"Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu

Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğuAzərbaycanda qoruq.

Yaranma səbəbi

[redaktə | mənbəni redaktə et]

Qədim tarixə malik, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndi özünəməxsus coğrafi mövqeyə və unikal memarlıq görkəminə malikdir. Burada orta əsrlərə aid Atəşpərəst məbədi, Xıdır Nəbi türbəsi, Şeyx Şalbuz, Əbu Müslim məscidləri, mağaralar və çox sayda öyrənilməmiş arxeoloji abidələr mövcuddur.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu və Ağstafa rayonunun ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin Azərbaycan Respublikasının "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu elan edilməsi haqqında" 2007-ci il 19 dekabr tarixli 2563 nömrəli Sərəncamı ilə yaradılmışdır[1].

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi" təsdiq edilmişdir[2].

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun özünəməxsusluğunun qorunub saxlanılması üçün qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, komissiyalar yaradılmış, müvafiq işlər aparılmışdır. Eyni zamanda qoruğun 2010–2015-ci illər üzrə Dövlət İnkişaf Proqramının layihəsi işlənmişdir[3].

Hazırda qoruğun direktoru Həsən Ağayevdir[4].

border=none Əsas məqalə: Kukaş kurqanı

Qoruğun Cek kəndinə aid ərazisində 2011-ci ildə aparılan tədqiqatlar nəticəsində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb. Həmin tapıntıların tunc dövrünə — e.ə. III–II minilliklərə aid olması ehtimal edilir. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir[5].

  1. ""Azərbaycan Respublikasının Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu və Ağstafa rayonunun ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin Azərbaycan Respublikasının "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu elan edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 2007-ci il tarixli, 2563 nömrəli Sərəncamı". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-31.
  2. ""Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun və "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il tarixli, 220 nömrəli Qərarı". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-31.
  3. "Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu il ərzində gördüyü işlər haqqında HESABAT" (PDF). 2021-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-31.
  4. Həsən Ağayev: "Qubada tapılan kurqan müasir Cek kəndinin ərazisindədir" [ölü keçid]  (az.)
  5. Xınalıq kəndində 112 evin dam örtüyü bərpa edilir. xeber.azeri.net Arxivləşdirilib 2021-04-16 at the Wayback Machine  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]