Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bun (dairə, Kentukki)
Bun dairəsi (ing. Boone County) — ABŞ-nin Kentukki ştatının dairəsi.
Karla van der Bun
Karla van der Bun (d. 9 sentyabr 1968) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Karla van der Bun, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
2. Bundesliqa
2. Bundesliqa - (alm. 2. Fußball-Bundesliga‎) - Almaniyanın əhəmiyyətinə görə ikinci futbol liqası. II Bundesliqa olaraq adlandırılan çempionatda ilk iki yeri tutan komandalar Bundesliqaya vəsiqə qazanırlar. Çempionat 1974-cü ildən etibarən keçirlməkdədir və son sezoda 18 klub çıxış edib. 2. Bundesliqanın son çempionu FK İnqolştadt 04 komandası olub. == 2014-2015-ci il mövsümü == == 2015-16 mövsümü == Sonuncu dəfə 8 iyun 2015 tarixində yenilənmişdir.Mənbə: Kicker.de (alm.)Sıralama qaydaları: 1) xallar; 2) ikili top-fərqi; 3) ümumi top-fərqi; 4) atılan qolların sayı.(Ç) = Çempion; (D) = Düşdü; (Y) = Yüksəldi; (P) = Pley-off çempionu; (A) = Sonrakı mərhələ üçün üstünlük qazandı; (DK) = Diskalifikasiya oldu.
Albizia buntingii
Albizia buntingii (lat. Albizia buntingii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü.
Alen-Giyom Bunyoni
Alen-Giyom Bunyoni (ing. Alain-Guillaume Bunyoni; fr. Alain-Guillaume Bunyoni; kir. Alain-Guillaume Bunyoni; 23 aprel 1972, Kanyoşa kommunası (Bujumbura-Meri)[d], Bujumbura-Meri vilayəti[d]) — 23 iyun 2020-ci ildən etibarən Burundinin Baş naziri vəzifəsini icra edən Burundi siyasətçisi. == Həyatı == Bunyoni 23 aprel 1972-ci ildə Bujumbura-Meri əyalətində Kanyoşa kommunasında anadan olub. Burundi Universitetində təhsil alıb. 1994-cü ildə həmin universitetdən məzun oldu, lakin məzunluq gecəsinə qatılmadı. Prezident Melxior Ndadayenin öldürülməsindən sonra başlayan döyüşlərə qatıldı. Demokratiyanı Müdafiə Qüvvələrinin döyüş qüvvəsinin üzvü idi. == Siyasi fəaliyyəti == 2003-cü ildə Demokratiyanı Müdafiə Milli Şurası — Demokratiyanı Müdafiə Qüvvələri siyasi koalisiyası Burundi vətəndaş müharibəsində digər döyüşçülərlə atəşkəsə nail oldu.
Almaniya Bundesliqası 1963/1964 mövsümü
Almaniya Bundesliqası 1963/1964 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 1-ci mövsümü — 1963-cü il avqustun 24-dən 1964-cü il mayın 10-na qədər baş tutdu. Nəticədə “Köln” 45 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. “Hamburq”un futbolçusu Uve Zeeler isə 30 qolla Bundesliqanın bombardiri oldu.
Almaniya Bundesliqası 1964/1965 mövsümü
Almaniya Bundesliqası 1964/1965 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 2-ci mövsümü — 1964-cü il avqustun 22-dən 1965-ci il mayın 15-nə qədər baş tutdu. Nəticədə “Verder” Bremen 41 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. “1860 Münhen”in futbolçusu Rudolf Brunnenmayer isə 24 qolla Bundesliqanın bombardiri oldu.
Almaniya Bundesliqası 1965/1966 mövsümü
Almaniya Bundesliqası 1965/1966 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 3-cü mövsümü — 1965-ci il avqustun 14-dən 1966-cı il mayın 28-nə qədər baş tutdu. Nəticədə “1860 Münhen” 50 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. “Borussiya” Dortmundun futbolçusu Lotar Emmerix isə 32 qolla Bundesliqanın bombardiri oldu.
Almaniya bundestaqı
Bundestaq (alm. Bundestag‎) — Almaniya Federativ Respublikasının xalq nümayəndəliyinin birpalatalı orqanıdır. 7 sentyabr 1949-cu ildə Almaniya Federtaiv Respublikasının Bonn şəhərində fəaliyyətə başlamışdır. 1999-cu ildə Bundestaq fəaliyyətini Berlin şəhərində davam etdirmişdir.
Antidesma bunius
Salamandra ağacı (lat. Antidesma bunius) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin antidesma cinsinə aid bitki növü.
Atriplex bunburyana
Atriplex bunburyana (lat. Atriplex bunburyana) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.
Bunab
Bünab (yerli xalqın ləhcəsində bəzən Binab) (fars. بناب‎)— İranın Şərqi Azərbaycan ostanındakı Bünab şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 75 332 nəfərdir. Əhalisi azərbaycanlılardan ibarətdir və regionun ümumi dili Azərbaycan dilidir. Bünab şəhəri Marağa şəhəri və Urmiya gölünün arasında yerləşir. == Tarixi yerlər == Səvər kəndi, Qoyunlar və Çaxmaqlar köhulləri, Geymasxan kəndi, Siçan təpəsi, Erməni təpəsi, Çimən təpəsi, Supigan Qara Təpəsi, Gəzöviş Qara Təpəsi, Garaküllük təpəsi, Quruq təpəsi, Pus təpəsi, Süpigan yer altındakı köhüllər, Zuvara qəbirləri, İskəndər qalası, Qızlar qalası, Qarqa dərəsi,… Beş gözlü körpü, Meydan məscidi, Mehrava məscidi, Zərgərlər məscidi, İsmayıl bəy məscidi, Göy məscid, Həci Fətulla Hamamı, Mehrava hamamı, Seyfullama evi, Hac Əli Bəzzaz evi,… == Mədəniyyəti == Bünabın Kababı bütün dünyada tanınmışdır. Binabın Zuvara kəndinin üzümü dünyada ən yaxşı üzümdür və habelə binab xiyarı iranda tanınmışdır. İndilikdə Binabda olan Universitetlər (Kolleclər) bunlardılar: Azad İslam Universiteti, Pəyam-i Nur Universiteti (PNU), Enginering state university (Tabriz university), Power state university, Səhənd Universiteti, IT university. Bünabda olan fabrikaların sayı 100-dən artıqdır. Bünab kəndlərində yaşayanlar əkinçiliklə də məşğuldurlar.
Bunab şəhristanı
Bünab şəhristanı (fars. شهرستان بناب‎) — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi və yeganə şəhəri Bünab şəhəridir.
Bunaken
Bunaken adası (ind. Pulau Bunaken) — Sakit okeanda İndoineziyaya məxsus olan ada. Ada Sulavesidən şimalda, Monado körfəzində yerləşir. Manado şəhərinin bir hissəsini təşkil edir. Burada dayvionq üçün yerlər vardır.
Bunqe klerodendrumu
Bunqe klerodendrumu (lat. Clerodendrum bungei) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin klerodendrum cinsinə aid bitki növü.
Bunqkular
Bunqkular, to bunqkular (lalaki) – İndoneziyada Sulavesi adasınnın şərq yarımadasında, Bunku vilayətinin şimalında, Şimali və Cənubi Bunkuda, eləcə də Mendi bölgəsində,Tolo körfəzi sahilində və qonşu Vovoni adasında yaşayan xalq. Mori və buqis xalqları ilə çox yaxındılar. == Ümumi məlumat == Əsasən, sahil boyunda (əvvəllər – dağlarda) məskunlaşmışlar. Bir zamanlar bunqkular dəniz xalqı hesab olunardı. Sayları 96 min nəfərdir (1995). Bunqkular, routalar, koronilər, lambatular, retelər, landavelər, vanalar, moronenelər, tokotualar, vavoniilər, kulisusular və epe subetnik qruplarına bölünürlər. Bunqkuların dili Avstroneziya ailəsinin Qərbi Avstroneziya qrupuna aiddir. Vavoni dilinə daha çox yaxındır. Dialektləri (ehtimal ki, müstəqil dillərdir): bunqku, koroni, tulambatu, moronene, vavonii, kulisusu. Bunquku dili bir neçə kastaya (səviyyə) ayrılır: incə, hamar, orta və qaba.
Bunqo boğazı
Bunqo boğazıı (yap. 豊後水道 Bungo-suidō) — Kyuşu və Şikoku adaları arasında yerləşən boğaz. Boğaz, Daxili Yapon dənizi ilə Sakit okeanı birləşdirir. Boğazın uzunluğu təxminən 65 km, eni 30 ilə 75 km arasındadır. Ən dayaz yeri təxminən 75 m-dir. Ən böyük dərinliyi 203 metrə çatır. Boğazın sahilləri çox parçalalnmışdır, çoxlu körfəzləri (ən böyüyü Usuki körfəzidir), bururları və adaları var (ən böyükləri: Hiburi-Şima, Toşima, Oitsukami-Şima, Takeqaşima, Senoşima, Koşima, Takaşima, Muku-Şima, Dzinomuku-Şima). Sahillərində Saiki, Usuki, Tsukumi, Uvaşima, Yoşida şəhərləri var. Şərq sahili Asizuri - Uvakai Milli Parkına aiddir. Boğazda orta hesabla qabarma 2 metrdir.
Bunquran
Bunquran adaları (Natuna; ind. Kepulauan Natuna) — Cənubi Çin dənizində, İndoneziyaya məxsus olan ada. İndoneziyanın ən şimal arxipelaqlarından biridir. Sahəsi 1300 km²-dir. Əhalisi 100 000 nəfəre təşkil edir. Əhalisinin əksəriyyəti müsəlmandır. Arxipelaqa daxil olan adalar: Bunquran-Besar, Subi-Besar, Laut, Serasan, Miday. Adalar qranittdən təşkil olunmuşdur. Bunquran-besar adasının mərkəzində 959 m hündürlüyü olan zirvə yerləşir. Ekvatorial iqlimə malikdir.
Bunraku
Bunraku — 1684-cü ildə Yaponiyanın Osaka şəhərində yaranmış ənənəvi Yapon kukla teatrı növü.Ningyo coruri (人形浄瑠璃) olaraq da adlandırırlar Bunraku teatrları 3 cür olur: Ningyōtsukai ya da Ningyozukai — Kuklaçılar Tayu — oxuyucular Şamisen musiqiçiləri == Kuklaların xüsusiyyəti == Bunraku oyunlarında istifadə edilən kuklaların uzunluğu 100 ilə 125 santimetr arasında dəyişə bilər. Ölçülərdəki fərqlər yaş, cinsiyyət və kukla truppasının xüsusiyyətləri ilə bağlıdır. Yaponiya teatrları arasında, ənənəvi Osaka teatrında olan kukla rəqəmləri digər yerlərdən daha kiçik idi. Bunraku kuklalarının baş hissələri və əlləri ustalar tərəfindən , lakin bədən və geyim kuklaçılar tərəfindən hazırlanır. Baş hissəsinin ətraflı işlənməsi həyata keçirilə bilər. Oyunlarda fövqəltəbii gücləri izah edən hissələr varsa, kukla ani anda şeytanın üzünə çevrilən formalarda hazırlana bilər. == Tarixi == İlk olaraq, bunraku sözü yalnızca 1872-ci ildə Osakada qurulan özəl bir teatrı adlandırmaq üçün istifadə olunurdu.Daha sonra, Umemura Bunrakkendən adını alan bu kukla növü çox məşhur oldu və çox sayda Yapon,bu ənənəvi Yapon kukla teatrının bütün növlərini təsvir etməyə başladı.Meiji dönəminə qədər xalq arasında sürətli şəkildə yayıldı.
Buntürklər
Buntürklər—Qədim türk tayfası. == Tarixi və etimologiyası == Azərbaycan xalqının soykökündə duran güclü qəbilələrdən biri də Buntürklər//Bunturqlardır. Bu türk qəbiləsinin e.ə. IV yüzillikdə Azərbaycan və qonşu ölkələrdə yaşaması haqqında bilgi vardır. VII–IX yüzilliyinə aid "Kartlinin müraciəti" anonim əsərində deyilir: "Nə vaxt Aleksandr Makendonskiy Lotanın oğlanlarının nəslini qaçmağa məcbur etdi və onları gecəyarı ölkəsinə sıxışdırdı, orada öncə qəddar, qəzəbli Buntürklərə tuş oldu. Onlar Kür çayının sahilində yaşayırdılar; dörd şəhərdə yerləşmişdilər. Onların şahı duruş gətirə bilməyəcəyindən uzaqlaşdı. Bu zaman xaldeylilər tərəfindən köçürülmüş honlar gəldilər; Buntürklərin hökmdarından bac ödəmək şərti ilə, yer istədilər və Zanavanda yerləşdilər… Bir qədər keçəndən sonra Aleksandr gəldi. O şəhərlərdən üçünü və qalaları darmadağın etdi. Buntürklər oranı tərk etdilər".
Bunud
Bunud — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin adı keçən əsrə aid olan bir mənbədə Bunut formasında göstərilmişdir. XIX əsrin ikinci yarısında Vəndam kəndindən əmələ gəlmiş dörd kiçik məntəqədən biri-Buntdan söhbət gedir. Görünür Bunt məntəqəsi yaranmazdan əvvəl Bunut yer adı olub. Naməlum toponimlərdən sayılır və ümumiyyətlə mənası bəlli olmayan bu toponimlər Qafqaz mənşəli adlardır ki, zaman keçdikcə təhrif olunub, ya da Azərbaycan dilinin təsiri altında fonetik dəyişikliyə uğrayıb. Ancaq xalq yaddaşına əsaslansaq hər bir yurd yerinin yaranışı ilə bağlı fərziyyələr səslənir. Bu kəndin də qədim olduğu söylənilir. Hazırda 900 nəfər əhalidən ibarətdir. Əhali heyvandarlıqla məşğul olur, tərəvəz yetişdirir, taxıl sahələri, sarı buğda zəmilərinə xüsusi qulluq edirlər. Elektron ATS-i var.
Bunud bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bununis
Bnunis və ya Bununis — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. == Tarixi == İlk dəfə 1468-ci ildən məlumdurXIX əsrin ortalarına aid mənbədə Pulnis kimi qeyd olunmuşdur Görünür ki, bunlar müxtəlif kənd adlarıdır. Bununis fars dilində bune ev, bina, yer (145, 42) və ərəbcə naus (əsli yunanca naos) məbəd, Sasanilər dövründə zərdüşt ölülərinin qəbirləri üzərində tikilən tikinti sözlərindən ibarətdir.
Bunyodkor FK
Bunyodkor (Daşkənd) — Özbəkistanın futbol klubu. == Tarixi == 6 iyul 2005-ci ildə yaranıb.
Bunyodkor stadionu
Milliy stadionu (özb. Milliy Stadioni) — Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən çoxməqsədli stadion. Əsasən futbol yarışları üçün istifadə olunur və "Bunyodkor" futbol klubunun ev stadionudur. == Haqqında == Bu stadion tikilməzdən qabaq "Bunyodkor" 1986-cı ildə tikilmiş MHSK stadionunda oyunlarını keçirmişdir. 2008-ci ildə MHSK stadionu yeni stadion tikmək üçün sökülmüşdür. 2008 və 2009-cu ilin payızında stadion tamamilə sökülmüşdür. Yeni stadionun tikintisi isə 2012-ci ilin avqustunda başa çatmışdır. Yeni stadion klubun 2009-2012-ci illər aralığında oynadığı JAR stadionunun yerində tamamlanmışdır. Stadionun tamaşaçı tutumu 34.000 nəfərdir. Stadion Almaniyanın GMP memarlıq və dizayn şirkəti tərəfindən dizayn edilmişdir.
Bunçak Xan
Bunçaq xan - türk və altay mifologiyasında keşikçi tanrısı. Buncak (Muncak, Monçak, Ponçah, Ponçak) olaraq da tanınır. Kayra Xanın saray yolunu qoruyan iki gözətçilər biridir. Busul Xan ilə birlikdə xatırlanır. == Etimologiya == (Bun/Mun) kökündən törəmişdir. Böhrana salan, çətinlik verən deməkdir. Bundan başqa gözmuncuğu demək olan "Munçuk/Monçuk" ilə də əlaqədardır.
Bunçaq Xan
Bunçaq xan - türk və altay mifologiyasında keşikçi tanrısı. Buncak (Muncak, Monçak, Ponçah, Ponçak) olaraq da tanınır. Kayra Xanın saray yolunu qoruyan iki gözətçilər biridir. Busul Xan ilə birlikdə xatırlanır. == Etimologiya == (Bun/Mun) kökündən törəmişdir. Böhrana salan, çətinlik verən deməkdir. Bundan başqa gözmuncuğu demək olan "Munçuk/Monçuk" ilə də əlaqədardır.
Ban Ki-mun
Pan Gi Mun və ya Ban Ki Mun (kor. 반기문, 13 iyun 1944[…]) — Birləşmiş Millətlər Təşkilatının sayca səkkizinci sədri. Səlahiyyətlərinin icrasına 1 yanvar 2007-ci ildən başlamışdır. Əslən Cənubi Koreyalı olan Pan Gi Mun bu vəzifədə Qanalı Kofi Annanı əvəz etmişdir.
Ban Ki Mun
Pan Gi Mun və ya Ban Ki Mun (kor. 반기문, 13 iyun 1944[…]) — Birləşmiş Millətlər Təşkilatının sayca səkkizinci sədri. Səlahiyyətlərinin icrasına 1 yanvar 2007-ci ildən başlamışdır. Əslən Cənubi Koreyalı olan Pan Gi Mun bu vəzifədə Qanalı Kofi Annanı əvəz etmişdir.
Yun Bon-qil
Yun Bon-qil (21 iyun 1908 – 19 dekabr 1932, Kanazava) — 1932-ci ildə Şanxayın Hongkew Parkında (indiki Lu Xun Parkı) bir neçə yapon görkəmli şəxsin ölümünə səbəb olan bombanı partlatmış Koreyalı müstəqillik fəalı idi. O, ölümündən sonra Koreya Respublikasının medalı ilə təltif edilib. 1962-ci ildə Cənubi Koreya hökumətinin Milli Fondu tərəfindən xidmətinə görə ordenlə təltif edilib. Yun Bon-qil abidələri Cənubi Koreyada (Seul), Çində (Şanxay), Yaponiyada (Kanazava) ucaldılıb. == Həyatı == Yun Bon-qil 1908-ci ilin iyununda Koreya İmperiyası illərində Yesan mahalında anadan olub. 1918-ci ildə Deoksan İbtidai məktəbinə daxil oldu, lakin müstəmləkəçilik təhsilini rədd edərək növbəti il ​​məktəbi tərk etdi. O, həmçinin Ochi Seosukda (Koreya və Çin dillərini öyrədən kənd məktəbi) oxuyub. Koreya 1905-ci ildə Yaponiya imperiyasının daxili altına alındığında, Yun problemli bir ölkədə böyüdü. 1910-cu ildə Koreyanın ilhaqı ilə yerli müqavimət əhəmiyyətli dərəcədə artdı. Bu, 1919-cu ildə Yaponiya hakimiyyəti tərəfindən aqressiv şəkildə əzilən 1 Mart Hərəkatı ilə yekunlaşdı (Yüzlərlə etirazçı Yapon polis qüvvələri və ordusu tərəfindən qətlə yetirildi).
Çun Un-Hi
Çun Un-Hi (d. 1 may 1977) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Çun Un-Hi Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Əhməd bin Qasım əl-Buni
Əbülabbas Əhməd ibn Qasım bin Məhəmməd Sasi ət-Təmimi əl-Buni (1653, Əlcəzair – 1726) — Hədis və fiqh alimi, şair. == Həyatı == 1063-cü (1653-cü) ildə əl-Cəzayirin şərqindəki Bunə (Annabə) qəsəbəsində doğulmuşdu. Haqqında çox az bilgi vardır. İlk təhsilini tanınmış bir hədis alimi olan atasından aldı. Daha sonra Şimali Afrikanın müxtəlif şəhərlərini, Misiri və daha başqa yerləri dolaşaraq dövrün məşhur alimlərindən qiraət, təfsir, hədis və Maliki fiqhi oxudu. Təhsil həyatını bitirdikdən sonra Bünədə yerləşərək hədis rəvayəti və kitab nəşri ilə məşgul oldu və 1726-cı ildə orada vəfat etdi. == Ailəsi == Oğulları Məhəmməd və Əhməd də dönəmlərinin tanınmış elm adamlarındandır. == Əsərləri == Buninin çoxu hədis ilimlərinə dair manzum və mənsur, böyüklü kiçiklü 100-dən artıq əsəri vardır. Bunları "ət-Tacrif bi-ma lil-fakiri minət-təvaiii" adlı kitabında zikr etmişdir. Adil Nüvəyhiz "Mtıccəmü aclamiI-Cəzair" adlı kitabında Bunfnin əsərlərindən qirx dörd dənəsinin adını verir.
Ben
Ben — ad. Ben Sanqare — Ben Afflek — Amerikalı aktyor və kinorejissor Ben Kinqsli — İngilis aktyoru Ben Conson — ingilis dramaturqu, şair, dram nəzəriyyəçisi. Ben Mudi — ABŞ-lı gitaraçı Ben Nevis — Britaniyanın ən yüksək dağı Yaşayış məntəqələri Ben (komunna) — Ben (şəhər) — Ben (Yuxarı Provans Alpları) Digər Ben (mahnı) — Ben (albom) — Ben (hərf) — Ben-Balben — İrlandiyada dağ.
Bin
Bin, Ben — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Bin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,699 nəfər və 3,141 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Bon
Bon Jovi
Bua
Bua və ya Buinsk (tatar. Буа; rus. Буинск) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Bud
Bud — insan vücudunun bud-çanaq oynağı ilə diz arasındakı hissəsidir. Bu hissədə olan yeganə sümük femur adı ilə tanınır. Bu sümük çox qalın və sağlam quruluşa malikdir.
Bug
== Məkanlar == Bug (Rügen), Almaniyanın Rügen adasında bir bölgədir Bug, Kentukki, Birləşmiş Ştatlarda birləşmiş cəmiyyət Buq çayı — Polşa, Ukrayna və Belarusiyada Busan –Gyeongnam sahəsi və ya Cənubi Koreyanın paytaxtı olan BUG == İnsanlar == Bug Hall (1985-ci il təvəllüdlü), amerikalı aktyor, aktyor müəllim və musiqiçi Bug Holliday (1867–1910), beysbol oyunçusu Bug Howard (1994-cü il təvəllüdlü), amerikalı futbolçu The Bug, İngiltərə musiqiçisi Kevin Martin üçün səs yazısı == İncəsənət, əyləncə və media == === Uydurma varlıqlar === Bug (komikslər), Marvel komik kitab seriyasındakı bir personaj The Micronauts Bug ( Starship Troopers ), roman və film Starship Troopers- dən uydurma yad bir irq Bug, Michael Lee The Wire'nin kiçik qardaşı Bug, WordWorld TV seriyasından bir xarakter Bobby "Bug" Guthrie, TV gözlənilməz serialındakı bir personaj === Filmlər === Bug (1975 film), rejissor Jeannot Szwarc Bug (2002 film), bir oğlanın səhv salması ilə başlanan hadisələr silsiləsindən bəhs edən komediya-dram Bug (2006 film), rejissor William Friedkin, Tracy Letts pyesinin uyğunlaşması === Oyun === Bug (poker), məhdud bir kart Bug, bir tutma (qumar), qumar oyunlarında fırıldaqçılıq üçün istifadə olunan cihaz Bug, 1996-cı ildə yaradılan Pokémon franchise bir növü Bug!, 1995-ci il videooyunu Bughouse şahmatı === Musiqi === ==== Albomlar və saundtreklər ==== Bug (Dave Davies albomu), Dave Davies'in solo albomu Bug (Dinosaur Jr. albom), Amerikanın alternativ rok qrupu Dinosaur Jr tərəfindən üçüncü albom. Bug (soundtrack), eponim 2006 filminə səslənən musiqi ==== Musiqilər ==== "Bug", onların Echo Park albomundan Feeder'in musiqisi "Bug", World Record'dan Lower Than Atlantis'in musiqisi "Bug", Phish'in 2000'lik Farmhouse albomundan bir musiqi 1993-cü ildə Dire Straitsin musiqisi olan " The Bug " === İncəsənət, əyləncə və mediada istifadə === "Bug" ( Breaking Bad ), 2011 televiziya epizodu BUG (jurnal), Xorvat jurnal Bug (oyun), Tracy Letts'in bir oyunu == Biologiya == Bug, bir patogen, xəstəliyə səbəb olan hər hansı bir mikroorqanizm Bug, tərlik lobsterinin bir neçə növündən biri, məsələn Balmain bug Moreton Bay bug "Doğru səhvlər" olaraq bilinən Hemiptera həşəratları və ya bəzən onun altsıralanması Heteroptera Daha geniş olaraq, bir çox kiçik, ilk növbədə yerüstü onurğasızlardan hər hansı biri Həşəratlar Hörümçəkkimilər Çoxayaqlılar Qurdlar Yerli molyusklar Buğumayaqlılar == Texnologiya == Bug, yayımçının loqotipinin ekrandakı rəqəmsal qrafiki Bug, Vibroplex tərəfindən hazırlanmış Morse əsas dizaynı Tez- tez casusluqda və polis araşdırmalarında istifadə olunan dinləmə cihazı.
Bum
Bum — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Bum kənd inzibati ərazi vahidi tərkibindəki Bum kəndinə qəsəbə statusu verilmiş, Bum kənd inzibati ərazi vahidi Bum qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır. == Tarixi == Toponimik bilgilərə görə türk dillərindəki bum (boom) sözü ilə əlaqələndirilir. Bum sözü əski türk dilində "çaylı dərə, çətin keçilən yer" deməkdir. Kumə dağının ətəyində və çuxurda, iki dağın arasında, Kovdan çayının Bum çayına qarışdığı yerdədir. Mənbələrə görə Altay-türk dillərində bu söz dar dərədə əmələ gəlmiş sıldırım, qayalıq, burun formasında uca qaya, çay ilə dağ arası yer anlamındadır. Necə ki, coğrafi mənası adı ilə eynidir. === Tarixi abidələri === Qəsəbədə IX-XIV əsrlərə aid "Govurqala" memarlıq abidəsi var. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 7 km qərbdə, Qəbələ-Qəmərvan şose yolunun kənarında, Baş Qafqaz silsiləsinin ətəyindədir. Qəsəbədə Bum mineral bulağı və dağlardan axan yağış sel suları ilə qidalanan Bum çayı axır.
Bund
Bund — Litva, Polşa və Rusiyada Ümumi yəhudi fəhlə ittifaqı. 1897-ci ildə Vilnoda yəhudi sosial-demokrat qruplarının təsis qurultayında təşkil edilmişdi. Bund, əsas etibarilə Rusiyanın qərb vilayətlərinin yəhudi sənətkarlarının yarımproletar ünsürlərini birləşdirirdi. O Rusiya fəhlə hərəkatında millətçilik və separatizm təmsilçisi idi. Bundçular RSDFP daxilində daim partiyanın opportunist qanadına ("iqtisadçılara", menşeviklərə, təsviyəçilərə) tərəfdar çıxır, bolşevizmə qarşı mübarizə edirdilər. Xarici hərbi müdaxilə və vətəndaş müharibəsi illərində Bundun rəhbərləri əksinqilab qüvvələri ilə birləşdilər. Bununla bir zamanda Bundun sıravi üzvləri arasında Sovet hakimiyyəti ilə əməkdaşlıq xeyrinə dönüş əmələ gəldi. 1921-ci ilin martında Bund öz-özünü ləğv etdi və onun üzvlərinin bir hissəsi ümumi əsaslarla RK(b)P-yə qəbul olundu. == Mənbə == V. İ. Lenin, "Partiyanın nizamnaməsi haqqında", Bakı, "Azərnəşr", 1973, səh. 251–252.
Buq
== Məkanlar == Bug (Rügen), Almaniyanın Rügen adasında bir bölgədir Bug, Kentukki, Birləşmiş Ştatlarda birləşmiş cəmiyyət Buq çayı — Polşa, Ukrayna və Belarusiyada Busan –Gyeongnam sahəsi və ya Cənubi Koreyanın paytaxtı olan BUG == İnsanlar == Bug Hall (1985-ci il təvəllüdlü), amerikalı aktyor, aktyor müəllim və musiqiçi Bug Holliday (1867–1910), beysbol oyunçusu Bug Howard (1994-cü il təvəllüdlü), amerikalı futbolçu The Bug, İngiltərə musiqiçisi Kevin Martin üçün səs yazısı == İncəsənət, əyləncə və media == === Uydurma varlıqlar === Bug (komikslər), Marvel komik kitab seriyasındakı bir personaj The Micronauts Bug ( Starship Troopers ), roman və film Starship Troopers- dən uydurma yad bir irq Bug, Michael Lee The Wire'nin kiçik qardaşı Bug, WordWorld TV seriyasından bir xarakter Bobby "Bug" Guthrie, TV gözlənilməz serialındakı bir personaj === Filmlər === Bug (1975 film), rejissor Jeannot Szwarc Bug (2002 film), bir oğlanın səhv salması ilə başlanan hadisələr silsiləsindən bəhs edən komediya-dram Bug (2006 film), rejissor William Friedkin, Tracy Letts pyesinin uyğunlaşması === Oyun === Bug (poker), məhdud bir kart Bug, bir tutma (qumar), qumar oyunlarında fırıldaqçılıq üçün istifadə olunan cihaz Bug, 1996-cı ildə yaradılan Pokémon franchise bir növü Bug!, 1995-ci il videooyunu Bughouse şahmatı === Musiqi === ==== Albomlar və saundtreklər ==== Bug (Dave Davies albomu), Dave Davies'in solo albomu Bug (Dinosaur Jr. albom), Amerikanın alternativ rok qrupu Dinosaur Jr tərəfindən üçüncü albom. Bug (soundtrack), eponim 2006 filminə səslənən musiqi ==== Musiqilər ==== "Bug", onların Echo Park albomundan Feeder'in musiqisi "Bug", World Record'dan Lower Than Atlantis'in musiqisi "Bug", Phish'in 2000'lik Farmhouse albomundan bir musiqi 1993-cü ildə Dire Straitsin musiqisi olan " The Bug " === İncəsənət, əyləncə və mediada istifadə === "Bug" ( Breaking Bad ), 2011 televiziya epizodu BUG (jurnal), Xorvat jurnal Bug (oyun), Tracy Letts'in bir oyunu == Biologiya == Bug, bir patogen, xəstəliyə səbəb olan hər hansı bir mikroorqanizm Bug, tərlik lobsterinin bir neçə növündən biri, məsələn Balmain bug Moreton Bay bug "Doğru səhvlər" olaraq bilinən Hemiptera həşəratları və ya bəzən onun altsıralanması Heteroptera Daha geniş olaraq, bir çox kiçik, ilk növbədə yerüstü onurğasızlardan hər hansı biri Həşəratlar Hörümçəkkimilər Çoxayaqlılar Qurdlar Yerli molyusklar Buğumayaqlılar == Texnologiya == Bug, yayımçının loqotipinin ekrandakı rəqəmsal qrafiki Bug, Vibroplex tərəfindən hazırlanmış Morse əsas dizaynı Tez- tez casusluqda və polis araşdırmalarında istifadə olunan dinləmə cihazı.
Buy
Buy (ing. Buoy) — gəmi yolları, gəmiçilik üçün təhlükəli olan yerləri hüdudlamaq, suyun altındakı hər hansı bir əşyanın yerini işarələmək və s. üçün müəyyən forma və rəngdə üzən üzgəc. Buyda işıq, səs siqnalları, yaxud radiosiqnallar vermək üçün qurğu da ola bilər. Radiohid roakustik Buy (radiobuy) informasiyanı avtomatik toplayan və qəbuledici stansiyaya ötürən üzən vasitədir. İstiqamətlənmiş şüa antenalı radioötürücüdən ibarət olan radiobuy sualtı qayıqları aşkar etmək, okeanoqrafik və meteoroloji müşahidələr aparmaq, naviqasiya məqsədləri üçündür. Radiobuylarınilk nümunələri 1945-ci ildən sonra, raket-nüvə silahı ilə təchiz olunmuş atom sualtı qayıqlarının yaradılması ilə meydana gəlmişdir. Radiobuyları təyyarələrdən, helikopterlərdən, qayıqəleyhinə gəmilərdən hərəsi bir neçə ədəd olan partiyalarla quraşdırmaqla baryer xətti və ya qapalı hüdud yaradılır. Radiobuylar passiv və aktiv istiqamətlənmiş və istiqamətlənməmiş növlərə ayrılır. Lövbərlərlə təchiz olunmuş Buylar sürüşmə olan yerlərdə bərkidilir, lövbər qurğuları olmayan Buylar isə dreyf edir.
Buz
Buz — bərk aqreqat halında olan su, mineral. Bəzən buz dedikdə bərk aqreqat halında olan maddələr də nəzərdə tutulur. Məsələn, quru buz, ammiak buzu və ya metan buzu. == Buzun sürüşkənliyi == Buz hamar bir səth olduğu üçün düşünüldüyü kimi sürüşkən deyil. Bu vəziyyət belədir, buz konkisinin çox kiçik səthinə olan təzyiq nəticəsində toxunduğu yerdəki buz əriyir və konki bu nazik su təbəqəsi üzərində hərəkət edir. (Ucu iti bıçaq kimi olan konkilərin sahəsi buza o qədər kiçik toxunur ki, buzun səthini dərhal əridir, ərimə temperaturunu 1 °C azaltmaq üçün tam olaraq 130 kq/sm2 tələb olunur.) == Su buzunun əsas xüsusiyyətləri == Hazırda üç amorf və 15 kristal formalı buz modifikasiyası məlumdur. Təbii şəkildə Yerdə buz ancaq bir kristal modifikasiyada, geksoqonal sinqoniya (Buz Ih) şəklində mövcuddur. Ih buzunda hər Н2O molekulu eyni məsafədə yerləşən dörd molekulla əhatə edilir. Bu məsafə 2,76 Å-yə bərabərdir və düz tetraderin zirvəsində yerləşir. Buzun sıxlığı 0 °C-də 916,7 kq/m³-dir, bu isə suyun (999,8 kq/m³) sıxlığından azdır.
Buş
Buş — soyad. Hironimus Buş — Hollandiyalı rəssam Rebeka Buş — aktrisa Corc Herbert Uoker Buş — Corc Buş (ata) — ABŞ-nin 41-ci prezidenti. Corc Uoker Buş — Corc Buş (oğul) — ABŞ-nin 43-cü prezidenti.
Dun.
Mişel Feliks Dünal (fr. Michel Félix Dunal; 1789–1856) – Fransız botaniki.
Hun
Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu. Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər.
Yun
Yun — bəzi məməli heyvanların dərisinin üstünü örtən və heyvandan (adətən qoyun, dəvə və s.) qırxılan tüklər. == Ümumi məlumat == Lifli materiallar içərisində birincilik təşkil edən yun əsrlər boyu toxuculuq peşəsi üçün ən yüksək xammal hesab edilmişdir. Bunun üçün insanlar ən çox qoyun yunundan istifadə etmişlər. Qoyun bir qayda olaraq iki dəfə, nadir hallarda il pis gəldikdə, bir dəfə qırxılır. Qırxın dövrü iqlim şəraitilə əlaqədardır. Qırxına aran yerlərdə tez, dağ yerlərində nisbətən gec başlanır. Qırxın yaz və payızda aparılır. Qırxını çobanlar özləri aparır. Bəzən də köməkçilər çobanın və ya sürü sahibinin qohum-əqrəbasından olur. Qırxın qırxlıq aləti vasitəsilə aparılır.
&Burn
"&Burn" — amerikalı müğənni Billi Aylişin repçi Vins Steypls ilə birlikdə ifa etdiyi mahnı. 15 dekabr 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən sinql olaraq buraxılıb. Mahnı dekabr ayında Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin yenidən buraxılmış versiyasına daxil edilib. Mahnı Aylişinin "Watch" mahnısının alternativ versiyasıdır.
Sun
Haməd bin Abdullah bin Səud bin Xudeyr
Haməd bin Abdullah bin Səud bin Xudeyr (4 noyabr 1966, Ər-Riyad) — Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2018–2023) == İstinadlar == == Xarici keçidlər == H. E. Dr.
Bu gün (qəzet)
"Bu gün" — gündəlik ictimai-siyasi qəzet. == Tarixi == Əsası 1997-ci ildə Nəsib İsmayılov və üç qardaşı - Əlövsət, Nizami və Siyasət İsmayılovlar tərəfindən qoyulub. Həmin ilin 21 mayinda ilk say 4 səhifədə, cəmi 2 min tirajla çıxıb. Qəzetin ilk 4 sayı cəmi baş redaktor Nəsib İsmayılov və iki əməkdaş tərəfindən hazırlanıb – Şeyda Nəsibli və Elman Maliyev. Sonrakı aylarda qəzet sürətlə inkişaf edərək həm dövriliyini, həm səhifə sayını, həm də tirajını artırıb və 1998–ci ildən etibarən gündəlik olaraq 16 – 32 səhidədə 35 – 40 min tirajala çap olunub. 1999–cu ildə qəzet Türkiyənin Milliyet qəzetindən aldığı 10 seksiyalı çap maşını ilə öz mətbəəsini qurub. Ən güclü vaxtlarında əlavələri ilə birlikdə (“Əyləncə”, “Asudə vaxt”, “Avtoritet, “Qorxulu qəzet”, “Şou-xəbər”) toplam həftəlik tirajı 500.000 nüsxənin üzərində olub. 2001–ci ildə qəzet fəaliyyətini dayandırıb, 2003-cü ildə qısa müddətə fəaliyyətini bərpa etsə də, yenidən dayanıb. 2013–2014–cü illərdə qəzetin elektron versiyası – bugun az saytı fəaliyyət göstərib. == Yazarları == Bir çox tanınmış jurnalistin peşəkar karyerası “Bu gün” də başlayıb – Etibar Cəbrayıloğlu, Seymur Verdizadə, Nadir Azəri, Müşfiq Ələsgərli, Vüsalə Mahirqızı, Rəvan Soltanov, Əfqan Qafarlı.
Bu gün qəzeti
"Bu gün" — gündəlik ictimai-siyasi qəzet. == Tarixi == Əsası 1997-ci ildə Nəsib İsmayılov və üç qardaşı - Əlövsət, Nizami və Siyasət İsmayılovlar tərəfindən qoyulub. Həmin ilin 21 mayinda ilk say 4 səhifədə, cəmi 2 min tirajla çıxıb. Qəzetin ilk 4 sayı cəmi baş redaktor Nəsib İsmayılov və iki əməkdaş tərəfindən hazırlanıb – Şeyda Nəsibli və Elman Maliyev. Sonrakı aylarda qəzet sürətlə inkişaf edərək həm dövriliyini, həm səhifə sayını, həm də tirajını artırıb və 1998–ci ildən etibarən gündəlik olaraq 16 – 32 səhidədə 35 – 40 min tirajala çap olunub. 1999–cu ildə qəzet Türkiyənin Milliyet qəzetindən aldığı 10 seksiyalı çap maşını ilə öz mətbəəsini qurub. Ən güclü vaxtlarında əlavələri ilə birlikdə (“Əyləncə”, “Asudə vaxt”, “Avtoritet, “Qorxulu qəzet”, “Şou-xəbər”) toplam həftəlik tirajı 500.000 nüsxənin üzərində olub. 2001–ci ildə qəzet fəaliyyətini dayandırıb, 2003-cü ildə qısa müddətə fəaliyyətini bərpa etsə də, yenidən dayanıb. 2013–2014–cü illərdə qəzetin elektron versiyası – bugun az saytı fəaliyyət göstərib. == Yazarları == Bir çox tanınmış jurnalistin peşəkar karyerası “Bu gün” də başlayıb – Etibar Cəbrayıloğlu, Seymur Verdizadə, Nadir Azəri, Müşfiq Ələsgərli, Vüsalə Mahirqızı, Rəvan Soltanov, Əfqan Qafarlı.
Bül-Bül
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır.
Dünən, bu gün, sabah
Dünən, bu gün, sabah (film, 1963)
Büi
Büi (fr. Buhy) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — . Əhalisi — 293 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 19 km şimalda, Serji belediyyənin 28 km qərbdə yerləşir.
Gün
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.