Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Palmira
Palmira (arami. ܬܕܡܘܪܬܐ Tedmurtā; ərəb. تدمر‎ Tədmur; yun. Παλμύρα) — Suriyanın Hüms mühafəzəsi ərazisində qədim semit şəhəri. İlkin yaşayış izlərinin hələ Neolit dövrünə aid edildiyi Palmira şəhəri tarixi mənbələrdə ilk dəfə eramızdan əvvəl II minillikdə Suriya səhrasından keçən karvanların dayanacağı kimi qeyd edilir. Şəhərin adı Assur hökmdarlarının annallarında və ehtimal ki, Yəhudi Bibliyasında xatırlanır. Selevkilər imperiyasının tərkibində olmuş şəhər, sonradan Roma imperiyasının tərkibində inkişaf etmişdir. Palmiranın zənginliyi şəhərin qısa zamanda böyüməsinə imkan vermiş, burada bir çox dəyərli tarixi-memarlıq abidələri ucaldılmışdır. III əsrdə artıq çiçəklənən bir şəhər olan Palmira həm də güclü orduya malik idi. Belə ki, b.e.
Palmira imperiyası
Palmira İmperiyası (260–273) paytaxtı Palmirada yerləşən, 3-cü əsrin ikinci yarısında yaradılmış olan və müasir Suriya, Fələstin, Livan, Misir və Anadolunun bəzi hissələrini əhatə edən qısa ömürlü imperiyadır. Roma İmperiyasının Suriya əyalətinin qubernatoru Odaenatus qardaşı oğlu Maconius tərəfindən öldürüldükdən sonra, hakimiyyətin idarəsi onun arvadı Zenobia və oğlu Vabalathusun əlinə keçdi. Zenobia Roma imperiyasının iradəsnin ziddinə gedərək hökmranlığını və Palmiranın ərazisini Suriyanın cənubundakı Busra şəhərinə və Misirin qərbindəki ərazilərə genişləndirərək qısamüddətli Palmira imperatorluğunu yaratmışdır. Daha sonra şimalda Antakyanı aldı. Qısa müddətdə Anadolunun cənub və şərqini, Fərat və Dəclə hövzəsinin bir hissəsini, Suriya, Fələstin, Sinay yarımadasının və Misirin əhəmiyyətli bir hissəsini ələ keçirən imperiyanın Roma rəhbərliyinin diqqətini çəkməsi çox çəkmədi. 272-ci ildə imperator Aurelian itirilmiş torpaqları geri almaq üçün Palmira səfərinə çıxdı. Şərqdə hərtərəfli hərbi əməliyyatlara başlayan imperator qısa müddətdə Antakya və Homs şəhərlərini ələ keçirərək Palmiraya çatdı və Sasanilərə sığınmaq üzrə olan Kraliça Zenobiya və oğlunu sağ-salamat əsir götürüb İtaliyaya apardı. Bu əsnada dağıdılmayan şəhərdə 273-cü ildə üsyanlar başlayanda imperator Aurelian yenidən Palmiraya gəldi və bu dəfə əsgərlərinəə şəhəri qarət etməyə icazə verdi. Bu dağıntı Palmira şəhərinin dağılmasına səbəb olmuş, bundan sonra şəhər köhnə günlərinə heç vaxt qayıda bilməmişdir. Şəhər imperiya tərəfindən Roma əsgərlərinin legionlarının qalacağı hərbi bazaya çevrilmişdir.
Palmira rifi
Palmira rifi- ABŞ-nin Sakit okeanda yerləşən adası.
Valmiera
Valmiera (latış. Valmiera‎) — Latviyanın Vidzeme diyarında yerləşən şəhər.
Xaldiya
Xaldiya (yun. Χαλδία) — Qara dənizin Kiçik Asiya sahilində tarixi vilayət. Vilayət antik dövrdə orada yaşayan xaldlar xalqının adını daşıyır. Xaldiya 820-ci ildə burada eyniadlı femanı quran Bizans imperiyasına tabe idi. XIII əsrdə Trapezund imperiyası ilə vassal münasibətlərdə idi, lakin muxtariyyətini saxlamışdı. 1478-ci ildə, yəni Trabzonun süqutundan sonra Xaldiyanın böyük hissəsi Osmanlı imperiyasının hakimiyyəti altına keçmişdir. Daha qəddar hesab edilən Osmanlılardan xilas olmaq istəyən xaldiyalılar 1478-ci ildə Trapezund ilə dostluq əlaqələri olan Ağqoyunlu türklərinə tabe olmuş, ona görə də Osmanlılar Xaldiyanın bu hissəsinə yalnız 1514-cü ildə nəzarəti ələ keçirə bilmişdilər. == Coğrafiya == Əvvəlcə Gümüşxanə rayonunda yerləşən ərazilər Xaldiya adlandırılsa da, sonralar bu ad Trabzon şəhəri ətrafındakı bütün bölgəyə aid edilmişdir. Şimaldan bölgənin torpaqları Qara dənizin suları ilə yuyulur, şərqdən Lazika, cənubda Kappadokiya və Kiçik Ermənistan, qərbdə isə Pontun qərb hissəsi ilə həmsərhəddir. Xaldiyanın əsas şəhərləri sahilyanı ərazidə yerləşən Kerasunt və Trebizond idi.
Kalomira
Kalomira və ya tam adı ilə Maria Kalomira Sarantis (əsl adı yun. Μαρία Καλομοίρα Σαράντη; 31 yanvar 1985 Nyu-York) – Yunanıstan əsilli müğənni. == Avroviziya == Yunanıstanı Serbiyanın paytaxtı Belqradda keçirilən 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Təqdim etdiyi ing. Secret Combination adlı mahnısı ilə müsabiqənin ilk yarımfinalından finala yüksəlmişdi. Tamaşaçıların səsverməsinin nəticələrinə görə, o, 156 xalla birinci yeri tutmuşdu. Finalda isə 218 xal toplayaraq Rusiya və Ukraynadan sonra üçüncü yerə çıxaraq ilk üçlüyü qazanmışdı.
Elmira
Elmira — qadın adı. Elmira Cəfərova — Elmira Kərimova — Elmira Əliyeva — Geologiya-mineralogiya elmlər doktoru, AMEA-nın müxbir üzvü (30.06.2014) Elmira Abasova — musiqişünas, pedaqoq. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967).
Xalisa
Xalisa — Vedibasar mahalının Vedi rayonunda kənd. == Tarixi == Xalisa - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. (Erməni mənbələrində) Erməni əsilli kəndin başqa adının Xalisa Gyuley yurd olduğu göstərilir. Toponim «dövlət torpağı, dövlətə məxsus olan yer» mənasında işlənən ərəb mənşəli xalisə sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. == Mədəniyyəti == Xalisa kəndindəki 1925-ci ildən fəaliyyətə başlayan ibtidai məktəb 1934-1935-ci tədris ilində yeni istifadəyə verilən məktəb binasında (Köhnə məktəb) yeddiillik məktəbə çevrilmişdir. Yeddiillik məktəb 1963-1964-cü tədris ilində səkkizillik məktəbə çevrilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 149 nəfər, 1873-cü ildə 864 nəfər, 1886-cı ildə 960 nəfər, 1897-ci ildə 1165 nəfər, 1904-cü ildə 957 nəfər, 1914-cü ildə 1053 nəfər, 1916-cı ildə 1159 nəfər azərbaycanlı yaşamışdır.
Amira
Amira (fr. Amirat) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 12.95 km², əhalisi 26 nəfərdir (2006) artım tendensiyası ilə: 63 nəfər (2012), əhalinin sıxlığı 4.9 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 57 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 63 nəfər.
Palmera arxipelaqı
Palmera arxipelaqı (ing. Palmer Archipelago) — Antarktik yarımadasından qərbdə yerləşən adalar qrupu. Adalar yarımadadan Jerlaş boğazı ilə ayrılır. Arxipelaqa daxil olan iri adalar: Brabant adası, Anvers adası, Tauer adası, Triniti adası, Hosizn adası, Lej adası və Vinkl adası. Arxipelaqa ümumilildə 13 ada daxildir. == Tarix == Arxipelaq Adrien de Jerlaş tərəfindən adlandırılmışdır (Belçika Antarktika ekspedisiyası rəhbəri (1897—1899)). O, adaları 1821-ci ildə ziyarət etmiş amerikalı dənizçi Nataniel Palmerin şərəfinə adlandırmışdır. Ola bilsin ki, o 1821-ci ilin noyabrında adaları tam şəkildə müşahidə edmişdir. Arxipelaqda çoxlu sayda qütb stansiyaları mövcuddur. Amerikanlara məxsus Palmera stansiyası Anvers adasında, Argentinaya məxsus olan Melixor Qamma adasında, Çiliyə məxsus olan Yelço Doumer adasında yerləşir.
Elmira Abdullayeva
Elmira Axundova
Elmira Axundova (deputat)
Elmira Cəfərova
== Həyatı == Elmira Cəfərova 1937-ci il iyun ayının 7-də Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. O, 1961-ci ildə Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirib və təyinatla AMEA Fizika İnstitutuna göndərilib. Burada görkəmli alim, akademik H.M.Abdullayevin rəhbərlik etdiyi yarımkeçiricilər laboratoriyasında elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. O, 1968-ci ildə “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə “Diffuziya yolu ilə alınmış n- və p- bazalı silisium diodlarının reaktiv xassələrinin tədqiqi” mövzusunda nаmizədlik dissertasiyasını müdafiə edib. Elmira Cəfərova 1969-cu ildə yeni yaradılmış “Heteroquruluşlar fizikası“ laboratoriyasında böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində işləmiş və 2000-ci ildən hal-hazıradək həmin laboratoriyanın rəhbəri vəzifəsində çalışır. 2007-ci ildə isə “Dərin aşqar səviyyəli germanium, silisium və onlar əsasında çəpər quruluşlarda qeyri-stasionar elektron prosesləri” mövzusunda “Fiziki elektronika” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. Elmi əsərlərinin sayı-160 Xaricdə dərc olunan əsərlərinin sayı-70 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı -40 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı-10 Elmi-pedaqoji fəaliyyəti - 1978-1990-cı illərdə Azərbaycan Texniki Universitetinin “Mikroelektronika” kafedrasında mühazirələr oxumuş və elektron texnikası mühəndisliyi üzrə mütəxəssislərin hazırlanmasında fəal iştirak etmişdir Dil bilikləri- rus, ingilis dilləri Əsas elmi nəticələri - Qeyri-stasionar tutum spektroskopiyası, fotokeçiricilik, fototutum və EPR metodlarından istifadə edərək germanium, silisium və onların əsasında yaradılan baryer quruluşlarda qeyr-stasionar elektron proseslərinin mexanizmləri araşdırılmış, keçid metalların (Ti, V, W, və Ni) Ge və Si-da yaratdığı dərin səviyyələrin əsas energetik parametrləri təyin edilmişdir. Al-SiO2-Si-Me, In2O2-SiO2-Si-Me quruluşları alınmış, onların elektrik, fotoelektrik, aşırma xarakteristikaları öyrənilmiş, rastrelektron mikroskopunda tədqiqatlar aparılmış, onlar əsasında aşırıcı və yaddaş elementləri yaradılmışdır. Moskva şəhərinin Dubna vilayətindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birgə Si əsasında yeni tipli foroqəbuledici detektorlar yaradılmış və onların əsas xassələri öyrənilmişdir. Hazırlanmış koordinat həssaslıqlı detektorlar tək-tək işıq kvantlarını yüksək effektivliklə qeyd etməyə qabildirlər.
Elmira Qəmbərova
Elmira Qəmbərova (14 mart 1994) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Elmira Qəmbərova beynəlxalq turnirlərdə birinci uğuruna 2014-cü ildə Polşada gənclər arasında Avropa Çempionatını gümüş medalla başa vurmaqla imza atdı. Həmin il Elmira Qəmbərova həm də Xorvatiyada gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu. 2015-ci ilin martında isə Elmira Qəmbərova Polşada U23 Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin il Avropa Oyunlarında çıxış edən Elmira Qəmbərova 2015 və 2016-cı illərdə Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirləri beşinci pillələrdə başa vurdu. 2017-ci ildə Elmira Qəmbərova Kiyev şəhərində beynəlxalq turnirin gümüş medalına sahib oldu, Macarıstanda U23 Avropa Çempionatını və Serbiyada Avropa Çempionatını isə yeddinci pillələrdə başa vurdu. Mayda Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib olan Elmira Qəmbərova həmin il Paris şəhərində (Fransa) Dünya Çempionatında debüt elədi və turniri 12-ci pillədə başa vurdu. 2018-ci ildə Elmira Qəmbərova Rusiyada Avropa Çempionatını 8-ci, Macarıstanda Dünya Çempionatını isə 14-cü pillədə başa vurdu. Karyerasın ən uğurlu mövsümü 2019-cu ilə təsadüf edən Elmira Qəmbərova əvvəl Fransa Qran-Prisini beşinci pillədə başa vursa da, mövsümün növbəti nüfuzlu turnirlərində uğurlara imza atdı. Apreldə Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vuran Elmira Qəmbərova iyunda Belarusda Avropa Oyunlarının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.
Elmira Ramazanova
Elmira Ramazanova (azərb. Elmira Məmmədəmin qızı Ramazanova‎, 28 oktyabr 1934, Bakı – 8 dekabr 2020) — Texnika elmlər doktoru, Professor, Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Elmira Ramazanova 1934-cü il oktyabrın 28-də Bakı şəhərində anadan olmuşdur. === Təhsili === 1952-ci ildə 134 saylı orta məktəbi qızıl medalla, 1957-ci ildə isə Azərbaycan Sənaye İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyasının) Energetika fakültəsini fərqlənmə diplomu ilə bitirib. == Fəaliyyəti == Alim əmək fəaliyyətinə Azərbaycan Respublikasının Energetika İdarəsində başlayıb, 1992-ci ildən indiyədək Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktorudur. O, 1965-ci ildə “Qazkondensat sistemlərdə qazların separasiya şəraitlərinin hesablanma metodunun işlənməsi və tədqiqi” mövzusunda namizədlik, 1975-ci ildə “Adaptasiya metodlarının tətbiqinə əsasən neftqaz-kondensat yataqlarının termodinamiki tədqiqatları“ mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1978-ci ildə professor elmi adını alıb. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Elmira Ramazanova neft-qaz və qazkondensat yataqlarının səmərəli işlənməsinin təmini istiqamətində kompleks praktiki və elmi-tədqiqat işləri aparan tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini neft-qaz, qaz kondensat çıxarmada yaranan mürəkkəbləşmələrə qarşı mübarizə, işlənmə rejiminin tənzimlənməsi üçün lazım olan parametrlərin seçilməsi, nanokompozitlərin alınması, nanotexnologiyaların işlənib hazırlanması və onların istehsalata tətbiqi, neftlə çirklənmiş torpaqların təmizlənməsi təşkil edir. 2004-cü ildə alimin rəhbərliyi ilə ölkəmiz “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı”, “Xəzər, Qara dəniz regionunun, tədqiqatlar, energetika və iqlim dəyişilməsi siyasəti” regional layihələrində təmsil olunub.
Elmira Rəhimova
Elmira Allahverdi qızı Rəhimova (13 avqust 1941, Bakı) – Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü(2002) == Həyatı == Rəhimova Elmira Allahverdi qızı 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Dillər İnstitutunu (1970), Azərbaycan Dövlət Musiqi Texnikumunu (1965) bitirmişdir. 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. 50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınmış, Hindistanın Baş naziri C. Nehrunun dəvəti ilə iki dəfə (1957–59, 1961) Hindistanda olmuş, hind mahnı və rəqslərini öyrənmişdir. Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa etmişdir. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış etmişdir. Anand adında bir oğlu və iki nəvəsi vardır.
Elmira Süleymanova
Elmira Teymur qızı Süleymanova (17 iyul 1937, Bakı – 25 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının sabiq İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən), Alim, dövlət və ictimai xadim == Həyatı == Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1944–1954-cü illərdə Bakı şəhərindəki 134 saylı orta məktəbdə oxumuşdur. 1955–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərmiş, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsil almış, 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor rütbəsi almışdır. 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür. 2024-cü il aprelin 25-də uzun sürən xəstəlikdən sonra vəfat edib. İkinci Fəxri xiyabanda dəfn olunub. == Elmi nailiyyətləri == Alim ömrünün bəhrələri, onun tədqiqatları, yeni kimyəvi maddələrin sintezi, alınması texnologiyası və tətbiqi sahələri üçün təklif etdiyi orijinal üsullar və texnoloji proseslərin işlənməsi 260-dan çox elmi əsərində, 40-dan çox ixtirasında, patentdə, müəlliflik şəhadətnamələrində öz əksini tapmışdır. O, 5 elmlər doktoru, 16 elmlər namizədi yetişdirmişdir.
Elmira Səfərova
Elmira Yusif qızı Səfərova (16 sentyabr 1934) — Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi, professor, pedaqoq və pianoçu. == Həyatı == 16 sentyabr 1934-cü ildə Bakıda anadan olmuşdur. Atası Yusif tanınmış mühəndis-neftçi, Azərbaycan Respublikasının əməkdar mühəndisi, iki dəfə dövlət mükafatı laureatı, texnika elmləri namizədi və Xəzər dənizində yerləşən qeyri-adi şəhər – «Neft daşlarının» əsasını qoyanlardan biri olmuşdur. Hazırda Bakı şəhərinin küçələrindən biri onun adını daşıyır. Yusif müəllim incəsənəti, xüsusən də musiqini çox sevirdi. Anası Cəvahir xanım gözəl səsə və böyük musiqi istedadına malik idi. Gənc yaşlarında o, dahi Üzeyir Hacıbəyovun xorunda oxuyurdu və solist kimi də müxtəlif konsertlərdə çıxış edirdi. O, Azərbaycan mahnılarını çox gözəl ifa edirdi. Lakin malik olduğu istedad və qazandığı uğurlara baxmayaraq Cəvahir xanım uşaqlarının (Elmiradan savayı onun bir qızı və bir oğlu da var idi) xatirinə səhnəni tərk etməyə məcbur olmuşdur. Xalq musiqisinə, muğamlara və Azərbaycan bəstəkarlarının, xüsusən də Üzeyir Hacıbəyovun yaradıcılığına olan sevgilərini valideynlər öz uşaqlarına aşılayırdılar və onları musiqi incəsənətinə dərin məhəbbət və böyük maraq mühitində böyüdürdülər.
Elmira Vəliyeva
Vəliyeva Elmira Bağır qızı — geologiya-mineralogiya elmləri doktoru. == Həyatı == Vəliyeva Elmira Bağır qızı 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1959-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Neft və Kiyma İnstitutunun (indiki ADNSU) geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. İnstitutu qurtardıqdan sonra "Orcanikidzeneft" NMİ-də əmək fəaliyyətinə neft çıxarılmasının təkrar üsulları sexində operatorluqdan başlamışdır. Sonra "Qum adası" NMİ-nin ETİS-də mühəndis, böyük geoloq vəzifələrində işləmişdir. 1967-ci ildə "Xəzərdənizqaz" Birliyində istehsalat şöbəsinin geoloqu vəzifəsinə təyin olunmuşdur. 1973-1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun "Neft və qaz ehtiyatlarının hesablanması" laboratoriyasında böyük elmi işçi vəzifəsində işləmişdir. Vəliyeva E.B. Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Qaraçuxur, Qala, Lökbatan-Puta-Quşxana, Bibiheybət və s. kimi iri yataqların karbohidrogen ehtiyatlarının hesablanması üzrə elmi mövzuların məsul icraçısı olmuşdur. 1974-cü ildə Vəliyeva E.B. "Bakı arxipelaqının neft və qaz yataqlarının səmərəli işlənməsi məqsədilə geoloji-mədən tədqiqatları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Elmira Zamanova
Elmira Emin qızı Zamanova — Fəlsəfə elmləri doktoru. Tərcüməçi-jurnalist Emin Sadıxovun qızı.[mənbə göstərin] == Həyatı == Elmira Zamanova 9 aprel 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1954-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. Elmira Zamanova 1958-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə sektorunda (indiki Fəlsəfə və Hüquq İnstitutu) kiçik elmi işçi vəzifəsində çalışmışdır.1965-ci ildə namizədlik dissertasiyasını(estetika üzrə) müdafiə etmişdir. Alim 1967-1990 illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1990-cı ildən etibarən isə Fəlsəfə və Hüquq İnstitutunda aparıcı elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir.1991-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Hal-hazırda baş elmi işçi vəzifəsində çalışır. Elmira Zamanova 2016-cı il noyabrın 9-da Bakıda vəfat etmişdir. == Elmi fəaliyyəti == Elmira Zamanova ilk dəfə XIX-XX əsrlərdə Türkiyədə fəlsəfi-estetik fikrin inkişafı, əsas problem və təmaüllərini tədqiq etmişdir. Alim əsərlərində əsas diqqətini XX əsr türk estetik fikrinin inkişafını səciyyələndirən problemlərə yönəltmiş və bu mövzuda bir çox türk filosoflarının fikir və düşüncələrini təhlil etmişdir.
Elmira İsmayılova
Elmira İsmayılova (tam adı: Elmira Məhərrəm qızı İsmayılova; 13 noyabr 1945, İrəvan) — Azərbaycanın tanınmış teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007). == Həyatı == E.İsmayılova İrəvanda ziyalı ailəsində anadan olub. 1968-ci ildə Ermənistan Respublikasının X.Abovyan adına Pedaqoji İnstitutunu bitirmişdir. Elə həmin ildən etibarən o, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyir. E.İsmayılova aktrisa kimi fəaliyyət göstərdiyi illər ərzində bir çox müxtəlif janrlı obrazlar yaratmışdır. Onun Humay (S.Rəhman, "Əliqulu evlənir"), Afət (M.Şamxalov "Qaynana"), Qrafinya (U.Şekspir, "Axırı xeyir olsun"), Dilarə (Anar, "Şəhərin yay günləri"), Dilbər xanım (N.Vəzirov, "Hacı Qəmbər"), Oqudalova (A.Ostrovski "Cehizsiz qız"), Smeraldina (K.Qoldoni, "İki ağanın bir nökəri"), Böyükxanım (C.Cabbarlı, "Aydın"), Xala (Ü.Hacıbəyov, "Arşın mal alan"), Nazik (S.Rəhman, "Ulduz") və s. rolları tamaşaçı rəğbətini qazanmışdır. E.İsmayılova "Ömürdən uzun gecə" (Hidayət), "Əkizlərin nağılı" (P.Pançev) kimi televiziya filmlərində çəkilmişdir. == Mükafatları == Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24.11.1978 "Əməkdar artist" fəxri adı — 25 oktyabr 2000-ci il "Xalq Artisti" fəxri adı — 16 oktyabr 2007-ci il Azərbaycan Respublikası Prezidentinin mükafatı — 2006-ci il, 2007-ci il, 2008-ci il "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqının medalı) (2021) == Teatr səhnəsindəki rolları == === Teatrın İrəvandakı fəaliyyəti dövründə === === Teatrın Bakıdakı fəaliyyəti dövründə === Fena («Mənim qaynanam», Georgi Xuqayev) Ana («Didərginlər», Zəlimxan Yaqub) Sənəm («Allah onlara rəhmət eləsin», Süleyman Rəşidi) Gülnar («Abbasqulu bəy Şadlınski», İnqilab Vəlizadə) Mehriban («Məhəbbət yaşayır hələ», Hidayət) Harayxanım («Durnalar qayıdanada», Hidayət) Ballı («Sehrli alma», Şahin Cəbrayılov) == Ailəsi == Teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Vidadi Əliyev (həyat yoldaşı) Televiziya prodüseri, rejissor, aktyor, Azərbaycanın əməkdar mədəniyyət işçisi Oqtay Əliyev (oğlu) Televiziya xadimi, teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli (oğlu) Teatr və kino aktrisası, teleaparıcı Dilarə Əliyeva (gəlini) == Filmoqrafiya == Ömürdən uzun gecə (film, 1996) Bəsdir, ağlama!
Elmira Şabanova
Elmira Balahüseyn qızı Şabanova (1 noyabr 1940, Bakı) — Azərbaycanın görkəmli kino aktrisası, Azərbaycan Respublikası Xalq Artisti (2006), Prezident təqaüdçüsü. == Həyatı == Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olmuşdur. Atası əvvəl zavod direktoru, sonra SSRİ Ali Sovetinin deputatı olub. M.A. Əliyev adına ADİİ-da əvvəlcə aktyorluq (1958–1962), sonra rejissorluq fakültəsini bitirib. (1969) Hələ institutun 1-ci kursunda rejissor Rüfət Şabanovla ailə qurub və rejissor ona filmlərdə çəkilməyi qadağan edib. Rejissor Rüfət Şabanovun həyat yoldaşı, rejissor Fuad Şabanovun anasıdır. == Fəaliyyəti == 1962–1997 müəllim və dosent işləmişdir. "Azərbaycanfilm" kinostydiyasında 30-a yaxın bədii filmdə çəkilmişdir. Aktrisa 2 filmdə çəkildikdən sonra həyat yoldaşı Rüfət Şabanovun qadağası ilə 1977-ci ilədək kinoda görünməyib. 1977-ci ildə "Bədbəxtliyin astanasında" qısametrajlı bədii filmiylə kinoya qayıdan aktrisa xüsusilə 80-ci illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradıb.
Elmira Şahtaxtinskaya
Elmira Həbibulla qızı Şahtaxtinskaya (25 oktyabr 1930, Bakı – 13 oktyabr 1996, Moskva) — Azərbaycan SSR xalq rəssamı və əməkdar incəsənət xadimi. == Həyatı == Elmira Şahtaxtinskaya 25 oktyabr 1930-cu ildə Bakı şəhərində doğulmuşdur. Orta təhsilini Bakı şəhərində almış, daha sonra Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini (indiki Rəssamlıq Akademiyası, 1950) və V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu (1956) bitirmişdir. 13 oktyabr 1996-cı ildə Moskvada vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur. == Yaradıcılığı == Elmira Şahtaxtinskaya daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapmışdır. XX əsrin 70-ci illərində "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakat silsiləsini, Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlər qalereyasını, dəzgah rəsmləri və akvarellərindən "Çexoslovakiyada" (1957), "Sosialist Bakısı" seriyası (1958–1959), "Bolqarıstanda" (1963), "Qutablar" (1963) və "Novruz bayramı" (1970) tablolarını yaratmışdır. Moskva (1957), Kaunas (1967) və s. şəhərlərdə fərdi sərgisi nümayiş etdirilmişdir. Rəssamın yaradıcılığında sülh və xalqlar dostluğu, əmək mövzusu əhəmiyyətli yer tutur. 70-ci illərdə çəkdiyi "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakatlar silsiləsində Azərbaycanın orta əsrlərdə yaşayıb yaratmış elm və mədəniyyət xadimlərinin (Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əcəmi Naxçıvani, Sultan Məhəmməd və başqaları), 70–80-ci illərdə isə müasir sənətkarların (Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov və başqaları) portretlərini yaratmışdır.
Elmira Əliyeva
Elmira Hacımurad qızı Əliyeva (12 sentyabr 1960, Bakı) — Geologiya-mineralogiya elmləri doktoru, 2014-cü ildən AMEA-nın müxbir üzvü. == Həyatı == Elmira Hacımurad qızı Əliyeva 1960-cı il sentyabrın 12-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlər Universitetinin (indiki BDU) geoloji-coğrafi fakültəsini bitirmiş, 1990-ci ildə "Cənubi-Xəzər çökəkliyinin qərb yamacının antropogen Didakna mollyuskaların filogenya, sistematika və paleoekoloqo-biogeokimyəvi xarakteristikası" mövzusunda namizədlik, 2005-ci ildə "Orta və Cənubi-Xəzər çökəkliyinin qərb yamacının mezokaynozoy çöküntülərinin sedimentasiya tsiklliliyi və fasiyaları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Elmira Əliyeva 1991-ci ildən AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) işləyir. O hazırda GGİ-də Neftli-qazlı hövzələrin litogenezi şöbəsinin rəhbəri kimi məsul elmi vəzifə daşıyır. Alim 2014-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. == Fəaliyyəti == Elmira Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətləri çoxsahəli olmaqla: "Müasir və qədim terrigen çöküntü sistemlərinin toplanması şəraitləri və tsiklləri; Mezokaynozoy çöküntülərinin sekvens və xemostratiqrafiyası; məhsuldar qatın karbohidrogen rezervuarlarının stratiqrafik arxitekturası; iqlim, dəniz səviyyəsinin dəyişməsi və çöküntü toplanması; Mezokaynozoyda Xəzər ərazisinin paleocoğrafiyası; ətraf mühit dəyişmələrinə qarşı geokimyəvi və biokimyəvi reaksiyalar" kimi mövzuları əhatə edir. Elmira Əliyevanın rəhbərlik etdiyi şöbə "Cənubi Xəzər və Orta Kür hövzələrinin Kaynozoyda paleocoğrafiyası, Miosen - Pliosen çöküntülərinin kollektor xüsusiyyətləri və üçölçülü modelləşdirilməsi; diatomeyaların öyrənilməsi nəticəsində Maykop və Pleystosen-Holosendə Cənubi Xəzər hövzəsinin qərb bortunun paleoekologiyası və s" kimi mühüm elmi-tədqiqat layihələrini və dissertasiya mövzularını reallaşdırır. Alimin əsas elmi nailiyyətləri "Orta və Cənubi Xəzər hövzələrinin qərb bortunda mezo- kaynozoy çöküntülərinin toplanma şəraitinin dəqiq öyrənilməsi, neftli ana və kollektor süxurların toplanmasının fasial kontrolu və siklliliyinin müəyyən olunması", "Cənubi Xəzər hövzəsinin dərin gömülmüş mərkəzi hissəsində iri karbohidrogen rezervuarlarının mövcudluğu ehtimalının əsaslandırması", "Cənubi Xəzər hövzəsində karbohidrogen rezervuarları arxitekturunun formalaşmasında dəniz səviyyəsinin dəyişməsinin rolu", "Məhsuldar qat çöküntülərinin toplanma şəraitinin dəqiq öyrənilməsi və Cənubi Xəzər hövzəsinin pliosen ərzində dəqiq paleocoğrafik rayonlaşdırılması və kollektorların keyfiyyətinin dərəcələrə bölünməsi", "Qırmakı dərəsində məhsuldar qatın alt və üst şöbəsinin nadir fasiləsiz kəslişinin litoloji-sedmentoloji təsvirinin santimetr miqyasında verilməsi", "Palçıq vulkanlarının tullantılarına görə Cənubi Xəzər hövzəsi Qərb yamacının eosen-miosen çöküntülərinin palecoğrafiyası" sahələrini əhatə edir. Elmira Əliyeva həmçinin “Neft-qaz hövzələrinin stratiqrafiyası və sedimentologiyası” beynəlxalq elmi jurnalı redaktorunun müavini vəzifəsini daşıyır.
Elmira Əmrahqızı
Elmira Əmrahqızı — tanınmış Azərbaycan jurnalisti, "Azadlıq" radiosunun Bakı nümayəndəliyinin rəhbəri (1993–1998), "Qızıl qələm" mükafatı laureatı. "Həsən Bəy Zərdabi" və "İlin qadını" mükafatlarına layiq görülüb. == Həyatı == Elmira Əmrah qızı Əhmədova 24 sentyabr 1952-ci ildə Ağstafa şəhərində anadan olub. 1958-ci ildə 24 saylı Dəmiryolu məktəbinə gedib. 1962-ci ildə məktəbi dəyişərək təhsili 1 saylı orta məktəbdə davam edib. 1969–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsində təhsil alıb. 1974-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Proqramların tərtibi şöbəsində işləyib. "Bakı", "Baku", "Nezavisimaya qazeta" "Azərbaycan gəncliyi", "Ulduz", "Azərbaycan qadını" və digər qəzet və jurnallarında işləyib. 1989–1990-cı illərdə "Azadlıq" qəzetində çalışıb. 1989-cu ildə "Kosmos uşaqlar üçün" adlı SSRİ jurnalistlərinin kosmosa göndərilməsi ilə əlaqədar proqramının qaliblərindən biri olub.