Tarix Dostiyev

Tarix Meyrut oğlu Dostiyev (23 mart 1955, Zabrat) — Azərbaycan-sovet arxeoloqu,[1][2] tarix elmləri doktoru (2004)[3] , BDU-nun "Arxeologiya və Etnoqrafiya" kafedrasının dosenti [4][5]

Tarix Dostiyev
Tarix Meyrut oğlu Dostiyev
Doğum tarixi 23 mart 1955(1955-03-23) (69 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi arxeologiya
Elmi dərəcələri
Elmi adı
İş yeri
Təhsili Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi
Mükafatları "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı

Tarix Dostiyev 1955-ci il martın 23-də Bakı şəhərinin Zabrat qəsəbəsində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1988-ci ildə Moskva Dövlət Universitetinin nəzdindəki İxtisaslaşdırılmış Müdafiə Şurasında “Şimal-Şərqi Azərbaycanın orta əsr arxeoloji abidələri (IX-XIII əsrlər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildə isə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Müdafiə Şurasında “Şimal-Şərqi Azərbaycan IX-XV əsrlərdə (tarixi-arxeoloji tədqiqat)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi, aparıcı elmi işçi vəzifələrində işləmişdir. 1982-1984-cü illərdə Moskva Dövlət Universitetinin Arxeologiya kafedrasında təcrübəçi-tədqiqatçı olmuş, orta əsrlər arxeologiyası üzrə ixtisaslaşmışdır. 1990-cı ildən Bakı Dövlət Universitetinin Azərbaycanşünaslıq elmi tədqiqat mərkəzində çalışır. Şabran, Quba-Xaçmaz arxeoloji ekspedisiyalarında fəal iştirak etmiş, Müşkür və Şəmkir arxeoloji ekspedisiyalarının rəhbəridir. 3 monoqrafiya, 3 kataloq, 2 dərs vəsaiti, 190 elmi məqalənin müəllifidir. Çoxcildli Azərbaycan arxeologiyası VI cildinin əsas müəllifi və cildin məsul redaktorudur. 1990-2008-ci illərdə Bakı Dövlət Universitetində “Arxeologiyanın əsasları”, “Azərbaycanın arxeoloji landşaftları”, “Azərbaycan arxeologiyası” fənləri, “İslam arxeologiyası”, “Azərbaycanın orta əsrlər arxeologiyası”, “Azərbaycanın orta əsr maddi mədəniyyəti” seçmə fənləri üzrə mühazirələr oxuyub, “Arxeologiyanın əsasları”, “Azərbaycan arxeologiyası” fənləri, “Köməkçi tarix fənləri” üzrə proqramlar tərtib edib.Azərbaycanşünaslar Müstəqil Birliyinin sədrinin birinci müavini, “Azərbaycan arxeologiyası” jurnalının baş redaktor müavinidir.

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]

Əsas tədqiqatları maddi mədəniyyət tarixinə, Azərbaycanın orta əsr şəhər və kəndlərinin sosial-iqtisadi və siyasi tarixinə həsr olunmuşdur.1981-ci ildən orta əsr arxeoloji abidələrinin çöl tədqiqatlarında iştirak edir. Arxeologiya fənni üzrə lüğətin hazırlanması Azərbaycanın ənənəvi məişət və mədəniyyətinə dair izahlı arxeoloji lüğətinin tərtibi üzrə elmi tədqiqat işi davam etdirilib, “Qayaüstü rəsmlər, geyim və bəzəklər” mövzusu üzrə lüğət tərtib olunub. Məlum olduğu kimi Azərbaycan qayaüstü rəsmlərin aşkarlanıb tədqiq olunduğu 78 ölkədən biridir. Qobustan, Abşeron, Kəlbəcər, Gəmiqaya qayaüstü rəsmlərinin araşdırılması və elmi ədəbiyyata daxil edilməsi arxeologiyanın bu sahəsi üzrə azərbaycan dilində bir sıra istilahların yaranması ilə əlamətdar olmuşdur. Lüğətdə həmin terminlərin izahına geniş yer verilmişdir.

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda, Rusiya Federasiyasında, Gürcüstanda, Qırğızıstanda, Türkmənistanda, Türkiyədəİran İslam Respublikasında keçirilən beynəlxalq elmi konqres, konfrans və simpoziumlarda məruzələrlə Azərbaycan arxeologiya elmini təmsil etmişdir. İslam dövrü mülki monumental memarlığı Azərbaycanın arxeoloji irsində. // Şirvanşahlar sarayı: tarix, həqiqətlər, mülahizələr. Elmi – praktik konfrans. Tezislər toplusu. Bakı, Elm və Təhsil, 2015, s. 13-15“Arxeoloji irs və onun bəzi məsələləri”// “Qarabağın arxeoloji irsi” Beynəlxalq Elmi konfrans, Bakı. 28-30 noyabr 2016-cı il Orta əsr Şəmkir şəhərinin memarlığına dair // Müasir və tarixi şəhərlər II Beynəlxalq Konfrans, Bakı, 1-2 dekabr, 2017

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Cредневековые археологические памятники Северо – Восточного Азербайджана (IX – середина XIII в.). Баку, 1999
  • Şimal-Şərqi Azərbaycan IX -XV əsrlərdə. Bakı, 2001; Azərbaycan arxeologiyası. VI cild. Bakı, 2008(müştərək)
  • Köməkçi tarixi fənlər. Bakı, 2001(müştərək)
  • .Professor C.Ə.Xəlilov və Azərbaycanın orta əsr arxeoloji abidələrinin tədqiqində onun rolu. // Azərbaycan arxeologiyası, 2014, №1, s. 42-48.
  • IV. Uluslararası Türk Kültürü Kurultayı. Fethiye. 21-24 mart 2013. // Azərbaycan arxeologiyası, 2014, №2, s. 111-112
  • Ortaçağ Azerbaycan şehirlerinin savunma istehkamları. // İrs,Miras, 2014, (ilkbahar) №9, s. 4-9.
  • О косторезном ремесле Азербайджана в IX-X вв.// Вестник Бакинского Университета, 2014, №2, с. 59-64.
  • О косторезном ремесле Азербайджана в IX-X вв.// Вестник Бакинского Университета, 2014, №2, с. 59-64.
  • Azərbaycanın orta əsr paytaxt şəhərləri (arxeoloji materiallar əsasında). // Azərbaycan paytaxtları. Elmi-praktik konfrans. Tezislər toplusu. Bakı, “Elm və təhsil”, 2014, s. 16-19.
  • Azərbaycan arxeoloji irsinə qarşı erməni terroru. //31 mart azərbaycanlıların soyqırımı günüdür (elmi-praktik seminar). Tezislər toplusu. Bakı, 2014, s.14
  • Орен-кала. // Больщая Российская Энциклопедия. T. 24. Moskva, İzd-vo «Больщая Российская Энциклопедия», 2014, c. 399
  • Professor Qüdrət Seyfulla oğlu İsmayılzadənin anadan olmasının 80 illiyinə. // Azərbaycan arxeologiyası və etnoqrafiyasının aktual problemləri. Bakı, Bakı universitetinin nəşr., 2014, s. 9-22
  • Orta əsr Şəmkir şəhərinin marqans naxışlı şirli saxsı qabları. // Azərbaycan arxeologiyası, 2014, №2, s. 59-66
  • Orta əsr Şəmkir şəhərinin abadlığı arxeoloji qazıntılar işığında. // Bakı Universitetinin Xəbərləri, 2015, № 1, s.89-96
  • Şəmkir şəhər yerindən tapılmış “minai” tipli fayans qablar. // Azərbaycan arxeologiyası, 2015, №1, s. 82-92
  • İslam dövrü mülki monumental memarlığı Azərbaycanın arxeoloji irsində. // Şirvanşahlar sarayı: tarix, həqiqətlər, mülahizələr. Elmi – praktik konfrans. Məqalələr toplusu. Bakı, Elm və Təhsil, 2015, s. s.60-70.
  • Azərbaycanın orta əsr şəhərləri seçmə fənni üzrə proqram. Bakı, 2015, s. 14.
  • İslam dövrü mülki monumental memarlığı Azərbaycanın arxeoloji irsində”// “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin oktyabr 2015-ci ildə keçirdiyi “Şirvanşahlar sarayı: tarix, həqiqətlər, mülahizələr” mövzusunda elmi-praktik konfrans tezislər
  • Orta əsr Şəmkir şəhərinin basma naxışlı bədii keramikasının bəzi nümunələri // Azərbaycan arxeologiyası, 2015, №2, s. 47-57.
  • Orta əsr Şəmkir şəhərinin anqob naxışlı yaşıl şirli keramikası// Azərbaycan arxeologiyası və etnoqrafiyası, 2015, №2 113-124
  • Orta əsr Şəmkir şəhərində tolerantlıq// Dövlət və Din, 2016,№5, s.53-58.
  • Zərnaxışlı keramikanın bəzi nümunələri// Mədəniyyət.az, 2016, №11, 75-77
  • Şəmkir şəhərinin səlcuq dövrü bədii keramikasının bəzi nümunələri // BDU-nun Xəbərləri, 2016, N1, səh. 84-91
  • Azərbaycanın orta əsr şəhərləri (IX-XIII əsrin əvvəlləri). Dərs vəsaiti. Bakı: “Elm və təhsil”, 2016, 200 səh.
  • Orta əsr Şəmkir şəhər yerindən tapılmış oduncaq nümunələrinin dendroarxeologiya tədqiqi. //Azərbaycan Arxeologiya, 2017, Vol.20.
  • К истории оконного стекла в Азербайджане // İrs – Наследие, 2017, №3, c. 14-18.
  • Orta əsr Şəmkir şəhərində fayans qabların istehsalına dair // Bakı Universitetinin Xəbərləri, humanitar ser., 2017, №1, s. 105-113.
  • İslam arxeologiyası” anlayışına dair // Dövlət və Din, 2017, № 4 (51), s.80-86.
  • Миниатюры на керамике // İrs – Наследие, 2017, №3, c. 30-33.
  • Armenian occupation and some examples of the falsification of the history of Azerbaijani culture // İrs – Heritage, 2017, №3(31) Autumn, pp. 50–63.
  • “Minai” tipli fayans qablardan üç nümunə // Mədəniyyət.az, 2017, № 10
  • 2015-2016-cı illərdə Şəmkir şəhər yerində aparılan arxeoloji qazıntılar. // Azərbaycanda arxeoloji tədqiqatlar - 2015-2016. Bakı, 2017 (müştərək –R.Bəşirov, N.Hüseynli, R.Mirzəyev ilə)
  1. "Dostiyev Tarix Meyrut oğlu". 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-11.
  2. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 7-ci cild: Dərman – Enoftalm (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2016. səh. 250. ISBN 978-9952-441-12-3.
  3. "DOSTİYEV". 2021-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-21.
  4. "ARXEOLOGİYA VƏ ETNOQRAFİYA". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-11.
  5. "Tarix Meyrut oğlu Dostiyev". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-11.
  6. ""Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif olunanlar" (PDF). 2019-11-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]