Rauf Gülməmmədov
Rauf Məmməd oğlu Gülməmmədov (2 yanvar 1944, Kirovabad – 21 iyun 1999, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı (1992–1993), Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sabiq birinci müavini, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı.
== Həyatı ==
Rauf Gülməmmədov 2 yanvar 1944-cü il tarixində Gəncə şəhərində doğulmuşdur. Orta təhsilini Gəncədə 4 saylı orta məktəbdə, ali təhsilini isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda almışdır.
Rauf Gülməmmədov 1960–1963-cü illərdə Bakı Avtomobil Təmiri Zavodunun əvvəl fəhləsi, sonra isə çilingəri, 1967–1971-ci illərdə Nərimanov Rayon Mənzil İstismar İdarəsinin mühəndisi, 1971–1980-ci illərdə Binəqədi Rayon Mənzil İstismar İdarəsi rəisi, 1980–1982-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsinin rəisi, 1982–1984-cü illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin İxtisaslaşdırılmış Təmir-Tikinti Trestinin müdiri, 1984–1989-cu illərdə Bakı Baş Mənzil İstehsalat İdarəsinin rəisi, 1989–1991-ci illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
5 iyul 1993-cü il tarixindən 1997-ci ilədək Rauf Gülməmmədov Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
Rauf Gülməmmədov 21 iyun 1999-cu il tarixində Bakıda ölmüşdür.
== Siyasi fəaliyyəti ==
Rauf Gülməmmədov 1990-cı il seçkilərində 20 saylı seçki dairəsindən XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. O, həmçinin , Bakı Şəhər Xalq Deputatları Sovetinin də deputatı olmuşdur.
Rauf Gülməmmədov 1991–1992-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini daşımışdır.
Rauf Gülməmmədov 23 aprel 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Yaqub Məmmədovun 695 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.