Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Natiq
Natiq — Azərbaycanda daha çox işlədilən kişi adı. Natiq Əliyev — Azərbaycan Respublikasının energetika naziri Natiq Əhmədov — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi. Natiq Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Natiq Əliyev (general-mayor) — Natiq Qəzənfəroğlu — Bəstəkar. Kino bəstəkarı. Natiq Rəsulzadə — Natiq Həsənov — Videomühəndis. Videotəminatçı. Natiq Fərzəliyev — Aktyor Natiq Qədimov — Aparıcı. Müxbir. Natiq Orucov — Xınalıqlı muğam ustası Natiq Şirinov — Azərbaycan musiqiçisi, bəstəkar. Natiq Rüstəmov — şəhid.
Günel Natiq
Günel Natiq (Günel Natiq qızı Natiq; 12 mart 1980, Bakı) — azərbaycanlı yazıçı, esseist, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin (2005) və Azərbaycan Yazıçılar Birliyinin (2016) üzvü, Prezident təqaüdçüsü (2019). == Həyatı == Günel Natiq 1980-cı il martın 12-də Bakıda ziyalı ailəsində anadan olub. 2001-ci ildə Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı fakültəsini bitirib. == Fəaliyyəti == === Jurnalist kimi fəaliyyəti === Azərbaycan Radiosunun tarixində ən gənc redaktor (17 yaşında) olan Günel Natiq radioya gəldiyi ilk illərdən orijinal üslubu, özünəməxsus ifadə tərzilə seçilib və öz dinləyici auditoriyasını qazanıb. Azərbaycan Radiosunda məşhur "Qərib axşamlar" verilişinin müəllifidir. AzTV-nin rəsmi jurnalında "Qərib axşamlar" haqqında xüsusi reportaj (2011) hazırlanıb. "Qərib axşamlar" ilk illərdə qaçqın və köçkünlərin həyatına dair radio hekayələr formatında efirə verilib. Sonrakı illərdə proqramın formatı dəyişməsə də, qəhrəmanları dəyişib. Azərbaycan və dünya ədəbiyyatının seçilən imzaları Günel Natiqin bələdçiliyilə fərqli rakursdan təqdim edilib. 90-cı illərdən başlayaraq "Gündoğandan-günbatana" verilişinə müəlliflik edən Günel Natiq türkçülüyün təbliğində rol oynayan silsilə proqramlar (qədim türk tarixi, etnoqrafiyası, maddi-mənəvi abidələri haqqında) hazırlayıb.
Natiq (ad)
Natiq — Azərbaycanda daha çox işlədilən kişi adı. Natiq Əliyev — Azərbaycan Respublikasının energetika naziri Natiq Əhmədov — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi. Natiq Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Natiq Əliyev (general-mayor) — Natiq Qəzənfəroğlu — Bəstəkar. Kino bəstəkarı. Natiq Rəsulzadə — Natiq Həsənov — Videomühəndis. Videotəminatçı. Natiq Fərzəliyev — Aktyor Natiq Qədimov — Aparıcı. Müxbir. Natiq Orucov — Xınalıqlı muğam ustası Natiq Şirinov — Azərbaycan musiqiçisi, bəstəkar. Natiq Rüstəmov — şəhid.
Natiq Allahverdiyev
Natiq İsa oğlu Allahverdiyev (18 may 1973, Culfa rayonu) — AMEA prezidentinin İqtisadi məsələlər üzrə müşaviri, "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxsin İdarə Heyəti sədr müavini və sədr səlahiyyətlərini icra edir. == Həyatı və təhsili == Azərbaycan Respublikası Naxçıvan MR-nın Culfa rayonunun Bəyəhməd kəndində dünyaya göz açmışdır. Ailəlidir. Orta təhsil gimnaziyasını bitirdikdən sonra Nasxçıvan Muxtar Respublikasının aqronomçuluq üzrə texnikomunu 1991-ci ilədək təhsil almışdır. Bir müddət sonra 2000-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə qəbul olmuş və 2004-cü ildə həmin universiteti müvəffəqiyyətlə bitirmişdir. 2004-2006-cı illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində qırmızı diplomla magistr dərəcəsinə yiyələnmişdir. == Əmək fəaliyyəti == 1995—2001 Biologiya elmlərinin yeni sahələrinin inkişafı fondunda işlər müdiri; 2002 Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Nəsimi rayon şöbəsinin baş mütəxəssisi; 2002-ci ildən Yeni qlobal dünya iqtisadiyyatının əməkdaşlıq layihəsi üzərində çalışır.
Natiq Aslan
Natiq Fərzəliyev (Natiq Aslan oğlu Fərzəliyev ; 1 fevral 1962, Yevlax rayonu) — azərbaycanlı aktyor. == Həyatı == Natiq Fərzəliyev 1 fevral 1962-ci ildə Yevlax rayonunda anadan olmuşdur. 1987-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. 1981-ci ildən Azərbaycan Dövlət Gənclər Teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. == Əsas rolları == Siyasi fahişə - ("Komendant saatının lətifələri", S.Manafov) Holland - ("Ox və hədəf", F.Aqamalıyev) Aşpaz - ("Qurbanəlibəy", C.Məmmədquluzadə) Div - ("Kosmosda görüş") Vyolanın qonağı - ("Açar", İ.Məmmədli) Div - ("Məlikməmməd", xalq nağılı) Bəstəçi - ("Sevirəm səni Türkiyə", K.Abdulla) Kor heykəltaraş - ("Neron", M.Xubai) Nağılçı - ("Kim deyir ki, Simurq quşu varmış", K.Abdulla) Dayı - ("Mamay kişinin yuxuları", V.Səmədoğlu) Təlxək-quyruq - ("Sara xatun", N.Saraclı) Meymun – ("Hekayəti-xırs-Quldurbasan", M.F.Axundov) Şirxan – ("Tıq-tıq xanım", A.Şaiq) Burqomister – ("Şelkunçik", E.T.A.Hofman) II Lord – ("Yatmış gözəl" B.Marvin) Səfərin oğlu – ("Əcəl atı" V.Əlixanlı) Poçtalyon Fətoş – ("Buzovna kəndinin əhvalatları" Elçin) Qulaməli – ("Müsyö Jordan və dərviş Məstəli şah" M.F.Axundzadə) Mkrtıç – ("Hacı Qara" M.F.Axundzadə) Çırtdan – ("Şahzadə Xəzərin nağılı" K.Ağabalayev, N.Kazımov) Polis – ("Buratinonun macəraları" A.Tolstoy) == Filmoqrafiya == Bala-başa bəla! (film, 1995) Yarımştat (film, 1996) Yol yoldaşları (film, 2003) Mükafat (film, 2004) Tilsim (film, 2005) Kəndim+nizə qayıdın!?
Natiq Atakişiyev
Natiq Atakişiyev (15 fevral 1939, Bakı) — professor, azərbaycanlı fizik, riyaziyyatçı, əməkdar elm xadimi. == Həyatı == Natiq Atakişiyev 1939-cu il fevralın 15-də Bakıda anadan olub. Atası – Atakişiyev Məmməd Atakişi oğlu – orta məktəb müəllimi, anası – Mehdiyeva Nərgiz Abulxalıq qızı – 1 saylı Bakı şəhər poliklinikasında həkim işləmişdir. 1956-cı ildə 6 sayli Bakı şəhər orta məktəbini bitirərək, həmin il Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Natiq Atakişiyev 1961-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. Azərbaycan SSR Elmlər Akademiyasının Fizika institutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1964-cü ildə, Azərbaycan SSR Elmlər Akademiyasında aspiranturaya daxil olaraq, 1964–1967-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (Dubna şəhəri, Rusiya) ezamiyyətə göndərilmişdir. Aspiranturanı bitirdikdən sonra, 1967–1972-ci illlərdə, Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1971-ci ildə Rusiyada Serpuxov adına Fizika İnstitutunda "Normallaşmış sahə nəzəriyyələrində Qrin funksiyalarının tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1972–1983-cü illərdə Azərbaycan SSR EA Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır.
Natiq Axund
Natiq Axund (15 fevral 1975, Lənkəran) — azərbaycanlı kino-rejissor, prodüser, ssenarist və aktyor. == Həyatı == Natiq Namiq oğlu Axundov 15 fevral 1975-ci ildə Azərbaycan SSR-in Lənkəran şəhərində musiqiçi ailəsində anadan olub. Lənkəran şəhər 1 nömrəli məktəbdə təhsil almış, 1994-cü ildə Lənkəran Dövlət Universitetinə daxil olub. Humanitar fakültəsində, Tarix ixtisası üzrə təhsil alıb. Tələbəlik illərindən ictimai, ölkədə tanınmış şən və hazırcavablar klubu (kvn) olan "Lumu" komandasının kapitanı olmuşdur. 1998-ci ildə LDU-nu bitirmiş, elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino fakültəsinin "Kinorejissorluq" ixtisasına daxil olub. Kurs rəhbəri kinorejissor Eldar Quliyev olub. 1998-ci ildən etibarən Bakıda yaşamış və rejissorluq sənəti üzrə fəaliyyət göstərməyə başlayıb. Televiziya kanallarında tele-proqram rejissoru, layihə rəhbəri, serialda rejissor, aparıcı və s. kimi işlərdə çalışmağa başlayıb.
Natiq İsmayılov
Natiq Əjdər oğlu İsmayılov (5 mart 1980; Bunud, Qəbələ rayonu, Azərbaycan — 17 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Natiq İsmayılov 1980-ci il martın 5-də Qəbələ rayonunun Bunud kəndində anadan olub. 8-ci sinifə qədər Qəbələ rayon Bunud kənd tam orta məktəbində, sonra Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. Təhsilini Heydər Əliyev adına Hərbi İnstitutda davam etdirmişdir. Ailəli idi. Dörd övladı yadigar qaldı. == Hərbi xidməti == Natiq İsmayılov 2001-ci ildə ali təhsilini başa vurduqdan sonra "leytenant" rütbəsi ilə hərbi vəzifəsinə başlamışdır. Naxçıvanda, Qusarda və Murovdağda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir. Natiq İsmayılov 1-5 aprel 2016-cı ildə baş verən Aprel döyüşlərində vuruşmuşdur. 2020-ci ildə ordu sıralarından ehtiyata buraxılmışdır.
Natiq Şahmuradov
Natiq Şahmuradov (14 avqust 1963, Kərkicahan – 8 may 1992, Şuşa, Dağlıq Qarabağ) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahmuradov Natiq Əmirxan oğlu 1963-cü il avqustun 14-də Kərkicahan qəsəbəsində anadan olmuşdur. 1981-1983-cü illərdə Xarkov və Sevastopol şəhərlərində hərbi xidmətdə olmuşdur. Bu illər ərzində rabitə elminin dərin sirlərinə yiyələnmişdi. 1985-1987-ci illərdə sürücülük və kino-mexaniklik peşələrinə yiyələnmişdir. Hərbi xidməti başa vurduqdan sonra DQMV Polis İdarəsində polis vəzifəsinə qəbul olunmuşdur. 1989-cu ildə həmin idarənin göndərişi ilə Bakıda orta xüsusi milis məktəbinə oxumağa göndərilmişdir. Bu məktəbi əla qiymətlərlə başa vurduqdan sonra təyinatla Saatlı rayonuna göndərilib. O, bu göndərişdən imtina edərək od-alov içində yanan Qarabağa göndərilməsini təkid etmişdi. Ona görə də, kəlbəcərli Qənimət İmanovla “Mübariz keşikdə” qəzetində “Bizi Qarabağa göndərin” başlıqlı məqalə ilə çıxış etmişdilər.
Natiq Şirinov
Natiq Bahadur oğlu Şirinov (10 noyabr 1975, Bakı) — Azərbaycan musiqiçisi, nağara ifaçısı, "Natiq" ritm qrupunun rəhbəri, Azərbaycan Respublikasının xalq artisti (2018). == Həyatı == Azərbaycan incəsənət tarixində məşhur olan Aşıq Şəmşir, Aşıq Şirin və Aşıq İdrisin nəslindən olan Natiq Şirinov 10 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə 9 yaşlı Natiq Tofiq İsmayılov adına musiqi məktəbində Azər Əliyevin yanında nağara ifaçılığı üzrə dərs almağa başlamışdır. 1986-cı ildə daha çox bilik əldə etmək və çalğı məharətini təkmilləşdirmək üçün o, 6 nömrəli musiqi məktəbində təhsilini davam etdirmişdir. == Fəaliyyəti == Natiq, 24 yaşında Azərbaycan Respublikasının Xalq Artisti, muğam ustası, xanəndə Alim Qasımovdan dəvət almış və peşəkar fəaliyyətə qədəm qoymuşdur. Bu qrup 1999–2007-ci illər ərzində bir çox müxtəlif ölkələrdə qastrol səfərlərində olmuşdur. Natiqin incəsənətə bəxş etdiyi töhfələr səhnədəki ifası ilə məhdudlaşmır. 2001-ci ildə o, beş nəfərdən ibarət "Natiq Ritm Qrupu"-nu yaradır. Nağaradan əlavə o, qədim Azərbaycan alətləri olan zurna, balaban və tütəyi qrupa daxil edir. Qrupun rəhbəri olmaqla yanaşı, o pedaqoq və bəstəkar kimi də fəaliyyət göstərməyə başlamışdır.
Natiq Şıxməmmədov
Natiq Zakir oğlu Şıxməmmədov (20 aprel 1991, Dağ Kəsəmən, Ağstafa rayonu – 15 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Natiq Şıxməmmədov 1991-ci il aprelin 20-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. 2001–2012-ci illərdə 2 saylı Dağ Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı və ölümündən sonra dünyaya göz açan bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Natiq Şıxməmmədov 2009–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Natiq Şıxməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Natiq Şıxməmmədov oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Dağ Kəsəmən kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Şıxməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Natiq Əhmədov
Natiq Əhmədov (milli qəhrəman) — Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı. Natiq Əhmədov (çavuş) — Vətən müharibəsi şəhidi.
Natiq Əliyev
Natiq Ağaəmi oğlu Əliyev (23 noyabr 1947, Bakı – 9 iyun 2017, İstanbul) — dövlət xadimi, geoloq. Natiq Əliyev 1993–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti olub. 2005–2013-cü illərdə isə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri olan Natiq Əliyev 2013-cü ildən Azərbaycan Respublikasının Energetika naziri vəzifəsində çalışıb. == Həyatı == Natiq Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Natiq Əliyev ailəli olmuş, bir övladı və iki nəvəsi var idi. == Təhsili == 1965-ci ildə orta təhsilini bitirən Natiq Əliyev həmin ildən 1970-ci ilə qədər Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda "Dağ geoloqu" ixtisası üzrə təhsil alıb. Natiq Əliyev 1971-ci ildən 1974-cü ilə qədər Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil alıb. Ali təhsilini başa vurandan sonra Natiq Əliyev "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin "Azərdənizneftkəşfiyyat" trestində, kompleks dəniz geoloji-kəşfiyyat konturunda çalışıb. O, 1979-cu ilə qədər bu vəzifədə işləyib. 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədi olmuşdur.
Natiq Novruzov
Natiq Novruzov — şəhid, «Azərbaycan Bayrağı ordeni» ilə təltif olunmuşdur. == Həyatı == Natiq Novruzov 1973-cü ilin may ayının 22-də Gürcüstanın Borçalıda anadan olmuşdur. 1981-ci ildə Nərimanov rayonunun 258 nömrəli məktəbinin 1-ci sinifinə daxil olub. Orta məktəbi bitirdikdən sonra “Rabitə “ texnikumuna daxil olub və 1992-ci ildə bitirdikdən sonra hərbi xidmətə çağırıldı. İki illik hərbi xidmətini bitirməsinə baxmayaraq, qardaşı Novruzov Azər ilə birlikdə 1993-cü ildə Kəlbəcər rayonuna könüllü olaraq hərbi xidmətə yola düşdülər. Natiq 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş və yanvarın 1-də şəhid olmuşdur. Bu zaman qardaşı Azər məzuniyyətdə olub, öz qardaşının ölümündən xəbərsiz olmuşdur. Məzuniyyətdən qayıdandan sonra xəbər tutub ki, qardaşı şəhid olub və bütün meyidlər mühasirədə qalıb . Yanvarın 16-da meyidləri erməni mühasirəsindən çıxararkən Azər də şəhid olub. Yanvarın 22-də onlar Bakı şəhərində II Fəxri Xiyabanda dəfn olunmuşlar.
Natiq Paşa
Natiq Hidayət oğlu Paşa == Həyatı == 1966-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1983-cü ildə Soltanlı kənd orta məktəbini bitirib. 1991-ci ildə Azərbaycan Sənaye Universitetinin (indiki ADNA)Geoloji Kəşfiyyat fakültəsini, geofizik, dağ mühəndisi ixtisası üzrə Fərqlənmə Diplomu ilə bitirib. 2007-ci ildə AMEA Geologiya İnstitutunda AMEA müxbir üzvü Arif Həsənovun və Akademik Ziyad Səmədzadənən rəhbərliyi ilə “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” ixtisası üzrə geologiya-mineralogiya elmləri namizədi (PhD), “Xalq təsərrüfatının iqtisadiyyatı və idarəedilməsi” (komplekslərin, sahələrin və müəssisələrin iqtisadiyyatı, təşkili və idarəedilməsi) ixtisası üzrə iqtisad elmlər namizədi (PhD) dissertasiya işini müdafiə edib. 2011-ci ildə Dosent elmi adı alıb. 40-dan çox elmi əsərin müəllifidir. Azərbaycan Milli Elmlər Akademiyası RSXM-də böyük elmi işçi, Rusiya Federasiyası DR Beynəlxalq Şərq Universitetində Tədris hissəsi müdiri, Qafqaz Universitetində Tədris hissə müdiri, İnzibati işlər idarəsinin müdiri, Baş katib, Prorektor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekologiya kafedrasında dosent, Qərbi Kaspi universitetində Mühəndislik fakultəsinin dekanı vəzifələrdə işləyib. Hazırda Azərbaycan Texniki Universitetində Sənaye ekologiyası və HFT kafedrasının dosentidir. 2017-ci ildən Beynəlxalq Ekoenergetika Akademiyasının professorudur. N.H.Paşa 40-dan çox elmi əsərin müəllifidir.
Natiq Qasımov
Natiq Qasımov (iqtisadçı) — iqtisadçı, iqtisadi elmləri doktoru, professor, Azərbaycan Respublikası vergilər nazirinin müavini (2002–2010). Natiq Qasımov (əsgər) — Birinci Qarabağ müharibəsi döyüşçüsü, itkin.
Natiq Qocayev
Natiq Vəli oğlu Qocayev (d.5 sentyabr 1972, Baki ş.) — jurnalist, "Tərəqqi" medalı mükafatçısı. == Həyatı == 1972-ci il 5 sentyabrda Baki şəhərində ziyallı ailəsində anadan olub. Atası Vəli Qocayev, fizika-riyaziyyat elmləri üzrə professor, Azərbaycan Memarlıq və İnşaat Universitetide 50 ilə yaxın çalışmışdır. Natiq Qocayev Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almışdır. 24 fevral 2019-ci il tarixində Bakı şəhərində vəfat edib. 4 fevral Natiq Qocayevin atası Vəli Qocayev vəfat edib. == Əmək fəaliyyəti == Jurnalist Natiq Vəli oğlu Qocayev 1998-ci ildən bəri fasiləsiz olaraq Azərbaycan mətbuatında çalışır. Bu müddət ərzində o, Natiq Qocaman təxəllüsü ilə "Polis", "Serial" qəzetlərində, həmçinin müstəqil Azərbaycanın ictimai-siyasi həyatını mətbuat səhifələrində müntəzəm olaraq və obyektiv şəkildə şərh etmişdir. 2011-ci ildən fəaliyyətə başlayan "Mediainfo" xəbər agentliyi N.V.Qocayevin rəhbərliyi ilə müstəqil Azərbaycanın bugünkü uğurlarını təhlil və təbliğ edir. Ermənistan və Azərbaycan Respublikalarının milli qəhrəmanlarının müqayisəli şəkildətəhlilini əks etdirən yazı isə Türkiyə mətbuatının diqqətini cəlb etdiyindən, CNN Türk, DHA müxbirləri adıçəkilən məqalə barədə xüsusi süjet hazırlamışlar.
Natiq Qubadoğlu
Natiq Qubad oğlu Babayev, Natiq Qubadoğlu (20 may 1959, Ucar) — Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, telejurnalist, c.ü. fəlsəfə elmləri doktoru, "Qızıl qələm" mükafatı laureatı (2012), Beynəlxalq Rəsul Rza mükafatı laureatı (2009). "Qafqaz-Media" İctimai Birliyinin təsis etdiyi "Peşəkar jurnalist" mükafatçısı (2008). == Həyatı == Natiq Qubadoğlu əslən Ucar rayonunun Çiyni kəndindəndir. O, 1959-cu il may ayının 20-də İsmayıllı rayonunun Keyvəndi sovetliyinin Minkə kəndində anadan olub. Bir müddət sonra ailəsi yenidən Ucar rayonunun Çiyni kəndinə qayıdıb. Natiq Qubadoğlu həmin kənddə 8 illik, Qaradağlı kəndində isə 10 illik orta məktəbdə təhsil alıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Natiq Babayev 2005-ci il iyulun 4-də İctimai televiziyanın Ədəbiyyat və incəsənət verilişləri departamentinin direktor müavini vəzifəsinə təyin olunana qədər Azərbaycan Televiziyası və Radio Verilişləri Dövlət Komitəsində kiçik redaktordan böyük redaktora qədər müxtəlif vəzifələrdə çalışmışdır. O, xüsusilə 1993-cü ildən 2005-ci ilə qədər həmin televiziyanın İctimai-siyasi proqramlar redaksiyasının böyük redaktoru vəzifəsində çalışdığı müddət ərzində özünü bacarıqlı reportuyor, istedadlı redaktor və ölkədə baş verən hadisələrin nəbzini tutmağı bacaran, milli təfəkkürə malik, daim dövlətçiliyə xidmət edən təcrübəli jurnalist kimi göstərmişdir.
Natiq Quliyev
Natiq Quliyev (müəllim)
Natiq Qurbanlı
Natiq Rüstəmov
Natiq Rüstəmov (20 iyul 1974, Quzanlı, Ağdam rayonu – Qarabağ) — şəhid. == Həyatı == Natiq 1974-cü il iyulun 20-də Quzanlı kənddində doğulub. Orta məktəbi 1991-ci ildə bitirib. Məktəbi bitirdikdən sonra bir müddət Ağdam tikinti idarəsində fəhlə işləyib. Hərbi xidmətə 1992-ci il oktyabrın 6-da çağrılıb. Ağdamın və Ağdərənin kəndləri uğrunda sinif yoldaşı Səmədlə və həmkəndlisi Rafiqlə bir yerdə döyüşüblər. Hətta Ağdərədə bir yerdə mühasirəyə düşüblər. Şahidlərin dediyinə görə, Natiq sinif yoldaşı Səmədi döyüş meydanından çıxarmaq istəyəndə sağ gözündən snayperlə vurulub. Hər üç yoldaş eyni gündə mühasirəyə düşərək həlak olublar.
Natiq Rəhimov
Natiq Rəhimov (tam adı: Natiq Əbdülmanaf oğlu Rəhimov; 27 fevral 1973, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı ilahiyyatçı, araşdırmaçı-yazar, aparıcı. Dini Araşdırmalar Mərkəzinin direktor müavini (1997–2005) və icraçı-direktoru (2005-h.h); Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Dinşünaslıq üzrə Komissiyanın üzvü (2012-h.h.). == Həyatı == Natiq Əbdülmanaf oğlu Rəhimov 27 fevral 1973-cü ildə Bakıda anadan olmuşdur. === Təhsili === 1979–1989-cu illərdə Bakı şəhəri, Nizami rayonunun 12 saylı orta məktəbində təhsil almışdır. 1989-cu ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Qaz-neft-mədən fakültəsinin Neft və qaz yataqlarının işlənməsi və istismarı ixtisasına daxil olmuş və 1994-cü ildə oranı bitirmişdir. === Hərbi fəaliyyəti === 2006–2007-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit rütbəsində həqiqi hərbi xidmət keçmişdir. == Yaradıcılığı == === Fəaliyyəti === Əmək, ictimai və publisistik fəaliyyətləri 1994-97-ci illərdə "Qələm", "Şəhriyar" qəzetlərində fəaliyyət göstərmişdir. 1997–2005-ci illərdə Dini Araşdırmalar Mərkəzinin direktor müavini vəzifəsində fəaliyyət göstərmişdir. 1999–2002-ci illərdə "Qütb" (azərbaycanca) və "Polyus" (rusca) aylıq ictimai fikir jurnallarında baş redaktor müavini vəzifəsində çalışmışdır. 1999–2002-ci illərdə Dini Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Quran" təfsiri kursuna rəhbərlik edib.
Natiq Rəsulov
Natiq İsmayıl oğlu Rəsulov (6 yanvar 1958, Nuxa) — Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı. == Həyatı == Nati İsmayıl oğlu Rəsulov 6 yanvar 1958-ci il tarixində Şəki şəhərində doğulmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif işi fakültəsini bitirmişdir. Rus dilini bilir. == Siyasi fəaliyyəti == 26 noyabr 1995-ci il tarixində baş tutan təkrar parlament seçkilərində Natiq Rəsulov 43 saylı Şəki şəhər seçki dairəsi üzrə bitərəf namizəd olmuş və deputat seçilmişdir. O, parlamentdə Sosial siyasət komissiyasının üzvü olmuşdur.
Natiq Rəsulzadə
Natiq Rəsul oğlu Rəsulzadə (5 iyun 1949, Bakı) — Azərbaycan yazıçısı, Azərbaycanın əməkdar incəsənət xadimi (1999), "Şöhrət" ordeni laureatı (2009), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Azərbaycan Respublikasının Xalq yazıçısı (24.05.2019). == Həyatı == Natiq Rəsulzadə 5 iyun 1949-cu ildə Bakıda anadan olub. 1975-ci ildə Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Kinematoqrafçılar İttifaqı və Teatr Xadimləri İttifaqının üzvüdür. 40 ilə yaxındır ki, əsərləri bir çox dillərdə və dünyanın adlı-sanlı ölkələrində çap olunur. Azərbaycanda, ABŞ-də, Rusiyada, Macarıstanda, Yuqoslaviyada, Polşada və başqa yerlərdə 40-dan artıq kitabı işıq üzü görüb. Əsərləri bir çox nüfuzlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb. 1984-cü ildə N. Ostrovski adına Ümumiyttifaq Mükafatına layiq görülüb. "İntihar edənin gündəliyi", "Gecə çaparı", "Nonsens", "Məhəbbət ili", "Yağışlı bayram", "Kabuslar arasında", "Quş çəkirəm", "Ulduz yollar", "Tələ", "Adacıq" və başqa geniş oxucu rəğbəti qazanmış əsərlərin müəllifi olan Natiq Rəsulzadənin ssenariləri əsasında "Mələklərə inanmayın", "Bayramda yağış", "Yaşa, qızıl balıq", "Vahimə", "Sifarişçi", "Gecə qatarında qətl", "Nə gözəldir bu dünya…", "Girov", "Ovsunçu", "Biz qayıdacağıq" kimi onlarla maraqlı filmlər çəkilmişdir.
Namiq Quliyev Natiq Oğlu
Namiq Natiq oğlu Quliyev (31 dekabr 2001, Sumqayıt – 28 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namiq Quliyev 2001-ci il dekabrın 31-də Sumqayıt şəhərində anadan olub.
Natiq Rəşidov
Natiq Rəşidov (azərb. Natiq Məmmədrza oğlu Rəşidov‎; 2 sentyabr 1991, Dədə Qorqud, Saatlı rayonu – 20 oktyabr 2020, Hadrut) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Natiq Rəşidov 2 sentyabr 1991-ci ildə Saatlı rayonunun Dədə Qorqud kəndində doğulub. 2020-ci ildə Tovuz döyüşlərindən sonra könüllü olaraq ordu sıralarına yazılmışdır. Ailəli idi, iki övladı yadigar qalıb. == Döyüş yolu == 21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi təlimlərə cəlb olunmuşdur. Natiq Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda döyüşlərdə iştirak etmişdir. Döyüş yoldaşlarının dediyinə görə Natiq döyüşlərdə böyük qəhrəmanlıq göstərmiş və bir neçə düşmən tankını məhv etmişdir. Hadrut uğrunda döyüşlərdə itkin düşmüşdür. Təxminən bir ay sonra qəhrəmancasına şəhid olduğu məlum olmuş və 30 noyabrda doğulduğu Dədə Qorqud kəndində dəfn edilmişdir.
Mirzə Cavad Natiq
Mirzə Cavad Natiq (?-?)—İran Məşrutə hərakatının fəal üzvü. == Həyatı == Mirzə Cavad Natiq Əyalət əncüməninin üzvü idi. Əncümən onu Makuya göndərdi.
Natiq Məmmədov (milli qəhrəman)
Natiq Məmmədov (11 may 1975, Dağlı, Zaqatala rayonu – 4 oktyabr 1994, Gəncə) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == 11 may 1975-ci ild Zaqatala rayonunun Dağlı kəndində anadan olmuşdur. 1990-cı ildə burada kənd orta məktəbinin rus dili bölməsinin səkkizinci sinfini bitirdikdən sonra, təhsilini Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində davam etdirmiş, mexanizator ixtisasına yiyələnmişdir. Bir müddət “Dağıstan” kolxozunda çalışmışdır. Natiq Məmmədov subay idi. == Döyüşlərdə iştirakı == Natiq Məmmədov 1993-cü ildə Milli Ordu sıralarına çağrılırmış, bir müddət təlim keçdikdən sonra Füzuli, Ağdam, Tərtər istiqamətlərində döyüşlərdə iştirak etmişdir. 1994-cü il 4 oktyabr hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsi zamanı N.Məmmədov şücaət göstərərək şəhid olmuşdur. Zaqatala rayonunun Əli Bayramlı kəndində dəfn edilib. == Təltifləri == Azərbaycan Resublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Məmmədov Natiq Bəşir oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. == İrsi == Zaqatala rayonuda yerləşən uşaq bağçası Natiq Məmmədovun adını daşıyır.
Natiq Əhmədov (milli qəhrəman)
Natiq İlyas oğlu Əhmədov (1 sentyabr 1969, Kosalar, DQMV – 26 sentyabr 1991, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Natiq Əhmədov 1 fevral 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Ağdamın Novruzlu kəndində orta məktəbi oxumuş, Kalininqrad şəhərinin artilleriya hissəsində hərbbi xidmətdə olmuşdur.Natiq Əhmədov 1988-ci ildə ordudan tərxis olunur. Bir müddət Kalininqradda qalıb işləyir. Vətən çağırır onu. Natiq Əhmədov boy-buxunda, fiziki möhkəmlikdə yoldaşlarından seçilirdi. Rayonda keçirilən müxtəlıf idman yarışlarında oxuduğu məktəbin şərəfini həmişə ləyaqətlə qoruyurdu. Hələ orta məktəbi bitirərkən onu Ağdamın futbol komandasına dəvət etmişdilər. Sonralar isə o, Riqada Şərq əlbəyaxa döyüşü sənətini-karateni öyrənmişdi. O, ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərin saya gəlmədiyi bir vaxtda Xocalı Rayon Daxili İşlər Şöbəsində yol-patrul xidməti müfəttişi vəzifəsinə qəbul edilir.
Natiq Əhmədov (çavuş)
Natiq Namiq oğlu Əhmədov (9 mart 1997; Xəzər rayonu, Azərbaycan — 11 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Natiq Əhmədov 1997-ci il martın 9-da Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Natiq Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Natiq Əhmədov oktyabrın 11-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Binə Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Əhmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Natiq Əhmədov (əsgər, 1976)
== Siyahı ==
Natiq Əliyev (dəqiqləşdirmə)
Natiq Əliyev — dövlət xadimi, geoloq. Natiq Əliyev (general-mayor) — Azərbaycan Müdafiə Nazirliyi Tibb baş idarəsinin sabiq rəisi. Natiq Əliyev (heykəltaraş) — Azərbaycan heykəltaraşı. Natiq Əliyev (əsgər) — I Qarabağ müharibəsinin şəhidi.
Natiq Əliyev (general-mayor)
Natiq Əliyev (26 avqust 1964, Əmirxeyir, Krasnoselsk rayonu) — General-mayor. Əczaçılıq elmləri namizədi, Ehtiyatda olan hərbi zabit Azərbaycan Müdafiə Nazirliyi Tibb baş idarəsinin sabiq rəisi. == Həyatı == Natiq Əliyev 26 avqust 1964-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Kooperasiya Universitetinin məzunudur. Karate-do idman növü üzrə 3-cü dan idman dərəcəsinə malikdir. "Azərbaycan Respublikasında Dopinq nəzarətinin təşkilinin öyrənilməsi" elmi əsərinin müəllifidir. Əczaçılıq elmləri namizədidir. Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. 1999–2012-ci illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışmışdır.
Natiq Əliyev (heykəltəraş)
Natiq Kamal oğlu Əliyev (10 avqust 1958, Bakı) — Azərbaycan heykəltaraşı, professor, Rusiya rəssamlıq akademiyasının fəxri üzvü (2008), Azərbaycan Respublikasının xalq rəssamı (2005). Azərbaycan Rəssamlıq Akademiyasının rektoru (2023-indi). == Həyatı == 1974–1978-ci illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, "Fərqlənmə diplomu" ilə bitirmişdir. 1978–1983-cü illərdə V. Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbini də fərqlənmə diplomu ilə başa vurmuşdur. 1980–1983-cü illərdə Lenin təqaüdçüsü olmuşdur. Azərbaycan Dövlət Akademiyasının professoru, heykəltaraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsini daşımışdır. Prezident İlham Əliyevin 15 fevral 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib. == Mükafatları == Respublika Gənclər Mükafatının laureatı — 1989 Azərbaycan Rəssamlar İttifaqının "Soltan Məhəmməd" mükafatı — 2000 "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 28 dekabr 2005 Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Zirvə" mükafatı — 2008 Avstriyanın I dərəcəli "Cəngavər Ordeni" (Qızıl) — 2015 "Şöhrət" ordeni — 9 avqust 2018 == Abidələri == Böyük Vətən müharibəsində həlak olmuş həkim və tələbələrə həsr olunmuş abidə. Leninqrad. (Sankt-Peterburq) (memar RSFSR-nın əməkdar memarı Y. N. Lukin).(1985) Əliağa Vahidin abidəsi (Rahib Həsənovla birlikdə) (Bakı, 1990) Heydər Əliyevin abidəsi (memar Vladimir Skulski.
Natiq Əliyev (kiçik çavuş)
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Natiq Əliyev (şəhid)
Natiq Əliyev (əsgər)
== Siyahı ==