Natiq Rəşidov (azərb. Natiq Məmmədrza oğlu Rəşidov; 2 sentyabr 1991, Dədə Qorqud, Saatlı rayonu – 20 oktyabr 2020, Hadrut) — İkinci Qarabağ müharibəsi şəhidi.
Natiq Rəşidov | |
---|---|
Natiq Məmmədrza oğlu Rəşidov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 sentyabr 1991(1991-09-02) |
Doğum yeri | |
Vəfat tarixi | 20 oktyabr 2020(2020-10-20) (29 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ Müharibəsi |
Təltifləri |
Natiq Rəşidov 2 sentyabr 1991-ci ildə Saatlı rayonunun Dədə Qorqud kəndində doğulub.[1] 2020-ci ildə Tovuz döyüşlərindən sonra könüllü olaraq ordu sıralarına yazılmışdır.
Ailəli idi, iki övladı yadigar qalıb.
21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi təlimlərə cəlb olunmuşdur. Natiq Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda döyüşlərdə iştirak etmişdir. Döyüş yoldaşlarının dediyinə görə Natiq döyüşlərdə böyük qəhrəmanlıq göstərmiş və bir neçə düşmən tankını məhv etmişdir. Hadrut uğrunda döyüşlərdə itkin düşmüşdür. Təxminən bir ay sonra qəhrəmancasına şəhid olduğu məlum olmuş və 30 noyabrda doğulduğu Dədə Qorqud kəndində dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcməddin Bədirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcməddin Bədirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Nəcməddin Bədirov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]