, 1967-ci il Ərəb-İsrail müharibəsi və ya Üçüncü Ərəb-İsrail müharibəsi — 1967-ci ilin iyun ayının 5-dən 10-a qədər İsrail ilə qonşuları Misir – o dövrdəki rəsmi adı ilə Birləşmiş Ərəb Respublikası, Suriya və İordaniya arasında baş vermiş hərbi münaqişə. Birinci Ərəb-İsrail müharibəsindən sonra qonşu dövlətlər arasında münasibətlər normallaşmadı. İsrail Misirin 1950-ci ildən bağladığı Tiran boğazını yenidən öz gəmilərinin keçməsinə açmaq üçün 1956-cı ildə Sinay yarımadasını işğal etdi (İngiltərə və Fransanın yardımı ilə). Bir müddət keçdikdən sonra İsrail buradan qoşunlarını geri çəkməyə məcbur oldu, lakin bunun müqabilində Misirlə Tiran boğazının həmişə açıq saxlanılması barədə razılıq əldə edildi.
2011-ci il Səudiyyə Ərəbistanı iğtişaşları
Hökumət əleyhinə nümayişə çıxmış kütlə ilə polis arasında toqquşma başlayıb. Qətif şəhərində başlanmış toqquşmada polis səs qumbaralarından, rezin dəyənəklərdən istifadə edir. Bunun nəticə vermədiyini görən asayiş keşikçiləri havaya atəş açmağa başlayıb. Ən azı 1 nəfərin güllə yarası aldığı bildirilir. . Səudiyyə Ərəbistanın iqtidarın istefasını tələb edən qüvvələrlə polis arasında toqquşma olub. Ölkənin cənubunda əhalinin böyük hissəsini şiələrin təşkil etdiyi zəngin neft ehtiyatlarına malik Qətif bölgəsində keçirilən mitinqə polis sərt şəkildə müdaxilə edib. Polis öncə nümayişçilərə dağılışmağı əmr edib, sonra isə havaya atəş açıb. Daha sonra toqquşmalar başlayıb və 15 nəfər yaralanıb. Polisin aksiyanı dağıtmaq üçün həqiqi güllələrdən istifadə etdiyi bildirilir. Səudiyyə Ərəbistanı hökuməti şiələri İranın qızışdırdığını iddia edir.
51-ci ərazi
51-ci ərazi (ing. Area 51) (ICAO: KXTA) — Nevada Sınaq və Təlim Bazasında yerləşən yüksək səviyyəli ABŞ Hava Qüvvələri müəssisəsi. Rəsmi olaraq Homey hava limanı (KXTA) və ya yaxınlıqda yerləşən duz gölünün adı ilə Qrum Gölü adlandırılır. Müəssisədə keçirilən əməliyyatların detalları ictimaiyyətə açıqlanmasa da, ABŞ Hava Qüvvələri bunu "açıq təlim bazası" adlandırır. Ehtimal olunur ki, tarixi sübutlara əsaslanaraq eksperimental təyyarə və silah sistemlərinin inkişafı və sınaqları burada həyata keçirilir. ABŞ Hava Qüvvələri 1955-ci ildə, ilk növbədə Lockheed U-2 təyyarəsinin uçuş sınaqları üçün buranı seçdi.
ABŞ-ın ada əraziləri
Federal Torpaqlar (ing. Insular areas, hər. təcrid olunmuş ərazilər) — ABŞ-nin federal torpaqlarına ölkənin heç bir ştatına və federal ərazisinə tabe olmayan adaları daxildir. Palmira atollu — hazırda birləşdirilmiş yeganə ərazidir, yəni Birləşmiş Ştatların ayrılmaz hissəsidir. Palmira atollunun xüsusi statusu heç bir şəkildə yeri və əhəmiyyəti ilə əlaqəli deyil, atollun dövlət statusu aldığı 1959-cu ilə qədər Havay ərazisinin bir hissəsi olması səbəbindən yaranan qanuni bir hadisədir (lakin atollun tərkibindən çıxması ilə). Birləşdirilməmiş ərazilər konsepsiyasının özü, 1901-ci ildə İspaniya ilə müharibədən sonra 1898-ci ildə ABŞ-nin tərkibinə daxil olan adaların statusu haqqında Ali Məhkəmənin bir sıra qərarlarına qədər rəsmi olaraq mövcud deyildi. Buna görə, Konqresin bu presedentdən əvvəl təşkil etdiyi bütün ərazilər, Havay Bölgəsi də daxil olmaqla (1898-ci ildə təşkil edilmiş) avtomatik olaraq birləşdirilmiş sayılırdı. Amerika Birləşmiş Ştatlarının özünü və ya bir hissəsini birləşdirilmiş ərazidən təsisata çevirərək hər hansı bir ərazi üzərində suverenlikdən imtina etməsi üçün bir qanuni mexanizm mövcud deyil və bu səbəbdən 1901-ci ilə qədər birləşdirilmiş Havay Ərazisinin bir hissəsi olan Palmyra Atoll, 1959-cu ildən sonra öz statusunu qorudu. inzibati olaraq Havaydan ayrıldı. Federal vergi ödəməmələrinə və prezident seçkilərində iştirak edə bilməmələrinə baxmayaraq bir sıra ada ərazilərinin sakinləri ABŞ vətəndaşı sayılır.
ABŞ-ın əraziləri
ABŞ-nin əraziləri ABŞ federal hökumətinin nəzarət etdiyi inzibati-ərazi vahididir. Onlar məhdud suverenliyə malik ABŞ ştatları və yerli amerikalı qəbilələrindən fərqlidirlər. Ərazilər inkorporativliyinə və ABŞ Konqresinin qəbul etdiyi orqanik akta əsasən "mütəşkil" bir hökumətin varlığına görə təsnif edilir. Hal-hazırda ABŞ Karib dənizində və Sakit Okeanda on altı əraziyə malikdir. Beşi (Amerika Samoası, Quam, Şimali Marian adaları, Puerto-Riko və ABŞ Vircin adaları) daimi məskunlaşmış, qeyri-inkorporativ ərazidir; digər on bir ərazi yerliləri (və ya daimi əhalisi) olmayan kiçik ada, atoll və riflərdir. Bu on bir dənədən yalnız biri (Palmira rifi) inkorporativ ərazi kimi təsnif edilir. İki ərazi (Baxo-Nueva və Serranilla bankəsi) de-fakto Kolumbiya tərəfindən idarə olunur. Tarixən, ərazilər yeni əldə edilmiş torpaqları idarə etmək üçün yaradılmışdır. Bir çox ərazi nəticədə ştatlığa çevrildilər. Filippin, Mikroneziya Federativ Ştatları, Marşall adaları və Palau kimi müəyyən vaxt ərzində ABŞ tərəfindən idarə olunan digər ərazilər nəticədə daha sonra müstəqil ölkələr oldular.
Abbasabad (Ərak)
Abbasabad — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Tərxoran bölgəsinin Rudbar kəndistanında, Tərxoran qəsəbəsindən 42 km şimal-qərbdədir.
Abbasabad (Ərdəbil)
Abbasabad (fars. عباس اباد‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Hir kəndistanında, Ərdəbil şəhərindən 30 km cənub-şərqdə, Xalxal-Ərdəbil avtomobil yolunun 10 kilometrliyindədir. == Əhali == 2006-cı il siyahıya alınmaya görə kənddə 145 nəfər yaşayır (24 ailə).
Abbasbəyli (Ərdəbil)
Abbasbəyli — İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin İcərud kəndistanında, Germi qəsəbəsindən 40 km şimalda, Germi-Biləsuvar avtomobil yolunun 35 kilometrliyindədir.
Abdullah Rza Ərgüvən
Abdullah Rza Ərgüvən (türk. Abdullah Rıza Ergüven; 1925 – 16 avqust 2001, İsveç) — türk ozan, yazıçı, oçerkist, tənqidçi və düşüncə alimi. == Həyatı == 1952-ci ildə İstanbul Universitetinin Türkologiya şöbəsini bitirdikdən sonra bir dövlət qurumunda işləyərkən müxtəlif təzyiqlər nəticəsində işini tərk etdi. 1967-ci ildə İsveçə gedərək 1968 və 1971 illəri arasında isveç dilini öyrənmişdir. 1972 ilə 1977 illəri arasında tərcüməçilik etdikdən sonra, 1978-1990-ci illər arasında Stokholm Universitetində müəllim, türkoloq və araşdırmaçı olaraq çalışdı, 1990-ci ildə təqaüdə çıxdı. Müxtəlif nəşrlərdə şeir, tərcümə, təhlil, araşdırma, tənqid, dənəmə və düşüncə elmi məqalələri dərc etmişdir. "Qadağan olunmuş cümlələr" adlı romanında dini təhqir etdiyinə görə məhkum edildi. Abdullah Rza Ərgüvən İsveçdə olarkən iflic oldu , sonra 2001-ci ildə yaşayışını itirdi.
Ablı (Ərdəbil)
Ablı — İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Gəncgah kəndistanında, bölgənin mərkəzindən 10 km qərbdə, Xalxal-Ərdəbil avtomobil yolunun üstündədir.
Acarıstan (tarixi ərazi)
Acarıstan və ya Acara (gürc. აჭარა; tərc.: "Aç'ara") — Gürcüstanın tarixi-coğrafi bölgələrindən biridir. Bölgə Acara çayının (Acaristskali) vadisini əhatə edir. Hazırda Acarıstan Muxtar Respublikasının əraziləri daxilindədir. Acarıstan adının "aci" (gürc. აჭი) sözü ilə əlaqəli olması güman edilir. İndiki dövrdə də Gürcüstanda "Aci" (აჭი) adını daşıyan yer adları mövcuddur. == Coğrafi mövqeyi == Acarıstan qədim zamanlarda Gürcüstanın cənub-qərb hissəsində yerləşən tarixi Mesxetiya bölgəsinin bir hissəsi olub. Bölgə keçmişdən bəri Yuxarı Acarıstan (Zemo Acarıstan) və Aşağı Acarıstan (Kvemo Acarıstan) olaraq iki hissəyə bölünüb. Yuxarı Acarıstanın mərkəzi müxtəlif dövrlərdə Did-Acara, Xihahi və Xulo adlı yaşayış məntəqələri olmuşdur.
Adi ərgüdə
Adi ərgüdə (lat. Vitex agnus-castus) — viteks cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Afrika, Avropa, Asiyanın mülayim iqlim zonası və subtropikləri, ön Asiya, Zaqafqaziya, orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 4–8 m olan ağacvari koldur. Bitki sıx, yapışıq tükcüklərdən ibarət boz keçəldir. Budaqları qonur, dörd hissəli, kəskin qoxuludur. Yarpaqları iri, uzun saplaqlarda (4 sm), üzbəüz yerləşmiş, barmaqvari mürəkkəb, 5-7 xırda yarpaqlıdır, yalançı zoğları yoxdur. Çiçəkləri çoxsaylı, açıq bənövşəyi, iki dodaqlı, sıx süpürgəvari sünbülvari çiçək quruplarında budaqların uclarında yığılmışdır. Kasacığı beş hissəli, bitişik yarpaqlı, boruvari formalı, uzunluğu 9 mm-dir. Dörd erkəkciyi çiçək tacının üzərindən yuxarı çıxır.
Adi ərik
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi == Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Adi ərsindimdik
Adi ərsindimdik (lat. Platalea leucorodia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin i̇bislər fəsiləsinin ərsindimdik cinsinə aid heyvan növü. Nadir, sayı azalmaqda olan yuvalayan növdür. Azərbaycan ərazisində bütün iri su hövzələrində yuvalayırdı. Hazırda yalnız Ağgöl, Qızılağac və Mahmudçalada yuvalayır (digər su hövzələrində stabil yuvalamır). Qamışlıqlarla örtülü düzənlik su hövzələrində yaşayır. Yuvalama biotopları insan üçün çətin keçilən qamışlıqlar, eləcə də yulğunluqlardır. == Təbiətdə sayı == Son illər ərsindimdiklərin sayı nəzərə çarpacaq dərəcədə azalmışdır. Əgər Ağgöldə 1964-cü ildə 5320 quş, 1968-ci ildə – 2200 quş qeyd edilmişdirsə, 80-ci illərin sonunda yuvalayan populyasiyalarda bu quşların sayı 200-ə qədər olmuşdur. Ərsindimdik rahatsızlıq amilinə çox duyuq quşdur.
Adinəməscidbala (Ərak)
Adınəməscidbala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı sərbənd kəndistanında, Astana şəhərindən 26 km cənub-qərbdədir.
Adnan Ərsöz
Adnan Ərsöz (türk. Adnan Ersöz; 1917, Kadıköy, İstanbul ili – 13 oktyabr 1991, Göztəpə[d], İstanbul ili) — Türk generalı, Milli Kəşfiyyat Təşkilatı] rəhbəri. == Həyatı == 1936-cı ildə Hərb Məktəbindən Kiçik leytenant olaraq məzun oldu. Türkiyə Silahlı Qüvvələrində müxtəlif addımlarda vəzifə yerinə yetirdikdən sonra 1963–1965 illəri arasında Tuğgeneral, 1965–1969-cu illər arasında Tümgeneral, 1969–1973-cü illər arasında General-leytenant, 1973–1977-ci illər arasında General rütbəsiylə xidmət gördü. Dövrün Quru Qoşunları Komandiri General Namiq Kamal Ərsun zərbə hazırlıqları içərisində olmaq səbəbiylə şəxsən Süleyman Dəmirəl tərəfindən təqaüdə göndərildi. Yerinə keçəcək komandir üçün Süleyman Dəmirəlin namizədi 3-cü Ordu komandiri Əli Fəthi Əsənər, Fəxri Korutürkün namizədi 1-ci Ordu komandiri Adnan Ersöz idi. 30 Avqusta qədər Adnan Ərsöz vəzifəyə vəkalət etmiş yerini Kənan Evrene təhvil vermişdir. Təqaüdə çıxdıqdan sonra, 13 iyul 1978-ci il tarixində Milli İstihbarat Təşkilatı rəhbəri vəzifəsinə təyin edildi. 19 noyabr 1979-cu il tarixində vəzifəsindən istefa verdi. Məsləhətləşmə Məclisi Milli Təhlükəsizlik Şurası tərəfindən Seçilən Üzvü (5 yanvar 1982 – 6 dekabr 1983) olaraq vəzifə yerinə yetirdi.
Adınəməscidbala (Ərak)
Adınəməscidbala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı sərbənd kəndistanında, Astana şəhərindən 26 km cənub-qərbdədir.
Ahsən Əroğlu
Ahsən Əroğlu (27 oktyabr 1994)-Türk aktrisa == Həyatı == 27 oktyabr 1994-cü ildə Çorluda doğulan Ahsən Əroğlunun ailəsi Bolqarıstan köçərisidir. Egey Universiteti Bədən Tərbiyəsi və İdman fakültəsini bitirib və aktyorluq təhsilini Sahne 3MOTA-da alıb. Karyerasına atdığı ilk addım 2015-ci ildə Bir Modern Habil Qabil Hekayəsi serialında canlandırdığı Zəhra obrazıdır. Bu serialdan sonra o, Möhtəşəm Yüz il: Kösəm, Ana, Qızlarım üçün, İstanbullu gəlin kimi seriallarda iştirak etmişdir. 2019-cu ildə ilk başrolu olduğu Quzğun serialında Qumru Cəbəci rolunu ,2020-2021-ci ildə Menecerimə zəng et serialında Dicle başrolunu canlandıraraq Qızıl Kəpənək mükafatının Ulduzu Parıldayanlar Mükafatına layiq görülür.
Ahu (Ərdəbil)
Ahu (fars. اهو‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 94 nəfər yaşayır (21 ailə).
Ahuqala (Ərdəbil)
Ahuqala (fars. اهوقلعه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 103 nəfər yaşayır (24 ailə).
Akif Ərdəmgil
Akif Ərdəmgil (türk. Akif Erdemgil) (1876 – 22 mart 1962, İstanbul) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1892-ci ildə hərbi məktəbə daxil olmuş və oranı 1896-cı ildə bitirmişdir. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1919-cu ildə Anadoluya köçərək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. 16 dekabr 1935-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. Türkiyə Böyük Millət Məclisinin V dövr (ara seçkiləri) və VI dövründə Sivasın millət vəkili olmuşdur. 1962-ci il martın 22-də İstanbulda vəfat etmişdir. == Medal və təltifləri == Məcidiyyə ordeni 5, 4 və 3-cü dərəcələri Osmanlı nişanı 4-cü dərəcə Qılınclı Məcidiyyə ordeni 3-cü dərəcə "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) == İstinadlar == == Mənbə == T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 76.
Alangiş (Ərdəbil)
Alangiş — İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Səncid bölgəsinin Givi kəndistanında, bölgənin mərkəzindən 15 km şimalda, Xalxal-Ərdəbil avtomobil yolunun 12 kilometrliyindədir.
Alhaşim (Ərdəbil)
Alhaşim - İranın Ərdəbil ostanında kənd.. Xalxal şəhristanının Mərkəzi bölgəsinin Xan-Ərdəbil kəndistanında, Xalxal şəhərindən 8 km cənubda, Xalxal - Ərdəbil avtomobil yolunun 6 kilometrliyindədir.
Alicah (Ərdəbil)
Alicah - İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Qərbi Meşkin kəndistanında, Meşkinşəhrdən 6 km qərbdə, Meşkinşəhr-Əhər avtomobil yolunun üstündədir.
Şəəba əl-Əmr
Şəəba əl-Əmr (ərəb. شعبة العامر‎) və ya Şavet-el-Amör (fr. Chabet el Ameur) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 187 metr yüksəklikdə yerləşir, 73 km2 ərazini əhatə edir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 73 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 39 kilometr cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 33.459 nəfər idi.
.er
.er — Eritreyanın internet kodu. == Xarici keçidlər == IANA .er whois information Top-Level-Domain .
Er
Er – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 68-ci element. Er (departament) — Fransanın şimalında yerləşən, Normandiya regionun departamentlərindən biri. .er — Eritreyanın internet kodu.
Er (departament)
Ör (fr. və norm. Eure) — Fransanın şimalında yerləşən, Normandiya regionun departamentlərindən biri. Sıra nömrəsi — 27. İnzibati mərkəzi — Evrö. Əhalisi — 598 347 nəfər (departamentlər arasında 43-cü yer, 2014-cü ilin məlumatları.). == Coğrafiyası == Ör Dənizkənarı Sena, Uaza, Val-d’Uaz, İvelin, Ör və Luar, Orn və Kalvados departamentləri ilə sərhəddir. Ərazisi — 6040 km². Sena çayı və onun qolları Ör, Ept, Andel və digərləri departament vasitəsilə axır. Departamentin əsas şəhərləri Bove, Kompyen, Krey, Nojan-sür-Uaz, Sanlis, Krepi-an-Valua, Meryü, Nuayon, Montater, Klermon.
Vernon (Er)
Vernon (fr. Vernon) — Fransanın şimalında yerləşən bir şəhər, regionu Normandiya, departamenti Ör, rayonu Evrö, mərkəzi eyniadlı kanton. Əhalisi (2013) — 23 951 nəfər. == İqtisadiyyatı == Əhalinin məşğulluq quruluşu: kənd təsərrüfatı - 0,2% sənayesi - 19,1% tikinti - 6,0% ticarət, nəqliyyat və xidmət sahələrində - 41,0% dövlət və bələdiyyə xidmətləri - 33,7% İşsizlik səviyyəsi (2014) 19,7% (Fransada ümumi - 13,5%, Ör departamenti - 13,7%) təşkil edir. Adambaşı orta illik gəlir, avro (2014) - 18,693 (ümumi Fransada 20,150, Ör departamenti - 20,445). == Demoqrafiyası == Əhali sayının dinamikası, nəf. == Qardaşlaşmış şəhərlər == Bad-Kissiqen, Almaniya Seuta, İspaniya Massa, İtaliya == Tanınmış şəxslər == Pyer Letelye (1614—1702) — rəssam, Nikola Pussenin şagirdi Jak Lui de Tiyi (1749—1822) — Böyük Fransa inqilabının və Birinci İmperiya dövrünün generalı. Usman Dembele (d. 1997) — futbolçu, "Borussiya" klubunun və Fransa milli komandasının hücumçusu. == Qalereya == == Ədəbiyyat == А. Плюшар.
Er-Fors adası
Er-Fors adası (ing. Air Force Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Er-Fors adası Foks körfəzinin şimal-şərq hissəsində, Baffin Torpağının cənub-qərb sahillərində yerləşir və Verdi körfəzinin cənub sərhədini təşkil edir. Baffin Torpağına minimum məsafə 20 km-dir. 11 km enində olan Koçram boğazı adanı qərbə doğru böyük Şahzadə-Çarlz adasından ayırır. Adanın sahəsi 1720 km²-dir. Sahil xəttinin uzunluğu 201 km-dir. Er-Fors adasının uzunluğu 62 km (şərqdən qərbə) və orta eni təxminən 30 km-dir (şimaldan cənuba). Adanın relyefi alçaqdır və nadir hallarda dəniz səviyyəsindən 20 metrdən yuxarı qalxır.
Er və Luar
Ör və Luar (fr. Eure-et-Loir) — Fransa şimalı mərkəzində yerləşən departament. Mərkəz - Luara vadisi regiounun departamentlərindən biri. Sıra nömrəsi — 28. İnzibati mərkəzi — Şartr. Əhalisi — 440 291 nəfər. (departamentlər arasında 55-ci yer, 2010-cu ilin məlumatları) == Coğrafiyası == Sahəsi — 5880 km². Departament Luara vadisində yerləşir. Departamentə 4 rayon, 29 kanton və 403 kommun daxildir. === Rayonları === Şartr Şatodön Drö Nojan-le-Rotru == Demoqrafiyası == Cədvəl == Tarixi == Ör və Luar — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı yaranmış ilk departamentdən biri.