Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mahirə Abbasova
Mahirə Abdulla
Mahirə Abdulla — yazıçı, rəssam, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Rəssamlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, psixologiya üzrə fəlsəfə doktoru. == Həyatı == Mahirə Abdulla Qubadlı rayonunun Əliyanlı (indiki Başarat) kəndində anadan olmuşdur. Mahirə Abdulla Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. On yeddi yaşında "Kimyaçı" qəzetində əmək fəaliyyətinə başlamışdır. "Kimyaçı" qəzetinin redaktoru, "Yazıçı" nəşriyyatının poeziya şöbəsinin böyük redaktoru, Respublika “Kitab evi”nin direktoru, "Azərkitab" Respublika Kitab Ticarəti Birliyi birləşmiş həmkarlar komitəsinin azad sədrı vəzifələrində çalışmışdır. 1980-1982-cı illərdə Sumqayıt şəhər Sovetinin deputatı olmuşdur. Dünya Azərbaycanlıları Konqresinin Təbliğat şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu İdarə heyətinin üzvüdür. Hazırda Azərbaycan Yazıçılar Birliyində nəsr üzrə məsləhətçi işləyir. AYB üzvlüyünə qəbul üzrə ekspert qrupunun sədridir.
Mahirə Hüseynova
Mahirə Nağı qızı Hüseynova (təxəllüsü Mahirə Nağıqızı; 4 noyabr 1960, Sust) — azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, tanınmış şairə. ADPU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri (2015-2018), ADPU-nun Filologiya fakültəsinin dekanı (2018-2021), ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru (2021-ci ilin aprelindən) == Həyatı == Mahirə Hüseynova 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sust kəndində anadan olub. Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçmüş, o da 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olmuş, 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1984-cü ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını 2012-ci ilin yanvarında uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Mahirə Nağıqızı
Mahirə Nağı qızı Hüseynova (təxəllüsü Mahirə Nağıqızı; 4 noyabr 1960, Sust) — azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, tanınmış şairə. ADPU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri (2015-2018), ADPU-nun Filologiya fakültəsinin dekanı (2018-2021), ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru (2021-ci ilin aprelindən) == Həyatı == Mahirə Hüseynova 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sust kəndində anadan olub. Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçmüş, o da 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olmuş, 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1984-cü ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını 2012-ci ilin yanvarında uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Mahirə Quliyeva
Mahirə Quliyeva — Filologiya elmləri doktoru == Həyatı == Quliyeva Mahirə Həmid qızı 1950-ci ildə may ayının 13-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Mahirə Quliyeva 1972-ci ildə BDU-nun “Şərqşünaslıq” fakültəsinin ərəb filologiyası bölməsini bitirmiş, 1973-cü ildən AMEA-nın Əlyazmalar İnstitutunda əmək fəaliyyətinə başlamış, 1984-cü ildə tanınmış şərqşünas, folologiya elmləri doktoru, professor Rüstəm Əliyev in rəhbərliyi ilə “Səkkakinin Miftəhül-ülum” (“Elmlərin açarı”) əsərində ərəb ədəbiyyatının nəzəri məsələləri” adlı namizədlik dissertasiyası, 2001-ci ildə isə “Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Hazırda öz elmi fəaliyyətini AMEA-nın Nizami adına Ədəbiyyat institutunun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsində davam etdirir və həmin şöbənin nəzdindəki “Füzulişünaslıq” sektoruna rəhbərlik edir. Onun elmi yaradıcılığı Azərbaycan filologiyasında indiyədək ilkin qaynaqlar əsasında öyrənilməmiş Şərq poetikası və üslubiyyat nəzəriyyəsinin mühüm qaynağı sayılan bəlağətin əsaslarının tədqiqinə yönəlib. M.H.Quliyevanın 120-dən artıq elmi məqaləsi çap edilmişdir. Müəllif Bakı, Moskva, Strasburq, Türkiyə, Misir, Polşa, Pyatiqorsk və İranda keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmiş, 12 ildən artıq elmi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. == Məqalələri == "Klassik ədəbiyyatda Quran üslubu (Allahın ad və sifətlərinə işarə)".Bakı-2001 "Azərbaycan ədəbiyyatşünaslığının nəzəri problemlərinə yeni baxış". "Səda". Bakı-2006 "Quran bəlağətinin ümumi özəllikləri". "Nikmət"N18., 2011 "Quran söz möcüzəsi kimi".Bakı-Nurlan-2011 "Aşıq Ələsgər yaradıcılığında merac"."Nikmət"Elmi araşdırmalar toplusu19.İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət mərkəzi.2012 "Klassik Şərq ədəbiyyatşünaslığının terminologiyası".Elmi konfrans.Bakı-2012 "Nizaminin "Sirlər xəzinəsi" və Quran üslubu".
Mahirə Yaqubova
Mahirə Mehdi qızı Yaqubova (4 dekabr 1954, Bakı) — azərbaycanlı aktrisa, pedaqoq, Azərbaycan Respublikasının əməkdar artisti (2002), Azərbaycan Respublikasının əməkdar müəllimi (2023). == Həyatı == Mahirə Yaqubova 1954-cü il dekabr ayının 4-də Bakıda anadan olmuşdur. Suraxanı rayonundakı 101 saylı orta məktəbdə oxuyub. Səkkizinci sinifdən sonra məktəbəqədər pedaqoji məktəbdə təhsil alıb. İlk dəfə səhnəyə də burada çıxıb. Əbdürrəhim bəy Haqverdiyevin "Bomba" novellası əsasında səhnələşdirilən tamaşada Feyzulla rolunu oynayıb (məktəbdə yalnız qızlar təhsil alırdı). 1974-cü ildə müvəffəqiyyətlə imtahan verərək M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub və buranı fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində Anarın "Adamın adamı" əsərində (quruluşçu rejissor Ədalət Ziyadxanov) At Balaxanım, Lope de Veqanın "Sevilya ulduzu" əsəri əsasında hazırlanan diplom tamaşasında isə Natella obrazlarını uğurla ifa edib. 1979-cu ildən bu günə kimi Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, son illər isə dosent vəzifəsində çalışır. Bir çox elmi məqalələrin, metodik göstərişlərin, dərsliklərlə bağlı proqramların müəllifidir.
Mahirə Əliyeva
Mahirə Əliyeva — (d.16 sentyabr 1936, Qubadlı rayonu, Azərbaycan SSR) Azərbaycan Dövlət Neft Akademiyasının fizika kafedrasının professoru. == Həyatı == Əliyeva Mahirə Xasay qızı 1936-cı ilin sentyabr ayının 16-da Qubadlı rayonun Qubadlı qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1958-ci ildə təhsilini başa vuraraq həmin ildən Azərbaycan EA-nın Fizika İnstitutunda işə başlamışdır. 1967-ci ildən isə "Yarımkeçiricilər fizikası" labaratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. == Fəaliyyəti == Azərbaycanda ilk dəfə A3B6 və A3B3C62 yarımkeçiricilərinin fotoelektrik, fotolüminessent, termostimullaşmış keçiricilik və s. xassələrini kompleks tədqiq etmiş və 1968-ci ildən "Yarımkeçiricilərdə qeyri-tarazlayıcı prosesslərin tədqiqi" qrupuna rəhbərlik etmişdir. 1991-ci ildə doktorluq elmi dərəcəsini müdafiə edərək, fizika elmləri doktoru adına layiq gorülmüşdür. Elə həmin ildən Azərbaycan Dövlət Neft Akademiyasının fizika kafedrasının professorudur. Onun 90-dan çox elmi məqaləsi çap olunmuş və 6 ixtiranın müəllifidir. Onun elmi məqalələri Amerika, İngiltərə, Fransa, Yaponiya və digər ölkələrdə dövrü mətbuatda çap edilmişdir.
Mahirə Cəfərova
Mahirə Cəfərova == Həyatı == Mahirə Cəfərova — Sumqayıt şəhərində anadan olub. Soltan Hacıbəyov adına orta ixtisas musiqi məktəbinin Fortepiano fakültəsində 1982–1986, Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasının Fortepiano şöbəsində (1986–1991), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Televiziya rejissorluğu fakültəsində (1991–1996) təhsil alıb.1998-ci ildə "Mir" Dövlətlərarası Teleradio şirkətində rejissor assistenti, rejissor işləyib. Burada işlədiyi illərdə "Фонд друзья культуры Азербайджана", "Талышский этнос", "Скальпель и перо", "11 эпитетов Расима Оджагова", "Писатель", Живой классик", "Лицо без грима", "Məhəbbət və musiqi", "Ceyhun musiqisi", "Güllər aləmində", "Mübariz" və s. sənədli filmlərin rejissoru olub. 2002–2004-cü illərdə "Lider" televiziyasında rejissor işləyib, "Bizim muzey" və "Caz time" verilişlərinin rejissoru olub. 2007–2015-ci illərdə AzTV-də musiqi redaksiyasında rejissor işləyib. 2015–2019-cu illərdə İctimai TV-də quruluşçu rejissor işləyib, "Caz saatı" və "Soundtrack" verilişlərinin müəllifi və rejissoru olub. Burada çəkilən "Ömrün rəngləri" (Tofiq Bakıxanov), "Nur adımdı işıq andım" (Paşa Qəlbinur) sənədli filmlərinin ssenari müəllifi və rejissorudur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub (2003–2012). Hazırda Azərbaycan televiziyasında çalışır və "Saundtrek" verilişinin həm müəllifi rejissorudur.
Qahirə
Qahirə (ərəb. القاهره‎) — Misir Ərəb Respublikasının paytaxtı. Afrikada ən böyük şəhərlərdən biri. Zəngin memarlıq, mədəniyyət nümunələri və təbiət mənzərələrinə malikdir. Əhalisi təxminən 7 milyon nəfərdir (2006). == Haqqında == Qahirə şəhəri Misirin iqtisadi, siyasi, inzibati mərkəzidir. Şimali Afrikanın və ümumilikdə Ərəb dünyasının ən böyük şəhəridir. == Yerləşdiyi ərazi == Afrika qitəsinin şimal-şərqində, Nil çayının sahilində yerləşir. == İstinadlar == == Xarici keçidlər == Cairo Arxivləşdirilib 2007-02-21 at the Wayback Machine.
Mahir
Mahir — Kişi adı. Mahir Hüseynov Mahir Hüseynov (əsgər) — Mahir Hüseynov (zooloq) — Mahir Hüseynov (çavuş) — Mahir Əliyev Mahir Əliyev (əsgər) — Vətən müharibəsi şəhidi Mahir Əliyev (professor) — Tibb üzrə elmlər doktoru. Mahir Quliyev Mahir Quliyev (dövlət xadimi) - Biləsuvar və Astara rayonlarının icra hakimiyyətlərinin sabiq başçısı. Mahir Quliyev (əsgər) - Aprel döyüşləri şəhidi.
Böyük Qahirə
Böyük Qahirə (arb: القاهرة الكبرى rom: əl-Qahirə əl-Kübra) - Misirin paytaxtı Qahirə şəhəri və ətrafını əhatə edən aqlomerasiya regionudur. Sahəsi 1,709 km² olan regionun əhalisi 2012-ci ilə görə 20 901 000 nəfərdir. Afrika, Orta Şərq və Ərəb dünyasının ən böyük aqlomerasiya regionu sayılır.
Qahirə konfransı
Qahirə konfransı — İkinci dünya müharibəsi dönəmində Asiyada baş verən hərbi əməliyyatlar haqqında və Yaponiyaya qarşı qərarlar qəbul etmək üçün Misirin paytaxtı Qahirə şəhərində 22-26 noyabr 1943-cü il tarixində keçirilmiş konfransdır. Görüş ABŞ prezidenti Franklin Ruzvelt, Böyük Britaniya baş naziri Vinston Çörçill və Çin Respublikasının prezidenti Çan Kayşi arasında olmuşdur. SSRİ rəhbəri İosif Stalin Yaponiya ilə gərginliyin ola biləcəyindən ehtiyatlanaraq bu konfransda iştirak etməmişdi ( 2 dövlət arasında 1941-ci ildə bağlanmış 5 illik Sovet-yapon bitərəflik paktına görə bu hadisə baş vermişdi və 1943-cü ildə SSRİ Yaponiya ilə müharibədə deyildi). Qahirə konfransı ABŞ-nin Misirdəki səfiri Aleksandr Kirkin iqamətgahında keçirilmişdi. 2 gün sonra İosif Stalin Franklin Ruzvelt və Vinston Çörçill ilə Tehran konfransında görüşdü. Qahirə bəyannaməsi, 27 noyabr 1943-cü ildə imzalandı və radio ilə 1 dekabr 1943-cü ildə elan edildi, müttəfiqlərin Yaponiyanın qeyd-şərtsiz təslim olmasına qədər müharibə edəcəkləri ərz olundu. Qahirə bəyannaməsinin əsas müddəaları bu idi ki, Yaponiya təcavüzkarlığının qarşısı alınmalıdır, Mancuriya, Formosa və Peskadores daxil olmaqla, bu ərazilər Çin Respublikasına qaytarılmalı idi. Yaponiya müstəmləkəçilik etdiyi ərazilərdən məhrum edilməli, Koreya azad və müstəqil dövlət olmalı idi.
Qahirə qülləsi
Qahirə qülləsi(ərəb. برج القاهرة‎, Borg Al-Qāhira) Misirin Qahirə şəhərində yerləşən konkret qüllə. Bu qüllə Misirdə və Şimali Afrikada 50 il ən yüksək quruluş olmuşdur.
Qahirə şəhəri
Qahirə (ərəb. القاهره‎) — Misir Ərəb Respublikasının paytaxtı. Afrikada ən böyük şəhərlərdən biri. Zəngin memarlıq, mədəniyyət nümunələri və təbiət mənzərələrinə malikdir. Əhalisi təxminən 7 milyon nəfərdir (2006). == Haqqında == Qahirə şəhəri Misirin iqtisadi, siyasi, inzibati mərkəzidir. Şimali Afrikanın və ümumilikdə Ərəb dünyasının ən böyük şəhəridir. == Yerləşdiyi ərazi == Afrika qitəsinin şimal-şərqində, Nil çayının sahilində yerləşir. == İstinadlar == == Xarici keçidlər == Cairo Arxivləşdirilib 2007-02-21 at the Wayback Machine.
Tahirə Allahyarova
Tahirə Allahyarova – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru. == Həyatı == Tahirə Bəkir qızı Allahyarova 5 aprel 1959-cu ildə Qəbələdə anadan olmuşdur. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1986-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olmuş,1993-cü ildə "Ekoloji mədəniyyət" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1998-ci ildə İnstitutun "Qloballaşma və sosial ekologiyanın fəlsəfi problemləri" şöbəsində elmi işçi, 2003-cü ildən böyük elmi işçi, 2005-ci ildən isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, Azərbaycan Memarlıq və İncəsənət Universitetində, 1999–2009-cu illərdə Bakı Dövlət Universitetinin Fəlsəfə və sosiologiya kafedrasında müəllim işləmişdir. Alim AMEA-nın Fəlsəfə, politologiya və sosiologiya elmləri üzrə Problem Şurasının üzvüdür. Tahirə Allahyarova Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Daxili siyasətin təhlili şöbəsinin müdiri vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Tahirə Allahyarova "Sosial sinergetika cəmiyyət haqqında elmlərin yeni metodoloji əsası kimi" mövzusunda doktorluq dissertasiyasını 2007-ci ildə müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır. Tahirə Allahyarovanın elmi tədqiqatı ən müasir elmi paradiqmanın – sinergetikanın cəmiyyətşünaslıq, sosial idrak sahəsində metodoloji potensialının aşkara çıxarılması, yeni sintez metodologiyanın – sosial sinergetikanın formalaşdırılması zərurətinin əsaslandırılmasına həsr olunmuşdur.
Tahirə Cəfərova
Tahirə Cəfərova (Cəfərova Tahirə Ənvər qızı; d. 1940. Bakı, Azərbaycan SSR, SSRİ) — Fin ədəbiyyatı tərcüməçisi, yazıçı == Həyatı == Cəfərova Tahirə Ənvər qızı 1940-cı il aprelin 19-da Bakıda anadan olub. 1957-ci ildə 124 nömrəli məktəbi qızıl medalla bitirib. Eyni dərəcədə həm riyazi, həm də ədəbi bacarığa malik olaraq və o zaman “fiziklər və liriklər haqqında” aparılan debatları nəzərə alaraq sənət seçimində fizikaya üstünlük verib - S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə qəbul olunub, 1962-ci ildə oranı “nəzəri fizika” ixtisası üzrə qırmızı diplomla bitirib. T.Cəfərova 1962-1964-cü illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fizika İnstitutunda kiçik elmi işçi işləyib. Sonra 1965-1968-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında yarımkeçiricilər kafedrasında professor V.L.Bonç-Bruyeviçin rəhbərliyi altında təhsil alıb, aspiranturanı qurtarandan Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda (EAFİ) işləyib. Həmin vaxt onun taleyində köklü dəyişiklik baş verib, o, sənətini dəyişmək qərarına gəlib, çünki ədəbiyyat və xarici dillər onu uşaq vaxtından cəlb edirdi. T.Cəfərova 1970-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsinin qiyabi bölməsinə, 1972-ci ildə isə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olunub. Bu iki ali məktəbdə sessiyalar müxtəlif vaxtda keçirildiyi üçün o, iki təhsil müəssisəsini asanlıqla qurtarıb.
Tahirə Həsənzadə
Tahirə Dadaş qızı Həsənzadə — Azərbaycan tarixçisi, mənbəşünas tədqiqatçı alim, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru. == Həyatı və elmi fəaliyyəti == Tahirə Dadaş qızı Həsənzadə 1942-ci ildə Bakının Ramana qəsəbəsində neftçi-mühəndis ailəsində anadan olmuşdur. O, 1965-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1969-cu ildən isə elmi fəaliyyətə başlamaqla həyatını Respublika Əlyazmaları Fondu, indiki AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə bağlamışdır. T. Həsənzadə elmi-tədqiqat müəssisəsinə gəlişinin ilk günündən bu zəngin xəzinədəki əlyazmalar, əski çap kitabları, tarixi-etnoqrafik sənədlər və əski əlifbada dərc olunmuş dövri mətbuatı, kitab və mətbuat tarixini araşdırmaqla Azərbaycan tarixşünaslıq elmi üçün böyük əhəmiyyət kəsb edən, indiyədək araşdırılmamış yazılı mənbələri öyrənməyə başlamışdır. O, uzun illər gərgin elmi fəaliyyətilə dörd monoqrafiya, üç tərcümə əsəri, bir kataloq və üç əski əlifbadan mətni taransfoneliterasiya edilmiş əsərin, 120-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. Tarixçi alim yazılı mənbələr üzərində uzunmüddətli gərgin əməyinin nəticəsi olaraq 1994-cü ildə Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Müdafiə Şurasında "Məhəmmədhəsən xan Etimadüssəltənənin ictimai-siyasi fəaliyyəti" mövzusunda namizədlik dissertasiyasını, 2012-ci ildə isə Bakı Dövlət Universiteti Tarix fakültəsi nəzdindəki Birdəfəlik Müdafiə Şurasında "XVIII-XIX əsrlər Əfşarlar və Qacarlar dövrünün görkəmli Azərbaycan türkləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. T. Həsənzadənin elmi araşdırmalarında Əfşarlar və Qacarlar hakimiyyəti dövrünün görkəmli ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin mənbələr əsasında işıqlandırılması başlıca yer tutur. O, tədqiqatlarında farsdilli mənbələrə müraciət etməklə Azərbaycan tarixini araşdırmaq baxımından, indiyədək az öyrənilmiş, hər iki sülalənin hakimiyyəti illərində türk əsilli dövlət xadimləri, sərkərdələr, diplomatlar və s. haqqında geniş məlumat verir. Həmin dövrlərə aid yazdığı "XVIII-XIX əsrlərdə İranda yaşamış azərbaycanlı ictimai-siyasi xadimlər" (2007) və "XVIII-XIX əsr Əfşarlar və Qacarlar dövrünün görkəmli Azərbaycan türkləri" (2014) monoqrafiyalarını iranlı alim Mehdi Bamdadın "Tarixi-ricali-İran" adlı beşcildlik əsəri əsasında qələmə almışdır.
Tahirə Kərimova
Tahirə Həzi qızı Kərimova (28 aprel 1935, Bakı – 11 aprel 2023, Bakı) — Azərbaycan professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Tahirə Kərimova 28 aprel 1935-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə daxil olub və 1960-cı ildə fizika fakültəsini fizika ixtisası üzrə bitirib. 1961–1965-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Energetika İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1965-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitunun aspiranturasına qəbul olub və 1970-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. Sonrakı illərdə kiçik elmi işçı vəzifələrində çalışıb. 1991-ci ildən "Yarımkeçiricilərin elektron spektraskopiyası" lobaratoriyasına rəhbərlik edib. T. H. Kərimova fizika-riyaziyyat elmlər namizədi (1970-ci il), fizika-riyaziyyat elmləri doktoru (1986-cı il), professor (2001-ci il). === Vəfatı === Tahirə Kərimova 11 aprel 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. == Əsas elmi istiqaməti == Əsas elmi istiqaməti yarımkeçirici birləşmələrin enerji spektrinin tədqiqidir.
Tahirə Məmməd
Tahirə Məmməd (Tahirə Qəşəm qızı Məmməd;27 iyun 1960, Vayxır, Naxçıvan rayonu) — filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri. == Həyatı == Tahirə Məmməd Naxçıvan MR-nın Babək rayonu Vayxır kəndində ziyalı ailəsində anadan olmuşdur. 1976-1980-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-ədəbiyyat fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə müəllim kimi başlamışdır. 1983-86-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspirantı olmuşdur. 1986-cı ildən Ədəbiyyat nəzəriyyəsi şöbəsində təyinatla gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlamış və həmin şöbədə müxtəlif elmi vəzifələr tutmaqla 2012-ci ildə seçki yolu ilə şöbə müdiri seçilmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Tahirə Məmməd 1989-cu ildə filologiya üzrə fəlsəfə doktoru, 2004-cü ildə filologiya üzrə elmlər doktoru dərəcəsi almışdır. Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2008-ci ildə dosent, 2011-ci ildə professor elmi adına layiq görülmüşdü. Fəlsəfə doktorluğu dissertasiyası "Cəfər Cabbarlı yaradıcılığının bədii metod təkamülü", elmlər doktorluğu dissertasiyası "XX əsr Azərbaycan dramaturgiyasının poetikası (Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlının dramaturgiyası əsasında)" mövzusundadır. Tahirə Məmməd Azərbaycanda Ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə ilk qadın elmlər doktorudur.
Tahirə Qürrətüleyn
Tahirə Qürrətüleyn (təq. 1817[…], Qəzvin, Qacar dövləti – 27 avqust 1852, Tehran, Qacar dövləti) — Azərbaycanlı şairə, babilər hərəkatının iştirakçısı. == Həyatı == Tahirə ("pak", "təmiz" deməkdir) Qürrətüleynin ("göz bəbəyi") əsl adı bəzi mənbələrə görə Zərrintac, bəzilərinə görə Fatimə, künyəsi Ümmü Səlimə olmuşdur. Qürrətüleyn 1818-ci ildə İranın Qəzvin şəhərində anadan olub, Hacı Molla Məhəmmədsaleh Bərəğaninin böyük qızıdır. Atası nüfuzlu müctəhid olub. "Qürrətüleyn" adının mənası iki cür yozulur: "Deyirlər ki, Fatimə təhsilini atasının və ailə üzvlərinin yanında alıb, çox zəkalı şagird olub. O, ədəbiyyat, üsul, kəlam elmlərini, islam mədəniyyətini yüksək səviyyədə mənimsəyib, ərəb və fars dillərində şeirlər yazıb. Bəlağətli və fəsahətli nitq qabiliyyətinə malik olub. Bu cəhətlərinə görə atası ona çox böyük ehtiram bəsləyib, ona "Qürrətüleyn", yəni "gözün nuru", "əziz övlad" deyə müraciət edib. == Fəaliyyəti == Seyid Əli Məhəmməd Babın başçılıq etdiyi Babilər hərəkatına qoşulmuş, Cənubi Azərbaycanda bu hərəkata başçılıq etmişdir.
Tahirə Tahirova
Tahirə Əkbər qızı Tahirova (7 noyabr 1913, Bayramalı – 26 oktyabr 1991, Bakı) — Azərbaycan diplomatı, dövlət xadimi, Azərbaycan SSR xarici işlər naziri (1959–1983), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1963–1968). == Həyatı == Tahirə Əkbər qızı Tahirova 1913-cü il noyabr ayının 7-də Rusiya imperiyasının Zakaspiysk vilayətinin (indiki Türkmənistan) Mərv qəzasında, Bayramalı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmiş və bununla da neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis olmuşdur. Türk, ingilis və rus dillərini bilirdi. 1983-cü ildə Tahirə Tahirova təqaüdə çıxmış, 1991-ci il oktyabrın 26-da vəfat etmiş və II Fəxri Xiyabanda dəfn edilmişdir. === Ailəsi === Tahirə Tahirova Şuşa şəhərinin məşhur əsilzadə ailələrindən olan Tahirovlar nəslindəndir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1936-cı ildən elmi işçi kimi başlamış, daha sonra 1940-cı ildə Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışdığı 1942-ci ildən etibarən II Dünya müharibəsi illərində cəbhənin fasiləsiz neft təchizatına cavabdeh idi. 1949-cu ildə isə partiya işindən Azərbaycan Sənaye İnstitutunun "Neft yataqlarının istismarı kafedrası"nda elmi-pedaqoji fəaliyyətinə qayıdaraq, 1953-cü ildə texniki elmlər namizədi dərəcəsini alır. 1959-cu ildə SSRİ XİN-in Diplomatik Akademiyasını bitirir.
Yeni Qahirə
Yeni Qahirə (arb: القاهرة الجديدة rom: əl-Qahirə əl-Cədidə) - Misirin Qahirə regionunda yerləşən şəhər. Şəhər, paytaxt Qahirənin cənub-şərqində, Maadidən 25 km məsafədə yerləşir və Böyük Qahirə aqlomerasiya regionunun bir hissəsidir. Şəhərin sahəsi 500 km², əhalisi isə 298,343 nəfərdir. Yeni Qahirə, Qahirənin şəhər mərkəzində tıxacları azaltmaq üçün Qahirədə və ətrafında qurulan yeni şəhərlərdən biridir. 2000-ci ildə prezidentin 191 nömrəli sərəncamı ilə qurulmuşdur.
Tahirə Hüseynova
Tahirə Hüseynova == Həyatı == Tahirə Hüseynova — Tahirə Bulud Qızı Hüseynova, 24 aprel 1953-cü il Bakı şəhərində dünyaya gəlmişdir. 1971-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və Kino" fakültəsinə qəbul olmuşdur. Bu dövrdə, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində "Kinoproqram" redaksiyasında işləməyə başlamışdır. Tahirə Hüseynova ali dərəcəli rejissordur və televiziyada uzun illər çalışaraq bir çox silsilə verilişlərin və filmlərin müəllifi olmuşdur. O, Azərbaycan Televiziyasının ən tanınmış proqramlarından biri olan "Retro Kinozalı", "Cırtdan Kinozalı", "Kinoalmanax" kimi proqramların rejissoru olmuşdur. Hüseynova, görkəmli musiqi xadimləri Üzeyir Hacıbəyov, Vaqif Mustafazadə, Xəyyam Mirzəzadə, Rauf Hacıyev kimi şəxslər haqqında filmlərin rejissoru olmuşdur. Tahirə Hüseynova, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvüdür. 2018-ci ildə "Böyük Ekranda Yazılan Tarix" filmi ilə Azərbaycan Kino Akademiyasının "Azərbaycan Kinosunun 120 illiyinə həsr olunmuş ən yaxşı audiovizual əsər" nominasiyasında "Qızıl Pəri" Peşə Mükafatına layiq görülmüştür. == Filmoqrafiya == “Əbədi iftixarımız” (Ü.Hacıbəyov) – 2010 “Bir ömrün fəsilləri” (X.Mirzəzadə) – 2010 “Jazz əfsanəsi” (2012, V.Mustafazadə, 2015-ci ildə “Teffi” mükafatı) “Duvağa bürünmüş xiffət” (Q.Qarayev) – 2012 “Sevgi bəstəkarı” (R.Hacıyev) – 2013 “Musiqi sədaları ilə” (Tofiq Əhmədov) – 2013 “Onu hamı sevirdi” (Mirzə Babayev) – 2014 “Bəstəkarlar İttifaqı-80” – 2014 “Bəstəkar Vasif Adıgözəlov” – 2014 “Bəstəkar Zakir Bağırov” – 2015 “Xəyala dalarkən” (S.Ələsgərov) – 2015 “Könül mahnıları” (T.Quliyev) “Biri sənsən biri mən” (İslam Rzayev) – 2016 “Ömrün əlvan notları” (Bəstəkar Rəşid Şəfəq) – 2017 “Yaddaşın simləri titrəyərkən” (Ramiz Mustafayev) – 2017 “İllərin sədası” (Bəstəkar Əşrəf Abbasov) – 2017 “Böyük ekranda yazılan tarix – Azərbaycan kinosu-120” (2018, “Qızıl Pəri” – “Azərbaycan kinosunun 120 illiyinə həsr edilmiş ən yaxşı audiovizual əsər”) “Mənim həyat hekayəm” (Zaur Rzayev) – 2019 “Yuxu kimi” (H.Əbluc) – 2019 “Qayıdış işığı” “Şuşa, mən səni sevirəm!” “Xəyalımdakı yurdum” “Mən anayam!” == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Mahir Abbaszadə
Mahir Tapdıq oğlu Abbaszadə (27 oktyabr 1975, Güləbird, Laçın rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2015) və (2020); Azərbaycan iqtisadçısı, iqtisadi nəzəriyyə müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru. == Həyatı == Mahir Abbaszadə 27 oktyabr 1975-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini iqtisadi nəzəriyyə müəllimi ixtisası üzrə bitirmişdir. 1997-ci ildə Güzdək Tikinti Materialları Kombinatında kadrlar şöbəsinin rəisi, 2001–2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialında xidmət bölməsi üzrə mütəxəssis, 2003–2004-cü illərdə "Zaminbank" ASC-nin "Gənclik" filialında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filialın müdiri işləyir. Ehtiyatda olan zabitidir. Mahir Abbaszadə 15 noyabr 2018-ci il tarixində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilib. İngilis, rus, türk dillərini bilir. == Ailəsi == Ailəlidir 3 övladı var. Əməkdar müəllim Tapdıq Abbasovun oğlu, Azərbaycan şairi Zahir Abbasın isə qardaşıdır. == Elmi fəaliyyəti == Mahir Abbaszadə 2005-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutuna dissertant qəbul edilib.
Mahir Abdullayev
Babirə
Aşağı Babirə (Mərənd)
Fahişə
Fahişəlik — ödəmə müqabilində seksual fəaliyyətlə məşğul olan fəaliyyət və ya təcrübə. Bu sahədə çalışan şəxslər fahişə adlanır və seks işçisi növlərindən biridir. Dünyada təxminən 42 milyon fahişə yaşayır. Təxmini hesablamalara görə, dünya miqyasında fahişəliklə əldə edilən illik gəlir 100 milyard dollardan çoxdur. Fahişələrin əksəriyyəti qadın, müştərilərin çoxu isə kişidir. Dünyada fahişəliyə aid müxtəlif qanunlar var. Bəziləri fahişələri insan alverinin qurbanları kimi görür: qadınlar və uşaqlara qarşı istismar və ya şiddət forması kimi sayır. == Tarixi == === XX əsr === Kommunizmin aparıcı nəzəriyyəçiləri fahişəliyin əleyhinə idi. Kommunist hökumətlər tez-tez hakimiyyəti əldə etdikdən dərhal sonra bu təcrübəni yatızdırmağa cəhd etsələr, fahişəlik bu ölkələrdə davam edirdi. Çağdaş Kommunist ölkələrində isə fahişəlik qeyri-hüquqi olsa da, ölkələrdə yayılmışdı.
Cahide