Bu məqalə sürətli silmə kriteriyalarına əsasən yaxın vaxtda silinə bilər. Göstərilmiş səbəb: Azərbaycan dilli Vikipediyada istifadəçi çoxluğunun 12 iyul 2024-cü il tarixli SNS-də əldə edilən ümumi razılığı əsasən Vətən Müharibəsi Qəhrəmanı adı alan və ya Zəfər ordeni ilə təltif edilən və ya VP:ŞEƏ və ya VP:HƏRBÇİ şərtlərini tam ödəyən şəhidlər istisna olmaqla digər məqalələr silinir. Məqalənin məzmunları tam formada Unudulmazlar, Memorial və s. plaftormalarda olduğu üçün məqalənin məzmunu itmir və Google axtarış sistemində şəhidin adı qeyd olunanda həmin mənbələr birinci sırada çıxır
Əgər səhifənin silinməsini düzgün hesab etmirsinizsə, bu barədə müzakirə səhifəsində fikrinizi bildirə bilərsiniz.
Bu məqalə sonuncu dəfə 5 saat əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Ramil Ağarəhim oğlu Ağayev (20 sentyabr 1994, Sabirabad rayonu – 13 oktyabr 2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Ramil Ağayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 sentyabr 1994(1994-09-20) |
Doğum yeri | |
Vəfat tarixi | 13 oktyabr 2020(2020-10-13) (26 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 |
Ramil Ağayev 20 sentyabr 1994-cü ildə Sabirabad rayonunda anadan olub.Ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində alıb.Digah Ərazi nümayəndəliyində müdir müavini vəzifəsində,daha sonra isə Abşeron Rayon İcra Hakimiyyətində Tikinti-Memarlıq şöbəsində baş mütəxəssis vəzifəsində işləyirdi.Ailəli olan qəhrəmanımızın Firuzə adında 10 aylıq körpəsi var.
Azərbaycan Ordusunun əsgəri olan Ramil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Ağayev oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub. Doğulduğu Sabirabad dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.