ABŞ-ın əraziləri

ABŞ-nın əraziləri ABŞ federal hökumətinin nəzarət etdiyi inzibati-ərazi vahididir. Onlar məhdud suverenliyə malik ABŞ ştatlarıyerli amerikalı qəbilələrindən fərqlidirlər.[2][qeydlər 1] Ərazilər inkorporativliyinəABŞ Konqresinin qəbul etdiyi orqanik akta əsasən "mütəşəkkil" bir hökumətin varlığına görə təsnif edilir.[3]

ABŞ-nin əraziləri
Bayraq
Bayraq
Dövlət başçısı Co Bayden
Qubernatorlar Cari ərazi qubernatorlarının siyahısı
Sahəsi
 • Ümumi 22294.19 km²
Əhalisi
 • Əhali 4.066.778 nəfər
Demonim Amerikalı
"Birlik" hər hansı bir xüsusi siyasi statusu təsvir etmir və ştat və ərazilərə tətbiq edilir. Ştat olmayan ABŞ əraziləri ilə əlaqəli istifadə edildikdə, bu termin konstitusiya malik, özünüidarəetmə hüququ birtərəfli olaraq Konqres tərəfindən geri alınmayacaq özünüidarə edən ərazini təsvir edir.[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
1868–1876-cı illər ABŞ xəritəsi
1868-ci ildən 1876-dək ABŞ, o cümlədən doqquz mütəşəkkil və iki qeyri-mütəşəkkil ərazi daxil olamaqla

Hal-hazırda ABŞ Karib dənizindəSakit Okeanda on altı əraziyə malikdir.[qeydlər 2] Beşi (Amerika Samoası, Quam, Şimali Marian adaları, Puerto-RikoABŞ Vircin adaları) daimi məskunlaşmış, qeyri-inkorporativ ərazidir; digər on bir ərazi yerli əhalisi (və ya daimi əhalisi) olmayan kiçik ada, atollriflərdir. Bu on bir ərazidən yalnız biri (Palmira rifi) inkorporativ ərazi kimi təsnif edilir. İki ərazi (Baxo-NuevaSerranilla bankəsi) de-fakto Kolumbiya tərəfindən idarə olunur.[5][6]

Tarixən, ərazilər yeni əldə edilmiş torpaqları idarə etmək üçün yaradılmışdır. Bir çox ərazi, nəticədə ştatlığa çevriliblər.[7][8] Filippin, Mikroneziya Federativ Ştatları, Marşall adalarıPalau kimi, müəyyən vaxt ərzində ABŞ tərəfindən idarə olunan digər ərazilər nəticədə daha sonra müstəqil ölkələr olublar.

ABŞ-ın bir çox mütəşəkkil inkorporativ əraziləri 1789-cu ildən 1959-cu ilə qədər mövcud olmuşdur. Şimal-qərbCənub-qərb əraziləri ilk, AlyaskaHavay Əraziləri isə sonuncu olmuşlar. Bu ərazilərdən 31-i müraciət etmiş və ştat olaraq qəbul edilmişdi. Ərazilərin ştatlığa çevrilməsi və təşviqi prosesində kifayət qədər inkişaf və əhali sıxlığı olmayan bir ərazidəki bəzi bölgələr Konqresin ştatlıq üçün müraciət etməsi barədə səsvermədən sonra müvəqqəti olaraq daha böyük bir ərazinin himayəsinə verildilər. Məsələn, Missuri Ərazisinin bir hissəsinin Missuri ştatına çevrildikdə, Ayova, Nebraska, Cənubi DakotaŞimali Dakota ştatlarının bütünü, Kanzas, VayominqMontananın əksəriyyəti, KoloradoMinnesotanın hissələri daxil olmaqla ərazinin qalan hissəsi faktiki olaraq qeyri-mütəşəkkil əraziyə çevrildi.[9]

ABŞ əraziləri ABŞ-nin materik hissəsindənHavaydan aşağı infrastrukturtelekommunikasiya səviyyəsinə malikdirlər, məsələn, Amerika Samoasında internet sürəti bir çox Şərqi Avropa ölkəsindən daha yavaş olduğu müəyyən edilib.[10] Ərazilərdə yoxsulluq səviyyəsi ştatlara nisbətən daha yüksəkdir.[11][12]

Mövcud ərazilər və onların hüquqi statusu

[redaktə | mənbəni redaktə et]

Ərazilər həmişə ABŞ-ın bir hissəsi olmuşdur.[13] Federal qanuna əsasən, "Birləşmiş Ştatlar" termini coğrafi mənada istifadə edildikdə, "kontinental ABŞ, Alyaska, Havay, Puerto-Riko, QuamABŞ Vircin adaları" mənasını verir. [14] 1986-cı ildə Şimali Marian adaları ilə siyasi ittifaqından bəri, onlar da ABŞ-ın bir hissəsi kimi qəbul edilir.[14] 2007-ci ildə qəbul edilmiş icra əmri Amerika Samoasını Federal Registr sənədlərində əks olunmuş ABŞ-ın "coğrafi sahəsinə" daxil edir.[15]

Daimi məskunlaşmış ərazilər

[redaktə | mənbəni redaktə et]

ABŞ daimi məskunlaşmış beş əraziyə[qeydlər 3] malikdir : Puerto-RikoABŞ Vircin adaları Karib dənizində, QuamŞimali Marian adaları Şimali Sakit Okeanın qərbindəki Marian arxipelaqında, Amerika Samoası Cənubi Sakit Okeanda.

Bu ərazilərdə təxminən 4 milyon insan ABŞ vətəndaşıdır. Beş böyük ərazinin dördündə doğulmağa görə ABŞ vətəndaşlığı təmin edilir.[16] Amerika Samoasında təxminən 32.000 nəfər ABŞ vətəndaşı olmayan əhali var.[17] ABŞ qanunvericiliyinə əsasən, ərazilər arasında "yalnız Amerika Samoası və Sueyns adasında doğulmuş şəxslər ABŞ vətəndaşı olmayan əhalidir".[18] Amerika Samoalıları ABŞ himayəsindədirlər, ABŞ-ın bütün hissəsinə vizasız səyahət etmək hüququna malikdirlər.[18] Buna baxmayaraq, ABŞ vətəndaşı olmaq üçün Amerika Samoalıları xarici vətandaş kimi vətəndaşlığa qəbul edilirlər.[19] Amerika Samoalıları doğuma görə ABŞ vətəndaşlığına malik deyillər, çünki ABŞ Konqresi Amerika Samoası sakinlərinə (digər 4 məskunlaşmış ərazilərdən fərqli olaraq) vətəndaşlıq verən qanunvericiliyi qəbul etməmişdir[16]. Ali məhkəmə "Tuana ABŞ-a qarışı" məhkəmə işində doğuma görə ABŞ vətəndaşlığınln ABŞ-nin qeyri-inkorporativ bölgələrində bir hüquq olmadığına qərar verilmişdir — Quam, Şimali Marian adaları, Puerto-RikoABŞ Vircin adalarında mövcud olan doğumdan vətəndaşlıq yalnız ABŞ Konqresi bu ərazilərə vətəndaşlıq verən qanunvericiliyi qəbul etdiyi üçün verilir.

Bu ərazilərin hər biri mütəşəkkil,[qeydlər 4] üç hökumət şöbəsi, yerli seçilmiş qubernator və ərazi qanunverici orqanı ilə özünü idarə edən ərazidir.

Həmçinin hər bir ərazi ABŞ Nümayəndələr Palatasına səsvermə hüququ olmayan bir üzv (və ya Puerto-Riko üçün səsvermə hüququ olmayan səlahiyyətli komissar) seçirlər.[20][21][22] Onlar "Nümayəndələr Palatasının iclası keçirildikdə səs vermə istisina olmaqla Palatanın digər üzvləri ilə eyni hüquqlara malikdirlər".[23] Onlar müzakirələrdə iştirak edir, heyət üçün ofis və pul təyin edir və öz ərazilərindən ordu, donanma və dəniz piyadaları, hərbi hava qüvvələriticarət donanması xidmət akademiyalarının tərkibinə namizədlər göstərirlər.[23] Onlar Nümayəndələr Palatasına təqdim edilən bütün qanunvericilik üzrə komitədə səs verə bilərlər. Onlar hər bir komitə üçün partiya sayına daxil edilir və konfrans komitələri üzrə senatorlarla bərabərdirlər. Konqresdən asılı olaraq, onlar da Bütün Palata Komitəsində səs verə bilərlər.[24] 2017-ci ilin yanvar ayına olan məlumata əsasən bu ərazilərdən Konqres üzvləri aşağıdakılar olmuşdurlar : Şimali Marian adalarından Qreqorio Sablan, Quamdan Madlen Bordallo, Amerika Samoasından Amata Koulman Reydveyqen, Puerto-Rikodan Cennifer Qonsales, ABŞ Vircin adalarından Steysi Plaskett.[25] Kolumbiya dairəsinin də bir səsvermə hüququ olmayan nümayəndəsi var.

Kolumbiya dairəsi kimi ABŞ-nin əraziləri də ABŞ Konqresində səsvermə hüququna mailik nümayəndəyə malik deyil və ABŞ Senatında heç bir nümayəndəliyi yoxdur.[26][27]

Hər dörd il ərzində ABŞ siyasi partiyaları bu ərazilərdən olan nümayəndələri də daxil edən konvensiyalarda prezidentliyə namizədlərini irəli sürürlər.[28] Lakin Puerto-Riko kimi ərazilərdə yaşayan ABŞ vətəndaşları ABŞ prezidentliynə ümumi seçkilərində səs verə bilməzlər.[26] Amerika Samoasında vətandaş olmayan əhali də prezidentə səs verə bilməz.[16]

Bu ərazilərin paytaxtları Amerika Samoasında Paqo-Paqo, Quamda Haqatna, Şimali Marian adalarında Saypan, Puerto-Rikoda San-Xuan və ABŞ Vircin adalarında Şarlotta-Amaliyadır.[29][30]

Bu ərazilərin mövcud qubernatorları aşağıdakılardır : Lolo Metalasi Moliqa (Amerika Samoası), Eddi Baza Kalvo (Quam), Ralf Torres (Şimali Marian adaları), Rikardo Roselo (Puerto-Riko) və Kennet Mepp (ABŞ Vircin adaları).

Adı Abrev. Yeri Sahə Əhali
(2017)
Paytaxt Ən böyük
qəsəbə
Statusu Əldə edilmə
tarixi
 Amerika Samoası AS PolineziyaCənubi Sakit Okean 197.1 km2 (76 kv. mil) 51,504 Paqo-Paqo Tafuna Qeyri-inkorporativ və qeyri-mütəşəkkil 17 aprel 1900
 Quam GU MikroneziyaŞimali Sakit Okean 543 km2 (210 kv. mil) 162,742 Haqatna Dededo Qeyri-inkorporativ və mütəşəkkil 11 aprel 1899
 Şimali Marian adaları MP Mikroneziya & Şimali Sakit Okean 463.63 km2 (179 kv. mil) 52,263 Kapitol-Hill, Saypan [qeydlər 5] Qarapan Qeyri-inkorporativ və mütəşəkkil (birlik) 4 noyabr 1986[qeydlər 6][31][32]
 Puerto-Riko PR Karib hövzəsiŞimali Atlantik okean 9,104 km2 (3,515 kv. mil) 3,337,177 San-Xuan San-Xuan Qeyri-inkorporativ və mütəşəkkil (birlik) 11 aprel 1899[33]
 ABŞ Vircin adaları VI Karib hövzəsiŞimali Atlantik okean 346.36 km2 (134 kv. mil) 104,901 Şarlotta-Amaliya Şarlotta-Amaliya Qeyri-inkorporativ və mütəşəkkil 31 mart 1917

Quam istisna olmaqla, məskunlaşmış ərazilərdə 2010-2017-ci illəri arasında mənfi əhali artımı olmuşdur. Məskunlaşmış ərazilərdə yoxsulluq səviyyəsi yüksəkdir, həm də İnsan İnkişafı İndeksi (İİİ) reytinqləri yüksəkdir. Bütün yoxsulluq səviyyəsi qitə ABŞ-ın materik hissəsindən yüksəkdir. Beş ərazinin dördündə ingilis dilindən başqa rəsmi bir dil də var.[48][49]

Ərazi Rəsmi dil(lər)[48][49] Əhali artımı (2010–17)[50] Yoxsulluq səviyyəsi (2009)[51][52] Gözlənilən ömür uzunluğu (illərlə) İİİ[53][54] ÜDM ($)[55] Hərəkət istiqaməti Saat qurşağı Telefon kodu (+1)
Amerika Samoası İngilis, Samoa −2.39% 65%[qeydlər 8] 73.4 0.827 658 milyon $ Sağ Samoa vaxtı (UTC-11) 684
Quam İngilis, Çamorro 2.12% 22.9% 76 0.901 5.793 milyard $ Sağ Çamorro vaxtı (UTC+10) 671
Şimali Marian adaları İngilis, Çamorro, Karolin −0.68% 52.3% 75.4 0.875 1.242 milyard $ Sağ Çamorro vaxtı 670
Puerto-Riko İngilis, İspan −10.43% 43.5%[qeydlər 9] 80.9 0.845 103.135 milyard $ Sağ Atlantik vaxtı (UTC−4) 787, 939
ABŞ Vircin adaları İngilis −3.25% 22.4% 79.4 0.894 3.765 milyard $ Sol Atlantik vaxtı 340

Ərazilərin inzibati qraflıqları yoxdur.[qeydlər 10] ABŞ Siyahıyaalma Bürosu Puerto-Rikonun 76 bələdiyyəsini, ABŞ Vircin adalarının üç əsas adasını, Quamın bütününü, Şimali Marian adalarının 4 bələdiyyəsini və Amerika Samoasının 3 rayonu və iki atollunu qraflığa ekvivalent hesab edir.[57][58] Siyahıyaalma Bürosu həmçinin ABŞ-yə bağlı kiçik adacıqların hər birini qraflığa ekvivalent hesab edir.[57][58]

Kiçik adacıqlar

[redaktə | mənbəni redaktə et]

ABŞ-yə bağlı kiçik adalar, atolllar və riflərdir. Palmira rifi, Beyker adası, Haulend adası, Carvis adası, Conston rifi, Kinqmen rifi, Miduey rifiUeyk rifi Sakit okeanda, Navassa adası, Baxo-NuevaSerranilla bankəsi Karib dənizindədir. Pamlira rifi (rəsmi olaraq ABŞ Palmira rifi ada ərazisi kimi tanınır)[59] yeganə inkorporativ ərazidir, bu status 1959-cu ildə Havay ştat olduqdan bəri davam edir.

Bir neçə ərazinin statusu mübahisəlidir. Navassa adası Haiti, Ueyk rifi Marşall adaları, Sueyns adası (Amerika Samoasının tərkibində) Tokelau, Serranilla bankəsi və Baxo-Nueva (hər ikisi Kolumbiya tərəfindən idarə edilir) Kolumbiya, Yamayka, HondurasNikaraqua tərəfindən mübahisəlidir.[60][61] ABŞ Balıq və Vəhşi Təbiət Xidmətinin işçiləri və onların xidmət təminatçılarından ibarət 40 nəfər əhaliyə malik olan Miduey rifi,[62] The Nature Conservancy və Balıq və Vəhşi Təbiət Xidmətinin heyəti və tədqiqatçılarından ibarət 4 ilə 20 nəfər arasında dəyişən əhalisi olan Palmira rifi[63] və təxminən 100 hərbi personal və mülki işçi əhalisi olan Ueyk rifi[64] istisna olmaqla onlar məskunlaşmamışdırlar.

Adı Mövqeyi Ərazisi Statusu Qeydlər
Baxo-Nueva Şimali Atlantik okeanKarib dənizi 110 km2 (42 kv. mil) Qeyri-inkorporativ, qeyri-mütəşəkkil Kolumbiya tərəfindən idarə edilir. ABŞ (Quano adaları aktı əsasında) və Yamayka tərəfindən ərazi iddia edilir. Nikaraquanın ərazi iddiası 2012-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Kolumbiya lehinə həll edilmişdir, baxmayaraq ki, ABŞ bu işdə tərəf olmadı və BƏM-in səlahiyyətini tanımadı.[65]
Beyker adası[a] Şimali Sakit okean 2.1 km2 (0.81 kv. mil) Qeyri-inkorporativ, qeyri-mütəşəkkil Quano adaları aktı əsasında 28 oktyabr 1856-cı il tarixində ərazi iddia edilir.[66][67] 13 may 1936-cı il tarixində əlavə edilmiş və ABŞ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verilmişdir.[68]
Haulend adası[a] Şimali Sakit okean 4.5 km2 (1.7 kv. mil) Qeyri-inkorporativ, qeyri-mütəşəkkil Quano adaları aktı əsasında 3 dekabr 1858-cı il tarixində ərazi iddia edilir.[66][67] 13 may 1936-cı il tarixində əlavə edilmiş və ABŞ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verilmişdir.[68]
Carvis adası[a] Cənubi Sakit okean (Polineziya) 4.75 km2 (1.83 kv. mil) Qeyri-inkorporativ, qeyri-mütəşəkkil Quano adaları aktı əsasında 28 oktyabr 1856-cı il tarixində ərazi iddia edilir.[66][67] 13 may 1936-cı il tarixində əlavə edilmiş və ABŞ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verilmişdir.[68]
 Conston rifi[a] Şimali Sakit okean 2.67 km2 (1.03 kv. mil) Qeyri-inkorporativ, qeyri-mütəşəkkil Sonuncu dəfə 2004-cü ildə ABŞ Müdafiə Nazirliyi istifadə edilib.
Kinqmen rifi[a] Şimali Sakit okean 18 km2 (6.9 kv. mil) Qeyri-inkorporativ, qeyri-mütəşəkkil Quano adaları aktı əsasında 8 fevral 1860-cı il tarixində ərazi iddia edilir.[66][67] 10 may 1922-ci il tarixində əlavə edilmiş və 29 dekabr 1934-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələri Nazirliyinin səlahiyyətinə verilmişdir.[69]
 Miduey rifi Şimali Sakit okean 6.2 km2 (2.4 kv. mil) Qeyri-inkorporativ, qeyri-mütəşəkkil 1859-cu ildən ərazidir; ilk növbədə vəhşi təbiəti qoruma ərazisidir və əvvəllər ABŞ Hərbi Dəniz Qüvvələri Nazirliyinin səlahiyyətində idi.
 Navassa adası Karib dənizi 5.4 km2 (2.1 kv. mil) Qeyri-inkorporativ, qeyri-mütəşəkkil 1857-ci ildən ərazidir; həmçinin Haiti tərəfindən ərazi iddiası var
 Palmira rifi Şimali Sakit okean 12 km2 (5 kv. mil) İnkorporativ, qeyri-mütəşəkkil Qismən The Nature Conservancy tərəfindən şəxsi mülkiyyyət olmaqla birlikdə qalan hissəsi federal mülkiyyətdir və Balıq və Vəhşi Təbiət Xidməti tərəfindən idarə olunur.[70][71] Oahunun təxminən 1,000 mil (1,600 km) cənubunda, quru ərazisi təxminən 1.56 kv. mil (4.0 km2) olan 50 kiçik adadan ibarət arxipelaqdır. Atoll 1898-ci ildə Havay Respublikası əlavə edilərkən əldə edildi. 30 aprel 1900-cü ildə Havay ərazisi təsis edildikdə Palmyra rifi həmin ərazinin bir hissəsi kimi təsis edilmişdir. 1959-cu ildə Havay ştat olduqda, Konqres aktı atollu ştatdan istisna etdi. Palmira inkoporativ ərazi kimi qaldı, lakin yeni mütəşəkkil hökumət qəbul edilmədi.[72]
Serranilla bankəsi Şimali Atlantik okean və Karib dənizi 350 km2 (140 kv. mil) Qeyri-inkorporativ, qeyri-mütəşəkkil Kolumbiya tərəfindən idarə olunur; hərbi dəniz qüvvələri qarnizonu var. ABŞ (Quano adaları aktı əsasında 1879-cu ildən bəri), Honduras və Yamayka tərəfindən ərazi iddia edilir. Nikaraquanın ərazi iddiası 2012-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Kolumbiya lehinə həll edilmişdir, baxmayaraq ki, ABŞ bu işdə tərəf olmadı və BƏM-in səlahiyyətini tanımadı.[65]
 Ueyk rifi[a] Qərbi Sakit Okean (Mikroneziya) 7.4 km2 (2.9 kv. mil) Qeyri-inkorporativ, qeyri-mütəşəkkil 1898-ci ildən ərazidir; Ueyk rifi aerodromuna ev sahibliyi edir, ABŞ Hərbi Hava Qüvvələri tərəfindən idarə edilir. Həmçinin Marşall adaları tərəfindən ərazi iddia edilir.[73]
  1. 1 2 3 4 5 6 Bu altı ərazi və Palmira rifi Sakit okean uzaq adaları milli dəniz abidəsini əmələ gətirir.

İnkorporativ və qeyri-inkorporativ ərazilər

[redaktə | mənbəni redaktə et]
San Juan skyline, with a large, old white building in the foreground
San-Xuan, Puerto-Riko
Waterfront, with sailboats and brilliant blue water
Protestant Ki, Kristiansted (ABŞ Vircin adaları)
Beach, with modern buildings in the background
Tumon çimərliyi, Quam
Green mountain
Tapoçau dağı, Şimali Marian adaları
Waterfront village, seen from above
Afono, Amerika Samoası
Beach, with palm trees in the foreground
Laqun, Ueyk rifi
White bird amid green leaves, looking right at the camera
Qırmızı ayaqlı sümsük quşu, Palmira rifi
See caption
Donanma abidəsi və Laysan albatrosu cücələri ilə birlikdə albatros abidəsi, Miduey rifi

Konqres bir ərazinin inkorporativ və qeyri-inkorporativ olduğuna qərar verir. ABŞ Konsitusiyası yerli hökumətlər və ştat sakinləri kimi hər bir inkorporativ əraziyə (yerli hökumət və sakinlər daxil olmaqla) İnkorporativ ərazilər mülkiyyətdən daha çox ABŞ-nin bir hissəsi kimi qəbul olunur.[74]

ABŞ Ali Məhkəməsi 1901-1905-ci illər Ada əraziləri məhkəmə işlərində konsitusiyanın ərazilərə şamil edildiyinə qərar verdi. Məhkəmə həmçinin ərazi inkorporativliyi doktrinasını da yaratmışdır ki, konsitusiya inkorporativ ərazilərə (Alyaska və Havay əraziləri kimi) tamimilə və Puerto-Riko, Quam, Flippinin qeyri-inkorporativ ərazilərinə qismən tətbiq olunur.[75][76]

1856-cı ilə qədər ABŞ-nin qeyri-inkorporativ əraziləri (həmçinin dənizaşırı mülklər və kiçik adacıqlar kimi də tanınır) yox idi. Konqres həmin il Quano adaları aktını qəbul edərək, prezidentə quano tədarükü üçün ərazi iddiasına malik olmayan adaları əldə etmək səlahiyyət verdi. ABŞ bu qanun əsasında xüsusilə Karib dənizi və Sakit Okeanda bir çox adaları və atolları nəzarət altına almışdır (və ərazi iddia etmişdir); əksəriyyət tərk edilmişdir. O, həmçinin 1856-cı ildən bəri digər şərtlər altında ərazilər də əldə etmişdir, məsələn İspan-Amerika müharibəsini sonlandıran Paris sülh müqaviləsi (1898) kimi. Ali Məhkəmə Balzak Porto-Rikoya qarşı məhkəmə işində bu qeyri-inkorporativ ərazilərin konstisional statusunu qiymətləndirmiş və Puerto-Rikodakı bir məhkəm haqqında aşağıdakılar dedi :

" ABŞ Dairə Məhkəməsi ABŞ-nin məhkəmə hakimiyyətini idarə etmək üçün Konstitusiyanın 3-cü maddəsinə əsasən qurulmuş əsl ABŞ məhkəməsi deyil … bu qanunun 4-cü maddəsinin 3-cü bəndinə əsasən verilmiş suveren konqres icazəsi ilə ABŞ-yə məxsus əraziyə hörmətlə yanaşaraq bütün zəruri qanunlar və qaydaları hazırlamaq üçün … yaradılmışdır. Onun səlahiyyətlərinin əsl ABŞ məhkəmlərinə bənzərliyi sakinlərinə yerli təsirə tabe olmayan bir məhkəməyə müraciət etmək füsrəti yaradır, ərazi məhkəməsi xüsusiyyətini dəyişmir.[77]:312 "

Glidden Company Zdanoka qarşı məhkəmə işində məhkəmə Balzaka istinad etdi və inkorporativ ərazilərdəki məhkəmlər haqqında dedi : "Belə fikirlərdən sonra, Maddə III-ün materik xaricindəki qeyri-inkorporativ ərazilərdə yaradılan məhkəmələrə … və xarici ölklərdən konsessiya ilə yaradılmış konsulyar məhkəmələrə … tətbiq edilə bilməz olduğu nəzərə alınmışdır"[78]:547

ABŞ Ali Məhkəməsinin müəyyən ərazilər haqqında qərarları

[redaktə | mənbəni redaktə et]

Alyaska ərazisi

[redaktə | mənbəni redaktə et]

Florida ərazisi

[redaktə | mənbəni redaktə et]

Cənub-şərq ərazisi

[redaktə | mənbəni redaktə et]

Luiziana ərazisi

[redaktə | mənbəni redaktə et]

Qruplarına görə indiki ABŞ əraziləri

[redaktə | mənbəni redaktə et]

İnkorporativ mütəşəkkil ərazilər

[redaktə | mənbəni redaktə et]

İnkorporativ qeyri-mütəşəkkil ərazilər

[redaktə | mənbəni redaktə et]

Qeyri-inkorporativ mütəşəkkil ərazilər

[redaktə | mənbəni redaktə et]

Qeyri-inkorporativ qeyri-mütəşəkkil ərazilər

[redaktə | mənbəni redaktə et]

Məskunlaşmış ərazilər

[redaktə | mənbəni redaktə et]

Məskunlaşmamış ərazilər

[redaktə | mənbəni redaktə et]

Eksterritorial yurisdiksiya

[redaktə | mənbəni redaktə et]

Assosiasiyalaşmış dövlətlər

[redaktə | mənbəni redaktə et]

Mütəşəkkil ərazi

[redaktə | mənbəni redaktə et]

Keçmiş ABŞ ərazilərinin və idarə olunan sahələrin təsnifatı

[redaktə | mənbəni redaktə et]

ABŞ-nin keçmiş inkorporativ mütəşəkkil əraziləri

[redaktə | mənbəni redaktə et]

ABŞ-nin keçmiş qeyri-inkorporativ əraziləri

[redaktə | mənbəni redaktə et]

Hərbi idarədə olan ABŞ-nin keçmiş qeyri-inkorporativ əraziləri

[redaktə | mənbəni redaktə et]

Əvvəllər ABŞ tərəfindən idarə olunan ərazilər

[redaktə | mənbəni redaktə et]

Mədəni mənzərə

[redaktə | mənbəni redaktə et]

Nümayəndələr Palatasının səsvermə hüququ olmayan indiki ərazi üzvləri

[redaktə | mənbəni redaktə et]

İndiki ərazi qubernatorları

[redaktə | mənbəni redaktə et]

Peyk şəkilləri

[redaktə | mənbəni redaktə et]

Məskunlaşmış ərazilər

[redaktə | mənbəni redaktə et]
  1. Ali məhkəmənin 2016-ci il qərarına əsasən ərazilər suveren deyildir.
  2. Sikaiananın (həmçinin Stüart adaları kimi də tanınır) bəzi sakinləri Sikaiananın ABŞ-nin bir hissəsi olduğuna inanırlar: "Onlar iddialarını bununla əsaslandırlar ki, Stüart adaları kral IV Kamehamea tərəfindən ələ keçirilmiş və 1856-cı ildə onun tərəfindən Havay krallığının bir hissəsi kimi qəbul edilmişdir və beləliklə, 1898-ci ildə qanunla ABŞ-yə əlavə edilən Havay Respublikasının (1893-cü ildə bəyan edilmişdir) bir hissəsi olmuşdur." Ancaq, Sikaiana "Havay və ondan asılı ərazilərə" aid deyil.[4]
  3. Bu ərazilərdən ikisi "birlik" adlandırılırdı.
  4. Amerika Samoası texniki olaraq qeyri-mütəşəkkildir, amma o, de-fakto mütəşəkkildir.
  5. Saypan tək bir bələdiyyə olaraq idarə olunduğundan, nəşrlərin əksəriyyəti paytaxtı "Saypan" kimi istinad edirlər.
  6. ABŞ-nin suverenliyi 3 noyabr 1986-cı il (Şərq saatı ilə) və 4 noyabr 1986-cı ildə (yerli Şimali Mariana Adaları (Çamorro saatı) ilə) qüvvəyə minmişdir.[31]
  7. Düzəliş edilmiş Amerika Samoası Konstitusiyası 29 iyun 1951-ci ildə verilmiş səlahiyyətlə 1967-ci il iyunun 2-də o vaxtkı ABŞ daxili işlər naziri Stüart Li Yudall tərəfindən təsdiq edilmişdi. O, 1 iyul 1967-ci ildə qüvvəyə minmişdi.[37]
  8. 2017-ci il yoxsulluq səviyyəsi;[11] 2009-cu ildə Amerika Samoasında yoxsulluq səviyyəsi 57,8% olmuşdur.[56]
  9. 2017-ci il göstəricisi.
  10. Amerika Samoası 14 qraflığa bölünür, amma ABŞ Siyahıyaalma Bürosu onları kiçik mülki bölgü kimi qəbul edir.[57][58]
  1. "Definition of Terms – 1120 Acquisition of U.S. Nationality in U.S. Territories and Possessions". U.S. Department of State Foreign Affairs Manual Volume 7- Consular Affairs. U.S. Department of State. 22 dekabr 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2016.
  2. Wolf, Richard. "Puerto Rico not sovereign, Supreme Court says". USA Today. 9 iyun 2016. 2019-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2018.
  3. "Definitions of Insular Area Political Organizations". U.S. Department of the Interior. 12 iyun 2015. 2019-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-22.
  4. U.S. Insular Areas. Application of the U.S. Constitution (PDF) (Hesabat). United States General Accounting Office. Noyabr 1997. səh. 39. 2013-10-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 sentyabr 2018.
  5. Van Dyke, Jon M.; Richardson, William S. "Unresolved Maritime Boundary Problems in the Caribbean" (PDF). Harte Research Institute for Gulf of Mexico Studies. 23 mart 2007. 2018-01-31 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2018.
  6. "Bajo Nuevo Bank (Petrel Islands) and Serranilla Bank". Wondermondo.com. 2018-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2018.
  7. United States Summary, 2010: Population and housing unit counts. U.S. Department of Commerce, Economics and Statistics Administration, U.S. Census Bureau. 2012. 2020-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.
  8. Smith, Gary Alden. State and National Boundaries of the United States. McFarland. 28 fevral 2011. səh. 170. ISBN 978-1-4766-0434-3. 2020-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.
  9. Gold, Susan Dudley. Missouri Compromise. Marshall Cavendish. Sentyabr 2010. 33. ISBN 978-1-60870-041-7. 2020-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-08.
  10. Murph, Darren. "The most expensive internet in America: fighting to bring affordable broadband to American Samoa". Engadget. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 noyabr 2017.
  11. 1 2 Sagapolutele, Fili. "American Samoa Governor Says Small Economies 'Cannot Afford Any Reduction In Medicaid' | Pacific Islands Report". www.pireport.org. 2 mart 2017. 2021-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
  12. "Poverty Determination in U.S. Insular Areas" (PDF). 2019-04-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
  13. Bartholomew H. Sparrow. Sanford Levinson; Bartholomew H. Sparrow (redaktorlar ). The Louisiana Purchase and American Expansion, 1803–1898. Rowman & Littlefield. 2005. səh. 232. ISBN 978-0-7425-4984-5. 2013-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2012.
  14. 1 2 "8 FAM 301.1 (U) ACQUISITION BY BIRTH IN THE UNITED STATES". State Department Foreign Affairs Manual (FAM). 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2018.
  15. "Executive Order 13423—Strengthening Federal Environmental, Energy, and Transportation Management" (PDF). United States Department of State. 2019-06-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-06-21.
  16. 1 2 3 4 "American Samoa and the Citizenship Clause: A Study in Insular Cases Revisionism". Harvard Law Review. 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2018.
  17. "Nativity by Place of Birth and Citizenship Status". U.S. Census Bureau. 2020-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-08.
  18. 1 2 8 FAM 301.1–1 Arxivləşdirilib 2019-05-02 at the Wayback Machine(b). State Department Foreign Affairs Manual (FAM) Vol 8. However, as reported in Samoa lawsuit Arxivləşdirilib 2012-07-24 at the Wayback Machine, Newsweek, 13 iyul 2012. İstifadə tarixi: 16 dekabr 2012.
  19. Joshua Keating. "How Come American Samoans Still Don't Have U.S. Citizenship at Birth?". Slate. 15 iyun 2015. 2018-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2018.
  20. "U.S. Insular Areas: Application of the U.S. Constitution" (PDF). U.S. General Accounting Office. Noyabr 1997. səh. 8, 14, 27. 2020-02-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2015.
  21. "Common Core Document of the United States of America". www.state.gov. 30 dekabr 2011. 2019-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2015.
  22. "The United Nations and Decolonization". www.un.org. 2019-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2015.
  23. 1 2 "The House Explained | House.gov". www.house.gov. 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2013.
  24. "Application of the U.S. Constitution" (PDF). U.S. Government Accountability Office. Noyabr 1997. 26–28. 2020-02-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-02-08.
  25. "PLASKETT, Stacey E. | US House of Representatives: History, Art & Archives". history.house.gov. 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2015.
  26. 1 2 Locker, Melissa. "Watch John Oliver Cast His Ballot for Voting Rights for U.S. Territories". Time. 9 mart 2015. 2018-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2018.
  27. 1 2 Cohn, Alicia. "Puerto Rico governor asks Trump to consider statehood". TheHill. 19 sentyabr 2018. 2019-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2018.
  28. "2016 Presidential Primaries, Caucuses, and Conventions Alphabetically by State". Green Papers. 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2015.
  29. "Dependencies and Areas of Special Sovereignty". U.S. Department of State. 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-21.
  30. Mack, Doug. The Not-Quite States of America: Dispatches from the Territories and Other Far-Flung Outposts of the USA. W. W. Norton & Company. 2017. ISBN 978-0-393-24760-2.
  31. 1 2 3 4 "8 FAM 302.6 ACQUISITION BY BIRTH IN THE COMMONWEALTH OF THE NORTHERN MARIANA ISLANDS". fam.state.gov. 2019-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2018.
  32. 1 2 "Proclamation 5564—United States Relations With the Northern Mariana Islands, Micronesia, and the Marshall Island". The American Presidency Project. 2019-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2018.
  33. 1 2 Firestone, Michelle. "Puerto Rico's Status Explained. ECSU Takes A Look At Island's History" (PDF). 25 sentyabr 2017. 2019-02-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2018.
  34. "History of Samoa – Samoa.travel". www.samoa.travel. 2019-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
  35. 1 2 3 4 5 "American Samoa | Culture, History, & People". Encyclopedia Britannica. 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
  36. 1 2 3 "American Samoa". Pacific Islands Benthic Habitat Mapping Center. 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2018.
  37. IBP USA, SAMOA American Country Study Guide: Strategic Information and Developments, Int'l Business Publications, 2009, 49–64, ISBN 978-1-4387-4187-1, 2016-05-22 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 20 oktyabr 2011
  38. 1 2 3 "Guam | History, Geography, & Points of Interest". Encyclopedia Britannica. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
  39. 1 2 3 4 "Northern Mariana Islands | history – geography". Encyclopedia Britannica. 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2018.
  40. "Trust Territory of the Pacific Islands | former United States territory, Pacific Ocean". Encyclopedia Britannica. 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2018.
  41. "Australia – Oceania :: Northern Mariana Islands — The World Factbook – Central Intelligence Agency". CIA World Factbook. 2018-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2018.
  42. "Milestones: 1866–1898 – Office of the Historian". history.state.gov. 2019-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
  43. "Consejo de Salud Playa Ponce v. Johnny Rullan" (PDF). 2013-10-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-18.
  44. Gelpí, Hon. Gustavo A. "The Insular Cases: A Comparative Historical Study of Puerto Rico, Hawai'i, and the Philippines" (PDF). The Federal Lawyer (Mart/Aprel 2011): 25. 2019-02-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2019.
  45. Stern, Mark Joseph. "The Supreme Court Ponders Whether Puerto Rico Is a Fake State or a Real Colony". Slate Magazine. 14 yanvar 2016. 2018-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2018.
  46. Mosbergen, Dominique. "Bipartisan Bill Seeks To Make Puerto Rico The 51st U.S. State By 2021". Huffington Post. 28 iyun 2018. 2019-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2018.
  47. "8 U.S. Code § 1406 – Persons living in and born in the Virgin Islands". LII / Legal Information Institute. 2018-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2018.
  48. 1 2 "Language situation in the U.S. | About World Languages". aboutworldlanguages.com. 2019-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2018.
  49. 1 2 "Virgin Islands Language". Virgin Islands. 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2018.
  50. "State Population Totals: 2010–2017". Census.gov. 1 noyabr 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
  51. "POVERTY STATUS IN 2009 BY AGE Universe: Population for whom poverty status is determined more information 2010 U.S. Virgin Islands Summary File". U. S. Census Bureau. 2019-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
    "POVERTY STATUS IN 2009 BY AGE Universe: Population for whom poverty status is determined more information 2010 Guam Summary File". U. S. Census Bureau. 2019-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
    "POVERTY STATUS IN 2009 BY AGE Universe: Population for whom poverty status is determined more information 2010 Commonwealth of the Northern Mariana Islands Summary File". U. S. Census Bureau. 2019-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
    "POVERTY STATUS IN 2009 BY AGE Universe: Population for whom poverty status is determined more information 2010 American Samoa Summary File". U. S. Census Bureau. 2019-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
  52. "U.S. Census Bureau QuickFacts: Puerto Rico". U. S. Census Bureau. 2021-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
  53. A. Hastings, David. "Filling Gaps In The Human Development Index: Findings For Asia And The Pacific" (PDF). United Nations Economic and Social Commission for Asia and the Pacific (ESCAP). 2014-11-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 yanvar 2018.
  54. R. Fuentes-Ramírez, Ricardo. "Human Development Index Trends and Inequality in Puerto Rico 2010–2015". Ceteris Paribus (ingilis). 14 may 2017. 20 October 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
  55. "American Samoa | Data". data.worldbank.org. 2019-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
    "Virgin Islands (U.S.) | Data". data.worldbank.org. 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
    "Northern Mariana Islands | Data". data.worldbank.org. 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
    "Guam | Data". data.worldbank.org. 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
    "Puerto Rico | Data". data.worldbank.org. 2020-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2018.
  56. "GAO – American Samoa and the Commonwealth of the Northern Mariana Islands – Economic Indicators Since Minimum Wage Increases Began" (PDF). U.S. Government Accountability Office. Mart 2014. səh. 39. 2021-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 oktyabr 2018.
  57. 1 2 3 "2010 FIPS Codes for Counties and County Equivalent Entities". Census.gov. 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2018.
  58. 1 2 3 "States, Counties, and Statistically Equivalent Entities (Chapter 4)" (PDF). 2019-05-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 sentyabr 2018.
  59. Act of Admission, § 2, Pub. L. No. 86-3, 73 Stat. 4 (March 18, 1959).
  60. "U.S. Insular Areas: application of the U.S. Constitution" (PDF). U.S. General Accounting Office Report. Noyabr 1997. 1, 6, 39. 2020-02-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2016.
  61. "Dependencies and Areas of Special Sovereignty". U.S. Department of State. 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-21. Chart, under "Sovereignty", lists nine places under U.S. sovereignty that are administered by the U.S. Department of the Interior: Baker Island, Howland Island, Jarvis Island, Johnston Atoll, Kingman Reef, the Midway Islands, Navassa Island, Palmyra Atoll, and Wake Island.
  62. "Australia-Oceania: Midway Islands". CIA World Factbook. 21 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2019.
  63. "Australia-Oceania: United States Pacific Island Wildlife Refuges". CIA World Factbook. 16 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2019.
  64. "Australia-Oceania: Wake Island". CIA World Factbook. 31 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2019.
  65. 1 2 International Court of Justice. "Territorial and maritime dispute (Nicaragua vs Colombia)" (PDF). 2012. 2013-05-01 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2013.
  66. 1 2 3 4 Moore, John Bassett. "A Digest of International Law as Embodied in Diplomatic Discussions, Treaties and Other International Agreements, International Awards, the Decisions of Municipal Courts, and the Writings of Jurists and Especially in Documents, Published and Unpublished, Issued by Presidents and Secretaries of State of the United States, the Opinions of the Attorneys-General, and the Decisions of Courts, Federal and State". Washington, D. C.: U.S. Government Printing Office. 1906. 566–580. 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-18.
  67. 1 2 3 4 "Acquisition Process of Insular Areas". United States Department of the Interior Office of Insular Affairs. 12 iyun 2015. 2016-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
  68. 1 2 3 Exec. Order No. 7368 (13 may 1936; in English) President of the United States
  69. "Kingman Reef". Office of Insular Affairs. 2015-06-12. 2016-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 15, 2016.
  70. "AUSTRALIA-OCEANIA :: UNITED STATES PACIFIC ISLAND WILDLIFE REFUGES (TERRITORIES OF THE US)". The World Factbook. Central Intelligence Agency. 2017-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-18.
  71. "DOI Office of Insular Affairs (OIA) – Palmyra Atoll". 31 oktyabr 2007. 31 oktyabr 2007 tarixində orijinalından arxivləşdirilib.
  72. "Palmyra Atoll". U.S. Department of the Interior Office of Insular Affairs. 2015-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyun 2010.
  73. Wake Island The World Factbook-da
  74. "Definitions of insular area political organizations". Office of Insular Affairs, U.S. Department of the Interior. 12 iyun 2015. 2019-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2017.
  75. "Consejo de Salud Playa de Ponce v. Johnny Rullan, Secretary of Health of the Commonwealth of Puerto Rico, pages 6–7" (PDF). United States District Court for the District of Puerto Rico. 2011-05-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2010.
  76. "The Insular Cases: The Establishment of a Regime of Political Apartheid (2007) Juan R. Torruella" (PDF). 2019-08-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2010.
  77. "Balzac v. People of Porto Rico". U.S. Supreme Court. 10 aprel 1922. İstifadə tarixi: 4 oktyabr 2017 – FindLaw vasitəsilə.
  78. "Glidden Company v. Zdanok". U.S. Supreme Court. 25 iyun 1962. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2017 – FindLaw vasitəsilə.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]