Ümumçin Xalq Nümayəndələri Məclisi

Ümumçin Xalq Nümayəndələri Məclisi[1] (ÜXNM) və ya Ümumçin Xalq Nümayəndələri Yığıncağı (ÜXNY)[2] - Çin Xalq Respublikasının qanunverici orqanı. Dövlət hakimiyyətinin ali orqanı olan ÜXNM 2980 üzvü ilə dünyanın sayca ən böyük dövlət orqanı hesab olunur.[3] ÜXNM-ə seçkilər beş ildən bir keçiril. Sessiyalar payız aylarında ÇXR-nin paytaxtı Pekinin Siçen rayonunda yerləşən Böyük Xalq Zalında keçirilir və 10-14 gün davam edir. ÜXNM Daimi komitəsi ÜXNM-dən fərqli olaraq, ilk boyu görüşlər keçirir. Ancaq Daimi komitənin üzvləri həm qərarvermə, həm də tətbiq etmə vəzifəsi tuta bilməzlər. Daimi Komitənin tərkibinə sədr, sədrin müavinləri, məsul katib və Daimi Komitənin üzvləri daxildir. Daimi Komitə ÜXNY-nın qanun layihələrini təsdiq edən və qətnamələr çıxaran altı funksional ixtisaslaşmış komitəsinin: maliyyə və iqtisadiyyat işləri üzrə; milli məsələlər; təhsil, elm, mədəniyyət və səhiyyə; xarici işlər və hüquqi işlər üzrə fəaliyyətini istiqamətləndirir. Komitə parlament prinsipi üzrə fəaliyyət göstərir: Konstitusiyanı və cari qanunları hərəkətə gətirir, dekretlər dərc edir, daha aşağı səviyyəli hökumət təşkilatlarının fəaliyyətinə nəzarət edir, nazirləri və vəzifəli şəxsləri təyin və azad edir.

Ümumçin Xalq Nümayəndələri Məclisi
中华人民共和国全国人民代表大会
XIII Ümumçin Xalq Nümayəndələri Məclisi
Loqonun şəkli
Ümumi məlumatlar
Qısaltma adı 全国人大
Növü İki palatalı parlament
Təsis tarixi 27 sentyabr 1954
İdarə heyəti
ÜXNM Rəyasət Heyəti Ümumçin Xalq Nümayəndələri Məclisi Rəyasət Heyəti (Müvəqqətidir, ÜXNM sessiyaları başlamadan əvvəl açılır, sessiyalar nəticələndikdən sonra sonlandırılır)
ÜXNM Daimi Komitəsinin Sədri Çjao Ledji, Çin Kommunist Partiyası
17 mart 2018-dən bəri tarixindən
ÜXNM Daimi Komitəsinin məsul katibi Lü Tsi, Çin Kommunist Partiyası
17 mart 2018-dən bəri tarixindən
ÇKP MK baş katibi Si Tsinpin, Çin Kommunist Partiyası
Quruluşu
Üzvlərin sayı 5 mart 2018:
2980 ÜXNM üzvü
175 ÜXNM Daimi Komitəsinin üzvü
ÜXNM siyasi partiyalar

22 yanvar 2021-dən bəri:[a]
Hökumət (2,096):

Vahid Cəbhə və müstəqillər (855):

Boş (29):

  •      Boş (29)
ÜXNM Daimi Komitəsi fraksiyalar

22 yanvar 2021-dən bəri:
Hökumət (118):

Vahid Cəbhə və müstəqillər:

Boş (5):

  •      Boş (5)
Seçkilər
ÜXNM Səsvermə sistemi Təsdiq səsverməsi
ÜXNM Daimi Komitəsi Səsvermə sistemi Təsdiq səsverməsi
ÜXNM Sonuncu seçkilər dekabr 2017 – yanvar 2018 (5 illik)
ÜXNM Daimi Komitəsi Sonuncu seçkilər 18 mart 2018 (5 illik)
Məclis zalı
ÇXR-nin paytaxtı Pekinin Siçen rayonunda yerləşən Böyük Xalq ZalıÇXR-nin paytaxtı Pekinin Siçen rayonunda yerləşən Böyük Xalq Zalı
Sayt
npc.gov.cn
en.npc.gov.cn.cdurl.cn
Qeydlər
  1. Honkonq və Makao partiyaları milli partiyalar sayılmadığı üçün siyahıda verilməyib
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumçin Xalq Nümayəndələri Məclisi dövlətin qanunvericiliyini həyata keçirir; ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edir, dövlət aparatının yüksək vəzifələrinə namizədləri təsdiq edir və seçir, ÜXNY-nın Daimi Komitəsi üzvlərini seçir; ÇXR sədrini və onun müavinlərini seçir; Dövlət Şurasının sədrini və Şuranın digər üzvlərini təsdiq edir; Mərkəzi Hərbi Şuranın (MHŞ) sədrini seçir və MHŞ-nin digər üzvlərini təsdiq edir; Ali Xalq Məhkəməsinin sədrini seçir; Ali Xalq Prokurorluğunun Baş Prokurorunu seçir.

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Kommunist partiyasının 340 nəfər üzvü olan Mərkəzi Komitəsi tərəfindən seçilir.

Tzin sülaləsi ilk məclisi 1910-cu ildə formalaşdırsa da, praktikada bu orqanın heç bir səlahiyyəti yox idi və ancaq məşvərətçi şura kimi fəaliyyət göstərirdi. Sinxay inqilabından sonra 1913-cü ildə iki palatalı parlamentə keçirilən seçkilərdə kütləvi rüşvət halları qeydə alınsa da, 300 sivil qrupun iştirak etdiyi bu seçkilər Çin tarixinin ən rəqabətcil seçkisi idi. Seçkilərin nəticəsində milliyətçi partiya olan Homindan 870 yerdən 438-ə sahib olmuşdu.

Çinin mövcud Çin Respublikası konstitusiyası 25 dekabr 1947-ci ildə qüvvəyə mindi və ilk sessiya 1948-ci il 18 mayda 760 üzvlə keçirildi. Konstitusiyaya görə məclis Prezident və Vitse-Prezidenti 6 illiyə seçməli idi, seçilən prezidentlərin öz siyasi məsuliyyətlərini yerinə yetirmədikləri təqdirdə, məclisin onları vaxtından əvvəl vəzifədən uzaqlaşdırmaq səlahiyyəti var idi.

1949-cu ildəki Çin vətəndaş müharibəsində məğlub olan Çin Respublikası hökuməti Tayvana qaçmaq məcburiyyətində qaldı. Məclis müvəqqəti iclaslar keçirsə də, uğurlu olmadı.

Hələ 1945-ci ildən, artıq Homindan və Çin Kommunist Partiyası arasında İkinci Dünya müharibəsindən sonrakı reformlar barədə Siyasi Məşvərətçi Konfrans vasitəsi ilə yeni danışıqlara başladı. Homindanın qərarı ilə 10-31 yanvar 1946-cı ildə ilk Siyasi Məşvərətçi Konfrans çağırıldı. Burada Homindan, Çin Kommunist Partiyası, Çin Gənclər PartiyasıÇin Demokratik Liqası, o cümlədən müstəqil nümayəndələr təmsil olundu.

1949-cu ilin sentyabrında keçirilən ikinci Siyasi Məşvərətçi Konfrans müxtəlif dost partiyalardan nümayəndələr dəvət etdi və yeni dövlət quruculuğunun müzakirəsi başladı. Bu konfransda konfransın adı Xalq Siyasi Məşvərətçi Konfransı olaraq dəyişdirildi. İlk konfransa 5 il ərzində defakto konstitusiya rolu oynayan Ümumi Proqram qəbul etmişdi. Bu konfrans yeni dövlət himni, paytaxt şəhər və dövlət adı, o cümlədən Çin Xalq Respublikasının ilk hökumətini qəbul etdi. Praktikada ilk Xalq Siyasi Məşvərətçi Konfransı konstitusional konvesniya kimi xidmət edir. Bu, defakto olaraq ÇXR-nin növbəti beş ildəki qanunverici orqanı idi.

1954-cü ildə konstitusiya öz funksiyasını Ümumçin Xalq Nümayəndələri Məclisinə ötürdü.

Vəzifə və öhdəlikləri

[redaktə | mənbəni redaktə et]

Ümumçin Xalq Nümayəndələri Məclisinin əsas 4 funksiyası var:[4]

  • Konstitusiyaya düzəlişlər etmək və onların tətbiqinə nəzarət
  • Əsas qanunvericiliyə düzəlişlər
  • Mərkəzi dövlət orqanın üzvlər seçmək və təyin etmək
  • Dövlət məsələlərini təyin etmək

Aşağıdakı cədvəldə müxtəlif illərdə ÜXNM-ə keçirilən seçkilər verilib.

Məclis İl Ümumi deputatlar Qadın deputatlar Qadın % Azlıq deputatlar Azlıq % İstinadlar
Birinci 1954 1226 147 12 178 14.5 [5]
İkinci 1959 1226 150 12.2 179 14.6 [5]
Üçüncü 1964 3040 542 17.8 372 12.2 [5]
Dördüncü 1975 2885 653 22.6 270 9.4 [5]
Beşinci 1978 3497 742 21.2 381 10.9 [5]
Altıncı 1983 2978 632 21.2 403 13.5 [5]
Yeddinci 1988 2978 634 21.3 445 14.9 [5]
Səkkizinci 1993 2978 626 21 439 14.8 [5]
Doqquzuncu 1998 2979 650 21.8 428 14.4 [5]
Onuncu 2003 2985 604 20.2 414 13.9 [5]
On birinci 2008 2987 637 21.3 411 13.8 [6]
On ikinci 2013 2987 699 23.4 409 13.7 [7]
On üçüncü 2018 2980 742 24.9 438 14.7 [8]
  1. Çin // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 5. ISBN 978-9952-441-11-6.
  2. Əli HəsənovAdil Vəliyev. Dünya ölkələrinin müasir siyasi sistemləri (PDF). Bakı. 2013. səh. 708. ISBN 978-9952-460-15-5.
  3. International Parliamentary Union. "IPU PARLINE Database: General Information". 6 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2017.
  4. "Functions and Powers of the National People's Congress". The National People's Congress of the People's Republic of China. The National People's Congress. 18 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2016.
  5. 1 2 3 4 5 6 7 8 9 10 "Number of Deputies to All the Previous National People's Congresses in 2005 Statistical Yearbook, source: National Bureau of Statistics of China". 4 December 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2010.
  6. 十一届全国人大代表将亮相:结构优化 构成广泛. Npc.people.com.cn (çin). 6 April 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2012.
  7. Xinhua News Agency. "New nat'l legislature sees more diversity". Npc.gov.cn. 10 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2013.
  8. 12th Congress information from International Parliamentary Union. "IPU PARLINE Database: General Information". 5 March 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 June 2013.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]