Gənc müəllim (qəzet)

"Gənc müəllim" qəzetiAzərbaycan Dövlət Pedaqoji Universitetinin mətbu orqanı.

Gənc Müəllim
Format A3, çap və elektron formada yayımlanır
Təsisçi Azərbaycan Dövlət Pedaqoji Universiteti
Baş redaktor Cəfər Cəfərov
Redaktor Cavid Hüseynov, Taleh Mirzəyev, Elvin Vahidov (dizayner)
Yaranma tarixi 1 fevral 1958
Dil Azərbaycan dili
Qiymət pulsuz
Səhifə 8
Ünvan Bakı
Tiraj 500
adpu.edu.az/az/

Tarixi[redaktə | mənbəni redaktə et]

1 fevral 1958-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində nəşr olunur. 2006-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mətbuat və informasiya şöbəsinin tərkibində fəaliyyət göstərir.[1] 2007-ci ildən redaksiyanın nəzdində "Gənc qələmlər" Yaradıcılıq Birliyi yaradılmışdır ki, bu birlikdə universitetin istedadlı gənc yazarları toplamışdır[1].

Qəzet 2010-cu ilin aprel ayından Azərbaycan Mətbuat Şurasının üzvüdür[2]. 2021-ci ilin yanvar ayından etibarən “Gənc Müəllim” qəzeti yeni üslub və dizaynda rəngli formada çap və elektron qaydada dərc edilməyə başlanılıb. Yenilənmiş “Gənc Müəllim” istedadlı tələbələrin yazıları, Vətən müharibəsi Şəhidləri, ADPU-nun məşhur məzunları haqqında silsilə maraqlı rublikalar təqdim etməklə yanaşı innovativ qəzetçiliyi də tətbiq edir. Belə ki, 2021-ci ilin fevral sayından başlayaraq xəbərlərdə QR kod texnologiyası ilə lazımi məlumatlara – mətn, foto və videofayllara hiperistinadın verilməsi təmin edilir.

Məqsədi[redaktə | mənbəni redaktə et]

Qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətini işıqlandırmaqdır.

Əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Nəşri dövründə "Gənc müəllim" qəzeti pedaqoji kadr hazırlığı işində bilavasitə xidmətlər göstərmiş və tələbələrin elmi-mədəni səviyyəsinin yüksəlməsi məqsədilə bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olunmuşdur.

Redaktorları[redaktə | mənbəni redaktə et]

Qəzetin elektron variantları[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mətbuat və infomasiya şöbəsi. Arxivləşdirilib 2012-04-23 at the Wayback Machine  (az.)
  2. Sevda Zahidqızı. "Gənc müəllim"lə tanış olun.[ölü keçid] "Həftə içi" qəzeti.  (az.)
  3. Azərbaycan Dövlət Pedaqoji Universiteti (1921-2006). Bakı, "Nurlan", 2006, 312 səh. - səh. 300
  4. Yusif Məmmədov. Azərbaycan Dövlət Pedaqoji Universiteti - 90. Bakı, "Təhsil", 2012, 432 səh. - səh. 397-399
  5. https://drive.google.com/file/d/1K_7NO94OuJM4bc5a82npm1cc3U6lD6OK/view?usp=drivesdk
  6. https://drive.google.com/file/d/1y3FWnqn9dzCd5ZlGIQJ75pg-lkVCY8Pp/view?usp=drivesdk
  7. https://drive.google.com/file/d/170SFcIR8ywK3_47-gXjGihWg_XSRLOOb/view?usp=drivesdk