Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qalaksit
Qalaksit — mineral == Haqqında == Qalaksit — alümoşpinellər qrupu, MnAl2O4. Qrupun digər mineralları (şpinel, qanit, hersinit) ilə izomorf sıralar əmələ gətirir. Al qismən Fe3+ əvəz olunur. Kubik. Aqreqat dənəvər. Rəngi qara, qəhvəyi-qonur. Cizgisi qırmızı-qonur. Sərtliyi 7,5–8. Xüsusi çəkisi 4,2. Mn skarn yataqlarında rodonit, spessartin, tefroit və b.
LA Qalaksi
Qalaktik Mərkəz
Qalaktika Mərkəzi — Süd Yolu qalaktikasının fırlanma mərkəzidir. Süd Yolunun ən parlaq olduğu sahəsi Oxatan, İlandaşıyan və Əqrəb bürcləri istiqamətində Yerdən 8.122 ± 31 parsek (26.490 ± 100 i.i.) məsafədədir. Bu Oxatan A* kompakt radioşüalanma mənbəyi ilə üst-üstə düşür. Qalaktik Mərkəzin bir parsekində təxminən 10 milyon ulduz var, əsasən qırmızı nəhənglər üstünlük təşkil edir. Həmçinin bir milyon il əvvəl ulduz əmələgəlməsi hadisəsində əhəmiyyətli olan kütləvi ifratnəhəng ulduzlar və Wolf-Raye tipli ulduzlar da var. Qalaktik Mərkəzdə 4,100 ± 0,034 milyon günəş kütləsi tərtibində supermassiv qara dəlik var, bu qara dəlik Oxatan A * radioşüalanma mənbəyini gücləndirir. == Kəşfi == Görmə xətti boyunca ulduzlararası tozun olması səbəbiylə, Galaktik Mərkəz vizual, ultrabənövşəyi və ya yumşaq (aşağı enerjili) rentgen süalanması oblastında aparılan müşahidələrdə tədqiq oluna bilmir. Qalaktika Mərkəzin müşahidəsi gamma şüalanma, ağır (yüksək enerjili) rentgen, infraqırmızı, submilimetr və radio dalğalar oblastlarında aparılır. İmanuel Kant "Ümumi Təbii Tarix və Göylərin Nəzəriyyəsi" (1755) əsərində, böyük bir ulduzun Süd Yolu Qalaktikası mərkəzində olduğunu və bu ulduzun Sirius ola biləcəyini ifadə etmişdir. Harlow Şapley 1918-ci ildə Süd Yolunu əhatəyə alan kürəvi ulduz topalarının halterinin Oxatan bürcünündəki ulduz topalarının üzərində mərkəzləşmiş olduğunu, lakin bu bölgədəki qaranlıq molekulyar buludlar optik astronomların görüş sahəsinin qarşısını aldığını ifadə etdi 1940-cı illərin əvvəllərində Mount Wilson Rəsədxanasında Walter Baade 100 düym (250 sm) Hooker Teleskopu ilə mərkəzin axtarışını aparmaq üçün Los-Ancelesdəki müharibə şəraitindən faydalandı.
Qalaktik il
Qalaktik il və ya kosmik il — Günəş sisteminin Süd yolu ətrafında tam bir dövrə vurması üçün lazım olan vaxt. Bir Qalaktik il təxminən 225–250 milyon Yer ilinə bərabərdir. Günəş sistemi Süd yolu qalaktikası ətrafında 828.000 km/saat sürətlə hərəkət edir. Qalaktik il kosmik və geoloji zaman dövrlərinin başa düşülən olması üçün istifadə olur. Geoloji hadisələr arasındakı zaman fərqinin başa düşülməsində milyard il şkalası mane olur. == Əhəmiyyətli hadisələr Gİ ilə == Qeyd: Aşağıda Gİ 225 milyon il olaraq götürülmüşdür. === Keçmiş === === Gələcək === 1 Gİ sonra: Superqitənin yaranması 2–3 Gİ sonra: Ayın Yerdən uzaqlaşması, Günəş tutulmasının baş verməməsi. 6 Gİ sonra: Günəşin istiliyinin artmağa başlaması. 22 Gİ sonra: Andromeda ilə Süd yolu qalaktikalarının toqquşması. 25 Gİ sonra: Günəşin partlaması.
Qalaktik koordinatlar
Fəza koordinat sistemi və ya plan koordinat sistemi Göy sferasını qalaktika ekvatoruna ən yaxın olan böyük dairə boyunca kəsən müstəviyə nəzərən cismin vəziyyətini təyin edir. Qalaktik uzunluq qalaktika ekvatoru ilə göy ekvatorunun kəsişmə nöqtəsindən göy ekvatoru ilə böyük dairənin kəsişmə nöqtəsinədək olan qövslə, qalaktik enlik isə göy cisminə doğru istiqamətlə qalaktika ekvatoru müstəvisi arasındakı bucaqla təyin olunur.
LA Qelaksi
Qalaktik koordinat sistemi
Qalaktik koordinat sistemi göy koordinat sistemidir, Günəş kimi onun mərkəzidir. Qalaktik koordinat sistemində əsas müstəvi olaraq bizim daxil olduğumuz ulduz sisteminin — Qalaktikanın müstəvisi qəbul olunmuşdur. Qalaktika müstəvisinin göy sferi ilə kəsişdiyi böyük göy dairəsinə qalaktik ekvator deyilir. Qalaktika müstəvisi ekvator müstəvisi ilə 62°.6-lik bucaq əmələ gətirir. Qalaktika müstəvisinə perpendikulyar olan və dünyanın mərkəzindən keçən xəttə Qalaktikanın oxu deyilir. Qalaktikanın oxu iki nöqtədə göy meridianını kəsir. Bu kəsişmə nöqtələrindən dünyanın şimal qütbünə yaxın olan Qalaktikanın şimal qütbü L, dünyanın cənub qütbünə yaxın olan isə Qalaktikanın cənub qütbü L′ adlanır. Qalaktikanın qütblərindən və verilmiş göy cismindən keçən böyük göy yarımdairəsinə qalaktik enlik dairəsi deyilir. == Qalaktik uzunluq == Qalaktik ekvator boyunca C Qalaktika mərkəzindən verilmiş göy cisminin qalaktik enlik dairəsinə qədər olan qövsün uzunluğuna qalaktik uzunluq l deyilir. l= ᑌCK Qalaktik uzunluq 0°- 360° arasında qiymətlər ala bilər.
LA Qelaksi FK
Los Anceles Qelaksi (ing. Los Angeles Galaxy) — MLS-da oynayan futbol klubu. 1994-cü ildə Anschutz Entertainment Group tərəfindən yaradılmışdır. MLS-də 6 dəfə çempion olmuşdur və bu liqanı təşkil edən 10 klubdan biridir. 1994–2002 illərində matçları Rose Bowlda keçirirdilər. Hazırda oyunları StubHub stadionunda keçirirlər. Devid Bekhem də LA Qalaksidə oynamışdır.
Qalaktik imperiya (Ulduz müharibələri)
Qalaktik imperiya (ing. Galactic Empire) — "Ulduz müharibələri" franşizasında qalaktik super güc. Bu, jedilerin onu tutmaq və vəzifəsindən uzaqlaşdırmaq cəhdindən sonra Qalaktik respublikanın Ali Kansleri Sheev Palpatine tərəfindən rəsmi olaraq elan edilmiş, Palpatine ardınca jedi ordenini məhv etmişdir. 25 min il davam edən qalaktik respublikanın özü bir müddət davam edən siyasi xaos və dağıdıcı Klon müharibələrindən sonra faktiki olaraq yoxa çıxmışdı. Ali Kansler Palpatine Utapau döyüşündə Obi-Wan Kenobinin General Qrivus üzərində qələbəsindən sonra, Müstəqil Sistemlər Konfederasiyasının liderlərinin Darth Vader tərəfindən qətlə öldürülməsi zamanı özünü Qalaktik imperator elan etmiş və Qalaktik respublikanı Qalaktik imperiyaya çevirmişdir. == Yaradılması == Bəzi mənbələr Qalaktik respublikanın əsasında yaranan Qalaktik imperiya ilə Roma Respublikası əsasında yaranan Roma imperiyası arasında paralellər müşahidə edir. Bunun Napoleon Bonapart tərəfindən Birinci Fransa Respublikasının Birinci Fransa imperiyasına çevrilməsi ilə də oxşar cəhətlər var. Həmçinin, respublikanın imperiyaya çevrilməsi ABŞ-nin yaxın tarixinin bəzi epizodları ilə müqayisə edilir. Bəziləri hesab edir ki, Şev Palpatinin hakimiyyətə gəlməsi Almaniyada Adolf Hitlerin hakimiyyətə gəlməsi ilə analoqdur. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Galactic Empire — Vukipediya saytında.
Georgi Balakşin
Georgi Ruslanoviç Balakşin — Rusiyanı təmsil edən boksçu. Ən yüngül çəki dərəcəsində 2002, 2004, 2006-cı illərdə keçirilən boks üzrə Avropa çempionatlarının qalibi. Dəfələrlə Rusiya çempionu (2000–2003, 2006–2007), 2004 və 2008-ci illərdə Rusiya Olimpiya yığmasının üzvü, boks üzrə əməkdar idman ustası (2002). == Həyatı == Georgi Balakşin 6 mart 1980-ci ildə Yakutiya MSSR Leninski rayonu, Antonovka kəndində anadan olmuşdur. Milliyyətcə yakutdur. 2006-cı ildə M. K. Ammosov adına Yakutiya Dövlət Universitetinin Bədən tərbiyəsi və İdman İnstitutunu bitirmişdir. 2 mart 2008 – 19 aprel 2013 aralığında dördüncü çağırış Yakutiya Dövlət məclisinin deputatı olmuş, 2010-cu ilin iyununda Dövlət məclisinin RF Federasiya Şurasındakı nümayəndəsi seçilmişdir. 21 mart 2013-cü ildə Saxa Respublikası İdman nazirinin birinci müavini təyin edilmişdir == İdman karyerası == === 2001-ci il dünya çempionatı === 1/8 final: 23:15 hesabı ilə əlcəzairli Mebarek Soltaniyə qalib gəlir. 1/4 final: 30:23 hesabı ilə rumıniyalı Boqdan Dobreskuya qalib gəlir. 1/2 final: 16:25 hesabı ilə ukraynalı Vladimir Sidorenkoya məğlub olur.
Abbasabad qalası
Abbasabad qalası — Naxçıvan şəhərinin 6 kilometr cənub-şərqində, Araz çayı sahilində yerləşən hərbi istehkam tipli qala. == Tarixi == Qala fransız hərbi mütəxəssislərinin layihəsi əsasında 1809-1810-cu illərdə tikilmişdir. Beşbucaq şəklində olan qalanın bürcləri vardı. Qala divarlarının hündürlüyü 4 metr 30 santimetr, qalınlığı 60 santimetr idi. Şəhər qalası hər tərəfdən 10 metr enində arxla əhatə olunmuşdu. Abbasabad qalası hərbi zərurətdən yaranmış bir obyekt idi.Rusiya-İran müharibəsinin gedişində (1804-1813) dəfələrlə ağır məğlubiyyətə uğrayan İran tərəfi Naxçıvan xanlığının ərazisində özünün hərbi mövqelərinin möhkəmləndirilməsinə böyük diqqət verirdi. İran komandanlığı bu məqsədlə qalaları təmir etdirir və özünün dayaq nöqtəsi ola biləcək yeni qalalar tikdirirdi. Belə qalalardan biri şahzadə Abbas Mirzənin arzusu ilə fransız mühəndisləri tərəfindən Naxçıvan yaxınlığında tikilmiş və İran taxt-tacının vəliəhdinin şərəfinə adlandırılmış Abbasabad qalası idi. Abbasabad qalası Abbas Mirzə tərəfindən Avropa memarlığı üslubunda tikdirilmişdir. Abbasabad qalası Araz çayı üzərində olan keçidin qorunmasını təmin etməklə yanaşı, həm də Cənubi Azərbaycana gedən yola nəzarət edir, lazım gəldikdə bu yolu bağlaya da bilirdi.
Abuli qalası
Abuli qalası (gürc. აბულის ციხე) — Cənubi Gürcüstandakı Samtsxe-Cavaxeti bölgəsinə aid olan Axalkalaki bələdiyyəsinin ərazisində yerləşən tarixi qala. Abidə Tunc dövrünə aid olan meqalitik tikilidir. Qalanın inşası zamanı qədim dövrlərdə tez-tez istifadə edilən "quru hörgü" texnikasından istifadə edilmişdir. Abidə Patara dağının cənubunda, Paravani gölünün isə cənub-şərqində yerləşir. Yerləşdiyi ərazi dəniz səviyyəsindən 2670 metr hündürlükdədir. Qala Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət Abidələrinin siyahısına daxil edilmişdir. == Qala haqqında == Qala həmçinin "Korogli" (Azərbaycan və türk dilindəki adlandırılması ilə "Koroğlu") adı ilə də tanınır. Abidə başqa bir siklopik tikili olan və Paravani gölünün yaxınlığında yerləşən Şaaori qalası ilə bir çox ortaq memarlıq xüsusiyyətlərinə malikdir. Abuli qalası tikinti məhlulundan istifadə olunmadan 3-5 metrlik vulkanik bazalt blokların köməyi ilə ərsəyə gətirilmiş böyük və mürəkkəb tikilidr.
Advrek qalası
Advrek qalası (ing. Ardvreck Caslte) — Şotland qalası olub, Haylend əyalətində, Sazerlend şəhəri yaxınlığında Lok Assint gölünün şimal sahilində yerləşir. 1737-ci ildə baş verən yanğından sonra qala günümüzdə də xarabalıq halında yerləşir. Qala il boyu, gün ərzində həmişə ziyarətçi qəbul edir. == Tarixi == Adverk qalası 1590-cı illərdə Maklend klanı tərəfindən tikilmişdir. 1646-cı ildə o uğursuz şəkildə Maklend klanının qədim düşməni Makkenzi klanı tərəfindən mühasirəyə alınmışdır. 1650-ci ildə İngiltərə vətəndaş müharibəsi zamanı royalist Markiz Montroz Neyl Maklaud tərəfindən həbs edilərək Adverk qalasında yerləşən tağlı zirzəmilərdən birində dustaq saxlanmşdır. Daha sonra o, Edinburq qalasına köçürülmüş və burada 21 may 1650-ci ildə edam edilmişdir. Vətəndaş müharibəsi zamanı II Karlın düşmənlərinə qoşulduğu üçün monarxiyanın bərpasından sonra Neyl Maklaud böyük zərər gördü. 1672-ci il iyul ayında Maklaud qiyamçı olduğu üçün həbs edilmiş, bu da öz növbəsində Makkenzi klanının (ing.
Ahalsıx qalası
Akhaltsikhe qalası (gürc. ახალციხის ციხე) — Gürcüstanın Axaltsixe bölgəsində yerləşən orta əsrlərə aid qaladır. Doqquzuncu əsrdə tikilmiş bu qala Osmanlı İmperiyasının buranı zəbt etməsinə qədər yerli insanlar tərəfindən Lomisa qalası kimi adlanırdı. == Tarix == Kartlis tsxovrebaya görə şəhərin əsası 9-cu əsrdə Tao kralının oğlu sayılan Quaram Mampal tərəfindən qoyulmuşdur. 13-cü əsrdən 14-cü əsrin sonuna kimi şəhər Mesxeti prinsliyinin paytaxtı idi. 1393-cü ildə şəhər Əmir Teymurun hücumlarına məruz qalmışdır. Türk-Moğol işğallarına baxmayaraq qala müqavimət göstərməyə davam etmişdir. 1550-ci ildə İstanbul sülh müqaviləsinə görə Mesxeti prinsliyi bütünlüklə Osmanlı İmperiyasının ərazisinə qatılmışdır. Türklər qalanı ən çox müdafiə məqsədilə istifadə etmişdir. 1752-ci ildə Rabatidə ilk məscid tikilmişdir.
Akan qalası
Akan qalası – Kəlbəcər rayonunun Həsənriz kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qala divarları daxilində müxtəlif dövrlərə aid, kobud yonulmuş daşlardan tikilmiş tikililərin, o cümlədən tağtavanlı binanın qalıqları və məzar daşları qalmışdır. == Təsviri == Saxlanmış divar qalıqlarından görünür ki, böyük ərazini əhatə edən Akan qalası ərazinin müdafiə sistemində mühüm rol oynamışdır. Qala, Həsənriz kəndindən şimal-şərqdə, böyük dağın ətəyində, Akan çayının sahilində, iki tərəfdən dərin yamaclarla əhatə olunmuş əlçatmaz ərazidə yerləşir. Qala divarları daxilində müxtəlif dövrlərə aid, kobud yonulmuş daşlardan tikilmiş tikililərin, o cümlədən tağtavanlı binanın qalıqları və məzar daşları qalmışdır. Qalanın şimal-şərq hissəsində yerlşən gizli yeraltı yol, çayın kənarında kərpicdən tikilmiş dörd zallı hamam binasına aparır. Hamamın divarlarında üfüqi yerləşdirilmiş keramik borulaq qalmışdır. Onlardan biri 11, digəri 7 sm diametrə, ümumilikdə 36 sm uzunluğa malikdir. Ehtimal ki, borular istixanadan su verilməsi üçün istifadə olunmuşdur. == İstinadlar == == Ədəbiyyat == Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989 Бархударян, С. Свод армянских надписей, вып.
Alamo qalası
Alamo qalası (ing. Alamo Mission in San Antonio) — Amerika Birləşmiş Ştatlarının Texas ştatının San-Antonio şəhəri yaxınlığında yerləşən qala kompleksi. Qala 2015-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Alamo qalası Texas İstiqlal müharibəsi zamanı 1836-cı ilin 23 fevral — 6 mart tarixləri aralığında baş vermiş eyni adlı müharibə ilə məşhurdur. 13 gün davam edən Alamo müharibəsi nəticəsində Texas Respublikasının tərəfdarları olan texaslılar Meksika ordu tərəfindən məğlub edilmişdir.
Alanya qalası
Alanya qalası — Antalyanın ilçəsi Alanyanın simvollarından biri olan qala. Dəniz səviyyəsindən 250 metrə qədər yüksələn yarımada üzərində yerləşir. Qala divarlarının uzunluğu 6.5 km-ə qədərdir. Kandeleri adı ilə də tanınan Alanya yarımadasındakı yaşayış, Helenistik dövrə qədər birlikdə günümüzə gələn tarixi abidə XIII əsr Səlcuqi əsəridir. Qala 1221-ci ildə şəhəri alıb yenidən inşa etdirən Səlcuqlu Sultanı I Əlaəddin Keyqubad tərəfindən tikdirilmişdir. Qalanın 83 qülləsi və 140 bürcü var. Orta əsrlərdə qala divarların içində yerləşmiş şəhərin su ehtiyacı təmin etmək üçün 1200-ə yaxın sarnıç tikilmişdir. sarnıçların bir hissəsi günümüzdə də istifadə edilir. Qala divarları planlı bir şəkildə Ehmedek, İçqal, Adam atacağı, Cilvarda burnu üstü, Ərəb övliyası bürcü və Əsəd bürcünü enərək Topxanə və Tərsanəni keçib Qızılqüllədə tamamlanacaq şəkildə inşa edilmişdir. Alanya qalası Anadolunu bəzəyən yüzlərlə qaladan bu günə qədər qalan, ən yaxşı qorunmuş orta əsr qalalarından biridir.
Alara qalası
Alara qalası — Alanyanın 37 kilometr qərbində, dənizdən 7 kilometr içəridə Səlcuqlu Sultanı I Əlaəddin Keyqubad tərəfindən 1232-ci ildə tikilmişdir. İpək yolu üzərində inşa edilən qalanın funksiyası, Alara çayı kənarındakı Alarahanda fasilə verən karvanların təhlükəsizliyini təmin etmək olubdur. Qala 200 metrdən 500 metrə qədər çıxan sıldırım bir təpə üzərində qurulmuşdur. Görkəmli bir görünüşü vardır. Xarici və daxili qala kimi iki hissədən ibarərətdir. 120 pilləli qaranlıq bir koridordan qalanın içinə gedilir. Ziyarətə açılmadığı üçün yabanı otların və xarabalıqların əhatəsində baxımsız vəziyyətdədir. Həmçinin tunelin ortasına doğru dərin bir çuxur var. Bunun ucu su almaq üçün keçdikləri mağaradır. Qalanın içində qayalar yonularaq tunellər tikilib.
Almeriya qalası
Almeriya qalası (isp. Alcazaba de Almeria) - 955-ci ildə Əndəlusun ilk xəlifəsi III Abd ər-Rəhman tərəfindən Almeriya şəhərində müdafiə qalası kimi əsası qoyulmuşdur.. Tikilinin ərazisi 35 000 m²-dir.. 1931-ci ildən İspaniyanın milli abidəsidir. İspaniyanın cənubunda yerləşən və tarixi liman şəhəri olan Almeriya ticarət cəhətdən vacib strateji obyekt hesab edilirdi. Müxtəlif vaxtlarda şəhəri romalılar, finikiyalılar, karfagenlilər idarə etmişdir. Lakin müsəlmanlar şəhərin qurulmasına çox böyük töhfə vermişdilər.. 955-ci ildə Alksaba de Almeriya qalasının tikintisinə başlanılmışdır. İlk əvvəl müşahidə qüllələri və qala divarları ucaldılmış, sonradan isə qala Xəlifəliyin iqamətgahına çevrilmişdi. Bu qala özünün daha çox çiçəklənməsini XI əsrdə yaşamış xəlifə Əl-Cayranın hakimiyyəti dövründə tapmış və bütün Əndəlüsün ticarət mərkəzi olmuşdur.
Ankara qalası
Ankara qalası, Ankara şəhərində yerləşən tarixi qala. Qalanın Bizans İmperiyası dövründə müdafiə məqsədi ilə tikildiyi güman edilir. Nə zaman inşa edildiyi tam olaraq bilinmir. Romalıların və Bizanslıların hakimiyyətində olan qala, 1073-ci ildə Səlcuqların əlinə keçmişdir. 1101-ci ildə Xaçlıların əlinə keçirilən qala 1227-ci ildə təkrar Səlcuqluların ərazisinə qatılmışdır. Səlcuqlular dövründə təmir və əlavələr edilən qala Osmanlı dövründə 1832-ci ildə Kavalalı Mehmet Əli Paşanın oğlu İbrahim Paşa tərəfindən təmir edilmişdir. Qalanın quruluşunda rast gəlinən heykəl, qəbir, sütun başlıqları qalanın tikintisində ətrafda olan materiallardan faydalanıldığını göstərir. Qalada roma dövrünə aid qalıqlar diqqəti çəksə də böyük ölçüdə Bizans dövründə inşa edilmişdir. İmperator II Consantantinus Xarici qalanı tikdirmişdir. İmperator Isaurili III Leonise qala divarlarını genişləndirərkən daxili qala divarlarını yüksəltmişdir.
Aqra qalası
Aqra qalası Aqra qalası, Qırmızı qala - Hindistanın Aqra şəhərindəki istehkam, Moğol İmperiyası dövründə hökmdarların iqamətgahı kimi xidmət etmişdir. Yamuna çayının üstündə, Tac Mahaldan cəmi 2,5 km məsafədə yerləşir. Onunla birlikdə Qırmızı Qala 1983-cü ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Qırmızı Qala ərazisinin bir hissəsi bu gün hərbi məqsədlər üçün istifadə olunur və ziyarətçilər üçün əlçatan deyil. == Tarixi == Teymuri Babur Dehli sultanları Sikəndər Lodi və İbrahim şah Ludinin burada yerləşən sarayını yenidən qurmuş və sözdə sərf etmişdir. Baoli (su kəməri). Sonralar Sultan Hümayun tez-tez burada dayanırdı. Qalanın özü 1558-ci ildə paytaxtı Dehlidən Aqraya köçürən Böyük Əkbərin təşəbbüsü ilə 1565-ci ildə başladı. Burada o, köhnə və uçuq-sökük Bədəlqar qalasını bərpa etdi (saray tarixçisi Əbdül-Fəzala görə). Artıq 1571-ci ildə qala tamamilə Rajasthani qırmızı qumdaşı divarı ilə əhatə olunmuşdu.
Aslan qalası
Aslan qalası — Xocalı rayonu Xanabad kəndi ərazisizində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Qala tarixi mənbələrdə həm də Şikakar adı ilə qeyd edilir. Aslan qalasının dəqiq inşa tarixi ilə bağlı məlumatlar yoxdur. Tarixi mənbələrdə qala ilk dəfə tarixçi Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” əsərində xatırlanır. Xaçın çayının sağ sahilində yerləşən Aslan qalası Xoxanaberd və Qaxaç qalaları ilə birlikdə Xaçın ərazisi ətrafında güclü müdafiə tikililəri halqası yaradır. Aslan qalasının içqalası yaylanın sol yamacında, uzun burun üzərində inşa edilmişdir. == Tarixi == Xaçın bölgəsindəki ən əlçatmaz qalalardan biri olmasına baxmayaraq, Aslan qalasının dəqiq inşa tarixi ilə bağlı məlumatlar yoxdur. Tarixi mənbələrdə qala ilk dəfə tarixçi Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” əsərində 821-ci ilə aid hadisələrlə əlaqədar xatırlanır. Kalankatlı yazır: Yepiskop Makar Marxudaryants qala ərazisindın topladığı epiqrafik məlumatlar əsasında onun tarixi haqqında daha dəqiq məlumat verərək yazır: “Şikakar qalası kifayət qədər qədim tarixə malikdir...Böyük Həsən onu sahiblik ərazisi və nəsil qəbirsanlığı kimi Smbat adlı knyaza bağışlamışdır.” Abidəni müasir dövrdə tədqiq etmiş Ş. Mkrtmyan qeyd edir ki, qala ərazisində indi də kənd tipli qədim yaşayış yeri, iki böyük qəbirsanlıq və iki kilsənin xarabalıqlarını müşahidə etmək mümkündür.
Axtı qalası
Axtı qalası (ləzg. Ахцегь-Къеле, ахт. диал. Ахцагь-Къала) — Dağıstanda, Axtı rayonunun Axtı kəndində 1839-cu ildə general E.A.Qolovin tərəfindən tikilmiş rus qalası. Federal əhəmiyyətli tarix və memarlıq abidəsi. Rusiyanın ən cənub qalası. == Təsviri == Axtı qalası aşağıdakı hissələrdən ibarətdir: Qala divarları Əsgər kazarması Pravoslav Kilsəsi Barıt anbarı Qala beşbucaqlı formaya malikdir, burçların künclərində bastionlar mövcuddur. Əvvəllər burada hündürlüyü 4,57 metr, qalınlığı 1,06 metr olan daş divarlı xəndək var idi. Divarların üzərləri müdafiə kazarmalarından ibarət idi. Düşmənin qalaya yaxınlaşması anında onları atəşə tutmaq üçün burda piyada mövqeləri qurulmuşdu.
Aydos qalası
Aydos qalası və ya digər adıyla Keçi qalası — Türkiyənin İstanbul ilinin Sultanbəyli mahalındakı 325 metrlik Aydos zirvəsində olan qala. Ətrafıyla birlikdə birinci dərəcədə arxeoloji abidə elan edilmişdir. == Tarixi == Qala Şərqi Roma İmperatorluğu dövründə inşa edilmişdir. O zamanki adı olan "Aetos" (Αετός), Yunancada "qartal" mənasını verməkdəydir. Bu ad, günümüzə qədər çox kiçik dəyişikliklə qorunmuşdur. XI əsrdə türklərin Konstantinopolisə (indiki vaxtda İstanbul) yaxınlaşmaları ilə qalanın əhəmiyyəti artdı, ancaq Səlib yürüşlərinin başlamasıyla türklər bölgədən ayrıldılar. XIII əsrin sonlarında bölgədə, yenidən mübarizələr başladı. 1326-1328-ci illərdə Kocaeli yarımadasının böyük bir qismi Osmanlı imperatorluğu suverenliyinə girmişdi. Bu dövrdə iki dövlət arasındakı sərhəd, Aetos-Pentikion (indiki vaxtda Pendik) xətti üzərində idi. Aşıq Paşazadənin yazdığı məlumatlara görə, Osmanlı sultanı Orxan Qazi, qalanın alınması üçün Abdurrahman Qazi, Akça Qoca və Qonur Alpı göndərmişdir.
Bakı qalası
Bakı qalası — Bakı şəhərinin orta əsrlərə aid İçərişəhər hissəsini əhatə edən qala divarları və qüllələrdir. Səyyahların illüstrasiyaları və XIX əsrin əvvəllərinə aid fotolardan məlum olur ki, vaxtilə Bakı şəhəri iki qat qala divarları ilə əhatə olunmuşdur. Həmin qaladan dövrümüzə yalnız daşdan olan hündür divarlar və onun bir neçə qapısı çatmışdır. I Şah Abbasın hakimiyyəti dövründə və daha sonra bu divar və qapılar dəfələrlə təmir və bərpa edilmişdir. Dövrümüzə çatmış qala divarları, qüllələr, mazğallar, banketlər, maşikullarla bərkidilmiş və əsrlər boyunca şəhər üçün etibarlı müdafiə təmin etmişdir. Orta əsrlərdə qala divarları 1500 metr uzunluğa malik olsa da, dövrümüzə yalnız 500 metrlik hissəsi çatmışdır. Qala divarları 3.5 metr enə, yerlərindən asılı olaraq, 8–10 metr hündürlüyə malikdir. XVIII əsrdə rus hərbi mühəndislərinin Bakı qalasına əlavə etdiyi altı bastion, onun funksionallığını daha da artırmışdır, lakin rusların qalanı tərk etməsindən sonra, bastionlar da tərk edilmişdir. Bakının Rusiya imperiyasına tabe edilməsindən sonra Bakı qalasının genişləndirilməsi planı hazırlanmşdır. 10 iyul 1796-cı ildə tərtib edilmiş həmin plana əsasən Bakı qalası, hazırda Seyid Mirbabayevin sarayı yerləşən əraziyə kimi genişləndirilməli idi, lakin həmin plan həyata keçirilməmiş və Bakı qalası XIX əsrin 80-ci illərinə kimi XVII əsrin əvvəllərində formalaşmış memarlıq simasını və XII əsrə aid memarlıq elementlərini saxlaya bilmişdir.
Balabür qalası
Bəlləbur qalası və ya Balabür qalası — Lənkəran şəhərindən 9 km. cənub-qərbdə, Bəlləbur kəndi yaxınlığında yerləşən qala. Abidə VIII-IX əsrlərə aiddir. Qala təxminən 1 hektar ərazinin əhatə edir. Hündürlüyü 4–5 metr, eni 2 metrdir. 1869-cu ildə Səidəli Kazımbəyoğlu tərəfindən qələmə alınmış "Cavahirnameyi-Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir. Qalanın ərazisində saxsı su boruları olan məişət binalarının qalıqları durur. == İstinadlar == == Ədəbiyyat == Aqşin Mistanlı. Cənub Bölgəsi Abidələri Ensiklopediyası., B.2018. nəşr)) Агшин Алиев.Бахрамнаме(I Часть) Səidəli Kazibekov.
Balçılı qalası
Balçılı qalası — Göygöl rayonu Balçılı (Göygöl) ərazisində yerləşir. XII əsrə aid olan möhtəşəm Balçılı qalası Gəncənin müdafiəsində olduqca mühüm rol oynayıb. Ancaq möhtəşəmliyinə və böyüklüyünə görə Gəncə ətrafında olan qalalar arasında Balçılı qalası ən əzəmətlisi hesab oluna bilər. Bundan əlavə, bu qalanın ətrafında-dağın ətəyində təxminən 50 hektar sahədə əlavə qala divarı çəkilib. Görünür ki, orada əsasən, əkinçi, sənətkar əhali məskunlaşıbmış. Onların ictimai binalarının qalıqları, istifadə etdikləri ocaq yerləri hazırda da qalmaqdadır.
Bastiliya qalası
Bastiliya (fr. la Bastille, tarixi adı la Bastille Saint-Antoine) — Paris şəhərində yerləşən və orta əsrlərdə tikilən tarixi qala. Qala 1370-1382-ci illərdə tikilmişdir. Qala XV əsrdən həm də dövlət həbsxanası idi. XVI əsrin sonlarında Paris xalqı mütləqiyyətin əleyhdarlarının sayı xeyli artmağa başlamışdır. XVI əsrin sonlarında bu şəxslər saxlanılır və həmin qalada həbs olunurdu. 1789-cu ilin iyulun 14-də Paris üsyançıları mütləqiyyət rəmzi olan Bastiliyanı aldılar, bu da Böyük Fransa inqilabının başlanğıcı olmuşdur. Bastiliyanın alındığı gün Fransanın milli bayramı kimi qeyd edilir.