Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Apologetik risalə
"Apologetik risalə" (lat. Apologeticus/Apologeticum) — Tertulliana aid edilən, apologetika və polemikadan ibarət əsər. Bu əsərdə Tertullian xristianlığı müdafiə edir, qanuni tolerantlığı və xristianlara Roma imperiyasının bütün digər məzhəblərə davrandığı kimi davranmasını tələb edir. Risalədə "əzabkeşlərin qanı kilsənin toxumudur" ifadəsi var. "Apologetik risalə" Karfagendə, b.e. 197-ci ilin yayında və ya payızında, Septimi Severin hakimiyyəti dövründə yazılmışdır. Bu tarixdən istifadə edərək əksər alimlər Tertullianın 197-ci ildən əvvəl, ehtimal ki, 195-ci ildə xristianlığı qəbul etməsi fikri ilə razılaşırlar. == Həmçinin bax == Religio licita == İstinadlar == == Əlavə ədəbiyyat == Wright, David & Philip F. Esler. "Tertullian." The Early Christian World. Vol.
Risalə fi-Kimya
Risalə fi-kimya — Əlyazmada müəllif və əsər haqqında əlavə məlumata rast gəlinmir. Həmadaninin bu əsəri Əlyazmalar İnstitutunda yeganə nüsxədədir. Əsər ümumi kimyaya həsr edilmiş bir traktatdır. Cildi tünd qəhvəyi rəngli dəridir. Kağızı mavi rəngli, fliqranlı Avropa istehsalı olan bu əlyazma qara mürəkkəblə nəstəliq xətti ilə köçürülmüşdür. Həcmi 43 vərəq, ölçüsü 18x11 sm.-dir. Əlyazmanın hər səhifəsində 24 sətir var. Əsər bablara bölünmüşdür. Babların başlıqlarının üzərindən qırmızı xətt çəkilib. Katibi-Şeyx Məhəmməd Həsəndir.
Əbdül-Cabbar Əl-Həmədani. “Risalə fi-Kimya”
Risalə fi-kimya — Əlyazmada müəllif və əsər haqqında əlavə məlumata rast gəlinmir. Həmadaninin bu əsəri Əlyazmalar İnstitutunda yeganə nüsxədədir. Əsər ümumi kimyaya həsr edilmiş bir traktatdır. Cildi tünd qəhvəyi rəngli dəridir. Kağızı mavi rəngli, fliqranlı Avropa istehsalı olan bu əlyazma qara mürəkkəblə nəstəliq xətti ilə köçürülmüşdür. Həcmi 43 vərəq, ölçüsü 18x11 sm.-dir. Əlyazmanın hər səhifəsində 24 sətir var. Əsər bablara bölünmüşdür. Babların başlıqlarının üzərindən qırmızı xətt çəkilib. Katibi-Şeyx Məhəmməd Həsəndir.
Vüsalə Ağarazıyeva
Vüsalə Dadaşova
Vüsalə Kərimova
Vüsalə Akif qızı Kərimova (1987, Bakı) — əlil arabasında rəqs idman növü üzrə çıxış edən Azərbaycanlı para-idmançı. == Həyatı == Vüsalə Kərimova 1987-ci ildə Bakı şəhərində anadan olub.Vüsalə travma almış insandır.O, 15 yaşında pəncərədən yıxılmışdı və bundan sonra yeriyə bilməmişdi.Əlil olandan sonra 2-ci həyatına başlamışdır.Onun məşğul olduğu idman növü-əlil arabasıyla rəqss etməkdir.İlk dəfə ona əlil arabasıyla rəqs etməyi təklif etdilər. "Mənim özümə çox maraqlı gəlirdi ki, əlil arabasında rəqs necə ola bilər. Müəyyən videolara baxmışdım, amma hələ təsəvvür formalaşmamışdı. İlk dəfə Minskə səfərimiz olmuşdu və təlim-məşq toplantılarına qatılmışdıq. İlk dəfə orada əlil arabasında idman rəqsinin nə olduğunu anladım. Mənə çox müsbət təsir elədi və qərar verdim ki, bu idmanla məşğul olmalıyam. Biz ilk dəfə digər əlilliyi olan şəxslə- Kamal Məmmədovla rəqs etməyə başladıq. Bu iki əlil arabasında olan şəxsin rəqsi demək idi. İlk nailiyyətimiz elə Minskdə oldu, bürünc mükafat aldıq".
Vüsalə Mahirqızı
Vüsalə Mahir qızı Abışova və ya Vüsalə Mahirqızı (5 avqust 1979, Lək, Ucar rayonu) — Azərbaycan jurnalisti, "APA-Holding" MMC-nin prezidenti, əməkdar jurnalist. == Erkən illəri == 1979-cu ildə avqustun 5-də Azərbaycan Respublikasının Ucar rayonun Lək kəndində anadan olmuşdur. 1985-ci ildə Rafiq Abbasov adına Ucar rayon, Lək kəndi 1 saylı orta məktəbinə daxil olmuş, 1996-cı ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 1996-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 2000-ci ildə həmin ali məktəbin bakalavr pilləsini, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisası folklorşünas-mifoloqdur. == Karyerası == 1996-cı ildən mətbuatda əmək fəaliyyətinə başlamışdır. İlk iş yeri kimi "Bakı Universiteti" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. 1998–2000-ci illərdə "Bu gün" qəzetində müxbir vəzifəsindən baş redaktorun birinci müavini vəzifəsinə qədər çalışmışdır. 2000–2001-ci illərdə "Məkan" qəzetində baş redaktor müavini işləmişdir.
Vüsalə Mirzəyeva
Rejissor == Həyatı == Vüsalə Vaqif qızı Mirzəyeva 11 mart 1978-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Televiziya Rejissorluğu” fakültəsini bitirib (1998). “Televiziya və musiqi” adlı elmi işi müdafiə edərək “magistr” dərəcəsi alıb (2002). Mətbuatda bir sıra yazılarla çıxış edib. Vüsalə Mirzəyeva Azərbaycan Dövlət Televiziyasında çalışdığı müddətdə (1998-2006) bir sıra verilişlərin həm müəllifi, həm də rejissoru olub. 2000-ci ildə "Sabah" yaradıcılıq birliyinə dəvət alıb və birliyin rəhbəri Ramiz Həsənoğlunun bir sıra film-tamaşalarında ikinci rejissor kimi fəaliyyət göstərib. 2006-cı ildən Space Televiziyasında öncə “Xəbərlər” departamentinin baş rejissoru, sonra isə “musiqili layihələr qrupu”nun rejissoru kimi fəaliyyət göstərib. Eləcə də bir çox verilişlərə quruluş verib. Eyni zamanda müstəqil fəaliyyət göstərərək br neçə şirkət və prodakşnlarla da əməkdaşlıq edib və kliplərin, müxtəlif tədbir və konsertlərin (Yaşıl Teatr konsertlərinin televiziya versiyası, Səs organization, 2007; Dünya Güləş Çempionatının açılış mərasimi, 2007) quruluşçu rejissoru olub. 2008-ci ildən Professional Kinorejissorlar Gildiyasının üzvüdür.
Vüsalə Seyfədinnova
Vüsalə Seyfədinnova (11 mart 2000, Azərbaycan) — Azərbaycan futbolçusu. == Həyatı == === Erkən illəri === === Klub karyerası === 2019-cu ildə Rusiyanın "Ryazan" futbol komandasının formasını geyinib. 2020-cu ildə Türkiyənin "ALG Spor" klubuna transfer olunub. 2022-ci ildə isə "Çaykur Rizəspor" futbol klubunun heyətinə qoşulub.
Vüsalə Əliyeva
Vüsalə Abazər qızı Əliyeva (2 sentyabr 1981, Cəhri, Babək rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V və VI çağırışlarının deputatı. == Həyatı == Vüsalə Əliyeva 2 sentyabr 1981-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 1987–1998-ci illərdə Babək rayonu Cəhri kənd 1 nömrəli orta məktəbini fərqlənmə attestatı ilə bitirmişdir. 1999–2003-cü illərdə isə Naxçıvan Özəl Universitetinin Filologiya Fakültəsinin Azərbaycan dili və Ədəbiyyat ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ildən 2010-cu ilədək Sədərək rayonu Sədərk kənd 1 nömrəli orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi işləmişdir. 2010-cu ildən Sədərək kənd 2 nömrəli orta məktəbində kitabxana müdiri və müəllimə kimi çalışmışdır. === Ailəsi === Ailəlidir, 2 övladı var. === Siyasi fəaliyyəti === 2011-ci il 21 noyabr tarixindən Yeni Azərbaycan Partiyası Sədərək rayon Təşkilatında Qadınlar Şurasının sədridir. Naxçıvan Ali Məclisinin V və VI çağırışlarının üzvü olmuşdur. Hal-hazırda Naxçıvan Ali Məclisinin Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsinin və İntizam komissiyasının üzvüdür.
Vüsalə Əlizadə
Vüsalə Rəfail qızı Əlizadə (12 iyul 1984, Bakı) — Azərbaycanlı televiziya aparıcısı və sənətçi. == Həyatı == Vüsalə Əlizadə 1984-cü il 12 iyulda Bakı şəhərində anadan olub. Vüsalə Əlizadənin özündən başqa, üç bacısı və bir qardaşı var. Vüsalə Əlizadə, 9-cu sinifə qədər Buzovna qəsəbəsində yerləşən Əfqan Əliyev adına 125 nömrəli orta məktəbdə təhsil alıb. Daha sonra isə o, Turan Liseyini bitirib. Ali təhsili isə Vüsalə Əlizadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsində alıb. == Fəaliyyəti == Vüsalə Əlizadə, 2002–2014-cü illərdə "Lider" TV-də yayımlanan "Pərdə" maqazin verilişdə redaktor vəzifəsində çalışıb. 2014–2016-cı illərdə Vüsalə Əlizadə, "APA Holding"-in nəzdində fəaliyyət göstərən "APA" TV-də yayımlanan "Səhər zəngi" verilişinin aparıcısı olub. Vüsalə Əlizadə, 2015-ci ildən etibarən isə ATV-də yayımlanan "Qadına görə" verilişinin aparıcısıdır. Vüsalə Əlizadə, 2017-ci ilin oktyabr ayında ATV-də yayımlanan Maşın Realiti Şousunun Xanımlar və Cənablar adlanan 15-ci sürətinə qatıldı.
Risale-i Nur
Risale-i Nur — Səid Nursi tərəfindən qələmə alınmış Quran təfsiri. Orijinal variantı osmanlı türkcəsi ilə yazılmış bu kitablar toplusu ümumi səhifə sayı 6000 səhifəyə yaxındır və 15 kitabdan ibarətdir ("Sözlər", "Məktubat", "Ləm'ələr", "Şüalar", "İşarat-ül İ'caz", "Məsnəvi-i Nuriyə", "Tarixçə-i Həyat", "Barla lahiqəsi", "Qəstəmonu lahiqəsi", "Əmirdağ lahiqəsi", "Sikkə-i Təsdiq-i Qeybi","Əsa-yi Musa", "Zülfiqar", "Sirac-ün Nur", "Tilsimlər").
Vüsalə Kərimova (idmançı)
Vüsalə Kərimova (jurnalist)
Musalı
Musalı — Musa adından yaranan soyad və təxəllüs. Bu soyadı olan tanınmış şəxslər Yaşayış məntəqələri Musalı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Musalı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Musalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. 1997-ci ildə ləğv olunmuşdur.
Ruslan
Ruslan — Kişi adı. Ruslan Abbasov - Azərbaycan futbolçusu Ruslan Abbasov (atlet) - Azərbaycanlı yüngül atlet Ruslan Abışov - Azərbaycan futbolçusu Ruslan Ağayev - sovet partiya xadimi. Ruslan Allahverdiyev - "20 Yanvar" şəhidi. Ruslan Cəfərov - Azərbaycan futbolçusu Ruslan Dibirhacıyev - Azərbaycanı təmsil edən Dağıstan əsilli sərbəst güləşçi. Ruslan Hüseynov - Rejissor, ikinci rejissor, aktyor, veriliş quraşdırıcısı. Ruslan Qunçak - Ukraynalı futbolçu Ruslan Qurbanov - Azərbaycan futbolçusu Ruslan İsmayılov - Azərbaycan aktyoru, rejissoru və aktyor sənəti müəllimi. Ruslan Lunyov - Azərbaycanı təmsil edən atıcı. Ruslan Məcidov - Azərbaycanlı futbolçu Ruslan Muradov - Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ruslan Nəsirov - Azərbaycanın kino və dublyaj aktyoru. Ruslan Pimenov - Rusiya futbolçusu.
Ruslar
Ruslar (rus. русские) — hind - avropa dil ailəsinin slavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Təxmini sayları 133 milyon nəfərdir. 2010-cu ilin siyahıyaalınmasına görə Rusiyada sayları 111 016 896 nəfərdir . Yayılma əraziləri əsasən Şərqi-Avropa düzənliyi, Volqaboyu ,Don və Kuban çayları hövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastı dağları, Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sixote-Alin sıra dağları. Şərqi-Avropa düzənliyini çıxmaqla əsasən şəhərlərdə və böyük qəsəbələrdə yaşayırlar. Bundan başqa çox sayda rus Ukrayna (9 mln.), Qazaxıstan (3,5 mln.), Özbəkistan (500 min.), ABŞ (3,5mln.), Kanada (500 min.), Belarus (800 min.), Azərbaycan (180 min.) və bir sıra başqa ölkələrin əsasən şəhərlərdə yaşayırlar. Dindarları əsasən pravoslav xristianlardır. Etnoqenezlərində birinci növbədə hindavropalı slavyanlar, eləcə də altaylı fin-uqor və türk-tatarlar iştirak ediblər.
Azərbaycanda ruslar
Azərbaycanda ruslar – Azərbaycanda üçüncü böyük etnik qrup (azərbaycanlılardan və talışlardan sonra) və müasir Rusiyanın hüdudlarından kənarda rusların ən böyük diasporlarından biridir. Sayları 141,7 min nəfərdir (27 yanvar 1999-cu il siyahıyaalmasına əsasən). Əksəriyyəti ölkənin iri şəhərləri olan Bakı, Sumqayıt və Gəncə şəhərlərində yaşayır. Kompakt halda İsmayıllı rayonunun İvanovka kəndində, Gədəbəy rayonunun Novosaratovka, Novoivanovka, Qorelsk (indiki Daşbulaq) və Slavyanka kəndlərində, Lənkəran rayonunun Alekseyevka (indiki Bürcəli), Goranboy rayonunun Rus Borisi kəndində, Şamaxı rayonunun Çuxuryurd, Qızmeydan və Nağaraxana kəndlərində yaşayırlar. == Məskunlaşma tarixi == === Çarizm dövrü === Ruslar Azərbaycanda 1830-cu illərdən məskunlaşmağa başlamışlar. Çar Rusiyası dövründə minlərlə rus ailəsi Azərbaycanda məqsədli surətdə məskunlaşdırılmışdır. İlk rus məskənləri sektantların yerləşdirilməsinə ehtiyac duyulduğu üçün yaranıb. Onların köçürülməsi 1838-ci ildən başlayıb. Köçürülməyə sanksiya verən ilk qanunvericilik aktı 20 oktyabr 1830-cu ildə raskolnik və sektantların "Zaqafqaziya əyalətləri"nə köçürülməsi barədə hökumət sərəncamının nəşri olub. Ruslar imperiyanın daxili quberniyalarından köçürülürdülər.
Kudalə (Sərdəşt)
Kudalə (fars. كودله‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (11 ailə).
Ruslan Qəhrəmanov
Ruslan Mehman oğlu Qəhrəmanov (6 oktyabr 1988; Almaniyanın Maqdeburq şəhəri— 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Qəhrəmanov 1988-ci il oktyabrın 6-da Almaniyanın Maqdeburq şəhərində anadan olub. Ailəli idi. İki qızı və bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kapitanı olan Ruslan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Qəhrəmanov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Keçili kəndində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Qəhrəmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Qəhrəmanov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Qəhrəmanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Rüstəmov
Ruslan Rəcəbov
Ruslan Rəcəb oğlu Rəcəbov (1 avqust 1984; Sumqayıt, Azərbaycan SSR — 31 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Rəcəbov 1984-cü il avqustun 1-də Sumqayıt şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Ruslan Rəcəbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Rəcəbov oktyabrın 31-də Hadrutun azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Rəhimov
Ruslan Tanrıverdi oğlu Rəhimov (7 iyul 1986; Beyləqan rayonu, Azərbaycan SSR — 8 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Rəhimov 1986-cı il iyulun 7-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Ailəli idi. Elmir adında oğlu və Əsmər adında qızı ​yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Ruslan Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Rəhimov oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəhimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Sabirli
Ruslan Sadıqov
Ruslan Amiraslan oğlu Sadıqov (31 dekabr 1987; Şəki rayonu, Azərbaycan SSR — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Sadıqov 31 dekabr 1987-ci ildə Şəki rayonunun Cəfərabad kəndində anadan olmuşdur. 1994-1995-ci illərdə Şəki rayon Təpəcənnət kənd natamam orta məktəbində, 1995-2004-cü illərdə Şəki rayon Cəfərabad kənd tam orta məktəbində təhsil almışdır. Təhsilini 2004-2005-ci illərdə Şəki şəhər 5 saylı tam orta məktəbdə başa vurmuşdur. Fidan Sadıqova ilə ailəli idi, Nuray və Aylin adlı 2 qızı və Ehsan adlı oğlu yadigar qaldı. == Hərbi xidməti == Ruslan Sadıqov 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər üzrə Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət etmişdir. 2008-ci ildə xidmətini başa vurmuş, Azərbaycan Daxili Qoşunlarında müddətdən artıq xidmətə başlamışdır. Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. O, 2020-ci ildən başqa bir hərbi hissədə xidmətini davam etdirirdi.
Ruslan Tağıyev
Ruslan Fuad oğlu Tağıyev (12 iyun 1982, Azərbaycan – 4 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Tağıyev 1982-ci il iyunun 12-də İsmayıllı şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Ruslan Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Tağıyev noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olundu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Ruslan Xasbulatov
Ruslan İmranoviç Xasbulatov (çeç. Хасболтера Ӏимранан кӏант Руслан, rus. Русла́н Имранович Хасбула́тов; 22 noyabr 1942, Qroznı – 3 yanvar 2023, Mojaysk rayonu[d], Moskva vilayəti) — çeçen əsilli Rusiya siyasi xadimi, alim və publisist, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1991), Rusiya Federasiyası Ali Sovetinin son sədri, əvvəlcə Rusiyanın birinci prezidenti Boris Yeltsinin tərəfdarı, sonra əsas rəqibi və 1993-cü ilin oktyabr ayınadək Rusiya konstitusiya böhranının fəal iştirakçısı; 1994-cü ildə "professor Xasbulatovun Çeçenistandakı Sülhməramlı Missiyası"nın təşkilatçısı idi. 1994-cü ildən Plexanov adına Rusiya İqtisad Universitetində dünya iqtisadiyyatı kafedrasının müdiri. == Həyatı == 22 noyabr 1942-ci ildə Qroznı şəhərində anadan olmuşdur, əsli Çeçen-İnquş MSSR-in Xaraçoy kəndindən gəlir. Çeçenlərin deportasiyasından sonra Qazaxıstana köçürülmüşdür (Şimali Qazaxıstan vilayəti, Bulayevo rayonu, Poludino kəndinə) və uşaqlığı və gənclik illəri orada keçmişdir. 1962-ci ildə Moskvaya yollandı və 1965-ci ildə orada Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirdi, 1970-ci ildə həmin universitetin iqtisadiyyat fakültəsinin aspiranturasını bitirdi. 1970-ci ildə Moskva Dövlət Universitetinin ixtisaslaşdırılmış elmi şurasının iclasında namizədlik dissertasiyasını, 1980-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1978-ci ildən Plexanov adına Rusiya İqtisad Universitetində dərs deyir. Yenidənqurma dövründə SSRİ Nazirlər Soveti sosial inkişaf üzrə Bürosunun elmi şurasının üzvü idi, icarə haqqında qanunun hazırlanmasında fəal iştirak edirdi.
Ruslan Xayxoroyev
Ruslan Xayxoroyev (1963 – 8 sentyabr 1999, Urus-Martan) — Çeçen səhra komandiri, Çeçen İçkeriya Respublikası ordusunun briqada generalı, Birinci Çeçenistan müharibəsi zamanı Bamut kəndinin müdafiə rəisi. Rusiya hakimiyyətinə görə terrorizm və Rusiya vətəndaşlarını qaçırmaqda ittiham olunan şəxs. == Bioqrafiyası == Bir sovxoz işçisi kimi ilk fəaliyyətinə başlamışdır. Sonra Çeçenistanın qərbində bir dəstənin lideri olur. O, hərəkətlərini Rusiyanın İçkeriyaya təzminat borclu olması ilə əsaslandırır, lakin borcun ödənilmədiyi üçün silahlılar hər bir qaçırılan əsgər üçün təzminatı hissə-hissə almalı olduğunu bildirir. Xayxoroyevin "Nevskoe Vremya" qəzetinin jurnalistləri Maksim Şablin və Feliks Titovun itkin düşməsində iştirak etdiyi, eyni zamanda 11 və 12 iyul 1996-cı ildə Moskva trolleybuslarında iki partlayışın, 1996-cı ildə Nalçikdə şəhərlərarası sərnişin avtobusunda partlayışın sifarişçisi olduğu ehtimal edilir. 1998-ci ilin yazında, Qafqaz Mücahidlərinin Birləşmiş Qüvvələrinin Ali Hərbi Məclisi Şurasının qərarı ilə, milliyyətcə çeçen olan briqada generalı Ruslan Xayxoroyevə İçkeriyanın Qərb Cəbhəsinin cənubunda genişmiqyaslı hərbi əməliyyatları gücləndirmək tapşırılır. Əslində İnquşetiya və Osetiya sərhədindəki münaqişə vəziyyəti ətrafında, Mozdok — Vladiqafqaz istiqamətində təxribat hərəkətlərinin aparılmasına cavabdeh təyin edilir. 1998-ci ilin aprelində Rusiya Baş Prokurorluğunun Şimali Qafqazda federal təhlükəsizlik və millətlərarası münasibətlər haqqında qanunların icrasına nəzarət edən Baş idarə Xayxoroyevi federal axtarışa verir. O, 17-si üçün 1.7 milyon dollar fidyə aldığı 24 Şimali Osetiya vətəndaşının qaçırılmasında günahlandırılır.
Ruslan Yamadayev
Ruslan Yamadayev (10 dekabr 1961, Qudermes, Çeçen-İnquş MSSR – 24 sentyabr 2008, Moskva) — Rus siyasətçisi. 90 -cı illərin əvvəllərində Çeçenistan Respublikasındakı quldur dəstəsinin birinin üzvü, sonra federal qoşunlarla birlikdə vəhabiliklə fəal mübarizə aparmış şəxs. Dördüncü çağırış Dövlət Dumasının deputatı (2003-2007), Vahid Rusiya fraksiyasının, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin və Mandat Məsələləri və Deputat Etikası Məsələləri Komissiyasının üzvü. Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət İdarəçilik Akademiyasını bitirib; İdarəetmə və Biznes İnstitutu. == Bioqrafiya == 10 dekabr 1961-ci ildə indiki Çeçenistan Respublikasının Qudermes şəhərində anadan olmuşdur. Milliyətçə çeçen olmuşdur. Ali təhsil aldıqdan sonra inşaatçı işləyir. Kiçik qardaşları Sulim Yamadayev və Cəbrayıl Yamadayev də Rusiya Federasiyası Qəhrəmanlarıdır. == Birinci Çeçenistan müharibəsi == 1990-cı illərin əvvəllərində Çeçenistan Respublikasının müstəqilliyi uğrunda mübarizədə Çeçenistanın ilk Prezidenti Cövhər Dudayevi dəstəkləyir. Birinci Çeçenistan müharibəsində Çeçen qoşunlarının bir dəstəsinin komandiri olur.
Ruslan Yunisli
Ruslan Elçin oğlu Yunisli (10 oktyabr 1996; Təzəkənd, Beyləqan rayonu, Azərbaycan — 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Yunisli 10 oktyabr 1996-cı ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. == Hərbi xidməti == Ruslan Yunisli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Ruslan Yunisli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ruslan Yunisli 28 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Yunisli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Yunisli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Yunisli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Yunisli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Zeynalov
Ruslan Baxtiyaroviç Zeynalov (ukr. Руслан Бахтіярович Зейналов; d.19 iyun 1982, Luqansk, USSR, SSRİ) — ukraynalı futbolçu, yarımmüdafiəçi. == Həyatı == === Futbol klubu karyerası === Luqansk idmaninternatında futbolla meşğul olmağa başlayıb, ilk meşqçisi — Alekseyev O.V. 2004-cü ildə "Stal" klubuna (Alçevsk) qoşulub. 2006-cı ildən etibarən "Neftyanik-Ukrneft" üçün Ukrayna çempionatında oynanan Ruslan, 21 iyul 2007-ci ildə "Neftyanik-Ukrneft" - "Şaxtyor" (0: 3) matçında çıxdı. 2007-ci ilin sonunda transferə qoyuldu. Bundan sonra "Krımteplitsa" ya qayıtdı.O, 17-ci çempionatın ikinci turunda "Krımteplitsa" nın ən yaxşı oyunçusu kimi tanınıb. 2008-ci ilin oktyabrında klub Ruslan Zeynalovla müqaviləni ləğv etdi. 2009-cu ilin yayında "Aleksandriya" futbol klubuna qayıtdı. 2012-ci ildən etibarən yenidən "Krımteplitsa" futbol klubuna qayıdıb. === Milli komandada karyera === 2008-ci ilin mayında Almaniyalı mütəxəssis Berti Foqst Azərbaycan milli futbol komandasına çağırılıb, onda iyun ayında Bosniya və Hersoqovinanın milli komandasına və Andora'ya qarşı iki oyun keçiriləcəkdir.
Ruslan İbadlı
Ruslan Sakit oğlu İbadlı (d. 19 fevral 1995; Nəsimikənd, Biləsuvar rayonu — ö. 28 sentyabr 2020; Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Ruslan İbadlı 19 fevral 1995-ci ildə Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olmuşdur. Nəsimikənd kənd tam orta məktəbində orta təhsilini almışdır. == Hərbi xidməti == Ruslan İbadlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş, 28 sentyabr 2020-ci il tarixində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Ruslan İbadlı 1 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Nəsimikənd kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan İbadlıölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan İbadlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan İbadlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Ruslan İdrisov
Ruslan Qabil oğlu İdrisov (6 iyun 2002; Odessa, Ukrayna — 1 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan İdrisov 6 iyun 2002-ci ildə Ukraynanın Odessa şəhərində anadan olmuşdur. Ailəsi ilə birgə Qəbələ rayonunun Nic qəsəbəsində məskunlaşmışdır. 2009-2020-ci illərdə Qəbələ şəhər 3 tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Ruslan İdrisov 2020-ci ilin iyulun 11-dən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Ruslan İdrisov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ruslan İdrisov 1 oktyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin odlu silahla və digər silah növlərindən atdığı mərminin partlayışı nəticəsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan İdrisov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ruslan İmanquliyev
Ruslan Natiq oğlu İmanquliyev (14 mart 1996, Sumqayıt – 2 oktyabr 2020, Füzuli rayonu) — şəhid. == Həyatı == Ruslan İmanquliyev 1996-cı il 14 martda Sumqayıt şəhərində anadan olmuşdur. 2003-cü ildə 22 No-lu orta məktəbin birinci sinfinə getmiş, 2014-cü ildə həmin məktəbin on birinci sinfini bitirmişdir. Çox kiçik yaşda olarkən atası Ruslanı qoyub getmişdir. Ruslanı anası Ramiyə xanım tək başına böyütmüşdür. Ruslan anasının tək övladı idi. == Hərbi Xidməti == 2015-ci il iyun ayında həqiqi hərbi xidmətə çağırılmış və 2017-ci ilin yanvar ayınadək Şəmkir rayon Dəllər qəsəbəsində DSX-nin N saylı hərbi hissəsində Cevik alay taborunda xidmət etmişdir. 2019-cu il dekabr ayında Azərbaycan Silahı Qüvvələrinin sıraların yenidən qayıtmışdır və Priküşkül qəsəbəsində N saylı hərbi hissədə 1-ci Taborunun Tank Əleyhinə Tağımının qumbaraatan komandiri vəzifəsində MAHHXH qulluqçusu işləməyə başlamışdır. === İkinci Qarabağ Müharibəsində İştirakı === 2020-ci 27 sentyabrda başlamış İkinci Qarabağ müharibəsində, müharibə başladığı ilk gündən ön cəbhədə olmuşdur. Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi anda sadiq qalaraq, mətinlik və mərdlik nümayiş etdirmişdir.
Ruslan İsmayılov
İsmayılov Ruslan Şöhrət oğlu — Azərbaycan aktyoru, rejissoru və aktyor sənəti müəllimi. == Həyatı == Ruslan İsmayılov 12 dekabr 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsinə, rejissor Cənnət Səlimovanın kursuna daxil olaraq 2002-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildə həmin ali məktəbin magistraturasını da fərqlənmə diplomu ilə başa vurub. 2004-2005-ci ilərdə hərbi xidmətdə olub. 1998-2003-cü illərdə Azərbaycan Dövlət Pantomim Teatrında aktyor vəzivəsində çalışıb. 2003-2012-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrıında aktyor və rejissor kimi fəaliyyət göstərib. 2007-ci ildə British Councilun "Forum teatr"ının iştirakçısı olub. 2012-2014-ci ilərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor işləyib. 2014-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənəti üzrə dərs deyir.
Ruslan Əlizadə
Ruslan Arif oğlu Əlizadə (19 noyabr 1993; Bəydili, Biləsuvar rayonu, Azərbaycan — 7 oktyabr 2020; Füzuli rayonu Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Əlizadə 19 noyabr 1993-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. Orta təhsilini Biləsuvar şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmış, Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərkibində qulluq etmişdir. Hərbi xidmətdən sonra bir müddət kənddə valideynlərinin yanında olmuşdur. Sonra öz arzusu ilə yenidən müqavilə ilə hərbi qulluqçu olmuşdur. == Hərbi xidməti == Ruslan Əlizadə 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşmuş, 7 oktyabr 2020-ci il tarixində Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Ruslan Əlizadə 8 oktyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Əlizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Əsədov
Ruslan Rövşən oğlu Əsədov (7 mart 2002, Samux rayonu – 20 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Əsədov 2002-ci il martın 7-də Samux rayonunun İnstitut qəsəbəsində anadan olub. 2008-2019-cu illərdə Samux rayonunda İnstitut qəsəbə tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Ruslan Əsədov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı. Azərbaycan Ordusunun əsgəri olan Ruslan Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Əsədov oktyabrın 20-də Murovdağ döyüşləri zamanı şəhid olub. Samux rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Əsədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Rosales
Gülçiçəklilər (lat. Rosales) — bitkilər aləminə aid bitki dəstəsi. İkiləpəli bitkilərin əsası, nisbətən polimorf olan gülçiçəklilərdən başlayır. Onlar inkişaf etibarilə çoxbudaqlı olub, budaqlarının çoxu ikinci inkişaf dərəcəsində dayanmışdır. Bu sıranın fəsilə və yarımfəsilələrinə daxil olan növlərin əksəriyyətində çiçək yatağı çökək və yumurtalıq yuxarıda olur. Sıranın nisbətən sadə quruluşlu fəsilə və yarımfəsilələrinə mənsub olan növlər, ləçəklərinin sərbəst, erkəkcikləri, toxumluqları və ləçəklərinin çox olması ilə fərqlənir. Bundan sonrakı fəsilələrdə isə çox vaxt bitişik ləçəklilik və az toxumluluq aydın nəzərə çarpır. Sıranın demək olarki, bütün nümayəndələrindən çiçək yanlığı beştiplidir, çoxunun isə çiçəyi ikicinslidir. Çiçək üzvləri dairəvi düzülmüşdür, aktinomorf və ya ziqomorfdur. Çiçək yanlığı adətən ikiqatlıdır.
Rutales
Sabunağacıçiçəklilər (lat. Sapindales) — bitkilər aləminə aid bitki dəstəsi.
Sülalə
Xanədan və ya sülalə — Monarxiya quruluşlu dövlətlərdə irs əsasında nəsil hakimiyyəti silsiləsi.
Roşal
Roşal — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir
Ruşan
Ruşan – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 13 km qərbdə, Alazan-Həftəran vadisində yerləşir. Əhalisi əkinçilik və heyvandarlıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana fəaliyyət göstərir. == Əhalisi == Əhalisi 1002 nəfərdir ki onunda 484 nəfəri kişi, 518 nəfəri qadındır. === Şəhidləri === 1. Rafiq Gülmirzə oğlu Ağakişiyev 1964-22.04.1994 2. Qərib Mirzağa oğlu Məmmədov 1974-09.02.1993 3. Hidayət Əziz oğlu Mirzəyev 1943-05.03.1993 4. Ağasəf Ağaşirin oğlu Əmirov 1960-22.04.1994 5.
USMLE
Amerika Birləşmiş Ştatlarının Tibbdə Lisenziya imtahanı (USMLE) - üç mərhələli (Step 1,2 ve 3) bir imtahan olub ABŞ xaricində alınan tıbb təhsilinin ABŞ-də qəbul edilməsi üçün gərəklidir . == USMLE (The United States Medical Licensing Examination) == USMLE, ABŞ əyalətlərinin səhiyyə orqanlarından təşkil olunan Federation of State Medical Boards (FSMB) ilə tibb sahəsində imtahan keçirməyə cavabdeh olan digər bir orqan National Board of Medical Examiners (NBME) tərəfindən təşkil edilməkdə və bu qurumlara əlavə olaraq xarici ölkələrdə tibb təhsili alanların diplom uyğunluğu ilə məşğul olan Educational Commission for Foreign Medical Graduates (ECFMG)-in dəstəyi ilə həyata keçirilməkdədir. USMLE həkimlərin bilikləri, anlayışları və prinsipləri xəstələrin müalicəsində etibarlı və effektiv bir şəkildə tətbiq etmə qabiliyyətini qiymətləndirək məqsədi ilə hazırlanmış bir imtahandır. İmtahanın üç mərhələsi də bir-birini tamamlayan tərkibdədir. Heç bir mərhələ ayrılıqda tibb lisensiyasını almaq üçün hazırlığı qiymətləndirə bilməz. == İmtahanın mərhələləri == USMLE imtahanı 3 mərhələdən ibarətdir.. === Step 1 === Step 1’in məqsədi sağlamlıq, xəstəlik və müalicə mexanizmləri ilə əlaqəli əsas bio-tibbi anlayışları qavrama və tətbiq etmə qəbiliyyətini qiymətləndirməkdir. Step 1, anatomiya, davranış elmi, biokimya, mikrobiologiya, patologiya, farmakologiya və psixologiya fənnləri ilə qidalanma, genetika və s. mövzularda suallardan ibarətdir. Test sualları əsasən qrafik və cədvəlləri şərh etmə, patoloji və normal nümunələri ayırd etmə və təməl klinik tibbi biliklərin tətbiqi mövzusundadır.
Anar Şuşalı
Anar Şuşalı (kino sənətçisi) (Həsənov Anar Bəybala oğlu) — Azərbaycan kinorejissoru.
Baqrationi sülalə
Baqrationlar və ya Baqrationilər (gürc. ბაგრატიონები) — Gürcüstanın qədim kral nəsli; Gürcüstanın bir çox, Rusiyanın isə bir neçə nəfər görkəmli dövlət və hərbi xadimi bu nəsildən çıxmışdı. Gürcü tarixi mənbələrində Baqrationilərin xronologiyası VI əsrdən hesablanır. Bəzi mənbələrə görə Avropada ən qədim kral nəslidir. == Milli mənşəyi == Qədim erməni mənbələrinə görə Baqrationilər Hay nəslindəndirlər, qədim gürcü mənbələrində isə Baqrationilər Farnavaz nəslinin davamçıları hesab edilir. Həmçinin, erməni mənbələri ənənəvi olaraq Baqrationilərin soykökünü İran şahı I Artakserksin dövründə - b.e.ə. V əsrdə, Ermənistan satrapı olmuş yəhudi əsir Şambata (Sumbata) bağlayırlar. Amma daha sonrakı erməni-gürcü mənbələrində bir qayda olaraq Baqrationilər Davud peyğəmbərin (Davud padşahın) törəmələləri hesab edilir. == İlkin Baqrationilər == == Orta əsrlərdə == XI-XII əsrlərdə Gürcüstan Baqrationilərin hakimiyyəti altında xeyli gücləndi. Kral IV David (Qurucu David) (1089-1125) Gürcüstanı müstəqilliyini bərpa etdi və bütün gürcü torpaqlarını öz hakimiyyəti altında birləşdirdi.