NAĞ

(Tovuz)
dişi dəvə. – İftidada xəlq oldu külli kayınat, İnsan nağa mindi, nağ nə: mindi?
NAGAH-NAGAH
NAĞALA
OBASTAN VİKİ
Vaqif Nağıyev
Vaqif Mirəsgər oğlu Nağıyev (d.1941, Lənkəran — ö. 1992, Bakı) — texnika elmləri doktoru, professor, SSRİ EA-nın və SSRİ Tibbi-Texniki Elmlər Akademiyasının akademiki, tibb xidməti general-mayoru. == Həyatı == Vaqif Nağıyev 1941-ci ildə Lənkəranda doğulmuşdur. 1963-cü ildə Neft-Kimya İnstitutunu elektromexanik-mühəndis ixtisası üzrə bitirdikdən sonra bir ilə yaxın Azərbaycan EA-da işləmişdir. Daha sonra Moskvaya gedən Nağıyev 1965-ci ildə yarımkeçiricilərlə bağlı namizədlik dissertasiyası müdafiə edir, Moskva Aviasiya Texnologiya İnstitutunda radioelektron aparatların istehsalı texnologiyası kafedrasında işləyir. 1986-cı ildə kosmosda istifadə olunmaq üçün tibbi diaqnostik aparatların hazırlanma texnologiyası ilə məşğul olmuş, SSRİ Səhiyyə Nazirliyinin tibbi texnika üzrə Ümumittifaq Elmi Tədqiqat Sınaq İnstitutunda ultrasəs diaqnostik tibbi aparatların hazırlanması və koordinasiyası şöbəsinin müdiri və həm də SSRİ Səhiyyə Nazirliyində bu sahənin rəhbəri olmuşdur. 1992-ci ildə Romada keçirilən konfransda iştitak etmək üçün gedərkən hava limanında vəfat etmiş Bakıya gətirələrək ailəsinin yanında dəfn olunmuşdur. == Fəaliyyəti == Vaqif Nağıyev eyni zamanda SSRİ Müdafiə Nazirliyində kosmosda diaqnostik tədqiqatlarla bağlı mühüm vəzifə daşımışdır. Ultrasəs vazolokator, elektron qurğularının termoelektrik sərinləşdirilməsi, inteqral sxemlərin tədqiqi və sınağı üçün termoelektrik cihazlar, allergiyalı dermotozların müalicə üsulları və ultrasəs texnologiyalarının perspektiv inkişafı ilə bağlı tədqiqatlar aparmışdır. Tədqiqatlarının əsas yönümü kosmosla bağlı olmuşdur.
Vüsal Nağıyev
Vüsal Əmirastan oğlu Nağıyev (5 mart 1990; Başqışlaq(Buzluq) Goranboy rayonu, Azərbaycan SSR — 30 oktyabr 2020; Murovdağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Nağıyev 1990-cı il martın 5-də Goranboy rayonunun Buzluq kəndində anadan olub. 1996-cı ildə S.Pirəliyev adına Buzluq kənd tam orta məktəbinə gedib. Ailəli idi. Ayxan və Əmirxan adında 2 oğul övladı yadigar qaldı. == Hərbi xidməti == 2008-ci ildə həqiqi hərbi xidmətə getmişdir. 5 may 2009-cu ilədək Qazax rayonunda müddətli həqiqi hərbi xidmət keçib. 2009-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "MAHHXHQ hazırlığı", 2018-ci ildə "Gizir hazırlığı" kurslarını bitirib. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 8 dekabr 2018-ci il tarixli əmri ilə "gizir" hərbi rütbəsi verilib. 2020-ci il sentyabrın 27-də başlayan 2-ci Qarabağ müharibəsi zamanı Talış kənd, Suqovuşan, Murovdağ döyüşlərində iştirak etmişdir.
Vəli Nağıyev
Vəli Nağı oğlu Nağıyev — Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri. == Həyatı və fəaliyyəti == Nağıyev Vəli Nağı oğlu 2 iyul 1964-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonunda (indiki Babək rayonu) anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) İbtidai hərbi hazırlıq və Bədən tərbiyəsi fakültəsini bitirmişdir. 1981–1993-cü illərdə müxtəlif sahələrdə çalışmışdır. 1993–2007-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmət keçmişdir. 27 avqust 2015-ci ildən 11 sentyabr 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəis müavini-Vətəndaşlıq məsələlərinin həlli idarəsinin rəisi, 11 sentyabr 2015-ci ildən 15 dekabr 2015-ci ilə qədər isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli 1627 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəizfəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli 1898 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, 16 mart 2018-ci il tarixli 3789 nömrəli Sərəncamı ilə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir. Ailəlidir, üç övladı var. == Mükafatları == 2-ci və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və 33 medalla təltif edilmişdir.
Xeyirxah Nağıl (1986)
== Məzmun == Film müdrik qoca sehrbazın yaratdığı çətinlikləri aradan qaldırıb nənəsinin arzusunu həyata keçirən balaca Zaur haqqındadır. == Festivallar və mükafatlar == 1)1991-ci ildə Bu filmlə yanaşı "Sehrli çıraq" və "Basatın igidliyi" filmlərinə görə rejissor Vaqif Behbudov Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür. == Film haqqında == Kukla filmidir.
Xeyirxah nağıl (film, 1986)
== Məzmun == Film müdrik qoca sehrbazın yaratdığı çətinlikləri aradan qaldırıb nənəsinin arzusunu həyata keçirən balaca Zaur haqqındadır. == Festivallar və mükafatlar == 1)1991-ci ildə Bu filmlə yanaşı "Sehrli çıraq" və "Basatın igidliyi" filmlərinə görə rejissor Vaqif Behbudov Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür. == Film haqqında == Kukla filmidir.
Xosrov və Şirinin xidmətçilərin nağıllarını dinləmələri
Xosrov və Şirinin xidmətçilərin nağıllarını dinləmələri - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçı N. Zamanov bu miniatürü "monumental sənət nümunəsi" adlandırır. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Xosrov, Şirinlə görüşü münasibətilə kef məclisi qurmuşdur. Onlar, müğənnilərin mahnısını dinləyir, ecazkar musiqi təranələrindən məst olurlar. Bu zaman sevgililər musiqiyə bir an fasilə verərək, xidmətçilərin maraqlı nağıllarına qulaq asırlar: Nizami poemasında Xosrovla Şirin iki baş qəhrəman kimi qələmə alınsalar da, şair bu surətlərin səciyyəsindəki ziddiyyəti qabarıq şəkildə verməyi lazım bilmişdir. Xosrovu görmədən, tanımadan sevən Şirin, Şapurun tərifi ilə Şirinə məhəbbət bağlayan Xosrov macərası şairin əsərində gözəl səsləndiyi kimi, miniatür dilində də eləcə gözəl və valehedici səslənməli idi. Ağamirək, "Xəmsə"yə çəkdiyi bütün miniatürlərdə olduğu kimi, bu əsərində də tutduğu qayəyə sadiq qalmış və buna görə də, onun əsərləri miniatür şərtiliyinə baxmayaraq, Nizami epizodlarının mayasından pərvazlanmışdır. == Təsvir == Miniatürün mərkəzində, zəngin bəzədilmiş tağ-tavan altındakı geniş taxtda Xosrovla Şirin əyləşmişlər.
Yatmış gözəl (nağıl)
Yatmış gözəl (nağıl) — ənənəvi Avropa nağılıdır. Nağılın 1697-ci ildə Şarl Perro tərəfindən nəşr edilmiş versiyası dərsliyə çevrildi. Nağılın Qrimm qardaşlarının versiyası da məlumdur. Aarne-Tompson təsnifatına görə, bu süjet 410 rəqəminə malikdir və süjeti fövqəltəbii qohumlar (kralın arvadı, baş qəhrəmanın ögey anası) üzərində qurulmuş nağıllara aiddir. Bu nağıl üçün çoxlu rəsmlər, baletlər, filmlər var. == Süjeti == Kral və kraliçanın çoxdan gözlənilən qızı dünyaya gəlir və bir pəridən başqa krallığın bütün pərilərini bayrama dəvət edirlər - çünki o, yarım əsridi ki, öz qəsrindən ayrılmamışdı və hamı onun öldüyünü düşünürdü. Vəftiz ziyafətinin qızğın vaxtında çağırılmamış pəri peyda olur, ona elə gəlirdi ki, ona hörmətsizlik edilir, çünki onun üçün kifayət qədər qiymətli qab-qacaq qoyulmayıb. Çağırılmamış pərilərdən və digər birindən başqa, bütün pərilər şahzadəyə sehrli hədiyyələr təqdim etdikdə, qoca pəri Karabos şokedici kəhanətini söylədi: şahzadə barmağını cəhrənin iynəsinə sancaraq öləcək. Sonuncu pəri hökmü yumşaldır: “Bəli, şahzadə barmağını iynəyə sancacaq, amma düz 100 il yatacaq” (Perronun orijinal variantında şahzadənin adı çəkilmir). Padşah bütün cəhrələri və iynələri yandırmaq üçün fərman verir, amma boş yerə: 16 ildən sonra şahzadə şəhərdən kənar qəsrdə, kral fərmanı haqqında heç nə eşitməyən və ip əyirən yaşlı bir qadın tapır.
Yusif Nağıyev
Yusif Nağıyev (əsgər)
Yusif Bərxudar oğlu Nağıyev (1 yanvar 1996, Əyricə, Bərdə, Azərbaycan — 21 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Haqqında == Yusif Bərxudar oğlu Nağıyev 1 yanvar 1996-cı ildə Bərdə rayonunun Əyricə kəndində anadan olub. 2002-2013-cü illərdə həmin kəndin E.Abdullayev adına tam orta məktəbində oxuyub. 2014-cü il yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. Həmin ilin aprel ayından N saylı hərbi hissənin xüsusi təyinatlı bölməsində xidmət keçib. 2016-cı il Aprel döyüşlərində iştirak edib. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə qatılıb. Murovdağ və Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib, döyüş meydanından şəhid və yaralıların çıxarılmasında xüsusi şücaət göstərib. Hadrut istiqamətində gedən döyüşlərdə yüksəkliklərin ələ keçirilməsində və düşmənin əks-həmlələrinin qarşısının alınmasında iştirak edib. 21 oktyabr 2020-ci ildə Hadrut-Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi tapşırıq yerinə yetirərkən şəhid olub.
Zeynal Nağdəliyev
Zeynal Nağdəliyev (tam adı: Zeynal Səfər oğlu Nağdəliyev; 5 noyabr 1957, Bakı) — Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru. == Həyatı == Nağdəliyev Zeynal Səfər oğlu 1957-ci il noyabr ayının 5-də Bakı şəhərində anadan olub. 1974-cü ildə Bakıdakı 20 saylı orta məktəbi bitirib. 1979-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini başa vurandan sonra Əzizbəyov rayonundakı 12 saylı internat məktəbində tərbiyəçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə 55 saylı texniki peşə məktəbində komsomol komitə katibi, 1982–1984-cü illərdə Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqı Mərkəzi Komitəsində təlimatçı və məsul təşkilatçı, 1984-cü ilin noyabrından Əzizbəyov rayon Komsomol Komitəsinin I katibi, 1986-cı ilin aprelindən 1990-cı ilin fevralınadək Azərbaycan Komsomolu Mərkəzi Komitəsində şöbə müdiri, 1990-cı ilin iyulundan isə Azərbaycan Lenin Komsomolu Mərkəzi Komitənin katibi vəzifələrində işləyib. 1994-cü ilin fevralında Moskva Gənclər İnstitutunun doktoranturasına daxil olub. 2001-ci ildən Ümumrusiya Azərbaycanlılar Konqresinin icraçı direktoru işləyib. 1992-ci ildə tarix elmləri namizədi, 2000-ci ildə isə tarix elmləri doktoru alimlik dərəcəsi alıb. Zeynal Nağdəliyev bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyası üzvü olmuşdur. 1995-ci il parlament seçkilərində partiyanın poporsional seçki üzrə vahid namizədlər siyahısında dördüncü sırada olmuşdur.
Ömür Nağıyev
Ömür Məlik oğlu Nağıyev — Azərbaycan aktyoru və rejissoru, Azərbaycanın əməkdar artisti, ikinci rejissor, arxiv kadrlarda iştirak edən. == Həyatı == 1953-cü ildə Bakı şəhərində anadan olub. 1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino və televiziya rejissorluğu fakültəsini bitirib. 1972-ci ildən etibarən "Azərbaycanfilm" kinostudiyasında işləyib. 30-dan çox filmdə çəkilib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. Bakı Bələdiyyə teatrında işləyib. “Qanlı zəmi”, “Yeddi oğul istərəm”, “İmtahan”, “İşarəni dənizdən gözləyin”, “Bizim küçənin oğlanları”, “Bəyin oğurlanması”, “Doğma sahillər” kimi filmlərdə yaratdığı obrazlar qalereyası, Bakı Bələdiyyə Teatrının səhnəsində həyat verdiyi rəngarəng rolları xüsusilə vurğulanmalıdır. 2005-ci ildən S.Vurğun adına Rus Dram teatrının aktyorudur. Teatrda işlədiyi müddətdə bir neçə obrazlar yaradıb.
İki nağıl (cizgi filmi, 1962)
İki nağıl (rus. Две сказки) 1962-ci ildə Vladimir Suteyevin "Alma" və "Xilaskar çubuq" adlı nağılları əsasında çəkilib. == Xarici keçidlər == «Две сказки» — Internet Movie Database saytında.
İlham Nağıyev
İlham Əli oğlu Nağıyev (1 yanvar 1988, Bakı) — Azərbaycanlı iqtisadçı və sahibkar, "GESCO" ASC-nin həmtəsisçisi, 2019–2021-ci illərdə "Binə Aqro" QSC-nin həmtəsisçisi və Müşahidə Şurasının sədri, "Baku United FC" futbol klubunun prezidenti və "Odlar Yurdu" Təşkilatının təsisçisidir. == Həyatı == İlham Əli oğlu Nağıyev 1 yanvar 1988-ci ildə Bakıda doğulmuşdur. === Təhsili === İlham Nağıyev 1994–2004-cü illərdə Bakı şəhəri Nərimanov rayonu 200 saylı orta məktəbdə təhsil almışdır. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarəedilməsi və Menecment fakültəsinin qiyabi şöbəsinə qəbul olmuşdur. 2005–2006-cı illərdə Londonda SOAS Universitetində, 2006–2009-cu illərdə London Şəhər Universitetinin (CASS Business School) Biznesin İdarəedilməsi fakültəsində əyani təhsil almışdır. 2010–2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin İdarəedilməsi üzrə magistr dərəcəsi (MBA) almışdır. 2021-ci ildə Nyu-York Universiteti, HEC Paris və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin ortaq "TRİUM Executive MBA" magistr proqramına daxil olmuşdur. == Karyera == 2010–2013-cü illərdə "GESCO" ASC-də Baş icraçı direktor vəzifəsində çalışan İlham Nağıyev 2019-cu ildən 2022-ci ilədək şirkətin Müşahidə Şurasının sədri olmuşdur. 2013-cü ildən 2016-cı ilədək İlham Nağıyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin kadr şöbəsinin müdir müavini, daha sonra müdiri vəzifəsində çalışmışdır. 2016-cı ildə İlham Nağıyev "Binə Aqro" QSC-nin Strateji İnkişaf üzrə vitse-prezidenti, 2017-ci ildən 2019-cu illərdə şirkətin icraçı direktoru vəzifələrində çalışmışdır.
İmam Nağı
İmam Əliyyən-Nəqi (8 sentyabr 829, Mədinə, Abbasilər xilafəti – 27 iyun 868, Səmərra, Abbasilər xilafəti) — Əli ibn Məhəmməd əl-Hadi.
İman Nağıyev
== Həyatı == Nağıyev İman Məmməd oğlu 1957-ci ildə Gədəbəy rayonunun Dəyirmandağ kəndində anadan olmuşdur. 1978–1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almışdır. 1979–1987-ci illər ərzində Yasamal rayon xalq məhkəməsində tərcüməçi, məhkəmə iclas katibi vəzifəsində çalışmışdır. 1987-ci ildən 1990-cı ilədək Şamaxı rayon xalq məhkəməsinin hakimi, 1990–2000-ci illərdə isə Nəsimi rayon xalq məhkəməsinin sədr müavini vəzifəsində fəaliyyətini davam etdirmişdir. 2000-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi olmuşdur. 2007-ci ildən Bakı Apelyasiya Məhkəməsinin sədri vəzifəsində çalışır. 2005-ci ildən Hakimlərin Seçki Komitəsinin sədridir. Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2008-ci il tarixli sərəncamı ilə "Vətənə xidmətə görə" ordeninin üçüncü dərəcəsi ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2022-ci il tarixli sərəncamı ilə "Vətənə xidmətə görə" ordeninin ikici dərəcəsi ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var.
İtirilmiş vaxt haqqında nağıl (film, 1964)
İtirilmiş vaxt haqqında nağıl (rus. Сказка о потерянном времени) — rejissor Aleksandr Ptuşkonun 1964-cü ildə çəkdiyi sovet bədii filmi. == Məzmunu == Filmin baş qəhrəmanı tənbəl üçüncü sinif şagirdi Petya Zubovdur (Qrigory Plotkin). Vaxtını boş yerə keçirən Petya Zubov və digər 3 şagirdin vaxtları şər sehirbazlar tərəfindən "oğurlanır". Filmin əsas ideyası izləyicilərə vaxtı düzgün dəyərləndirmək və onu boş yerə xərcləməməyi çatdırmaqdır. == Rollarda == === Baş rollarda === Qriqori Plotkin — Petya Zubov, 3 "B" sinif şagirdi (səsləndirmə: Mariya Vinoqradova) Vera Volkova — Marusya Morozova Lidiya Konstantinova — Nadya Mixail Kulayev — Vasya Oleq Anofriyev — qoca Petya Lüdmila Şaqalova — qoca Marosiya Rina Zelyonaya — qoca Nadya Saveli Kramarov — qoca Vasya === Şər sehirbazlar === Sergey Martinson — Prokofi Prokofyeviç Georgi Vitsin — Andrey Andreeviç İrina Murzaeva — Anna İvanovna Valentina Telegina — Avdotya Petrovna === Rollarda === Yuri Çekulaev — yük maşınının sürücüsü Vadim Qraçyov — Maslyuçenko, polis serjantı Yevgeni Morqunov — "Moskviç"in sahibi Qriqori Şpigel — "Təcili yardım"ın həkimi Yeva Sinelnikova — ququ quşu (səsləndirmə) Nina Qrebeşkova — Mariya Sergeyevna, 3 "B" sinfinin müəlliməsi Marqarita Jarova — pirojna satan Muza Krepkoqorskaya — Petyanın anası == Xarici keçidlər == İtirilmiş vaxt haqqında nağıl — Internet Movie Database saytında.
İçəri şəhər-əbədi nağıl (film, 1984)
== Məzmun ==
Şahlar Nağıyev
Şahlar Nüsrət oğlu Nağıyev (31 dekabr 1987; Gəncə, Azərbaycan — 2 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahlar Nağıyev 31 dekabr 1987-ci ildə Gəncə şəhərində Nüsrət Nağıyevin ailəsində anadan olmuşdur. 1995-2006-cı illərdə Gəncə şəhər 24 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Şahlar Nağıyev 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon üzrə Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Şahlar Nağıyev müddətdən artıq həqiqi hərbi xidmət edirdi. O, döyüşlərdə atıcı olaraq vuruşmuşdur.
Şakir Nağıyev
Şakir Məmməd oğlu Nağıyev (5 mart 1949, Marneuli rayonu) — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru (1995), professor (2012), Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun "Nüvə və yüksək enerjilər fizikası" laboratoriyasının rəhbəri. == Həyatı == Şakir Məmməd oğlu Nağıyev 15 mart 1949-cu ildə Gürcüstan SSR-nin Marneuli rayonunun Qasımlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə Qasımlı kənd orta məktəbini qızıl medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Diplom işini 1970 – 1971-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ, Moskva vilayəti, Dubna ş.) Nəzəri Fizika Laboratoriyasinda yerinə yetirmiş, burada MDU-nun Nüvə Elmi Tədqiqat İnstitutunun Dubna filialında tələbələrlə birlikdə mühazirələri dinləmişdir. Diplom işində Kulon sahəsində səpilmə amplitudu üçün Lippman-Şvinger inteqral tənliyinin Fredholm determinantlar metodu ilə həllinə baxmışdır. 1971-ci ildə Fizika fakültəsini "Nəzəri və riyazi fizika" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş və təyinatla AEA Fizika İnstitutunun "Nüvə Tədqiqatları" laboratoriyasında laborant vəzifəsində elmi fəaliyyətə başlamışdır. 1972-ci ildə Fizika İnstitutunda "Nəzəri və riyazi fizika" ixtisası üzrə aspiranturaya daxil olmuş və aspirant təhsilini BNTİ-nin Nəzəri Fizika Laboratoriyasinda almışdır. Aspirant dövründə relyativistik Hamilton kvant sahə nəzəriyyəsini işıq konusunda kovariant şəkildə formulə etmiş və 1979-cu ildə "Relyativistik Hamilton nəzəriyyəsinin işıq konusunda kovariant formulirovkası və onun bəzi tətbiqləri " mövzusunda namizədlik dissertasiyasını, 1995-ci ildə isə "Relyativistik bağlı halların sonlu-fərq modelləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1975–1983-cü illərdə Fizika İnstitutunda kicik elmi işçi, 1983–1993-cü illərdə böyük və aparıcı elmi işçi, 1993–1995-ci illərdə isə baş elmi işçi vəzifələrində çalışmışdır. 1995–2019-cu illərdə "Nüvə Tədqiqatları" laboratoriyasının, 2019-cu ildən isə "Nüvə və yüksək enerjilər fizikası" laboratoriyasının rəhbəridir.
Şəhla Nağıyeva
Şəhla Bədir qızı Nağıyeva (1960, Şiştəpə, Şamxor rayonu) — Azərbaycan Dillər Universietinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının professoru. == Həyatı == Şəhla Nağıyeva 1960-cı ildə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olmuşdur. 1978–1982-ci illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitunda təhsul almış və tələbəlik illərində poeziya və tərcümə ilə yaxından maraqlanmışdır. 1997-ci ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda namizədlik dissertsiyasını müdafiə etmişdir. 2006–2011-ci illərdə Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının dosenti olmuşdur. 2011-ci ildən ADU-nun Xarici Ölkələr Ədəbiyyatı kafedrasının professorudur. ABŞ Dövlət Departamentinin ali məktəb müəllimləri üçün təşkil etdiyi Fulbrayt proqramının qalibi kimi 2003–2004-cü tədris ilində Şimali Karolina ştatındakı Şərqi Karolina Universitetində 6 ay və 2010–2011-ci tədris ilində Vircinya ştatındakı Corc Meyson Universitetində 4 ay bədii tərcümə problemləri üzrə tədqiqat aparmışdır. Jurnalist Müsəllim Həsənovla evlidir, 3 övladı var. == İctimai-Elmi Fəaliyyəti == 2004-cü ildən etibarən Şəhla Nağıyeva "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədridir. www.
Əfqan Nağıyev
Əfqan Vəli oğlu Nağıyev (1 oktyabr 1966, Ağdaş, Astraxanbazar rayonu) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, General-leytenant, İkinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Əfqan Nağıyev 1966-cı il oktyabrın 1-i Cəlilabad rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Vəli oğlu Nağıyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Vəli oğlu Nağıyev "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əfqan Vəli oğlu Nağıyev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əli Nağı Hüseynov
Əli Nağı Məmmədhəsən oğlu Hüseynov (5 may 1900, Salyan, Cavad qəzası – 27 yanvar 1957, Bakı) — Fəhlə-Kəndli Qızıl Ordusunun polkovniki (1942), 402-ci Azərbaycan Atıcı Diviziyasının komandiri. 5 may 1900-cü il tarixində Salyanda anadan olub. 1918-ci ilin dekabrından 1919-cu ilin sonunadək Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin 4-cü Quba alayının sıravi üzvü idi. 1919-cu ilin dekabr ayından 1920-ci ilin aprel ayına qədər Gəncədəki hərbi (yunker) məktəbində, sonra 1920-ci ilin sentyabrınadək Bakı Birləşmiş Hərbi Məktəbində oxumuşdur. 2-ci sərhəd briqadasında eskadron komandiri vəzifəsinə təyin edildi. 1920-ci ildən Fəhlə-Kəndli Qızıl Ordusunda xidmətini davam etdirir. Qış müharibəsi zamanı kapitan rütbəsində olan Əli Nağı Hüseynov atıcı alayının komandiri vəzifəsinə təyin olunur. Сəsarət və hünərinə görə Qırmızı Bayraq ordeni ilə təltif olunur və Timoşenkonun əlindən fərdi mükafat kimi qılınc alır. 1941-ci ildə - mayor, Qərb və Orta Cəbhələrdəki 151-ci atıcı diviziyasında alay komandiri oldu. Yaralandı, mühasirədən çıxdı, ikinci Qırmızı Bayraq ordeni ilə təltif olundu.
Əli Nağıyev
Əli Nağıyev (general) — Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik
Əli Nağıyev (dövlət xadimi)
Əli Nağıyev (tam adı: Əli Teymur oğlu Nağıyev; 15 mart 1954, Naxçıvan) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Əli Nağıyev 1954-cü il martın 15-də Naxçıvan şəhərində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində tətbiqi riyaziyyat üzrə ali təhsil alıb. Professordur. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) qurucu üzvü və sədr müavini olub. Əli Nağıyev ailəlidir, 2 övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı üzrə 4-cü sırada olan Əli Nağıyev, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Əli Nağıyev, Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının üzvü, Azərbaycan—Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu. Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin 15 may 2006-cı il tarixli 1454 nömrəli Sərəncamı ilə Azərbaycanın Belarusda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edildi.
Əli Nağıyev (dəqiqləşdirmə)
Əli Nağıyev (general) — Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik