Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müəllimə
Müəllim (ərəb. معلم‎) — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs. == Müəllimin pedaqoji qabiliyyətləri == Təhsil prosesinin əsas siması müəllimdir. Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur. Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir. Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur. Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur. İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur. Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar.
Müəllim

Baş müəllim

Müəllim (dəqiqləşdirmə)
Müəllim — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs.
Müəllim Günü
Müəllim Günü — təhsil sistemində çalışan insanların peşə bayramı. == Tarixi == 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında "Müəllimlər günü" Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib. Amma Azərbaycanda "Müəllim günü"nün kütləvi şəkildə qeyd olunmasının xüsusi bir tarixçəsi var. "Müəllim günü"nün 1965-ci ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri, onların xidmətləri indiki dövrdə də qiymətləndirilir.
Müəllim Naci
Müəllim Naci (osman. معلّم ناجى, türk. Muallim Naci; 1849, Konstantinopol – 12 aprel 1893, Konstantinopol) — Osmanlı şairi və yazıçısı. Yaradıcılığında daha çox türk klassik ədəbiyyatının ənənələrini yaşatmağa çalışmışdı. Müəllim Naci Osmanlı imperiyasının islahat yönümlü Tənzimat dövründə yaşamış və köhnə ilə əlaqəni kəsmədən modernləşməni müdafiə etmişdir. O, həm nəsr, həm də poeziya ilə bağlı tənqidlərə töhfə vermiş, problemləri araşdıraraq, türk xalqına təsir edəcək fikirlər verməklə türk ədəbiyyatında və cəmiyyətində özünəməxsus yer qazanmışdır. Onun Osmanlı türkcəsi lüğəti olan "Lüğət-i Naci" əsəri böyük əhəmiyyət kəsb edir.
Valid Müəllim
Valid Müəllim (17 iyul 1941, Dəməşq – 16 noyabr 2020, Dəməşq) — Suriyanın xarici işlər naziri. == Həyatı == Valid Müəllim 13 yanvar 1941-ci ildə Suriyanın Dəməşq şəhərində anadan olub.1960-cı ildə Qahirə universitetinə qəbul olub. İqtisadiyyat fakültəsini tamamlayıb. 1990–1999-cu illərdə Suriyanın ABŞ-də səfiri vəzifəsində çalışıb. 2000-ci ilin əvvələrindən Suriyanın xarici işlər naziridir.
Əməkdar müəllim
Azərbaycan Respublikasının əməkdar müəllimi
Azərbaycan müəllimi (qəzet)
"Azərbaycan müəllimi" qəzeti — Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı. == Tarixi == Otuzuncu illərin ortalarında əhalinin sayının artması, xalq maarifinin inkişafı, yeni elmi-pedaqoji kadrların, ziyalı qüvvələrin yetişməsi, informasiya məkanının genişlənməsi pedaqoji mətbuatın yaranması ehtiyacını doğururdu. Beləliklə, 1934-cü il sentyabrın 2-də “Kommunist maarifi” qəzeti nəşrə başladı. Qəzet "mədəni inqilab"ın əsas təbliğat vasitələrindən olmaqla respublikada milli elmi-pedaqoji kadrların formalaşmasına yaxından kömək edir, xalq maarifinin, təhsilinin inkişafında müstəsna rol oynayırdı. O, kommunist ideyalarının, bolşevik maarifinin ruporu kimi nəzərdə tutulub yaradılsa da, daha çox ümumxalq qəzeti, müəllim, ziyalı qəzeti olmağa çalışırdı. Sırf pedaqoji məsələlərə daha geniş yer ayırdığı üçün 1938-ci ildə qəzetin adı dəyişdirilərək “Müəllim qəzeti” adlandırıldı. Qəzet 1941-ci ilin iyununadək bu adla nəşr olundu. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar 1941-ci ilin iyunundan 1946-cı ilin aprelinədək onun nəşri dayandırıldı. Qəzetin əməkdaşları döyüşən ordu sıralarında Böyük Vətən müharibəsi cəbhələrinə yollandılar. Qəzetin təşəkkül tarixindən 1946-cı ilə qədərki dövrü onun taleyinin ən ağrılı, ən çətin mərhələsini təşkil edir.
Azərbaycan müəllimi qəzeti

Danabaş kəndinin müəllimi
Danabaş kəndinin müəllimi və ya Danabaş kəndinin məktəbi — Cəlil Məmmədquluzadənin 4 məclisli komediyası. 1921-ci ildə ilk variantda əsərin adı “Danabaş kəndinin müəllimi” olmuşdur. C.Məmmədquluzadə əsəri bu adla 1923-cü ildə Azərbaycan Dövlət Dram Teatrına təqdim etmişdir. Əsərin teatra təqdim edilən əlyazmasında Cəfər Cabbarlıya məxsus qeydlər vardır. Sonralar da bu ad unudulmamış, əsər “Danabaş kəndinin məktəbi” adı ilə çap olunmuş və həmin adla tamaşaya qoyulmuşdur. “Maarif və mədəniyyət” jurnalında “Danabaş kəndinin müəllimi” pyesinin "AzDram" Teatrının repertuarına daxil edilməsi haqqında xəbər vardır (1923, №1). Sonradan pyes "Danabaş kəndinin məktəbi" ası ilə çap edilir və tamaşaya qoyulur. Müstəqillik illərində ilk dəfə 2004-cü il nəşrində əsərin “Danabaş kəndinin müəllimi” əsil adı bərpa edilir. == Süjet == Pyesdə XIX əsrin axırlarında Azərbaycan həyatının ictimai mədəni mənzərəsini əks etdirən hadisələr təsvir olunur. Burada sənətkarın adi məişət hadisələrində böyük ictimai problemləri əks etdirmək istedadı aydın nəzərə çarpır.
SSRİ xalq müəllimi
SSRİ xalq müəllimi (rus. Народный учитель СССР) — SSRİ-fəxri adı. SSRİ Ali Sovetinin 30 dekabr 1977-ci il fərmanı ilə təsis olunmuşdur. Azərbaycanlılardan bu ada İsrafil Şükürov layiq görülmüşdür.
Gənc müəllim (qəzet)
Müəllim (film, 2018)
Müəllim (İngilis dilində Hichki, Hind dilində जोकर्) Sidharth Malhotranın rejissorluğu ilə 2018-ci ildə ekranlaşdırılan hind filmidir. Baş rolda Rani Mukherjeenin oynadığı bu film onun evlilik və ondan sonra dünyaya gətirdiyi qızlarına görə dörd illik yoxluğundan sonrakı ekrana qayıdışının birinci filmidir. == Süjet xətti == Naina Mathur Tourette sindromundan əziyyət çəkir. O, müəllim olmaq arzusundadır, lakin xəstəliyinə görə ona iş verilmir. Bir gün ona St. Notker məktəbində iş təklif olunur və ona kasıb məhəllədən olan uşaqlardan ibarət 9F sinfi verilir. Nə məktəb direktoru, nə 9A sinfinin müəllimi — cənab Vadia, nə də uşaqların özləri bu işdə Nainanın müvəffəqiyyətinə inanırlar. Naina çətinliklə də olsa vəziyyətə nəzarət etməyi bacarır və tapşırığın öhdəsindən gəlir.
Müəllim sözü (qəzet)
"Müəllim sözü" (qəzet) — ziyalıları və ziyalılığı təbliğ edən qəzet. == Haqqında == “Müəllim sözü” qəzeti 2010-cu ilin oktyabr ayında təsis olunub. Qəzetin ilk sayı 2011-ci ilin mart ayında işıq üzü görüb. Qəzet səkkiz səhifədən ibarətdir və ayda bir dəfə nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru yazıçı-jurnalist Vahid Aslandır. “Müəllim sözü” qəzetinin əsas məramı və fəaliyyət istiqaməti ziyalıların və ziyalılığın təbliğidir. Qəzet həmçinin Azərbaycan müəllimi üçün sərbəst tribuna funksiyasını daşıyır. Eyni zamanda təhsil sahəsindəki problemlərə və qazanılan uğurlara geniş yer verilir. Vaxtaşırı “Müəllim sözü” qəzetinin səhifələrində dünya təhsilində baş verən yeniliklərə xüsusi yer ayrılır. Qəzetin uğurlu fəaliyyətinə daim mənəvi dəstək vermək üçün qəzetin redaksiya şurasında ölkənin ən tanınmış ziyalıları yer almışlar.
Ramiz Bağırov (müəllim)
Bağırov Ramiz Məmməd Tağı oğlu —müəllim. == Həyatı == Ramiz Bağırov opera müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti Məmməd Tağı Bağırovun ailəsində 1929–cu ildə dünyaya göz açıb. Asəf Zeynallı adına Musiqi Texnikumunda, sonra isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında vokal ixtisası üzrə təhsil alıb. 1947-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının “Mahnı və rəqs” ansamblında çalışmağa başlayıb. O, 1957-ci ildən Azərbaycan Dövlət Radio və Televiziya komitəsi xorunun solisti olub,eyni zamanda Bakı Kitabxanaçılıq Texnikumunda müəllimlik edib, 1971-ci ildən isə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda əvvəlcə müəllim, sonralar isə vokal ixtisası üzrə şöbə müdiri vəzifəsində çalışıb. Ramiz Bağırov bir neçə metodik işləmələrin, o cümlədən “Azərbaycan vokalistlərinin məcmuəsi” adlı elmi-nəzəri metodik əsərin müəllifi olub. 1973-cü ildə bəstəkar Hazim Əliverdibəyov tərəfindən yazılmış “Cırtdan” uşaq nağıl operasının liberetto müəllifi də R.M.Bağırov olub.Peşəkar sənətkar, tələbkar müəllim, həssas insan olan R.M.Bağırovun bir çox vokalistin yetişməsində böyük rolu olub. Onun “əruz” vəznində gözəl şeir oxuması qabiliyyətini nəzərə alaraq görkəmli kinorejissor Şahmar Ələkbərov 1991-ci ildə çəkdiyi “Qəzəlxan” filmində yaddaqalan obrazlardan biri olan Mirzənin rolunu məhz Ramiz Bağırova həvalə edilmişdir. Filmdə qəzəlxan Əliağa İsgəndərova “Vahid” ləqəbini verən bir tarixi şəxsiyyətin rolunun ifaçısı olmuş, həm də bu rolu özü səsləndirmişdir. Eləcə də rejissor Ağarza Quliyevin 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun “Ulduz” operettası əsasında çəkdiyi eyniadlı bədii filmində Ramiz Bağırov aparıcı rollardan biri olan Gülümsərov obrazının (Bəşir Səfəroğlu) bütün mahnılarını səsləndirib.
Yusif Qazıyev (müəllim)
Yusif Qazıyev (2 fevral 1934, Arçut, Böyük Qarakilsə rayonu) — Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Pedaqogika üzrə elmlər doktoru == Həyatı == Yusif Xıdır oğlu Qazıyev 2 fevral 1934-ci ildə Qərbi Azərbaycanin Quqark (Böyük Qarakilsə) rayonunun Arçut kəndində anadan olmuşdur. O, 1949-cu ildə natamam orta məktəbi, 1953-cü ildə Gürcüstan SSR-nin (Gürcüstan Respublikası) Marneuli (Sarvan) pedaqoji məktəbini, 1957-ci ildə Azərbaycan Dillər universitetini bitirmiş, 1971-1975 ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitununun (Azərbaycan Təhsil Problemləri İnstitutu) dissertantı və 2010-2015 ci illərdə müstəqil tədqiqatçı kimi ADPU-nun doktorantı olmuşdur. Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Pedaqogika üzrə elmlər doktoru,"Qızıl qələm" lauretaı, və əmək veteranıdır. Yusif müəllim bir çox əsər və kitabların müəllifidir.Onun özü və keçmiş ata-babaları digər həmyerliləri kimi bir əsrdə 5 dəfə soyqırıma və deportasiyaya (1905-1907, 1918-1920, 1937-1941, 1948-1953, 1988-1991 ci illərdə) məruz qalmış, hər dəfəfə mənəvi, fiziki əzab və itkilərə düçar olmuşlar. Ana dili ilə yanaşı Türk, Rus və Alman dillərini də bilir. Ailəlidir 2 oğlu, 5 nəvəsi var. == Mənbə == "Şərəfli müəllim ömrü yaşayan insan". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010.
“Müəllim sözü” qəzeti
"Müəllim sözü" (qəzet) — ziyalıları və ziyalılığı təbliğ edən qəzet. == Haqqında == “Müəllim sözü” qəzeti 2010-cu ilin oktyabr ayında təsis olunub. Qəzetin ilk sayı 2011-ci ilin mart ayında işıq üzü görüb. Qəzet səkkiz səhifədən ibarətdir və ayda bir dəfə nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru yazıçı-jurnalist Vahid Aslandır. “Müəllim sözü” qəzetinin əsas məramı və fəaliyyət istiqaməti ziyalıların və ziyalılığın təbliğidir. Qəzet həmçinin Azərbaycan müəllimi üçün sərbəst tribuna funksiyasını daşıyır. Eyni zamanda təhsil sahəsindəki problemlərə və qazanılan uğurlara geniş yer verilir. Vaxtaşırı “Müəllim sözü” qəzetinin səhifələrində dünya təhsilində baş verən yeniliklərə xüsusi yer ayrılır. Qəzetin uğurlu fəaliyyətinə daim mənəvi dəstək vermək üçün qəzetin redaksiya şurasında ölkənin ən tanınmış ziyalıları yer almışlar.
Bizim Cəbiş müəllim
Bizim Cəbiş müəllim tammetrajlı bədii filmi rejissor Həsən Seyidbəyli tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Əsas rolları Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Ziya Seyidbəyli, Nəsibə Zeynalova, Əliağa Ağayev və Aqil Ağacanov ifa edirlər. 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının diplomu verilmişdir. == Məzmun == Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır. == Film haqqında == Film Maqsud İbrahimbəyovun "Müharibənin 1001 gecəsi" ssenarisi əsasında çəkilib. Filmin çəkildiyi əsas məhəllə Bakının mərkəzində yerləşən məşhur “Səadət” sarayının yanındadır. Filmdə təsvir olunan məktəb Bayıldakı məktəblərdən biri idi.
Azərbaycan Respublikasının əməkdar müəllimi
Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adı — təhsil sahəsində xüsusi xidmətlərinə görə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə və tərbiyəçilərinə, ümumi təhsil, ilk-peşə ixtisas təhsili və orta ixtisas təhsili müəssisələrinin müəllimlərinə və tərbiyəçilərinə və təhsil sisteminin digər işçilərinə bu sahədə azı iyirmi il işlədikdə verilir.
Azərbaycan müəllimi (film, 2014)
Danabaş kəndinin müəllimi (komediya)
Danabaş kəndinin müəllimi və ya Danabaş kəndinin məktəbi — Cəlil Məmmədquluzadənin 4 məclisli komediyası. 1921-ci ildə ilk variantda əsərin adı “Danabaş kəndinin müəllimi” olmuşdur. C.Məmmədquluzadə əsəri bu adla 1923-cü ildə Azərbaycan Dövlət Dram Teatrına təqdim etmişdir. Əsərin teatra təqdim edilən əlyazmasında Cəfər Cabbarlıya məxsus qeydlər vardır. Sonralar da bu ad unudulmamış, əsər “Danabaş kəndinin məktəbi” adı ilə çap olunmuş və həmin adla tamaşaya qoyulmuşdur. “Maarif və mədəniyyət” jurnalında “Danabaş kəndinin müəllimi” pyesinin "AzDram" Teatrının repertuarına daxil edilməsi haqqında xəbər vardır (1923, №1). Sonradan pyes "Danabaş kəndinin məktəbi" ası ilə çap edilir və tamaşaya qoyulur. Müstəqillik illərində ilk dəfə 2004-cü il nəşrində əsərin “Danabaş kəndinin müəllimi” əsil adı bərpa edilir. == Süjet == Pyesdə XIX əsrin axırlarında Azərbaycan həyatının ictimai mədəni mənzərəsini əks etdirən hadisələr təsvir olunur. Burada sənətkarın adi məişət hadisələrində böyük ictimai problemləri əks etdirmək istedadı aydın nəzərə çarpır.
Musiqi müəllimi (film, 1983)
== Məzmun == Uzaq dağ kəndinə işləməyə gəlmiş gənc musiqi müəllimi (Sərxan Sərxan) ilk gündən uşaqlarla çox asanlıqla dil tapır və onları inandırır ki, həyatda hər kəsin öz fərdi xarakterinə, mənliyinə uyğun musiqisi var. Sonra təmiz gülüşlə müşayiət olunan şux hadisələr filmdə bir-birini əvəz edir. Uşaq filmində musiqinin ecazkar gücündən, insan mənəviyyatının kamilləşməsindəki rolundan, onun etik və estetik təsirindən söhbət açılır. == Film haqqında == Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Bu film əslində 3 seriyadan ibarət olaraq "Bizim küçənin oğlanları" filmindəki personajlardan birinin sonrakı həyatı üzərinə qurulmalı idi. Film 1 — ci kateqoriyaya layiq görülmüşdür. == Səhvlər == Montaj səhvi: Musiqi müəllimi sinifdə dərs deyərkən Sevil əlində tar ayaq üstədir. Bir kadr sonra biz onu tarsız və parta arxasında oturan görürük. Növbəti kadrda isə onun əlində yenidən tar peyda olur və ayaq üstədir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Radi Kuşneroviç, Tofiq İsmayılov Quruluşçu rejissor: Tofiq İsmayılov Quruluşçu operator: Ələsgər Ələkbərov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Marat İsgəndərov Rejissor: Yusif Əlizadə Montaj edən: Tahirə Babayeva Geyim rəssamı: Fikrət Ələkbərov, Abdulla Əmiraslanov Qrim rəssamı: A. Rzazadə İşıq ustası: N. Daşdəmirov Rejissor assistenti: A. Əliyev, V. Nəbiyev, Səadət Məmmədova (S. Məmmədova kimi), T. Mustafayev Operator assistenti: R. Quliyev, T. Əlizadə Məsləhətçi: Elmira Qafarova (filologiya elmləri namizədi) Redaktor: Çingiz Qaryağdı Musiqi redaktoru: Mobil Babayev Mahnıların mətni: Onegin Hacıqasımov Mahnı ifa edən: Sərxan Sərxan Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri və "Melodiya" Firmasının İnstrumental Ansamblı Dirijor: V. Jemçujnı, Boris Frumkin İnzibatçı: Məzahir Əliyev, Nəmxuda Usubəliyev, R. Hüseynov Filmin direktoru: Arif Səfərov === Rollarda === Sərxan Sərxan — Musiqi müəllimi Emil Paşayev — Emil Cəmilə Muradasilova — Sevil Ülvi Qasımov — Teymur Bəxtiyar Sarıyev — Tofiq III Cavid Əliyev — Tofiq I Natiq Abdullayev — Tofiq II Samirə Kərimova — Züleyxa Həsən Məmmədov — Raykom partiyasının katibi İlham Namiq Kamal — Rayon komsomol komitəsinin katibi Səyavuş Aslan — Məktəb direktoru Valeh Mamedoviç Həmidə Ömərova — Şəfiqə Rafiq Kərimov — Emilin atası Ağasadıq Gəraybəyli — Hamamçı Sadıq Hüseynov — Baba Yaşar Nuri — Bəşir Kamil Məhərrəmov — Əli Sofa Bəsirzadə — Kimya müəlliməsi Əliağa Ağayev — İclas iştirakçısı N. Yəhyayeva Amaliya Pənahova — Riyaziyyat müəlliməsi L. Vahabova Əzizağa Qasımov — Coğrafiya müəllimi E. Verdiyev Əminə Yusifqızı — Xidmətçi A. Ağayeva M. Qanbay Kamran Cəlalov Q. Zeynalova N. Ömərova Y. Ağayev Z. İbrahimov K. İsmayılov Əfrasiyab Məmmədov — Bədən tərbiyəsi müəllimi L. Qulubəyova Q. Cavadova Əhməd Əhmədov — Kəndli A. Əliyev — Müəllim Ramiz Əzizbəyli — İclas iştirakçısı Rəfael Dadaşov Naibə Şirinova — Rəqqasə (titrlərdə yoxdur) == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
"Ən yaxşı müəllim" müsabiqəsi
Bizim Cəbiş Müəllim (1969)
Bizim Cəbiş müəllim tammetrajlı bədii filmi rejissor Həsən Seyidbəyli tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Əsas rolları Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Ziya Seyidbəyli, Nəsibə Zeynalova, Əliağa Ağayev və Aqil Ağacanov ifa edirlər. 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının diplomu verilmişdir. == Məzmun == Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır. == Film haqqında == Film Maqsud İbrahimbəyovun "Müharibənin 1001 gecəsi" ssenarisi əsasında çəkilib. Filmin çəkildiyi əsas məhəllə Bakının mərkəzində yerləşən məşhur “Səadət” sarayının yanındadır. Filmdə təsvir olunan məktəb Bayıldakı məktəblərdən biri idi.
Müəllif
Müəllif (lat. auctor) — yaradıcılığı nəticəsində əsər yaranan fiziki şəxs . İstedad, ağıl və zəhməti ilə əsər yaradan şəxs və ya şəxslər qrupu. Müəllif müəssisə və ya təşkilat da ola bilər, bu halda materiallar həmin təşkilatın adından dərc edilir. == Tarixi == Müəlliflik hüququ və ondan irəli gələrək müəllif anlayışı Avropada XIX əsrdə özünə tərəfdarlar tapmağa başladı. Almaniya İmperatorun 11 iyun 1870-ci il tarixli fərmanı ilə müəlliflik hüququna Urheberrecht adı verildi. Rusiyada XX əsrin əvvəlində müəlliflik hüququ dedikdə ədəbi yaradıcllıq nəzərdə tutulurdu. XX əsrdə bu anlayış daha geniş başa düşülərək intellektual mülkiyyət anlayışına çevrildi.
Müsəllim Həsənov
Müsəllim Qaman oğlu Həsənov (22 dekabr 1958, Şiştəpə, Şamxor rayonu) — jurnalist, ssenarist, kino redaktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2018).[mənbə göstərin] == Həyatı == Müsəllim Həsənov 1958-ci il dekabrın 22-də Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1985-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1985–1989-cu illərdə Azərnəşrdə çalışıb, 1989–1992-ci illərdə "Yeni Fikir" qəzeti redaksiyasında şöbə müdiri, redaktor müavini işləyib. 1992-ci ildən 1996-cı ilin sonuna qədər "Müstəqil qəzet"də çalışıb. 1997-ci ilin yanvarından noyabr ayına qədər "Panorama" qəzetində şöbə müdiri, 1997-ci ilin noyabrından 2000-ci ilin aprelinə qədər Azərbaycan Respublikası Prokurorluğunda mətbuat xidmətinin rəhbəri olub. 2002–2008-ci illərdə "Media-Holdinq" şirkətində çalışlb, "Bizim Əsr" qəzetində şöbə müdiri, "Lider" televiziyasında redaktor vəzifələrində işləyib. "Lider" televiziyasında nümayiş olunan bir sıra sənədli filmlərin ssenari müəllifi və redaktoru olub. 2010-cu ilin yanvarından İctimai Televiziyanın "Carçı-Film" Yaradıcılıq Birliyində redaktor və böyük redaktor vəzifələrində çalışıb. İctimai TV-də nümayiş olunmuş "Daşdan tikilmiş şəhər", "Amerika və amerikalılar", "Mübariz" (Milli Qəhrəman Mübariz İbrahimov haqqında) filmlərinin ssenari müəllifidir. İctimai televiziyada nümayiş olunan "Bakı vaxtı" sənədli filmlər silsiləsinin müəllifi və aparıcısı olub.
Mütəllim Abbasov
Mütəllim Məhərrəm oğlu Abbasov - Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Reaktiv və dizel yanacaqları" laboratoriyasının baş elmi işçisi, Pedaqoji elmlər doktoru, kimya elmləri doktoru., == Həyatı == Mütəllim Abbasov 1957-ci il 20 oktyabrda Tər-Tər rayonu Cəmilli kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1975-ci ildə Cəmilli kənd orta məktəbini bitirmişdir. 1975-1977-ci illərdə Tər-Tər rayonunda “Özbəkistan” kolxozunda çalışmşdır. 1977-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna (indiki Tusi adına Azərbaycan Pedaqoji Universiteti) kimya-biologiya fakultəsinə daxil olmuş, 1982-ci ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. 1982-1985-ci ilərdə Tər-Tər rayonu Cəmilli kənd orta məktəbində müəllim işləmişdir. 1985-ci ildə AMEA Qeyri-üzvi və Fiziki-Kimya İnstitutuna (indiki Kataliz və Qeyri-Üzvi Kimya Institutuna) aspiranturaya daxil olmuşdur. 1988-ci ildə “Ga, İn//O, S üçlü sistemlərinin fiziki-kimyəvi xassələrinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1985-1998-ci illərdə həmin institutda müxtəlif vəzifələrdə çalışmışdır. 1998-ci ildən hal-hazıradək AMEA-nın Neft Kimya Prosesləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışır.
Mütəllim Dəmirov
Dəmirov Mütəllim Rəsul oğlu (28 dekabr 1970, Bakı şəhəri)— xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti. == Həyatı == Mütəllim Dəmirov 28 dekabr 1970-ci ildə Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində anadan olub. 1978 - ci ildə Binəqədi rayon Biləcəri qəsəbəsində 5 saylı orta məktəbin 1-ci sinifinə daxil olub. 3-cü sinifdən 10-cu sinifə qədər tam orta təhsilini Qobustan rayon A.O.Çernayayevski adına orta məktəbdə davam etdirib. 1988-cı ildə bu məktəbi bitirib. 1989 - 1991 cı ildə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Musiqi Kollecində Xanəndəlik ixtisası üzrə təhsil alıb. Bakalavr təhsilini 2002-2006-cı illərdə Azərbaycan Milli Konservatoriyasında alıb. 1995-ci ildə Asəf Zeynallı adına musiqi kollecində Nərman Əliyevin sinfində fərdi xanəndəlik sənətinin sirrlərin öyrənib. 1995-ci ildə “Füzuli 500” Respublika xanəndələr müsaqibəsinin 2 dərəcəli mükafatına layiq görülüb.
Mütəllim Həsənov
Mütəllim Həsənov (Həsənov Mütəllim Saleh oğlu; 25 fevral 1955. Məmmədbəyli, Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həsən bəy Zərdabi" mükafatı laureatı, Ali kateqoriyalı müəllim. == Həyatı == Mütəllim Həsənov 25 fevral 1955-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 1961–1972-ci illərdə N. Piriyev adına Məmmədbəyli kənd orta məktəbində oxumuşdur. 1972–1976-cı illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) dil-ədəbiyyat fakültəsində ali təhsil almışdır. 1976–1993-cü illərdə N. Piriyev adına Məmmədbəyli kənd orta məktəbində ədəbiyyat müəllimi işləmişdir. 30 oktyabr 1993-cü ildə Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra Bakı şəhərində məskunlaşmışdır. 1993-cü ildən hal-hazıra qədər Zəngilan rayonu 20 saylı orta məktəbində müəllim işləyir. Məktəb Həmkarlar Təşkilatının sədri kimi ictimai vəzifəni daşıyır. Ali kateqoriyalı müəllimdir.
Mütəllim Mütəllimov
Mütəllim Kəblə oğlu Mütəllimov (1909, Ağcabədi, Şuşa qəzası – 1981, Bakı) — Azərbaycanlı xanəndə. == Həyatı == Mütəllim Mütəllimov 1909-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur. Qarabağ muğam məktəbinin nümayəndəsi. 1930-cu ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çıxış edib. O, repertuar seçiminə diqqətlə yanaşmış, öz səsinə uyğun muğam və təsnifləri oxumuşdur. 1930 illərdən M.Mütəllimov Bakıda ADF-nin solisti olmuş, geniş konsert fəaliyyəti ilə məşğul olmuşdur. M. Mütəllimovun repertuarında «Çahargah», «Orta Mahur», «Bayatı-Şiraz», «Mirzə Hüseyn Segahı», «Şur» muğam-dəstgahları xüsusi yer tuturdu. O, mahir təsnif ifaçısı kimi də tanınmışdı, çox zaman təsnifləri silsilə şəklində yəni, ardıcıl olaraq «Rast» və ya «Segah» təsniflərini ifa edirdi. Muğamlara o, özünəməxsus həssaslıqla yanaşmışdır. Belə ki, «Segah» muğamının variantları onun ifasında incə lirizmi ilə, «Çahargah» və «Orta Mahur» muğamları döyüş ruhu ilə yadda qalmışdır.
Ssenari müəllifi
Ssenari müəllifi və ya ssenarist — hər uzunluqda, izlənilə bilən film üçün, özünün meydana gətirdiyi, ya da var olan qaynaqları vizual dilə çevirərək, müəyyən bir sistem içində vizual izahat meydana gətirərək mətnlər (ssenari) yazan şəxsə deyilir.
Müəllimlər (serial)
Müəllimlər (ing. Teachers) — Tim Loan tərəfindən yaradılmış Britaniya komediya-dram serialı. 2001–2004-cü illərdə Channel 4 telekanalında yayımlanmışdır. Serial orta məktəb müəllimlərinin günlük həyatından bəhs edir.
Müseylimə
Əbu Sumamə Məsləmə ibn Həbib əl-Hənəfi, daha çox Müseylimə əl-Qəza kimi tanınır (ərəb. مسيلمة الكذاب‎) — İslam ənənəsinə görə Ərəbistanın "yalançı peyğəmbərlərindən" (mütanabbi) biri. == Bioqrafiyası == Müseylimə Şərqi Ərəbistanın əkinçilik bölgəsi olan Yamamada yaşayan Bənu Hənifə qəbiləsindən idi. Müseylimə Məhəmməd peyğəmbərə həsəd apararaq özünü Rəhman (Rəhmanizm) məbudunun peyğəmbəri və elçisi elan etmiş, onun adından trans halında danışmış və ərəbləri onu tanımağa çağırmışdır. O, fəaliyyətinə Məhəmməd peyğəmbərin sağlığında başlamış, hətta bir dəfə Məhəmmədə cəsarətli məktub yazaraq onu peyğəmbər kimi tanımağa və Ərəbistan yarımadasında onunla təsir dairələrini bölüşməyə çağırmışdır. Müseylimə şərab içməyi və birdən çox oğlan dünyaya gətirməyi qadağan edir və ardıcıllarından gündə üç vaxt namaz qılmasını tələb edirdi. Təxminən 620-ci ildə Müseylimə, İslamı qəbul edən kral Sumama ibn Usala qarşı çıxdıqdan sonra, əsas Yamama şəhərinin sakinləri tərəfindən siyasi lider olaraq çağırılır. Məhəmməd peyğəmbərin vəfatından sonra Müseylimə və tərəfdarlarının fəaliyyəti artır. Onlar gənc İslam dövləti üçün ciddi təhlükə yaratmağa başlayır. Təxminən 630-cu ildə Yamamada daxili mübarizə güclənir, Müseylimə tərəfdarları ilə yeni gələn müsəlmanlar arasında toqquşmalar baş verir və zadəganların bir hissəsi ona fəal şəkildə qarşı çıxır.