Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
AMEA Tarix İnstitutu
Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisəsi. == Tarixi == Azərbaycan tarixinin kompleks şəkildə araşdırılmasına və tarixi tədqiqatların məqsədyönlü surətdə təşkilatlandırılması işinə hələ 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə başlanılmışdır. Bununla, əslində, Azərbaycan tarixi problemlərinin elmi surətdə araşdırılması və ümumiləşdirilməsi işini həyata keçirə biləcək akademik elmi-tədqiqat institutunun – bugünkü Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun özülü qoyulmuşdur. Elmi-tədqiqat işlərinin xeyli genişlənməsi nəticəsində 1929-cu ildə həmin cəmiyyətin bazasında yaradılan Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun tərkibində Tarix və Etnoqrafiya şöbəsi yaradılmışdır. 1932-ci ildə həmin İnstitut SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Sektorunun tərkibinə daxil edilmişdir. 1935-ci ildə bu sektorun bazasında SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı nəzdində müstəqil Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılması barədə qərar qəbul olunmuşdur. İnstitut 1936-cı ildən fəaliyyətə başlamışdır. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı tərkibində Tarix İnstitutu ayrıca bir elmi-tədqiqat müəssisəsi kimi 1940-cı ildən fəaliyyətə başlamışdır. 1945-ci ildə Azərbaycan SSR EA təşkil olunarkən Tarix İnstitutu müstəqil elmi müəssisə kimi onun tərkibinə daxil edilmişdir. Sonradan 1951-ci ildə Tarix İnstitutu Azərbaycan SSR Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutuna çevrilmiş və 1956-cı ildə Azərbaycan EA Rəyasət Heyəti yanında Fəlsəfə sektoru yaradıldıqdan sonra yenidən əvvəlki adı ilə müstəqil institut kimi fəaliyyət göstərməyə başlamışdır.
Tarix
Tarix (q.yun. ἱστορία, historia — "sorğu; araşdırma nəticəsində əldə edilən biliklər") — keçmişdə insanı (onun fəaliyyətini, dünyagörüşünü, ictimai münasibətləri və s.) sistemli şəkildə öyrənən elm; keçmişin tədqiqi və sənədləşdirilməsi. Mənbələr üzrə insan meydana gəlməsi və inkişafını, müxtəlif xalqların ən qədim zamanlardan bizim dövrümüzədək necə yaşamaları, onların həyatlarında hansı hadisələrin baş verməsi, insan cəmiyyətlərinin həyatı necə və niyə dəyişib indi mövcud olduğu hala düşməsini öyrənən elmdir. Tarix – hadisələr ardıcıllığını, tarixi prosesi, təsvir olunan faktların obyektivliyini müəyyən etmək və hadisələrin səbəbləri haqqında nəticə çıxarmaq üçün keçmişlə bağlı bütün növ mənbələri öyrənən elmdir. Tarixi bilməyən insanlar keçmişin səhvlərini təkrarlamağa meyllidirlər. Keçmişin səhvlərini təkrarlamamaq üçün keçmişi bilmək lazımdır. Tarix fənnini yaxşı bilmək hər birimizin borcudur. Burada isə tarixi gerçəkliyi dərk etməyə çalışan alimlər – tarixçilər ön plana çıxır. Tarixçinin vəzifəsi hər bir alim kimi həqiqəti axtarmaqdır. Həqiqəti dərk etmək prosesi qeyri-adi dərəcədə mürəkkəb və çətindir, bu yolda alim bəzən uğursuzluqlarla qarşılaşa bilər.
Alternativ tarix
Bu janr bəzən fantastika janrı ilə səhv salınır. Tarixi romanda bir hadisə müəllifin öz təsəvvürü və ya fantastik detallar qatılarsa bu Alternativ tarix (Alternative history) janrına çevrilir. Əsasən fantastik janrın alt janrı kimi qəbul edilir və yaranması haqda dəqiq bir məlumat olmur. Çünki fantastikanın yarandığı tarix kimi qəbul edilən E. Ə. 3000-ci ildə yazılan Homerin "Odissey" və "İlliada" əsəri də bəzi kritiklərə görə alternativ tarix janrında yazılıb. Philip K. Dick, Harry Turtledove, bu janrın ən böyük ustaları olaraq qəbul edilir.
BDU Tarix
Bakı Dövlət Universitetinin Tarix fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == 1919-cu ilin sentyabrında təsis edilən və noyabrın 15-də fəaliyyətə başlayan Tarix fakültəsi Bakı Dövlət Universitetinin yaşıdıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə tərəqqipərvər ziyalıların təşəbbüsü ilə yaradılmış Tarix fakültəsinin Azərbaycan xalqının milli mənlik şüurunun formalaşmasında misilsiz xidmətləri olmuşdur. Fakültə fəaliyyət göstərdiyi 103 il ərzində çətin və şərəfli inkişaf yolu keçmişdir. 1919-cu ildə Tarix-filologiya fakültəsi adı ilə ilk addımlarını atmağa başlayan Tarix fakültəsi sonralar müxtəlif adlar ilə (İctimai elmlər fakültəsi, Pedaqoji fakültə) fəaliyyətini davam etdirmişdir. Bu müddətdə Tarix fakültəsi yüksəkixtisaslı tarixçi kadrlar hazırlayan nüfuzlu tədris və elm mərkəzinə çevrilmiş, Azərbaycanda elmin və mə­dəniyyətin inkişafına güclü təkan vermişdir. Fakültə təsis olunarkən ona 509 tələbə və 95 azad dinləyici (604 nəfər) qəbul edilmişdi. 1920-1921-ci illərdə fakültədə 12 professor, 2 dosent, 6 müəllim, 1 elmi işçi – cəmi 21 nəfərlik elmi-pedaqoji heyət çalışmışdır. Onlar fakültədə elmi-pedaqoji işin təşkili və milli kadrların hazırlanması işinə böyük əmək sərf etmişlər. 1922-ci ildə Tarix fakültəsində 8 kafedra fəaliyyət göstərirdi: Qədim tarix; Orta əsrlər tarixi; Yeni dövrün tarixi; Rusiya tarixi; Müsəlman Şərqinin ümumi tarixi; Türklərin tarixi; İran tarixi; Ar­xeologiya.
Böyük tarix
Böyük tarix — Böyük partlayışın tarixini öyrənən elm. Bu elm bir çox fənlərin birləşməsi əsasında çoxistiqamətli yanaşmadan istifadə edərək tarixin müddətini və insan varlığını araşdırır. Buna kosmosun öyrənilməsi kimi fəaliyyətlər də daxildir. Yer kürəsi və həyat arasında olan qarşılıqlı münasibətləri araşdırmaq üçün bir çox yollardan istifadə edir. Və bu elm bir sıra orta məktəb və universitetlərdə tədris olunur. Bu termini ilk dəfə Avstraliyanın Makkuori Universitetinin tarixçisi David Kristian kəşf etmişdir. Böyük tarixin tədrisinin ən yeni nümunəsini Rays Universitetinin məşhur natiqi Con Kennedi tapmışdır. O,50000 illik insan tarixinin nümunəsini vermişdir. Bəzi tarixçilər isə bu fikirlə razılaşmırlar və bunun gerçək olmadığını iddia edirlər.
Domen (tarix)
Domen — feodalizm dövrünə aid anlayış. == Ümumi anlayış == Feodalın torpaqları iki hissəyə bölünürdü: domen-yəni ata mülkü, şəxsi mülkiyəti, və idarəsi altında olan ərazilər. Məsələn fransız krallarının özəl mülkləri İl de-Frans sayılırdı. Öz domenindən başqa, onun bütün ölkədə ərazisində bəzi ali hüquqları da vardı (hərbi komandanlıq, məhkəmə bannı və başqa). Müsəlman aləmində bunlara xass (hökmdarın öz torpaqları) torpaqlar deyilirdi, digər torpaqlar divan (dövlətin torpağı) adlanırdı. Rusiyada buna (opriç) deyilirdi.
Hərbi tarix
Nüvə silahları nüvə parçalanması və birləşmə reaksiyalarından böyük dağıdıcı gücə malikdir. 1930-cu illərdə edilən elmi kəşflərə əsaslanaraq, ABŞ, İngiltərə, Kanada və azad Fransa, II Dünya Müharibəsi dövründə Manhattan Layihəsi adlanan bir atom bombası olaraq da bilinən parçalanma silahı yaratmaq üçün əməkdaşlıq etdilər. 1945-ci ilin avqust ayında Hirosima və Naqasakinin atom bombardmanları ABŞ tərəfindən bu müharibənin sonlarında Yaponiyaya qarşı həyata keçirildi və bu günə qədər hərbi əməliyyatlarda nüvə silahının tək istifadəsi olaraq qaldı. Sovet İttifaqı, qısa müddət sonra öz atom bombası layihəsi ilə inkişafa başladı və çox keçmədən, hər iki ölkə hidrogen bombası kimi tanınan daha güclü birləşmə silahları inkişaf etdirdilər.
Miladi tarix
Miladi tarix (lat. Anno Domini) — İsa Məsihin doğumunun yeni eranın başlanğıcı kimi qəbul edilməsi və həmin tarixin il hesablanması üçün başlanğıc nöqtəsi götürülməsinə əsaslanan anlayış. Qriqorian təqvimi (Ay təqvimi)nə əsasən bəşəriyyət tarixi eramızdan əvvələ və bizim eraya bölünür. Bu hesablamada sıfırıncı il yoxdur. Belə ki, eramızdan əvvəl 1-ci ildən sonra eramızın 1-ci ili gəlir. Bu il hesablama sistemi eramızın VI əsrində kilsə xadimi İqumen Kiçik Dionisi tərəfindən müəyyənləşdirilmiş İsa Məsihin doğum tarixinə əsaslanır. Lakin hazırda onun hesablamalarının səhv olduğu güman edilir. Belə ki, İsanın eramızdan əvvəl 4-cü ildən (Böyük İrodun vəfat ili) sonra doğulmuş olması mümkün sayılmır. İsa peyğəmbərin doğulması ilə milad təqvimi başlayır.
Modern tarix
Modern tarix (və ya yeni tarix) — bəşər tarixində orta əsrlər və son dövrlər arasındakı bir dövr. "Yeni tarix" anlayışı İntibah dövründə İtaliyada, humanistlər tərəfindən qədim, orta və yeni bölünmüş tarixin üç müddətli bölgüsünün bir elementi olaraq yaranmışdır. Humanistlərin nöqteyi-nəzərindən "yeni zamanın", onun əvvəlki dövrlə müqayisədə "yeniliyinin" müəyyənləşdirilməsi meyarı İntibah dövründə dünyəvi elm və mədəniyyətin çiçəklənməsi, yəni sosial-iqtisadi deyil, mənəvi və mədəni amildir. Lakin, bu dövr məzmun baxımından bir-birinə ziddir: Yüksək İntibah, İslahat və humanizm ədəbiyyatda "cadugər ovu" adını almış bir fenomen olan irrasionalizm, demonologiyanın inkişafı ilə birlikdə olmuşdur. "Modern tarix" anlayışı tarixçilər tərəfindən qəbul edildi və elmi istifadədə təsdiq edildi, lakin mənası bir qayda olaraq şərtli olaraq qalır - bütün xalqlar eyni vaxta girməmişlər. Bir şey dəqiqdir: bu dövrdə yeni bir mədəniyyət, yeni bir münasibətlər sistemi, bir Avrosentrik dünya, "Avropa möcüzəsi" və Avropa sivilizasiyasının digər sahələrə yayılmasıdır. == Dövrləşmə == Bir qayda olaraq, sovet tarixşünaslığında, formalaşma nəzəriyyəsi çərçivəsində, onun başlanğıcı 1640-cı ildə başlayan XVII əsrin ortalarında İngilis inqilabı ilə əlaqələndirildi . Yeni zamanın başlanğıc nöqtəsi kimi qəbul edilən digər hadisələrə İslahat (1517) , İspanların Yeni Dünyanın 1492-ci ildə kəşfi və Konstantinopolun süqutu (1453) ilə əlaqəli hadisələr daxildir. Modern tarixlə əlaqəli hadisələrin nəzərdən keçirilməsi Birinci Dünya Müharibəsi ilə başa çatır (1914-1918) . Yeni dövrün ərzində, adətən iki alt mərhələ fərqlənir, onların sərhədi Napoleon müharibələrinin sonu və Vyana Konqresinin işinin başlanğıcıdır.
Mulan (tarix)
Hua Mulan, Fa Mulan və ya sadəcə Mulan-yarıəfsanəvi, yarıhəqiqi Çin xalq "qəhrəmanı". Çin xalqı onun şərəfinə "Mulan haqqında mahnı" yazmışlar. lakin bayatının orijinal variantı günümüzə qədər gəlib çatmamışdır, amma daha sonra, XII əsrdə Qo Maodzan eyniadlı və eyni süjetli bi bayatı yazmışdır və Qo Maodzanın bayatısı indidə çinlilər arasında çox oxunmaqdadır. Hua Mulan haqqında bir çox cizgi filmi və kino çəkilmişdir. Misal olaraq Walt Disney Pictures tərəfindən çəkilən Mulan və Mulan 2 çizgi filmlərini, və yenədə Walt Disney Pictures tərəfindən çəkilən Mulan filmini gətirmək olar. == Həyatı == Bir dəfə, Çin imperatoruna xəbər verirlər ki, Şimallı işğalçılar (türklər) Çinə hücüm etmək istəyir. İmperator əmr edir ki, hər bir ailədən bir kişi əsgərliyə gəlib türklərlə savaşmağa kömək etsin. Əsgərlər Mulangilin qapısını döyürlər və bu xəbəri Hua Mulanın ailəsinə çatdırırlar, lakin Mulanın qardaşı olmur, odur ki, Mulanın atası Hua Co savaşa getməli olur. Ancaq, Hua Co xəstə olur və savaşa getmək əhval-ruhiyyəsində olmur. Mulan özünü kişi yerinə qoyur və savaşa gedir.
Müasir tarix
Modern tarix (və ya yeni tarix) — bəşər tarixində orta əsrlər və son dövrlər arasındakı bir dövr. "Yeni tarix" anlayışı İntibah dövründə İtaliyada, humanistlər tərəfindən qədim, orta və yeni bölünmüş tarixin üç müddətli bölgüsünün bir elementi olaraq yaranmışdır. Humanistlərin nöqteyi-nəzərindən "yeni zamanın", onun əvvəlki dövrlə müqayisədə "yeniliyinin" müəyyənləşdirilməsi meyarı İntibah dövründə dünyəvi elm və mədəniyyətin çiçəklənməsi, yəni sosial-iqtisadi deyil, mənəvi və mədəni amildir. Lakin, bu dövr məzmun baxımından bir-birinə ziddir: Yüksək İntibah, İslahat və humanizm ədəbiyyatda "cadugər ovu" adını almış bir fenomen olan irrasionalizm, demonologiyanın inkişafı ilə birlikdə olmuşdur. "Modern tarix" anlayışı tarixçilər tərəfindən qəbul edildi və elmi istifadədə təsdiq edildi, lakin mənası bir qayda olaraq şərtli olaraq qalır - bütün xalqlar eyni vaxta girməmişlər. Bir şey dəqiqdir: bu dövrdə yeni bir mədəniyyət, yeni bir münasibətlər sistemi, bir Avrosentrik dünya, "Avropa möcüzəsi" və Avropa sivilizasiyasının digər sahələrə yayılmasıdır. == Dövrləşmə == Bir qayda olaraq, sovet tarixşünaslığında, formalaşma nəzəriyyəsi çərçivəsində, onun başlanğıcı 1640-cı ildə başlayan XVII əsrin ortalarında İngilis inqilabı ilə əlaqələndirildi . Yeni zamanın başlanğıc nöqtəsi kimi qəbul edilən digər hadisələrə İslahat (1517) , İspanların Yeni Dünyanın 1492-ci ildə kəşfi və Konstantinopolun süqutu (1453) ilə əlaqəli hadisələr daxildir. Modern tarixlə əlaqəli hadisələrin nəzərdən keçirilməsi Birinci Dünya Müharibəsi ilə başa çatır (1914-1918) . Yeni dövrün ərzində, adətən iki alt mərhələ fərqlənir, onların sərhədi Napoleon müharibələrinin sonu və Vyana Konqresinin işinin başlanğıcıdır.
Mülki tarix
Mülki tarix — Dünyada qəbul edilən əsas tarixdir. Yəni tarixi hadisələrə heç bir münasibət bildirilmir, tarix olduğu kimi yazılır.
Siyasi tarix
Siyasi tarix siyasi hadisələrin, ideyaların, hərəkatların, hökumət orqanlarının, seçicilərin, partiyaların və liderlərin təsviri və tədqiqidir. Tarixin digər sahələri ilə, o cümlədən diplomatik tarix, konstitusiya tarixi, ictimai tarix, xalq tarixilə sıx bağlıdır. Siyasi tarix böyük cəmiyyətlərdə hakimiyyətin təşkili və fəaliyyətini öyrənir. Təxminən 1960-cı illərdən başlayaraq, rəqabət aparan alt fənlərin, xüsusən də sosial tarix və mədəniyyət tarixinin yüksəlişi, diqqəti siyasi elitaların fəaliyyətinə yönəltməyə meylli olan "ənənəvi" siyasi tarixin nüfuzunun azalmasına səbəb oldu. 1975-ci ildən 1995-ci ilə qədər iki onillikdə Amerika universitetlərində sosial tarixlə eyniləşdirilən tarix professorlarının nisbəti 31%-dən 41%-ə yüksəldi, siyasi tarixçilərin nisbəti isə 40%-dən 30%-ə düşdü. == Siyasi dünya tarixi == Dünyanın siyasi tarixi siyasət və hökumət tarixini qlobal miqyasda, o cümlədən beynəlxalq münasibətlərdə araşdırır. == Siyasi tarixin aspektləri == İlk elmi siyasi tarix 19-cu əsrdə Almaniyada Leopold fon Ranke tərəfindən yazılmışdır. Onun metodologiyaları tarixçilərin mənbələri tənqidi şəkildə araşdırmalarına dərindən təsir etdi. Siyasi tarixin mühüm aspekti ideologiyanın tarixi dəyişiklik qüvvəsi kimi öyrənilməsidir. Müəlliflərdən biri iddia edir ki, "bütövlükdə siyasi tarix ideoloji fərqləri və onların nəticələrini öyrənmədən mövcud ola bilməz".
Tarix Dostiyev
Tarix Meyrut oğlu Dostiyev (23 mart 1955, Zabrat) — Azərbaycan-sovet arxeoloqu, tarix elmləri doktoru (2004) , BDU-nun "Arxeologiya və Etnoqrafiya" kafedrasının dosenti == Bioqrafiya == Tarix Dostiyev 1955-ci il martın 23-də Bakı şəhərinin Zabrat qəsəbəsində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1988-ci ildə Moskva Dövlət Universitetinin nəzdindəki İxtisaslaşdırılmış Müdafiə Şurasında “Şimal-Şərqi Azərbaycanın orta əsr arxeoloji abidələri (IX-XIII əsrlər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildə isə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Müdafiə Şurasında “Şimal-Şərqi Azərbaycan IX-XV əsrlərdə (tarixi-arxeoloji tədqiqat)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. == Fəaliyyəti == Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi, aparıcı elmi işçi vəzifələrində işləmişdir. 1982-1984-cü illərdə Moskva Dövlət Universitetinin Arxeologiya kafedrasında təcrübəçi-tədqiqatçı olmuş, orta əsrlər arxeologiyası üzrə ixtisaslaşmışdır. 1990-cı ildən Bakı Dövlət Universitetinin Azərbaycanşünaslıq elmi tədqiqat mərkəzində çalışır. Şabran, Quba-Xaçmaz arxeoloji ekspedisiyalarında fəal iştirak etmiş, Müşkür və Şəmkir arxeoloji ekspedisiyalarının rəhbəridir. 3 monoqrafiya, 3 kataloq, 2 dərs vəsaiti, 190 elmi məqalənin müəllifidir. Çoxcildli Azərbaycan arxeologiyası VI cildinin əsas müəllifi və cildin məsul redaktorudur.
Tarix Həsənov
Tarix Şücayət oğlu Həsənov (30 yanvar 1986; Göygöl rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tarix Həsənov 1986-cı il yanvarın 30-da Göygöl rayonunun Çaykənd kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş əsgəri olan Tarix Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Tarix Həsənov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 28 yanvar 2021-ci ildə Göygöl şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tarix Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Tarix fəlsəfəsi
Tarix fəlsəfəsi — fəlsəfənin bir istiqaməti. İnsanların maraq və mənafeləri çox rəngarəngdir, bəzən antoqonist xarakter daşıyan; ona görə də tarix fəlsəfəsi müxtəlif dünyagörüşlərin və sosial-siyasi proqramların toqquşma meydanına çevrilir. Belə ki, hər bir partiya, hər bir sosial qrup keçmişi öz mənafeləri mövqelərindən izah etməyə çalışır. == Tarix fəlsəfəsi haqqında alimlərin fikri == İbn Xəldunə qədər heç kim tarix fəlsəfəsini yazmamışdır. Bu nəzəriyyəni tarixi hekayə kimi qəbul edirdilər. Hələ XIV əsrdə yaşamış ərəb tədqiqatçısı İbn-Xəldun qeyd edirdi ki, tarix fəlsəfəsi tarixin tənqidindən qüdrətli bir alətdir. O, tarixin fəlsəfəsi olduğunu irəli sürmüşdür. Tarixin bir elm olduğunu üzə çıxaran, onun qanunlarını açıqlayan İbn Xəldun tarixi nağıl və hekayə olmaqdan çıxarmışdır. O, bu elmin məqsədini "ictimai həyatı öyrənmək" olaraq qəbul etmişdir. Tarix fəlsəfəsinin əleyhinə çıxanlardan biri Şellinq olmuşdur.
Tarix rəssamlığı
Tarix rəssamlığı — İntibah dövründə formalaşan, yalnız real hadisələrin yox, həm də mifik, Bibliya və incil mövzularında da olan rəssamlıq tərzi. Təsvirlər bəşəriyyət tarixindəki hadisələr və fərdi şəxslər üçün əhəmiyyətlidir. Əsərlərdə əsasən həyata dair şərhlərə və ya əxlaqi, intellektual mesajlara yer verilirdi.
Tarix İnstitutu
Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisəsi. == Tarixi == Azərbaycan tarixinin kompleks şəkildə araşdırılmasına və tarixi tədqiqatların məqsədyönlü surətdə təşkilatlandırılması işinə hələ 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə başlanılmışdır. Bununla, əslində, Azərbaycan tarixi problemlərinin elmi surətdə araşdırılması və ümumiləşdirilməsi işini həyata keçirə biləcək akademik elmi-tədqiqat institutunun – bugünkü Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun özülü qoyulmuşdur. Elmi-tədqiqat işlərinin xeyli genişlənməsi nəticəsində 1929-cu ildə həmin cəmiyyətin bazasında yaradılan Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun tərkibində Tarix və Etnoqrafiya şöbəsi yaradılmışdır. 1932-ci ildə həmin İnstitut SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Sektorunun tərkibinə daxil edilmişdir. 1935-ci ildə bu sektorun bazasında SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı nəzdində müstəqil Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılması barədə qərar qəbul olunmuşdur. İnstitut 1936-cı ildən fəaliyyətə başlamışdır. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı tərkibində Tarix İnstitutu ayrıca bir elmi-tədqiqat müəssisəsi kimi 1940-cı ildən fəaliyyətə başlamışdır. 1945-ci ildə Azərbaycan SSR EA təşkil olunarkən Tarix İnstitutu müstəqil elmi müəssisə kimi onun tərkibinə daxil edilmişdir. Sonradan 1951-ci ildə Tarix İnstitutu Azərbaycan SSR Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutuna çevrilmiş və 1956-cı ildə Azərbaycan EA Rəyasət Heyəti yanında Fəlsəfə sektoru yaradıldıqdan sonra yenidən əvvəlki adı ilə müstəqil institut kimi fəaliyyət göstərməyə başlamışdır.
Tarix Əliyev
Tolik (Tarix Əliyev, 6 iyun 1979, Bakı) — Azərbaycanlı prodüser, təşkilatçı, televiziya aparıcısı. == Həyatı == Tarix Tahir oğlu Əliyev 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. Atası Tahir Tarix oğlu Əliyev neftçidir. Anası Sara Heybət qızı Cəfərova qarmon müəlliməsidir. 1986-cı ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 141 nömrəli məktəbin 1-ci sinfinə daxil olur. Daha sonra orta təhsilini 146 nömrəli məktəbdə davam etdirir. Bir dəfə, 1998-ci ildə ailəli olub, 1 il sonra isə boşanıb. 2002–2004-cü illərdə Almaniyada müvəqqəti yaşadığı dövrdə Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan diasporasının təşkil etdiyi tədbirlərdə iştirak edib. 2004-cü ildən, Azərbaycana qayıtdığı gündən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP-ın Pirallahı rayon təşkilatının tədbirlərində fəal iştirakına görə fəxri fərmana layiq görülüb.
Tufan (tarix)
Tufan termini (pol. pоtор szwedzki, lit. Tvanas) XVII əsrin ortalarında Polşa-Litva İttifaqında baş vermiş bir sıra hadisələr üçün istifadə olunur. Bu müharibələr zamanı Polşa-Litva İttifaqı əhalisinin üçdə birini və böyük güc statusunu itirmişdir. == Əvvəlki hadisələr, işğalın başlaması və Rusiya çarlığının strategiyası == 1648-ci ildə Boqdan Xmelnitski Polşa-Litva Birliyinin hökmdarlarından narazı qalan Zaporojiya kazakları və Ukrayna kəndlilərindən ibarət qoşunları ilə birlikdə böyük bir üsyana rəhbərlik etdi. Üsyanın ilk mərhələsi böyük dağıntılar ilə Berestechko müharibəsinin nəticəsiz qalması ilə Rusiya çarlığı ilə Reç Pospolita arasında Ukraynanı əhatə edən şərqi slavyan ərazisi üzərindəki qarşıdurmanı daha da gücləndirdi. Buna görə 1653-cü ilin oktyabrında rus komandiri Zemsky Sobor Polşaya müharibə elan etdi. 1654-cü ilin iyun ayında rus çarı I Aleksandr Şərqi Polşanı işğal etdi və 13 il davam edəcək 1654-1667 Rusiya-Polşa müharibələri başladı. 1654-cü ilin yayında ruslar bugünkü Belarusiya ətrafında qurulmuş bir çox vacib şəhər və qalaları ələ keçirməyə müvəffəq oldular. 3 oktyabr 1654-cü ildə mühasirədən sonra Smolensk tutuldu.
İntellektual tarix
İntellektual tarix — ziyalıların tarixi, yəni müxtəlif ideyalar yaradan, müzakirə edən, təbliğ edən insanların tarixi. Saf fəlsəfə tarixindən (müvafiq olaraq: elm, ədəbiyyat və s.) və onun sıx bağlı olduğu ideyalar tarixindən fərqli olaraq, intellektual tarix ideyaları öz daşıyıcılarının mədəniyyəti, tərcümeyi-halı, sosial-mədəni mühiti vasitəsilə öyrənir. == Terminologiya məsələləri == Amerika tarixşünaslığında intellektual tarix bu anlayışın iki kateqoriyası kimi başa düşülür. Birincisi XX əsrin əvvəllərində Ceyms Harvi Robinsonun "Yeni Tarix" adlanan əsəri ilə birlikdə yaranıb və xüsusi tədqiqat sahəsi kimi artıq Perri Millerin adı ilə bağlıdır. Bu konsepsiyanın başqa bir kateqoriyası A. O. Lovcoyun təklif etdiyi tərifə aiddir. O, artıq öz tədqiqat obyektinə, onun öyrənilməsi üzrə fəaliyyət planına, öz metodologiyasına və "öz institusional məkanına — "Journal of the History of Ideas" — yə malik olan subyektə istinad edir. 1940-cı ildə Lovejoy tərəfindən əsası qoyulmuş İdeyaların Tarixi jurnalı (Journal for the History of Ideas). Avropada heç bir tərif geniş yayılmayıb. Almaniyada, bir qayda olaraq, Geistesgeschich tetermini əsasən istifadə olunur. İtaliyada storia intellettuale termini belə yaranmayıb, Delio Cantimori də əsərlərində bundan istifadə etməyib.
İqtisadi tarix
İqtisadi tarix — insan iqtisadi fəaliyyətinin təkamül inkişafı və qarşılıqlı əlaqəsi ilə əlaqəli hadisələr və proseslərin öyrənildiyi bir elm sahəsi. İqtisadi tarix tarixi və iqtisadi elmlər arasında bir sərhəd xəttini tutur, sözdə baş verənlərdən biridir. == Funksiyaları == Bir elm olaraq, iqtisadi tarix bir sıra funksiyaları yerinə yetirir: idrak; praktik (praqmatik); dünyagörüşü proqnoz; tarixi; humanist. == Strukturu == İqtisadi tarixin daxili sahəsi müxtəlif meyarlara görə qurulula bilər: tarixi dövrə görə (Qədim dünyanın iqtisadi tarixi; İntibah; Sənaye İnqilabı və s.); coğrafi xüsusiyyətinə görə (Sibirin iqtisadi tarixi; Rusiya, Avropa və s.); iqtisadiyyatın sahələri və sahələri üzrə (ticarət tarixi; neft sənayesi və s.); iqtisadi infrastruktur elementləri ilə (pul dövriyyəsi tarixi, birja münasibətləri, fond bazarı və s.). == Metodologiya == Qlobal iqtisadiyyatın öyrənilməsində müxtəlif dövrlərdə dünyanın iqtisadi vəziyyətini müqayisə etmək üçün əsas olan induksiya və deduksiya, statistik məlumatların toplanması və işlənməsi kimi ümumi elmi tədqiqat metodlarından istifadə olunur. İqtisadi tarixin öyrənilməsi sahəsində sözdə xüsusi əhəmiyyət kəsb edir. "Tarixi metod." Bu metodun əsas xüsusiyyətləri XIX əsrin ən böyük iqtisadçı-tarixçilərindən biri alman alimi V. Rocher tərəfindən tərtib edilmişdir: iqtisadi prosesləri bütün xalqlar arasında müqayisə etmək lazımdır; müasir iqtisadi hadisələri müşahidə etməklə məhdudlaşmaq olmaz; İqtisadi qurumları təhqir etməyin və tərifləməyin. Bu metoddan istifadə edən alimlər iqtisadi sistemin inkişafı üçün vahid, universal qanunların olmadığını, müxtəlif ölkələr üçün iqtisadiyyatın yaxşılaşdırılması üçün vahid reseptlərin olmadığını düşünürlər ki, bu da əsasən tarixi inkişaf və coğrafi məkanların fərqliliyi ilə əlaqədardır. XX əsrin ikinci yarısında. Şərti fərziyyələrə əsaslanan düşüncə təcrübəsi olan saxta təsdiqləmə üsulu "nə olarsa" xüsusi populyarlıq qazandı.
Asuka tarix muzeyi
Asuka tarix muzeyi — Yaponiyada Okuyama, Asuka, Nara prefekturasında yerləşir. Muzeyin əsası 1975-ci ildə qoyulub və Nara Milli Mədəni Mülkiyyəti Araşdırma İnstitutunun tərkib hissəsidir. == Kolleksiya == Muzeydə əsasən VI-VIII əsrlərə, xüsusilə Yaponiya tarixinin Asuka dövrünə (538–710) aid materiallar mühafizə və nümayiş olunur. Kolleksiyaya Kofun (250–538) və Nara (710–794) dövrlərinə aid materiallar da daxildir.
Azərbaycan Tarix Muzeyi
Milli Azərbaycan Tarixi Muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. Azərbaycanda fəaliyyət göstərən muzeylərdən biridir. Azərbaycan tarixinə və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. == Muzeyin Tarixi == 1920-ci ilin iyun ayında Azərbaycan SSR Xalq Maarif Komissarlığının məktəbdənkənar işlər şöbəsində yaradılmış "Muzekskurs" yarımşöbəsinin nəzdində az sonra "Doğma diyarın tədris muzeyi – İstiqlal" təşkil edildi. Artıq iyul ayından məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşdirilmiş bu muzey həmin ilin oktyabr ayının 25-dən Azərbaycan SSR Dövlət Muzeyi adı ilə işləməyə başlamış, 1921-ci ilin may ayından ilk tamaşaçılarını qəbul etmişdir. Yarandığı ilk dövrdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, minerologiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. 1923-cü ildə yaradılan və muzeylə sıx əlaqədə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyət və komissiyanı özündə cəmləşdirdi. 1925-ci ildə XMK Kollegiyasının təsdiq etdiyi Azərbaycan Dövlət Muzeyinin "Əsasnamə"sinə görə Muzeyin strukturunda edilən dəyişiklik əsasında tarix-etnoqrafiya, incəsənət, biologiya, geologiya şöbələri və Qafqaza və Şərqə dair kitabları əhatə edən zəngin kitabxana fəaliyyətini davam etdirdi. Sonrakı illər dövrün tələbinə uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi edildi. 30-cu illərin ortalarında böyüməkdə olan nəslin siyasi-tərbiyə məsələlərinə qarşı diqqətin artması, muzey ekspozisiyalarında sosialist cəmiyyətinin üstünlüklərini nümayiş etdirməyin vacibliyinə dair partiya və hökumətin tələbləri tarixin öyrənilməsi və təbliğini günün əsas məsələlərindən biri etdi.
Azərbaycanın tarix qoruqları
Azərbaycanın tarixi qoruqlarının siyahısı — Azərbaycan Respublikası ərazisində mövcud olan 30 tarixi qoruğun siyahısı. Bunların 18-i tarixi-mədəniyyət, 8-i tarixi-memarlıq , 2-i tarixi-bədii qoruqlardır. Yanardağ və Tuğ həm tarixi-mədəniyyət, həm də təbiət qoruğu olaraq fəaliyyət göstəririr. Qoruqlardan 4-ü Naxçıvan Muxtar Respublikasında, 1-i isə Gürcüstanla mübahisəli ərazidədir. İçərişəhər, Qobustan və Yuxarı Baş qoruqları Ümumdünya irsidir, Atəşgah, Ordubad, Xınalıq və Şuşa qoruqları isə namizəd siyahısındadır. "Abidə qoruqlarının nümunəvi Əsasnaməsi"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına görə qoruq tarix və mədəniyyət üçün böyük əhəmiyyəti olan, tarix və mədəniyyət abidələrinin, arxeoloji və memarlıq obyektlərinin, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallarının, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan binaların, xatirə yerlərinin, əşyaların yerləşdiyi və dövlət tərəfindən mühafizə edilən ərazilər və məskənlərdir. Xüsusi əhəmiyyət kəsb edən arxeoloji, etnoqrafik, memarlıq, şəhərsalma və digər komplekslər Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qoruq elan edilir.
"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu
"Qala" Dövlət tarix-etnoqrafiya qoruğu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 aprel 1988-ci il, 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 81.5 ha-dır. Bu ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə III minilliyə aid olan qədim insan yaşayış məskəni olub. Deməli 5 min il ərzində Qala kəndi ərazisində insanlar yaşayıb fəaliyyət göstərmişlər. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri olmuşdur. == Qala kəndi == Qala: Abşeron yarımadasında Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, 32 qəsəbə yerləşir. Abşeron rayonunun inzibati ərazisi 1407,5 m². Respublika ərazisinin təqribən 7%-ni əhatə edir. Yarımada 70–80 km məsafədə dənizin icərilərinə uzanır.
"Qala" Dövlət Tarix-Etnoqrafya Qoruğu

"Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi
"Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi — Naxçıvanda muzey. Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi kimi fəaliyyətə başlamışdır == Haqqında == Naxçıvan xanlığının əsası 1747-ci ildə Heydərqulu xan tərəfindən qoyulmuş, 81 il fəaliyyət göstərmiş, 1828-ci il fevral ayının 10-da imzalanmış Türkmənçay sülh müqaviləsinə əsasən fəaliyyəti dayandırılmış, Naxçıvan və İrəvan xanlıqları rəsmi şəkildə ləğv edilərək Rusiyanın tərkibinə qatılmışdır. Azərbaycan ərazisində 1747-ci ildən yaranmış 18 feodal dövlətdən biri olan Naxçıvan xanlığının Azərbaycanın siyasi tarixində böyük rolu olmuşdur. 1787–1797-ci illərdə müstəqil Naxçıvan xanlığının xanı, 1797-ci ildən 1820-ci ilədək Naxçıvan xanlığının hakimi olmuş Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən 1780-ci illərdə Naxçıvan çəhərində tikdirilmişdir. Şərq memarlığı üslubunda inşa edilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olmaqla yanaşı, həm də xanlıq dövründə dövlətin siyasi iqamətgahı funksiyasını yerinə yetirmişdir. Xan Sarayı müxtəlif dövrlərdə baxımsız vəziyyətə düşsə də, qorunub saxlanmışdır. 9429 km² ərazini əhatə edən Naxçıvan xanlığı özünün dövlətçilik ənənələri, ərazi bütövlüyünün qorunması ilə Azərbaycan dövlətçiliyinə çox böyük töhfələr vermişdir. Bu tarix-mədəniyyət abidəsi NAxçıvan şəhərdəki Xan Dikində, Möminə Xatın türbəsinin yaxınlığında yerləşir. 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi kimi fəaliyyətə başlayan binada Naxçıvan xanlığının Azərbaycan Respublikasının milli dövlətçiliyindəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi yaradılmışdır === Muzeyin ekspozisiyası === Ali Məclis Sədrinin 2015-ci il 2 fevral tarixli Sərəncamına əsasən artıq "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyətini davam etdirməkdədir. Hazırda muzeydə 9 ekspozisiya zalı vardır.
"Xülasət ət-təvarix" Azərbaycan tarixinin mənbəyi kimi (kitab)
"Xülasət ət-təvarix" Azərbaycan tarixinin mənbəyi kimi — Şükufə Məmmədovanın Qazi Əhməd Quminin "Xülasət ət-təvarix" əsəri haqqında yazdığı kitab. == Məzmunu == Oxuculara təqdim olunan Qazi Əhməd Quminin bu əlyazmasında Azərbaycanın XVI əsr tarixinə aid sosial və iqtisadi əsasən siyasi məlumatlar öz əksini tapmışdır.Sovet tarixşünaslıq elmi bele bir amili əsas tuturdu ki, mənbələrdə verilən tarixi məlumatlar dövrün xüsusiyyətlərini,tarixçinin, səlnaməçinin, səyyahın sinfi mənsubiyyətini,siyasi mövqeyini,dini-siyasi dünyagörüşünü özündə əks etdirir.Bu baxımdan Xülasət ət-təvarix əlyazması da Azərbaycan tarixinin öyrənilməsində əsas yer tutur. Monoqrafiyada əlyazmanın Tehran və Berlin nüsxələrindən istifade edilmişdir.Əsər giriş,beş fəsil,nəticə,istifadə edilmiş ədəbiyyat və mənbələr bölümündən ibarətdir.Giriş hissəsində, əsərin Azərbaycan tarixşünaslığı üçün önəmi qeyd olunmuş, əsərdə yer alan problemin marksizm-leninizm nəzəriyyəsinə uyğun şəkildə hazirlandığı bildirilmişdir.Əlyazma şəklində olan bu əsərdə XVI əsr Yaxın və Orta Şərq ölkələrinin,Orta Asiyanın, İran və Azərbaycanın tarixinə dair zəngin məlumatların olduğu bildirilir.Məhz giriş hissəsində yuxarıda qeyd etdiyimiz əlyazmanın nüsxələrinin, müəllifin digər əsəri "Gülüstani-hünər”, Həsən bəy Rumlunun "Əhsən ət-təvarix”, Budaq Qəzvininin "Cəvahir əl-əxbar”,Qazi Əhməd Qaffarinin "Nusəx-i cahanara”,Miryəhya əl-Qəzvininin "Lobb ət-təvarix”,Şərəfxan Bidlisinin "Şərəfnamə”,İskəndər bəy Münşinin "Tarixi aləmarayi Abbasi”,Mirxondun "Rövzət əs-səfa”(VII cild),anonim "Tarixe aləmaraye Şah İsmayıl”,anonim "Tarixe aləmaraye Səfəvi”,Molla Kamalın "Tarixi Səfəviyan” ilə müqayisə olunmuşdur.Bundan əlavə XVI əsrdə Azərbaycanda səfərdə olmuş səyyahların gündəliklərindən,çap olunmuş rəsmi dövlət sənədlərindən,epiqrafik və numizmatik materiallardan istifadə edilmidir. Azərbaycanın XVI əsr tarixinin bir sıra problemləri Sovet və xarici ölkə tarixçiləri tərəfindən tədqiq edilmişdir.Bunların içərisində İ.P.Petruşevskinin "XVI əsr-XIX əsrin əvvəllərində Azərbaycanda və Ermənistanda feodal munasibətləri tarixi oçerkləri”, O.Ə.Əfəndiyevin "Azərbaycan Səfəvi dövləti” Ə.Ə.Rəhmaninin "XVI əsrin sonu XVII əsrin əvvəllərində Azərbaycan Səfəvi dövləti” monoqrafiyalari əhəmiyyətli yer tutur ki, bu da əsərdə öz əksini tapmışdır.Qeyd edək ki, əsərin giriş hissəsində Ş.F.Fərzəliyevin dövrun mənbəyi olan Həsən bəy Rumlunun "Əhsən ət-təvarix” əsərinə dair elmi cəhətdən maraqli mülahizələr irəli sürdüyü qeyd edilmişdir.Azərbaycan tarixinin bu dövr tarixşünaslığının İran və Türkiyə tarixşünaslığında da öz əksini tapdığı bildirilmişdir.Giriş hissədə İran tarixçilərinin əsərlərindən Əhməd Kəsrəvinin "Şeyx Səfi və təbarəş” əsərinin,Nəsrullah Fəlsəfinin "Zendeqaniyi Şah Abbas-i əvvəl” əsərinin və Əhməd Kaviyan purun "Tarix-i ümum-i Azərbaycan” əsərləri,türk tarixçilərinin əsərlərindən isə Faruk Sümərin "Səfəvi dövlətinin quruluşu və gəlişməsində Anadolu türklərinin rolu” İsmayıl Həqqi Danışməndin "Osmanlıların xronoloji tarixi” əsərlərinin adı çəkilmişdir. === I fəsil === Şükufə xanımın əsərinin I fəslində Qazi Əhməd Quminin həyatı və onun "Xülasət ət təvarix” əsəri barəsində məlumatlar verilmişdir.Qeyd olunur ki,Qazi Əhməd Qumi 1546-cı il mayın 17-də İranın Qum şəhərində anadan olmuşdur.Şəhərin XVI əsrdə Şiə məzhəbinin əsas mərkəzlərindən birinə çevrildiyi bildirilir.1556-cı ildə Qazi Əhmədin 10 yaşı olarkən ailəsi ilə birlikdə Qum şəhərindən Məşhədə köçdüyü barəsində məlumat verilir.Onun burada Mazandaran valisi Əmir xanın oğlu Sultan Murad xandan təlim alması və xanın istedadlı şagirdlərindən biri olması barəsində məlumatlar vardır.Qazi Əhmədin yazdığına görə "Həmin gənclik illəri” onun həyatında ən gözəl və unudulmaz günlər olmuşdur.İyirmi yaşında olarkən onun I Şah Təhmasibin sarayında olması bildirilir.Şah Təhmasibin fərmanı ilə dövlət sənədlərinin üzünü köçürüb 70 nüsxədə cildləyərək ölkənin bütün bəylərbəyilərinə və valilərinə göndərilməsində Qazi Əhmədin və atası Mir Münşi Şərafəddinin böyük rolu olmuşdur. Şah Təhmasibin oğlu II İsmayılın hakimiyyəti donəmində (1576-1578) mustofi əl-məmalik vəzifəsində olan Mirşah Qazi İsfahaninin yanında bir müddət xidmət etmişdir.1589-cu ilin sonlarında Qazi Əhməd I Şah Abbasın sarayında çalışmışdır.Həmin il Qazi Əhməd özbək feodallarının Məşhədə hücumu və şəhərin dağıdılması barəsində qəsidə yazaraq məlumat verir ki, bu məlumatlar Şükufə xanımın qeyd olunan əsərində öz əksini tapmışdir.Qazi Əhməd bu qəsidədən bir parçanı "Xülasət ət-təvarix” əsərində qeyd etmişdir. O,əsərdə özü haqqinda axırıncı dəfə 1590-cı ilin sonlarında baş vermiş hadisələrdən bəhs edərkən məlumat verir.O, Şiraz şəhərini alim və mütəfəkkirlərin məskəni kimi vəsf edərək həmin yerə yollandığını yazır.Qazi Əhməd həyatının son illərində Böyük Moğol imperatoru Cahangirin sarayında yaşamışdır. "Gülüstan-i hünər”-in Tehran nüsxəsində bir sıra faktlar Qazi Əhmədin vətəni tərk edərək Hindistana getməsinin səbəbini aydınlaşdırır.Qazi Əhməd yazır ki, 1605-ci ildə dövrün xəttat və alimlərindən Mir Sədrəddin paxıllıq hissi ilə ona iftira atmış,onu Məşhəddə vəzir olarkən şahın kitabxanasından kitab oğurlamaqla təqsirləndirmiş və beləliklə bu gorkəmli şəxsiyyəti şahın gözündən salmışdır.Bu ağır böhtandan sonra Quma qayıtmış buradan da Hindistana yollanmışdır.Qazi Əhməd Quminin vəfat ili təəssüf ki,müəyyən olunmamışdır.Bu haqda ondan sonra yaşamış tarixçilər də məlumat verməmişdir. Qazi Əhməd Quminin yaradıcılığında böyük yer tutan "Xülasət ət-təvarix” əsərinin beş cilddən ibarət olması barəsində məlumat olsa da əsərin bizə gəlib çatmış hissəsi V cilddir.Şükufə xanım bu barədə qeyd edir ki, Qazi əhməd Qumi beş cildi on iki ilə tamamlamışdır.Əsər I Şah İsmayılın dönəmindən başlamalı və II Şah İsmayılın hakimiyyət illərini də əhatə etməli idi.Əsərdə xronoloji ardicilliğa fikir verilmişdir.O,Səfəvi hökümdarı Məhəmməd Xüdabəndənin səfərlərində iştirak etdiyi üçün Azərbaycanın bir çox yerlərini gəzib öyrənə bilmişdir.O,V cildi Səfəvilər xanədanının geneologiyası ilə başlayır.Əsərdə I Şah İsmayılın hakimiyyət döveündən yalnız əsas hadisələr xronoloji ardıcıllıqla qeyd olunur.O,gostərir ki, II Şah İsmayılın tarixinin təsvirinə qədər olan hissə V cildin I yarısını təşkil edir.Cildin II hissəsi isə II Şah İsmayılın taxta çıxması ilə başlanıb I Şah Abbasın hakimiyyəti dövründə 1591-ci ildə qurtarır. Şükufə xanım qeyd edir ki, "Xülasət ət-təvarix” əsərinin hələlik dord əlyazma nüsxəsi məlumdur.Berlin nüsxəsi,Tehranda Mehdi Bəyaninin şəxsi xitabxanasindakı nüsxə,Tehranda Kitabxanaye Milliyyə Məlikdə saxlanılan əlyazma,Tehranda professor Səid Nəfisinin şəxsi kitabxanasında saxlanılan əlyazma.
"Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu
Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu — Azərbaycanda qoruq. == Yaranma səbəbi == Qədim tarixə malik, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndi özünəməxsus coğrafi mövqeyə və unikal memarlıq görkəminə malikdir. Burada orta əsrlərə aid Atəşpərəst məbədi, Xıdır Nəbi türbəsi, Şeyx Şalbuz, Əbu Müslim məscidləri, mağaralar və çox sayda öyrənilməmiş arxeoloji abidələr mövcuddur. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu və Ağstafa rayonunun ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin Azərbaycan Respublikasının "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu elan edilməsi haqqında" 2007-ci il 19 dekabr tarixli 2563 nömrəli Sərəncamı ilə yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi" təsdiq edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun özünəməxsusluğunun qorunub saxlanılması üçün qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, komissiyalar yaradılmış, müvafiq işlər aparılmışdır. Eyni zamanda qoruğun 2010–2015-ci illər üzrə Dövlət İnkişaf Proqramının layihəsi işlənmişdir. Hazırda qoruğun direktoru Həsən Ağayevdir. == Tədqiqatlar == Qoruğun Cek kəndinə aid ərazisində 2011-ci ildə aparılan tədqiqatlar nəticəsində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb. Həmin tapıntıların tunc dövrünə — e.ə.
1 mətbuat konfransının tarixi (film, 2015)
1 mətbuat konfransının tarixi — qısametrajlı sənədli film. Film Qulp studioda istehsal edilmişdir. Film tariximizdə önəm daşıyan bir mətbuat konfransından bəhs edir. 1990-cı il 20 yanvar faciəsindən bir gün sonra o vaxtlar Moskvada yaşayan Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Rusiya rəhbərliyini bu faciənin baş verməsində ittiham etdi. Məhz bu tarixi mətbuat konfransı şahidlərin xatirələri ilə filmin əsasını təşkil edir. == Məzmun == 1990-cı il 20 yanvar faciəsindən bir gün sonra o vaxtlar Moskvada yaşayan Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Rusiya rəhbərliyini bu faciənin baş verməsində ittiham etdi. Məhz bu tarixi mətbuat konfransı şahidlərin xatirələri ilə filmin əsasını təşkil edir. 1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə Bakıya qoşun yeridiləndə həmin anların dəhşətini Moskvada yaşayan və təhsil alan azərbaycanlılar da yaşadı. Onlar dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək nümayəndəliyin qapısını sındırıb içəri girdilər. Azərbaycanlı həmvətənlər tanıdıqları bütün qurumlara bu hadisə barədə məlumat verməyə başladılar.
A.A.Bakıxanov adına Tarix İnstitutu
Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisəsi. == Tarixi == Azərbaycan tarixinin kompleks şəkildə araşdırılmasına və tarixi tədqiqatların məqsədyönlü surətdə təşkilatlandırılması işinə hələ 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə başlanılmışdır. Bununla, əslində, Azərbaycan tarixi problemlərinin elmi surətdə araşdırılması və ümumiləşdirilməsi işini həyata keçirə biləcək akademik elmi-tədqiqat institutunun – bugünkü Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun özülü qoyulmuşdur. Elmi-tədqiqat işlərinin xeyli genişlənməsi nəticəsində 1929-cu ildə həmin cəmiyyətin bazasında yaradılan Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun tərkibində Tarix və Etnoqrafiya şöbəsi yaradılmışdır. 1932-ci ildə həmin İnstitut SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Sektorunun tərkibinə daxil edilmişdir. 1935-ci ildə bu sektorun bazasında SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı nəzdində müstəqil Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılması barədə qərar qəbul olunmuşdur. İnstitut 1936-cı ildən fəaliyyətə başlamışdır. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı tərkibində Tarix İnstitutu ayrıca bir elmi-tədqiqat müəssisəsi kimi 1940-cı ildən fəaliyyətə başlamışdır. 1945-ci ildə Azərbaycan SSR EA təşkil olunarkən Tarix İnstitutu müstəqil elmi müəssisə kimi onun tərkibinə daxil edilmişdir. Sonradan 1951-ci ildə Tarix İnstitutu Azərbaycan SSR Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutuna çevrilmiş və 1956-cı ildə Azərbaycan EA Rəyasət Heyəti yanında Fəlsəfə sektoru yaradıldıqdan sonra yenidən əvvəlki adı ilə müstəqil institut kimi fəaliyyət göstərməyə başlamışdır.
A.Bakıxanov adına Tarix İnstitutu

ABŞ-ın Tarixi Yerlərin Milli Reyestri
ABŞ-nin Tarixi Yerlərin Milli Reyestri (ing. National Register of Historic Places) — ABŞ federal hökuməti tərəfindən aparılan tarixi abidələrin rəsmi siyahısı. Siyahiya fərdi tarixi binalar, bütöv tarixi rayonlar və digər obyektlər (məsələn, muzey gəmiləri) daxil edilir. "Milli Tarixi Abidə" (ing. National Historic Landmark) statusu olan bütün obyektlər avtomatik olaraq Tarixi Yerlərin Milli Reyestrinə əlavə edilir. Bununla birlikdə, reyestr obyektlərinin çoxunun bu statusu yoxdur: siyahıda olan səksən min obyektdən yalnız 2430-u "Milli Tarixi Abidə" statusuna malikdir. Reyestr 1966-cı ildən bəri aparılır.
ABŞ-ın iqtisadi tarixi
ABŞ iqtisadiyyatının tarixi 16, 17, 18-ci əsrlərdə Şimali Amerikanın kolonizasiyası ilə başlayır. İkinci dərəcəli rol oynayan kolonial iqtisadiyyatlar bir müddət sonra 13 müstəqil fermer iqtisadiyyatlarına çevrilirlər. 1776-cı ildə isə birləşərək Amerika Birləşmiş Ştatlarını yaradırlar. Hal-hazırda ABŞ iqtisadiyyatı nəhəng, sənayələşmiş, inteqrasiya olunmuş iqtisadiyyata çevrilmişdir. ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının təxminən 25 faizini təşkil edir. Bu inkişafın əsas səbəbləri böyük vahid bazar, inkişafa təkan verən siyasi-hüquqi sistem, yüksəl məhsuldarlı böyük əkinçilik sahələri, zəngin təbii sərvətlər (xüsusən ağac, kömür, dəmir, və neft), sahibkarlıq ruhu və material və insan resurslarına investisiya yatırımıdır. ABŞ iqtisadiyyatında olan yüksək əmək haqqı milyonlarla miqrantı cəlb edir. ABŞ iqtisadiyyatının inkişafında texnoloji və sənayə amilləri böyük rol oynamışdır. == Kolonizasiyadan əvvəl == 1492-ci ildə Xristofor Kolumb İspan bayrağı altında üzərək Asiyaya yol tapmaq əvəzinə "Yeni dünya"nı kəşf edir. Növbəti 100 ildə qızıl, var-dövlət, şan-şöhrət tapmaq və imperiyaçılıq məqsədi ilə ingilis, ispan, portuqal, holland və fransız tədqiqatçıları "Yeni dünya"ya yollanırlar.
ABŞ dolları tarixi
ABŞ dollarının tarixi — iki yüz ildən artıq bir tarixi əhatə edir. == Tarixi == Yeni kağız pulların vaxtı 1600-cü illərin sonlarında İngiltərə koloniyalarında hərbi xərcləri ödəmək üçün buraxılmış əsginaslar ilə başlamışdır. İlk əsginas 1690-cı ildə Massaçusets Körfəzi Koloniyasında buraxılaraq dövriyyəyə cəlb edilmişdir. Kağız pullardan istifadə üsulu qısa bir müddət ərzində digər koloniyalara da yayılmış və bu koloniyalarda da kağız pullardan istifadə edilməyə başlanılmışdır. 1739-cu ildə, Bencamin Franklinin Filadelfiyada yerləşən mətbəəsində təbiət mənzərələrini özündə əks etdirən əsginaslar buraxılmağa başlanılır. Qabartmalı yarpaq naxışlarından istifadə edilərək saxtalığa qarşı mübarizə aparılmışdır. Bu pullardan İngiltərənin öz koloniyalarında kağız pulların istehsalına qadağa qoyduğu 1764-cü ilə kimi istifadə edilmişdir. 1775-ci ildə Qitə Konqresi, ABŞ İstiqlal müharibəsininin xərclərini ödəmək məqsədi ilə yenidən kağız pulların istehsalına başlayır. Qitə pulu dişli (tırtıklı) İspaniya dollarının əsasında buraxılmışdır. Kifayət qədər dəyəri olmayan və asanlıqla saxtaları yaradıla bilən bu əsginaslar çox böyük bir sürətlə dəyərdən düşməyə başladılar.
ABŞ iqtisadiyyatının tarixi
ABŞ iqtisadiyyatının tarixi 16, 17, 18-ci əsrlərdə Şimali Amerikanın kolonizasiyası ilə başlayır. İkinci dərəcəli rol oynayan kolonial iqtisadiyyatlar bir müddət sonra 13 müstəqil fermer iqtisadiyyatlarına çevrilirlər. 1776-cı ildə isə birləşərək Amerika Birləşmiş Ştatlarını yaradırlar. Hal-hazırda ABŞ iqtisadiyyatı nəhəng, sənayələşmiş, inteqrasiya olunmuş iqtisadiyyata çevrilmişdir. ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının təxminən 25 faizini təşkil edir. Bu inkişafın əsas səbəbləri böyük vahid bazar, inkişafa təkan verən siyasi-hüquqi sistem, yüksəl məhsuldarlı böyük əkinçilik sahələri, zəngin təbii sərvətlər (xüsusən ağac, kömür, dəmir, və neft), sahibkarlıq ruhu və material və insan resurslarına investisiya yatırımıdır. ABŞ iqtisadiyyatında olan yüksək əmək haqqı milyonlarla miqrantı cəlb edir. ABŞ iqtisadiyyatının inkişafında texnoloji və sənayə amilləri böyük rol oynamışdır. == Kolonizasiyadan əvvəl == 1492-ci ildə Xristofor Kolumb İspan bayrağı altında üzərək Asiyaya yol tapmaq əvəzinə "Yeni dünya"nı kəşf edir. Növbəti 100 ildə qızıl, var-dövlət, şan-şöhrət tapmaq və imperiyaçılıq məqsədi ilə ingilis, ispan, portuqal, holland və fransız tədqiqatçıları "Yeni dünya"ya yollanırlar.
ABŞ tarixi
Amerika Birləşmiş Ştatlarının ərazilərinin tarixi ibtidai insanların e.ə. 15.000-ci illərdə Amerikaya gəlməsi ilə başlamışdır. Çoxlu sayda yerli mədəniyyət formalaşdı, bunlardan bir çoxu XVI əsrdə daha sıx məskunlaşmış həyat tərzindən uzaqlaşaraq başqa yerlərdə yenidən təşkil edilmiş siyasətlərə doğru tranformasiyalardan keçdi. Avropalılar Amerika kolonizasiyasına XV əsrin sonlarından başladı, lakin müasir ABŞ ərazisindəki koloniyaların çoxuna 1600-cü ildən sonra yerləşdilər. 1760-cı ildə on üç ingilis koloniyasında 2,5 milyon insan yaşayırdı. Cənub koloniyaları qul əməyinə əsaslanan təsərrüfat sistemi qurdu və bu səbəbdən Afrikanın milyonlarla əhalisini kölələşdirdi. Fransanı məğlub etdikdən sonra Britaniya hökuməti kolonistlərin yeni vergilərin onların təsdiqinə ehtiyacı olduğuna dair konstitusiya arqumentini rədd edərək, 1765-ci il Möhür aktı da daxil olmaqla bir sıra vergilər tətbiq etdi. Bu vergilərə qarşı müqavimət, xüsusən də 1773-cü ildə Boston çay qonaqlığı parlamentin özünüidarəni dayandırmaq üçün cəza qanunları çıxarmasına səbəb oldu. 1775-ci ildə Massaçusetsdə silahlı münaqişə başladı. 1776-cı ildə Filadelfiyada İkinci Kontinental Konqres "Amerika Birləşmiş Ştatları" olaraq koloniyaların müstəqilliyini elan etdi.
ABŞ tarixi (1776–1789)
Amerika Birləşmiş Ştatlarının 1776–1789-cu illər tarixi — xalqın ABŞ İstiqlal müharibəsindən yeni konstitusiya quruluşunun qurulmasına keçidi ilə yadda qalmışdır. Amerika inqilabının nəticəsində on üç ingilis koloniyası 1776–1789-cu illər aralığında yeni müstəqil dövlət olan Amerika Birləşmiş Ştatları kimi meydana çıxdı. ABŞ İstiqlal müharibəsi 1775-ci ildə koloniya milisləri ilə ingilis ordusu arasında başladı. İkinci Kontinental Konqres 4 iyul 1776-cı ildə İstiqlal bəyannaməsini nəşr etdi. Konfederasiya məqalələri 1781-ci ildə təsdiqləndi və Konfederasiya Konqresi yaradıldı. General Corc Vaşinqtonun rəhbərliyi ilə Kontinental Ordu və donanma ingilis ordusunu məğlub edərək on üç koloniyanın müstəqilliyinə təminat verdi. Konfederasiya dövrü 1789-cu ilə – ştatların Konfederasiya məqalələrini ABŞ Konstitusiyası ilə dəyişdirməsinə qədər davam etdi. 1780-ci illər İnqilab müharibəsi dövründə yaranan borclar, Konqresin vergi yığa bilməməsi və Kontinental dollarının böyük ölçüdə inflyasiyaya məruz qalması səbəbindən ABŞ üçün iqtisadi geriləmə dövrü idi. "Common Sense" və "The Federalist Papers" kimi siyasi məqalələrin Amerika mədəniyyəti və ictimaiyyəti üzərində böyük təsiri oldu. Şimal-qərb bölgəsi 1787-ci ildə ilk federal bölgə kimi yaradıldı və bu bölgədəki sərhəd münaqişəsi Şimal-qərb hindu müharibəsinə səbəb olan bir sıra konfliktlərə səbəb oldu.
ABŞ tarixi (1776–89)

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu
Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisəsi. == Tarixi == Azərbaycan tarixinin kompleks şəkildə araşdırılmasına və tarixi tədqiqatların məqsədyönlü surətdə təşkilatlandırılması işinə hələ 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə başlanılmışdır. Bununla, əslində, Azərbaycan tarixi problemlərinin elmi surətdə araşdırılması və ümumiləşdirilməsi işini həyata keçirə biləcək akademik elmi-tədqiqat institutunun – bugünkü Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun özülü qoyulmuşdur. Elmi-tədqiqat işlərinin xeyli genişlənməsi nəticəsində 1929-cu ildə həmin cəmiyyətin bazasında yaradılan Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun tərkibində Tarix və Etnoqrafiya şöbəsi yaradılmışdır. 1932-ci ildə həmin İnstitut SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Sektorunun tərkibinə daxil edilmişdir. 1935-ci ildə bu sektorun bazasında SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı nəzdində müstəqil Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılması barədə qərar qəbul olunmuşdur. İnstitut 1936-cı ildən fəaliyyətə başlamışdır. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı tərkibində Tarix İnstitutu ayrıca bir elmi-tədqiqat müəssisəsi kimi 1940-cı ildən fəaliyyətə başlamışdır. 1945-ci ildə Azərbaycan SSR EA təşkil olunarkən Tarix İnstitutu müstəqil elmi müəssisə kimi onun tərkibinə daxil edilmişdir. Sonradan 1951-ci ildə Tarix İnstitutu Azərbaycan SSR Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutuna çevrilmiş və 1956-cı ildə Azərbaycan EA Rəyasət Heyəti yanında Fəlsəfə sektoru yaradıldıqdan sonra yenidən əvvəlki adı ilə müstəqil institut kimi fəaliyyət göstərməyə başlamışdır.
AMEA Elm Tarixi İnstitutu
Elm Tarixi İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin tərkibində fəaliyyət göstərən elmi-tədqiqat institutudur. == Tarixi == AMEA Elm Tarixi İnstitutu AMEA Rəyasət Heyətinin 27 fevral 2014-cü il tarixli, 8/19 saylı Qərarına əsasən yaradılmışdır. İnstitutun direktoru tarix elmləri doktoru, professor Məryəm Seyidbəylidir. == Stukturu == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2015-ci il tarixli, 363 saylı "Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında" Qərarına müvafiq olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 25 may 2016-cı il tarixli, 8/3 saylı Qərarına əsasən İnstitutun strukturu təsdiq edilmişdir. === Şöbələr === "Təbiət və dəqiq elmlər tarixi" şöbəsi Əsas fəaliyyət istiqamətləri: təbiət, dəqiq və texniki elmlərin inkişaf mərhələləri; qədim sivilizasiyalarda elmi və texniki inkişaf; Antik dövrdə elm və texnika; orta əsr müsəlman Şərqində elmi–texniki biliklər və nailiyyətlər; XIX–XXI əsrlərdə elmi fənlərin və texnikanın inkişaf istiqamətləri; elm və texnikanın prioritet istiqamətləri. "Elm tarixinin nəzəri və metodoloji problemləri" şöbəsi Əsas fəaliyyət istiqamətləri: elm tarixinin nəzəri və metodoloji problemlərinin işlənib hazırlanması; elmşünaslıq üzrə tədqiqatların metodologiyası; elmi-tarixi faktların fəlsəfi idrakı və ictimailəşdirilməsi; elm və texnika tarixinin araşdırılmasının digər innovativ metodları. "Elmşünaslıq və elmin sosial problemləri" şöbəsi Əsas fəaliyyət istiqamətləri: elmşünaslıq tarixi elmi tədqiqatların istiqaməti kimi; müxtəlif mədəniyyət və tarixi dövrlərdə elmi-texniki biliklər; elm və cəmiyyət imicinin sosial-psixoloji analizi; elmi yaradıcılıq motivasiyası; elmi kollektivlər və onlara rəhbərlik; elm və texnika tarixinin öyrənilməsində sosial, fəlsəfi və statistik tədqiqat üsulları; Azərbaycanda elmi kadrların dinamikası, elmi miqrasiya; elmi potensialın və elmi fəaliyyətin qiymətləndirilməsi; elmi tədqiqatların nəticələrinin səviyyə və keyfiyyət indikatorları (elmmetriya); elmin iqtisadiyyatı; alimin peşəkar cavabdehliyi və etikası; elm siyasəti, elmi və texniki inkişafın planlaşdırılması və proqnozlaşdırılması. "Tarixşünaslıq və mənbəşünaslıq" şöbəsi Əsas fəaliyyət istiqamətləri: Azərbaycan tarixşünas və mənbəşünas alimlərinin bioqrafiya və mətnlər külliyyatının yaradılması və öyrənilməsi; Azərbaycanın elm və texnika tarixi mənbəşünaslığının biblioqrafik və arxiv kataloqunun yaradılması; Azərbaycanın elm və texnika mənbəşünaslığı və tarixşünaslığı qədim dövrlərdən müasir günümüzədək. == Fəaliyyət istiqamətləri == Elm Tarixi İnstitutunda aparılmış tədqiqatlar öz əksini onun əsas fəaliyyət istiqamətlərində tapmışdır. Elm, texnikanın, onların əsas sahələri və problemlərinin tarixi; Azərbaycan Milli Elmlər Akademiyasının və elmi müəssisələrin tarixi; Cəmiyyətdə elmin təkamülü; Elmşünaslıq; Elm və texnika tarixinin mənbəşünaslığı və tarixşünaslığı; Elm və texnika tarixinin öyrənilməsinin yeni metodlarının inkişafı; Elm və texnika sahəsində maarifçilik fəaliyyəti; Elmi-maarifçilik fəaliyyəti (elmin populyarlaşdırılması); Elm və texnika abidələri.
AMEA Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi
Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi — 1930-cu ildə yaradılmış Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi. Muzey 1930-cu ildə Azərbaycan Dövlət Muzeyinin biologiya şöbəsi əsasında yaradılmışdır və 1945-ci ildən Azərbaycan SSR EA (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Geologiya İnstitutunun tərkibindədir. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya institutuna mənsub muzey. Muzey Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabinin adını daşıyır. == Məzmun == Zərdabi adına Təbiət Tarixi Muzeyi ekspozisiyasında Azərbaycanın zəngin təbii sərvətləri əks etdirilmişdir. Muzey zoologiya, paleontologiya və geologiya bölmələrindən ibarətdir. Zooloji bölmə faunanın onurğasızları və onurğalılarından (balıqlar, suda və quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər) ibarətdir. Paleontologiya bölməsinin böyük marağa səbəb olması onunla izah olunur ki, burada nadir eksponatlar yerləşir (Binəqədi qır gölündən tapılmış onurğalı heyvanların skeletlərinin qalıqları). Geoloji bölmədə isə Azərbaycanın faydalı qazıntıları nümayiş etdirilir (minerallar, filiz, faydalı qazıntılar)., == Muzey ekspozisiyası == 1944-cü ildə muzeyə Həsən bəy Zərdabinin adı verilmişdir. Muzey 2 əsas şöbədən geologiya və zoologiya şöbələrindən ibarətdir.
AMEA Milli Azərbaycan Tarixi Muzeyi
Milli Azərbaycan Tarixi Muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. Azərbaycanda fəaliyyət göstərən muzeylərdən biridir. Azərbaycan tarixinə və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. == Muzeyin Tarixi == 1920-ci ilin iyun ayında Azərbaycan SSR Xalq Maarif Komissarlığının məktəbdənkənar işlər şöbəsində yaradılmış "Muzekskurs" yarımşöbəsinin nəzdində az sonra "Doğma diyarın tədris muzeyi – İstiqlal" təşkil edildi. Artıq iyul ayından məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşdirilmiş bu muzey həmin ilin oktyabr ayının 25-dən Azərbaycan SSR Dövlət Muzeyi adı ilə işləməyə başlamış, 1921-ci ilin may ayından ilk tamaşaçılarını qəbul etmişdir. Yarandığı ilk dövrdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, minerologiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. 1923-cü ildə yaradılan və muzeylə sıx əlaqədə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyət və komissiyanı özündə cəmləşdirdi. 1925-ci ildə XMK Kollegiyasının təsdiq etdiyi Azərbaycan Dövlət Muzeyinin "Əsasnamə"sinə görə Muzeyin strukturunda edilən dəyişiklik əsasında tarix-etnoqrafiya, incəsənət, biologiya, geologiya şöbələri və Qafqaza və Şərqə dair kitabları əhatə edən zəngin kitabxana fəaliyyətini davam etdirdi. Sonrakı illər dövrün tələbinə uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi edildi. 30-cu illərin ortalarında böyüməkdə olan nəslin siyasi-tərbiyə məsələlərinə qarşı diqqətin artması, muzey ekspozisiyalarında sosialist cəmiyyətinin üstünlüklərini nümayiş etdirməyin vacibliyinə dair partiya və hökumətin tələbləri tarixin öyrənilməsi və təbliğini günün əsas məsələlərindən biri etdi.
Abel Sançes: bir iztirabın tarixçəsi
== Müəllif == İspaniyada 98 Nəslinin qabaqcıl yazıçılarından, filosof Miqel de Unamuno, roman, esse, hekayə, teatr və müxtəlif şeirlərin müəllifidir. Salamanka Universitetində professor, müxtəlif dövrlərdə üç dəfə rektor olmuşdur. Həyat və yaradıcılığında, doqmatik fikirlərə, faşizmə qarşı mövqe ortaya qoymuş, bu səbəbdən Primo de Rivera rejimi tərəfindən sürgün edilmişdir. İkinci Respublika zamanı Salamankadan millət vəkili seçilmişdir. Frankist hərəkat zamanı əvvəlcə üsyana dəstək versə də, sonradan baş verənlər onu məyus etmiş və bu qərarından peşman olduğunu açıqca bildirmişdir. 1936-cı ildə General Frankonun qərarıyla ev həbsinə alınmış, qısa müddət sonra isə evində vəfat etmişdir. XX əsrdə Avropada, ekzistensializm fəlsəfəsinin qabaqcıl təmsilçilərindən sayılan Unamuno Tanrı, inanclar, insan mənəviyyatı və xarakteri kimi bəşəri yüklü mövzuları öz əsərlərində oxucularına çatdırmışdır. == Əsər == Uşaqlıqdan bəri bir-birlərini tanıyan, birlikdə böyümüş iki dost — Abel və Xoakin arasında gənclik illərində yaranmış davranış, xasiyyət fərqi, daha sonra isə Abelin Xoakinin sevdiyi bir qızla, Xoakinin qohumu Elena ilə evlənməyi, Xoakində Abelə qarşı dərin bir kin, nifrət duyğusu yaradır. Xoakinə görə Abel gizli gizli Xuakinin ağlını, dərrakəsini, bacarıqlarını bəyənmir, ona üstdən aşağı baxır və paxıllıq edir. Abel rəssam, Xoakin isə həkimdir və hər ikisi öz peşələrində olduqca uğurludur.
Abxaziya tarixi
Abxaziya tarixi — Abxaziya ərazisi və bu ərazidə yaşayan abaxaz-adige xalqlarının tarixi. == Qədim dövrlər == Abxaziya ərazisindəki ilk insan izləri Erkən Paleolit dövrünə təsadüf edir. İbtidai icma cəmiyyətinin dağılması prosesi e.ə. VII–VI əsrlərdə baş vermişdir. E.ə. VI–IV əsrlərdə Abxaziya Kolxida çarlığının tərkibinə daxil idi. E.ə. 2-ci əsrin sonunda Abxaziya Pont hökmdarı VI Mitridat Evpatorun əlinə keçmiş, e.ə. 63-cü ildən isə sahilyanı ərazilər romalıların nəzarəti altında olmuşdur. Eramızın I əsrinin sonlarında Abxaziya ərazisində abazq, apsil və saniqlərin tayfa ittifaqları yaranmışdır.
Abşeron Tarix-Diyarşünaslıq Muzeyi
Abşeron Tarix-Diyarşünaslıq Muzeyi — 21 noyabr 1983-cü il tarixində fəaliyyətə başlamışdır. == Muzeyin tarixi == 2015-ci ildə əsaslı təmir olunmuş muzeyin sahəsi 296 kvm. təşkil edir və 5 zaldan ibrətdir. Hal hazırda muzeydə 3000-ə yaxın eksponat qorunub saxlanılır və 1800 ədəd ekspozisiyada nümayiş olunur. Muzeydə Abşeron rayonun tarixini, coğrafiasını, təbiətini, məişətini, mədəniyyətini əks etdirən eksponatlar qorunub saxlanılır. == Muzey binası == Muzey 4 zal, 1 fond otağı və işçilər üçün 1 otaqdan ibarətdir. Ekspozisiya sahəsi 250kvm, müdir otağı 1 kvm, fond otağı 10 kvm, işçilər üçün otaq 25 kvm-dir. 2018-ci il ərzində muzeyə gələnlərin sayı 1932 nəfər olmuşdur. Muzeyə gələnlərin qeydiyyati aparılır. == Həmçinin bax == Abşeron Abşeron rayonu Abşeron bələdiyyələri == Xarici keçidlər == "Abşeron Tarix-Diyarşünaslıq Muzeyi".
Acarıstan (tarixi ərazi)
Acarıstan və ya Acara (gürc. აჭარა; tərc.: "Aç'ara") — Gürcüstanın tarixi-coğrafi bölgələrindən biridir. Bölgə Acara çayının (Acaristskali) vadisini əhatə edir. Hazırda Acarıstan Muxtar Respublikasının əraziləri daxilindədir. Acarıstan adının "aci" (gürc. აჭი) sözü ilə əlaqəli olması güman edilir. İndiki dövrdə də Gürcüstanda "Aci" (აჭი) adını daşıyan yer adları mövcuddur. == Coğrafi mövqeyi == Acarıstan qədim zamanlarda Gürcüstanın cənub-qərb hissəsində yerləşən tarixi Mesxetiya bölgəsinin bir hissəsi olub. Bölgə keçmişdən bəri Yuxarı Acarıstan (Zemo Acarıstan) və Aşağı Acarıstan (Kvemo Acarıstan) olaraq iki hissəyə bölünüb. Yuxarı Acarıstanın mərkəzi müxtəlif dövrlərdə Did-Acara, Xihahi və Xulo adlı yaşayış məntəqələri olmuşdur.
Adil Məmmədov (tarixçi)
Adil Əli oğlu Məmmədov (2 dekabr 1929, Ağdam – 21 dekabr 2016, Bakı) — Tarix elmləri doktoru, professor. == Həyatı == Adil Məmmədov 1929-cu il dekabrın 2-də Ağdam rayonunun Seyidli kəndində (Süleyman Sani Axundovun ev-muzeyinin yerləşdiyi binada) anadan olmuşdur. Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundov Adil Məmmədovun atası Əli Məmmədovun dayısıdır. Anası Fizzəxanım Qaryağdı dahi xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı Qafar Qaryağdının qızı idi.[mənbə göstərin] Adil Məmmədovun ailəsi 1930-cu ildə Bakıya köçmüşdür. O, birinci sinfə 1937-ci ildə Bakı şəhəri 3 nömrəli orta məktəbə getmişdir. Əli Mirzə Mehdi bəy oğlu Məmmədov 1942-1945 illərdə hərbi səfərbərlikdə olduğu müddətdə ailəsi yenidən Ağdamda yaşamışdır. Adil Məmmədov Ağdam şəhər 1 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. Müharibə qurtaran ili ailəsi yenidən Bakıya qayıtmışdır. Adil Məmmədov 1945-1947 illərdə Bakı Pedaqoji Texnikumunda oxumuş, 1947-1952 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində ali təhsil almışdır. Adil Məmmədov ali təhsilini başa vurduqdan sonra Respublika Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsində işləmişdir.
Larix
Qara şam (lat. Larix) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinə aid bitki cinsi.