İkinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər

2000-ci il Azərbaycan parlament seçkiləriMilli Məclisə II çağırış seçkiləri.

← 1995  Azərbaycan  2005 →
Azərbaycanda parlament seçkiləri (2000)
5 noyabr 2000
Seçici fəallığı 68.64%
Rəhbər Heydər Əliyev Əli Kərimli Sabir Rüstəmxanlı
Partiya Yeni Azərbaycan Partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyası Vətəndaş Həmrəyliyi Partiyası
Tutulan yerlər 7263
Dəyişən yerlərin sayı 19 3 2
Əvvəlki yerlərin sayı
Rəhbər Ramiz Əhmədov İsa Qəmbər Fəzail Ağamalı
Partiya Azərbaycan Kommunist Partiyası Müsavat Partiyası Ana Vətən Partiyası
Tutulan yerlər 221
Dəyişən yerlərin sayı 2 2 1
Əvvəlki yerlərin sayı
Rəhbər Etibar Məmmədov Xanhüseyn Kazımlı
Partiya Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Sosial Rifah Partiyası
Tutulan yerlər 11
Dəyişən yerlərin sayı 2
Əvvəlki yerlərin sayı

II çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2000-ci il noyabrın 5-nə təyin olunmuşdu.

İyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə ölkədə əsas siyasi qüvvələri təmsil edən 17 nəfərdən ibarət Mərkəzi Seçki Komissiyası təşkil olundu. Tərkibinin 1/3 prinsipi ilə formalaşdırılması nəzərdə tutulan Komissiyanın 6 üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı (Yeni Azərbaycan Partiyasını), 6 üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları, qalan 5 nəfəri isə heç bir siyasi partiyaya mənsub olmayan və onların namizədliklərini təqdim edən deputatları təmsil edirdi.

"Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Qanunun 12-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq seçkilərə 110 gün qalmış, yəni 2000-ci il iyulun 18-dən gec olmayaraq birmandatlı seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunmalı idi, lakin seçkilərə hazırlığın başlanğıc mərhələsində yaranmış müəmmalı vəziyyət MSK-nın yeni tərkibdə fəaliyyətə başlamasına imkan vermirdi. Mərkəzi Seçki Komissiyasının Azərbaycan Milli İstiqlal və Azərbaycan Xalq Cəbhəsi partiyalarını təmsil edən 6 üzvü dönə-dönə edilən xəbərdarlığa baxmayaraq, iclasa gəlmir və yetərsay olmadığına görə Komissiya öz səlahiyyətlərini icra edə bilmirdi.

İyulun 19-da Mərkəzi Seçki Komissiyasının təkrarən iclası çağırılmış və təyin edilmiş bütün üzvlərin hər biri bu barədə məlumatlandırılmışdı. Komissiyanın yuxarıda göstərilən 6 üzvü bu dəfə də iclasa gəlməmiş və MSK-nın formalaşması baş tutmamışdı.

Yaranmış gərgin vəziyyətdən çıxmaq üçün Komissiyanın qalan üzvləri ölkə Prezidentinə xahişlə müraciət etdilər. Azərbaycan Respublikası Milli Məclisinin sədrinə və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbərinə də belə müraciətlər olundu.

İyulun 22-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə MSK-ya namizədliyi Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatları tərəfindən irəli sürülmüş 18-ci üzvü təyin edildi. İyulun 24-də Komissiya üzvlərinin 2/3 hissəsinin iştirakı ilə yetərsay olan birinci səlahiyyətli iclasını keçirdi. Həmin iclasda Məzahir Məhəmməd oğlu Pənahov yenidən Mərkəzi Seçki Komissiyasının sədri, həmçinin sədrin müavini və Komissiyanın katibi seçildi. Gündəlikdəki məsələlər üzrə müvafiq qərarlar qəbul olundu. Milli Məclisdə nümayəndələri azlıq təşkil edən siyasi partiyalar tərəfindən MSK-nın tərkibinə irəli sürülmüş 6 nəfər bu dəfə də iclasda iştirak etmirdi.

Mərkəzi Seçki Komissiyasının 2000-ci il iyulun 24-də elan olunmuş bəyanatında göstərilirdi ki, həmin gün MSK-nın yeni tərkibdə iclası keçirilib, iclasda üzvlərin 2/3 hissəsi iştirak etdiyinə və yetərsay olduğuna görə Komissiya formalaşdırılaraq, onun sədri, sədrin müavini və qurumun katibi seçilmiş, gündəliyə çıxarılan məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.

Sentyabrın 16-nadək – səsvermə gününə 50 gün qalmış dairə seçki komissiyalarına müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyə qurumlarının başçıları ilə razılaşdırılmaqla seçki məntəqələrinin yaradılması işi başa çatdırıldı.

Azərbaycanın qaçqın vətəndaşlarının seçki hüquqlarını təmin etmək üçün onların yığcam yaşadıqları ərazilərdə, əvvəllər olduğu kimi, ayrıca seçki məntəqələri yaradılmışdı. Səsvermə gününə azı 30 gün qalanadək, yəni oktyabrın 6-na kimi, əcnəbi dövlətlərdə olan Azərbaycan Respublikası vətəndaşlarının səs verməsi üçün ölkənin xaricdəki səfirliklərində və diplomatik nümayəndəliklərində də seçki məntəqələri, eləcə də məntəqə seçki komissiyaları təşkil edilmişdi. Ölkədə cəmi 4.976 seçki məntəqəsi yaradılmışdı.

Partiyalardakı vəziyyət

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev seçkilərə bir ay qalmış – oktyabrın 6-da qarşıdakı parlament seçkilərində siyasi partiyaların proporsional seçki sistemi üzrə iştirakı məsələlərinə yenidən baxmaq imkanının müzakirə olunması barədə Mərkəzi Seçki Komissiyasına müraciət etdi.

Mərkəzi Seçki Komissiyası oktyabrın 7–8-də keçirilmiş iclasında Prezident Heydər Əliyevin müraciətini müzakirə edərək belə nəticəyə gəldi ki, seçkilərdə iştirak etmək niyyətində olan bütün siyasi partiyaların deputat mandatı uğrunda mübarizəsinə şərait yaradılması ölkədə azad və ədalətli seçkilər keçirilməsinə xidmət etmiş olar.

Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilənləri nəzərə alaraq və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında" Qanunun 2.2-ci maddəsinin 10-cu bəndini rəhbər tutaraq, Komissiyada əvvəllər qeydiyyatdan keçmiş Yeni Azərbaycan Partiyasının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Vətəndaş Həmrəyliyi PartiyasınınAzərbaycan Kommunist Partiyasının vahid namizədlər siyahısı ilə yanaşı, Müsavat Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Azərbaycan Xalq Demokratik Partiyasının, Milli Konqres Partiyasının, Azərbaycan Naminə Alyans Partiyasının, Demokratik Azərbaycan Dünyası Partiyasının, Azərbaycan Liberal Partiyasının vahid namizədlər siyahısının da qeydə alınması barədə müvafiq qərar qəbul etdi.

Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş Azərbaycan Milli Dövlətçilik, Azərbaycan Milli Hərəkat və Azərbaycan Demokratik Maarifçilik partiyaları seçkilərdə partiyalar bloku halında çıxış etməyi qərara aldılar və ölkənin parlament seçkiləri praktikasında ilk dəfə olaraq "Demokratik Azərbaycan" siyasi partiyalar bloku qeydiyyatdan keçirildi.

Qanunvericiliyə uyğun surətdə Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş siyasi partiyalar və siyasi partiyalar bloku iyulun 7-dən etibarən vahid çoxmandatlı seçki dairəsi üzrə namizədlərinin siyahılarını təqdim etdilər.

İyulun 23-dən isə Azərbaycan vətəndaşları, siyasi partiyalar və siyasi partiyalar bloku tərəfindən deputatlığa namizədlərin birmandatlı seçki dairələri üzrə irəli sürülməsi prosesinə start verildi.

Göstərilən seçki dairələri üzrə namizədliyini irəli sürmək üçün müraciət etmiş 1.044 vətəndaş dairə seçki komissiyalarından imza vərəqələri almış, 823 nəfər bildiriş sənədlərini müvafiq komissiyalara təqdim etmişdi. Namizədlərin göstərilməsinə dair bildiriş sənədləri, о cümlədən seçicilərin imza vərəqələri dairə seçki komissiyalarında yoxlanıldıqdan sonra deputatlığa 408 namizəd qeydə alınmış və onların siyahısı elan edilmişdi. Sonradan bu rəqəm namizədliyini geri götürən və Mərkəzi Seçki Komissiyasının qərarı ilə namizədlər siyahısından çıxarılan şəxslər hesabına azalaraq 390 nəfər olmuşdur.

Birmandatlı seçki dairələri üzrə namizədlər siyahısına bitərəflərlə yanaşı, 33 siyasi partiyanı təmsil edən vətəndaşlar da daxil edilmişdi. Bu dairələr üzrə irəli sürülmüş namizədlərin 63,3%-ni siyasi partiyaların üzvləri, 36,7%-ni bitərəflər təşkil edirdi.

Azərbaycanda qanunvericiliyə uyğun surətdə fəaliyyət göstərən siyasi partiyalardan 14-ü seçkilərdə proporsional sistem üzrə iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət etmişdi. Onlardan 9-u seçici imzalarının toplanmasında ciddi pozuntulara yol verdiklərinə və qeyri-düzgün məlumatlar təqdim etdiklərinə görə vahid namizədlər siyahılarını qeydiyyatdan keçirməyə nail olmamış, yalnız 5-i bildiriş sənədlərini qanunun tələblərinə uyğun tərtib və təqdim edərək seçkiyə buraxılmışdı.

Proporsional seçki sistemi üzrə seçkilərdə iştirak edən siyasi partiyaların və siyasi partiyalar blokunun əsas namizədlər siyahılarında olan nümayəndələri 25 deputat mandatı uğrunda rəqabət aparırdılar.

Proporsional seçki üzrə bülletendə sıralama belə olmuşdur:

Azərbaycan Milli İstiqlal Partiyası

[redaktə | mənbəni redaktə et]

Proporsional seçki üzrə Azərbaycan Milli İstiqlal Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[1]

Azərbaycan Xalq Cəbhəsi Partiyası

[redaktə | mənbəni redaktə et]

Proporsional seçki üzrə Azərbaycan Xalq Cəbhəsi Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:

Müsavat Partiyası

[redaktə | mənbəni redaktə et]

Proporsional seçki üzrə Müsavat Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:

  1. İsa Qəmbər
  2. Arif Hacılı
  3. Vurğun Əyyub
  4. Sülhəddin Əkbər
  5. Qubad İbadoğlu
  6. İbrahim İbrahimli
  7. Rauf Arifoğlu
  8. Flora Kərimova
  9. Fəxrəddin Bağırov
  10. Əsgər Əhməd
  11. Hacı Hacılı
  12. Nəsiman Yaqublu
  13. Məleykə Hüseynli
  14. Adil Qeybulla
  15. Şirməmməd Hüseynov
  16. Musa Qasımov
  17. Abbas Abdulla
  18. Qabil Hüseynli
  19. Rafiq İsmayılov
  20. Söhrab Məhərrəmov
  21. Seyidəli Məmmədli
  22. Şirzad Məmmədli
  23. Məryəm Oruclu
  24. Xalid Kazımlı
  25. Əlvan Əliyev
  26. Əlisa Şükürlü
  27. Şəmsəddin Mütəllimov
  28. Məryəm Həsənova
  29. Mahmud Hacıyev
  30. Orxan Kərimov

Yeni Azərbaycan Partiyası

[redaktə | mənbəni redaktə et]

Proporsional seçki üzrə Yeni Azərbaycan Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[2]

Beləliklə, 5 noyabr 2000-ci il tarixində ikinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirildi.

Nəticələr belə idi:

  • Seçki dairələrinin seçki məntəqələri üzrə seçici siyahılarındakı seçicilərin ümumi sayı – 4.212.915
  • Seçki günü seçicilərə verilmiş seçki bülletenlərinin sayı – 3.000.198
  • Etibarlı hesab edilmiş seçki bülletenlərinin sayı – 2.897.864

Birmandatlı seçki dairələri üzrə Milli Məclisə 88 deputat seçilmişdir.

Vahid çoxmandatlı seçki dairəsi üzrə isə seçkilərin nəticələri və siyasi partiyalar, siyasi partiyalar bloku arasında deputat mandatlarının bölüşdürülməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2000-ci il 17 noyabr tarixli protokolu ilə digər göstəricilərlə birlikdə deputat mandatlarının bölüşdürülməsində iştirak edən siyasi partiyaların hər birinin vahid namizədlər siyahısının lehinə verilmiş səslərin sayı belə idi:

Azərbaycan Respublikasının Milli Məclisinə vahid çoxmandatlı seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasından – 16, Azərbaycan Xalq Cəbhəsi Partiyasından – 4, Vətəndaş Həmrəyliyi Partiyasından – 3 və Azərbaycan Kommunist Partiyasından 2 deputat seçilmişdi.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi vahid çoxmandatlı seçki dairəsi üzrə noyabrın 5-də keçirilmiş seçkilərə dair Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilmiş nəticələri təsdiq etdi.

Təkrar seçki günü, yəni yanvarın 7-də 163 beynəlxalq müşahidəçi 400-dən artıq seçki məntəqəsində seçkiləri müşahidə etmişdi. Müşahidəçilər arasında Avropa Şurası Parlament Assambleyasının 13 və ATƏT-in Parlament Assambleyasının 5 nümayəndəsi, "Aqo" qrupunun 5 üzvü vardı.

Təkrar seçkilərdə adları seçki bülletenlərinə daxil edilmiş 76 namizəddən 37-si doqquz siyasi partiyanın nümayəndəsi idi.

Ümumiyyətlə, ikinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə birmandatlı 99 seçki dairəsi üzrə 5 noyabr 2000-ci il seçkilərində və 7 yanvar 2001-ci ildə keçirilmiş təkrar seçkilərdə 4.964 seçki məntəqəsinin seçici siyahılarında olan seçicilərin 68,93%-i iştirak etmişdi. 2.926.904 seçki bülleteni etibarlı hesab olunmuş, adları seçki bülletenlərində olan namizədlərin lehinə 2.888.813 nəfər, əleyhinə isə 38.091 nəfər səs vermişdi.

Proporsional seçkilərin partiyalar üzrə nəticələri[4][5]   Yeni Azərbaycan Partiyası (62,31 %)  Azərbaycan Xalq Cəbhəsi Partiyası (10,95 %)  Vətəndaş Həmrəyliyi Partiyası (6,43 %)  Azərbaycan Kommunist Partiyası (6,33 %)  Müsavat Partiyası (4,85 %)  Azərbaycan Milli İstiqlal Partiyası (3,89 %)  Azərbaycan Liberal Partiyası (1,29 %)  Azərbaycan Demokrat Partiyası (1,06 %)  Azərbaycan Naminə Alyans Partiyası (0,95 %)  Milli Konqres Partiyası (0,51 %)  Demokratik Azərbaycan Bloku (0,40 %)  Azərbaycan Xalq Demokratik Partiyası (0,28 %)  Demokratik Azərbaycan Dünyası Partiyası (0,26 %)  Heç biri (0,49 %)

Azərbaycan Respublikasının Milli Məclisinə seçilmiş deputatların siyasi partiyalar üzrə təmsilçiliyi belə idi:

Partiyalar Yerlər
Yeni Azərbaycan Partiyası 77
Azərbaycan Xalq Cəbhəsi Partiyası 7
Vətəndaş Həmrəyliyi Partiyası 3
Ana Vətən Partiyası 2
Azərbaycan Kommunist Partiyası 2
Azərbaycan Milli İstiqlal Partiyası 2
Müsavat Partiyası 2
Azərbaycan Naminə Alyans Partiyası 1
Azərbaycan Sosial Rifah Partiyası 1
Azərbaycan Yurddaş Partiyası 1
Bitərəf 26
Boş 1
Cəmi 125

Seçilmiş deputatların 61-nin namizədliyi siyasi partiyalar, 52-si özləri və 11-i seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülmüşdü.

2000-ci il seçkilərində 11 seçki dairəsində seçki nəticələri ləğv edilmişdir. 7 yanvar 2001 tarixində bu seçki dairələrində təkrar seçkilər keçirilmişdir.

Boşalan yerlər üçün 16 noyabr 2001-ci, 2002-ci, 5 mart 2003-cü, 19 oktyabr 2004-cü illərdə əlavə və ya yeni seçkilər keçirilmiş sırasıyla 2, 3, 3, 3 millət vəkili seçilmişdir.

Qanun pozuntuları

[redaktə | mənbəni redaktə et]

Seçkilər zamanı seçki prosesinə qanuna zidd müdaxilə etdiklərinə, seçicilərin öz iradəsini azad və sərbəst ifadə etməsinə maneçilik törətdiklərinə və seçki komissiyalarının fəaliyyətinə təzyiq göstərdiklərinə görə Bakı şəhərinin Yasamal rayonu İcra hakimiyyətinin başçısı Arif Ağayev, Hacıqabul rayonu İcra hakimiyyətinin başçısı Ağababa Qasımov və İmişli rayonu İcra hakimiyyətinin başçısı Əli Məmmədov Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2000-ci il tarixli Sərəncamı ilə tutduqları vəzifədən azad edilmişdirlər[6].

Azərbaycan müxalifəti: AXCP islahatçılar qanadı lideri Əli Kərimli, AXCP klassiklər qanadı lideri Mirmahmud Fəttayev, ALP lideri Lalə Şövkət, Müsavat lideri İsa Qəmbər, AXP lideri Pənah Hüseyn, ADP-nin sədr müavini Sərdar Cəlaloğlu, Çingiz Qənizadə və başqaları toplanaraq seçki nəticələrinin qəbul olunmadığı haqqında 14 noyabr 2000-ci il tarixində protokol imzalandı.

Daha sonra mitinqlər keçirildi.

  1. "Etibar Məmmədov Vaqif Musayevin həbsindən danışdı". Ann.az. 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  2. "Bir şəklin tarixçəsi - YAP-ın proporsional seçki siyahısı: kimlər getdi, kimlər qalıb…". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
  3. ""Təsadüfi adam deyiləm"". 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-25.
  4. "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  5. "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
  6. "Seçki qanunvericiliyini kobud surətdə pozduqlarına görə Bakı şəhəri Yasamal rayonunun, Hacıqabul və İmişli rayonlarının İcra hakimiyyəti başçılarının tutduqları vəzifədən azad edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2000-ci il tarixli, 579 nömrəli Sərəncamı. e-qanun.az [ölü keçid]  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]