“Müəllim sözü” qəzeti

"Müəllim sözü" (qəzet) — ziyalıları və ziyalılığı təbliğ edən qəzet.

"Müəllim sözü" (qəzet)
Baş redaktor Vahid Aslan[1]
Yaranma tarixi 2010 oktyabr
Səhifə 8
Tiraj (2011 mart tarixinə görə)

“Müəllim sözü” qəzeti 2010-cu ilin oktyabr ayında təsis olunub.

Qəzetin ilk sayı 2011-ci ilin mart ayında işıq üzü görüb. Qəzet səkkiz səhifədən ibarətdir və ayda bir dəfə nəşr olunur.

Qəzetin təsisçisi və baş redaktoru yazıçı-jurnalist Vahid Aslandır.[2]

“Müəllim sözü” qəzetinin əsas məramı və fəaliyyət istiqaməti ziyalıların və ziyalılığın təbliğidir. Qəzet həmçinin Azərbaycan müəllimi üçün sərbəst tribuna funksiyasını daşıyır. Eyni zamanda təhsil sahəsindəki problemlərə və qazanılan uğurlara geniş yer verilir. Vaxtaşırı “Müəllim sözü” qəzetinin səhifələrində dünya təhsilində baş verən yeniliklərə xüsusi yer ayrılır.

Qəzetin uğurlu fəaliyyətinə daim mənəvi dəstək vermək üçün qəzetin redaksiya şurasında ölkənin ən tanınmış ziyalıları yer almışlar.

“Müəllim sözü” qəzetinin 2017-ci ilin fevral ayında dərc edilən “Ziyalı” adlı “Xüsusi buraxılış”ı tanınmış şair İlyas Tapdığa həsr edilmişdir.[3] Hər ilin sonunda qəzetin yaradıcı kollektivi və redaksiya surası üzvlərinin iştirakı ilə yekun hesabat yığıncağı keçirilir və qəzetin illik fəaliyyəti müzakirə olunur.[4]

Redaksiya şurasının təklifi ilə “Müəllim sözü” qəzetinin 2012-ci ilin dekabrında “Ziyalı” xüsusi buraxılışı və “Ziyalı” fəxri-media diplomu təsis edilmişdir. İndiyədək “Ziyalı” fəxri-media diplomuna bir şox tanınmış ziyalılar layiq görülmüşlər.

“Ziyalı” fəxri-media diplomu alanlar

[redaktə | mənbəni redaktə et]

Redakasiya şurası

[redaktə | mənbəni redaktə et]
  1. "AQRA Elmin İnkişafına Dəstək İctimai Birliyi". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.
  2. Baş redaktor[ölü keçid]
  3. 1 2 ""Xüsusi buraxılış"". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.
  4. "Müəllim sözü qəzeti". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.
  5. ""Ziyalı" fəxri-media diplomu". 2019-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.