Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mikayıl Rəfili
Mikayıl Həsən oğlu Rəfili (12 (25) aprel 1905, Borsunlu, Yelizavetpol qəzası – 25 aprel 1958, Bakı) — şair, ədəbiyyatşünas, tənqidçi, 1935-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1944), professor (1945). == Həyatı == Mikayıl Rəfili 1905-ci il aprelin 25-də Yelizavetpol qəzasının (indiki Goranboy rayonu) Borsunlu kəndində varlı kəndli ailəsində doğulmuşdur. Yelizavetpol klassik gimnaziyasında təhsil almışdır. Bu dövrdə bədii yaradıcılığa başlamışdır. Onun "Mikayıl Rəfizadə" imzası ilə ilk qələm təcrübələri "Mücadileyi-həyat" hekayəsi, "Elmə doğru" şeiri və "Qərb mədəniyyəti" məqaləsi "Əfkari-Mütəəllimin" jurnalında (1919, 2,3 nömrələrində) dərc olunmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Borsunlu kəndində müəllim və məktəb müdiri olmuş, kəndin mədəni həyatında fəal çalışmış, komsomol sıralarına qəbul olunmuşdur. 1921-ci ildə orta təhsil almaq məqsədilə Gəncəyə gəlmiş, eyni zamanda ictimai işlərdə fəallıq göstərmiş, III Azərbaycan qurultayına nümayəndə seçilmişdir. "Rosta" qəzetində iştirak etmişdir. Bakıda Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, həm də Azərbaycan Dövlət Universitetinin Şərq dilləri fakültəsində məşğələlərin dinləyicisi, 1924-cü ildə olur. "Maarif və mədəniyyət" jurnalı redaksiyasında işləyir.
Oqtay Rəfili
Oqtay Eldəgəz (doğum adı: Oqtay Kərim oğlu Rəfili; 11 mart 1934, Bakı – 16 may 2002, Bakı) — müəllim, yazıçı, Milli Azadlıq Qərargahının sədri. == Həyatı == Oqtay Eldəgəz 1934-cü ildə Bakının Əmircan (Xilə) kəndində dünyaya gəmişdir. Orta məktəbi bitirdikdən sonra 1964-cü ildə BDU-nin əyani dilçilik bölümünün filoloji fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, texnikumlarda, orta məktəblərdə dil-ədəbiyyat fənnlərini tədris etmişdir. Bütün həyatı boyu Eldəgəzlər (Atabəylər) dövləti haqqında tədqiqatlar aparıb, “Eldəgəz” təxəllüsünü ona görə götürüb. 1937-ci ildəki repressiya onun yaralı yeri idi. Həmin illər Əmircandan çoxlu adamlar sürgün edilmişdi. Stalin rejiminin qurbanları olan dövlət xadimləri, hüquq işçiləri, müəllimlər, həkimlər, neft ustaları, alimlər sürgün edildilər. Onun tez-tez təkrar etdiyi bir cümlə hər şeyı aydınlaşdırırdı. “Elə bir yerə düşərik ki, oranın əzabından qurtula bilmərik”. O, qəlb ağrılarını da çəkə bilmirdi.
Ulduz Rəfili
Ulduz Saleh qızı Rəfili (15 dekabr 1922, Goranboy, Gəncə qəzası – 8 yanvar 2006, Bakı) — rejissor, əməkdar incəsənət xadimi, professor == Həyatı == Ulduz Saleh qızı Rəfili 15 dekabr 1922-ci ildə Goranboy rayonunun Borsunlu kəndində doğulub. 12 yaşı olanda nəsilləri sovet repressiyasına məruz qalıb və o, böyük bacısı Səmayə xanımla 1934-cü ildə Bakıya köçüb. Ulduz xanımın öz əli yazdığı avtobioqrafiyasında oxuyuruq: "Atam Saleh Əliyev hələ mən dünyaya gəlməmiş vəfat etmişdir. Daha sonra Ulduz xanım Moskvada Dəmiryolu Nəqliyyatı üzrə Mühəndislər İnstitutuna daxil olmuş, orada oxumaqla yanaşı, Moskva metropolitenində stansiya növbə rəisi və elektrik qatarında maşinist kimi çalışmışdır. Ulduz Rəfili müharibə bitdikdən sonra Bakıya qayıtmış, burada indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olmuş, 1951-ci ildə oranı bitirmişdir. Həmin müddətdə də təhsil almaqla yanaşı, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında məsləhətçi və o zamankı Kitabxanaçılıq Texnikumunda pedaqoq kimi fəaliyyət göstərmişdir. == Fəaliyyəti == O, ali məktəbi bitirdikdən sonra 1951-ci ildə ilk Azərbaycan qadın teatr rejissoru kimi Gənc Tamaşaçılar Teatrının rus bölməsində fəaliyyətə başlayıb. 1972–1975-ci illərdə Gənc Tamaşaçılar Teatrının baş rejissoru kimi fəaliyyət göstərib. Burada həm Azərbaycan, həm də rus bölmələrində tamaşalar hazırlayıb, onlara quruluş verib. U.Əliyeva 50-dən artıq tamaşaya — "İkinci ailə" (1954), "Ayrılan yollar" (1957), "Durna qatarı" (1958), V.Hüqo "Qavroş" (1959), "Ümid nəğməsi" (1959), "Hünər" (1963), S.Qədirzadə "Şirinbala bal yığır" (1965), "Xoruz" (1965), X.Əlibəyli "Dovşanın ad günü" (1966), C.Məmmədov "Dan ulduzu" (1967), K.Qaldoni "İki ağanın bir nökəri" (1968), M.Təhmasib "Rübailər aləmində" (1968), Anar "Ötən ilin son gecəsi" (1968), S.Sani Axundov "Qaraca qız" (1971), X.Əlibəyli "Aycan" (1973), Ə.Əylisli "Mənim nəğməkar bibim" (1975) və s.
Rəfil Əhmədov
Rəfil Nayıb oğlu Əhmədov (14 oktyabr 1948, Xocalı – 26 fevral 1992, Xocalı) — Xocalı soyqırımı şəhidi. = Həyatı = Rəfil Əhmədov 1948-ci il oktyabrın 14 də Xocalı şəhərində doğulmuşdur. O,ailənin dördüncü övladı idi. Uşaqlıqdan ailəsi üçün çalışıb çörək qazanardı. 1965-ci ildə məktəbi bitirərək, Əsgəran rayonunda bir müddət çalışmışdır. 1966-ci ildə ordu sıralarına çağrılmışdır. Hərbi xidməti Minsk şəhərində keçmişdir. 1967-ci ildə ordudan tərxis olunaraqa beton zavodunda çalışmağa başladı. 1969-1972-ci illərdə Əsgəran rayonunda bufet də çalışmışdır. Daha sonra 1972-ci ildə kombinat zavodunda fəhlə kimi işləmişdir.
Nevill Çemberlen
Nevill Çemberlen (ing. Arthur Neville Chamberlain; 18 mart 1869[…], Birminhem, Vorvikşir qraflığı – 9 noyabr 1940[…], Ridinq) — ingilis dövlət xadimi, Mühafizəkarlar Partiyası lideri, 1937–1940-cı illərdə Böyük Britaniyanın 60-cı baş naziri. == Həyat və fəaliyyəti == Artur Nevill Çemberlen 18 mart 1869-cu ildə Birminhemdə anadan olmuşdur. 1918-ci ildən parlament deputatı, 1930–1931-ci illərdə Mühafizəkarlar partiyasının sədri, 1937–1940-cı illərdə isə Böyük Britaniyanın baş naziri olmuşdur. Faşist təcavüzünü SSRİ-yə qarşı yönəltmək məqsədilə Çemberlen hökuməti Hitler Almaniyasına bir sıra güzəştlərə getmiş, Moskva danışıqlarına (1939) rəğmən Almaniya ilə gizli sövdələşməyə cəhd göstərmişdir. Lakin Çemberlen hökumətinin bu siyasəti boşa çıxdıqdan sonra Böyük Britaniya əlverişsiz bir şəraitdə İkinci dünya müharibəsinə qoşulmuşdu. 1940-cı il, mayın 10-da istefa verməyə məcbur olmuş və elə həmin ilin noyabrın 9-da vəfat etmişdir. == Ədəbiyyat == Aster, Sidney. Guilty Man: the Case of Neville Chamberlain // Finney, Patrick (redaktor ). The Origins of the Second World War.
Kler Redfild
Kler Redfild (yap. クレア・レッドフィールド, Kurea Reddofīrudo, ing. Claire Redfield) — Capcom şirkətinin yaratmış olduğu "Resident Evil" videooyun seriyasında görünən personaj. O, 1998-ci ildə buraxılmış "Resident Evil 2" oyununda Leon S. Kennedi ilə birlikdə oynana bilən personaj kimi təqdim edilmişdir.
Rafil Hüseynov
Rafil Hüseynov (tam adı: Hüseynov Rafil İsrafil oğlu; 14 aprel 1953, Gülgəzli, Bərdə rayonu) — Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il Sərəncamı ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. == Həyatı == 14 aprel 1953-cü ildə Bərdə rayonunun Gülgəzli kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini, 1980-ci ildə UİLKGİ MK-yanında AKM-ni, 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd təsərrüfatı istehsalının iqtisadiyyatı fakultəsini bitirmişdir. 15.08.1969–05.02.1977-ci illərdə Bərdə rayonu "Kommunizm yolu" qəzetinin redaksiyasında korrektor, ədəbi işçi, müxbir, şöbə müdirivəzifələrində çalışmışdır. 15.02.1977–25.08.1978-ci illərdə Azərbaycan LKGİ Bərdə Rayon Komitəsnin ikinci katibi, 02.07.1980–03.10.1981-ci illərdə Azərbaycan LKGİ MK –nin təlimatçı metodisti, 03.10.1981–22.12.1988-ci illərdə Azərbaycan LKGİ Bərdə Rayon Komitəsinin birinci katibi, 22.12.1988–30.10.1990-cı illərdə Azərbaycan KP Bərdə Rayon Komitəsinin şöbə müdiri, 30.10.1990–23.10.1991-ci illərdə Bərdə rayon XDS İcrayyə Komitəsi- sədrin müavini, 23.10.1991–05.11.1991-ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinin icraçısı, 08.11.1991–10.07.1992-ci illərdə Bərdə rayonu Dövlət Vergi İnspeksiyasının rəisi, 10.07.1992–18.12.1992-ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 18.12.1992–04.09.1996-cı illərdə Bərdə Rayon İcra hakimiyyəti başçısının müavini, rayon kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi, 04.10.1996–10.12.1998-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş aqrar islahatlar idarəsində şöbə rəisi, 10.12.1998–23.06.2003-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İslahatlar və Sahibkarlığın inkişafı Baş İdarəsində rəis müavini, idarə rəisi. 26.09.2003–05.01.2006-cı illərdə Kənd Təsərrüfat Nazirliyinin Aqrar İslahatlar və sahibkarlığın inkişafı şöbəsində müdir müavini, sektor müdiri, 01.02.2006–03.02.2007-ci illərdə "Qara Torpaq" konsalting MMM-in icraçı direktoru, 03.02.2007–13.07.2007-ci illərdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Icraçı katibliyinin Bələdiyyələrlə İş üzrə departamentinin direktoru, 13.07.2007–04.09.2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, 04.09.2007–31.03.2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 31.03.2009–04.08.2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 04.08.2010–14.04.2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il Sərəncamı ilə Masallı Rayonun İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Dövlət qulluğunun baş müşaviridir. "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
Rafil İmanov
Rafil Cəlal oğlu İmanov (12 noyabr 1949, Fəxralı, Qasım İsmayılov rayonu – 1 sentyabr 2014, Bakı) — riyaziyyatçı, əməkdar müəllim və pedaqoq. == Həyatı == Rafil Cəlal oğlu İmanov 1949-cu ildə noyabrın 12-də Goranboy rayonunun (keçmiş Qasım İsmayılov) Faxralı kəndində sadə kəndli ailəsində anadan olub. 1956–1966-cı illərdə Faxralı kənd orta məktəbində oxuyub. 1966–1970-ci illərdə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsində təhsil alıb və həmin institutu bitirib. 1970–1977-ci illərdə Balakən rayonunda müəllimlikdən direktor müavinliyi vəzifəsinədək yüksəlib. Ailəli olub. Beş övladı var. == Pedaqoji fəalliyətləri == 1978-ci ildən etibarən müvafiq olaraq Bakı şəhərinin 116, 48, 245 saylı məktəblərində riyaziyyat müəllimi işləyib. 1991–1992-ci illərdə "Gələcək Zəkalar" liseyini yaradıb. 1992–1993-cü illərdə Bakı şəhəri Xətai rayonu Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.
Refik Koraltan
Bəkir Refik Koraltan (1889, Divriği, Sivas ili – 17 iyun 1974, İstanbul) — Türk siyasətçi, Demokrat Parti dövründə, 1950 ile 1960 arasında Türkiyə Böyük Millət Məclisi Başqanı. == Həyatı == Ilk təhsilini Sivas ilinin Divriği şəhərində alan Koraltan Istanbula gedərək liseydə oxuyur. Daha sonra Istanbul Universitetinin Hüquq fakültəsində təhsil alır. 1914-cü ildən etibarən prokuror və vəkil işləməyə başlayır. Mudros müqaviləsindən sonra bir müddətdə Istanbulda işləyir və Konyaya qayıdır. O burada Milli Qüvvələrin tərkibinə qatılaraq Istiqlal müharibəsinə qoşulur. 1920-ci il 23 apreldə Konyadan TBMM-ə CXP-dən deputat seçilir. Koraltan həmçinin Konyadan II, III, IV çağırış millətvəkili seçilir. Deputatlıqdan 1935-də ayrılır və bir daha 4 il sonra Içeldən Məclisə daxil olur. 1945-ci ildə Cəlal Bayar rəhbərliyi altında Adnan Menderes, Fuad Köprülü ilə birlikdə demokratik çoxpartiyalı sistemə keçidi tələb edən "Dördlü Takrir" adlı sənədi CXP-yə təqdim etdilər və partiyadan qovuldular.
Refiq Muzafarov
Refiq Muzafarov (krımtat. Refiq İbraim oğlu Muzafarov, Рефикъ Ибраим огълу Музафаров; 18 aprel 1928 – 20 dekabr 2011, Simferopol) — Filologiya elmləri doktoru, professor, Krım tatar folklorşünası. Krım Tatar Milli Qurultayının nümayəndəsi, ilk tərkibdəki Krım Tatar xalqı Məclisinin üzvü, mədəniyyət, dil, din məsələləri ilə məşğul olur. == Bioqrafiyası == Digər Krım tatarları kimi uzun zaman Özbəkistanda yaşamışdır. O, bir müddət Çirçik şəhərində yaşayır. 1960-cı ildə namizədlik disertasiyasını, 1967-ci ildə isə Bakıda Krım tatar folkloru üzrə doktorluq dissertasiyasını müdafiə edir. 1967-ci ilin iyununda Filologiya elmləri doktoru Muzafarov, Krım Tatar xalqının Andropov, Şelokov, Rudenko və Qeorqadze tərəfindən Kremldə qəbul edilmiş nümayəndə heyətinin tərkibində olur. Növbəti dəfə nümayəndə heyətində qalma haqqını atıqlaması ilə ödəmişdir. Ona qarşı donoslar yazılır, işlədiyi müddətdə işə götürüldükdən 2-3 ay sonra müxtəlif bəhanələrlə 10-a yaxın universitetdən qovulur. O dövrdə SSRİ-də akademik dərəcəsi olan Krım Tatar filologiyası üzrə yeganə mütəxəssisin yazdığı kitablar və məqalələr çap olunmur.
Refiq Turan
Rəfiq Turan (türk. Refik Turan; 1956, İsparta) — Türk akademik, Türk Tarix Qurumunun keçmiş prezidenti. == Həyatı == Refiq Turan 1956-cı ildə Türkiyənin İsparta ilçəsində anadan olmuş, 1967-ci ildə ibtidai təhsilini, 1974-cü ildə isə İspartada lisey bitirmişdir. 1978-ci ildə Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsinin Tarix bölməsinin bakalavr pilləsini, 1980-ci ildə həmin universitetin Ümumi Türk Tarixi kafedrasında magistraturasını, 1983-cü ildə isə doktoranturanı bitirmişdir. Qazi Təhsil fakültəsinin Sosial Elmlər Təhsili bölməsinin Tarix Təhsili qoluna köməkçi dosent vəzifəsinə təyin olunduqdan sonra 1989-cu ildə dosent, 1995-ci ildə professor adını qazanmışdır. 6 mart 2015-ci ildə prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türk Tarix Cəmiyyətinin prezidenti vəzifəsinə təyin edilmişdir. == Fəaliyyəti == TTQ-da vəzifəyə başladıqdan sonra ilk öncə 1915-ci il hadisələri üzərində işləyəcəyini açıqlayan Rəfiq Turan diqqətləri hadisələrin akademik, siyasi və təbliğat tərəflərinə yönəltməyə başladı. Hadisələrdə əsas müzakirə mərkəzi Türkiyə və Ermənistan münasibətləri olmasından daha çox başqa güclərin olduğunu açıqladı. Qatıldığı tədbirlərin birində İslamın dünyaya gəlməsini dünya tarixindəki ən əhəmiyyətli hadisələrdən biri olduğunu və bu dinin türklər tərəfindən qəbul edilməsi prosesini kimi qeyd etdi. Hələ də Türkiyədə mübahisəli olan Lozanna müqaviləsini müvəffəqiyyətli və qazanılan müharibələrlə mütənasib bir müqavilə olaraq görmədiyini bildirdi.
Precision və recall
Dəqiqlik və tanıma (ing. Precision and recall) — informasiyanın alınması (en:informational retrieval) və obyektlərin tanınmasında, precision alınan informasiyanın nə qədərinin uyğun (relevant) olmasını, recall isə uyğun nümunələrin nə qədərinin alındığını göstərən nisbətdir. Misal üçün, fərz edək ki, proqram göstərilən şəkildən 7 it şəklini tanıyır. Şəkildə isə 9 it və bir neçə pişik şəkli var. Proqramın 4 şəkli doğru tanıyıb, 3 şəkil isə pişikdir. Onda proqramın precisionı 4/7, recall isə 4/9 olur.
Efil (Əhər)
Efil (fars. افيل‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,639 nəfər yaşayır (376 ailə).
Rəfael
Rafael — kişi adı. Rafael Santi — məşhur İtalyan rəssamı. Rafael Kalderon — Kosta-Rikanın prezidenti. Rafael Mustafayev — tanınmış jurnalist. Rafael Əmənzadə — Fizika-riyaziyyat elmləri doktoru, professor, Rafael Varan — Fransa futbolçusu. Rafael Süleymanov Rafael Qvaladze — Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi (1985–1990). Rəfail Oğuztürk Dağlı Digər Rafael Urdaneta Universiteti — Venesuelanın Marakaybo şəhərində yerləşən ali təhsil müəssisəsi.
Rəfail
Rafael — kişi adı. Rafael Santi — məşhur İtalyan rəssamı. Rafael Kalderon — Kosta-Rikanın prezidenti. Rafael Mustafayev — tanınmış jurnalist. Rafael Əmənzadə — Fizika-riyaziyyat elmləri doktoru, professor, Rafael Varan — Fransa futbolçusu. Rafael Süleymanov Rafael Qvaladze — Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi (1985–1990). Rəfail Oğuztürk Dağlı Digər Rafael Urdaneta Universiteti — Venesuelanın Marakaybo şəhərində yerləşən ali təhsil müəssisəsi.
Rəhilə
Rəhilə (ivritcə רחל) — Əhdi-Ətiqdə Yaqubun arvadı, Yusifin və Binyaminin anası. Tövrata görə, Efratada (indiki Bet-Lexem) rəhmətə getmiş və dəfn olunmuşdur. == İstinadlar == == Mənbə == Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
Şəfili
Şəfili — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Şəfili kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Çarxana kəndi mərkəz olmaqla, Çarxana kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi şəfili nəslinin məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrdə şəfililər maldarlıqla məşğul olan kiçik elat kimi təsvir olunurlar. == Coğrafiyası və iqlimi == Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Kəndin mərkəzi yolla arası 3 km-dir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 206 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Kənddə 53 təsərrüfat var. Kəndə mavi yanacaq verilir. Yeni tikintilər aparılır.
Rəfiqə
Rəfiqə — Azərbaycanlı adı. Rəfiqə Şabanova — Azərbaycan əməkdar bədən tərbiyəsi və idman ustası (1982). Rəfiqə Axundova — Azərbaycan balet artisti, baletmeyster. Rəfiqə Hüseynzadə — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya üzrə vitse-prezidenti (2011–2023). Rəfiqə Qazıyeva — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi (1980–1991) Rəfiqə Mustafayeva — professor, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü Rəfiqə Nuray — Azərbaycan şairi. Rəfiqə Əzimova — tədqiqatçı alim, fəlsəfə araşdırmaçısı, sosioloq. Rəfiqə Qurbanova — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru.
Rəfael Abbasov
Rəfael Abbas oğlu Abbasov (28 noyabr 1943, Bakı – 3 dekabr 2020) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006). == Həyatı == Rafael Abas oğlu Abasov 28 noyabr 1943-cü il də Bakı şəhərində anadan olmuşdur. O, 1960-1965-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1968-1974-cü illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. 1967-ci ildən başlayaraq respublika və beynəlxalq sərgilərin iştirakçısı olan Rafael Abasov realizm üslubunda portret, natürmort və mənzərə janrında əsərlər çəkmişdir. 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. Əsərləri Almaniya, ABŞ, Meksika, Hollandiya, Avstriya, Rusiya, İngiltərə, Fransa, Türkiyə, Yaponiya, Koreya, Şri Lankada nümayiş etdirilib və Azərbaycan, Almaniya, ABŞ, Meksika, Koreya, Kanada, Koreya, Türkiyə, Özbəkistan, Latviya, Belarusiya, Rusiya qalereyasında və şəxsi kolleksiyalarda saxlanılır.
Rəfael Ağayev
Rafael Ağayev (4 mart 1985, Sumqayıt) — Azərbaycan karateçisi, 6 dəfə dünya çempionu, 11 dəfə Avropa çempionu. == Həyatı == Ağayev Rafael Mahir oğlu 4 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. Atasının yolu ilə gedərək 7 yaşından futbolla məşğul olub. Eyni zamanda ilk məşqçisi, Rafael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb. İlk məşqçisi onda karateyə qarşı böyük sevgi oyada bilmiş, ona ilk vərdiş və bacarıqları alışdırmışdır. İlk milli yarışlarda iştirak etməklə o, diqqəti özünə çəkmiş və Füzuli Musayevin rəhbərliyi altında respublikanın ən məşhur idman klublarından biri olan "Budokan"da məşq etməyə başlamışdır. Rafael Ağayev artıq ilk respublika çempionatında bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun diqqətini cəlb edə bilmişdi. O, beynəlxalq yarışlarda ilk dəfə olaraq milli yığma komandanın tərkibində 1997-ci ildə, Macarıstanda keçirilən açıq Dünya Kubokunda iştirak etmişdir. Növbəti il o, İngiltərənin açıq çempionatının qalibi olmuş və bundan sonra, heç bir yarışdan medalsız geri qayıtmamışdır. Rafael Ağayev, karate ilə məşğul olmağa yeddi yaşında başlayıb.
Rəfael Dadaşov
Rafael Məlik oğlu Dadaşov (4 yanvar 1946, Zaqatala – 16 mart 2020, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikasının xalq artisti (2006), "Şöhrət" ordeni laureatı (2019). == Həyatı == Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Zaqatalada doğulub. O, 1972-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. === Ailəsi === Aktyor Məlik Dadaşovun və Sofa Hüseynovanın oğludur. Aktyor Salman Dadaşovun qardaşı oğludur. === Vəfatı === Aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki obstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Rafael Dadaşov 16 mart 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Yaradıcılığı == Rafael Dadaşov 1976-cı ildən Akademik Milli Dram Teatrın aktyor truppasında çalışıb. Teatrın səhnəsində Zaur "Ümid" (M. İbrahimbəyov), Don Juan "Bəşərin komediyası, yaxud Don Juan" (M. İbrahimov), Klavdi "Hamlet" (Uilyam Şekspir), Klavdio "Heç nədən hay küy" (Uilyam Şekspir), Bəhram "Fitnə" (Abdulla Şaiq), Vojevatov və Paratov "Cehizsiz qız" (Aleksandr Ostrovski), Rövşən "Əliqulu evlənir" (Sabit Rəhman), Müstəntiq "İstintaq" (Rüstəm İbrahimbəyov), Birinci reportyor "Səhra yuxuları" (Anar), Knyaz Xasay "Xurşidbanu Natəvan" (İlyas Əfəndiyev), Qədim "Büllur sarayda" (İlyas Əfəndiyev), Cəmil "Unuda bilmirəm" (İlyas Əfəndiyev), Fikrət və Rəşad "Kimdir haqlı?" (Bəxtiyar Vahabzadə), Mirzə Fətəli "Mirzə Şəfi" (Nəbi Xəzri), Vasif "İblis" (Hüseyn Cavid), Qiyas "Şəhərin yay günləri" (Anar), Murad "Nakam qız" (A. Şirvanzadə), Fəxrəddin "Qılınc və qələm" (Məmməd Səid Ordubadi), Camal "Nişanlı qız" (Sabit Rəhman), Həsən Soltan "Şeyx Xiyabani" (İlyas Əfəndiyev), Mayis "Sevgililərin cəhənnəmdə vüsalı" (İlyas Əfəndiyev), Ədhəm Tağıyev "Dəlilər və ağıllılar" (İlyas Əfəndiyev), Mindövlət və Aydar "Sokratı anma gecəsi"("Eşşək dərisi üzərində məhkəmə") (Ç. Aytmatov və M. Şahanov), Tesey "Fedra" (J. Rasin), Özdəmir "Afət" (Hüseyn Cavid), Şeyx Nəsrullah "Ölülər" (Cəlil Məmmədquluzadə), Agah Əfəndi ("Qanlı Nigar", Sadıq Şəndil), Anton Antonoviç Skvoznik-Dmuxanovski ("Müfəttiş", Nikolay Qoqol) və s. maraqlı obrazlar aratmışdır.
Rəfael Hüseynov
Rafael Baba oğlu Hüseynov (12 avqust 1955, Kürdəmir) — Azərbaycanlı ədəbiyyatşünas, ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor, AMEA-nın həqiqi üzvü (2014), millət vəkili. == Həyatı == 1955-ci il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. 1971-ci ildə burada 2 saylı şəhər orta məktəbini bitirmişdir. 1971–1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars fılologiyası ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə 1976-cı ildə təyinatla göndərildiyi Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində başlamışdır, 1978-ci ilədək burada çalışmışdır. O, 1978–1982-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində kiçik elmi işçi, 1982–1988-ci illərdə isə həmin institutun Orta əsrlər şərq yazılı mənbələrinin tədqiqi və nəşri şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır. 1980-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Nizami adına Ədəbiyyat muzeyində şöbə müdiri işləmişdir. Hazırda muzeyin direktorudur. Rafael Hüseynov 1987–1989-cu illərdə Azərbaycan Dövlət Universitetində, 1990–1991-ci illərdə Konservatoriyada "Mədəniyyət tarixi", 1995-cınildə isə "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı" və "Azərbaycan mədəniyyəti" fənlərindən dərs demişdir.
Rəfael Həbibov
Rəfael Sərafət oğlu Həbibov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəfael Şərafət oğlu Həbibov 1964-cü il aprel ayının 2-də Əli Bayramlı şəhərində anadan olmuşdur. Rəfael təhsil illərində özünü bacarıqlı bir şagird kimi göstərmiş, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazanmışdır. Təhsil illərində idmana və ibtidai hərbi hazırlıq fənninə böyük maraq göstərmişdir. O, hərbi xidmətini Baltik ətrafında keçirmiş, gizir rütbəsinə kimi yüksəlmişdir. Sonra isə Leninqradda (Sankt-Peterburqda) hərbi məktəbi qurtarmış, leytinant rütbəsinə layiq görülmüşdür. O, qardaşı Cəbrayılla Əfqanıstan döyüşlərinin iıtirakçısı olubdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında iştirak etmək məqsədilə 1992-ci ildə Qarabağa göndərilir. İlk günlrədən təcrübəli zabit kimi döyüşlərə atılır. Təzəkənd, Narıncılar, Zodqızıl, Mədəni Ala Qala, Ağdaban, Çörəkdar, Çapar və s.
Rəfiqə Mustafayeva
Rəfiqə Şahgül qızı Mustafayeva — professor, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji elmlər üzrə Qafqazda ilk, Şərqdə ikinci qadın elmlər doktoru, Respublikanın Əməkdar müəllimi, “Xan qızı Natəvan” diplomu və “Akademik Mehdi Mehdizadə mükafatı” laureatı. == Həyatı == R. Ş. Mustafayeva 1936-ci il iyunun 21-də Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 204 nömrəli məktəbdə orta, 1954—1959-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində ali təhsil almışdır. 1960—1976-cı illərdə Bakının 100, 182, 240 nömrəli məktəblərində əvvəlcə ibtidai sinif, sonra isə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində onun 18 şagirdi məktəbi qızıl, 1 nəfəri isə gümüş medalla bitirmiş, 54 şagirdi ədəbiyyat müəllimi kimi ali təhsil almış, hazırda Binəqədi və respublikanın digər rayonlarında müəllimlərinin yolunu davam etdirirlər. R.Ş. Mustafayeva 1970—1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasının əyani şöbəsində oxumuşdur. Elmi işini vaxtından əvvəl tamamlamış, 1974-cü ilin 14 mayında müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1979-cu ilədək aspiranturada oxuduğu institutda əvvəlcə kiçik elmi işçi, sonra isə baş elmi işçi kimi fəaliyyət göstərmişdir. 1979-cu ildə müsabiqə yolu ilə Mərkəzi Müəllimlər İnstitutuna qəbul edilmişdir. 1985-ci ilin fevralınadək burada kiçik elmi işçi, baş müəllim, dosent kimi fəaliyyət göstərmişdir.
Rəfiqə Nuray
Rəfiqə Nuray (1942, Xaçmaz rayonu) — Azərbaycan şairi. == Həyatı == 1942-ci ildə Xaçmaz rayonunda anadan olub. Bakıdakı 49 saylı orta məktəbi bitirib. İki il BDU-nun jurnalistika fakültəsində oxuduqdan sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib. İnstitutu bitirdikdən sonra "Ədəbiyyat və incəsənət" qəzetində ədəbi işçi kimi çalışıb. 1971–1992-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında məsul katib, dublyaj şöbəsində böyük redaktor vəzifələrində işləyib.
Rəfiqə Qazıyeva
Qazıyeva Rəfiqə Salam qızı (1939, Bakı) — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi (1980-1991)
Rəfiqə Qurbanova
Rəfiqə Əhməd qızı Qurbanova — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru. == Həyatı == Rəfiqə Əhməd qızı Qurbanova 1938-ci il noyabrın 13-də Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1946–56-cı illərdə Şəki şəhərindəki 1 saylı orta məktəbdə təhsil almış və oranı qızıl medalla bitirmişdir. 1956-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuşdur. 1961-ci ildə isə oranı fərqlənmə diplomu ilə bitirərək, həmin il kimya fakültəsinin aspiranturasının əyani şöbəsinə daxil olmuşdur. == Elmi fəaliyyəti == 1965-ci ildə aspirantura müddətinə 3 ay qalmış "Üzvi kimya" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1965-ci ilin sentyabrından 1966-cı ilin aprel ayına kimi Sumqayıtda Sintetik Kauçuk zavodunun mərkəzi laboratoriyasında böyük mühəndis vəzifəsində əmək fəaliyyətində olmuşdur. 1966-cı ildən Sumqayıtda yenicə açılmış Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi, sonra isə 1967–78-ci illərdə böyük elmi işçi vəzifələrində çalışmışdır. 1978–93-cü illərdə Azərbaycan Elmlər Akademiyası Polimer Materialları İnstitutunda əvvəlcə "Analitik kimya", sonra isə bu laboratoriya əsasında yaradılmış "Polimer örtüklər" laboratoriyasına rəhbərlik etmişdir. R. Ə. Qurbanova 1992-ci ildə D. İ. Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutunun İxtisaslaşmış Elmi Şurasında "Oliqo və polistirolların kimyəvi modifikasiya proseslərinin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək "Yüksəkmolekullu Birləşmələr kimyası" ixtisası üzrə kimya elmləri doktoru adına layiq görülmüşdür.
Rəfiqə Şabanova
Şabanova Rəfiqə Mahmud qızı (31 oktyabr 1943, Bakı) — Azərbaycan əməkdar bədən tərbiyəsi və idman ustası (1982). SSRİ əməkdar idman ustası (1976). == Həyatı == Rəfiqə Şabanova 31 oktyabr 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirmişdir. XXI Olimpiya oyunları (1976, Monreal) çempionu, SSRİ çempionatının gümüş (1970–74, 1976–77), bürünc (1965, 1978, 1980, 1982–1984), SSRİ Xalqları Spartakiadasının gümüş (1974) və bürünc mükafatçısı (1975–1979) olmuşdur. "Avtomobilçi" komandasının tərkibində Beynəlxalq Əl Topu (həndbol) Federasiyası kubokunu almışdır (1983).
Rəfiqə Əliyeva
Əliyeva Rəfiqə Əlirza qızı (20 sentyabr 1932, Naxçıvan – 6 may 2017, Bakı) — kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik) (2014), "Şöhrət" ordeni laureatı, əməkdar elm xadimi. == Həyatı == Rəfiqə Əliyeva 20 sentyabr 1932-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Fəxriyyə Xələfovanın anasıdır. Heydər Əliyevin bacısıdır. Rafiq Xələfovun həyat yoldaşıdır. Rəfiqə Əliyeva 6 may 2017-ci ildə 85 yaşında vəfat etmişdir. Vida mərasimi AMEA-nın dairəvi zalında olmuşdur. Alim I Fəxri Xiyabanda torpağa tapşırılıb. == Təhsili == 1956-cı ildə Аzərbaycan Dövlət Universitetinin (hazırlıq BDU) kimya fakültəsini bitirmiş, 1970-ci ildə “Germaniumun bəzi üzvi reaktivlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini” mövzusunda namizədlik dissertasiyasını,1999-cu ildə “d-,f-elementləri və germaniumun tərkibinə N-,S-,O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və onların analitik tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Əliyeva Rəfiqə Bakı Dövlət Universiteti “ Analitik kimya” kafedrasının professorudur, 2001-ci ildən təşkil edilmiş “Ekoloji kimya və ətraf mühitin mühafizəsi”elmi-tətqiqat laboratoriyasını rəhbərlik edir.
Rəfiqə Əzimova
Əzimova Rəfiqə Cəlil qızı (17 iyul 1938, Bakı) — tədqiqatçı alim, fəlsəfə araşdırmaçısı, sosioloq. == Elmi fəaliyyəti == 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin "Tarix" fakültəsinə daxil olmuş və 1964-cü ildə tarixçi, tarix müəllimi və ictimaiyyətçi ixtisası üzrə bitirmişdir. 1967–1970-ci illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirəndən sonra 1971-ci ildə namizədlik, 1989-cu ildə isə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmişdir. 1971-ci ildən başlayaraq Fəlsəfə və Hüquq institutunda çalışmış, elmi işçidən baş elmi işçiyə qədər yüksəlmişdir. 2002-ci ildən "Sosiologiya" şöbəsinin müdiri seçilmiş və hazırda bu vəzifəni icra edir. Əsas tədqiqat obyekti "Müasir cəmiyyətin sosioloji problemləridir". Beynəlxalq, regional və ölkədaxili elmi konfranslarda məruzələrlə çıxış edir. 1999–2005-ci illərdə MDB ölkələrində "Regionumuzdakı yeni münaqişələrdən çıxış yolları" ilə bağlı regional konfranslarda iştirak etmişdir. Elmi fəaliyyəti müddətində çoxlu sayda aspirant və dissertantın elmi rəhbəri olmuşdur. 7 monoqrafiya və 150-dən çox məqalə müəllifidir.
Rəhilə Bəndəliyeva
Rəhilə Möhbalı qızı Bəndəliyeva (4 may 1958, Kurud, Qafan rayonu) — tanımış müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2007). == Həyatı == 1958 il müəllimin ailəsində, Ermənistan SSR Qafan rayonundakı Kurud kəndində anadan olub. 1970 ildə ailə ilə Bakıya köçüb. 1977 ildə Asəf Zeynallı adına musiqi texnikumun müğam şöbəsini qurtarıb. 1977 ilin oktyabrın 4-dən bugünədək "Lalə" qızlar ansamblının solistidir, 1978-ci ildən isə Azərbaycan Dövlət Filarmoniasının solistidir. == Mükafatları == Mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, 17 oktyabr 2007, Rəhilə Bəndəliyeva "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adla təltif olunub. == Şəxsi həyatı == 1982-ci ildə ailə qurub, iki uşağı var.
Rəhilə Cabbarova
Rəhilə Muxtar qızı Cabbarova (24 noyabr 1922, Tiflis – 1 dekabr 2002, Bakı) — Azərbaycan müğənnisi (messo-soprano), vokalçı-aktrisa, pedaqoq, Azərbaycan SSR əməkdar artist (1958). == Həyatı == Rəhilə Muxtar qızı Cabbarova 24 noyabr 1922-ci ildə Tiflisdə anadan olmuş və buradakı 1 saylı musiqi məktəbində oxumuşdur. Müharibə illərində — 1941–1945-ci illərdə Tiflis şəhərindəki hərbi hospitalda işləmişdir. 1945–1947-ci illərdə Tiflis Xalq Yaradıcılığı evində təlimatçı olmuş və az sonra Gürcüstan Dövlət Mahnı və Rəqs ansamblına solist götürülmüşdür. 1947-ci ildə ailəsi ilə Bakıya köçmüşdür. Rəhilə Cabbarova Üzeyir Hacıbəyovun tövsiyəsi ilə Azərbaycan Dövlət Konservatoriyasının hazırlıq şöbəsinə daxil olmuş və 1949–1954-cü illərdə vokal şöbəsində oxumuşdur. Üçüncü kurs tələbəsi olarkən Şövkət Məmmədovanın təklifi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist götürülmüşdür. İlk dəfə səhnəyə Üzeyir Hacıbəyovun "Koroğlu" operasında xanəndə qız rolunda çıxan Rəhilə Cabbarova uzun müddət bu rolun ifaçısı kimi tanınmışdır. Onun ilk böyük rolu isə Fikrət Əmirovun "Sevil" operası səhnələşdirilərkən canlandırdığı Gülüş obrazı olmuşdur. Bunun ardınca aktisanın bir sıra əhəmiyyətli rolları olmuşdur.
Rəhilə Hacıbababəyova
Rəhilə Hacıbababəyova (1881, Tiflis – 1954, Bakı) — Bakıda ali-ibtidai qız məktəbinin yaradılmasının (1914) təşəbbüsçüsü və müdiri, görkəmli pedaqoq. == Həyatı == Rəhilə xanım İbrahim bəy qızı Hacıbabəyova (Hacıbababəyzadə) –1882-ci ilin avqustunda Tiflisdə anadan olub . Burada Müqəddəs Nina məktəbini bitirib. 1902-ci ildə Bakıdakı İsgəndəriyyə Qadın Müsəlman Məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1910-cu ildə Hacıbababəyovanın təşəbbüsü ilə azərbaycanlı qızlar üçün iki illik məktəb açıldı. 1914-cü ildə ibtidai məktəbə çevrildi. Rəhilə Hacıbababəyova bu məktəbin direktoru idi. 1925-ci ildə Hacıbabəyova Azərbaycan SSR Maarifçilər Həmkarlar İttifaqı mərkəzi şurasının üzvü olmuşdur. 1927-ci ildə Rahil Hacıbabəyova 5-ci Ümumittifaq Sovetlər Sovetləri və Azərbaycan qadın fəhlələri və kəndliləri qurultayının nümayəndəsi seçildi. Rahil Hacıbabəyova 1954-cü ildə Bakıda vəfat etdi.
Rəhilə Həsənova
Rəhilə Həsənova — bəstəkar. == Əsərləri == Balet Kos-kosa balet-pantomima Opera "Mahnılı nağıllar" uşaq Operası (1996) — libretto müəllifindir "Cavidi dəstgah" xor operası (2000–2001) — qiraətçi, xor, solistlər və 5 zərb aləti üçün Simfonik əsərlər Simli kvartet, tenor və bas üçün "Dərviş" (1992); Simli, nəfəsli, vokal kvartetlər və piano üçün "Mərsiyə" (1993); 15 alət üçün "Səma" (19194); Simfonik orkestr üçün "Gecə" (1997); Digər instrumental əsərlər Piano üçün: sonata (1990); "A la meyxana" fantaziyası (1996); "Jasmin ləçəkləri" 7 miniatür (1998); 2 piano və 2 saksofon üçün "Dəniz" (1998); Kontrabas üçün solo-sonata (1990); Orqan üçün "Qəsidə" simfoniyası (1991); "Səhra" fantaziyası (1997); Klarnet üçün solo-sonata (1994); Gitara üçün solo-sonata (1995); 3 saylı simli Kvartet (1995); 9 müxtəlif alət üçün "Pirəbədil" (1996); Fleyta üçün solo-sonata (1997); 4 fleyta və zərb alətləri üçün Mərasim-"Maral oyunu" (1999); 8 violonçel və 4 kontrabas üçün "Müğfil" (2001). "Maral" teatr tamaşasına musiqi /H.Cavidin əsəri əsasında/ (1999); Məqalələr Kak na pervom uroke /Q.Qarayev/. "Şərqi" jurnalı, №2, 1999; Zapax Rodinı. "Şərqi", №4, 1999; Edinstvennıy i nepovtorimıy /X.Mirzəzadə/. "Şərqi", №1, 2000; Mono-dialoq /rəssam E.Məmmədovun xatirəsinə/. "Şərqi", №2, 2001; Otveth samomu sebe. "Şərqi", №3, 2001; Voznesennıy na krılhcx vetra /R.Behbudov/. "Azərbaycan-İrs" jurnalı, №4, 2001.